🇦🇿 Daha bir itkin düşmüş hesab edilən hərbçimizlə bağlı xəbər gəldi...
28 yaşlı baş-leytenant Abdullazadə Həsənağa Şakir oğlunun Şəhid olduğu məlum olub. Bu gün Şəhidimiz ailəsinə təhvil verildikdən sonra, Silahlı Qüvvələrin Şəhidliyində torpağa tapşırılıb.
Lənkəran şəhərindən olan Həsanağa Abdullazadə ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlaya bilib. Evin tək övladı olan Şəhid zabitimiz 2019-cu ildə ailə həyatı qurub. O, Vətən müharibəsinə Göygöldə yerləşən “N” saylı hərbi hissənin Qərargah rəisinin müavini kimi qatılıb. Baş leytenant Abdullazadə Murovdağ, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.
Ruhun şad olsun qardaş...
/channel/KarabakhisAzerbaijanMP
Şuşada hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb‼️
Hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.
/channel/KarabakhisAzerbaijanMP
📍 Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən yolunda şəhid olan 14 qəhrəmanın adları verilib.
/channel/KarabakhisAzerbaijanMP
“Biz bir millət, iki dövlətik”, “Biz iki ordu bir gücük”, “Bizim dualarımız Azərbaycan əsgərinə tuşlanan düşmən qurşunundan sizi hifz edəcək”, “Analarımızla birlikdə toxuduğumuz yun corab və əlcəklərin sizi qışın soyuğundan, şaxtasından qoruyacağına əminik”, “Sizin kimi qəhrəman əsgəri yetirən anaların əllərindən öpürük”, “Tezliklə xidmətinizi başa vurub sevdiklərinizə qovuşmağınızı arzu edirik”, “Dualarımız həmişə sizinlədir” sözləri alqışlarla qarşılanıb.
Əslən işğaldan azad edilmiş Qubadlı rayonunun Dəmirçilər kəndindən olan əsgər Ülvi Xasayzadə Türkiyə-Azərbaycan qardaşlığına həsr etdiyi yeni şeirini oxuyub.
Döyüşçülər samsunlu məktəblilərin bu nəcib, xeyirxah təşəbbüsünü yüksək dəyərləndirərək onlara minnətdarlıq dolu məktub ünvanlayıb, xatirə hədiyyələri göndəriblər.
/channel/KarabakhisAzerbaijanMP
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik:
✔️“Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir”.
✔️Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək. Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üzv dövlətlərimiz çox önəmlidir və biz kimliyindən asılı olmayaraq onları hər zaman dəstəkləyəcəyik.”
/channel/KarabakhisAzerbaijanMP
Kəlbəcər rayonunun Aşağı Şurtan kəndindən videogörüntülər
/channel/KarabakhisAzerbaijanMP
#SONDƏQİQƏ
❗️Qubadlı istiqamətində Tabor komandiri Mayor Muxtarov Sərxan mina partlayışı nəticəsində şəhid olub
Allah rəhmət eləsin!
/channel/KarabakhisAzerbaijanMP
MN: Şəxsi heyətin təminatı və xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir
Azad olunmuş ərazilərdə Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun xidmət aparılır və döyüş növbətçiliyi təşkil olunur.
🇦🇿Prezidenti İlham Əliyev:
✔️"Bu gün imzalanan bəyanat niyyətimizdən bəhs edir, çünki hərbi əməliyyatların dayandırılmasından sonrakı bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi.
✔️Bu, bölgənin inkişafına böyük dinamizm verə bilməklə yanaşı təhlükəsizliyi gücləndirə biləcək bir sahədir. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşularımızın maraqlarına cavab verir.
✔️Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasında və bölgəmizdə geniş nəqliyyat şəbəkəsinin yaradılmasında fəal iştirak edəcəklər”.
Karabakh is Azerbaijan!
/channel/KarabakhisAzerbaijanMP
Laçın rayonunun yeni giriş tablosu🇦🇿🇦🇿🇦🇿
Karabakh is Azerbaijan!
/channel/KarabakhisAzerbaijanMP
🇦🇿MN: "Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər."
Hündürlüyü 2 metr olan "Şuşa" yazısı hazırdır🇦🇿❤️
Karabakh is Azerbaijan!
/channel/KarabakhisAzerbaijanMP
Rəsmi!
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
"Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər etsə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik".
/channel/KarabakhisAzerbaijanMP
İlk olaraq bərpa işləri Şuşa şəhərindən başlanılacaq. Ondan sonra isə Ağdam, Cəbrayıl, Füzuli və digər yerlərdə də bərpa işlərinə başlanılacaq.
/channel/KarabakhisAzerbaijanMP
AzTV
Vətən Müharibəsinin yeganə qadın şəhidinin büstü hazırlanıb
Karabakh is Azerbaijan!
/channel/KarabakhisAzerbaijanMP
Türkiyə məktəblilərinin məktubları Azərbaycan əsgərinə təqdim edilib
Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyənin dövlət və hökumət rəsmiləri ilə yanaşı, sadə vətəndaşlar da Azərbaycan xalqının və ordusunun yanında olduqlarını bütün dünyaya bəyan etdilər. Qardaş ölkənin mənəvi və siyasi dəstəyi xalqımızı nə qədər qürurlandırdısa, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunu, qələbəyə inamını da bir o qədər yüksəltdi. Bu dəstəkdən ruhlanan döyüşçülərimiz sonu zəfərlə nəticələnən bu müqəddəs savaşa atıldılar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şəhər və kəndlərimizin bir-birinin ardınca düşmən işğalından azad edilməsinə Türk qardaşlarımızın necə sevindiklərini, fəxarət hissi keçirdiklərini ön cəbhədəki igid oğullarımız da eşidir və özlərini daha güclü, arxalı, daha qüdrətli hiss edirdilər.
