❗️Təyyarənin sərnişinlərindən 37-si Azərbaycan (23-ü həlak olub), 16-sı Rusiya (7-si həlak olub), 6-sı Qazaxıstan (hamısı həlak olub), 3-ü Qırğızıstan vətəndaşı (hamısı sağ qalıb) olub.
✅@carchinews
📹 Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib, hadisə şahidləri danışıb.
✅ @carchinews
⚠️Qazaxıstan Baş nazirinin müavini deyib ki, sağ qalan 29 nəfərin vəziyyəti ağır və orta ağırdır.
✅ @carchinews
‼️‼️‼️İstintaq prosesi başa çatana qədər Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır.
✅ @carchinews
🗣️ Mənə verilən məlumata görə, təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş verib. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var.
🙂İlham Əliyev
✅ @carchinews
🇦🇿🇰🇿 Aktau hava limanından 3 km aralıda qəzaya uğrayan təyyarənin quyruğunda təyyarənin yaxınlığında dron partlaması və ya atəşə tutulması zamanı yarana biləcək dəliklərə bənzər dəliklər aşkar edilib.
✅ @carchinews
⚠️ Prezidentin müşavirəsində Baş prokuror Kamran Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş nazir Əli Əsədov, AZAL-ın prezidenti Samir Rzayev, Prezidentin köməkçisi Anar Ələkbərov iştirak edib.
✅@carchinews
🇦🇿 Rusiya səfərindən yarımçıq dönən İlham Əliyevin təyyarəsi Heydər Əliyev Beynəlxalq hava limanına eniş edib
✅@carchinews
🇦🇲Paşinyan başsağlığı verib: "Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk"
✅@carchinews
⚡️⚡️⚡️AZAL-ın ekipaj üzvlərinin adı açıqlanıb.
1. Kşnyakin İqor
2. Kalyaninov Aleksandr
3. Əliyeva Hökümə
4. Əsadov Zülfüqar
5. Rəhimli Aydan
✅@carchinews
⚠️ Matəmlə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.
✅@carchinews
⚠️ AZAL: Bu gün heç bir yaralı və ölənlərin nəşi gətirilməyəcək. Zərərçəkənlərin birinci dərəcəli ailələri Baş Prokurorluğun Dərnəgüldəki korpusunda qan verirlər.
✅ @carchinews
🛬 AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli “Embraer 190” təyyarəsi 2013-cü ildə istehsal edilib. Hava gəmisinin son tam texniki yoxlanışı bu ilin oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Təyyarəni idarə edən hava gəmisinin kapitanı İqor Kşnyakin 15 min saatdan çox uçuş həyata keçirib ki, onlardan təxminən 11 200 saatını kapitan qismində olub.
✅ @carchinews
⛔️ Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb. Bəzilərinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Qazaxıstan Baş nazirinin müavini
✅ @carchinews
⚠️ Təyyarə qəzasından sonra 29 nəfər xəstəxanaya yerləşdirilib: 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan, daha 3 nəfərin vətəndaşlığı dəqiqləşdirilir. (Qazaxıtsan FHN)
✅ @carchinews
‼️‼️‼️ Qeyri-rəsmi məlumatlara görə, ekipaj Azərbaycanda havaya qalxdıqdan sonra texniki nasazlıq müşahidə edib. Təlimatlara əsasən, pilotlar mümkün yanğın və partlayışın qarşısını almaq üçün demək olar ki, bütün yanacaqı sərf etməli olublar. Yanacağın qismən tükənməsi sayəsində ekipaj gəmidə olan 32 nəfərin həyatını xilas edə bilib.
✅ @carchinews
📹🔞HƏSSAS GÖRÜNTÜLƏR.
Aktauda qəzaya uğrayan təyyarənin salonundan kadrlar.
✅ @carchinews
⚠️AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.
Həlak olanlar:
Carayev Arif
Carayev Mahir
Carayev Hacı
Ceerov Xizri
Ceerova G.
Siracova Müslümət
Yaralılar:
Siracov Nurulla
Cəlilov Nizami (APA)
✅@carchinews
⚠️ Azərbaycandan xüsusi nümayəndə heyəti - Rəşad Nəbiyev (RİİN) və Kəmaləddin Heydərov (FHN) Aktaudadır.
✅@carchinews
⚡️⚡️⚡️Qazaxıstanda baş vermiş təyyarə qəzasında sağ qalanlardan 14-ü Azərbaycan, 10-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır, 3-nün vətəndaşlığı müəyyən edilməyib.
- Qazaxıstan Səhiyyə Nazirliyi
✅ @carchinews
🙂Azərbaycan prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə əlaqədar MDB sammitinin keçirildiyi Rusiyadan təcili Bakıya qayıdır.
✅ @carchinews