Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Fuad Nəcəfli: "Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq".
Qanundan kənar qadağalar necə ləğv olunur?
2020-ci ildə "AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası" elmi jurnalında "Azərbaycanda elmi fəaliyyətin vahid mərkəzdən idarəedilməsi dövrün tələbidir" adlı məqalə dərc olunmuşdu. Məqalədə "dövrün tələbi" ilə bərabər həmçinin göstərirdi ki, elmə ayrılan vəsaitin ÜDM-də payı azalmağa doğru gedir. Bu problemi aradan qaldırmaq üçün müəllif məqalənin sonunda "vahid mərkəzdən idarəetmə modelini tətbiq etmək məqsədilə AMEA-nın fəaliyyətini və strukturunu tənzimləyən normativ hüquqi aktlara ciddi dəyişikliklərin edilməsi"-ni təklif edirdi. 2022-ci ildə bu təklif dəyərləndirildi.
2022-ci ilin iyulun 29-da prezident tərəfindən "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalandı. Amma yuxarıda qeyd etdiyimiz müəllifin təklifindən fərqli olaraq, elmi fəaliyyət bir qurumun əlində yox, əksinə üç qurum (AMEA, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi) arasında bölüşdürüldü.
Bu o zaman bir çoxları tərəfindən "pozitiv" qiymətləndirilmişdi. Təhsilin idarə olunması üzrə mütəxəssis Q. Məhərrəmovun sözlərinə görə, artıq "dövrün tələbi" dəyişib və "AMEA-nın mövcud strukturu dövrün tələblərinə cavab vermir". Bu da islahatları zəruri edirdi. AMEA-nın vitse-prezidenti, akademik İ. Həbibbəylinin sözlərinə görə, bu addım "ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək". UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Ş. Əliyev isə əminliklə qeyd edirdi ki, "Elm və Təhsil Nazirliyinin yaranması Azərbaycanda elmi tədqiqatlara dünyəvi yanaşmaların təmin edilməsini sürətləndirəcəkdir". Bu azmış kimi Elm və Təhsil Nazirliyi öz rəsmi saytında "Azərbaycan müəllimi" qəzetində dərc olunan Təhsil İnstitutun direktoru R. Əzizovun "Elmin inkişafın dəyər zənciri" məqaləsini paylaşdı. Bu məqalə pafoslu olaraq "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanı ölkədə elmin inkişaf zəncirinin qurulması üçün zəmin yaradır" sözləri ilə başlayırdı.
Yəni başqa sözlə dövlət qurum nümayəndələri bu addımın elmin inkişafına səbəb olacağını deyirdilər. Bəs yaxşı elmin inkişafı necə ifadə olunmalıdır? Əlbəttə ki, müvafiq elmi nəticələrin əldə olunması hesabı vasitəsilə özünü göstərə bilər. Bu elmi nəticələr nəyin hesabına əldə olunur? Əlbəttə ki, elmə ayrılmış vəsaitlər hesabına əldə olunur. Kim nə desə, bütün dünya üzrə elm əsasən dövlət hesabına maliyyəşir. Artıq normal praktikadır ki, elmə dövlət tərəfindən ayrılmış vəsaitin həcmi ən azı ÜDM-in 2% həcmində olmalıdır. Bu da yalnız birbaşa xərclərdir. Bundan başqa fundamental elmə xərclər bu xərclər arasında vacib yeri tutmalıdır. Keçən il Beynəlxalq Valyuta Fondunun saytında dərc olunmuş tədqiqata görə ölkə iqtisadiyyatında innovasiyaların əldə olunmasının əsas yolu fundemental elmin inkişafından keçir. Yəni fundamental elm inkişaf etmədiyi halda innovasiyaları gözləmək mənasızdır. Nə qədər siz "startaplar" haqqında nağıllar eşitsəz, yeni texnologiyaların tətbiqinin əsasını mövcud ölkədə fundamental elmin inkişafı təmin edib. Bu azmış kimi elmin bu istiqamətinin inkişafında əsas rol dövlətə aiddir (ABŞ olsun ya Danimarka). Beləliklə, elmi inkişaf etdirmək istəyiriksə, ilk əvvəl nə etmək lazımdır? Əlbəttə ki, xərcləri artırmaq lazımdır. Ona görə gəlin baxaq, dövlət büdcəsinin "Elm" bölməsi üzrə xərclər 2022 və 2023-cü illərdə necə fərqlənəcək. Əgər inkişaf üçün zəmindirsə, düşünürəm ki, xərclər artmalıdır.
İranın daxilində baş verənlər ölkənin Azərbaycanla da münasibətlərinə təsir etməyə başlayıb. Son bir ayda yerli mətbuatın, rəsmilərin İran əleyhinə çıxışları səngimir. Problem hətta prezident səviyyəsində qeyd olunub. Bəs Azərbaycanla İranın iqtisadi münasibətləri necədir? Son 3 il ərzində (2019-2022), xüsusilə, bu ölkələr arasında iqtisadi münasibətlər hansı yöndə inkişaf edib?
https://www.openazerbaijan.org/topics/analitika/az-rbaycanla-i-ran-aras-nda-ticar-t-2022/
24 oktyabrda açıqlanan 2023-cü ilin ilkin dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasına 480.8 milyon manat dotasiya ayrılması nəzərdə tutulmuşdu.
