Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Dünya Çempionatı ilə bağlı Azərbaycanda müzakirə olunan mövzulardan biri də DÇ-2022 oyunlarının yayımlanmasıdır. DÇ-2022-nin ikinci-üçüncü gündən ölkənin kabel operatorları Matç TV və TRT1-də yayımlanan oyunları İTV tərəfindən təqdim olunan görüntü ilə əvəz etməyə başladılar. Bu da müvafiq olaraq müəyyən narazılığa səbəb oldu. Kimsə türk, kimsə isə rus televiziya vasitəsilə baxmağı öyrəşmişdi. Bu dəfə isə alınmadı.
Əslinə qalsa burada qeyri-qanuni bir şey yox idi. FİFA tərəfindən 2022-ci ilin noyabrın 13-də dərc olunmuş sonuncu "Media Rights Licences" siyahısına görə, Azərbaycan ərazisində DÇ-2022-ni Radio/TV/Mobile formatlarda yayım hüququna "Ictimai - Public Television & Radio Broadcasting Company" malikdir. Müqayisə üçün, öz yayımçısı olmayan Andorrada, yerli sakinlər DÇ-2022-ə TF1, Bein Sports, RTVE vasitəsilə baxa bilərlər.
Belə vəziyyətin səbəbi çox sadədir. Müvafiq yayım hüququ ucuz bir şey deyil. Hər bir telekanal yayım hüququnu əldə etmək üçün FİFA-ya ödəniş edir. Təəssüf Azərbaycana dair hər hansı dəqiq rəqəm yoxdur. Amma biz digər ölkələrin nümunələrinə baxa bilərik. Belə ki, Rusiya telekanalları (əvvəlcə konsorsium şəkilində, sonradan bütün hüquqlar yalnız Matç TV-yə keçdi) DÇ-2022 üçün 40 milyon dollar ödəniş edib (onun 39 milyonu FİFA-ya, 1 milyonu isə vasitəçiyə). Eyni zamanda Tailanda da müvafiq qiymət təklif olunub, amma onlar razılaşmayıb və endirim istəyiblər. Nəticədə qiymət 38 milyondan 33 milyon dollara kimi azaldılıb. Tailand ilə eyni bölgəyə aid Vyetnama yayım hüquqların əldə olunması 15 milyon dollara başa gəlib. Qonşuluqda yerləşmiş Sinqapur yalnız 2018-ci il üçün 25 milyon dollar ödəmişdi. Göründüyü kimi hər şey ölkə əhalisinin sayından, ölkə ərazisində futbola maraqdan, inkişaf səviyyəsindən, paketə nəyin daxil olmasından (bəziləri bir neçə DÇ-ni, bəziləri isə yalnız bir turniri və s. daxil edir) və s. amillərdən asılıdır.
İctimai TV yuxarıda qeyd olunan ölkələrdən fərqli olaraq DÇ-2022-nin yayım hüquqlarını birbaşa yox, vasitəçidən əldə edib. Belə ki, hələ 2012-ci ildə Avropa Yayım İttifaqı (AYİ) 37 ölkə ərazisində DÇ-2018 və DÇ-2022-nin yayım hüququnu əldə etdi (qiymətinə dair məlumat yoxdur. Amma 2012-ci ildə yayım hüquqların əldə olunması üçün AYİ 747,6 milyon İsveçrə frankı xərcləmişdi. Əvvəlki illə müqayisədə bu 564 milyon çox idi). Təxmin etmək olar ki, o zaman yayım hüququ daha ucuz idi. Bu 37 ölkə arasında Cənubi Qafqaz ölkələri də var.
İctimai TV də yayım hüququnu məhz Avropa Yayım İttifaqından əldə edib. FİFA bir çox ölkələrdə vasitəçi şirkətlər ilə işləyir. Bu daha rahatdır və daha ucuzdur. Qiyməti təxmin etmək üçün biz Nepalın təcrübəsinə (bilmirəm niyə, amma Cənub və Cənub-Şərqi Asiya ölkələrin KİV-ləri FİFA ilə pul münasibətlərini ətraflı təsvir edirlər. Avropada belə şəffaflıq yoxdur) müraciət edə bilərik. Bu yaxınlarda Nepalın Ali Məhkəməsində yerli reklam operatoru ilə mübahisəyə baxılırdı. Deməli yerli reklam operatoru DÇ-2022-nin göstərilməsi üçün müştərilərdən əlavə 4,31 dollar götürməyə qərar vermişdi. Müştərilər də məhkəməyə müraciət etdi. Məhkəmə reklam operatorun tərəfini tutdu. Şirkət deyir ki, onlar DÇ-2022-nin yayım hüquqlarını əldə etmək üçün Hindistanın Viacom-18 şirkətinə 1,9 milyon dollar ödəniş ediblər. Bundan başqa yayımın təşkili üçün əlavə 1,1 milyon dollar xərc çəkəcəklər. 3 milyon dolları isə yalnız reklam hesabına qaytarmaq mümkün deyil. Ona görə hər müştəri əlavə 4,31 dollar ödəməlidir.
Azərbaycan əhalisinin Nepaldan 3 dəfə az olmasını nəzərə alsaq, təxmin etmək olar ki, İctimai-nin də xərcləri ən azı 1 milyon dollar civarında idi. Misal üçün, 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu əldə etmək üçün İctimai TV ən azı 640 min dollar ödəmişdi. Futbol üzrə DÇ-nın qiyməti ya ona bərabər, ya da daha baha olur.
Hesablama Palatasının rəyində şəffaflığa dair Facebookda yazdığım statusa bu gün səhər belə bir şərhlər gəlməyə başladı.
Bunu uğur hesab edə bilərikmi?
2016-ci ilin fevralında təqdim olunmuş Bakı Baş Planı 2030-cu ilə kimi dövrü əhatə edirdi.
2016-ci ilin dekabrında təqdim olunmuş Bakı Baş Planı 2035-ci ilə kimi dövrü əhatə edirdi.
2020-ci ilin oktyabrında təqdim olunmuş Bakı Baş Planı 2040-ci ilə kimi dövrü əhatə edirdi.
Sizcə növbəti Baş Plan hansı dövrü əhatə edəcək?...
