bdu_eduaz | Unsorted

Telegram-канал bdu_eduaz - Bakı Dövlət Universiteti

7279

Rəsmi Səhifə

Subscribe to a channel

Bakı Dövlət Universiteti

BDU şəhid məzunlarının xatirəsini daima əziz tutur

Bakı Dövlət Universiteti (BDU) və Missiya internet televiziyasının birgə layihəsi çərçivəsində BDU-nun bir qrup kollektivi Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2020-ci il məzunu, 44 günlük Vətən müharibəsində rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış Nicat Əhmədovun ailəsini ziyarət edib. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini İkram Cəbrayılov, Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, TGT fəalı Ələkbər Həsənov və Missiya TV-nin çəkiliş qrupu iştirak ediblər.
Şəhid Nicat Əhmədovun valideynləri Həsən Əhmədov və Xatirə Əhmədova Nicat Əhmədovun Vətən müharibəsində keçdiyi şərəfli yoldan, olkəmizin ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi fədakarlıqdan bəhs edib, şəhid valideynləri kimi övladları ilə qürur duyduqlarını ifadə ediblər.

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU-nun Qazax filialı Qarabağ Dirçəliş Fonduna 4 min, “Yaşat” Fonduna isə 2 min manat ianə edib

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU-nun dosenti beynəlxalq elmi konfransda iştirak edib

Bakı Dövət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı 2021-ci il 8-10 fevral tarixlərində Türkiyə Cümhuriyyətinin Ufuk Universitetinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq sosial elmlər” Beynəlxalq elmi konfransında Filologiya və ədəbiyyat bölməsinin iclasına sədrlik edib.
Ələmdar Cabbarlı Filologiya və ədəbiyyat bölməsinin fevralın 10-da keçirilən iclasını giriş sözü ilə açaraq öncə Vətən Müharibəsində Azərbaycanın qazandığı parlaq qələbədən bəhs edib, bu qələbənin bütün Türk dünyasının zəfəri olduğunu vurğulayıb. O, Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladaraq, Vətən Müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəkdən danışıb.
Sonra konfrans öz işini davam etdirib, bölmə iclasında maraqlı məruzələr dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb.

Читать полностью…

Bakı Dövlət Universiteti

Diqqət! Diqqət! Göstərir Bakı!
1956-cı il fevralın 14-də Azərbaycan televiziyası bu sözlərlə yayıma başladı...
#65il

Читать полностью…

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetində Clarivate Analytics” şirkətinin əməkdaşları tərəfindən “InCites analitik vasitəsindən istifadə qaydaları” mövzusunda növbəti onlayn müzakirələr keçirilmişdir. Tədbirdə InCites analitik vasitəsinindən istifadə etməklə Web of Science bazasında olan məlumatlar əsasında alimin, təşkilatın və ölkənin elmi fəaliyyətinin qiymətləndirilməsi, hesabatların hazırlanması və müqayisələrin aparılması qaydaları nümayiş olunub.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş müzakirələrdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, “Clarivate Analytics” şirkətinin MDB ölkələri və Rusiya üzrə direktoru Oleq Utkin, bu şirkətin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov, şirkətin Azərbaycan, Gürcüstan və Ukrayna üzrə rəsmi nümayəndəsi Sevinc Cəfərova, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, bu Mərkəzin şöbə müdiri Mahir Pirquliyev və digər əməkdaşlar iştirak edib.

Читать полностью…

Bakı Dövlət Universiteti

5. Digər müvafiq ölkədaxili və ya regional/beynəlxalq mükafat müsabiqələrində mükafatlandırılmış işlər bu müsabiqəyə təqdim edilə bilməz.
6. Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.
Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər və elektron daşıyıcılar bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində saxta sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.

