Bu gün Imam Zeynəl Abidin🥀(ə.) mövlud günüdür
İmamı Zeynal Abidin ibn Əli ibn Hüseyn🥀(radıyallahü təala anh)
Həzrəti Hüseynin oğludur. On iki imamın dördüncüsüdür. Adı Əli, Künyəsi Əbu Muhamməd və Əbül Həsəndir. Ləqəbləri Səccad və Zeynalabdindir. Hicrətin 33-cü ilində Mədinədə doğuldu. Anası Şəhrə Banu o dövrün Acəm padşahının qızı idi və Nuşirəvani Adilin övladındandır. Son Sasani hökmdarı Yezdicərdin qızıdır. İmamı Zeynal Abidinin vəfatı hicrətin 94-cü ilində Məhərrəm ayının on səkkizindədir. Hicri 95-ci ilində vəfat etdiyi də deyilmişdir. Hicri 94 (miladi 713) ilində xəlifə Vəlidin əmri ilə Mədinə valisi Osman ibn Hayyan tərəfindən zəhərlədilərək şəhid edildi. Mübarək başının Misirdə Kurafə qəbiristanlığında olduğu “Təzkireyi Qurtubi müxtəsəri”də yazılı isə də, bunun Zeynal Abidin həzrətlərinin oğlu Zeydin mübarək başı olduğu “Tuhfətürraqıb fi sirəti camaati min ayani Əhli beytil atayib” kitabının 31-ci səhifəsində yazılmışdır.
Ona Zeynal Abidin deyilməsinin səbəbi budur; Bir gecə təhəccüd namazı qılırdı. Şeytan əjdaha şəklinə girib onu məşğul etmək istədi. Ona əhəmiyyət vermədiyini görəndə ayaq barmağını dişlədi. Barmağı çox ağrıdığı halda namazını pozmadı. ALLAH təala əjdahanın şeytan olduğunu kəşf ilə bildirəndə ona vuraraq “Uzaq ol, ey məlun❗” dedi. Şeytan uzaqlaşıb getdi. İbadətini tamamlamaq üçün qalxanda görmədiyi birisi üç dəfə, “Sən Zəynal Abidinsən❗”, yəni ibadət edənlərin bəzəyisən, deyə səsləndi.☝🏻
✍ نصیب آ قایف
👇👇👇👇
@bendeler
🍃🌹🍃 بسم الله الرحمن الرحیم 🍃🌹🍃
Hər vaxtınız xeyir olsun İnşəAllah❗
Kanalımızın dəyərli izləyiciləri, 3 gecədir ard - arda gələn mövlud gecələriniz omrünüzə xeyir, bərəkət, qəbul olunmuş dua, alınmış hacətinizi gətirsin İnşəAllah 🤲🤲🤲🌸🌸🌸
Bugünkü testin doğru cavabı A) bəndi idi. Müvəffəq olasınız İnşəAllah 🤲
Gecəniz xeyrə....👋
🍃🌹🍃 بسم الله الرحمن الرحیم 🍃🌹🍃
Mövludun mübarək olsun Ağa❗ İmam Zaman🥀(ə.f) Ağamız başda olmaqla Əhli-Beyt💐(ə.s)-ı sevən hər kəsi Mübarək Mövlud münasibəti ilə təbrik edirik❗🌹ALLAH🌹(C.C) bizləri Hz.Əbəlfəz🥀(ə.s) Ağamızın haqqını həqiqi tanıyanlardan qərar versin Hz.Əbəlfəz🥀(ə.s) Ağanın hörmətinə günahlarımızı bağışlayıb 🙏🏻, İmanlı yaşamağı və İmanlı dünyadan köçməyi nəsib etsin 🤲.Ağanın mübarək ruhuna salavat hədiyyə edək İnşəAllah :
Allahummə Səlli Əla Muhammədin və Ali Muhamməd və Əccəl Fərəcəhum.
İlahi Amin Ya Rabbəl Aləmin.
