mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Son 100 ildə işçilər birləşib həmkarlar ittifaqı yaradıb, hüquqlarını müdafiə edirdilərsə, Gig iqtisadiyyatında işçilər bir-birinə rəqib olurlar.

Maraqlı mühazirədir, həm də çox aktualdır

https://youtu.be/_zhsogSWJkI

Читать полностью…

Mashalli

Dünən Əkinçi tərəfindən təşkil olunmuş Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasovun "Azərbaycanın su ehtiyatları və iqlim dəyişmələri şəraitində idarəetmə problemləri" adlı mühazirəsi vaxtı bir maraqlı məqama toxunulmuşdu. Deməli Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 28-də "“Su ehtiyatlarindan səmərəli istifadəyə dair milli strategiya” layihəsinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi”nin satın alınması"-na dair elan verib. Elanda verilən məlumata görə, zərflər iyunun 3-də açılmalı idi. Başqa sözlə bir tərəfdən sevinirsən ki, nəhayət bizdə su ehtiyatların səmərəli istifadəsinə dair strategiyada dəyişiklik baş verəcək, vəziyyət ölü nöqtədən tərpəndi.

Amma eyni saytı araşdırarkən, görürsən ki, eyni nazirlik iyunun 1-i "Ağsuçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması" və "Zəyəmçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması" məqsədilə tender elan edib. Yəni strategiya hələ hazırlanmayıb, hələ bəlli deyil strategiya necə olacaq və bu strategiyaya görə Ağsuçay və Zəyəmçayda ümumiyyətlə su anbarın yaradılması lazım olacaqmı ya yox (hələ bundan başqa işğaldan azad olunmuş torpaqlarda 10 su anbarı tikmək niyyətindədilər), amma artıq nazirlik müvafiq su anbarların layihə tərəfinin yazılmasına start verib. İndi bu şəraitdə strategiyanın nə rolu olacaq? Heç bir - sadəcə boş sənəd olacaq. Bu azmış kimi xarici şirkətin olması bu sənədin daha baha başa gəlməsini şərtləndirir. Sadəcə çox pul gedəcək və nəticəsi olmayacaq.

Читать полностью…

Mashalli

Sizcə belə fəsili olan kitabı oxumağa dəyərmi?

Читать полностью…

Mashalli

Toğrul Vəliyev və Fərid Mehralızadənin “Vətəndaşlar hökumətin iqtisadi siyasətinə nə qədər inanır?” məqaləsini keçid edərək oxuya bilərsiniz: https://bit.ly/Tfme1

Toghrul Valiyev and Farid Mehralizade ask: To What Extent Do People Rely on the Azerbaijani Government’s Economic Reforms?: https://bit.ly/3NnsjFf

Читать полностью…

Mashalli

Azərbaycan dövlət büdcəsinə dair maraqlı faktları:

- 2021-ci ilin oktyabrın 18-də Dövlət büdcəsinin ehtiyat fondundan DSMF hesabına qənaət edilmiş vəsaitin 268,3 milyon manatlıq hissəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə köçürülmüşdü. Agentlik isə bu vəsaitin 220,9 milyonluq hissəsini dövlət büdcəsindən ilin əvvəlində aldığı büdcə ssudasının ödənilməsinə yönəldib;

- dövlət büdcəsindən məqsədli maliyyələşən təşkilatlar 200,0 milyon manat həcmində hökumətin istiqrazlarını əldə ediblər.

Yəni başqa sözlə hər iki halda eyni pulun sadəcə mənasız yerə fırlanması müşahidə olunur. Dövlət qurumu dövlət büdcəsindən pul alır və bunun hesabına hökumətin istiqrazını əldə edir. Niyə? Elə bu vəsaiti dövlət büdcəsində saxlayın və lazım olan istiqamətə xərcləyin.

Читать полностью…

Mashalli

May ayında ən az 7 işçi ölüb

Kapitalizmin qurbanlarını tanıyaq və tanıdaq

Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 31 yaşlı Sərxan Hümmətov zavodda qaynaq işləri görərkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, çatdırıldığı xəstəxanada ölüb.

Qaradağ rayonu Salyan şosesində yerləşən sement zavodunda təkərçi-çilingər işləyən 31 yaşlı Sakit Abdullayev yük avtomobilinin təkərinə hava təzyiqi vurarkən partlayış baş verib. Partlayışın təsirindən avtomobilin təkəri diskdən ayrılaraq Sakit Abdullayevin başına dəyib. O, hadisə yerində ölüb.

Bakı şəhəri Nərimanov rayonunda yeni tikilməkdə olan binada fəhlə işləyən 29 yaşlı Orxan Bəndəliyev iş görən zaman 11-ci mərtəbədən yıxılaraq həlak olub.

Hacıqabul rayonunda “Mercedes Axor” markalı yük avtomobilinin sürücüsü 65 yaşlı Əhmədov Nadir sükan arxasında ürəyi dayanaraq vəfat edib.

Ağdam rayonu ərazisində kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarov rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alaraq həlak olub.

Şamaxı rayonu Çuxuryurd kəndində “Aztelekom” əməkdaşı 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyev telefon xətti çəkən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində həlak olub.

Bakı şəhəri Nərimanov rayonunda “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən 21 yaşlı fəhlə Zülfüqar Qasımzadə 5-ci mərtəbədə işləyərkən yıxılıb və hadisə yerindəcə ölüb.
…….

Ağstafa rayonu Qırlı kəndində 1969-cu il təvəllüdlü “Azərişıq” əməkdaşı Elman Məmmədov elektrik xətlərini təmir edən zaman hündür dirəkdən yıxılaraq ağır xəsarət alıb.