Yeri gəlmişkən, bu post ilə bağlı, dostum Rüfət Abdulla (Shabbatbazaar telegram-kanalı) yaxşı bir şərh yazıb. Onun fikrincə bu qrafikdə "Neftin qiyməti ilə tərs mütənasiblik var". Müəyyən qədər razıyam. İqtisadiyyatda problemlər müşahidə olunan və neftin qiyməti aşağı olduğu dövrdə (2015-2020), hökumət maksimal şəffaflığa getməli olurdu. Hətta yadımdadır ki, bir dəfə Hesablama Palatası ilk dəfə dövlət qurumları üzrə büdcənin xərclərinin həcminə görə reytinq tərtib etmişdi. Müvafiq reytinqdə hətta büdcənin ən gizli bəndi olan investisiya və iqtisadi fəaliyyət xərcləri də göstərilmişdi. Müqayisə üçün, 2023-cü ildə investisiya xərcləri 10 milyard manat təşkil edəcək (ümumi xərclər 33 milyard olduğu halda). Hesablama Palatasının rəyində müvafiq xərclər ilə bağlı yalnız ümumi məlumatlar var. Rəy tərtibatçıları da qeyd edirlər ki, bununla bağlı hər hansı məlumat yoxdur. Yəni dövlət büdcəsi xərclərinin 1/3-ni təşkil edən maddəyə dair (burada həm investisiya, həm işğaldan azad olunmuş torpaqların bərpası və s.) məlumat azdır.
Yəni dövlət büdcəsinin gəlir problemi həll olunan kimi artıq şəffaflığa ehtiyac qalmadı. Nəticədə indi deputatlar dövlət büdcəsi haqqında qanunu qəbul edərkən, bu 10 milyard barədə heç nə bilmirlər. Getdikcə isə müvafiq bəndlərin sayı da artır...
Biz burada şəffaflıq tələb etdiyimiz zaman: Milli Məclis tərəfindən yaradılan, Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olan Hesablama Palatası yazır ki, 2023-cü il dövlət büdcəsi "qanun layihəsində müvafiq göstəricinin əks etdirilməməsi bu istiqamətin nəzərdə tululmadığını deməyə əsas verir". Rəyi oxuduqca bu tərzdə onlarla qeyd ilə qarşılaşmaq mümkündür. Yəni ali audit orqan deyir ki, əgər məlumatı verməyiblərsə, deməli yoxdur. Şəffaflığı tələb etmək, Milli Məclisə bununla bağlı müraciət etmək deyəsən fikirlərinə gəlmir...
Читать полностью…Uzun müddətdir ki, Azərbaycanın ən iri holdinqlərdən biri olan "Azərsun Holdinq"-ın saytı "təmirdə" idi. Nəhayət "təmirdən" çıxdı və biz şirkətin 2021-ci ilin nəticələrinə dair maliyyə hesabatı ilə tanış olmaq imkanına nail olduq. Hesabat isə bu formadadır.
Mən düşünürdüm ki, 2020-ci ilin maliyyə hesabatı bərbad gündədir. Amma indi başa düşürəm ki, onun vəziyyəti bununla müqayisədə "ideal" idi (deyəsən ofislərində köhnə skaner var və ildən-ilə onun vəziyyəti daha da pisləşir deyə, ondan istifadə edirlər).
Nəsə, bu hesabatdan öyrənirik ki, Azərsun Holdinqin dövriyyəsi 2020-ci il ilə müqayisədə 59% artaraq, 1,5 milyard manatı keçib. Eyni zamanda xərcləri də artıb. Birbaşa məhsul istehsalı ilə bağlı xərcləri 72% artıb və 1,1 milyardı keçib. Nəticə etibarilə şirkətin illik mənfəəti 2,6 dəfə azalaraq 28,3 milyon manat təşkil edib.
Bir az urbanistika barədə
Libertarianların “atası” olan Lüdviq fon Mizesin “On Some Popular Errors Concerning the Scope and Method of Economics” adlı bir essesi var. Mizes mənim iqtisadi yanaşmama görə tamamilə əks qütbdə yerləşməsinə baxmayaraq, adətən iqtisadi nəzəriyyəyə dair mühazirə danışarkən, birinci dərsdə əlavə ədəbiyyat kimi məhz bu esseni də tövsiyə edirəm. Bu essedə maraqlı bir cümlə var: “The task of economics, as many epigones of the classical economists practiced it, was to deal not with events as they really happened, but only with forces that contributed in some not clearly defined manner to the emergence of what really happened” (Klassik iqtisadçıların epiqonların bir çoxu həqiqətən baş verən hadisələri yox, yalnız real hadisələrin baş verməsində aydın olunmayan şəkildə töhfə verən qüvvələrin tədqiqatını iqtisadiyyat elminin vəzifəsi kimi görürlər – T.V.). Mən tez-tez bu sözləri müasir iqtisadi elmin əhəmiyyətli hissəsinə aid edirəm. Çünki tez-tez görürsən ki, mənasız və bir-biri ilə heç bir əlaqədə olmayan hadisələrin təhlili, və ya səbəb yerinə hansısa prosesin fəsadı təhlil olunur. Heç kim demir ki, bu lazım deyil, amma səbəbə getmək lazımdır. Əks halda bizdə “abrakadabra” alınır.
Nəsə çox uzaqlaşdım. Mizesi bir qədər başqa səbəbə görə yada saldım. Deməli bu yaxınlarda, bizdə məşhur “urbanistlər”dən biri Meduza-da dərc olunmuş bir müsahibəyə link yerləşdirib və mətn ilə tam razılığını ifadə edib. Bu Moskva Dövlət Universiteti, həm də Ali İqtisadiyyat Məktəbinin müəllimi, iqtisadi coğraf Ruslan Doxov ilə müsahibədir. Müsahibəni çox çətinliklə oxudum. Müsahibə özü-özlüyündə bizdə tez-tez urbanist kimi çıxış edən şəxslərin ifadə etdikləri stereotiplərin toplusuna oxşadı. Yəni mən demirəm ki, Şoyqu düz deyir (müsahibə Şoyqunun fikri ilə bağlı idi). O da mənasız danışır. Məni daha çox müsahibin nəzəri fikirləri maraqlandırdı. Bir məqamda isə mən niyə bu söhbəti oxuduğumu başa düşmədim.
