🇺🇳 COP29-un son nəticələri açıqlanır
COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul olunub. (Yenilənir)
✅@carchinews
🙂 Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub.
✅@carchinews
🇺🇳 İnkişaf etmiş ölkələr iqlim maliyyələşdirilməsi təklifini ildə 300 milyard dollara qaldırmağa razılaşırlar. Aİ və Böyük Britaniya, ABŞ və Avstraliya da daxil olmaqla dövlətlər layihə mətninə dəyişiklik müqabilində artım edəcəklərini bildirirlər.
✍️Nəşr yazır ki, Azərbaycan Çin, Aİ, Səudiyyə Ərəbistanı, Braziliya, Böyük Britaniya, ABŞ və Avstraliya da daxil olmaqla, bir qrup nazir və nümayəndə heyətləri ilə qapalı görüşə vasitəçilik edib.
📰The Guardian
✅@carchinews
🗣 Deputat Vüqar Bayramov bildirib ki, son illər alternativ mənbələrdən enerji istehsalına 1 milyard dollardan çox sərmayə cəlb edən Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir.
✅@carchinews
⚠️ Türkiyənin Samsun şəhərində itə cinsi təcavüz və işgəncə verməkdə təqsirləndirilən 76 yaşlı kişi həbs edilib.
✅@carchinews
🇺🇳💵 COP29 Sədrliyi bəyanat yayıb, 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon dollara çatdırmağa çağırıb.
✅@carchinews
🇺🇳 Azərbaycanda baş tutan COP29 tədbirinin yekun proqramı bu günə nəzərdə tutulsa da, danışıqlar davam etdiyi üçün tədbir daha bir gün - noyabrın 23-dək uzanıb. Tərəflər Konfransının yekun nəticələri hələ açıqlanmayıb.
✅@carchinews
✅🇦🇿 🇷🇺Moskvada istintaqı gedən bir qrup azərbaycanlı tələbənin ekstremist şüar səsləndirmədiyi məlum olub
💡İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə “Yaşasın Azərbaycan!” şüarının əks etdirən videoyazıları araşdırıb.
"Gənclərin sözlərində ekstremist xarakterli çağırışlara rast gəlinməyib", - deyə Petrenko bildirib.
Onun sözlərinə görə, əcnəbi tələbələrin qanunsuz hərəkətlərə yol vermədiyinə görə istintaq müvafiq prosessual qərar verəcək.
ℹ️ Noyabrın 16-da Teleqramda Moskva Maliyyə və Hüquq Universitetində Azərbaycan bayraqlı gənclərin qanunsuz şüarlar səsləndirdiyi iddia edilən video yayılıb. Rusiyanın millətçi Teleqram kanalları azərbaycanlı gənclərin guya "Allahu əkbər", "Rusları qırın" şüarları səsləndirmələri barədə feyk məlumatlar yayıblar. Feyk informasiya sürətlə sosial şəbəkələrin Rusiya seqmentində və yerli mediada yayılmağa başlayıb. İstintaq Komitəsi terror fəaliyyətinə açıq çağırışlar maddəsi ilə cinayət işi açıb.
Lakin məlum olub ki, hadisə noyabrın 14-də Rusiya hökuməti yanında Maliyyə Universitetində baş verib. Belə ki, təhsil ocağında "Mənim vətənim: böyük və kiçik" adlı festival keçirilib. Festival bitəndən sonra Moskva Maliyyə və Hüquq Universitetinin tələbələri əllərində Azərbaycan bayraqları “Yaşasın Azərbaycan” şüarları qışqıraraq universitetin pilləkənlərindən düşüblər. Bu zaman onların bu hərəkəti videoya çəkilib. İki gün sonra noyabrın 16-da həmin videogörüntü sosial şəbəkələrdə yayılmağa başlayıb. Millətçi Teleqram kanalları guya azərbaycanlı gənclərin ekstremist şüarlar səsləndirdiklərini iddia ediblər.
✅@carchinews
📢Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının təmiri bitsə də, M.Ə.Rəsulzadinin sözlərinin əks olunduğu lövhə əvvəlki yerini almayıb. Rəsmi açıqlamada bildirilib ki, Rəsulzadənin sözlərinin və bayraq arnamentinin konseptual layihəsinin binanın yeni görünüşünə uyğun hazırlanması məqsədilə bir neçə layihə şirkətinə sorğu göndərilib. Layihə seçildikdən sonra, quraşdırma işlərinin həyata keçirilməsi prosesinə başlanılacaq.
✅@carchinews
🇩🇪Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29-da iştirak edir.
✅@carchinews
COP29-da keçirilən aksiyada ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə ayrılması ilə bağlı çağırış edilib.
✅@carchinews
🇦🇿🇺🇦Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan vətəndaşlarına təhlükəsizlik risklərinin artması ilə bağlı çağırış edib.
✅@carchinews
🇦🇿🇫🇷Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb, COP29 ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.
✅@carchinews
🗣️"Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı. Nəyə görə biz hər zaman böyük hesablı məğlubiyyətləri görürük? Digər təhlükəli tərəfi odur ki, aşağı yaş qruplarında nəticələr ürək açan deyil"
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov
✅@carchinews
⚡️⚡️⚡️Vətəndaşlar 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq, həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaq.
#SƏRƏNCAM
✅@carchinews
🙂 Müdafiə naziri deyib ki, Azərbaycan Ordusunda neqativ hallara qarşı ciddi tədbirlər görülüb.
✅@carchinews
🗣 Dövlət rəsmilərinin ölkə iqtisadiyyatı ilə bağlı son həftələr səsləndirdiyi fikirlər diqqət çəkir:
🙂ƏƏSMN S.Babayev: "İqtisadiyyatımız daha çox iş yeri yaratmalıdır ki, insanlar da ora yönəldilsin"
🙂 Maliyyə naziri S.Şərifov: "2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 750 milyon manat az olacaq"
💵Hesablama Palatasının sədri V.Gülməmmədov: "2026-cı ildən ölkədə iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olacaq"
✅@carchinews
⚡️⚡️⚡️COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb, zolaqlar noyabrın 25-dən qüvvədən düşəcək
✅@carchinews
📢 Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi Benyamin Netanyahunun Böyük Britaniyaya daxil olacağı təqdirdə həbs olunacağını bildirib.
✅@carchinews
⚽️ Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək.
✅@carchinews
👰💍🤵 Vətəndaşlar artıq “mygov” tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını bağlaya bilərlər. Nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçməsi şərtdir.
✅@carchinews
🇦🇿Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. (Report)
✅@carchinews
#sərəncam Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir.
✅@carchinews
🧑⚖️ Beynəlxalq Cinayət Məhkəməsi Qəzzada hərbi cinayətlər törətdikləri iddiası ilə Netanyahu və Yoav Qalantın həbsinə order verib.
✅@carchinews
🗣️Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik
🙂Elm və təhsil naziri Emin Əmrullayev
✅ @carchinews
🗣️"Dini qurumlara ayrılan vəsaitin daha çox dəyərlərimizin təbliğinə xərclənməsi daha məqsədəuyğun olar".
Deputat Fazil Mustafa
✅@carchinews
⚠️ ABŞ-nin Kiyevdəki səfirliyi Rusiyanın bu gün irimiqyaslı hava hücumu ilə bağlı konkret məlumat alıb. Səfirlik bağlaıb və ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edəcək. (TASS)
✅@carchinews