Əlavə məlumat üçün:
Tel: (+994 12) 538 60 63
E-mail: elm-innovasiyalar@bsu.edu.az

Читать полностью…

Bakı Dövlət Universiteti

Elan: BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə

Bakı Dövlət Universiteti 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir.
Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin məqsədi BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqə qaliblərinin mükafatlandırılması:
Müsabiqə üzrə qaliblər aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

1-ci yer:
• Təbiət və texnika elmləri üzrə – 1 nəfər (2 500 manat);
• Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (2 500 manat).
2-ci yer:
• Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 500 manat);
• Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).
3-ci yer:
• Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 000 manat);
• Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).
Müsabiqəyə təqdim olunan iddia sənədlərinin qiymətləndirilməsi meyarları:
Müsabiqəyə təqdim olunan iddia sənədləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:
1. 2020-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 5-dən az olmamalı, o cümlədən:
• təbiət və texnika elmləri sahələri üzrə ən azı 3 məqalə Web of Science;
• humanitar və ictimai elm sahələri üzrə ən azı 2 məqalə Web of Science, Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu
beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır (əsli və/və ya surəti, PDF formatda, DOİ və internet linki göstərilməklə müsabiqəyə təqdim olunmalıdır);
1.1. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunan məqalələrin qiymətləndirilməsi:
• Web of Science bazasına daxil olan:
- Q1 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 50 bal;
- Q2 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 40 bal;
- Q3 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 30 bal;
- Q4 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 20 bal;
• Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO və ya EconLit bazalarına daxil olan jurnallarda – məqalə sayı × 20 bal;
1.2. Digər jurnallarda
– məqalə sayından asılı olmayaraq ümumilikdə 20 bal;
2. 2020-ci ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar, icmallar (əsli və/və ya surəti, PDF formatda):
– sayı × 50 bal (Academic press, IOP Publishing Ltd,Taylor & Francis Ltd, American Institute of Physics, International Thomson Publishing, Springer, Oxford University Press, Cambridge University Press, Wiley, İntechOpen və s. kimi nüfuzlu beynəlxalq nəşriyyatlarda nəşr edilmiş);
– sayı × 25 bal (Azərbaycanda nəşr edilmiş və ISBN-ə malik);
3. 2020-cı ildə alınmış ixtiralar, patentlər (surəti):
– sayı × 50 bal (beynəlxalq);
– sayı × 25 bal (Azərbaycan və Avrasiya);
4. Elmi işlərə 2020-ci ildə olunan istinadlar (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla, H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika (linklər göstərilməklə))
– sayı × 10 bal;
5. Multidisiplinar və tətbiqi xarakterli dərc olunmuş elmi işlər (konkret əsaslandırılmaqla)
– sayı × 10 bal;
6. Respublika, regional və beynəlxalq səviyyəli konfrans, simpozium və digər elmi tədbirlərdə (o cümlədən, online olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə)

Читать полностью…

Bakı Dövlət Universiteti

İslam İnkişaf Bankından növbəti tədris ili üçün təqaüd imkanları

İslam İnkişaf Bankı 2021-2022-ci tədris ilində müxtəlif təhsil səviyyələri üzrə təhsil üçün təqaüd imkanları elan edir.
Təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2021-ci il nəzərdə tutulub.
Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

https://edu.gov.az/news-and-updates/15584-1

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU kollektivi şəhid məzununun ailəsini ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) əməkdaş və tələbələri Sosial elmlər və psixologiya fakültəsinin Vətən müharibəsində şəhid olmuş məzunu Cavid Manafovun ailəsini ziyarət ediblər.
Əzəzli torpaqlarımımzın azad olunması uğrunda apardığımız 44 günlük Vətən müharibəsində BDU-nun 17 məzun və tələbəsi Vətən uğrunda şəhidlik zirvəsinə ucalmışdır. BDU kollektivi şəhid və qazi tələbə və məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.
BDU-nun əməkdaşları Vətən müharibəsində rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 2020-ci il məzunu Cavid Manafovun doğum günü ərəfəsində ailəsini ziyarət edib. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini İranə Məmmədli, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri və üzvləri iştirak ediblər.