Belə ki, müsahib deyir ki, Sovet dövründə Sibirin iqtisadi həyata cəlb olunması istehsal coğrafiyasında dəyişikliyə səbəb oldu. Bu da “Сдвиг производительных сил на восток разбалансировал естественную систему расселения, которая веками складывалась в границах еще Российской империи. Народ жил больше в основной полосе расселения — Центральной и Южной России, Украине” (Məhsuldar qüvvələrin şərqə doğru yerdəyişməsi Rusiya imperiyasının hüdudları daxilində əsrlər boyu inkişaf edən təbii məskunlaşma sisteminin tarazlığını pozdu. Əhali daha çox əsas məskunlaşma zonasında - Mərkəzi və Cənubi Rusiyada, Ukraynada yaşayırdı). Deyəcəksiz ki, burada nə var ki? Məsələ “təbii məskunlaşma sistemi” söz birləşməsindədir. Təbii nə deməkdir? İnsan təbiətinə uyğunluğumu? Müasir insan Şərqi Afrikada formalaşıb. Rusiyada eyni iqlimə malik olan ərazilər varmı? Paleolit dövründə insanlar dağətəyi zonalarda yaşayırdılar. Bu da təbii idi? İnsanlar Mərkəzi və Cənubi Rusiyaya hansısa iqtisadi səbəblərə görə köçmüşdülər. Amma elə bu iqtisadi səbəblər sonradan onları rahatlıqla oradan başqa yerlərə köçməyə vadar edirdi. Rus kəndlilər rahatlıqla, icazə verilən kimi, Qafqaz, Mərkəzi Asiyaya, Sibirə köçürdülər. Çünki ərazi kifayət etmirdi. Artıq iqtisadi qüvvələr maksimum istifadə olunurdu. SSRİ-də bir çox problemlər mövcud idi. Amma sən iqtisadi tələb olmadan bu qədər insanı bir yerdən başqa yerə köçürdə bilməyəcəksən. Sadəcə bir ərazidə rəqabət ciddiləşdi, başqa ərazidə bu hələ yox idi.
Elə təəssürat yaranır ki, Azərbaycanda insanlar öz keyflərinə durub bölgələrdən XIX əsrin sonunda su və qida mənbəsi olmayan yarımsəhrada yerləşən və hətta Poxludərə adı olan Bakı ərazisinə köçdülər. Bu da “təbii məskunlaşma sistemi”dir. İnsanlar hər nə qədər emosional olsalar belə, yalnız iqtisadi şərait olan yerlərdə yaşayırlar. Müsahib faktiki olaraq öz elmini (iqtisadi coğrafiya) mənasız vəziyyətə qoydu. Əgər təbii məskunlaşma varsa, o zaman iqtisadi coğrafiya nəyə lazımdır?
Təşəkkürlər, dostlar! Nəticələrə görə 31 AZN (4 nəfər) toplanıb. Bəlkə də çox uğurlu sayılmaz, amma davam etmək olar.
Читать полностью…Bir müddət əvvəl Ukrayna-Azərbaycan münasibətlərinə dair qısa təhlil hazırlamışdım. Bu təhlildə iki ölkə arasında 2016-2021-ci illərdə müşahidə olunan iqtisadi münasibətlər təsvir edilib. Eyni zamanda mümkün proqnozlar da verilib.
Maraqlıdırsa, onu buradan yükləyə bilərsiniz.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov.
Sizcə iqtisadi məsələlər üzrə nə qədər köməkçi lazımdır?
Rusiya-Ukrayna müharibəsinin Azərbaycana təsiri haqqında: Azərbaycanın Ukraynaya ixrac etdiyi məhsullar arasında vacib yeri xurma tutur. Ukrayna tərəfinin məlumatına görə, 2021-ci ildə ölkəyə idxal olunan hər 2 xurmadan biri Azərbaycandan gətirilmişdi. Eyni zamanda bizim Ukraynaya ixrac etdiyimiz qeyri-neft məhsulları arasında xurma birinci yerdə idi. Keçən il biz Ukraynaya 30 min ton xurma ixrac etmişdik.
Xurma ixracı əsasən ilin ikinci yarısını və lap əvvəlini əhatə edir. 2022-ci ilin yanvar-fevral aylarında biz Ukraynaya xurma ixracatında 2021-ci ilin göstəricisini 3 dəfə üstələdik. Amma 2022-ci ilin ikinci yarısında müharibənin fəsadlarını hiss etməyə başladıq. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində biz 75,1 min ton xurma ixrac etmişdisə, 2022-ci ilin eyni dövründə bu göstərici 59,1 min tona bərabər olub.
Şəffaflıq barədə: bizdə İqtisadiyyat nazirliyi tez-tez şəffaflıq və bu istiqamətdə atdığı addımlar barədə danışır. Amma ümumən görünən mənzərə ondan ibarətdir ki, şəffaflıq ümumiyyətlə ya yoxdur, ya qismən təmin olunur. Çox uzağa getmədən elə bunu İqtisadiyyat nazirliyinin özünə də aid etmək olar. Mİsal üçün, İqtisadiyyat Nazirliyi nəzdində Əmlak Məsələləri Dövlət Xidməti mövcuddur.
Məşhur qurumdur və hər bir vətəndaş həyatda ən azı bir ya iki dəfə bu qurumla rastlaşır. İndi bu qurum periodik olaraq, ayda ya da rübdə bir dəfə öz fəaliyyəti barədə hesabatlar paylaşır. Bu qısa fəaliyyət hesabatlarına dair sual yoxdur (əslinə qalsa daha detallı verməyində ciddi bir maneə görmürəm, amma bu başqa məsələdir). Böyük ehtimal, Xidmətin rəhbərləri düşünürlər ki, bu da şəffaflıqdır. Amma müvafiq sahədə real şəffaflıq tam başqa istiqamət üzrə olmalıdır. İlk əvvəl əmlak reyestrin ictimaiyyətə açıqlığı olmalıdır. Çox uzağa getmədən, hər bir vətəndaş hər hansı mənzili almaq istəsə, açıq reyestr vasitəsilə onun haqqında məlumatı əldə etmək imkanına malik olmalıdır. Hətta hər hansı fırıldaqçılıqla rastlaşmamaq üçün o həm reyestr vasitəsilə əmlak sahibini tanıyacaq, həm də mənzil/torpaq barədə digər məlumatları da əldə edəcək. İndi bu mümkün olmayan bir şeydir. Mənzil/torpaq haqqında məlumat əldə etmək üçün az qala onun sənədləri səndə olmalıdır. Bu isə artıq konkret əməliyyata keçəndə mümkün olur.