BAYRAMINIZ MÜBARƏK OLSUN❗
🍃 🌹 🍃 بسم الله الرحمن الرحیم 🍃 🌹🍃
Bu gün müsəlmanların üçüncü imamı Məhəmməd peyğəmbərin🌷(s) ikinci nəvəsi, İmam Əlinin🌷(ə) və Peyğəmbərin qızı Fatimənin🥀(ə) oğlu, imam Hüseyn ibni Əlinin🌷(ə) mövlud günüdür.
İmam Hüseyn hicri-qəməri tarixinin 4-cü ilində şaban ayının 3-də Mədinə şəhərində dünyaya gəlib
İmam ömrünün altı ilini babası Peyğəmbər ilə keçirib. Peyğəmbərin vəfatından sonra isə otuz il atası Әli🌷(ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə döyüşlərdə atasını müdafiə etmişdi. Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və imam kimi qəbul etmişdi.☝🏻
Hicrətin 61-ci ilində baş verən Kərbəla hadisəsindən sonra məhz bu faciəyə münasibətlə, İmam Hüseynə dost və düşmənçilik meyarı ilə yaxşını pisdən, xeyiri şərdən ayırmağa başladılar. Peyğəmbər🌷(s) buyurub:
«Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir"☝🏻🥀🥀🥀
✍ نصیب آ قایف
👇👇👇👇
@bendeler
🍃🌹 بسم الله الرحمن الرحیم 🌹🍃
Salam, Axşamınız xeyir olsun dostlar ,ilaxır çərşənbəniz də mübarək olsun 🌹. ALLAHDAN sizlərə can sağlığı, bol ruzi,bərəkətli ömür əta etməyini arzulayırıq 🤲. Vəə.. İltimasi dua deyib bugünkü testin doğru cavabını qeyd edirik . Doğru Cavab C) bəndi idi .Təşəkkürlər hamınıza 👍
Gecəniz xeyrə...👋
🌾Bismillahi-r-Rəhmani-r-Rəhim🌾
1️⃣1️⃣-Cİ DƏRS ✅
İSLAMDA AİLƏ VƏ QARŞILIQLI
MÜNASİBƏTLƏR
Toy məclisi: 💮
Nişan və toy məclisi arasındakı fasilə
🍃🌹🍃🌹🍃🌹🍃
👉 Bu iki mərasim arasındakı fasilə müqəddəs islam dinində məzəmmət olunmadığı kimi, bu barədə hər hansı bir göstəriş də gəlib çatmamışdır.
Unutmayaq ki, qeyd olunan iki mərasim arasında bir müddət fasilənin olması, məsumların həyatında da baş vermişdir.
Bundan əlavə bu iş, ailə həyatı qurmağa çalışan oğlan və qızın bir-birini daha yaxşı tanımasına, birgə gələcək həyat üçün daha yaxşı hazırlaşmasına yardım edir və yaxşı qarşılanır.
✍ نصیب آ قایف
👇👇👇👇
@bendeler
🍃🌹 بسم الله الرحمن الرحیم 🌹🍃
Salam gecəniz bərəkətli....., dəyərli izləyicilərimiz, Testin doğru cavabı A) bəndi idi. ALLAHDAN əcr alanlardan olazız İnşəAllah 🤲AMİN🤲
Gecəniz xeyrə.....👋
🍃🌹 بسم الله 🌹🍃
Salam dostlar❗ Hamınızı xoş gördük . Öncə bugünün səbəbiylə ,yəni şaban ayının daxil olmasıyla hamınızı kanalımız adından bir daha təbrik edirəm 🌹. Və sayənizdə kanalımız bu dəqiqələrdə yeni abone yüzlüyünə qədəm qoydu 😊. Buna görə sizlərə minnətdarıq və sizlərə elə bu xoş əhval ruhiyyə ilə ərz edirikki ,dahada maraqlı və elmi paylaşımlarla xidmətinizdəyik. ALLAH hər birimizi müvəffəq eləsin İnşəAllah 🤲 Dualarımız sizlərlə. İltimasi dua 🤲
Və Rəhmətullahi Və Bərəkatuhu.