Читать полностью…

Bakı Dövlət Universiteti

1 saylı tədris binasında təhsil alan tələbələr, bilirik, darıxmısız 😕

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU Elmi Şurasının onlayn iclası keçirilib

Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının onlayn iclası keçirilib.
İclasda BDU-nun rektoru Elçin Babayev 2020-ci ildə BDU-nun fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Rektor Universitetin təhsil, elm, innovasiyalar, sosial məsələr, beynəlxalq əlaqələr və təsərrüfat sahələrində görülmüş işlər və perspektiv planlar, qarşıda duran vəzifələr barədə şura üzvlərini məlumatlandırıb.
2020-ci ildə BDU-da tədrisin təşkilində əldə olunan uğurlar, Universitet alimlərinin elmi nailiyyətləri, elmi-tədqiqatların nəticələri, keçirilmiş onlayn elmi konfrans, ustad dərsləri, elmi seminarlar, xarici universitetlərlə əməkdaşlıq, pandemiya dövründə Universitetin həyata keçirdiyi sosial layihələr, tələbə təşkilatlarının fəallığından bəhs edən rektor Vətən müharibəsi dövründə BDU alimlərinin informasiya cəbhəsində fəaliyyəti, BDU-nun həyata keçirdiyi akademik layihələr haqqında da ətraflı bəhs edib. BDU-da innovasiyaların dəstəklənməsi sahəsində fəaliyətin genişləndirilməsi, ikili diplom proqramları, BDU-nun beynəlxalq əməkdaşlıq və əlaqələri, tədris prosesinin elmi tədqiqatlar və istehsalatla əlaqələndirilməsi, elm və təhsilin sənayeyə inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, elmi işçilərin növbəti attestasiyadan keçirilmələri kimi məsələlərin də qarşıda duran vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.
BDU-nun Himayəçilər Şurasının qərarı ilə Elmi-metodiki Şuranın və Daxili Audit şöbəsinin yaradılması haqqında məlumat verilib.
Elmi Şurada həmçinin bir sıra vacib məsələlər də müzakirə olunub. 2021-ci ilin Azərbaycanda Nizami Gəncəvi ili elan olunması ilə əlaqədar BDU-da Tədbirlər Planının, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi istiqamətində BDU-da Tədbirlər Planının hazırlanması, eləcə də Lütfi Zadənin 100 illik yubileyi ilə əlaqədar BDU-da keçiriləcək Tədbirlər Planının hazırlanması üçün komissiyaların yaradılması haqqında qərar qəbul edilib.
Elmi Şurada BDU büdcəsindən YAŞAT Fonduna 50 000, Qarabağ Dirçəliş Fonduna 100 000 manat məbləğində ianə edilməsi yekdilliklə qərara alınıb.
BDU-nun 2021-ci il üçün nəşr planı da müzakirə edilib.
Şura həmçinin Vətən müharibəsinin iştirakçısı olmuş alt qruplarda təhsil alan BDU tələbələrinin ödənişlərinin BDU büdcəsindən ödənilməsi haqqında da qərar qəbul edib.

Читать полностью…

Bakı Dövlət Universiteti

📣2021-ci il Gənclər üçün Prezident mükafatını alan gənclərdən daha biri -Bakı Dövlət Universitetinin Filologiya məzunu, istedadlı şair, hazırda Türkiyədə təhsil alan Ramil Əhməd
Təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU-da onlayn imtahanlar davam edir

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası onlayn formada öz işini uğurla davam etdirir.
01 fevral 2021-ci il tarixində keçirilən imtahanlarda BDU-da bakalavr pilləsində 184 qrup üzrə 3860 nəfər iştirak edib.
Magistratura pilləsində isə 105 ixtisaslaşmada 59 fənn üzrə 309 magistrant imtahan verib.
BDU-nun Qazax filialında isə 7 qrup üzrə 100 (yüz) nəfər imtahanlarda iştirak edib.
Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Qış imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün tədbirlər təşkil olunub. Sessiya müddətində universitet rektorluğu, dekanlar, dekan müavinləri, nəzarətçi müəllimlər və Tələbə Nəzarət Qrupu imtahanlara mütəmadi onlayn nəzarət edir. Həmçinin, tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apelyasiya Komissiyası da onlayn fəaliyyət göstərir.