22 noyabrda Maliyyə naziri açıqladı ki, Naxçıvana ayrılan dotasiya 31.1 milyon manat azaldılacaq və 449.7 milyon manata bərabər olacaq. Azalmanın səbəbi olaraq Naxçıvan DTX-nın ləğv edilməsi göstərildi.
5 dekabrda isə yenə Maliyyə naziri açıqlayıb ki, gələn dürüstləşmədən sonra Naxçıvana ayrılan dotasiya 32.6 milyon manat artırılır və yeni dotasiya məbləği 482.4 milyon manat olacaq. Görək ilin sonunadək Naxçıvana ayrılan dotasiya necə dəyişəcək
Nəsə, daha bir maraqlı fakt kəndin sakinləri ilə bağlıdır. Yuxarıda göstərildiyi kimi kəndin içməli su problemi yalnız 2018-ci ildə həll olunub. Bundan əvvəl, KİV-lərin məlumatına görə, kəndin səhiyyə problemləri həll olunub. Bu da 2010-cu ildə İ. Rəhimov tərəfindən kənddə tikilən tibbi məntəqə və Tovuzda xəstəxana hesabına həyata keçirilib. I. Rəhimov isə bizim KİV-lərdə "Putinin dostu" adı ilə məşhurdur. Vikipediyaya görə o, Qaraxanlı kəndində anadan olub, amma Yeni Müsavat deyir ki, Cilovdarlıda. Hər bir halda, tibb məntəqəsinin açılışında qeyd etmişdi ki, "tibb məntəqəsini öz kəndimin, eləcə də böyük bir ailə kimi baxdığım yaxın kəndlərin sakinlərinə hədiyyə edim".
Читать полностью…Bir neçə il əvvəl bir yaxın tanışım söhbət əsnasında qeyd etdi ki, iri Azərbaycan şirkətlərindən biri "Adizes İnstitute"-a Azərbaycana dəvət edib. Onlar müvafiq məsləhətlərdən istifadə edib, böhrandan çıxmaq niyyətində idilər. Düzünü desəm belə "institutun" mövcudluğu barədə ilk dəfə eşidirdim. Bunun səbəbi çox sadə idi. Mən kouçinq, biznes-trainer və s. belə tipli mövzulardan uzağam. Adətən bu sahəni aşağıdakı lətifə ilə təsvir edirəm:
iki biznes-trainer görüşür və biri başqasından soruşur:
- Satışları necə artıraq?
- Mən sənə danışa bilərəm..
- Danışmağı mən də bacarıram, amma necə artıraq?
Nəsə, mövzudan çox uzağa getdim. Bu yaxınlarda Forbes-də qarşıma bu "institut" təsisçisinin müsahibəsi qarşıma çıxdı. Heç oxuya da bilmədim (yalnız ayrı hissələrini gördüm, hətta Leninə də istinad edir!). Və yuxarıda qeyd etdiyim söhbət yadıma düşdü. Danışdığım şirkət böhrandan çıxa bilmədi (əksinə), amma bu "institut" Azərbaycanda necəsə fəaliyyət göstərməyə davam etdi. Bu azmış kimi, yazırlar ki, Azərbaycanın kənd təsərrüfatının inkişafında iştirak ediblər və müvafiq sahənin inkişafında böyük rol oynayıblar. Kənd təsərrüfatına baxanda biz pomidor, fındıq və bəzi digər məhsulların istehsalında artımı müşahidə edirik. Bundan başqa yalnız problemlər var (subsidiya sistemindən başlamış istifadə olunan metodikalara kimi). Heç vaxt düşünməzdim ki, hansısa tərəvəz və ya meyvə istehsalının artımı üçün biznes-trainerlər lazım ola bilər.
“Hökümət inflyasiyanı qəbul edir, amma əhalinin sosial dayanıqlığını təmin etmək istiqamətində heç bir addım atmır”
İqtisadçı Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda inflyasiyanı yaradan səbəblərdən, o cümlədən 2023-cü il üçün inflyasiya gözləntilərindən danışıb.
Müsahibənin buradan oxuya bilərsiniz.
@voaazerbaijan
Maraqlı məlumatlar sırasından: Rusiya Maliyyə Nazirliyinin neft sahəsində rüsumların hesablanması üçün istifadə etdiyi Argus Media portalı məlumat verir ki, Rusiya neftinin bareli 52 dollara satılır. Bu da Brent ilə müqayisədə 33 dollar azdır. Eyni zamanda deyilənə görə, Rusiyada istehsal olunan neftin orta maya dəyəri isə 50 dollardır. Yəni faktiki olaraq nefti ən aşağı rentabelliyi ilə satırlar. Bu azmış kimi dünya iqtisadiyyatında problemlər tələbatı azaldır deyə, satış imkanları da məhdudlaşır.