🌾 Bismillahi-r-Rəhmani-r-Rəhim 🌾
8️⃣ - Cİ DƏRS ✅
İSLAMDA AİLƏ VƏ QARŞILIQLI
MÜNASİBƏTLƏR.
İzdivac əqdi: ⚠️
Sual:
İzdivac əqdi nədir❓
Cavab:
İslam dininiə əsasən , kişi və qadın birlikdə yaşaması üçün nəzərdə tutulan ilk məsələ "izdivac əqdi" dir.
"Pak qadınlarla evlənin ..:" ( 📖 Nisa surəsi , 3-cü ayə)
Elçilik islami formada həyatə keçirilməlidir
Bir oğlanın bir qıza elçiliyə getməsi və yaxud onun barmağına nişan üzüyü taxması onların məhrəm olmasına səbəb olmaz. Məhrəmlik üçün izdivac əqdinin oxunması lazımdır.
Nikah əqdi zamanı hər iki tərəfin bu işə yəqinlərinin olması şərtdir
Oğlan və qız, əgər izdivac əqdinin oxunub-oxunmamasına yəqinləri olmazsa, bir -birlərinə məhrəm gözü ilə baxa bilməzlər.¹☝🏻
🍃🌸🍃İzdivac mərasimi🍃🌸🍃
A) Aşkarda olsun
İslam peyğəmbəri🌷(s) buyurmuşdur : " Toyu aşkarda , elçiliyi isə gizlində edin."²☝🏻
B) Mərasim məsciddə təşkil olunsun
İslam peyğəmbəri🌷(s) buyurmuşdur: "İzdivac mərasimini məscidlərdə keçirin."³☝🏻
Mənbə.👇
_____________________
1️⃣-📘Tovzihul-məsail Ayətullah Xomeyni-365.
2️⃣-📕Mizanul-hikmət,5-ci cild.
3️⃣-📗Mizanul-hikmət, 5-ci cild.
✍ نصیب آ قایف
👇👇👇👇
@bendeler
🌾 Bismillahi-r- Rəhmani-r-Rəhim 🌾
7️⃣ -Cİ DƏRS ✅
İSLAMDA AİLƏ VƏ QARŞILIQLI
MÜNASİBƏTLƏR.
Bir neçə mühüm nöqtə: ⚠️
1️⃣-Qadın elçi haqqında məlumatlı olmalıdır.☝🏻
👉 Peyğəmbər🌷(s): "Bir kişi saçlarını boyayıb xanımın elçiliyinə getsə, həmin xanımı saçlarını boyadığından xəbərdar etməlidir."¹☝🏻
2️⃣ - Kişi elçilik haqqında bunları bilməlidir:⚠️
A)-Sual:
Evlənmək niyyətində olan kişi qadına baxa bilər❓
İmam Sadiqdən🌷(ə) cavab: "bəli"²
B)-Sual:
Kişi evlənmək istədiyi qadının saçlarına baxa bilər❓
İmam Sadiqdən🌷(ə) cavab: "Bəli"³
C)-bir nəfər elçiliyə getdiyi zaman peyğəmbər🌷(s) ona buyurdu: "Qadının əl və üzünə bax."⁴☝🏻
Mənbə:👇
_____________________
1️⃣-📗Nəhcül-bəlağə.
2️⃣-📕Vəsailuş-şiə.
3️⃣-📘Vəsailuş-şiə.
4️⃣-📙Vəsailuş-şiə.
✍ نصیب آ قایف
👇👇👇👇
@bendeler
🍃🌹 بسم الله 🌹🍃
Salam axşamınız xeyir olsun, kanalımızın dəyərli izləyiciləri❗🙏🏻.
Öncə kanalda qoyduğumuz suallarda aktiv iştirakınıza görə sizlərə təşəkkür edirik 🌹👍 Bəli ,bəli bugünkü testin düzgün cavabı D) bəndi idi 🤗.