Ya da başqa tərəfdən, Gürcüstanda Korter platforması (ümumən 9 ölkədə fəaliyyət göstərir) mövcuddur. Bu platforma satılan/alınan/tikilən bütün mənzillər haqqında məlumat toplayır. Misal üçün, siz indi sayta daxil olub, Gürcüstan üzrə yeni tikilən binalara dair çox rahat şəkildə ətraflı məlumat əldə edə bilərsiz. Bizdə bu məlumatı əldə etmək üçün, siz Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytına daxil olub, reyestrdə axtarmalısız ya da gedib müvafiq ərazidə elana baxmalısınız. Eyni zamanda reyestrdə məlumatın təqdim olunma forması çox ürəkaçan deyil (4 müxtəlif reyestr var və bir-birinə bağlı deyil. Hərəsində ayrıca axtarmalısan). Amma problem bunda deyil. Adətən dövlət qurumları məlumatı bu və ya digər formada açıq edirlər. Sonra özəl struktur və platformalar vətəndaşlara daha rahat formada təqdim edirlər. Bizdə isə bunu etmək üçün kimsə oturub reyestrdən bütün pdf-ləri (indi formatı dəyişdiriblər) yükləməlidir, sonra onları ünvanlar üzrə axtarmaq lazımdır (bu da problemlidir. Ünvan sistemi fərqlidir) və yalnız sonra mövcud olan satış platformaları ilə uzlaşdırmaq mümkün olacaq. Bu da şəffaflıq...
Maraqlı faktlar sırasından: Rusiya Federal Təhlükəsizlik Xidmətinin (Sərhəd xidməti ilə məhz onlar məşğuldular) məlumatına görə 2022-ci ilin III rübündə 6 Rusiya vətəndaşı Azərbaycanla sərhədi piyada olaraq keçiblər. Əgər statistikaya inansaq, bu 2020-ci ilin birinci rübündən bəri (yəni sərhədlərin bağlanmasından) ilk belə faktdır.
Читать полностью…Teatr iqtisadiyyatı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı. "Qu gölü" baleti: biletin qiyməti 18-33 AZN. Ortalama bilet qiyməti - 25,5 AZN. Zalın tutumu - 1072 nəfər. Maksimal təxmini qazanc (biletlərin hamısı satılmışdı) - 27 336 AZN
Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert zalı. "Onegin" tamaşası: biletin qiyməti 20-50 AZN. Ortalama bilet qiyməti 35 AZN. Zalın tutumu - 656 nəfər. Maksimal təxmini qazanc - 22 960 AZN
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrın zalı. ƏSA teatrın tamaşası: biletin qiyməti 8-20 AZN. Ortalama biletin qiyməti 14 AZN. Zalın tutumu - 447 nəfər. Maksimal təxmini qazancı - 6 258 AZN
Göründüyü kimi rəsmi statistika da neftdən ciddi asılılığın olduğunu göstərir. Başqa tərəfdən, “məşğuliyyət sahəsində xidmətlər”, “səhiyyə” və s. əsasən dövlət büdcəsindən maliyyəşir. Yəni başqa sözlə neftdən asılıdır. Qeyd etdiyim kimi buna dair dəqiq araşdırma əlimizdə yoxdur. Amma misal üçün, Rusiya üçün hesablanıb ki, neft gəlirləri hesabına hər 100 rubl xərc dövlət büdcəsinə 30 rubl vergi gəliri gətirir. Gəlin bunu Azərbaycana ekstrapolyasiya edək (təxmin edirəm ki, Azərbaycanda bu göstərici daha yüksəkdir). 2023-cü ildə dövlət büdcəsi gəlirlərinin 16 297 milyon manatlıq hissəsi birbaşa neft gəlirləridir. Əgər eyni nisbət qalsa, o zaman bu gəlirlər (yəni bu gəlirlərin xərclənməsi) hesabına büdcəyə əlavə 4 889 milyon manat gələcək. Bu isə o deməkdir ki, dövlət büdcəsinin neftdən asılı olan hissəsi 21 186 milyon manat təşkil edəcək. Bu artıq rəsmi bəyan edilən 53% yox, bu dövlət büdcəsinin 68,9% olacaq.
Читать полностью…19.07.2022, Naxçıvan MR maliyyə naziri Rəfael Əliyev: "2022-ci ilin ötən altı ayında dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət tədbirləri davam etdirilmiş, bununla da, 3 milyon 775 min 400 manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb".
26.11.2022: "Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla xüsusilə külli miqdar təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir".
Yadınızdadırsa, Bakı metropoliteni barədə qeyd etmişdim ki, bu ilin ilk 8 ayının nəticəsinə görə yalnız iyun ayında sərnişin axını pandemiyadan əvvəlki göstəriciyə yaxınlaşmışdı. Statistikadan göründüyü kimi bu ilin sentyabr və oktyabr aylarında da yaxın olmuşdu. Əslinə qalsa bunu da metroda müşahidə olunan sıxlıqdan da görə bilərik.
Читать полностью…Oktyabrın sonuncu günündə yayılan məlumata görə, unun bütün növlərinin qiymətində bir ay əvvəlki ilə müqayisədə 1 manata qədər ucuzlaşma müşahidə olunur. Bunu, qiymətlərə nəzarəti həyata keçirən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də təsdiqləyir: sentyabrın 26-da 50 kiloqramlıq un kisəsinin qiyməti 40.20-41.50 arasında dəyişirdisə, noyabrın 1-i 39.40-40 manat arasında dəyişir. Ancaq çörəyin qiyməti dəyişməyib. Çörək istehsalçıları unun ucuzlaşmadığını deyirlər. Bəs ümumiyyətlə buğda bazarında, xüsusi olaraq Azərbaycan buğda bazarında vəziyyət necədir? Daha ətraflı aşağıdaki materialda:
https://www.openazerbaijan.org/topics/analitika/az-rbaycanda-bu-da-istehsal-azal-b/
Qrafikdə siz dövlət büdcəsi layihəsinə dair Hesablama Palatası tərəfindən 2012-2022-ci illərdə ictimaiyyətə təqdim olunan rəylərində səhifələrin sayını görə bilərsiz. Sizcə şəffaflıq artırmı?