Füzuli rayonu Gorazıllı kəndində 23 yaşlı kənd təsərrüfatı işçisi Xəyal Abdullayev tarlada iş görən vaxt minaya düşərək çoxsaylı qəlpə yarası alıb.

Qax rayonu Qapıçay kəndində 1985-ci il təvəllüdlü “Azərişıq” işçisi Kərimov Vasif işıq dirəyində iş görən zaman yıxılaraq ağır xəsarət alıb.

…….

Qeyd olunan məlumatlar yalnız "İşçinin Səsi" kollektivinə məlum olanlardır. Ölən və yaralanan işçilərin sayı daha çox ola bilər.

Читать полностью…

Mashalli

Əmək bazarına dair: adətən digər ölkələrdə əmək bazarında fəaliyyət göstərən şirkətlər (kadr agentlikləri və s.) periodik olaraq müxtəlif hesabatlar ilə çıxış edirlər. Azərbaycanda digər sahələrdə olduğu kimi bu sahədə də bilmədiyim səbəbə görə geniş təhlillər yoxdur (müvafiq sahədə iri şirkətlərin olmasına baxmayaraq). Müvafiq istiqamət şəxsən mənə maraqlı olduğu üçün kiçik hesablamalar aparmağa qərar verdim.

Deməli Telegram-da Marja.az kanalını izləyirəm və orada gündəlik olaraq avand.marja saytında yerləşdirilən iş elanları barədə məlumat verilir. Mən də may ayı ərzində yerləşdirilən bütün iş elanlarını (245) bir fayla yığıb, peşələr üzrə təsnifatlandırdım. Ümumən 59 peşə alındı (reallıqda daha çoxdur. Mən sadəcə bir sıra eyni tipli peşələri bir qrupa topladım: "satıcı", "İT" və s.). Bu peşələr arasında ən yüksək tələbat olanlar:

1. Satıcı - 27 elan;
2. Mühasib - 24 elan;
3. IT - 16 elan;
4. Satış meneceri - 14 elan ("satıcı" fərqli olmasının səbəbi buraya mağaza müdiri, satış kateqoriyası üzrə menecer və s. aid olmasıdır);
5. Call-center üçün operator - 11 elan.

Bu 5 peşə/istiqamətin payına 92 elan düşür. Bu da yerləşdirilən elanların 37,5%-dir. İndi bu rəqəmlər reallığı hansı dərəcədə əks etdirir demək çətindir. Bu sadəcə nəzərə alına bilən rəqəmlərdən biridir.

Читать полностью…

Mashalli

Periodik olaraq biz hökumətin iqtisadi dəstək tədbirlərin keçirilməsinin vacibliyi barədə eşidirik (bu barədə ekspertlər, sahibkarlar danışır). Sən demə hökumət də müvafiq istiqamət üzrə vəsaitlər xərcləyir.

Hesablama Palatasının məlumatına görə "İqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı" çərçivəsində yanğın texnikasının və yanğın xilasetmə avadanlıqlarının alınması üçün 7 milyon manat, Ələt azad iqtisadi zonası səlahiyyətli qurumun saxlanması xərcləri üzrə isə 2,9 milyon manat xərclənib.

İndi isə bu tədbirlərin hansı dərəcədə iqtisadiyyata dəstək olmasını müəyyən etmək qaldı.

Читать полностью…

Mashalli

Rövşən Ağayevdən Azərbaycanda gəlir bölgüsünə dair maraqlı fakt: "ən az torpaq sahəsinə malik 10% torpaq istifadəçisinin sərəncamında subsidiya alınan bütün torpaq fondunun cəmi 1,3%-i, ən çox torpaq sahəsinə malik 10% torpaq zənginlərinin sərəncamında isə torpaq fondunun 45,8%-i olub". Daha ətraflı: https://bakuresearchinstitute.org/az/how-land-ownership-is-concentrated-in-azerbaijan/

Читать полностью…

Mashalli

Bakı nəqliyyatına dair: 2022-ci ilin ilk 4 ayı ərzində Bakı metropoliteni 63 530,5 min sərnişin daşıyıb. Metro 2022-ci ildə heç bir məhdudiyyət olmadan fəaliyyət göstərirdi. Amma 2019-cu ilin eyni dövrü ilə müqayisə etsək, görə bilərik ki, eyni 4 ay ərzində o zaman 77 141,8 min sərnişin daşınmışdı. Yəni 2022-ci ilin müvafiq göstəricisi pandemiyadan əvvəlki göstəricidən 17,65% azdır. Bakı əhalisinin azalmadığını nəzərə alsaq, bu o deməkdir ki, gündəlik ən azı 56 min sərnişin (gündə 2 dəfə istifadə etdiyini təxmin etsək) metrodan imtina edib, digər nəqliyyata keçib. Amma bu məsələ də problemlidir. Bakıda avtobus nəqliyyatına dair aylıq statistik rəqəmlər yoxdur, amma ümumi ölkə üzrə (onun da əsas hissəsi Bakının payına düşür) avtobus nəqliyyatından istifadə 25% azalıb. Yəni başqa sözlə insanlar ya şəxsi maşınlara (2019-cu ildə 47 min avtomobil idxal olunmuşdusa, 2020-ci ildə 53 min, 2021-ci ildə 91 min, 2022-ci ilin 4 ayı ərzində 23 min), ya taksilərə (burada rəqəm cəhətindən sabitlikdir), ya da qeyri-rəsmi daşıyıcılara keçiblər. Məhz bunu nəticəsində Bakı yollarında faktiki olaraq nəqliyyat kollapsı müşahidə olunur.