Читать полностью…Məndən periodik olaraq bizim hökumətin ideoloji mövqeyi barədə soruşurlar. Daimi olaraq da bu sual məndə təəccüb hissi yaradır. Məsələ ondan ibarətdir ki, hökumətimiz tipik liberaldır. İndi ola bilər ki, bəzi liberallar və ya libertarianlara hökumətin bu və ya digər addımları xoşlarına gəlməyə bilər, amma hökumət nümayəndələrin əsas düşüncələri kapital və onun azadlığı ətrafındadır. Yəni kapitalın azadlığı o demək deyil ki, bütün cəmiyyət hər hansı kapitala yiyələnməlidir. Onların əsas düşüncəsi öz kapitallarını saxlamaq və artırmaqdır. İndi başqaları bunu edə bilir ya bilmir - bu tam başqa məsələdir. Buna növbəti əyani sübut bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "Baku International CEO Summit"a dedikləridir. Gəlin bir-bir baxaq:
- "Etiraf edək ki, keyfiyyət olaraq dövlət olaraq heç də yaxşı icraçı olmur" - M. Abbasbəyli DMA-nın sədri olmasaydı, düşünərdim ki, bizim libertarian çevrəyə aiddir. Onlar da sevirlər, lazım gəldi/gəlmədi "dövlət yaxşı icraçı olmur" ifadəsini təkrarlamağa. Deyirsən yolu kim tikməlidir - "dövlət yaxşı icraçı olmur", pensiyanı kim ödəməlidir - "dövlət yaxşı icraçı olmur" və s. və i.a. Abbasbəyli də eynən. Peşə hazırlığı müəssisələri barədə danışarkən, dövlətin yaxşı icraçı olub-olmamasının nə aidiyyatı? Sənin peşə hazırlığı müəssisələri peşə yerinə, hansısa işə nəzarət ilə məşğuldular? Ümumiyyətlə burada dövlət/özəl nə fərqi var? Əsas peşə təhsili verməkdir. İndi onu özəl də, dövlət də keyfiyyətli ya keyfiyyətsiz verə bilər. Bunun mülkiyyət formasına nə aidiyyatı? Amma tipik liberal kimi o bunu deməli idi.
- "Bu gün əmək bazarındakı kadr qıtlığının, müasir peşələrə, bacarıqlara sahib olan kadrların azlığının səbəbi vaxtında istiqamətlərin düzgün seçilməməsi, əmək bazarının düzgün proqnozlaşdırılmamasıdır" - burada deyə bilərsiz ki, bax gör, necə liberaldır ki, "əmək bazarının düzgün proqnozlaşdırılmaması" barədə danışır. Yəni avtomatik olaraq qəbul edir ki, kimsə əmək bazarını düzgün proqnozlaşdırmalıdır. Məsələ də ondadır ki, liberallar bir çox hallarda dövlətin üzərinə ən çətin məsələləri qoyurlar. Özəl mülkiyyətçilər ayrı-ayrılıqda əmək bazarına dair nəsə proqnozlar qurmaq imkanına malik deyillər. Bu azmış kimi hələ sən özün üçün kadr yetişdirməlisən. Bu bahadır. Qoy bunu dövlət etsin. Ona görə ən çətin öhdəlikləri dövlətin boynuna atırsan. Demirsən ki, mən bu təhsil sistemin düzgün qurulması üçün hansı addımlar ata bilərəm ya atmışam. Deyirsən ki, dövlət var, qoy o mənim üçün kadr hazırlasın.
- "Agentlik olaraq məqsədimiz odur ki, şirkətlərin dövlətə sərf etdiyi vaxtı azaldaq. Şirkətlər nə qədər dövlətə az vaxt sərf etsə həmin vaxtı biznesin inkişafına sərf edə bilər" - standart stereotip söhbətdir. Yəni dövlətin rolu azalsın, şirkətin rolu artsın. Düşünmürəm ki, şirkətlər nəsə dövlətə xüsusi vaxt ayırırlar.
Bu gün səhər Xaliq Faiqoğlu MMC-yə məxsus olan avtobuslarda olan validatorlarda baş vermiş proqram yenilənməsi ödənişlər ilə problemlər yaşanmasına gətirib. Nəticədə şirkət xidməti müvəqqəti olaraq dayandırıb (deyəsən artıq bərpa edib. Ən azı 18 və 37 marşrutlarını görmüşəm).
Problem Bakıkart-ın operatoru olan K Group ilə bağlıdır. Faiqoğlu yerində olsa idim, mən Bakı Nəqliyyat Agentliyi və sərnişinlər qarşısında öhdəliyimi nəzərə alaraq, bu gün ödənişsiz fəaliyyət göstərərdim. Çünki öhdəliklər K Group-a yox, sərnişinlərə aiddir.
Şirkət sahiblərin sözlərinə görə onlar onsuzda zərər ilə çalışır və bir günlük dövriyyəni itirmək çox böyük problem olmayacaq. Bunun müqabilində sərnişinlər qarşısında şirkətin həm hörməti, həm də məşhurluğu artacaq idi.
Zərəri kompensasiya etmək isə K Groupdan tələb etmək olardı. Yəni sərnişinləri cəlb edib, həm də zərəri kompensasiya edərdim. Amma şirkət başqa yolu - faktiki lokaut (yəni sahibkarın işə çıxmaması) etməyi seçdi. Nəticədə şənbə günü insanlar yollarda qaldılar.
P.s. şəxsən özüm son zamanlar iqtisadiyyat nazirin hər hansı çıxış və ya müsahibəsi ilə tanış olmuram. Çıxışlarında bəyan etdiyi rəqəm və ifadələr onsuzda iqtisadiyyat nazirliyin məlumatlarında oxumaq olar. Yəni çıxışlarından hər hansı yenilik və ya əlavə məlumat əldə etmək mümkün olmur.
Читать полностью…İctimai nəqliyyat barədə danışmışkən, bu vəsiqələri xatırlayısınızmı?