Читать полностью…Maraqlı faktlar sırasından: 2023-cü il dövlət büdcəsi layihəsinə görə ehtiyac meyarı (yəni ünvanlı dövlət sosial yardımı təyinatı üçün istifadə olunan meyar) 246 manat olaraq təsdiqlənməsi təklif olunur. Eyni zamanda "Əmək pensiyaları haqqında" qanuna görə əmək pensiyasının minimum məbləği 240 manatdır. Bu qanuna təklif olunan dəyişiklik isə yalnız sığorta stajın hesablanması xüsusiyyətləri ilə bağlıdır.
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə 240 manat həcmdə minimal pensiya 65 min şəxsi əhatə edir.
P.s. düzdür, 2023-cü ildə pensiyalar indeksləşddirilməlidir. Eyni zamanda 2022-ci il ərzində pensiyaçılara ödənilən 200 manat məbləğində "maddi yardım", 2023-cü ildə "illik pensiyalarının tərkibinə daxil" edilməlidir. Amma əgər 2022-ci ilin fevralında qəbul olunan qaydaya uyğun olaraq bu addım atılacaqsa, o zaman 2023-cü ilin yanvarın 1-dən sonra pensiyası təyin olunan şəxsləri əhatə etməyəcək. Qeyd etmək lazımdır ki, 2022-ci ildə yeni pensiyaya çıxıb, minimal pensiya alan şəxslərin sayı 21 min nəfər olaraq proqnozlaşdırılırdı.
Ümumiyyətlə son dönəmlərdə mənasız müzakirələrin sayı kəskin şəkildə artıb. Bəzən avtomobil yolunu müzakirə edirlər, amma müzakirə vaxtı yolun tikilmə məntiqi itir. Heç başa düşmürsən ümumiyyətlə bu yol müzakirəsinin məqsədi nədir? Ümumiyyətlə bu yol hansı məqsədlə tikilir? Yəni avtomobil yolu iqtisadi məqsədlərin yerinə yetirilməsi üçün tikilməlidir. Amma bəzən müzakirədə bu yaddan çıxır və yolun estetik tərəfləri müzakirə olunur. Birinci sual olmalıdır ki, bu avtomobil yolu lazımdırmı ya yox. İkinci sual müvafiq məqsədlərə nail olması üçün bu boyda yol tikilməlidir ya yox və s. Ondan sonra onun estetik görünüşü barədə danışmaq olar. Amma indi sonuncu məqam “urbanistika” adı ilə təqdim olunur və nəticədə şəhərsalma ilə bağlı müzakirələri həyetdə bağçanın salınması səviyyəsinə endirir.
Misal üçün, deyirsən ki, Bakıda avtomobil yollarda baş verən problemlərin əsas səbəbi əhalinin həddindən artıq çox olaraq burada məskunlaşmasıdır. Sənə cavab verirlər ki, əsas problem tıxacdır. Deyirsən, ay hörmətli urbanist, problemi həll etmək üçün onun fəsadlarına yox, səbəblərinə önəm vermək lazımdır. Tıxac sadəcə fəsaddır. İnsan sıxlığı sadəcə fəsaddır. Misal üçün, Murtuza Muxtarov küçəsinin bir hissəsində hər gün 12-13.00 arası tıxac yaranır. Niyə? Çox sadə səbəbi var – valideynlər (və ya sürücülər) uşaqların dalınca gəlirlər. Düzdür bu valideynlərin sayı az ola bilər. Amma 1-2 min nəfərin oxuduğu məktəbdə 50 belə valideyn olsa, artıq kifayətdir (mən oxuduğum dövrdə, yəni uzaq 2005-də 21 nəfərdən 10-u ümumiyyətlə müvafiq Səbail/Yasamal rayonlarında yaşamırdılar). Başqa tərəfdən eyni zamanda 18,65,77 nömrəli avtobuslar dolur. Niyə? Yenə də valideynlər uşaqlarını məktəbdən götürüb, evə aparırlar. Urbanist sual vermir ki, bu niyə baş verir. Deyir ki, burada nəqliyyat elə qurulmalıdır ki, ya tıxac olmasın, ya da ictimai nəqliyyat tıxacda qalmasın. Əla. Mən də razı. Amma bəlkə səbəbləri də həll edək? Niyə valideynlər uşaqlarını məktəbə aparmaq üçün nəqliyyatdan istifadə edirlər? Evlərin yanında məktəb yoxdurmu? Xeyr. Bakıda 307 məktəb var. Təxmin etmək olar ki, hər bir Bakı sakinin evindən maksimum 0,5-1 km radiusunda məktəb var. Bəs niyə basa-basa bura gətirirlər? Bəlkə səbəbini öyrənib, problemi həll edərik? Ən azı Bakı küçələrinin yükünü azaldarıq (hələ əsas küçələrdə yerləşən digər məktəbləri: 20, 132-134, 160 və s. demirəm).
Sual vermir ki, niyə Sumqayıt, Xırdalan, Xızı əhalisi Bakıya gəlir. Deyir ki, gəlin onlara rahat yol təşkil edək. Yolun rahat olması vacibdir. Amma bəlkə bir sual verək, niyə bu belə baş verir? Nəsə.. bəzən elə gəlir ki, sabah hansısa varlı qrup Qobi səhrasının ortasında şəhər tiksə, urbanistlər deyəcəklər ki, bax belə də lazımdır və bu təbiidir, çünki insan da Şərqi Afrika səhrasından çıxıb...
Maraqlı faktlar sırasından: 2023-cü ilin dövlət büdcəsində İİV/QİÇS ilə mübarizə üçün ayrılan vəsaitin 2022-ci il ilə müqayisədə həcmi 11,7% azaldılması (6 milyondan 5,3 milyona kimi) planlaşdırılır (nəzərə almaq lazımdır ki, 2021-ci ilin sonuna QİÇS ilə qeydiyyatda olan şəxslərin sayı 9059 idisə, 2022-ci ilin oktyabrın sonuna isə 9985 nəfər təşkil edirdi). Eyni zamanda yoluxucu xəstəliklərin immunoprofilaktikası üçün ayrılan vəsaitin həcmi isə 3,4 dəfə artırılır.