Читать полностью…

Bakı Dövlət Universiteti

Sabahınız xeyir əziz tələbələr

Читать полностью…

Bakı Dövlət Universiteti

“Microbial Patogenesis” jurnalı BDU aliminə təşəkkür etdi

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin professoru, Mikrobiologiya və virusologiya Elmi-tədqiqat laboratoriyasının müdiri Xudaverdi Qənbərova ELSEVIER nəşriyyatında çap olunan “Microbial Patogenesis” (“Mikrob patogenliyi”) jurnalı ilə karonavirus pandemiyası səbəbilə çətin bir dövrdə elmi əməkdaşlığa görə jurnalın Redaksiya Heyəti tərəfindən təşəkkür elan edilib.
Yüksək impakt faktora (2.581) malik olan bu jurnal Web of Science Clarivate Analitics elmmetrik bazasına daxildir. X.Qənbərov, 2020-ci ildə jurnalda çap olunmuş 6, o cümlədən 3 icmal məqalənin həmmüəllifidir.

Читать полностью…

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetinin bakalavriat və magistratura pillələrində praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və tələbələrin fiziki iştirakını tələb edən fənlər üzrə tədris ənənəvi formada bərpa olundu.

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU-nun Fizika Problemləri ETİ-də bioloji fəal peptid molekulların
fəza quruluşları kompleks tədqiq olunur
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti elmi seminar keçirilib.
Seminarda İnstitutun Biofizika şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru Gülşən Ağayeva “Bioloji fəal peptid molekulların fəza quruluşlarının spektral və nəzəri hesablama metodları ilə kompleks tədqiqi ” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə bioloji fəal peptid molekullarının fəza quruluşları və konformasiya imkanlarının müxtəlif tədqiqat üsulları vasitəsi ilə öyrənilməsinin, alınmış nəticələrin müqayisə və təhlil edilməsinin forma və üsulları göstərilib. Aparılan tədqiqatlar nəticəsində təcrübi və nəzəri üsullarla müəyyən edilmış quruluş elementlərinin müqayisəsinin onların qiymətlərinin dəqiqləşdirilməsinə səbəb olduğu müəyyən edilib. Məruzədə tədqiq edilmiş biomolekulların fəza quruluşları və konformasiya imkanlarının müəyyən edilməsi, onların quruluş-funksiya əlaqəl

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU-nun kitab hədiyyəsi

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Lənkəran Dövlət Universitetinin Kitabxanasına kitablar hədiyyə edib. Lənkəran Dövlət Universitetində tələbələrin daha çox ehtiyac duyduqları ədəbiyyat toplanaraq kitabxanaya bağışlanıb.
Bu gün təqvimdə ən gənc bayramlardan hesab edilən "Beynəlxalq kitab bağışlama Günü" (“International Book Giving Day”) artıq dünya əhalisi tərəfindən geniş qeyd edilir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Kitab bağışlamaq təşəbbüsü bütün dünyada dəstək qazanıb və bu gün kitab bağışlayan, kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Hər il minlərlə kitab dünyanın bütün istiqamətlərinə yola düşür və insanlarda kitaba, mütaliəyə məhəbbət yaradır.

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görülüb

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompyuter elmləri ixtisası üzrə təhsil alan III kurs tələbəsi Aygün Məmmədova Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası ilə “AzEdu Academy”nin ortaq layihəsi olan Lütfi Zadə adına təqaüdə layiq görülüb.

İstedadlı tələbələrə dəstək olmaq və məşhur alim Lütfi Zadənin xatirəsini yaşatmaq məqsədilə təsis edilən təqaüd texniki və texnoloji ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan, birinci Qarabağ və Vətən müharibəsində şəhid və ya qazi olan şəxslərin övladları, həmçinin sosial təminatı aşağı olan tələbələr üçün nəzərdə tutulub. Aygün İlkin qızı Məmmədovanın atası birinci Qarabağ müharibəsi qazisidir.