Ona görə Bakı Nəqliyyat Agentliyi, Bakı şəhər İcra Hakimyyəti, Azərbaycan Dəmir Yolları, Bakı metropoliteni və s. qurumların indiki şəraitdə əsas işi ictimai nəqliyyatı genişləndirmək, onu rahat və nizamlı formaya salmaq olmalıdır. Boş-boşuna mənasız layihələr yerinə yetirməkdənsə, ictimai nəqliyyatın çatımlılığını artırmaq lazımdır. Bu məqsədlə yeni stansiyalar (həm ADY, həm Bakı metropoliteni) istifadəyə verilməlidir. Avtobus marşrutlarına yenidən baxılıb, avtobus sayı artırılmalıdır. Bu məqsədlə hətta xüsusi dotasiya proqramı da hazırlamaq lazımdır. Yoxsa yeni tipli dayanacaqların quraşdırılması və s. indiki şəraitdə çox mənasız işlərdir.

Читать полностью…

Mashalli

Maraqlı məlumatlar sırasından: mayın 4-dən etibarən 2015-ci ilin aprelin 25-dən sonra Vanuatuda investisiyalar hesabına vətəndaşlığı alan şəxslər Avropa ittifaqına vizasız keçə bilməzlər. Əslinə qalsa çox da maraqlı xəbər deyil. Mənim üçün xəbərin maraqlı tərəfi ondan ibarətdir ki, Vanuatu üçün Avropaya (həmçinin Böyük Britaniyaya) vizasız gediş var idi. 2015-ci ildə isə Vanuatuda "qızıl pasport" qaydaları tətbiq edilməyə başladı. Qaydalara görə, müvafiq dövlət fonduna 130 min dollar yatırtdığın halda, yerli pasportu əldə edə bilərsən. Bu pasport da sənə yarım il Böyük Britaniyada, 90 gün Avropa İttifaqında və eyni zamanda 5 illik ABŞ vizası almağa imkan verir. Deyilənə görə kifayət qədər çox investor bu imkandan istifadə edib (əlavə üstünlükləri də var. Burada bir çox vergi növləri mövcud deyil. Hətta 20 il ərzində dövriyyədən asılı olmadan 300 dollar həcmində vergi ödəmək imkanın var).

Deyilənə görə, Vanuatu öz vətəndaşlığını "Aİ və Britaniyaya vizasız gediş imkanı" kimi reklam edib. Nəticə etibarilə, 2020-ci ildə büdcə gəlirlərinin 42%-i məhz bu ödənişlər hesabına formalaşıb.

Məsələnin başqa maraqlı tərəfi odur ki, Vanuatu Azərbaycanda "Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı"na daxildir. Yəni "güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər" 10 % dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Maraqlıdır, bizdə kimsə bu üsuldan istifadə edibmi?

Читать полностью…

Mashalli

Maraqlı məlumatlar sırasından: Moskva meri S. Sobyanin elan edib ki, "maska və sosial distansiya ləğv olunmasına" ilə bağlı cərimələrə dair "kovid amnistiyası" elan olunub. Əhalinin real gəlirlərinin azalmasını nəzərə alaraq, kovid məhdudiyyətlərinin pozulmasına görə təyin olunmuş, amma ödənilməmiş cərimələr ləğv olunacaq. Eyni zamanda təyin olunub və artıq ödənilən cərimələr ilə bağlı isə vətəndaşlara və biznesə subsidiyalar ödəniləcək (hətta artıq bununla bağlı mexanizm də işə salınıb).

Читать полностью…

Mashalli

Gig-iqtisadiyyata və mayın 27-də keçiriləcək Bolt işçilərinin boykot aksiyasına dair: keçən dəfə Bolt Food ilə bağlı reklamı təhlil etmişdim. Bu dəfə qarşıma Bolt Taksinin reklamı çıxmışdı. Reklama görə, taksi sürücüsü 455 tamamlanmış gedişə görə ay ərzində 1500 AZN qazana bilər. Başqa sözlə, əgər taksi sürücüsü may ayı ərzində 22 gün çalışsa (yəni həftə ərzində 5 iş və 2 istirahət günü), o gün ərzində ortalama 20 gediş etməlidir. 8 saat ərzində 20 gediş etməyi təsəvvür edirsinizmi? Hələ bu azmış kimi şirkətin məlumatına görə, ortalama bir gedişdən taksi sürücüsü 3,29 manat qazanmalıdır (başa düşmək üçün, indi (qeyri-pik saatında) yoxladığıma görə, İçərişəhər stansiyasından Xırdalan "kruqu"-na kimi 3,51 AZN edir). Ona görə nisbətən "rahat" olsun deyə və bu qazanca nail olmaq üçün taksi sürücüsü ən azı həftədə 6 gün çalışır və gün ərzində 8 yox, 10-12 saat çalışmalı olur. Başqa tərəfdən nəzərə almaq lazımdır ki, bu qazancın bir hissəsi müxtəlif xərclərə gedir: şirkətin özünə, vasitəçiyə (əgər varsa ya da maşın sahibinə), benzinə, maşının amortizasiyası, iş vaxtı fasilə və s. Ona görə işçiyə 1000 AZN qalsa böyük qazanc olacaq.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: Avropa İttifaqının keçirtdiyi araşdırmaya görə, Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərdə çalışan əməkdaşlar arasında qadınların payı 39,5% olduğu halda, Avropa şirkətlərində bu göstərici 40%-dir. Yəni göründüyü kimi Avropa şirkətləri və yerli şirkətlər arasında çox da ciddi fərq yoxdur. Sadəcə sahələr üzrə müəyyən fərqlər var. Misal üçün, Azərbaycanda "incəsənət və istirahət" sektorunda çalışan Avropa şirkətində əməkdaşların 100%-i qadındır. Eyni sahədə çalışan yerli şirkətlərdə 2/3-i qadındır. İnzibati xidmətləri təklif edən Avropa şirkətlərində bu göstərici 50/50 olduğu halda, yerli şirkətlərdə qadınlar 1/3-i təşkil edirlər.

