❗️🇦🇿Qürur dolu çıxış: Prezident uğurlu xarici siyasətin nəticələrindən danışdı.
@baku_ws_official
❗️ŞƏHİDİN VAR AZƏRBAYCAN
Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Şəhidimiz sabah Qusar rayonunun Suvacal kəndində dəfn ediləcək
15 fevral 2005-ci il təvəllüdlü əsgər Vüsal Orucov hərbi xidmətə bu il aprel ayının 11-də yollanıbmış.
@baku_ws_official
Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib.
| DTX
🇦🇿Prezident İlham Əliyev:
• Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir
• Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar"
•Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik"
• Zəngilan məscidinin inşası yekunlaşır
• Gələn il Qarabağda və Şərqi Zəngəzurda 70-dən çox kəndə 4 mindən çox ailə qayıdacaq
@baku_ws_official
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva vəfat edib.
@baku_ws_official əldə etdiyi məlumata görə, millət vəkili müalicə olunduğu Mərkəzi Klinikada dünyasını dəyişib.
Qeyd edək ki, Qənirə Paşayeva 3 gün əvvəl komaya düşüb və süni tənəffüs aparatına qoşulmuşdu.
Allah rəhmət eləsin!
❗️🇦🇿Masallının 19 yaşlı şəhidi dəfn edildi: atasından şəhid oğlu barədə duyğulu sözlər.
@baku_ws_official 🇦🇿
❗️ Xankəndi yaxınlığında benzin çəni partlayıb, çoxlu yaralı var - Erməni KİV
@baku_ws_official
Şad xəbər❗
🏢Ali məktəblərdə “Heydər Əliyev adına təqaüd”ün təyini məqsədilə komissiya yaradılır📌
👩🏻🎓👨🏻🎓Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə şamil olunacaq👍🏻
💸Məbləğ 3000 azn✅
@baku_ws_official
❗️Qənirə Paşayevin Yayılan ölüm xəbəri yalandır” - Qənirə Paşayevanın əmisi bildirib
@baku_ws_official
❗️Putin Şoyquya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu oktyabrın əvvəlinə qədər dayandırmağı əmr edib, - ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW).
Yazıq Şoyqu, deyəsən, bir həftədən sonra onun fatihəsi oxunacaq.
@baku_ws_official
❗️DTX: Xocavənddə 4 polisin həlak olmasına səbəb olan terror aktını törədənlər saxlanılıb.
Onlar tərk silah edilərkən müəyyən ediliblər.
@baku_ws_official
▪️Onlayn sınaq imtahanı vermək istəyənlər otk az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.
▪️Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.
@baku_ws_official
SON DƏQİQƏ❗️ Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib.
@baku_ws_official | DTX
❗️🇦🇿Astara şəhidi son mənzilə yola salındı: şəhid Əli Babazadənin dəfnindən görüntülər.
@baku_ws_official 🇦🇿
😣 🐶 Baffi adlı bu it Suraxanıdan olan şəhid Ramil Rzayevin itidir.. Şahidlərin dediklərinə görə, Neçə gündür şəhidin məzarının yanındadır. Öz sahibini, can dostunu özləyir.
❗️ Bəzən heyvanlar, insanlardan belə sədaqətli və ləyaqətli olurlar.
@baku_ws_official
❗️Azərbaycanda koronavirusa yoluxma sayları artır:
11-18 sentyabr - 142 nəfər yoluxub;
18-25 sentyabr - 229 nəfər yoluxub.
@baku_ws_official
❗️Qondarma rejimin məlumat xidməti xəbər verir ki, Qarabağdan 🇦🇲Ermənistana köçmək istəyən ermənilər üçün bugün saat 14:00-da 🇦🇿Xankəndində yerləşən 5 yanacaqdoldurma məntəqəsində pulsuz yanacaq veriləcək
❗️"SOCAR"ın benzini ilə kef edirlər, hələ narazılıq da edirlər, nankorlar.
@baku_ws_official
❗️SON DƏQİQƏ: Azərbaycanda casus ovu davam edir...
İranın molla rejimini təbliğ edən şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Əməliyyat tədbirləri nəticəsində daha bir neçə nəfər saxlanılıb.
Saxlanılanlardan biri də gəncəli Hacı Sadiqdir.
@baku_ws_official
❗️Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.
Qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.
Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.