Читать полностью…Telegram-kanalımda edəcəyim dəyişikliklərdən biri də müxtəlif təhlil və ya bülletenlərin hazırlanmasıdır. Birincisi Ukrayna-Azərbaycan iqtisadi münasibətlərinə həsr olunub. Bundan sonra digər mövzulara dair da belə tipli sənədlər hazırlayacağam.
Sadəcə əgər sizə bu fəaliyyət maraqlıdırsa, dəstək olsaz daha yaxşı olar. Dəstəyinizi aşağıdakı karta köçürə bilərsiz (minimal məbləğ tələbi yoxdur. Əgər aktiv olsa, sonradan daha rahat sistem qurulacaq):
4189 8000 8060 3267 (Rabitə)
“Azərsu” Göygöl rayonunun iki kəndində içməli suyu borca görə kəsib. Qəribəsi budur ki, su pulunu ödəyənlərin də suyu kəsilib. Çünki, qurum açıqlayıb ki, mövcud su təchizatı sistemləri borclu abonentlərin su təminatının fərdi şəkildə dayandırılmasına imkan vermir. Buna görə də, su pulunu ödəyən abonentlərə sudaşıyan maşınlarla su göndərilir :)
“Azərsu”nun açıqlamasında həmin kəndlərdə sakinlərin su pulunu ödəmə göstəriciləri də açıqlanıb. Bu iki kənddə toplam 728 abonent var. Onlardan 86 faizi – yəni, 629 abonentin suya borcu var. Borcun toplam məbləği 220 min manatdır. Yəni. Bir abonentə ortalama 353 manat. Bu iki kənddəki 728 abonentin cəmi 99-u su pulunu vaxtında ödəyə bilib.
Financial Times-in hesablamalarına görə bu ilin II və III rübündə ABŞ-da qeydiyyatdan keçmiş publik neft-qaz şirkətləri 200,24 milyard dollar təmiz mənfəət qazanıblar. Yəni 6 ay ərzində şirkətlər 200 milyard dollar təmiz mənfəət qazanıblar. Hesablamalara görə bu rekord göstəricidir. Bu faktın maraqlı tərəfi bir qədər başqadır.
Deməli belə iri bir mənfəətin qazanılmasında əsas səbəb neft qiymətlərinin yüksək olmasıdır. Yəni maya dəyəri ciddi sürətdə dəyişikliyə məruz qalmayıb, amma neftin satış qiymətləri artdığı üçün şirkətlər bundan istifadə edib. Bu da normaldır. Azad bazar barədə çoxlu pafoslu söhbətlərə baxmayaraq, reallıqda bazarda hər bir şirkət maksimal olaraq baha satmağa çalışır. Satış qiymətin azaldılması yalnız bazarda məhsulun artıqlığı müşahidə olunduğu halda mümkündür. Rusiya-Ukrayna müharibəsi başlayandan isə bu problem də öz həllini tapdı. Ona görə şirkətlər maksimal qazanclar əldə edə bildilər.
Yəni başqa sözlə bu tipik kapitalistik yanaşmadır. Mən başqa bir məqama diqqət yetirmək istərdim. Liberallar müasir iqtisadi münasibətləri təsvir edərkən, adətən dövləti bazardan kənar, ev təsərrüfatları və sahibkarlardan əlavə üçüncü ayrıca subyekt kimi göstərməyə çalışırlar. Yəni bu subyekt xüsusi qüvvəyə malikdir və mövcud olan bazar qanunlarından üstündür. Amma bu məsələdə biz görə bilərik ki, vəziyyət heç də belə deyil. Yəni ABŞ dünya üzrə ən iri neft hasilatçısı olmasına baxmayaraq, neft məhsulların qiymətləri orada da artır. Dövlət də bununla heç nə edə bilmir. Əgər dövlət nəsə xüsusi bir subyekt olsa idi, normalda sadəcə əmr verib, qiymətləri aşağı salacaq idi. Onsuzda maya dəyəri ciddi artmayıb. Amma bunu etmir. Düzdür bəzi hallarda (müharibə, böhran və s.) bunu edə bilər, amma xüsusi ekstraordinar hadisə baş verməyibsə, bunu etməyəcək. Çünki ekstraordinar hallarda belə bu addımları bütün bazar iştirakçıların razılığı ilə atır.
İndi əksinə dövlət sahibkarları dəstəkləyir. Hökumətlər ev təsərrüfatlarına və ya şirkətlərə əlavə vəsait ayırırlar ki, onlar üçün qiymət artımını kompensasiya etsinlər. Yəni başqa sözlə iri mənfəət qazananlar heç bir əsas olmadan qazanmağa davam etsinlər. Yəni dövlət daha çox sadəcə kapitalist maraqların müdafiəçisi kimi çıxış edir.
Azərbaycanda Wolt/Bolt/Bolt Food/Uber nə qədər qazanır? Təəssüf, bu suala cavab vermək çətindir, daha doğrusu mümkün deyil. Bizim əlimizdə bu şirkətlərə aid hər hansı bir hesabat yoxdur. Vergi reyestrimiz isə elə qurulub ki, oradan hər hansı məlumat əldə etmək mümkün deyil. Amma Azərbaycandan fərqli olaraq Gürcüstanda vəziyyət bir qədər başqadır. Gürcüstanda "Reporting Portal" adlı platforma mövcuddur. Müvafiq platformada Gürcüstanda qeydiyyatdan keçmiş şirkətlərin hesabatları ilə tanış olmaq mümkündür. Bu portal Gürcüstanın Maliyyə Nazirliyi tərəfindən yaradılıb və müvafiq olaraq orada şirkətlərin profillərinə aid məlumatlar yerləşdirilir. Düzdür portal tamamilə gürcü dilindədir, amma XXI əsrdə Google və s. texnologiyalardan istifadə edərək, portaldan problemsiz məlumat əldə etmək olar.