Читать полностью…

Mashalli

Düşündüm ki, bazar günü gərək iqtisadiyyatdan uzaqlaşmaq lazımdır. Babamın (yazıçı Süleyman Vəliyev) əsərlərinin araşdırması ilə məşğul idim, dedim qısa hekayələrdən (70-ci illərin sonu-80-ci illərin əvvəlində yazılan) birini sizinlə də paylaşım:

Uzaq və yaxın qohum (hekayə)

Mən pambıqtəmizləyən zavodun direktoru Mənsurla xeyli söhbət etdim. Qəzetimizi maraqlandıran bəzi məsələləri öyrəndim. O, şirindil, söhbətçil adam idi. Dedim:

– Əgər səhv etmirəmsə sizin yaxın qohumunuz Səməd bizim qonşudur.

O, üz-gözünü turşutdu:

– Hə. Bildim. Qohumumudur, amma uzaq qohumdur, uzaq. Necə deyərlər, çaydan keçəndə… ¬– Hiyləgərcəsinə gülümsündü, – nə isə… Adam vəzifə sahibi olanda o qədər qohum-əqrəbası tapılır ki. Görəsən bundan qabaq harada idilər?!

– Görünürü, qohumunuzu Səməd sizinlə fəxr edir.

– Etsin də, nə edək? – Söhbəti dəyişdi, zavoddakı yeniliklər haqqında ağızdolusu danışdı. Sonra nazirliyin şöbə müdiri Məlikovu təriflədi. Mənə də bu lazım idi. Onun sözünü kəsdim:

– Mən bu gün şəhərdən gələndə eşitdim ki, onu vəzifəsindən azad ediblər.

O, diksinən kimi mənə baxdı, rəngi qaçdı.

– Paho, görəsən nə edib?

– Nə edəcək ki…

– Yəqin bir fırıldaq işlədib.

– O fırıldaqçıdır?

– Əlbəttə, yoxsa adamı nahaq yerə işdən çıxartmazlar ki…

– Bəs bayaq onu tərifləyirdiniz?

– Eh, adamları tanımaq olar?! Min cildə girirlər– Mən elə bilirdim ki, – o, bir az fikrə getdi. – Bilmirsiniz onun yerinə kimi təyin ediblər?

– Sizin uzaq qohumunuz Səmədi.

– Sə-mə-di?! – Onun dili topuq vurdu, – ola bilməz. Axı o, o…

– Mən onu qonşu kimi yaxşı tanıyıram. Gözəl insandır, işgüzardır. O sizinuzaq qohumunuz olsa da…

O, başını buladı:

– Lap elə siz deyən kimi də uzaq qohum deyil.

– Onun uzaq qohum olduğunu bayaq siz özünüz dediniz axı.

– Yox, mən deyəsən onu başqa qohumla qarışdırmışam.

– Məgər həmin adda yenə qohumunuz var?

– Nə isə burada bir anlaşılmazlıq oldu. Siz deyəndə fikrim başqa yerdə idi. Heç təsəvvür edə bilməzdim ki, Paho… Onda yaxşı cəhətlər çoxdur. Pis oğlan deyil.

– Səməd sizin nəyinizdir?

– Dayoğlum.

– Bundan yaxın qohum?

– Əlbəttə, yaxındır, o, can-ciyərimdir…

Читать полностью…

Mashalli

Keçən ay oxuduğum kitablar barədə yazmağı az qala yaddan çıxarmışdım. Düzdür son zamanlar sosial şəbəkələrə çox vaxt ayırmağa imkanım olmur deyə, çalışacağam qısa olaraq yazım:

1. Льюис М. Бумеранг. Москва. 2020. 246с. - ümumiyyətlə M. Lyuis maliyyə bazarları haqqında maraqlı yazır. Amma bu kitab nəsə çox qəribədir. Digər kitablarını (The Big Short, Flash Boys) oxuduqca görürsən ki, böhranın əsl səbəbləri sistemdədir, amma bu kitabda fərqli yanaşma sərgilənir. Kitab müxtəlif ölkələrə həsr olunmuş bölmələrdən ibarətdir. Faktiki olaraq kitabın əsas fikri odur ki, "əgər yunanlar tənbəl olmasaydılar", "islandlar tamahkar olmasaydılar" - böhran olmayacaqdı. Bəzən digər kitablarında təsvir etdiyi fikirlər əks olunur, amma əsasən daha çox müxtəlif xalqların tənqidində əsaslanır. Ayrı-ayrı faktlar üçün oxumaq maraqlıdır, amma ümumən tövsiyə olunan kitab deyil (ümumiyyətlə insan da hər il kitab yazar?).

2. Ахмедов А.Б. Национальное движение, партии и общественные деятели в Азербайджане в 1918-1925 годах глазами очевидца. Баку. 2006. 112с. - bu müəllif barədə artıq bir dəfə yazmışdım. Bu kitab isə müəyyən mənada faktiki olaraq onun davamıdır. Əgər o dövrü tədqiq edirsinizsə, oxumağa dəyər.

3. Arendt H. Eichman in Jerusalem. A report on the banality of Evil. New York. 1964. 313p. - sol və solda zorakılığ tədbirlərinə hazırlaşarkən, Araz Bayramov tez-tez Arendt barədə qeyd edirdi. Bir-iki dəfə də bu əsər yada düşürdü (sol barədə yox, sadəcə ümumi kontekstdə). Yadıma düşdü ki, vaxtilə bu kitabı oxumaq niyyətində idim. Oxumaq üçün kitabı internetdə axtaranda məlum oldu ki, sən demə bu kitab rus dilinə yalnız təzəlikcə tərcümə olunub. Bu azmış kimi tərcümə ilə də bir çox problemlər var. Ona görə ingilis dilində çıxan ikinci nəşri tapıb, oxudum. Kitab barədə nəsə demək çətindir, faktiki adı hər şeyi təsvir edir.

