Od çərşənbəniz mübarək! 🍀🌸
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Novruz #Od #Çərşənbə #Tələbə #Education #Elm #Təhsil #Tədris #Baku #Azerbaijan
Bakı Dövlət Universiteti (BDU) ilə Ali Məhkəmə arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumunu BDU-nun rektoru Elçin Babayev və Ali Məhkəmənin sədri Ramiz Rzayev imzalayıblar.
Memoranduma əsasən, BDU-da Hüquqşünaslıq ixtisası üzrə təhsilalanların Ali Məhkəmə Aparatının struktur bölmələrində təcrübə keçməsi, birgə respublika əhəmiyyətli və beynəlxalq elmi konfrans, dəyirmi masa, seminar, təlim kursları, görüş və simulyasiyaların (müsabiqələrin) keçirilməsi, ortaq dərs vəsaitləri, elmi məqalələr, tədris-metodiki vəsait və nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətində daha çox rast gəlinən problemlərin həlli məqsədilə elmi-praktik araşdırmaların aparılması nəzərdə tutulur.
Ətraflı: http://bsu.edu.az/az/news/ali_mehkeme
#BDU #AliMəhkəmə #Memorandum #Hüquq #BakuStateUniversity #Education #Elm #Təhsil #Tədris #Baku #Azerbaijan
Su çərşənbəniz mübarək! 🍀🌸
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Novruz #Su #Çərşənbə #Tələbə #Education #Elm #Təhsil #Tədris #Baku #Azerbaijan
Bakı Dövlət Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) arasında Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramının ilk məzunlarına diplomlar təqdim olunub.
Читать полностью…"Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XII Respublika müsabiqəsinin qalibləri sırasında
Fevralın 15-də “Sabahın alimləri” XII Respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev təbrik nitqi ilə çıxış edib.
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri müsabiqədə xüsusi fərqləniblər. Onlardan XI sinif şagirdləri Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov isə kimya istiqaməti üzrə I yerə layiq görülüblər.
X sinif şagirdi Camal Axundov biologiya istiqaməti üzrə II yeri qazanıb.
X sinif şagirdləri Cəfər Cəfərov və Aytac Əliyeva biologiya, IX sinif şagirdi Ərhun Abdullazadə isə fizika və astronomiya istiqaməti üzrə üçüncü yerə layiq görülüblər.
XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə biologiya istiqaməti üzrə xüsusi mükafata sahib olublar.
Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!
Bakı Dövlət Universitetinin (BDU) infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusun əsaslı təmirinə başlanılıb. Təmirlə əlaqədar 2022-2023-cü tədris ilinin yaz semestrində həmin korpusda yerləşən Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi və keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər.
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Azerbaijan
BDU kollektivi Türkiyə səfirliyini ziyarət edib
Bakı Dövlət Universitetinin (BDU) kollektivi Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyini ziyarət edib. Səfirlik binasının önünə əklil və gül dəstələri qoyulub, zəlzələ qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında BDU-nun kollektivi və tələbələri könüllü olaraq fəal iştirak edirlər.
#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Təhsil #Education #Azerbaijan #Turkish
BDU və “LU-MUN HOLDİNG” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Azerbaijan
BDU və “LU-MUN HOLDİNG” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı: https://bit.ly/3wXgzT1
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Azerbaijan
BDU-da Azərbaycan Gəncləri Günü - VİDEO
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Azerbaijan
BDU Elmi Şurasının növbəti iclası keçirilib
2021-ci il 23 fevral tarixində Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. Elmi Şura öz işinə başlamazdan öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda BDU-nun rektoru Elçin Babayev 2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri, imtahanların keçirilməsi, eyni zamanda Apelyasiya Komissiyasının və Tələbə Nəzarət Qrupunun fəaliyyəti haqqında məlumat verib.
Daha sonra Kitabxanaçılıq-informasiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin illik hesabatları dinlənilib.
