Bakıda “Prius” “Ferrari” ilə toqquşub
Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Lentaz xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.
Belə ki, “Toyota Prius” markalı maşının sürücüsü yol nişanın tələbinə əməl etməyərək qəfil yola çıxıb.
Bu zaman maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı “Ferrari” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.
Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
🇦🇿Azərbaycan millisi tarix yazmağa davam edir!!!
Milli komanda Bolqarıstanı məğlub etdi və dünya çempionatının yarımfinalına vəsiqə qazandı.
DYP əməkdaşına "haran ağrıyır, rəis" dedi, cərimələndi
Naxçıvan şəhərində içkili halda Dövlət Yol Polisi (DYP) əməkdaşı ilə zarafatlaşan şəxs saxlanılıb.
" Bakues" "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1965-ci ildə Naxçıvan rayonu, Aşağı Uzunoba kəndində anadan olmuş Nihal restoranda yeyib-içdikdən sonra yol kənarında dayanan DYP əməkdaşına yaxınlaşaraq "haran ağrıyır, rəis” sözünü işlədib. Daha sonra Nihal "komandir üzr istəyirəm, sizi səhv salıb zarafat etdim" deyib.
DYP əməkdaşı "siz kimsiniz mənlə zarafat edirsiniz” cavabını verib və hadisə yerinə PPX əməkdaşları çağırılıb.
Nihal saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Nihal 150 manat məbləğində inzibati qaydada cərimə edilib.
Türkiyə Cümhuriyyətin 100-cü il dönümündə Tik-Tok-da canlı yayım açan şəxsə izləyiciləri çox sayda hədiyyə göndərib. Qısa zamanda minlərlə TL pul qazanıb.
Читать полностью…Nəcməddin Sadıkov açıqlama verib
Mən bu məsələlərlə bağlı danışmaq istəmirəm. Çünki buna vaxtım və həvəsim yoxdur. Ümumiyyətlə, bu məsələlər niyə sizi narahat edir ki?
Xahiş edirəm, məni bunlara görə narahat etməyin. Mən artıq belə məsələlərə görə yorulmuşam.
❗️ “Xocalı soyqırımı qurbanlarının bir hissəsi Qarqar çayının sahilində basdırılıb”
DTX-nin saxladığı erməni terrorçu Madat Babayan bildirib.
Nəcməddin Sadıkovla bağlı araşdırmalara başlanıldı
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir. Sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində araşdırma aparılır.
Bakı, Sumqayıt, Gəncə, Goranboy və Tərtərdə vətəndaşlar polisə silah-sursat təhvil verib
Bu barədə (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları “AKM” markalı avtomat silahını və 1 ədəd patron darağını, Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları Binə qəsəbəsində 1 ədəd lüləsi kəsilmiş “TOZ-63” markalı nömrəsiz ov tüfəngi, 1 ədəd “F-1” qumbarası, alışdırıcı və 3 ədəd avtomat patronu, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları Bakıxanov qəsəbəsində 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patronu, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları 1 ədəd “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 27 ədəd patronu, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları 2 ədəd nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş tüfəngi, Gəncə ŞBPİ 3-cü Polis Bölməsinin əməkdaşları 1 ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-8” markalı tüfəngi təhvil götürüblər.
Bu barədə Trend-ə satıcılar bildirib.
Onların bildirdiyinə görə, hər bazar ertəsi günü mal gətirən firmalar bu həftə gəlib çıxmayıb.
"Firmalar məhsul vermir. Siqaretin topdansatış yerlərində isə bəzi siqaretlərin bir blokunda bir manat bahalaşma var. Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiymətləri dəyişəcəyindən müvəqqəti problem yaşanır", - deyə bildiriblər.
Qeyd edək ki, sonuncu dəfə avqust ayında markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşmışdı.
DİQQƏT❗️Linkə keçid edərək Trendyoldan alacağınız bütün məhsullara "bakues30" promo kodu ilə 30% endirim qazanacaqsınız.
Linkə keçid👇🏻👇🏻👇👇
https://ty.gl/ixyqb9gtse
İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə hələ ki cavab verməyib.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
O deyib ki, Ermənistan sentyabr ayında Azərbaycanın təklif etdiyi sülh sazişi üzrə təkliflərə hələ ki cavab verməyib.
İnstagram tərəfindən 7 aydır bağlanan “Maraqlı.tv” səhifəsi artıq yenidən fəaliyyət göstərir
Читать полностью…Linkə keçid edərək Trendyoldan alacağınız bütün məhsullara "bakues30" promo kodu ilə 30% endirim qazanacaqsınız.
Linkə keçid👇🏻👇👇
https://ty.gl/puuwq0myew
Ermənistanda dövlət müəssisələrini ələ keçirmək istəyən dəstə üzvləri saxlanıldı
Ermənistanın Milli Təhlükəsizlik Xidməti dövlət qurumlarının binalarını ələ keçirməyi planlaşdıran cinayətkar dəstənin üzvlərini saxlayıb.
Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Bildirilir ki, 5 nəfər və şəxsiyyəti hələ təyin edilməyən bir neçə şəxs 2023-cü il ərzində terror aktlarına hazırlıqla məşğul olub.
Məlumata görə, onlar partlayışlar törədərək dövlət orqanlarının işinə mane olmaq istəyib.
Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı məhkəməyə çıxarılıb.
Prokuror onun barəsində ibtidai istintaq dövrü müddətində həbs qərarı verilməsini istəyib.
Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, O.Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Gəncədə qardaşı tərəfindən öldürülən qadın müğənni imiş
Saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.
Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib.
Qətlə yetirilən Səbinə Abbasovanın xalası Məxluqə Cəfərova bildirib ki, bu gün səhər saatlarında bacısı qızı ona zəng edib: “Səbinə səhər tezdən zəng edib dedi ki, ögey qardaşı gəlib binanın qarşısında məni gözləyir. Biz dedik ki, çıxma, polisə zəng elə. Səbinə daha əvvəl də dəfələrlə polisə müraciət etmişdi, ögey qardaşı ilə arasında münaqişə var idi. Bu zaman Səbinə bizə qulaq asmadan qapıdan çıxıb. Mən gələnə kimi gördüm ki, Səbinə qışqırdı. Çatanda artıq Səbinə can verirdi”.
Sərxoş halda qəza törətdi, maşında olan anası öldü
Saatlı rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.
2000-ci il təvəllüdlü Emil Astanov sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etdiyi “VAZ- 21063” markalı avtomobili yol kənarındakı binaya çırpıb. Nəticədə sürücünün anası, 1959-cu il təvəllüdlü Aybəniz Astanova ağır xəsarətlər alıb. O, Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DƏHŞƏT❗️Səhər saatlarında Binəqədidə ər arvadını, Gəncədə isə qardaş bacısını öldürüb.
Hər iki şəxs saxlanılıb.