Читать полностью…Səbail Rayon İcra Hakimiyyəti ilə dialoqum:
2016, Fövqəladə Hallar Nazirliyi: binanızın bütün eyvanları qəzalı vəziyyətdədir.
2016, mən: Səbail Rayon İcra Hakimiyyəti, binamızın küçəyə çıxan eyvanları qəzalı vəziyyətdədir.
3 il keçdi.
19.08.2019, mən: binamızın eyvanları qəzalı vəziyyətdədir. 3 ildir vəziyyət dəyişmir. Nə oldu?
01.12.2019, Səbail rayon İH: Qeyd olunan ünvanda qəzalı eyvanların əsaslı təmiri 2020-ci ilin əsaslı təmir titul siyahısına salınmışdır.
2 il keçdi
21.10.2021, mən: Nə oldu?
17.11.2021, Səbail rayon İH: Sözügedən ünvan da daxil olmaqla Səbail rayonunda eyvanları qəzalı vəziyyətdə olan binaların siyahısı tərtib olunmuş və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunmuşdur.
1 il keçdi
22.09.2022, mən: Nə oldu?
31.10.2022, Səbail rayon İH: Sözügedən ünvan da daxil olmaqla Səbail rayonunda eyvanları qəzalı vəziyyətdə olan binaların siyahısı tərtib olunmuş və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunmuşdur.
10.11.2022, Bakı şəhəri İH: Bununla əlaqədar bildiririk ki, müraciətinizdə qaldırılan məsələyə aidiyyatı üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün tərəfimizdən Səbail rayon İH, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və “Bakı Şəhər Əsaslı Tikinti və Təmiri” MMC-yə məktub göndərilmişdir.
17.11.2022, Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi: Bildiririk ki, baxış keçirilmişdi... məlum olmuşdur ki, sizin mənzillə digər mənzillərdə də... eyvanların qəzalı vəziyyətdə olduğundan həmin ünvan tərəfimizdən 2022-ci ildə əsaslı təmir olunacaq eyvanların siyahısına salınmışdır.
2022-ci ilin sonuna 1 ay qalıb...
Qətərdə keçirilən dünya çempionatı ilə bağlı bir çox mübahisəli məsələ var. Mən belə ölkələrdə DÇ-nin keçirilməsi tərəfdarı deyiləm, amma bazar iqtisadiyyatında məntiq və azarkeşlərin zövqü rol oynamır.
Bəzən deyirlər ki, Qətərdə keçirilən DÇ-ya qarşı əsas kampaniyanı ingilislər aparır. Ona görə düşündüm ki, gərək iki ölkə arasında iqtisadi münasibətləri araşdırdım.
Cədvəldən gördüyünüz kimi 2010-cu (DÇ-nin müəyyən edilməsi dövrü) ilən sonra Britaniyanın Qətərə ixracatı illik 10-25% artırdı. Düzdür, məhsullar arasında birinci yerdə zinət əşyaları gedirdi, amma sonraki yerlərdə avadanlıq və s. gəlir.
P.s. Əlbəttə ki, bu heç bir halda fəhlə istismarına (xüsusi olaraq belə ifrat formasında) və ümumiyyətlə Qətərdə qəbul olunmuş adət-ənənələrə bəhanə deyil. Nəzərə almaq lazımdır ki, Qətərdə 2,8 milyonluq əhalidən yalnız 300 mini qətərlidir. Qalanları yerli əhali üçün çalışan xarici fəhlə və xidmətçilərdir. Bu problem təkcə DÇ ilə bağlı deyil, daha genişdir. Amma Qətər Avropaya qaz sata bilər deyə...
Bu yaxınlarda Nazirlər Kabineti Ağdamın Baş Planını təsdiqlədi. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu planın hazırlanmasına və təsdiqlənməsinə 1-1,5 il kifayət etdi. Amma Bakının Baş Planı 2005-ci ildən bu yana heç cürə təsdiq oluna bilmir. Ümumiyyətlə onu deyəsən heç hazırlamayıblar.
Daha ətraflı: https://www.openazerbaijan.org/topics/analitika/bak-n-n-rodinqer-pi-iyi/
Bəs reallıqda nə baş verdi? Elm üzrə xərclər nominal olaraq 202 milyondan 228 milyona kimi artdı. Strukturunu detallı şəkildə araşdıranda görürük ki, vəziyyət tam başqadır. Konkret olaraq fundamental elmə (Akademiya məhz fundamental elmə aiddir) ayrılan vəsaitin həcmi azaldılıb. Əsas azalma əməkhaqqı xərcləri üzrə qeydə alınıb. Bir sıra institutların Elm və Təhsil və Mədəniyyət Nazirliklərinə verilməsi əməkhaqqı xərclərinin artması yerinə azalmasına gətirdi. Yəni bu o deməkdir ki, işçilərin sayı azaldılacaq. AMEA-da 9,6 min nəfər məşğul idisə, böyük ehtimal onların sayı ən azı 9 minə kimi azaldılacaq (müqayisə üçün dövlət qulluqçuların sayı 30 mindir). Bəs bunun elmə hansısa xeyri olacaqmı? Əlbəttə ki, yox. Aşağıdakı cədvəldən gördüyünüz kimi elmə ayrılan xərclərin əsas hissəsi maaşa gedir (cədvəldə yalnız birbaşa əməkhaqqı xərcləri əks olunub. Bundan başqa sosial ayırmaları da əlavə etmək lazımdır). Fundamental elm maaşdan ibarət deyil. Burada laborator tədqiqatlardan başlamış qazıntılara kimi müxtəlif xərclər mövcuddur. Bu istiqamətlər kifayət qədər vəsait tələb edir. Amma onlara qalan hissə çox azdır. Onun da böyük hissəsi cari təmirə gedir.