4. Мирзаев М.Ш. Материалы для истории тюркской печати на Кавказе. Баку. 2009. 241с. - Əli Novruzov öz kanalında bu kitab barədə yazanda yadıma düşdü ki, vaxtilə öz siyahıma salmışdım. Kitab bir fakta görə yadımda qalmışdı - rus dilində (yazıldığı dildə) dərci Akkord maliyyəşdirmişdi. 1918-ci il ilə bağlı layihə ilə məşğul olduğum dövrdə kitab qarşıma çıxmışdı və təəccüblənmişdim: Akkord hara, kitab dərci hara. Maraqlı kitabdır (çoxlu sayda maraqlı faktlar təqdim edir, o zamanki maarifçiliyi də tənqid edir). Sadəcə oxuduğunuz dövrdə nəzərə alın ki, kitabın müəllifi senzor idi.

5. Большие пожары. Роман 25 писателей. Москва. 2009. 320с. - 20-ci illərdə M. Koltsov, o zaman "Oqonyok" jurnalının redaktoru kollektiv roman ideyasını irəli sürdü. 25 müxtəlif yazıçı (İ. Babeldən başlamış Novikov-Priboya kimi, A. Tolstoydan V. İnberə kimi) birləşib, 25 fəsildən ibarət roman yazdılar (hər ay yeni fəsil dərc olunurdu). Oxuduğun anda görürsən ki, fəsillərin bir-biri ilə əlaqəsi demək olar ki, yoxdur. Hər yazıçı öz stilində yazıb (misal üçün, az qala səhrada yerləşən şəhər, dənizçilər haqqında yazan Novikov-Priboyun yazdığı fəsildə liman şəhərinə çevrildi). Bir tərəfdən məhz bu məqam maraqlıdır. Başqa tərəfdən ən yaxşı halda vaxt keçirmək üçün oxumaq olar (əslinə qalsa məqsədi də insanları həm maraqlandırmaq, həm güldürmək idi).

6. Гиляровский В.А. Трущобные люди. Москва. 1887. 239с. - Moskva və Moskvalıları ən yaxşı təsvir edən şəxslərdən biri də V.A. Qilyarovskiy idi. O real hadisələr əsasında kiçik hekayələr yazmaq ilə məşhur idi. Günlərin bir günü də bu kiçik hekayələri toplayıb, kitab şəklində dərc etmək qərarına gəldi. Bu hekayələrin heç biri pozitiv gələcək vəd etmirdi. Nəticədə senzura komitəsi kitabın satışa çıxarılmasına icazə vermədi və bütün kitablar yandırıldı. Müəllifdə yalnız bir nüsxəsi qaldı. Bu nüsxə də bu yaxınlarda rəqəmsallaşdırılmışdı (rusların köhnə kitablara həsr olunmuş portalı var. Çox möhtəşəm bir portaldır). Çox çətinliklə oxudum və əsas çətinlik hekayələrin keyfiyyətində deyildi. Əksinə çox rahat oxunurdu. Sadəcə bu insanları və bu vəziyyət (yəni трущоба, imkansızların, bəxtsizlərin qaldığı yerlər) barədə oxuyanda az qala depressiyaya düşürsən (yəni o qədər gözəl təsvir olunub).

Читать полностью…

Mashalli

"Bir millət, səna’ət və ticarətə lazımi əhəmiyyət verirsə, o millət ən yaxın bir zamanda məsud və rahat olacaqdır. Əks surətdə daima çox işləyib, az dişləməyə mǝhkumdur" - ulu babam, Ə. Əbdülzadə, 104 il əvvəl, 1918-ci ilin oktyabrında "Azərbaycan" qəzetində dərc olunmuş "İqtisadiyyat. I. Ticarət və səna’ət" adlı məqaləsində yazıb. Bəs sizcə 100 ildən sonra nəsə dəyişibmi?

Читать полностью…

Mashalli

O gün metroda təsadüfən "Sosial pizza" adlı bir reklam gördüm. Maraqlı gəldi, ölkədə sosial problemlər o qədər dərinləşib ki, artıq bazar iştirakçıları da bundan nəsə qazanmağa çalışır. Başa düşürlər ki, qiymət artımı şəraitində gəlirlər azalır və daha ucuz təkliflər də hazırlayırlar. Bəs bu şəraitdə yeganə dəyişməyən nədir? Sosial siyasət. Doğrusu dəyişir, sadəcə daha sərt tərəfə gedir. Yəni sosial siyasət alətlərin təsir dairəsini genişləndirmək yerinə, o daha da daraldılır. Nəticə etibarilə neft qiymətinin rekordlar vurduğu dövrdə biz gündən-günə sosial vəziyyətin daha da pisləşdiyini müşahidə edirik.

Əlbəttə ki, hökumət deyə bilər ki, bunun əsas səbəbi xarici amillərdir (bu da manipulyasiyadır), amma bu heç bir öhdəliyi onun üzərindən götürmür. Xarici ya da daxili amilin təsiri olması, hökumət üçün bəhanə olmamalıdır. O maksimal olaraq bu təsirləri azaltmağa çalışmalıdır. Bunu bir neçə yol ilə etmək olar. Onlardan biri və fikrimcə ən vacibi sosial siyasətdir. Amma görünən odur ki, hökumətin seçdiyi yol - görməməzlikdir. Faktiki olaraq, hələ yalnız rəsmi rəqəmləri nəzərə alsaq, ən ciddi təsir altında olan yoxsul qrupların dəstəyinə yönəlmiş sosial müdafiə mexanizmi yoxsulların ən yaxşı halda 1/3-ni, işsizlərin 20%-ni əhatə edir. Əgər real rəqəmləri hesablasaq, vəziyyət bundan daha da bərbad olacaq.