Читать полностью…

Bakı Dövlət Universiteti

📚Universitetin dadı-duzu tələbələrdir.
Boz binalara rəngarənglik gətirən tələbələrimizi səbrsizliklə gözləyirik.

Читать полностью…

Bakı Dövlət Universiteti

– sayı × 10 bal (beynəlxalq);
– sayı × 5 bal (Azərbaycan və regional);
7. Respublika, regional və beynəlxalq səviyyəli qrantlar üzrə işlər (2020-ci ildə yerinə yetirilmiş, konkret göstərilməklə)
– sayı × 50 bal (beynəlxalq);
– sayı × 25 bal (Azərbaycan və regional);
8. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən, onlayn olmaqla) elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərdə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərilməklə)
– sayı × 5 bal;
9. Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Linkedin və digər səhifələrinin mövcudluğu (linklər göstərilməklə)
– sayı × 5 bal;
10. Dövlət Proqramlarının yerinə yetirilməsində iştirak (2020-ci ildə, konkret göstərilməklə)
– sayı × 10 bal;
11. Dövlət təltifləri və ya mükafatları (2020-ci ildə, sənədlərin surətləri təqdim olunmaqla)
– sayı × 50 bal;
12. Kadr hazırlığı (2020-ci ildə müdafiə etmiş, konkret göstərilməklə)
• elmi rəhbər və elmi məsləhətçi (fəlsəfə və ya elmlər doktorluğu) – sayı × 40 bal;
• elmi rəhbər (magistratura səviyyəsində) – sayı × 10 bal;
• elmi rəhbər (bakalavriat səviyyəsində) – sayı × 5 bal.
13. Respublika və xarici (Web of Science, Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu bazalara daxil olan) elmi jurnallarda təmsilçilik (redaktor, redaktor müavini, məsul katib, redaksiya heyətinin üzvü – konkret göstərilməklə, internet linkləri əlavə olunmaqla)
• xarici – sayı × 10 bal;
• Azərbaycan – sayı × 5 bal;
14. Kitab (nüfuzlu nəşriyyatlarda nəşr edilmiş) redaktoru və ya rəyçisi (əsli və ya ilk əsas səhifələrinin surətləri təqdim olunmaqla)
• redaktor – sayı × 30 bal;
• rəyçi – sayı × 15 bal;
15. Respublika və xaricdə nüfuzlu nəşriyyatlarda dərc olunmuş nəşrlərdə, həmçinin ölkədaxili və beynəlxalq layihələrdə resenzent fəaliyyəti (məqalələr, qrant layihələri və s.)
– sayı × 10 bal;
16. Müdafiələrdə opponentlik fəaliyyəti (2020-ci ildə, konkret göstərilməklə)
– sayı × 20 bal;
17. Elmi-təşkilati işlərlə bağlı (dissertasiya şurası, dissertasiya şurasının elmi seminarı və s. kimi digər) fəaliyyət (2020-ci ildə, konkret göstərilməklə)
– sayı × 5 bal;
18. Respublika, regional və beynəlxalq elmi təşkilatlarda, cəmiyyətlərdə və ittifaqlarda üzvlük və ya rəhbərlik (konkret göstərilməklə, internet linkləri əlavə edilməklə)
• rəhbərlik:
– sayı × 50 bal (beynəlxalq);
– sayı × 25 bal (Azərbaycan və regional);
• üzvlük:
– sayı × 20 bal (beynəlxalq);
– sayı × 10 bal (Azərbaycan və regional);

Müsabiqənin keçirilmə müddəti:
1. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2021-ci il 12 fevral tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;
2. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2021-ci il 15 mart saat 17:00-dır.
Müsabiqəyə sənədlərin təqdim olunması:
1. İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) elm-innovasiyalar@bsu.edu.az ünvanına təqdim etməlidirlər.
2. Müsabiqədə yalnız BDU-nun əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.
3. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.
4. Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

