🗣️Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar.
🙂İlham Əliyev
✅@carchinews
🗣️Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, təbii ki, silinəcək. Amma bu belə olmasa, onlar bizimlə silahlanma yarışına tab gətirə bilməyəcəklər.
🙂Prezident İlham Əliyev
✅@carchinews
👨⚕️👩⚕️ Azərbaycanda fəaliyyət göstərən həkimlərin 60-70 %-i paytaxtda cəmləşib. Regionlarda həkim çatışmazlığı müşahidə edilir. (TƏBİB)
✅@carchinews
🧑⚖️ "Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
✅@carchinews
❗️ Separatçıların Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.
⚠️ Ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfərdir.
✅@carchinews
📺 Ermənistan hökuməti yanvardan Rusiya TV-lərinin yayımını dayandırmağı planlaşdırır. (KİV)
✅@carchinews
🗣️ Mənim Suriyanı tərk etməyim əvvəlcədən planlaşdırılmayıb və bəzilərinin iddia etdiyi kimi, döyüşlərin getdiyi son saatlarda olmayıb. Paytaxtın silahlı qruplaşma tərəfindən ələ keçirilməsini Dəməşqdən getdikdən sonra öyrəndim. Terrorçuların ələ keçirdiyi ölkədə prezident kimi qalmaq mənasızdır.
Bəşər Əsədin devrildikdən sonra ilk bəyanatı
✅@carchinews
⚠️ Bu il nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 52 nəfərin cəsədi tapılıb. (FHN)
✅@carchinews
🇦🇿 Bakıda yaşayan millətlər və etnik qruplar
Mənbə: Dövlət Statistika Komitəsi
✅@carchinews
❗️ Ggizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək Azərbaycanda dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmək istəyən şəxslər saxlanılıb.
🔳Dövlət Təhlükəsizlik Xidməti
✅@carchinews
⚡️⚡️⚡️2025-ci ilin büdcəsi qəbul edildi
⚠️ Gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat, xərclərinin isə 41 milyard 407,6 milyon manat olacağı gözlənilir.
✅@carchinews
🗣️ Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm.
🇹🇷Türkiyə XİN rəhbəri Hakan Fidan
✅@carchinews
📹 Rusiyanın iki neft tankeri - "Volqoneft-212" və "Volqoneft-239" Kerç boğazında qəza vəziyyətə düşüb, ekipaj üzvləri köməksiz vəziyyətdə qalıb.
✅@carchinews
📹Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra dünyanın ən çox danışdığı mövzu Sednaya həbsxanasıdır.
ℹ️1980-ci illərin əvvəllərində paytaxt Dəməşqdən təxminən 30 kilometr şimalda kiçik bir şəhərdə qurulan həbsxana Əsəd ailəsinin uzun müddətdir ki, öz rejiminə qarşı çıxanları saxladığı yer olub. Bu həbsxana insan haqları təşkilatları tərəfindən "insan qırğını yeri" kimi adlandırılıb.
📋Rejim devrildikdən sonra həbsxanada başlayan araşdırmalara görə, burada 2011-ci ildən bu yana 137 min məhkumun olduğu deyilir. Lakin onların neçəsinin sağ olduğu məlum deyil. Hazırda türkiyəli qrupların da daxil olduğu axtarış işlərində həm sağ qalması ehtimal edilənlərin, həm də həlak olanların cəsədləri axtarılır. Axtarışlardan məlum olub ki, məhkumlar müxtəlif növ cəzalara məhkum edilib, edam ediliblər.
✅@carchinews
💵 Azərbaycan gələn il üçün dövlət büdcəsində ayrılması nəzərdə tutulan xarici yardımı (10 milyon manat) artırır, 24 milyon 520 min manat olacaq.
✅@carchinews
🗣️ Ermənistan Azərbaycanla silahlanma yarışından sağ çıxa bilməyəcək. Bundan əlavə, İrəvan başa düşməlidir ki, ABŞ və Fransa ona “yerdə” kömək etməyəcək.
🗣️Fransanın Ermənistana hücum silahı verməsi Azərbaycan üçün əməli təhlükə yaradır. Bakı Ermənistanın ABŞ-dakı havadarlarına çatdırıb ki, İrəvanın silahlandırılması dayandırılmalıdır.
🙂Prezident İlham Əliyev
✅@carchinews
🗣️Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur.
🙂Prezident İlham Əliyev
✅@carchinews
🇵🇱🇺🇦Polşa hakimiyyəti Ukraynaya təxminən 100 milyon avro dəyərində yardım ayırmaq qərarına gəlib.
✅@carchinews
📋İlin 11 ayının demoqrafik vəziyyəti
🇦🇿 Əhalinin sayı 0,4% artaraq 10 milyon 218 min 536 nəfərə çatıb.
💍 42073 nikah və 17907 boşanma olub. Yəni təxminən hər gün 125 ailə qurulub, 53 ailə dağılıb.
🤰Bu il doğulanların 53% oğlan, 47% qız uşaqları olub.
⛔️ 49 min 36 ölüm olub, əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.
✅@carchinews
🗣️ Sionist rejim xam xəyalları ilə Suriya vasitəsilə Hizbullahı mühasirəyə almaq üçün özünü hazır edir, lakin kökü kəsiləcək olan elə İsrailin özüdür.
🇮🇷 İranın ali rəhbəri Ayətullah Xamenei
✅@carchinews
🇦🇿🇮🇶Nəsir Məmmədov Azərbaycanın İraqdakı səfiri vəzifəsindən geri çağırılıb.
✅@carchinews
🇦🇿🇹🇷 🇸🇾İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu qeyd edib.
✅@carchinews
🇪🇺 🇺🇦Avropa İttifaqı Ukraynaya 6 milyard avro hərbi ayırmaq niyyətində olduğunu açıqlayıb.
✅@carchinews
💵 Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi bu illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılır.
🟢2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq.
🟢 Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.
✅@carchinews
⚠️ Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 555 milyon manata çatdırılır.
✅@carchinews
🇸🇾Suriyada hakimiyyətdə əsas söz sahibinə çevrilmiş Heyət Təhrir Əş-Şam ölkədəki Fələstin qruplaşmalarından silahı yerə qoymağı, təlim düşərgələrini bağlamağı və hərbi birləşmələrini buraxmağı tələb edib.
✅@carchinews
🇹🇷🇸🇾 Əsəd rejiminin devrilməsinin sonra Türkiyədəki 8 347 suriyalı ölkələrinə qayıdıb. (Türkiyə DİN)
✅@carchinews
🇬🇪Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.
Seçicilər Kollegiyadlnın 224 üzvündən 223-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.
✅@carchinews
📢Bakıda bu gün II İohann Pavelə həsr olunmuş yeni kilsənin təməli qoyulacaq.
✅@carchinews