🗣"Hansına görə üzr istəsin Rusiya? Təyyarəni vurduğuna görə, yoxsa təyyarəni ölümə göndərdiyinə görə?"
📹Sabiq hərbi pilot Aqil Rüstəmzadə təyyarənin hücuma məruz qalmasından sonra pilotun verdiyi qərarları şərh edib. O, bələdçinin "20 nəfər qabağa gəlsin" deməsinə də münasibət bildirib.
✅@carchinews
🇺🇦🇷🇺AZAL-ın təyyarə qəzası ilə bağlı Ukrayna və Rusiya bir-birini günahlandırır
Zelenskidən açıqlama: 🗣️Rusiya #MH17 ilə olduğu kimi yalan yaymağı seçərsə, biz ədalət təmin etmək üçün Moskvaya bütün beynəxalq təzyiqləri birləşdirməliyik.
✅@carchinews
ℹ️ Çeçenistan hakimiyyəti Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə əlaqədar dekabrın 28-ni matəm günü elan edib.
✅ @carchinews
⚡️⚡️⚡️AZAL rəsmi açıqlamasında bildirib ki, Rusiya şəhərlərinə uçuşların dayandırılması barədə qərar Qroznıya baş verən qəza ilə bağlı aparılan araşdırmanın ilk nəticələrinə əsasən verilib.
Şirkətin məlumatında qəzanın səbəbi “fiziki və texniki xarici təsir” adlandırılıb.
✅@carchinews
🗣️ AZAL-a məxsus təyyarənin qəzaya uğraması dəhşətli hadisədir. Azərbaycana başsağlığı veririk. Rusiya mətbuatının qəzanın səbəbi ilə bağlı yalan məlumat verməsi və Rusiyanın zədələnmiş təyyarəni, çox güman ki, cinayətlərinin sübutunu gizlətmək məqsədi ilə dənizdən keçməyə məcbur etməsi diqqət çəkir. Günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün ədalətli və qərəzsiz araşdırmaya çağırırıq. Rusiyanın yalan danışmasına, məsuliyyətdən yayınmasına və günahı başqasına çevirməsinə imkan verməməliyik.
🇺🇦 Ukrayna XİN
✅@carchinews
🔴Qroznı hava limanında sıx duman olub, pilot təyyarəni oraya endirmək üçün iki uğursuz cəhd edib.
🔴 Qroznıda eniş cəhdindən sonra pilota başqa hava limanları təklif olunub, lakin o, Aktau hava limanını seçib.
🔴Rusiya Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılmasında Qazaxıstan və Azərbaycana hərtərəfli dəstək verməyə hazırdır
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi
✅@carchinews
📹 Zülfüqar Əsədov ilk andan son anadək olan hadisələri danışıb.
ℹ️ Məlum olub ki, pilotun əvvəlcə məqsədi suyun üzərinə eniş etmək olub. Bunun üçün sərnişinlər də təlimatlandırılıb.Daha sonra isə pilot fikrini dəyişib. O deyib ki, təyyarənin salonunda qaz balonunun partlaması versiyası doğru deyil. Z.Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb:
"Biz duman olduğuna görə, Aktauya enə bilmədik. Məcbur başqa yer axtardıq".
✅@carchinews
⚠️Xankəndidə erməniəsilli 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşkanova vəfat edib.
✅@carchinews
❗️❗️❗️❗️AZAL Rusiya istiqamətində həyata keçirilən uçuşlarla bağlı qərar qəbul edəcək. Məlumat veriləcək.
✅@carchinews
‼️‼️‼️Bakıdan Minvoda uçan AZAL-a məxsus təyyarə dron hücumları səbəbindən geri dönüb. AZAL hələki məlumatı təsdiqləməyib.
✅@carchinews
🗳 Azərbaycanda gələn il seçkilərə 35 milyon manatdan çox vəsait sərf olunacaq. Bu, 2024-cü illə müqayisədə 55,7 % azdır.
✅@carchinews
Təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Eqanovun anası təsirli vida videosu paylaşıb…
✅@carchinews
✈️İsrailin "El Al" aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Təl-Əvivdən Moskvaya uçuşları bir həftəlik dayandırır.
✅@carchinews
🛫Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyədə istintaq komissiyası yaradılıb.
✅@carchinews
📢 Təyyarə qəzasında 26 Azərbaycan vətəndaşı həlak olub, 4-nün nəşi Bakıya gətirilib, digərlərininki isə yaxın günlərdə ailələrinə təhvil veriləcək. (Dövlət Komissiyası)
✅@carchinews
🗣️ Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub. Hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev
✅@carchinews
ℹ️Plastik cərrahlara sənədlərini yanvarın 31-dək Səhiyyə Nazirliyinə təqdim etmələri ilə bağlı xəbərdarlıq edilib.
✅@carchinews
🤔 Qazaxıstana AZAL təyyarəsində oksigen balonu partlaması barədə məlumatı Rostovdakı Uçuşların İdarəolunması Mərkəzinin dispetçeri verib.
Qazaxıstanın Nəqliyyat Nazirliyi
✅@carchinews
🇷🇺Azərbaycan sosial şəbəkə seqmentində qəza ilə bağlı “Rusiya üzr istə!” başlıqlı kampaniya başladılıb.
✅@carchinews
🗣 Rusiya Aviasiyasının rəhbər deyib ki, AZAL-ın təyyarəsi Ukraynanın hücumu ilə bağlı tətbiq edilən “Kovyor” rejiminə görə Qroznıya enə bilməyib.
✅@carchinews
🌟🌟🌟🌟AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır
🔴Mineralnıye Vodı
🔴Soçi
🔴Volqoqrad
🔴Ufa
🔴Samara
🔴Qroznı
🔴Mahaçqala
ℹ️ Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşlar davam etdirəcək.
✅@carchinews
⚡️⚡️⚡️Reysi yerinə yetirən təyyarənin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
✅@carchinews
🔴 AZAL-ın qəzaya uğramış təyyarəsinin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
✅@carchinews
🚫 🚑Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirib ki, Ramzan Kadırovun göstərişi ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar. Azərbaycan Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək. (KİV)
✅@carchinews
💵Azərbaycanın gələn il üçün büdcəsi təsdiqləndi
🟢Gəlirlər - 38 356 000,0 min manat
🔴Xərclər - 41 407 600,0 min manat
✅@carchinews
⚡️⚡️⚡️AZAL təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödəyəcək. Bununla yanaşı, bütün sərnişinlər sığorta ödənişi alacaqlar.
✅@carchinews
🔴Hazırda 7 yaralı Bakıya gətirilib, daha 4 nəfərin nəşi də bu ölkəyə gətiriləcək.
✅@carchinews