Bəs bu islahat nəticəsində nə baş verdi? Heç bir şey, sadəcə "ümumi dövlət xidmətləri üzrə tətbiqi tədqiqatlara" ayrılan vəsait 2 dəfə artırıldı. Bu istiqamət üzrə çalışanlar (kimlərdir? Hansı dövlət qurumuna dövlət xidməti üzrə tətbiqi tədqiqat lazım olur?) üçün əməkhaqqı 3,5 dəfə artacaq. Ehtimal edirəm ki, əlavə ştat və s. yığacaqlar. Bəs fundamental elm? Azərbaycana elm lazımdır?...
Bir az Yeni il barədə: “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə xidməti" publik hüquqi şəxsi "Zəngilan şəhəri, Ağalı kəndində Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il tədbirinin keçirilməsinin satın alınması" dair 19 706 AZN-lik müqavilə imzalayıb. Etender-də satınalma müqaviləsini reallaşdıran şirkətin adı "Agro Development" MMC göstərilsə də, qeyd olunmuş VÖEN "İD Consulting" MMC-ə aiddir. Sonuncu isə "aqrotexnika.az", "aqroskop.az" saytlarının sahibidir.
Читать полностью…Tədqiqatımın birinci və ikinci hissələrində sosial siyasətin həyata keçirilmə mexanizmlərinin ümumi təsvirini və eyni zamanda bu siyasətin ayrı-ayrı sosial həssas qruplara təsirini göstərməyə çalışmışdım. Müvafiq yazılarımda göstərdim ki, bir çox sosial qruplara aid olunan şəxslərin böyük hissəsi sosial müdafiə mexanizmlərindən kənar qalıb. Araşdırmanın üçüncü hissəsində mən daha iki sosial həssas qrupun vəziyyətini tədqiq etməyə çalışdım. Bu əlilliyi olan şəxslər və təqaüdçülərdir (pensionerlər). Adətən güman edilir ki, hər iki qrupa aid olunan şəxslərin hamısı müxtəlif sosial müdafiə mexanizmləri ilə əhatə olunub. Bu belədirmi? Bu suala cavab ilə link üzrə tanış ola bilərsiniz.
https://bakuresearchinstitute.org/azerbaycanda-sosial-xerclerin-maliyyesdirilme-mexanizminin-tehlili/
Azərbaycan "şəffaflığında" daha bir gün...
Bəzən bu və ya digər məlumatı axtarırsan və birdən birə görürsən ki, müvafiq məlumat açıq mənbələrdə yoxdur. Hər dəfə də absurdun yeni səviyyəsi ilə üzləşirsən. Deməli, "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" mövcuddur. Müvafiq siyahının təsdiqi barədə Nazirlər Kabinetinin qərarı da mövcuddur. Hətta bu qərara ən azı 22 dəyişiklik edilib. Sonuncu dəyişiklik bu ilin oktyabrında edilib. Təsərrüfathesablı qurumlar siyahısına "“Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti" əlavə olunub. Yəni başqa sözlə Mədəniyyət nazirliyinin tabeliyində tikinti və təchizat ilə məşğul olan MMC yaradılıb. Bu MMC kimə və nəyə lazımdır - bəlli deyil. Yaxşı bu siyahıya başqa kim daxildir? Bax bu məlumat deyəsən "dövlət sirri"-ni təşkil edir, çünki nə e-qanunda, nə də Nazirlər Kabinetinin rəsmi saytında siyahı yoxdur. Müvafiq qərarda qeyd olunur ki, siyahı qərara "əlavə olunur". Amma bu əlavə açıq mənbələrdə dərc olunmayıb. Yəni absurdun səviyyəsini təsəvvür edirsinizmi? Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı gizli məlumat kimi təqdim olunur. Niyə? Mədəniyyət nazirliyinin tabeliyindəki hansı xüsusi qurum mövcud ola bilər ki?
Daha bir məqam ADA Universiteti ilə bağlıdır. Deməli, Universitet nəzdində "ADA UNİVERSİTETİ FONDU" mövcuddur. Bu Fond hər il "Təmiz Şəhər" ASC ilə "məktəblilər üçün yay düşərgəsinin təşikli işlərinin satın alınması" dair müqavilə imzalayır. Satınalma müqaviləsində adı keçdiyi üçün şirkətin qeydiyyatı barədə məlumatı əldə etmək üçün müvafiq olaraq kommersiya hüquqi şəxslərin reyestrinə müraciət edirsən. Və... heç nə. Fondun VÖEN-i var, amma bu VÖEN üzrə reyestrdə heç nə tapılmır. Yəni hüquqi şəxs barədə məlumat gizlədilib. Kommersiya şirkətlərin qeydiyyat məlumatları gizlədilməsini hardasa təxmini başa düşə bilərəm, amma təhsil fondunun nə əlaqəsi? Bu fond əksinə şəffaf olmalıdır. Saytında qeyd edir ki, 1,5 milyon manat toplayıb. Amma toplayan qurum barədə heç onun qeydiyyat məlumatlarını öyrənmək mümkün deyil. Bu qurum pulu necə toplayıb ki?... Suallar və suallar...