Bu ilin oktyabr ayında Gürcüstanda fəaliyyət göstərən Wolt (yeri gəlmişkən, Gürcüstanda 5 şəhərdə (Tbilisi, Batumi, Kutaisi, Rustavi və Zuqdidi) fəaliyyət göstərir) və Glovo şirkətləri öz maliyyə hesabatlarını da qeyd etdiyim portalda paylaşıblar. Bu məlumatlar Azərbaycanda olan vəziyyəti müəyyən qədər təsəvvür etməyə kömək edə bilər. Hesabatlarda verilən məlumata görə, Wolt şirkətinin Gürcüstanda qazancı:
2019 - 4,6 milyon lari (2,8 milyon AZN)
2020 - 15,4 milyon lari (8,4 milyon AZN)
2021 - 34,5 milyon lari (18,2 milyon AZN)
Şirkət öz gəlir mənbəyilərini 3 istiqamətə bölür: Gürcüstan ərazisində əldə olunan gəlir, Gürcüstandan kənar və digər istiqamətlər. Maraqlıdır ki, 2019-cu ildə bütöv gəlir, 2020-ci ildə gəlirin 20% Gürcüstandan kənar əldə olunub. Bu istiqamət üzrə şirkətin cəmi gəliri 4,5 milyon AZN təşkil edib. 2021-ci ildə bu istiqamət üzrə gəlir əldə etməyib. Təxmin edə bilərik ki, bu ana şirkət tərəfindən edilən ödənişlərdir.
Başqa tərəfdən, 2020-ci ildə Gürcüstanda həyata keçirilən kuryer xidmətlərindən 12 milyon lari qazandığı halda, 2021-ci ildə bu rəqəm 34,5 milyon lariyə kimi çatdı. Yəni bir il ərzində şirkət öz dövriyyəsini 2,8 dəfə artırmağa müvəffəq oldu. Bu azmış kimi, əgər 2020-ci ildə Wolt kuryer xidmətlərinin həcminə görə Glovo-dan 40% geridə idisə, 2021-ci ildə dövriyyələri faktiki bərabərləşdi. Hətta digər xidmətləri nəzərə almasaq, Wolt Gürcüstanda çoxdan fəaliyyət göstərən Glovo-nu 1 milyon lari (530 min manat) üstələdi.
Bəs kuryerlərə nə qədər ödəniş edib? 2021-ci ilin məlumatına görə Wolt kuryerlərə 25,4 milyon lari ödəniş edib. 2020-ci ildə bu rəqəm 9,9 milyon lari idi. Amma absolyut rəqəmlərdə ciddi artım olmasına baxmayaraq, faktiki kuryerlərin payı azaldı. Əgər 2020-ci ildə kuryerlər müvafiq xidmətlərdən əldə olunan qazancın 82%-ni alırdılarsa, 2021-ci ildə bu göstərici 74%-ə endi. Bunun müqabilində şirkətin təmiz mənfəəti 409,4 min laridən 2,3 milyon lariyə (1,2 milyon AZN) kimi artdı.
Maraqlıdır, Wolt-un rəqibi Glovo əksinə zərər ilə çalışır. Amma zərərin əsas səbəbi mərkəzi ofisə ödənilən vəsaitdir. Şirkət qazancının 45%-i həcmində mərkəzi ofisə ödəniş edib. Kuryerlərə ödəniş isə 40% təşkil edib. Wolt isə əksinə vəsaiti özündə saxlayır.
Azərbaycanda Wolt-un dövriyyəsinə dair yalnız təxminlər irəli sürmək qalır.
Bu yaxınlarda evimin yanında "Bazarstore" mağazası açıldı. Şəkildə göründüyü kimi "Spar" supermarketin üstündə "Bazarstore" mağazasının reklamı yerləşdirilib.
Bazarstore açılmasından bir-iki həftə keçəndən sonra S. Rüstəmov küçəsində, köhnə "Sevimli dad" mağazası olan yerdə, "Bravo" supermarketi açıldı.
Nəticədə indi evimdən 200 metr məsafədə 2 "Spar", 2 "Oba" marketi, 2 "Bravo" və 1 "Bazarstore" mövcuddur. Bundan başqa Kontitental, "Sevimli dad" da mövcuddular. Nəticə etibarilə evimizin ətrafında yalnız 2-3 mini market qalıb.
Məsələnin başqa tərəfi rəqabətin necə də mənasız olmasındadır. Deməli kiçik ərazidə 3 iri supermarket şəbəkələrinə aid mağaza var. Bir-birilərindən müştəri oğurlamağa çalışırlar. Amma heç biri bunu qiymət hesabına etmir. Faktiki olaraq aşağı-yuxarı əsas məhsullara qiymətlər eynidir (düzdür, kampaniyalar olur. Amma o da daimi deyil). Maksimum qiymət 1-2 qəpik fərqlənə bilər.
Başqa sözlə, formal olaraq rəqabət var. Real olaraq yoxdur.
Rusiyalıların Azərbaycana gəlməsi barədə: Rusiya Sərhəd Xidmətinin məlumatına görə, 2022-ci ilin iyul-sentyabr aylarında Azərbaycana 137,1 min Rusiya vətəndaşı aviasiya vasitəsilə gəlib. Müqayisə üçün, pandemiyadan əvvəl, 2019-cu ilin iyul-sentyabr aylarında bu göstərici 95 minə bərabər idi.
Eyni zamanda, əgər 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana tranzit məqsədilə 451 Rusiya vətəndaşı gəlmişdisə, 2022-ci ilin eyni dövründə bu göstərici 915 nəfər təşkil edib.
Başqa tərəfdən, Headhunter (Azərbaycanda hh1.az) və Meduza tərəfindən verilən məlumata görə, iş axtarışında olan və eyni zamanda yaşadığı ölkə qismində Azərbaycanı göstərmiş Rusiya vətəndaşlarının sayı 2021-ci ilin avqust və oktyabr aylarında 581 və 745 nəfər olduğu halda, 2022-ci ilin eyni dövründə 861 və 1535 nəfər idi. Müqayisə üçün, Ermənistan üzrə bu göstərici 4,3 min nəfər, Gürcüstan üzrə 11,9 min nəfər təşkil edir.
