Sonralar varlılar günahlarının əfvi üçün məscid tikdirirlər, kasıblar günahlarının əfvi üçün bu məscidlərdə ibadət edirlər...
Sonuncu Ölən Ümidlərdir, Varis
Söyləyərək bitirirəm həyatımı. Bilmirəm başqa necə son qoyular bir həyata.
Ah'lar Ağacı, Didem Madak
🇦🇿 Bu gün General-mayor Polad Həşimovun doğum günüdür. O, 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur.
General-mayor Həşimov 2016-cı ilin aprel döyüşlərində Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub.
2020-ci ilin iyul ayının 14-ü Tovuz istiqamətində gedən döyüşlər zamanı ön cəbhədə qəhrəmanlıqla şəhid olur. Ölümündən sonra 9 dekabr 2020-ci ildə Prezidentin sərəncamı ilə Cənab General "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı ilə təltif olunur.
General Həşimov ailəli və 3 övlad (1 qız, 2 oğlan) atası idi.
Ruhun şad olsun Cənab General. Allah rəhmət eləsin.
Bu arada Cənab General, Şuşamız azaddır. 💚
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında dastana döndü..
🇦🇿 Şəhid Xudayar Yusifzadə. Allah rəhmət eləsin.
Şeytanın kitabı . Azərbaycan dilində PDF .
Fəlsəfi - dini əsər.
❗️📌 Paylaşarkən kanala istinad etməyi unutmayın.
📚 Aprel Döyüşləri Trilogiya - Güləmail Murad
📌Əsər, 2016-cı il, aprel döyüşlərinə və döyüşçülərin qəhrəmanlıq dolu həyatlarına həsr olunub.
Kitab üç hissədən ibarətdir :
Birinci hissə "Aprel döyüşləri", ikinci hissə "Qayıdış", üçüncü hissə "Qəhrəmanlıq yüksəkliyi" adlanır.
Kitabda 3 milli qəhrəmanın, 4 şəhidin, eləcə də, qazilərimizin keçdiyi şərəfli həyat yolu öz bədii əksini tapır. Müəllif, trilogiyada həm nəzm, həm də nəsr parçalarından istifadə edib.
"Yolçu, bu ağır yüklə
hara gedirsən belə?
Yol uzaq, ömür gödək...
Xeyr, xeyr, ömür uzun, yol gödək."
Xoş oxumalar🦋
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
📚 Bax, Gör, Unutma ! - Vaqif Ucatay
📍Yazar, həmçinin, kitabın daxilindəki rəsmlərin də müəllifidir.
📌"Ermənilik nədir?" , "Dahilər erməni xisləti haqqında" , "Mel Qibsona məktub" , "Erməni elitasının etirafları" , "Еrmənilərin Аzərbаycаnlı əsir və girоvlаrа vеrdiyi işgəncələr" və "Özüm haqda" bölümlərindən ibarət olan kitab 3 dildə yazılmışdır. Adı çəkilən hər bölüm sırası ilə, azərbaycanca, rusca və ingiliscə yazılmışdır.
• Məzlum – yaltaq – qorxaq – satqın – erməni !
• Несчастный – подхалим – трус – предатель – армянин !
• The poor – toady – coward - traitor Armenian !
Xoş oxumalar🦋
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
📚 Erməni Sindromu - Aygün Həsənoğlu
📌Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, yazıçı-dramaturq, tədqiqatçı Aygün Həsənoğlunun bu kitabında ermənilərin və Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı silahlı terror aktı, vandalizm, əsir və girovlara, itkinlərə münasibətdə insan hüquqlarının tapdalanması halları faktiki şəkildə öz əksini tapmışdır.
Kitab rəsmi sənədlər, faktları təsdiq edən fotoşəkillər və şahid ifadələri əsasında hazırlanmışdır.
Xoş oxumalar🦋
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
"Min möhtəşəm günəş'' -Xalid Hüseyni
Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.
Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.
“Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə.
Aqata Kristi - "Şərq ekspresi " ndə Qətl
Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır.
Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır.
Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.
Toplanan vəsait hesabına 1912-ci ilin payızında Abbas Səhhət və Mahmud bəy Mahmudbəyovun səyi ilə hazırlanmış 104 səhifəlik kitab “Hophopnamə” adı ilə çap olundu. Naşirlər kitabı Sabirin daha məşhur olan “Hophop” təxəllüsü ilə bağlayaraq, “Hophopnamə” adlandırmışdılar. Ancaq toplanan vəsaitin azlığı üzündən bu kitaba rəsmlər daxil edilməmişdi.
Həmin kitabın çox tezliklə satılıb qurtarması Sabirin sağlığında qazandığı el məhəbbətinin nəticəsi idi. Odur ki, onu yenidən nəşr etmək ehtiyacı yaranır. Bu məqsədlə, yəni ikinci nəşri hazırlamaq üçün mütərəqqi ziyalılar üç nəfərdən (yazıçı Seyid Hüseyn, müəllim Mahmud bəy Mahmudbəyov və jurnalist Mehdi bəy Hacınski) ibarət komissiya yaradırlar. Onlar birinci nəşrdə şairin əksər şeirlərinin yer almadığını nəzərə alıb, yeni və mükəmməl nəşrə şairin məlum irsinin hamısını daxil etməyi qərara alırlar. Şeirlərin əyaniliyi üçün yeni kitabın rəngli şəkillərlə (illüstrasiyalarla) çap olunması ideyası əlavə xərc tələb etsə də, hamının ürəyincə olur. Bu işə o vaxt gənc olan və rəsmləri “Molla Nəsrəddin” jurnalında çap olunan Əzim Əzimzadə cəlb olunur.
1914-cü ildə “Hophopnamə” nəfis şəkildə çapdan çıxır. Sonradan “Rəssamlığımızın Sabiri” adlandırılacaq 34 yaşlı Ə.Əzimzadə şairin müxtəlif şeirlərinə çəkdiyi 24 illüstrasiyada qeyri-adi sənətkarlıq nümunəsi göstərir və kitab ictimaiyyət tərəfindən maraqla qarşılanır...
Yaddaqalan təsviri sənət nümunələri yalnız rəssamın müraciət etdiyi mövzuya əhatəli münasibətindən, onu hərtərəfli öyrənməsindən və mahiyyətinə dərindən nüfuz etməsindən sonra yaranır. Bu baxımdan Əzim Əzimzadənin bu günə kimi də özünün yüksək bədii-estetik dəyərini itirməyən Mirzə Ələkbər Sabir ünvanlı əsərlər yaratmasının kökündə, ilk növbədə, onun Azərbaycan həyatına və tarixinə, zəngin etnoqrafiyasına, adət-ənənələrinə və maddi mədəniyyət nümunələrinə kifayət qədər bələdliyi durur. Bu bələdçilik böyük vətəndaş şairin millətinin təzadlı keyfiyyətlərini uzaqdan “oxumaq” bacarığını duyması ilə qoşalaşdığından nəticəsi uğurlu olub və yaratdığı əsərlər reallığı ilə cəlbedici, sərtliyi ilə həm ittihamedici, həm də düşündürücü olan bədii qaynağa çevrilmişdir.
Heç bir ixtisas təhsili almadan ona ayrılmış 63 illik ömür payında ruhunda gəzdirdiyi missiyanı reallaşdırmaqla fenomenə çevrilən Əzim Əzimzadə sənətinin mayasında, heç şübhəsiz, Allah vergisi ilə yanaşı, onun yaradıcılığının ilk günündən o dövrdə “Sizi deyib gəlmişəm”i şüarına çevirən “Molla Nəsrəddin” kimi böyük bir məktəblə bağlı olması dururdu. Bu gün duyulası zaman distansiyasından inamla “Molla Nəsrəddin” jurnalının həm M.Ə.Sabirin, həm də Ə.Əzimzadənin yaradıcılığında ölçüyəgəlməz rol oynadığını söyləyə bilərik. Cəlil Məmmədquluzadənin təbirincə desək, doğrudan da, “Molla Nəsrəddin” həm də öz dövrünün böyük bir məktəbi idi.