Real vəziyyəti daha ətraflı və detallı başa düşmək üçün, sosial siyasət haqqında yazdığım məqalələr silsiləsindən ikincisi ilə tanış ola bilərsiz: https://bakuresearchinstitute.org/az/the-poor-and-unemployed-in-azerbaijan/

Читать полностью…

Mashalli

Azərbaycanda son zamanlar lotereya geniş yayılmağa başlayıb. Yəni bundan əvvəl də geniş yayılmışdı, amma göründüyü odur ki, Azərlotereya-nın türklərin idarəçiliyinə keçidindən sonra bu daha da geniş vüsət alıb. Hətta şəxsən bunu müşahidə etmişdim. Tanışlarımdan biri ilk dəfə cəhd etməyə çalışdı və 10 dəqiqə ərzində biletlərə 9 manat xərcləyərək, yalnız 2 manat qazandı. Bu 10 dəqiqə ərzində isə lotereya satan məntəqəyə bilet almaq üçün 9 nəfər yaxınlaşdı. Hələ bu məntəqə heç metro yaxınlığında deyildi.

Bəs lotereyanın iqtisadiyyata xeyri varmı? Fikrimcə yoxdur, amma bu yaxınlarda ispan tədqiqatçıları Morteza Ghomi, İsabel Mico-Millan və Evi Pappa VoxEU-də dərc etdikləri "The Spanish Christmas Lottery as an unconventional fiscal policy tool" adlı tədqiqatlarında bunun əksini sübutu etməyə çalışıblar. Yazdıqlarına görə İspaniyada 1812-ci ildən bu yana hər il Milad Lotereyası keçirilir (müxtəlif hadisələrə baxmayaraq, bu lotereya heç vaxt dayandırılmayıb). Nəticə etibarilə, Milad lotereyası ölkədə müəyyən adətə çevrilib. Artıq lotereya biletinin bir hissəsini Milad bayramına hədiyyə etmək adəti də var və s.

Lotereya zamanı 17 milyon bilet satılır. Hər biletin qiyməti 200 avrodur deyə, əhalinin böyük hissəsi birbaşa bilet əldə etmir. Adətən bileti 10 hissəyə ("desim"lərə) bölürlər və qohumlar birlikdə əldə edirlər (bəzən daha da kiçik hissələrini əldə edirlər). Sonra əldə olunan mükafat da xərclənən məbləğı uyğun olaraq bölüşdürülür. Misal üçün, birinci mükafatı əldə edən bilet üzrə hər xərclənmiş 1 avroya görə qazanc 20 min avro təşkil edir. Təsəvvür edin ki, belə bir biletin desimini əldə edən şəxs 400 min avro qazanır.

Amma məsələnin məğzi başqadır. Tədqiqatçıların müəyyən etdiyinə görə eyni bilet seriyası adətən bir bölgədə satılır. Bu da normaldır. Yəni biletləri paylayarkən adətən partiyalar ilə paylayırlar. Bu zaman da bir seriya bir bölgəyə, başqa seriya başqa bölgəyə düşür və s. Nəticə etibarilə, qalib gələnlər də eyni bölgəyə aid olurlar. Misal üçün, 2021-ci ildə əsas mükafatı qazanan 40 bilet seriyası Las-Palmas-de-Qran-Kanariya şəhərində satılmışdı (təsəvvür edin ki, bir şəhərdə 160 milyon avro qazanılıb). İkinci mükafat isə tamamilə Basauri şəhərinin sakinləri arasında bölüşdürülüb.

Tədqiqatçılara görə nəticədə bölgə orta olaraq ÜDM-nin 0,2%-i həcmində gəlir əldə edir (2,9%-ə kimi çatır). Müəlliflərin hesablamalarına görə bunun nəticəsində bölgədə işsizlik azalmağa başlayır və 20 ay ərzində aşağı olaraq qalır. Amma eyni zamanda qiymətlər də artmağa başlayır (17 ay sonradan əvvəlki templərə qayıdır). Müvafiq olaraq istehlak xərcləri artır və s. Yəni tədqiqatçıların fikrimcə dövlət büdcəsi gəlirlərini artırmağa yönələn bu lotereya (İspaniya büdcə gəlirlərinin 0,3%-ni təşkil edir), həm iqtisadi effektə də malikdir.

Amma bir vacib qeyd var. Bu xüsusiyyət yalnız qeyd olunan bölgü əsasında mümkün olmuşdur (yəni lotereya bilet seriyaların bölgələr arasında bölgüsü nəticəsində. Yəni tam təsadüfi xarakter daşısa, bu effekt olmayacaq). Eyni zamanda lotereya gəlirlərinin ictimaiyyət üçün xeyir təşkil edən işlərə xərclənməsi də vacibdir (İspaniya bunun hesabına müxtəlif layihələri maliyyəşdirir). Bu insanların inamını artırır. Tədqiqatçılara görə belə tipli lotereya qeyri-ənənəvi fiskal alətə çevrilə bilər və eyni zamanda iqtisadiyyatı da stimullaşdıra bilər.

Düzünü desəm, fikrimcə çox mübahisəli məsələdir, amma hər bir halda Azərbaycanda tətbiq olunan mexanizm bu Milad Lotereyası mexanizmdən uzaqdır. Bəs siz necə düşünürsüz? Lotereyanın iqtisadiyyata təsiri necə olacaq?

