✅ Ölkə və dünya gündəmindən son xəbərlərin Carçısı. 📞 Contact: @carchi1
🎓Xankəndidə Qarabağ Universitetində dərslər başlayıb.
✅@carchinews
🟢Bu gün VII çağırış Milli Məclisin iclası olacaq.
🗣 Prezident İlham Əliyev iclasda çıxış edəcək.
✅@carchinews
📊Azərbaycanda 5 ulduzlu hotellərin qiyməti 30%-dən çox artıb.
🏨 Hazırda 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,6 manat təşkil edib, bu əvvəlki illə müqayisədə 33,3 % çoxdur.
1️⃣Ən yüksək qiymət Qəbələdə - 349,9 manat olub. 2️⃣-ci yerdə 327 manat olmaqla Quba hotelləri, 3️⃣-cü yeri isə 308,8 manat olmaqla Abşeron hotelləri tutub.
✅@carchinews
⚠️📹 Əhmədli qəsəbəsində "Fənərbağça” - “Qalatasaray” oyunundan sonra hər iki klubun fanatları arasında mübahisə yaranıb.
ℹ️ Xatırladaq ki, Türkiyə derbisində Qalatasaray səfərdə Fənərbağçaya 3-1 hesabı ilə qalib gəlib.
✅@carchinews
⚠️ Şuşada mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb. (Report)
✅@carchinews
✈️ Ötən il həm də digər ölkələrdən 461 nəfər Azərbaycana köçüb. İlk üç yeri Gürcüstan, Rusiya və Türkiyədən gələnlər tutur.
✅@carchinews/#XəbərimVar
‼️‼️‼️Təmir işləri ilə əlaqədar Xətai rayonunun bəzi ərazilərinə 23 sentyabr saat 12:00-dan 24 sentyabr saat 12:00-dək suyun verilməsində fasilə olacaq.
✅@carchinews
🦮 ABŞ Azərbaycana iki minaaxtaran it göndərib.
✅@carchinews
💥İsrail ordusu Livanın paytaxtı Beyruta zərbələr endirib.
✅@carchinews
📸 2 gün sonra fəaliyyətə başlayacaq Qarabağ Universiteti
✅@carchinews
🗣️"Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə 7, 6, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə Ermənistanı silahlandıran, onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Heç kim"
🙂 İlham Əliyev
✅@carchinews
🚘🚴 Bakının Xətai rayonu Xocalı prospektində velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.
✅@carchinews
⚠️ Musa Qasımlı, Əli Əhmədov və Rafael Hüseynovun parlament sədrinin müavini postuna namizədlikləri təsdiqlənib.
✅carchinews
⚠️ İsrail HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın Qəzza zolağına hücum nəticəsində ölməsi ehtimalı ilə bağlı məlumatları yoxlayır. ( İsrail KİV)
✅@carchinews
🔥İranda kömür mədənində partlayış olub, 51 nəfər ölüb.
✅@carchinews
“Ədalət Verdiyev,
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində açıq şəkildə yazılıb ki, mülkiyyət toxunulmazdır. Sən isə çağırış edirsən ki, insanların mülkiyyəti əlindən alınsın. Sən kim olursan ki, belə bir cəsarəti özündə tapırsan?
Azərbaycan dövlətinin Qarabağdan məcburi köçkün düşənlərə verdiyi ev sədəqə deyil! O evlər Azərbaycan dövlətinin öhtəliyidir. İstəyir milyarda başa gəlsin, istəyir 3 manata, fərqi yoxdur! Sənin məntiqindən belə çıxır ki, Qarabağ camaatı ya xəyanət edib, ya da evlərini ermənilərə hədiyyə edib, gəlib. Qarabağ camaatı ilə ermənilər arasında dava olmayıb. Ermənistanla Azərbaycan arasında müharibə olub və Azərbaycan dövləti uduzub. Yəni, o camaatın məcburi köçkün düşməsinin səbəbkarı Azərbaycan dövlətidir. Azərbaycan dövləti ya zəlzələdən, ya vəlvələdən öz ərazisini, sərhədlərini, suverenliyini qoruya bilməyib. Azərbaycanın uduzması nəticəsində bir milyona yaxın insan məcburi köçkün düşüb. Evlərini, mülklərini, hər şeylərini itiriblər.
Azərbaycan illərlə hazırlaşdı, gücləndi və qələbə qazandı. Ədalət Verdiyev, birinci sinifdən 11-ci sinifə qədər çadır şəhərciyində yaşamışam. Mənim və mənim kimi minlərlə insanın o vəziyyətdə yaşamasına görə kim kompensasiya ödəyəcək? Özü də o çadır şəhərciklərinə Azərbaycan dövləti də baxmırdı, ərəblər, farslar və türkiyəlilər baxırdı. Misal üçün bizim çadırın adı Türk Kızılay çadır şəhərciyi idi. Kefimizdən yaşamışıq o çadırlarda, vaqonlarda, baxçalarda, yataqxanalarda? Bir tərəfdə günahkar Ermənistan idisə, digər tərəfdə təcavüzün qarşısını ala bilməyən Azərbaycan idi.