İclasda növbəti tədris semestrində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə “elektron universitet” modelinin tətbiqi, ikili və üçlü diplom proqramları, maddi-texniki bazanın təkmilləşdirilməsi, görüləcək işlər müzakirə edilib.
BDU-nun professoru vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Abdulla Əsgər oğlu Abasov vəfat edib. 1951-1955-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1966-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə “Üzeyir Hacıbəyovun sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
Allah rəhmət eləsin!
Doktoranturaya qəbul imtahanında ölkə üzrə ən yüksək bal toplayanlardan biri, BDU-nun Hüquq fakültəsinin məzunu Fərahim Hüseynzadə
Читать полностью…BDU tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi elan edir.
Ətraflı: bit.ly/3xVhu7c
#BDU #HeydərƏliyev100
BDU əməkdaşları üçün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məqalə müsabiqəsi elan edir.
Ətraflı: bit.ly/3m4NxPf
#BDU #HeydərƏliyev100
“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi 55 oldu.
#BDU #ClarivateAnalytics #WebofScience
Əraflı : bit.ly/3St4Wx3
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hazırlanan “Xocalı – insanlığa qarşı cinayət” (“Khojaly - crime against humanity") sənədli filmi fevralın 26-da “Park Cinema”da nümayiş olunacaq.
#BDU #THİK #Xocalı #Khojaly #ParkCinema
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Elm və Təhsil Nazirliyi tərəfindən təltiflərə layiq görülmüş əməkdaşlarına mükafatlar təqdim olunub.
Читать полностью…BDU beynəlxalq tədqiqatlar şəbəkəsinə qoşulur
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)) 60-cı sessiyasının işində iştirak edib. Rektor sessiya çərçivəsində Beynəlxalq Kosmik Hava Təşəbbüsü (International Space Weather Initiative (ISWI)) üzrə proqramın Rəhbər Komitəsinin yığıncağında da iştirak edib.
Tədbirlərin məqsədlərindən biri də müxtəlif ölkələrdə uyğun sahədə elmi-tədqiqat cihaz və alətlərinin yerləşdirilməsi, kadr hazırlığı üzrə birgə beynəlxalq səylərin davam etdirilməsidir. BDU-nun rektoru Azərbaycanda adıçəkilən sahələr üzrə elmi-tədqiqat işlərinin aparılması və kadr hazırlığının həyata keçirilməsi istiqamətində potensial əməkdaşlıq imkanları barədə “Azərbaycanda kosmik hava tədqiqatları” adlı, həmçinin 2022-ci il 31 oktyabr – 4 noyabr tarixlərində BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və BDU-nun birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş “United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere” beynəlxalq tədbirinin nəticələrinə və tövsiyələrinə dair məruzələrlə çıxış edib. Qeyd olunmalıdır ki, bu birgə tədbir haqqında altı səhifəlik hesabat BMT Baş Assambleyasına təqdim olunub və 2022-ci il 22 noyabr tarixində yayılıb.
Rektor səfər zamanı Beynəlxalq Nəzəri Fizika Mərkəzi (The Abdus Salam International Centre for Theoretical Physics (İCTP), İtaly) ilə əlaqələr və gənc kadr hazırlığı məsələləri, həmçinin BDU-da yaradılmış Mükəmməllik Mərkəzinin Astrokosmik və atmosfer tədqiqatları laboratiyasında müxtəlif istiqamətli elmi və tədris təyinatlı cihazların yerləşdirilməsi və müvafiq tədqiqat şəbəkələrinə qoşulma haqqında müzakirələr də aparıb. 2023-cü ildə Bakıda keçiriləcək İAC-2023 Beynəlxalq Astronavtika Konqresi haqqında suallar da cavablandırılıb.
#BDU #BMT #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Azerbaijan
“BDU könüllüləri” təşkilatının üzvləri fevralın 8-dən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərər çəkən vətəndaşlara yardım məqsədilə Əl Oyunları Sarayında təşkil olunan kampaniyada iştirak edirlər. Hər gün 40-dək BDU könüllüsü vətəndaşların gətirdiyi əşyaların çeşidlənməsi, qutulara yığılması prosesinə yardım göstərir.