Читать полностью…

Mashalli

Estoniyada 2021-ci ildə keçirilmiş siyahıyaalmanın ilkin nəticələri artıq dərc olunub (Azərbaycanda 2019-cu ildə keçirilmiş siyahıyaalmanın nə ilkin, nə emal edilmiş, nə ümumiyyətlə normal keçirilməsi barədə heç bir şey dərc edilməyib). Qarşıma etnik bölgüsü çıxdı və məlum oldu ki, 2021-ci ilin sonuna Estoniyada 1546 azərbaycanlı yaşayırdı. Tendensiyanı başa düşmək üçün qeyd edə bilərəm ki, 2011-ci ilin siyahıyaalmasına görə Estoniyada yalnız 940 azərbaycanlı yaşayırdı. Yəni 10 ilə 64% artım qeydə alınıb. Həmçinin qeyd etmək lazımdır ki, 2018-ci ilin yanvarın 1-nə ölkədə 1096 azərbaycanlı var idi. Yəni 450 nəfər 2018-2021-ci illər ərzində Estoniyaya köçüb.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: 2021-ci ildə 274,0 mln. manat məbləğində borcu olan 7,8 min vergi ödəyicisinin (6,2 min şəxs üzrə) məhkəmənin qərarına əsasən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış idi. Nəticədə 3,1 min vergiödəyicisi (2,9 min şəxs və ya 46,7%-i) borcu və əlavə xərcləri ödəməyə məcbur olublar.

Читать полностью…

Mashalli

Ogünkü sağ/sol debatı vaxtı Səməd Rəhimli iqtisadiyyatda dövlətin rolu barədə danışırdı. Xüsusi olaraq qeyd edirdi ki, dövlətin rolu azalmalıdır. Bununla bağlı da məşhur bir hipotezi irəli sürdü ki, krallıq vaxtları dövlətin ÜDM-də payı 15% olduğu halda, indi respublikalarda 60%-dir. Nəsə debat vaxtı cavab vermək yadımdan çıxdı deyə, amma burada ciddi bir problem var. Vaxtilə Rusiya Federal Antiinhisar Agentliyi çıxış etdi ki, ölkədə dövlət sektorun payı 70%-dir. Həddindən artıq çox yüksək rəqəmdir. Adətən liberallar da Rusiya haqqında danışarkən məhz bu rəqəmi istifadə edirlər.

Sonradan Moody's də bu göstəricini hesabladı və məlum oldu ki, heç 40-50% də deyil. Beynəlxalq Valyuta Fondu məcbur oldu özü hesablasın və nəticədə 33% alındı. Məsələnin maraqlı tərəfi o idi ki, "dövlət sektoru" anlayışının ən geniş təsvirini məhz BVF istifadə etmişdi. Düzdür 2020 və 2021-ci illərdə dövlətin "payı" artdı. Amma bu məsələ yenə də nominal olaraq artdı - yəni sahibkarlar (liberalların müdafiə etdikləri şəxslər) dövlət hesabına öz zərərlərini ört-basdır etdilər.

Ona görə burada nominal rəqəmləri və reallığı ciddi sürətdə fərqləndirmək lazımdır. Reallıqda dövlətin payının artması sadəcə sahibkarların "iştahı" ilə bağlıdır. Onların iştahı artdıqca, dövlət büdcəsinin xərcləri də artır. Bu da nominal olaraq dövlət payının artmasına gətirir. Hər bir halda məsələ bir qədər çətindir və ciddi araşdırma mövzusudur. Bu məsələ 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı sənədi oxuyarkən yadıma düşdü. Verilən məlumata görə, ÜDM tələb üzrə hesablamasında istifadə olunan "dövlət idarələrinin istehlakı" adlı komponenti üzrə göstərici 2021-ci ildə 12 474,9 milyon manat təşkil etdi. Bu isə ÜDM-in 13,4%-i deməkdir. S. Rəhimliyə görə biz faktiki liberal cəmiyyətdə yaşayırıq...

Читать полностью…

Mashalli

Maliyyə naziri Samir Şərifov: "Ərzaqların qiymətinin qalxması problemdir. Bu, təkcə Azərbaycan üçün problem deyil".

Hesablama Palatası 2021-ci ilin büdcəsinin icrası ilə bağlı rəyə görə, ilk üç rübdə dövlət investisiyaların həcmi IV rübdə edilən investisiyaların həcminə bərabərdir.

Bəs bunun nəticəsində nə baş verib? Pul kütləsinin həcmi artıb. Qrafikə görə bu kütlə 3,4 milyard manat artıb.

Bəs pul kütləsi artdığı halda nə baş verir? Rəydə bununla bağlı konkret cavab verilir: "tələbi yüksəltməklə qiymət artımına təsir edəcəyi".

Bəs məsələnin ən maraqlı tərəfi nədir? Rəyə görə, "dövlət büdcəsinin vergi orqanları xətti ilə əldə edilən daxilolmalarında... bütün rüblər üzrə məbləğlər demək olar ki, eyni olmuşdur".

Yəni büdcə gəlirləri rüblər üzrə bərabərdir, amma xərclərin 50%-i sonuncu rübə aiddir. Bu da tələb-təklif münasibətlərinə təsir edərək, qiymət artımına gətirir.

Bəs büdcəyə müvafiq nəzarəti kim həyata keçirir? Maliyyə nazirliyi.

Читать полностью…

Mashalli

Bu ilin fevral-mart aylarında mən və @cpkfm birlikdə İstehlakçı İnamı İndeksinə dair sorğu keçirməyə qərar verdik. Bir ay ərzində sorğunun suallarına 500 nəfər cavab verdi. Bu cavabların əsasında biz birlikdə Bakı Araşdırmalar İnstitutu üçün həm indeks, həm də təhlil hazırladıq. Araşdırma çərçivəsində ilk əvvəl indeksi, sonra isə ümumiyyətlə vətəndaşların hökumətin iqtisadi siyasətinə inamını müəyyən etməyə çalışdıq. Azərbaycanda İstehlakçı İnamı İndeksi Mərkəzi Bank tərəfindən hazırlanır, amma dərc edilmir. Biz isə bu vəziyyətə təsir etməyə çalışırıq (istehlakçılara aid göstərici şəffaf olmalıdır). İlk addım kimi sorğu keçirib, müstəqil indeks hazırlamaq idi. Əgər araşdırma cəmiyyət üçün maraqlı olsa, fikrimcə biz bu işi davam edib, daha da professional sorğu keçirə bilərik.