Sorğunun nəticələrinə uyğun olaraq :) .
.
.
.
.
İlk rəsmli bədii əsər “Hophopnamə” necə yarandı?
Bir əsərin tarixçəsi
Şeirləri yazıldığı gündən dillər əzbəri olan və bu günə kimi də aktuallığını itirməyən Mirzə Ələkbər Sabirin sağlığında kitabının çap olunmaması çoxlarına qəribə görünsə də, bu acı həqiqətdir. Şair dəfələrlə belə bir arzuda olduğunu bildirsə də, maddi sıxıntılar üzündən istəyi reallaşmamışdı...
Tam 1 il öncə bu gün, Azərbaycan ordusu düşmənin təxribatının qarşısını almaq üçün bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatlar 44 gün çəkdi və 10 noyabrda atəşkəslə bağlı bəyanat yayımlandı. 44 gün qısa vaxt gəlir insana amma bu 44 gün bizdən 3000-dən artıq şəhid bacı-qardaşımızı aldı. Minlərlə yaralımız oldu, bunların qarşılığında Qarabağımız hərbi yolla azadlığına qovuşdu. Allah şəhidlərimizə rəhmət eləsin, ailəsinə və yaxınlarına səbr versin. Yaralılarımıza tezliklə şəfa versin, sağalıb həyatlarına davam etsinlər İnşallah. Bu məqamda bizim də dostlarımız şəhid oldu, iştirak edib salamat qayıdanlarımız da oldu. Bu şanlı tarix bizim üçün qürur mənbəyidir. Həyəcan, nifrət, qayğı, qürur, kədər və sevinc hamısını yaşadıq. Allah bu millətə müharibə göstərməsin, xalqımızı hər zaman müvəffəq, ordumuzu müzəffər etsin 💚
Читать полностью…Dostlar bildiyiniz kimi bu gün 20 Yanvar ümumxalq hüzn günüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnşallah ruhları şad olmuşdur.
Azərbaycan Ordusunun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə artıq Azadlıq Meydanındadır! Qarabağ Azərbaycandır!🇦🇿
Читать полностью…Çox pis dövrə gəldik. Tanıdığımız bütün ləyaqətsiz adamlar ayıbını bayraqla örtür.
© Coşqun Eldaroğlu
Əslən Türkiyəli ,lakin Amerikada yaşayan məşhur riyaziyyatçı və ilahiyyatçı alim Edip Yükselin - Quranı-Kərim mealı.
Unutmayın heç bir meal 100% düz ola bilməz . Ona görə də bir çox mənbələrdən istifadə edin. 😊😊❗
Paylaşarkən kanala istinad edin zəhmət olmasa . Halallıq olsun 😊
Çünki bu PDF heç bir telegram kanalında yoxdur.
Azərbaycan dilində Quranı -Kərim sözbəsöz tərcümə .
Admin məsləhətli kitabdı. Bir çox mənbələrdən istifadə olunaraq ortaq bir tərcüməyə gəliblər .
Nəşr ili : 2011 .
Səhifə sayı : 616 .
☑️Kitabı paylaşarkən mütləq şəkildə kanalımıza istinad etməyinizi xahiş edirəm.
🆘Heç bir telegram kanalında bu PDF yoxdur.
Digər kanallar paylaşarkən kanala istinad edin , əks halda şikayət olunacaqsınız. ❗
📚Qarabağ - Bildiklərimiz və Bilmədiklərimiz
📌Qafqaz Universiteti Beynəlxalq Münaqişələri Araşdırma Mərkəzinin nəşri.