@baku_ws_official
Sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim görüntüləri yayılıb. Şəxsi görüntülərin çəkilməsi və yayılması qanunla qadağan olunsa da, sözügedən görüntülər ötən gündən bəri bir çox teleqram qruplarında ayrı-ayrı şəxslər tərəfindən paylaşılaraq yayılır.
Hüquqşünas Ələsgər Məmmədli “Qafqazinfo”ya şəxsi həyatın toxunulmazlığını hüquqi baxımdan şərh edib və bildirib ki, həmin görüntülərin çəkilməsi və yayılması cinayət əməlidir:
“İnsanların şəxsi həyatına müdaxilə olunması çox iyrənc haldır. Azərbaycan Konstitusiyasının 32-ci maddəsi açıq şəkildə şəxsi həyatı qoruyur və bununla bağlı dövlətin öhdəliklərini sadalayır. Ayrıca, Cinayət Məcəlləsinin 149-cu maddəsi şəxsi həyata qanunsuz müdaxilə, şəxsi həyata dair videoların çəkilməsi və yayılmasını cinayət əməli hesab edir. Buna görə 2 ilə qədər həbs cəzası müəyyən olunub. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən və ya başqa vasitələrdən istifadə edən varsa, ağırlaşdırıcı hal kimi müəyyən olunur. İstənilən şəxsin qarşısına belə video çıxsa və yaxud da kimsə bu tip müdaxilə etsə, onu heç bir halda yaymağa cəhd etməməlidir. Nəticə etibarilə, çəkənin məsuliyyəti ilə yayanın da məsuliyyəti eynidir. Bu baxımdan şəxsi həyata hörmət etmək lazımdır”.
Ə. Məmmədli əlavə edib ki, şəxsi həyat aspektindən hökumət dərhal bu tip məsələləri araşdırmalı, kimin etdiyini ortaya çıxarmalı və məsuliyyətə cəlb etməlidir.
“Qafqazinfo” məsələ ilə bağlı araşdırma aparılıb-aparılmadığını öyrənmək üçün DİN-lə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı nazirliyə heç bir müraciət daxil olmayıb.
Xatırladaq ki, yayılmış görüntülərlə bağlı ötən gün Cəmil Həsənli şəxsi feysbuk hesabında paylaşım edərək bildirib ki, qızının 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər: “Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur”.
“Dünya üzrə aparılmış son tədqiqatların nəticələri göstərdi ki, respirator allergiya və bronxial astmadan əziyyət çəkən xəstələr “COVID-19”un ciddi və həyati təhlükəli formaları ilə xəstələnməyə bilərlər”.
Bu barədə Səhiyyə Nazirliyinin baş allerqoloqu Lalə Allahverdiyeva bildirib.
Onun sözlərinə görə, əldə olan məlumatlara görə, koronavirus infeksiyası “COVID-19” üçün risk qrupunda olan ağır dərəcəli, nəzarət olunmayan bronxial astma istisna olmaqla, digər allergik xəstəliklərin gedişini ağırlaşdırmır:
“SARS-CoV-2 koronavirusu bronxial astmanın kəskinləşməsi üçün triggerdir və ağır pnevmoniyaya səbəb ola bilər. Ağır dərəcəli, nəzarət olunmayan bronxial astma “COVID-19” ilə xəstələnmiş şəxslərdə daha ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, allergiyası olan pasiyentlərdə koronavirus infeksiyasının ən yaxşı profilaktikası elə allergiyanın özünün müalicə edilməsidir. Xəstələr allergiya əleyhinə bazis terapiyanı almalıdırlar, bu da xəstəliyi nəzarətə almağa və ağırlaşmalardan qaçmağa imkan verər”.
Həkim bildirib ki, allergiyadan əziyyət çəkən xəstələr “COVID-19”un inkişaf etməsinə görə risk qrupuna daxil deyillər, ona görə ki, belə xəstələrin tənəffüs yollarının hüceyrələrində AÇF2 (angiotenzin çevirici ferment-2) geninin ekspressiyasının azalması müşahidə olunur. Lakin ağır dərəcəli, nəzarət olunmayan bronxial astmalı və “COVID-19”un geniş yayılmasına görə yüksək risk qrupunda olan xəstələr istisna təşkil edirlər.
“Virus xəstəlikləri və “COVID-19” allergiyanın simptomlarını ağırlaşdıra bilər. Bu, respirator allergiya – bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir
@baku_ws_official