Sənin məntiqinlə Qəbələdə evlərini qazanc üçün kirayə verənlərin də evini əlindən almaq lazımdır. Xeyir ola, Qarabağlı evinə pərçim olmalıdır, kürdəmirli kefi istəyən yerdə yaşamalıdır?
Sənin kimilərin məntiqinə görə o torpaqlar uğrunda şəhid vermişik, ona görə oranı belə qorumalıyıq. O torpaqları işğaldan azad edəndə 3 minə yaxın şəhid vermişik, ancaq itirəndə 20 mindən çox. Birinci müharibənin şəhidləri boşuna gedib? Bu ölkənin hansı rayonu işğala məruz qalmayıb və sonra geri qaytarılmayıb? Sənin məntiqinlə heç kim evindən çıxmasın da! Sənin xəbərin var ki, Azərbaycan dövlətinin bütün məcburi köçkünlərə kompensasiya borcu var? Demirsən, Azərbaycan dövləti güclüdür, Ermənistan diz çöküb? Zəhmət çəkib Ermənistandan dəymiş ziyana görə kompensasiyanı alıb, camaata qaytarmaq lazımdır.
Kəntdəki evimiz və həyətimiz kifayət qədər böyük olub. Kənd tikilsin, ev verilsin, ölçüb biçib Azərbaycan dövlətini məhkəməyə niyə verməyim? Mülkiyyət toxunulmazdır! Yadında saxla bütün dünyadakı məhkəmələr hər şeyə göz yuma bilir, bir tək mülkiyyətə göz yuma bilmir.
Ev kimə ehtiyacdır ona verilmir. Kim orada yaşayıb, orada qeydiyatda olub, kimin mülkiyyəti olub ona verilməlidir, Ədalət Verdiyev! O da alına bilməz! Kim evini necə istəyir, elə də istifadə etməlidir!
Sən hərbi ekspert deyilsən, sadəcə olaraq Azərbaycan mətbuatı o ön yarlığı sənə verib, zəhmət çək verilmiş ön yarlığın istiqamətində işinlə məşğul ol!
Azərbaycan dövləti məcburi köçkünlər üçün evlər, binalar tikib və insanlara müvəqqəti yaşamaq üçün verib. Heç kimə kupça verməyib. Niyə? Çünki Azərbaycan dövləti bilirdi ki, o torpaqlar qayıdanda, insanları evlərlə təmin etməli olacaq. Təklif vermək istəyirsən? Yaz ki, məcburi köçkünlərdən qalan evlər ehtiyacı olan insanlara pulsuz verilsin. Bu ürək isrəyir, bu cəsarət istəyir, burda pafos və populizim yoxdur axı, sənin nəyinə lazımdır bu təklif?! Yalan deyirəm bəlkə, Ədalət Verdiyev?
Son dərəcə səbrlə, təmkinlə yazdım. Növbəti dəfə belə yazmayacam. Bunu da xəbərdarlıq kimi qəbul edə bilərsən!”
- Səxavət Məmməd
⚡️⚡️⚡️Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib.
✅@carchinews
🛥 ⚡️⚡️⚡️Yaxın vaxtlarda bulvarda gəmi gəzintisi yenidən bərpa ediləcək.
✅@carchinews
🇮🇱 İsrail Baş naziri Netanyahunun müşaviri deyib ki, İsrail Hizbullah ilə qarşıdurma səviyyəsini yüksəldib, artıq qırmızı xətlər yoxdur.
✅@carchinews
📍📸 Ağdam rayonunda yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri
✅@carchinews
🗣️🥾 Dünən Ağdam Sənaye Parkında açılışı olan ayaqqabı fabrikində istehsal olunan ayaqqabılar “Made in Azerbaijan” adı ilə istehsal olunacaq, xaricə ixracı da nəzərdə tutulub. Ayaqqabıların yuxarı hissəsi təbii dəridən, altlığı isə çox əyilmə, sürtünmə və aşınmaya davamlı poliuretan materialdan hazırlanıb. Almaniyanın ən son nəsil avadanlıqları ilə təchiz edilmiş fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabıdan ibarətdir.
✅@carchinews
⚡️⚡️⚡️Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq.
✅@carchinews
⚡️⚡️⚡️İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.
✅@carchinews
⚠️ Hizbullah lideri deyib ki, Livan tarixində misli görünməmiş hücuma məruz qalıb və müharibə vəziyyətindədir.
✅@carchinews
💥 İsrail ordusu Həsən Nəsrullahın müraciətindən əvvəl Hizbullah hədəflərinə zərbə endirməyə başlayıb.
✅@carchinews