Dünən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir istehsal müəssisəsinin özəlləşdirilməsi "uğurla" yekunlaşdırıb. Məlumata görə, Dövlət Xidməti 17 oktyabr 2022-ci il tarixində “Bakı Ayaqqabı Fabriki” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. İştirakçıların təkliflərinin təhlili aparıldıqdan sonra daha əlverişli şərtlər təklif edən “Pepi-Əli Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub. İnvestor dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, 2,5 il ərzində müəssisədə 5,5 milyon manatlıq İnvestisiya Proqramının icrasına dair öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
Göründüyü kimi kəndli təsərrüfatı birdən birə digər müsabiqə iştirakçılarından (digər iştirakçılar barədə heç bir məlumat verilmir) daha sərfəli şərtlər təklif etdi. Bu nəticələri təhlil edərkən bir neçə sual yaranır. Birincisi, Tovuz rayonunda fəaliyyət göstərən kəndli təsərrüfatı niyə ayaqqabı fabriki almağa qərar verdi. İkincisi onun şərtləri digərlərindən nə ilə fərqlənirdi və bu şirkət ümumiyyətlə haradan çıxıb, kimdilər?
Birinci suala cavab vermək çətindir. Şirkət nümayəndələri bu və ya digər üsulla özəlləşdirmə prosesini şərh etməyiblər (ən azı KİV-lərdə tapmamışam). İkinci suala isə qismən cavab verə bilərik. Deməli kommersiya hüquqi şəxslərin reyestrinin məlumatına görə, şirkət 2005-ci ilin mayın 17-də Tovuz rayonunun Cilovdarlı kəndində qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi qismində Fazil Əli oğlu Rüstəmov çıxış edir. Nizamnamə kapitalı isə 2 manatdır. Açıq mənbələrdə şirkət barədə məlumat çox azdır. Bu da təəccüblüdür. Adətən kəndli təsərrüfatlar ya kənd, ya da təsisçi adı ilə qeydiyyatdan keçirlər (misal üçün, elə Tovuz rayonunda Məcid, Rəhman, Vüsal və s. kəndli təsərrüfatları mövcuddur). Pepi-Əli bu sırada fərqlənir. Yəni adı bir qədər fərqlidir. Böyük ehtimal bu da təsisçi ilə bağlıdır.
2005-ci ildə yaranması ilə birlikdə Tovuz rayonun statistikasına da töhfə verib. Tovuz Rayon Statistika idarəsinin rəisinin 2006-ci ildə açıqladığı rəqəmlərə görə, 2005-ci ildə rayonda 1573 daimi iş yeri açılıb. Açılan iş yerlərin sayına görə, "Pepi-Əli" kəndli təsərrüfatı 5-ci idi. Dördüncü yerdə "Rote-Fane" futbol klubu qərarlaşmışdı. Futbol klubu o zamandan bu yana artıq fəaliyyət göstərmir (qısa müddət I divizionda çıxış edirdi), amma kəndli təsərrüfat fəaliyyətini davam etdirir.
Başqa hər hansı məlumat tapmaq mümkün olmadı. Ona görə düşündüm ki, kəndi bir qədər araşdırmaq lazımdır. Kənd 1999-cu ildə Xatınlı kənd inzibati ərazi vahidindən Qədirli kənd inzibati ərazi vahidinə keçirilmişdi. 10 il sonra isə kənddə olan bələdiyyə ləğv olunub, Qədirli ilə birləşdirildi.
Rəsmi sənədlərdə kəndə dair digər məlumatlar prezidentin imzaladığı sərəncamlar ilə bağlıdır. Biri, "əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamı ilə bağlıdır. 2017-ci ildə imzalanmış sərəncama görə tikilən 150 subartezian quyu arasında biri Cilovdarlı kəndində qazılmalı idi. 2018-ci ilin aprelin 9-da imzalanmış "əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamına görə kənddə içməli su təminatı yaxşılaşdırılmalı idi. 2018-ci ilin dekabrında verilən məlumata görə, kənd içməli su ilə təmin olunub.
Kənd ərazisindən Bakı-Tbilisi-Ceyhan borusu keçdiyi üçün kənd əhalisi bir sıra torpaqlardan istifadə edə bilmir. 2004-cü ildə keçirilmiş "Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin Azərbaycan rayonlarında sosial-iqtisadi problemlərin həllinə təsiri üzrə monitorinqin" məlumatına görə, Tovuz rayonu Cilovdarlı kənd əhalisi narazılığını bildirməyə cəhd etsə də yerli icra orqanlarında onlara təzyiqlər göstərilib və torpaq mülkiyyətçiləri özlərinə əlavə problemlər yaratmaq istəmədiklərinə görə şikayət verilməsindən imtina etdiklərini söyləyirdilər.
2020-ci ilin dekabrında qeydiyyatdan keçmiş şirkətin adı: "Etnik Gələcək-2021". Maraqlıdır ki, bu şirkət əsasən Mənzil Kommunal Təsərrüfat Birlikləri ilə işləyir. 2022-ci il ərzində Bakının müxtəlif rayonlarının MKTB-ları ilə 8 milyon manatlıq müqavilə imzalayıb.
Bəs siz şirkət yaratsanız, ona hansı ad verərsiniz?