Müvəffəq olasınız İnşəAllah 🤲
Gecəniz xeyrə....👋
💫💫💫
🌼 Məbəs Bayramınız Mübarək ...
✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨
(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik...
📕 Ənbiya
🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹
Bu gün Şaban ayının 5-i İmam Zeynəl Abidin🥀(ə.) mövlud günüdür.
Bu mövlud münasibətilə başda Hz.Mehdi🥀(ə.f) olmaqla bütün Əhli-Beyt💐(ə) aşiqlərini təbrik edirik❗ALLAH bizləri onların şəfaətindən binəsib etməsin İnşəAllah 🤲.
🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
✨Hz Əbəlfəzl Ağanın✨ təvəssül namazı.
2 rukət Hz Əbəlfəzlə hədiyyə namazı qılmaq.
Hər rukətdə Fatihə surəsindən sonra 100 dəfə "Yə Həyyu Yə Qayyum" demək.
Namaz bitirdikdən sonra fasilə vermədən 100 salavat deyib ayağa qalxıb üzü qibləyə
"Əssələmu ələykə yə Abbas ibnə Əliyyin əğisni"
(sayı yazılmamışdır neçə dəfə istəsəz deyə bilərsiz)
Sonra hacətini istə.
ALLAH ali dərəcədə qəbul eləsin İnşallah dualarımızı tez bir zamanda
🤲🤲🤲
İltimasi dua...🤲🤲🤲
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
🍃🌹🍃 بسم الله الرحمن الرحیم. 🍃🌹🍃
Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbülfəzl ibn Əli🥀(ə) hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəlmişdir - Islam aləmində Həzrət Əbülfəzl🥀(ə) Qəməri-Bəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə tanınmışdır.
Atası Həzrət Əli🌷(ə), anası isə öz şücaətləri ilə ad qazanmış "Kilab" qəbiləsindən olan Ummülbənidir.
Həzrət Əlidən🌷(ə) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır. Imam Cəfər Sadiq🌷(ə) belə buyurur: "Bizim əmimiz Həzrət Əbülfəzlin🥀(ə) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O 🥀(ə), Imam Hüseynlə🥀(ə) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin🥀(ə) yolunda canını fəda edib şəhid oldu."
O Həzrətin🥀(ə) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin🌷(ə) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl🥀(ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl🥀(ə) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl🥀(ə) onu da məğlub etdi." Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundan heç kim onunla döyüşə cəsarət etmədi.☝🏻
✍ نصیب آ قایف
👇👇👇👇
@bendeler
🍃🌹🍃 بسم الله الرحمن الرحیم 🍃🌹🍃
Salam Aleykum hər vaxtınız xeyir olsun İnşəAllah 🤲
Bugünkü testin doğru cavabını qeyd edirik İnşəAllah 🤲
Doğru cavab B) bəndi idi 🤗Təşəkkürlər hamınıza 👏👏👏
Gecəniz xeyrə....👋
Salam zamanı❗
Salam ağa🥀✋
Sizləri və cəmi Möminləri başda əsrin İmamı Məhdi🥀(ə) olmaqla Cənnət cavanlarının Ağası İmam Hüseyn🥀(ə)-in mövlud günü münasibəti ilə kanalımız adından təbrik edirik
Salam olsun kanal üzüvlərinə kimsə bizim kanalın paylaşımlarını götürüb linki silib öz kanalında paylaşır niyə? Kanalın paylaşımlarını paylaşa bilərsiniz amma linki silməyə halallıq verilmir bunu kimsə edirsə yəni linki silib paylaşımları kopyalayırsa etməsiz. Qəti surətdə bu icazəli deyil...
Читать полностью…🍃🌹 بسم الله الرحمن الرحیم 🌹🍃
ŞABAN AYININ ƏMƏLLƏRİ
Seyyid ibn Tavus 🌹ALLAHIN🌹 Rəsulundan🌷(s) nəql etmişdir: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecə Şaban ayının namazı niyyəti ilə 12 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) hədsiz savabı vardır».