Читать полностью…

Bakı Dövlət Universiteti

Elan

UAFA (Azərbaycana Birgə Yardım) təşkilatı ABŞ-ın Corctaun universitetinin Uşaq və İnsan İnkişafı mərkəzi və Bakı Dövlət universiteti (BDU) ilə birgə əməkdaşlıq çərçivəsində yeni General Foundation Course Coverage (CHED) - Uşaqlıq Dövründə Sağlamlıq, Təhsil və Sosial İnkişaf üzrə baza kursuna start verir. 12 həftəlik nəzəri kursu və bir o qədər zamanı da əhatə edəcək Portfolio dönəmini uğurla bitirən iştirakçılara Corctaun Universitetinin Uşaq və İnsan İnkişafı mərkəzi və BDU adından sertifikat təqdim olunacaq.
Kurs ödənişli əsaslarla keçirilir.
Qeydiyyat üçün linkə daxil olmağınız xahiş olunur: http://ched.az/#apply
Əlavə məlumat üçün:
Tel: +994 12 497 2519
Mob: +994 70 497 2519
Email: ched@uafa.az

Читать полностью…

Bakı Dövlət Universiteti

🎓 Bu gündən magistraturaya sənəd qəbuluna başlanılır.
Sənəd verən hər bir tələbəmizə uğurlar arzulayırıq❗

Читать полностью…

Bakı Dövlət Universiteti

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının 33-cü ildönümüdür

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının 33-cü ildönümüdür.
2010-cu il iyunun 18-də gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edərək qeyri-bərabər döyüşə atılmış, çox sayda düşmən əsgər və zabitini məhv etmişdir.
M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycanın mərd övladı düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı və cəsarəti ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.
Şəhid qəhrəman Mübariz İmrahimov İkinci Fəxri xiyabanda dəfn olunub.

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU TV-nin təqdimatında yeni tələbə yataqxanasının - “Tələbə evi”nin - tanıtım çarxını təqdim edirik..

Читать полностью…

Bakı Dövlət Universiteti

Yanvar ayı təqaüdləri yükləndi.Xeyirli olsun!

Читать полностью…

Bakı Dövlət Universiteti

📝Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Prezident mükafatçıları arasında BDU məzunu
Fərid Pərdəşünas yaratdığı "Tavuş Bot" ilə Ermənistan hökumətini diz üstə çökdürmüşdü.

Təbrik edir, uğurlar arzulayırıq!

Читать полностью…

Bakı Dövlət Universiteti

BDU-nun əməkdaşı yenə fərqləndi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Dövlət Universitetinin Tədris sənədləri ilə iş şöbəsinin əməkdaşı Lalə Hüseynzadəni 2020-ci ildə uğurlu fəaliyyətinə görə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə diplomla təltif edib.
Qeyd edək ki, Lalə Hüseynzadə 2011/2012-ci illərdə "Tanıdım səni" adlı lahiyədə ilk dəfə qum sənəti ilə çıxış edərək birinci yerə layiq görülüb. Müxtəlif illərdə Türkiyənin "TV8” telekanalında yayımlanan "Yetənək sizsiniz" adlı layihədə uğurlu çıxış edib, Rusiyada "Yaradıcı insanlar" adlı festivala qatılıb, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9 noyabr - Bayraq Gününə həsr olunmuş sərgidə qalib gəlib.
Lalə Hüseynzadə, eyni zamanda, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbir və sərgilərə qatılıb, Leyla xanım Əliyevanın dəstəyi ilə keçirilən “Live life" adlı sərgidə iştirak edib.

Читать полностью…

Bakı Dövlət Universiteti

Buranı boş təsəvvür etmək çətindir.
Yaddaqalan xatirələrinizi bölüşün 😊

Читать полностью…

Bakı Dövlət Universiteti

Bu gün Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının toplantısında iştirak etdik. Himayəçilər Şurasının üzvləri ilə birgə universitetdə görülən işləri və ali təhsil müəssisəsinin inkişaf strategiyasını müzakirə etdik.

Daha sonra isə universitetin əsaslı təmir olunmuş tələbə yataqxanası ilə tanış olduq. Beşmərtəbəli yataqxana binasında 220 nəfər tələbə üçün hər cür şərait yaradılıb.

Читать полностью…
Subscribe to a channel