BDU kollektivi bir daha Türkiyədə dəhşətli zəlzələdə həlak olan bacı və qardaşlarımıza rəhmət, yaralılara şəfa diləyir.
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Azerbaijan
BDU-da qış imtahan sessiyası başa çatıb
Bakı Dövlət Universitetində (BDU) qış imtahan sessiyası başa çatıb. Sessiya yanvarın 5-dən fevralın 3-dək davam edib.
Bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1981 tələbə imtahan verib.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən 5000-dən çox təhsilalana həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edib.
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Azerbaijan
Nərə balığının Azərbaycana məxsusluğu elmi tədqiqatlarla sübuta yetiriləcək
Nərə balığının Azərbaycana məxsusluğu elmi tədqiqatlarla sübuta yetiriləcək. Bu, Bakı Dövlət Universiteti (BDU) və “LU-MUN HOLDİNG” arasında imzalanan əməkdaşlıq müqaviləsində nəzərdə tutulur.
Artıq bu məqsədlə BDU-nun Biologiya fakültəsində xüsusi qrup formalaşdırılıb. Nərəcinsli balıqlar dəniz suyu və şirin suda saxlanacaq, onlardakı kimyəvi və histoloji dəyişikliklər müşahidə olunacaq, genetik analizlər aparılacaq. Aparılan genetik analizlər nəticəsində Xəzər nərəsi pasportlaşdırılacaq və onun Azərbaycana məxsusluğu elmi tədqiqatlarla təsdiqlənəcək.
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Azerbaijan
Yanındayıq, Türkiyə! 🇦🇿🇹🇷
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Turkish #Azerbaijan
Elan: “Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri”
Bakı Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
“Microsoft Teams” platforması üzərindən təşkil olunacaq konfransda iştirak etmək istəyən şəxslərin 2021-ci il fevralın 24-ü saat 12:00-dək shain@bsu.edu.az ünvanına müraciət etməsi xahiş olunur.
BDU-da Vətən müharibəsiində iştirak etmiş tələbə və məzunlarla növbəti görüş
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində fakültənin 44 günlük Vətən müharibəsiində iştirak etmiş tələbə və məzunları ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova iştirakçıları salamlayaraq Coğrafiya fakültəsinin tələbələrinin Vətən müharibəsində göstərdiyi igidlikdən söz açıb, qazilərimizi şərəfli döyüş yolunda rəşadət göstərərək qələbə qazanması münasibəti ilə təbrik edib.
Coğrafiya fakültəsinin tələbələri Aslan Quliyev, Ömər Bozbaxov, Fuad Cəlilov, fakültənin 2020-ci il məzunu Cavid Aşirov və I kurs tələbəsi Mehdi Həşimov çıxış edərək keçdikləri döyüş yolundan, dövlətimizin, xalqımızın, millətimizin birlikdə dəmir yumruq kimi birləşərək mübarizə aparmasından danışıblar.
BDU-nun ənənəvi dərslərə gələn tələbələri: hamını xoş gördük
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura pillələrində praktiki məşğələlər tələb olunan ixtisaslarda təhsil alan tələbələr müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda və onların fiziki iştirakını tələb edən fənlər üzrə ənənəvi formada tədris prosesinə cəlb olunub. 2020/2021-ci tədris ilinin II semestrində BDU-da zəruri avadanlıqlarla təchiz olunmuş tədris laboratoriyalarında karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla tələbələr dərslərdə iştirak edirlər. Laboratoriya məşğələlərində iştirak edən tələbələrlə görüşüb təəssüratlarını dinlədik.
Kimya fakültəsinin II kurs tələbəsi Sevinc Həsənova: Əyani təhsil üçün çox darıxmışdıq. Sevincimizin həddi-hüdudu yoxdur. Qismən də olsa, ənənəvi qaydada məşğələlərə gəlmək hər birimizi sevindirir. Pandemiyanın tezliklə bitməsini elə arzulayırıq ki...