Bakıdakı Azadlıq Meydanında keçirilən Zəfər paradında bir millət, iki dövlətin prezidentlərinin mötəbər kürsüdə yanaşı dayanması, qəhrəman mehmetçiyin qalib Azərbaycan əsgəri ilə birlikdə daha böyük uğurlara doğru birlikdə irəliləməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyinin və sarsılmazlığının bariz nümunəsi idi. Həmin gün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən böyük öndər Mustafa Kamal Atatürkün, “Biz bir millət, iki dövlətik” fikrinin müəllifi ulu öndər Heydər Əliyevin, o cümlədən Ənvər paşanın, Nuru paşanın, Kazım Qarabəkir paşanın, Mürsəl paşanın, Xəlil paşanın da arzuları çin olmuşdu.
Azərbaycan-Türkiyə qardaşlığı bu gün də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da inkişaf etdirilir, möhkəmləndirilir. Biz birlikdə güclüyük. Sabah daha güclü, o biri gün ondan da güclü olacağıq. Əsası isə odur ki, bir millətin hər iki dövlətində əsl vətənpərvər, yurdsevər, millətsevər, hər şeydən öncə, ulularımızın, dədə-babalarımızın qardaşlıq ənənələrinə sadiq olan gənc nəsillər yetişir.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müzəffər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən əsarətindən azad etdiyi tarixi və əzəli torpaqlarımızda keçirilən tədbirdə bu barədə daha ətraflı danışıb.
Qardaş Türkiyə Respublikasının Qaradəniz bölgəsinin Samsun ilinin Canik Koçatepe ilkokulu müəllim və şagirdlərinin Azərbaycan əsgərinə göndərdikləri hədiyyə və məktubların təqdimatı qalib vətən əsgərlərinin böyük sevincinə səbəb olub.
Əvvəlcə layihənin müəllifi ikinci sinif müəlliməsi Saadet Tığlının məktubu oxunub. Məktubda deyilir: “Dəyərli Azərbaycan Ordusunun qalib əsgərləri, ölkəniz üçün verdiyiniz qəhrəmanlıqlarla dolu mücadiləni, işğal edilən vətən torpaqlarını tək-tək mərdcəsinə geri almağınız barədə xəbərləri biz yaxından izləyirik. Sizinlə fəxr edirik. Sizin yanınızda olduğumuzu bir daha bildirmək istəyirik. Siz qəhrəmanlıqlar və qərarlılıq ilə irəlilədiyiniz bu yolda yürüyərkən, ürəyi Vətən eşqi ilə dolu Azərbaycan Ordusu əsgərlərinə dəstək olmaq üçün valideynlərimin və mənim hazırladığımız əsgəri ləvazimatları, şagirdlərimizin yazdığı məktubları, çəkdiyi videoları sizlərə ərməğan edirik. Biz həmişə sizin yanınızdayıq. Biz iki dövlətik, canları bir, qanları bir millətik. Ucadır qürurumuz, bir bədəndə iki canıq, Türkiyə-Azərbaycanıq! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.
Tədbirdə məktublar oxunub, hədiyyələr əsgərlərə təqdim edilib və uşaqların çəkdikləri videolar hərbi qulluqçular tərəfindən böyük marağa izlənilib. Şagirdlərdən Asya Bahar Konaçoğlunun, Eymen Efe Keskinin, Meryem Qaradənizin, Buse Aşçının, Berat Duranın, Zeynəb Kayanın, Alpərən Çürtükün, Mikail Duykunun, Berk Artulun və digərlərinin sevgi ilə yazdıqları məktublar döyüşçülərə duyğulu anlar yaşadıb. Hər məktubda Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqlarının təsviri əsgərlərdə böyük qürur hissi oyadıb.
/channel/KarabakhisAzerbaijanMP
Mehriban Əliyeva Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı tapşırıq verib.
/channel/KarabakhisAzerbaijanMP
🇦🇿Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Söhbət 2002-ci il təvvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan gedir.
18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı bəlli olub. Ailəsi onunla sonuncu dəfə 3 ay əvvəl danışmışdı. Şəhidimiz sabah doğulduğu Xaçmazın Çiləgir kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, İkram Məmmədov hərbi xidmətə 2020-ci ilin iyul ayında çağırılmışdı. O, Qazaxda “N” saylı hərbi hissənin əsgəri idi.
/channel/KarabakhisAzerbaijanMP
Qubadlı rayonunundan videogörüntülər
Karabakh is Azerbaijan!
/channel/KarabakhisAzerbaijanMP
Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Prezidentinin bəyanatı
Karabakh is Azerbaijan!
/channel/KarabakhisAzerbaijanMP
Kremldə prezident Putinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli danışıqları başlanıb.
Karabakh is Azerbaijan!
/channel/KarabakhisAzerbaijanMP
🇦🇿🇷🇺Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:
“Azərbaycan Prezidenti Moskvaya çatıb, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıb. Hazırda Prezident İlham Əliyevin korteji Kremlə doğru yola düşüb."
MN: Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya yaradılıb
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb.
Bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək.
Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır.
Bildiririk ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.) ciddi riayət olunmalıdır.
Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək
Turizm marşrutları işlənib hazırlanacaq. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevilmi məkanlardan biri olacaq.