HH-a görə Azərbaycanda olan rusiyalılar əsasən iki istiqamət üzrə iş axtarırlar: layihə idarəçiliyi və dizayn. Növbəti iki yerdə proqramistlər və analitiklər qərarlaşıblar.
Maraqlı faktlar sırasından: 2022-ci ilin avqust ayında vəfat edənlərin sayı 4575 nəfərə bərabər olub. Bu da pandemiyadan əvvəlki dövrün avqust ayları üçün ölüm sayının faktiki ortalama göstəricisidir (4572). Başqa tərəfdən, doğum göstəricisi 2021-ci ilin avqust ayı ilə müqayisədə yüksək olsa da (müvafiq olaraq 11 519 və 9 028), amma 2020-ci ilin müvafiq göstəricisinə (12 393) nisbətdə aşağıdır.
Читать полностью…Neft rentası
Biz tez-tez deyirik ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Bəs bu asılılıq necə ifadə olunur? Əslinə qalsa bu asılılığı müəyyən etmək üçün “xərclər-buraxılış” və “sahələrarası maliyyə axınları” cədvəlləri əsasında genişmiqyaslı iqtisadi tədqiqat aparmaq lazımdır. Sahələrarası maliyyə axınları Mərkəzi Bank tərəfindən yalnız təzəlikcə dərc olunmağa başladı. Amma ən əsas olan “xərclər-buraxılış” cədvəlləri Dövlət Statistika Komitəsi tərəfindən 5 ildən bir hazırlanır. DSK tərəfindən hazırlanan sonuncusu 2016-cı ilə aiddir (yeri gəlmişkən, bu cədvəllər 2019-cu ildə dərc olunub. Təxmin etmək olar ki, 2021-ci ilə aid olan cədvəllər 2024-cü ildə dərc olunacaq). Eyni zamanda bir çox digər amilləri də nəzərə almaq lazım olacaq. Düzünü desəm şəxsən belə bir tədqiqata rast gəlməmişəm (yalnız bir dəfə dövlət büdcəsinin neftdən asılılığına dair tədqiqata rast gəlmişdim. Müəllif ekonometrik üsullar ilə dövlət büdcəsinin 80-85% neftdən asılı olduğunu göstərirdi. Təəssüf, vaxtında işi götürmədim. Sonra da müəllifə müdafiə etmək imkanı vermədilər deyəsən).
Amma daha rahat üsullar da mövcuddur. Bu yaxınlarda İndiana Universitetinin professoru, iqtisadçı M. Alekseyev “The Moscow Times” üçün Rusiyanın neft rentası barədə maraqlı məqalə yazıb. Neft rentası nə deməkdir? Bu neft hasilatının ümumi məsrəfləri və regional səviyyədə xam neftin qiyməti arasında yaranan fərqdir. Yəni başqa sözlə neftin satış qiyməti və onun maya dəyəri arasında fərqinin ÜDM-ə nisbətini göstərir. Bu göstəricini illik olaraq Dünya Bankı hesablayır. Azərbaycana aid sonuncu göstərici 2020-ci ilə aiddir. Dünya Bankın hesablamalarına görə 2020-ci ildə neft rentası ÜDM-in 15,3%-ni təşkil edib. Neft rentasının maksimal payı 2006-ci ildə qeydə alınmışdı – ÜDM-in 39,7%. Amma 2015-i və 2020-i aşağı neft qiymətləri müşahidə olunan illər kimi çıxsaq, ortalama neft rentası hardasa 20% civarında olacaq.
Düşünə bilərsiz ki, bu o deməkdir ki, iqtisadiyyatın qalan hissəsi neftdən asılı deyil. Amma bu belə deyil. Bu yaxınlarda V. Qasımlı və R. Hüseynov Azərbaycan iqtisadiyyatı üçün multiplikator effektini hesablamağa çalışıblar. Onlar iqtisadiyyat sahələri üçün buraxılış multiplikatorunu hesablayıblar. Bəs bu nədir? Buraxılış multiplikatoru iqtisadiyyatın sahələri üzrə son məhsul istehsalının 1 manat artmasının və ya həmin məhsul üzrə tələbin (daxili və ya xarici) artmasının ümumi iqtisadiyyat üzrə son məhsul istehsalının nə qədər artacağını hesablamağa imkan verir. Yəni neft sənayesində məhsul istehsalı 1 manat artdısa, “iqtisadiyyat bunun hesabına əlavə nə qədər qazanacaq?” sualına cavab verir.
Onların hesablamalarına görə “xam neft və təbii qaz” üzrə buraxılış multiplikatoru 1,12-dir. Yəni əlavə 1 manat ölkə üzrə son məhsulı 1,12 manat artırır. Amma bu yalnız xam neft və təbii qazdır. Bu sahə ilə sıx bağlı və ondan asılı olan “mədənçıxarma sənayesində yardımçı xidmətlər” üzrə buraxılış multiplikatoru 2,21, elektrik enerji üzrə 1,8, emal edilmiş neft məhsulları 1,77 və s. Bir-bir bunları hesablasaq (əslinə qalsa bu sahələr hamı bir-birinə bağlıdır. Sadəcə uçot məsələlərinə görə fərqlənirlər) artıq iqtisadiyyatın böyük hissəsi alındı.
Daha maraqlı göstərici əlavə dəyər (Yox, bu Əlavə dəyər vergisi ilə bağlı deyil) ilə bağlıdır. Əlavə dəyər multiplikatoru iqtisadiyyatın sahələri üzrə əlavə dəyərin 1 manat artmasının ümumi iqtisadiyyat üzrə əlavə dəyərin nə qədər artacağını hesablamağa imkan verir. Burada 80 sahə arasında xam neft və təbii qaz 6-cı yerdədir. Onun göstəricisi 1,05-dir. Ondan əvvəlki 5 yeri əslinə qalsa digər sahələrdən (əsasən də neftdən, amma dolayı olaraq) asılı olan sahələr təşkil edir: məşğuliyyət sahəsində xidmətlər (1.12); səhiyyə sahəsində xidmətlər (1.08); daşınmaz əmlakla əlaqədar xidmətlər (1.07); kitabxana, arxiv, muzey və sair mədəniyyət müəssisələrinin xidmətləri (1.07); yaradıcılıq, incəsənət və əyləncə sahəsində xidmətlər (1.06).