Kanadada problem: ölkə üzrə çalışan həkimlərin 43%-i qadındır.
Azərbaycanda problem: ölkə üzrə çalışan həkimlərin 67%-i qadındır.
- "Niyə bu qədər çox iş axtaran var? Çünki onların peşə kvalifikasiyası bu günkü əməkbazarına uyğun deyil" - bu da tipik liberal klişedir: "İş yeri çoxdur, amma işləyən yoxdur", "insanlar tənbəldir" və s. və i.a. O gün bir tanış danışır ki, işlədiyi şirkətdə yeni vakansiya açılıb. Bu vakansiya üzrə aylıq əməkhaqqı da 500 manatdır. Özü tanıdığı 10 işsiz şəxsə zəng vurdu və işi təklif etdi. Dediyinə görə heç kim razılaşmadı. Kimsə maaş məsələsini dedi, kimsə başqa səbəblər gətirdi. Bundan sonra tanışım deyir ki, "İş var, amma işləyən yox. İşsizliyin əsas səbəbi budur". Məsələ ondan ibarətdir ki, elə bu tanış 1-1,5 il işsiz oturmuşdu. O zaman başqa bir dostumuz ona iş təklif etdi - aylıq 450 manat və hardasa 6-9 aya maaş artımı perspektivi. O zaman, işdən imtina etmişdi. Niyə? Demişdi ki, bu iş mənlik deyil. İndi eyni şəxs digərlərini ittiham edir... Nəsə bu standart klişedir - iş çoxdur, amma işləyən azdır və hamı tənbəldir. Dövlət qurumun nümayəndəsi bunu deyəndə lap gülməli olur. Elə onun sözlərinə görə, ölkədən 100 min işəgötürəndən yalnız 5%-də 5-dən çox iş yeri var. Yəni təxmin edə bilərik ki, işəgötürənlərin 95%-də 380 min iş yeri varsa, 5%-də nə qədər ola bilər? Maksimum 500 min - 1 milyon. Bu şəraitdə illik 120 min gənc əmək bazara daxil olur. Bu insanların hamısının peşəsi belə uyğun gəlsə, onlar harada iş tapacaqlar? Bu sualı DMA sədri vermir. O ki, liberaldır, belə vacib olmayan məsələlər ilə maraqlanmır.
Читать полностью…Taksi barədə danışmışkən: Naxçıvan MR Dövlət Nəqliyyat Xidmətinin məlumatına görə ən azı 2018-ci ildən bəri muxtar respublikada taksi sayında dəyişiklik baş verməyib. Necə 496 var idisə, elə də qalıb. Eyni zamanda bölgə üzrə 313 avtobus var. Onların 74-ü Naxçıvan şəhərinin daxilində, qalanları isə şəhərlərarası və digər bölgələrdə fəaliyyət göstərirlər.
Читать полностью…Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) baş mütəxəssisi Rauf Səfərov: "Azərbaycanda, təxminən, 40 min taksi olduğunu və bunun 28 mininin Bakının payına düşdüyünü düşünürük... Halbuki, Türkiyənin İstanbul şəhərində bir neçə ildir ki, taksi fəaliyyəti üçün 17 325 ədədlik kvota var."
Qısa fakt yoxlama:
Bakı Nəqliyyat Agentliyi: 2016-2022-ci illərdə 43 775 taksi minik avtomobilinə Fərqlənmə nişanı verilib.
İstanbul Taksiciler Esnaf Odası Başkanı Eyup Aksu, 28 Ağustos 2021 tarihinde İstanbul'da 17 bin 395 taksi (2022-ci ildə müvafiq göstərici 18 395 ədəd idi. Daha 2 min artırılması planlaşdırılır) olduğunu açıkladı. İstanbul'da taksi şoförlüğü yapan kişi sayısı ise 52 bin civarında.
Bugün bir çox media orqanında İqtisadiyyat naziri Mikayıl Cabbarova istinadən, onun kiçik və orta sahibkarların 7 il müddətinə vergidən azad ediləcəyini açıqladığı barədə xəbər yayımlandı. Facebookda da bir xeyli insan bununla bağlı analiz və təriflərini bölüşdü.
Ancaq, İqtisadiyyat nazirliyi açıqlama yayıb ki, Mikayıl Cabbarovun çıxışı düzgün anlaşılmayıb.
Ümumiyyətlə İqtisadiyyat nazirinin çıxışlarını kim hazırlayırsa onun çıxışlarında tez-tez anlaşmazlıq və eləcə də iqtisadi termin və anlayışlarla bağlı yanlış açıqlamalara rast gəlmək olur. Eyni zamanda, mətbuatı yaxından izləyən biri kimi, iqtisadiyyat nazirinin açıqlamaları mənə artıq bir o qədər də maraqlı gəlmir, çünki, demək olar istisnasız bütün açıqlamaları (həftədə ən azı bir neçə dəfə hansısa tədbirdə çıxış edir) eyni olur, yeni və ya orijinal nəsə tapmaq çətindir. Maraqlıdır ki, mətbuat həmin eyni tezisləri yorulmadan hər həftə dərc edir. Xəbər saytlarında axtarış etsəniz vergilərin proqnozu üstələməsi, qeyri-neft ixracının rekord qırması və sahibkarlara güzəştli kreditlərlə bağlı hər həftə eyni açıqlamaları görə bilərsiniz.
