🇹🇷 Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 min nəfərlik nizami ordu yaratmağa kömək edəcək. Yaxın zamanda Ərdoğanın bu ölkəyə səfəri gözlənilir. (KİV)
✅@carchinews
🗣️Özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur. Görünən odur ki, ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə onun xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür.
Azərbaycan XİN
✅@carchinews
🇦🇿🇷🇺 1 yanvardan Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.
✅@carchinews
📅 Bu həftə ardıcıl 7 gün iş olacaq
Qeyd: 30 dekabr və 3 yanvar iş günləri ilə dəyişdiyi üçün müvafiq olaraq 28 və 29 dekabr iş günüdür.
✅@carchinews
🇺🇿Özbəkistan Çarvak sahillərində dəyəri 10 milyard dollar olan “Sea Breeze Uzbekistan” turizm mərkəzinin tikintisinə razılıq verilib. Bundan əvvəl bu layihəni Emin Ağalarov Özbəkistan Prezidentinə təqdim edib.
✅@carchinews
🗣️Arzu olunarsa, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması mümkündür.
Rusiya Prezidenti
✅@carchinews
🇦🇲🇫🇷Ermənistanın baş naziri N.Paşinyan Fransa prezidenti E.Makronu iki il ərzində 5-ci dəfə ölkəsinə dəvət etsə də, səfər baş tutmur. (Sputnik Armenia)
✅@carchinews
⚠️ Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Sədərək rayonu istiqamətində minaya düşərək xəsarət alıb.
✅@carchinews
🧑⚖️ Separatçıların Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işləri məhkəmədə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq. Onunla eyni tərkibdə hakimlər Camal Ramazanov və Anar Rzayev yer alır.
✅@carchinews
⚠️ Azərbaycanda 173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb, səbəb tələbənin təhsil müddətində göstəricilərinin yuxarı olması olub.
✅@carchinews
🗣️Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır.
🇦🇲Ermənistan Baş naziri Paşinyan
✅@carchinews
🇷🇺 🇺🇦Putin deyib ki, Rusiya Zelenski seçkiyə gedərsə və legitimlik qazanarsa , onunla danışacaq. Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni lideri ilə imzalayacaq.
✅@carchinews
🛣 Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolu tikilir
- Yolun ümumi uzunluğu: 3896 metr
- Yolun dərəcəsi: şəhər əhəmiyyətli magistral küçə
- Hərəkət zolağının sayı: 6 zolaqlı
- Hərəkət zolaqlarının eni: 3.5 m
- Tunellərin sayı: 4
- Yeraltı piyada keçidlərinin sayı: 3
⚫️@carchinews
⚠️ “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ etməkdə şübhəli bilinən Azər Zahid və bir qrup tik-toker saxlanılıb.
✅@carchinews
⚡️⚡️⚡️Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manata çatdırılır
Sosial müavinətlər və təqaüdlər artırılacaq
✅@carchinews #SƏRƏNCAM
🏫 Bayram tətilindən sonra 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 6 yanvar, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 4 yanvar ilk iş günüdür.
✅@carchinews
🗣️Türkiyə Suriyada dövlət qurumlarının yenidən fəaliyyətə başlaması üçün köməyə hazırdır.
Türkiyə XİN rəhbərinin Suriyada mətbuata açıqlaması
✅@carchinews
🇦🇿🇩🇪 İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində 13 nəfərin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar Prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
✅@carchinews
❓ Milli Məclisdə Siyavuş Novruzov iki övladı olan şəxslərin hərbi xidmətə aparılmamasını təklif edib.
✅@carchinews
🗣️Son zamanlar Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıblar. Fransanın Azərbaycandakı səfiri də özünü səfir kimi apamır.
Deputat Siyavuş Novruzov
✅@carchinews
🗣️Rəsmi İrəvan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü dövlətlərin qüvvələrini yerləşdirməməyə razıdır.
🇦🇲Ermənistan Baş naziri Nikol Paşinyan
✅@carchinews
🗣️ Juninyo "Qarabağ"dan getmək istəyir. Futbolçuya səmimi davranışına görə təşəkkür edirəm. Onun gedişi hər bir futbolçu kimi bizə problem yarada bilər. Çünki yeni gələnlər uyğunlaşma problemi yaşayırlar. "Sevilya" kimi klubdan təklif gəlməyi xoşdur.
Qurban Qurbanov
✅@carchinews