Sorğu və indeksə dair daha ətraflı bu link üzrə: https://bakuresearchinstitute.org/az/vetendaslar-hokumetin-iqtisadi-siyasetin%c9%99-ne-qeder-inanir/

Читать полностью…

Mashalli

Bloomberg-in verdiyi məlumata görə: "Azeri Light, a grade predominantly used by European refiners, is now traded at premiums of $7.50-$8.50 a barrel more than Dated Brent, a level not seen for years, according to traders" (yəni Azeri Light markalı neftin qiyməti Brentə üstəgəl 7,5-8,5 dollar olaraq hesablanır).

Qrafikdə isə siz Azeri Light markalı neftinin qiymətində 2020-ci ilin əvvəlindən 2022-ci ilin mayın 28-nə kimi baş vermiş dəyişiklikləri görə bilərsiz.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: son zamanlar deyilir ki, COVİD-19 pandemiyası və karantin demoqrafiyaya təsir edib: həm ölümü artırıblar, həm də doğum da azalıb. Amma məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycanda 2020-ci ilin ilk rübündə (yəni pandemiya təkcə martda elan olunub, sərt karantin isə apreldən başlayıb) Azərbaycanda 28 690 uşaq doğulub. 2021-ci və 2022-ci illərin ilk rüblərində isə müvafiq olaraq 29 484 və 29 162 uşaq doğulub. Yəni 2020-2022-ci illərin ilk rüblərində pandemiya, karantin və s. amillərə baxmayaraq, doğum sabitdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, 2018 və 2019-cu illərin ilk rüblərində 32 954 və 32 402 uşaq doğulub. Başqa sözlə 2020-ci ildən bizdə doğumda kəskin azalma (13%-ə kimi) başlayıb və bunun səbəbi heç də pandemiya ilə karantin deyil.

Читать полностью…

Mashalli

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin oktyabrın 1-nə Azərbaycanda "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" alanların sayı 91 361 nəfər idi. 2022-ci ilin aprelin 1-nə bu rəqəm 170 776 nəfərə kimi artdı. Bildiyimiz kimi 2022-ci ilin yanvar-fevral aylarında 44 günlük müharibədə iştirak etmiş şəxslərə müharibə veteranı statusu verilmişdi. Başqa sözlə 79 415 nəfər bu statusa yiyələndi. Trend-in Müdafiə nazirliyinə istinadən verdiyi məlumata görə daha 12616 nəfərin "döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir". Başqa sözlə 44 günlük müharibədə ən azı 92031 nəfər iştirak edib.

Читать полностью…

Mashalli

Bir neçə gün əvvəl təsadüfən öyrəndim ki, TAİS İKF adlı şirkət də maliyyə hesabatlarını paylaşırmış. Hesabatına daxil olanda, maraqlı faktlar ilə üzləşdim. Məlum oldu ki, şirkət tamamilə dövlət büdcəsinə çalışır. Yəni kənar gəlirləri barədə heç bir məlumat yoxdur. Amma belə tipli şirkət bir ya iki deyil, çoxdur. Əlavə olaraq bir neçə nümunəni də araşdırmağa qərar verdim. Daha ətraflı: http://www.openazerbaijan.org/topics/ara-d-rma/oz-l-sektor-v-dovl-t-sifari-i/

Читать полностью…

Mashalli

İqtisadiyyat Nazirliyinin "Azərbaycan iqtisadiyyatı" adlı rəsmi telegram kanalı, M. Tetçerə aid olunan sözləri paylaşır. Onun belə tipli çıxışları çox olub, amma deyəsən orijinalda belə idi: "You could not have, in fact, political freedom unless you have economic liberty". Digərlərində siyasi azadlıqlar barədə daha dəqiq deyib. Hər bir halda maraqlıdır, bəs Azərbaycanda iqtisadi azadlıqlar təmin edilibmi (və onun əsasında siyasi azadlıqlar)? Telegram-kanal bu suala cavab vermir.

Bəs sizcə Azərbaycanda iqtisadi azadlıqlar varmı? Təmin olunurmu?

Читать полностью…

Mashalli

Twitter-də bu günlərdə, istifadəçilərdən biri belə tvit atıb. Maraqlı gəldi deyə, cavabları təsnifatlandırmaq qərarına gəldim. 101 nəfər birbaşa olaraq suala cavab verib (150-dən 6 min manata qədər. Bir nəfər 12 min manat göstərdi. Amma ölkədə belə tipli işçilərin işçi qüvvəsinin yalnız 0,1-0,3%-ni təşkil etdiyini nəzərə alaraq, onu seçimdən çıxartdım). Onların orta aylıq nominal əməkhaqqısı 1150,93 AZN idi.

Twitter istifadəçilərinin əsas hissəsi Bakıda yaşadığını nəzərə alsaq, bu ciddi bir fərq deyil. DSK-nın məlumatına görə, Bakıda bu göstərici 979 manatdır. Yəni sorğunu müəyyən qədər relevant saymaq olar. Bəs median əməkhaqqı nə qədərdir? 830 AZN idi. Yəni hətta adi Twitter sorğusuna görə ən azı Bakıda işçilərin 66%-i orta aylıq əməkhaqqıdan aşağı maaş alır.

Читать полностью…
Subscribe to a channel