Azərbaycan türkcəsi və Türkiyə türkcəsi ilə yazılmış məqalələr toplusu.
Sadədilli, tamamilə faktlara və dəqiq mənbələrə söykənən yazılar.
2-ci Qarabağ Müharibəsini gördüyümüz, cəbhə savaşları ilə yanaşı, informasiya savaşının da getdiyi dönəmdə, oxunması bəlkə də ən vacib kitablardan biri !
"Heç vaxt - nə bu gün, nə sabah, nə 10 il sonra, nə 15 il sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən prezident olan dövrdə bunu özündə əks etdirən sazişə imza qoymaram."
- Prezident İlham Əliyev , 2005-ci il mitinqindən
“A şirvanlılar” şeirinə çəkilən ilk cəlbedici və düşündürücü illüstrasiya ilə başlanan “Hophopnamə”nin sonrakı rəsmlərində də hər bir obraza cəlbedici psixoloji tutum verilməsinə, təqdim olunan motivin təsirliliyinə nail olmaq istəyinə şahidlik etmək mümkündür. Bu mənada “Rəssamlığımızın Sabiri”nin “Hophopnamə”dən ilhamlanaraq yaratdığı hər bir obraz, sözün əsl mənasında, şairin tutumlu poetik misralarının obraz səviyyəsinə qaldırılmış “portreti”dir. Rəssamın şair yaradıcılığını bədiiləşdirməsinin nəticəsi oxucunun gözləri qarşısında çox koloritli, bir an belə unudulmayacaq obrazlar qalereyasının canlandırılmasıdır. Bir az əvvələ gedərək deyək ki, “Hophopnamə”yə Ə.Əzimzadə gözü ilə baxmaq az qala “qanuniləşdiyindən” bəziləri onu başqa bir rəssamın tərtibatında görmək istəmirdilər.
Əzim Əzimzadənin yaratdığı obrazlar qalereyasında yer alanlar, poetik misralarda olduğu kimi, koloritli və yaddaqalandır. Reallıqla bədii ümumiləşdirmənin qovşağından “yoğurulmuş” belə obrazlar “Hophopnamə” oxucusunun ən müxtəlif təbəqəliləri üçün anlaşılandır. Bu bədii görüntülər nə qədər rəssamın şair misralarına nüfuzetməsidirsə, bir o qədər də şairin yaşadığı mühitin, bütünlükdə isə cəmiyyətin əksidir. Bu bütün mənalarda mövcud olanın, sadəcə, “əks”idir, ona görə də şeirlərdə olduğu kimi rəsmlərdə də çoxları özlərini görürlər. “Bir belə”, “Əkinçi”, “Sual-cavab”, “Qoyma, gəldi!”, “Babıdır!” və s. azfiqurlu kompozisiyalar bunun gözəl əksidir.
1914-cü il “Hophopnamə”sinə Ə.Əzimzadənin çəkdiyi bir çox illüstrasiyalar isə süjetlərin çoxfiqurlu olması ilə fərqlənir. Bunu, heç şübhəsiz, rəssamın şeirin daşıdığı məzmun yükünün əhatəliliyini göstərmək istəyi ilə də əlaqələndirmək olar. Onun “Bu boyda!”, “Nə işim var?”, “Oxutmuram, əl çəkin!” və digər şeirlərə çəkdiyi illüstrasiyalar fikrimizi təsdiq edir.
