ℹ️ Bəşər Əsəd rejiminin devrilməsindən sonra 35 min 114 suriyalı Türkiyədən ölkəsinə qayıdıb. (Türkiyə DİN)
✅@carchinews
⚠️ Sabah bayramla əlaqədar Dənizkənarı Milli Parkda konsert porqramı olmayacaq.
✅@carchinews
🚎 "BakuBus" Naxçıvana sərnişin daşıyacaq. Biletlərin qiyməti 30 manatdır.
✅@carchinews
🇦🇿 Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək. (Report)
✅@carchinews
🇦🇿🇸🇾Azərbaycandan Suriyaya 200 tona yaxın humanitar yardım göndərilib
Kanvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatrılacaq. Yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub.
✅@carchinews
🇰🇿Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərəcək.
✅@carchinews
⚡️⚡️⚡️Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
✅ @carchinews
📋Bakıda müalicəsi davam edən aviaqəza yaralıları:
1. Devrişov Tofik
2. Devrişov Samir
3. Bayramzadə Ayhan
4. Əliyev Zamin
5. Cəlilov Nizami
6. Qədirov Heydər
7. Şabanova Vafa
8. Əsədov Zülfüqar
9. Cəfərov Toğrul
10. Siracov Nurullah
11. Papaxov Mahəmməd
12. Ceerova Salihət
13. Rəhimli Aydan
14. Carayev Mahir
✅ @carchinews
📹Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində
✅ @carchinews
🔴Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək.
🔴Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək.
🔴Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi.
🔴Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi.
Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq.
🙂İlham Əliyev
✅@carchinews
🗣️ Füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi.
🙂İlham Əliyev
✅@carchinews
🗣️ Rusiyanın bir sıra şəhərlərinə uçuşun dayandırılması göstərişini mən vermişəm və bunun əsas səbəbi təbii ki, təhlükəsizlik məsələləridir. Çünki Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört basdır-etmək üçün etdilər.
🙂İlham Əliyev
✅@carchinews
⚠️ Aktauda baş verən aviaqəzada həlak olan 9 Balakən sakininin nəşi ailələrinə təhvil verilib.
✅@carchinews
🇦🇿Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib.
✅@carchinews
🌎 2024-cü ildə dünya əhalisinin artımında 2023-cü illə müqayisədə bir qədər yavaşlama müşahidə olunub. Ötən il dünya əhalisi 75 milyon nəfər artıb. 2024-cü ildə dünya əhalisinin artımı 0,9 faiz olub.
✅@carchinews
⚠️ Tanınmış aktyor Həsənağa Məmmədov Türkiyədən Azərbaycana narkotik vasitələrin keçirilməsini təşkil edən cinayətkar qrupun üzvü kimi şübhəli bilinərək saxlanılıb.
✅@carchinews
🗣AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin ifadələr:
🔴AZAL-a məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer “Terek” klubunun keçmiş futbolçusu Əli İdrisov deyib ki, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə insidentdən beş dəqiqə sonra məlumat alıb.
"Xalça" planının tətbiq edilməsi ona 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının hava gəmisinin vurulduğu barədə məlumat verdikdən sonra məlum olub, hansı ki, bu səhvən quş sürüsü ilə toqquşma kimi qəbul olunub.
🔴 Qroznı aerodromunun uçuş direktoru Camlail Bakanayev deyib ki, bütün sistemlər işlək vəziyyətdə olub və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb. o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib. Bakanayev də “Xalça” planının tətbiqi barədə məlumatın insident baş verəndən sonra alındığını təsdiqləyib.
✅@carchinews
🛬 AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən gecikir.
✅@carchinews
🇺🇸 ABŞ-nin 100 yaşlı keçmiş dövlət başçısı Cimmi Karterin (1977-1981) vəfatı ilə əlaqədar 9 yanvar ABŞ-də matəm günü elan edilib.
✅@carchinews
⚡️⚡️⚡️AZAL-ın vəfat edən ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
🎖Kşnyakin İqor İvanoviç (ölümündən sonra)
🎖Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)
🎖Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)
✅ @carchinews
🇷🇺🇦🇿Putin və Əliyev yenidən AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsi davam edib.
✅ @carchinews
🗣️ Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.
🙂İlham Əliyev
✅@carchinews
🗣️ Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək.
🙂İlham Əliyev
✅@carchinews
📹 Ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasimi başlayıb. Dəfn mərasimində iştirak üçün dövlət və hökumət rəsmiləri var.
✅@carchinews
🛬 AZAL Kazan hava limanından dekabrın 28-də yerli vaxtla saat 23:15-də yola düşməli olan J2 8576 saylı Bakı reysi ləğv edib. Reysin ləğv edilməsinin səbəbləri açıqlanmayıb. Növbəti reys sabaha salınıb.
✅@carchinews
🗣️ Təyyarə qəzasından qazanc məqsədi güdənlər Xocalı faciəsindən yararlanıb hakimiyyəti zəbt edənlərdir. Yerə çırpılan hava gəmisini tikanlı məftillərin üstündə karikatura edərək yayanlar xarici agenturanın siyasi məhbəsindədir.
Deputat Zahid Oruc
✅@carchinews