İmam Sadiq🌷(ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar»
«İqbal» kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur. Biz onlardan yalnız birini sizin nəzərinizə çatdırırıq: Bu namaz on iki rəkətdir. Onun hər rəkətində «Həmd»dən sonra on bir dəfə «İxlas» surəsi deyilməlidir.
Bu ayda həmçinin:
- mümkün qədər sədəqə vermək,
- çox sayda salavat demək,
- “əstəğfirullahə və ətubu iləyh” (استغفر الله و اتوب الیه) deyib 🌹ALLAHDAN🌹 bağışlanmaq istəmək Şaban ayında 🌹ALLAHIN🌹 bəyəndiyi əməllərdir.
- Hər gün 70 dəfə “Əstəğfirullahə və əs'əluh'ut-təvbə” (Tərcüməsi: 🌹ALLAHDAN🌹 bağışlanma diləyirəm və ondan tövbəmi qəbul etməsini istəyirəm).
- Hər gün 70 dəfə - “Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhim, əl-Həyyul-Qəyym və ətubu iləyh” (استغفر الله الذی لا اله الا هو الرحمن الرحیم الحی القیوم و اتوب الیه) – deməklə Şaban ayında 🌹ALLAHDAN🌹 bağışlanmaq diləmək, digər aylarla müqayisədə sanki 70 min dəfə istiğfar etməkdir.
Şaban ayı boyunca 1000 dəfə “La ilahə illəllahu və la nə'budu illa iyyahu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” (لا اله الا الله، لا نعبد الا ایاه، مخلصین له الدین و لو کره المشرکون) deyən mömin min ilin ibadətinin savabını qazanar.☝🏻
Şaban ayında tövsiyyə olunan xüsusi hacət namazı
Şəban ayının hər cümə axşamı günləri (4-cü günləri) 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin 🌹ALLAH-TƏALA🌹 bütün dini və dünyəvi hacətlərini yerinə yetirər.
Həmçinin bu ayın çümə axşamı günləri oruc tutmaq tövsiyyə olunub. Rəvayətlərdə qeyd olunub ki, mələklər 🌹ALLAH-TƏALADAN🌹, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər.
Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin 🌹ALLAH-TƏALA🌹 20 dünya və 20 axirət hacətini yerinə yetirər.☝🏻
✍ نصیب آ قایف
👇👇👇👇
@MuxtarSeqefi
Bugünkü testin doğru cavabını qeyd edirik İnşəAllah 🌹
Cavab A) bəndi idi Təşəkkürlər hamınıza 🌹
Gecəniz xeyrə...👋🌃
🌾 Bismillahi-r-Rəhmani-r-Rəhim 🌾
9️⃣ - CU DƏRS ✅
İSLAMDA AİLƏ VƏ QARŞILIQLI.
MÜNASİBƏTLƏR.
Mehriyyəsiz izdivac əqdi düzgün deyil:☝🏻
👉 Bir gün bir qadın peyğəmbərin🌷(s) yanına gəlib dedi:
"Ey Allahın elçisi❗ İstəyirəm ki, məni siz ərə verəsiniz." Həzrət🌷(s) üzünü müsəlmanlara tutub dedi: "Kim bu qadını özünə həyat yoldaşı etmək istəyir❓"
Müsəlmanlardan biri ayağa qalxıb bu işə hazır olduğunu bildirdi."
Həzrət🌷(s) buyurdu:
"Mehriyyə üçün nəyin var❓"
Kişi cavab verdi: "Ey ALLAHIN peyğəmbəri❗ Heç bir şeyim yoxdur."😔
Peyğəmbər🥀(s) üzünü ona tutub buyurdu: "Mehriyyəsiz izdivac olmaz." Həzrət🌷(s) yenidən üzünü müsəlmanlara tutub kimin bu iş üçün hazır olduğunu soruşdu.