M.Ə.Sabirin yaradıcılığı, heç şübhəsiz, həm də zəmanəsinin bədii güzgüsü olması ilə dəyərlidir. Bu ayna nə qədər sərt olsa da, realdır - gerçəkçidir. Odur ki, şeirdən-şeirə biz Azərbaycanın XIX əsrin sonu - XX əsrin əvvəlləri mənzərəsindəki təzadları bütün əlvanlığı ilə görə bilirik. Qeyd olunanların rəssam üçün nə qədər zəngin təsvir materialı olduğunu söyləməyə, yəqin ki, heç ehtiyac da yoxdur. Şübhə etmirik ki, “Hophopnamə”də zəngin xarakterlər ensiklopediyası ilə qarşılaşan rəssam onları böyük həvəslə bədiiləşdirib. Nəticədə şeirlərin özü kimi baxımlı və düşündürücü təsvirlər - süjetli lövhələr və özünəməxsus obrazlar yaranmışdır...
Ə.Əzimzadənin 1914-cü il “Hophopnamə”sinə baxışının özünəməxsusluğundandır ki, ondan sonra da müxtəlif rəssamlar bu əvəzsiz poetik qaynağa nə qədər obrazlı bədii görkəm versələr belə, onun münasibəti özündə məzmunla illüstrasiyanın çox uğurlu və cəlbedici vəhdətini hifz etdiyindən Azərbaycan kitab qrafikası sənətinə dəyərli töhfə hesab olunmaqdadır...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Sabirin sağlığında gerçəkləşməyən arzusunu - kitabının çap olunması məsələsini vəfatından sonra əqidə dostları və pərəstişkarları qaldırdılar. Görkəmli ədəbiyyatşünas-alim Abbas Zamanovun təbirincə desək, “Müasirləri Sabirin ölümünə acımaqla kifayətlənmədilər. Nə vasitə ilə olursa-olsun böyük şairin zəngin bədii irsini toplayıb nəşr etmək təklifini meydana atdılar. Onlar yazırdılar ki, başqa xalqlar Sabir kimi böyük sənətkarlarına heykəl qoyurlar. Ancaq hələlik bizim buna imkanımız yoxdur. İndi şairin pərakəndə halda olan əsərlərini toplayıb, xalqın malı etməklə - ona yaxşı heykəl tikmiş olardıq”.
“Yeni irşad”, “Məlumat” və “Kaspi” qəzetlərində yer alan bu çağırışlara birinci olaraq dramaturq Nəcəf bəy Vəzirovun qızı, müəllimə Sara xanım Vəzirzadə səs vermişdi. O, “Yeni irşad” qəzetinə göndərdiyi məktubda Sabirin əsərlərinin nəşri üçün “öz məvacibindən beş manat ayırdığını” bildirib, “sahibi-sərvət qardaşlarını və bacılarını da” bu çağırışa qoşulmağa dəvət etmişdi.
Əlavə edək ki, Sabirin əsərlərinin nəşri üçün ilk təşəbbüsün bir qadın tərəfindən edilməsi o zaman ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdı. “Yeni irşad”da dərc olunan bir məqalədə isə Sara xanımın addımı bir vaxtlar xəstə Sabirin köməyinə çatan Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın təmənnasız qayğısı ilə müqayisə olunmuşdu. Bir sözlə, bundan sonra kitabın nəşri üçün ianə toplanmasına başlanmışdı.
Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şeirlərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassiklərinin təsiri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür.
Əsərlərinin bir qismində Sabir zəhmətkeşlərin qüdrətli müdafiəçilərindən biri olaraq bilavasitə xalqı öz haqqını başa düşməyə, birləşməyə çağırır. O, əməkçi insana məhəbbətini açıq bildirərək, “böyüklərin”, “zorbaların” zülmündən nifrətlə danışır. Belə əsərlərində o, fikirləri öz dilindən söyləyir. Əsərlərinin çoxunda isə şair istismarçı siniflərin nümayəndələrini danışdırmaq üsülundan istifadə edir. Belə əsərlərdə mənfi surətin özü eyiblərini etiraf edib, daxili aləmini açır. O öz sözləri ilə oxucunu özünə güldürür. Başdan-ayağa kinayə və istehza ifadə edən belə şeirlərə “satirik monoloq” adı vermək olar.