Naxçıvan MR iqtisadi statistika cəhətindən maraqlı bir yerdir. Tez-tez deyirlər ki, Naxçıvan qapalıdır və s. Amma misal üçün, adi statistika cəhətindən, Naxçıvan Bakı ilə müqayisədə daha şəffafdır (Bakı Statistika İdarəsi ümumiyyətlə bərbad işləyir). Düzdür bəzi istiqamətlər üzrə ümumiyyətlə heç bir məlumat yoxdur. Misal üçün, Naxçıvan üzrə Hesablama Palata İdarəsinin səhifəsi bir şəkildən və iki istinaddan ibarətdir. Saytda başqa heç bir şey yoxdur. Başqa tərəfdən, Naxçıvan Qaz İdarəsi Azəriqaz-dan fərqli olaraq hər ay və hər rayon üzrə statistika dərc edir. Yəni hər şey deyəsən şəxsi təşəbbüsdən asılıdır.
Nəsə, bu yaxınlarda "Şərq qapısı" qəzetində yerli sosial siyasətə həsr olunmuş məqalə dərc olunub. Məqalədə belə bir diaqram təqdim olunub və yazılıb ki, "islahatlar sosial ödəmələrin artımına səbəb olub". Diaqramda isə heç bir rəqəm təqdim olunmayıb. Baxırsan diaqrama və sadəcə "artımı" müşahidə edirsən. Reallıqda artıb ya artmayıb - deyəsən bu diaqramda ikincidərəcəli məsələdir.
Bu yaxınlarda Telegram-kanalımda kraudfandinq kampaniyası elan etmişdim və fikrimcə birinci dəfə üçün uğurlu idi (7 nəfərdən 101 manat aldım). Buna görə yeni və maraqlı materiallar hazırlamağa davam edəcəyəm. Eyni zamanda sosial kraudfandinq platforması olan Toxum.org-da aktiv 3 layihə var. Bu layihələr də vəsait toplayır. Ona görə əgər maraqlıdırsa (link üzrə keçib, layihələr ilə tanış ola bilərsiz), dəstək olun:
"Topoqraf". Data vizualizasiya portalı: https://toxum.org/az/projects/topoqraf-data-vizualizasiya-portali-72
"Bir dəstək, bir təbəssüm". Sağlamlıq imkanları məhdud uşaqların dəstəyinə yönəlmiş layihə: https://toxum.org/az/projects/bir-destek-bir-tebessum-61
"ElmX". Açıq onlayn öyrənmə platforması: https://toxum.org/az/projects/elmx-82
Vergi mütəxəssisi Vəli Əliyev öz Facebookunda maraqlı bir sual verib:
"Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə tanış oldum və belə məlum oldu ki, təhsil alan gənclərə təhsil haqqının ödənişi üçün 1000 manatdan çox maddi yardım olunursa həmin 1000 manatdan artıq olan hissə vergiyə cəlb olunmalıdır. Lakin idmançıya idman federasiyaları tərəfindən pul şəklində verilən mükafatın 50.000 manata kimi hissəsi vergidən azaddır. Niyə belədir?"
Mən sualı bir qədər başqa formada təqdim edərdim. Sizcə bu dəyişiklik təhsil almağı ya idman ilə məşğul olmağı stimullaşdırır?
Bunun müqabilində FİFA ölkə ərazisində eksklüziv yayım hüququ imkanı verir. Bu eksklüziv yayım hüququ da şirkətə reklamdan maksimum qazanmaq imkanını da yaradır. Futbol üzrə Dünya Çempionatı isə ən baxımlı idman tədbiridir. Bu da telekanala reklam qiymətlərini adi günlər ilə müqayisədə daha baha təklif etmək imkanını verir. Amma əgər insanlar İctimai yerinə Matç TV və ya TRT1-ə baxacaqlarsa, o zaman İctimai reklamdan qazanc əldə etmək imkanından məhrum olacaq (yəni reklam verən şirkətlər onun qiymətlərini cəlbedici hesab etməyəcək).
Bir neçə gün əvvəl, ad günümdə, KATV1-nin müvafiq işlərinə baxan işçisi deyəsən işə çıxmamışdı (ilk günlər 2 saatlıq taymerə qoymuşdular. Amma FİFA-nın yeni qaydalarına görə oyun vaxtı artdığı üçün, taymerin sonu və oyunun sonu fərqli idi). Nəticədə Matç TV və TRT1-ə baxmaq olurdu. Ona görə düşündüm ki, Tunis-Avstraliya oyunu vaxtı Matç TV və İctimai-də olan reklam sayına baxım. Hesablamalarıma görə, Matç TV-də bu fasilədə 11 şirkətin (bəzilərin reklamı 2-3 dəfə gedirdi) reklamı getmişdisə, İctimai TV-də bu göstərici 9 idi (yeri gəlmişkən, İspaniya-Almaniya oyunu zamanı 13 idi). Bundan başqa bu vaxt çoxlu anonslar və DÇ-2022-nin reklamı var idi (İspaniya-Almaniya oyunu vaxtı ya az, ya da yox idi). Adi günlərdə, 14.00-16.00 arası 10 dəqiqənin qiyməti İctimai TV-də 15,6 min manatdır (ən azı 2020-ci ilin əvvəlində belə idi). Təxmin etmək olar ki, DÇ vaxtı bu qiymət 1,5-2 dəfə artır.