🇷🇺⚠️ Rusiya XİN bildirib ki, Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək prezident postunu tərk etmək qərarına gəlib və ölkəni tərk edib.
✅@carchinews
🧑⚖️ Aytac Tapdıq və Aysel Umudova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
✅@carchinews
📹 Türkiyə KİV-nə görə, Türkiyədəki suriyalı qaçqınlar sərhəd qapılarından Suriyaya keçməyə başlayıb.
✅@carchinews
📹 Suriyanın Tartus şəhərində suriyalılar Hafiz Əsədin heykəlini yıxıblar.
✅@carchinews
📹Suriyalı üsyançılar Bəşər Əsədin Dəməşqdəki prezident sarayına daxil olublar. Əsədin ölkədən qaçdığı iddia edilir.
✅@carchinews
⚠️Əl-Cəzirə telekanalı iddia edir ki, Suriya ordusunun bölmələri Dəməşqin mərkəzini tərk edir.
✅@carchinews
ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri Bəşər Əsəd rejiminin günlər ərzində devrilməsi ehtimalını getdikcə daha çox görürlər. (CNN)
✅@carchinews
⚠️ Suriya Silahlı Qüvvələri üsyançı qüvvələrin cənubdan şəhərə daxil olması ilə əlaqədar paytaxt Dəməşqdəki SAA Baş Qərargahı və Hərbi Hava Qüvvələri Komandanlıq Mərkəzinin tamamilə boşaldılmasını əmr edib.
✅@carchinews
🇺🇦 Zelenski Danimarkaya aid "F-16"ların bir hissəsinin ölkəyə gətirildiyini açıqlayıb.
✅@carchinews
🇺🇸 ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.
✅@carchinews
🧑⚖️ MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı ittiham olunanlara hökm oxunub: Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Onların əmlaklarının dövlətə dəymiş ziyanın qarşılığı olaraq müsadirə olunması qərara alınıb.
✅@carchinews
🇪🇬🇯🇴 Misir və İordaniya rəsmiləri Suriya prezidenti Bəşər Əsədi ölkəni tərk etməyə və xaricdə hökumət qurmağa çağırıb. (KİV)
✅@carchinews
💵📋 Azərbaycan manatın məzənnəsi 2028-ci ilə kimi sabit qalacaq.
📰 "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi
✅@carchinews
🧑⚖️ “Meydan TV” ilə əməkdaşlıq edən jurnalistlər Aynur Elgünəş, Natiq Cavadlı və müstəqil jurnalist Ramin Deko da 4 ay müddətinə həbs edilib.
✅@carchinews
⚠️ Əsəd Qətərin paytaxtı Dohada hakimiyyətin ötürülməsi ilə bağlı danışıqlar aparıb.
ℹ️Plana görə, şənbə günü axşam Bəşər Əsəd istefa verməli və Rusiyaya getməli idi. Bundan sonra döyüşlər dayandırılmalı, hakimiyyət keçid hökumətinə, bir neçə həftə sonra isə üsyançılara verilməli idi. Lakin nədənsə bu plan iflasa uğrayıb. (BİLD)
✅@carchinews
🗣 Tramp bildirib ki , Ukrayna münaqişəyə son qoymaq üçün Rusiya ilə razılaşmaq istəyir.
✅@carchinews
📹Suriya baş nazirinin silahlı yaraqlıların müşayiəti ilə görüntüləri yayılıb. O, müxalifət qüvvələri ilə dialoq aparmaq niyyətində olduğunu bildirib.
✅@carchinews
❗️Suriya televiziyası Bəşər Əsəd hökumətinin devrilməsini rəsmən elan edib.
✅@carchinews
🇦🇲🇫🇷🇺🇸Paşinyan Parisdə Makron və Trampla görüşüb, detallar açıqlanmayıb.
✅@carchinews
🇺🇸🇫🇷🇺🇦Tramp, Makron və Zelenski Parisdə, Yelisey sarayında görüşüblər.
✅@carchinews
‼️‼️‼️ Dəməşq 72 saat ərzində üsyançıların nəzarətinə keçə bilər. (KİV)
📢 Bəşər Əsədin xalqa müraciəti gözlənilir
@carchinews
📹 Homsda Əsəd ordusu ilə silahlılar arasında döyüşlərin getdiyi bildirilir.
✅@carchinews
⚠️ Suriyanın ərazisinə görə dörüncü ən böyük şəhəri olan Dəra üsyançıların əlinə keçib, ordu qüvvələri şəhəri tərk edib (Reuters)
✅@carchinews
🇰🇷 Cənubi Koreya prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiqinə görə xalqdan üzr istəyib, bir daha analoji qərarlar qəbul etməyəcəyinə də söz verib.
✅@carchinews
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld jurnalistlərin həbsini pisləyib.
✅@carchinews
🧑⚖️ Meydan TV-nin saxlanılan əməkdaşlarının vəkilləri onların Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilindiklərini deyib. Ramin Cəbrayılzadəyə ( Ramin Deko) həmin maddə üzrə artıq ittiham elan olunub.
Aysel Umudova, Aytac Tapdıq və Xəyalə Ağayevanın vəkilləri onların şübhəli şəxs qismində saxlanıldığını qeyd edib. Vəkil Cavad Cavadlı Aytac Tapdığın evində axtarış aparıldığını qeyd edib. Məlumata görə, saxlanılanlardan Aynur Elgünəş və Natiq Cavadlının da evində axtarış aparılıb. Lakin onların vəkilləri hələlik heç bir məlumat verməyib.
✅@carchinews
🇦🇿🇦🇲Azərbaycan və Ermənistan arasında bir sıra mübahisəli məqamlar sülh razılaşmasını əngəlləyir
🔴Azərbaycanın Ermənistanın konstitusiyasını dəyişdirərək Qarabağ üzərində gələcək tələblərindən rəsmi şəkildə imtina etməsini tələb edir.
🔴Azərbaycan həmçinin əsas Azərbaycan ilə onun eksklavı Naxçıvan arasında yol və dəmir yolu əlaqələrinin yaradılmasını təşviq edir (Zəngəzur dəhlizi).
🔴Konkret olaraq, Azərbaycan bu əlaqənin Ermənistanın gömrük nəzarətindən azad edilməsini tələb edir. İndiyə qədər Ermənistan bunu qəbul etmək istəməyib.
🔴Hər iki ölkə arasında döyüşlərin yenidən başlamasını gözləməsək də, diplomatik həll yolu tapılmasa, münaqişənin yenidən alovlanma riski olduğunu düşünülür.
🔴Belə bir ssenari Azərbaycan və Ermənistan üçün əhəmiyyətli sosial və iqtisadi risklər daşıyacaq.
📰 "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi
✅@carchinews