Həmin kişi ikinci dəfə ayağa qalxıb qadınla evlənmək üçün hazır olduğunu bildirdi.
Nəhayət üçüncü dəfə peyğəmbər🥀(s) ondan soruşdu: "Qurandan bir şey bilirsənmi❓"
Müsəlman kişi cavabında buyurdu: "Bəli." Həzrət bunu eşitdikdə xoşhal olub buyurdu: "Bu qadının əqdini sənə oxuyuram. Mehruyyə də bundan ibarətdir ki, Qurandan bildiyin qədərini ona öyrədərsə."¹☝🏻
Mənbə 👇
_____________________
1️⃣-📗 Müstədrəkul-vəsail.
✍ نصیب آ قایف
👇👇👇👇
@bendeler
🍃🌹 بسم الله الرحمن الرحیم 🌹🍃
⚠️ Salam Aleykum hər vaxtınız xeyir olsun İnşəAllah ,kanalımızın aktiv izləyiciləri 🙏🏻 . Bugünkü testin doğru cavabı A ) bəndi idi 🤗 .🌹ALLAH🌹 elminizə bərəkət versin İnşəAllah 🤲
🌜⭐️🌛Gecəniz xeyrə...👋 🌜⭐️🌛
🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸
👉 ALLAH-TƏALA İslam Peyğəmbəri Həzrət Muhəmmədi🌷(s) sonuncu Peyğəmbər olaraq göndərdi və O həzrətin🌷(s) gətirdiyi dini və kitabı, səmavi dinlərin və kitabların sonuncusu qərar verdi. Bu din və kitab hidayət üçündür və yalnız bu dinə və Qurana sarılanların rəhmətdən payı vardır. Çünki, artıq Həzrət Muhəmməddən🌷(s) sonra bir Peyğəmbər gəlməyəcək, İslam və Qurandan sonra hidayət edən, yol göstərən, qaranlıqlardan nura çıxaran, bir din və hikmət enməyəcəkdir. İslam dini kamil dindir və bütün sualların cavabını bu dində tapmaq mümkündür. İslam dini bütün dövrlər üçün, bütün millətlər, xalqlar üçün göndərilmişdir, Qiyamət gününə qədər qüvvədədir.☝🏻
👇👇👇👇
@bendeler
🌾 Bismillahi-r- Rəhmani-r-Rəhim 🌾
6️⃣ - CI DƏRS ✅
İSLAMDA AİLƏ VƏ QARŞILIQLI
MÜNASİBƏTLƏR.
Xatırlama*
📖 Quran ayələrindən və hədislərdən belə başa düşülür ki, kişinin elçilik etməsi, xüsusilə kişi tərəfindən bir qurup insanın elçiliyə getməsi daha yaxşıdır.
Hərçənd qadının elçilik etməsi və kişinin özünün qadının ailəsinə elçiliyə getməsi də qəbahət deyil.
Hansı elçini qəbul edək❓
A) Peyğəmbər🌷(s) buyurur: "Özünüzə uyğun insanlara elçilik edin. ( onlarla ailə qurun)¹☝🏻
B) İmam Sadiq🌷(ə) buyurur: "Pak, nəcib və az imkanlı kişinin elçiliyinin qəbul olunması məqsədəuyğundur."²☝🏻
Hansı elçini qəbul etməyək❓
A) İmam Sadiq🌷(ə): "Şiə olmasından şəkk etdiyiniz ailədən qız alın, amma onlara qız verməyin."³☝🏻
B) İmam Sadiq🌷(ə): "Əgər şərabxor biri elçiliyə gəlsə , ona qız verməyin."⁴☝🏻
Mənbə: 👇
_____________________
1️⃣-📗Mizanul-hikmət, 5-cild.
2️⃣-📕Mizanul-hikmət, 5-ci cild .
3️⃣-📘Vafi, 3-cü cild.
4️⃣-📙Mizanul-hikmət, 5-ci cild.
✍ نصیب آ قایف
👇👇👇👇
@bendeler