mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Keçən ilin sonunda müsahibələrin birində (deyəsən ya Meydan.tv-yə, ya başqasına. Bu yaxınlarda da Xəzər TV-yə də) proqnozlaşdırmışdım ki, 2023-cü ildə ictimai nəqliyyatın qiymətləri qalxacaq. Amma xüsusi olaraq qeyd edirdim ki, əgər yalnız tariflər artacaqsa bu heç bir problemi həll etməyəcək. Onunla bərabər bir çox addımlar (dotasiya sisteminin yaradılması, ictimai nəqliyyatın genişləndirilməsi, metroya ayırmaların artırılması və s.) atmaq lazımdır. Gördüyünüz kimi heç bir şey...

Nəsə fevralın 3-dən yeni tariflər ilə yaşayacayıq.

Читать полностью…

Mashalli

2022-ci ildə "ƏDV Geri al" üzrə aylara görə qaytarılmış vəsaitin həcmi (göstəricilər min manat ilə göstərilib).

P.s. statistikanın ictimaiyyətə gah hər ay, gah da iki-üç aydan bir dəfə təqdim olunmasına görə, müvafiq dövrlər üzrə ortalama göstərici götürülüb.

Читать полностью…

Mashalli

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədi və məramı nədir? Mən düşünürəm ki, əsas prinsip və hətta məqsəd olaraq qənaət çıxış edir. Yəni sosial siyasətdə qənaət əldə edib, başqa sahələrə vəsaitləri yönəltməkdir. Bu barədə ətraflı olaraq Bakı Araşdırmalar İnstitutu üçün yazmışam: https://bakuresearchinstitute.org/azerbaycan-hokumetinin-sosial-siyasetinin-meqsedlerine-dair/

Читать полностью…

Mashalli

Keçən ilin dekabrın əvvəli Azərbaycan və İran arasında ticarətə dair məqaləm dərc olunmuşdu. Məqalənin əvvəlində qeyd etmişdim ki, "İranın daxilində baş verənlər ölkənin Azərbaycanla da münasibətlərinə təsir etməyə başlayıb. Son bir ayda yerli mətbuatın, rəsmilərin İran əleyhinə çıxışları səngimir. Problem hətta prezident səviyyəsində qeyd olunub. Bəs Azərbaycanla İranın iqtisadi münasibətləri necədir? Son 3 il ərzində (2019-2022), xüsusilə, bu ölkələr arasında iqtisadi münasibətlər hansı yöndə inkişaf edib?"

Eyni zamanda bu yaxınlarda dərc olunmuş statistikaya görə, 2022-ci ilin nəticələrinə görə, Azərbaycanın İrana ixracatı 29,8 milyon dollar, İranın Azərbaycana ixracatı isə 476,4 milyon dollar təşkil edib. 2021-ci ilin nəticələri ilə müqayisə etsək, o zaman görə bilərik ki, Azərbaycanın ixracatı azalıb, amma İranın isə əksinə 80 milyon dollar. Bəs bu ticarət nədən ibarətdir? Bu barədə aşağıdakı link üzrə oxuya bilərsiniz.

https://www.openazerbaijan.org/topics/analitika/az-rbaycanla-i-ran-aras-nda-ticar-t-2022/

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: bu yaxınlarda Çernoqoriya 2008-2022-ci illərdə "qızıl pasport" alanların siyahısını dərc edib. Bu əsasən ölkəyə investisiya yatırıb, vətəndaşlıq alan şəxslərin siyahısıdır (amma digər xidmətlərə görə də var). Siyahıda iki şəxsdə mənşə ölkəsi olaraq Azərbaycan göstərilib - bu Armine Nasibyan və Karo Asrumyan adlı şəxslərdir. Təxmin etmək olar ki, onlar Azərbaycanda doğulmuş ermənilərdir (ya da bir sıra qaçqınlar kimi Azərbaycan vətəndaşlığını, daha doğrusu SSRİ pasportunu saxlayırdılar).

Читать полностью…

Mashalli

Dövlət Turizm Agentliyinin hesablamasına görə, 2022-ci ilin dekabr ayında Bakıdan birbaşa getmək üçün aviabiletlərin median qiyməti 98-411 Avro arasında dəyişirdi.

Читать полностью…

Mashalli

Səhər qeyd etdiyim kimi, dünən yayılan xəbərə görə İctimai TV-də efirə gedən "Əqrəb mövsümü" serialının ümumi büdcəsi 249 643,30 AZN idi (ya da bir seriyası 20 803,60 AZN). Bu bahadır ya ucuzdur?

İlk əvvəl qeyd etməliyəm ki, KİV tərəfindən sorğuya İctimai TV-nin verdiyi belə dəqiq cavab təəccüblüdür. İTV heç rəsmi saytında hesabatı (müqayisə üçün Xəzər TV yerləşdirir) paylaşmır, qaldı ki, dəqiq rəqəm versin (düzünü desəm heç, İqtisadiyyat.az saytının mövcudluğu barədə məlumatım yox idi).

Qayıdaq seriallara. Deməli, dövlət satınalmalar reyestrinin məlumatları əsasında (ehtimal edə bilərik ki, bəzi xərclər reyestrdən kənarda qalıb) şəkildə gördüyünüz cədvəli hazırlamışam. Eyni zamanda serialın reytinqini başa düşmək üçün Youtube-da əks olunan məlumatları da əlavə etdim.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: 2018-dən bu yana Türkiyədə yaşayış icazəsi olan Azərbaycan vətəndaşlarının sayı 3019 nəfər və ya 4,6% artdığı halda, tələbə yaşayış icazəsi olan şəxslərin sayı 4452 nəfər və ya 33,5% artıb.

Читать полностью…

Mashalli

O gün 1909-cu ildə neft sənayesində çalışanların maaşları barədə paylaşım etmişdim. Gəlin bunu müəyyən qədər indiki reallıqlar ilə müqayisə edək. İlk əvvəl qeyd etmək lazımdır ki, Rusiya imperiyası üzrə 1909-cu ildə orta illik əməkhaqqı 272 rubl idi. Yəni Bakının neft sənayesində ən aşağı əməkhaqqı alanlar Rusiyada ortalamadan daha çox alırdılar (hətta Moskva və Peterburq ilə müqayisədə daha çox alırdılar. Buna baxmayaraq Bakı neft sənayesi fəhlə hərəkatının mərkəzlərindən biri idi).

Eyni zamanda müvafiq tədqiqatda (yəni 1909-cu ildə keçirilmiş sorğuda) qeyd olunur ki, orta statistik fəhlə tək yaşadığı halda ərzaq məhsullarına öz büdcəsinin 32%-ni xərcləyir. İllik 250 rubl qazanan (yəni ən aşağı kateqoriyalı işçilər) ərzaq məhsullarına büdcələrinin 40%-ni xərcləyirdilər. Müvafiq hesablamalardan təxmin edə bilərik ki, ölkə üzrə orta illik əməkhaqqı alan şəxslərin ərzaq xərcləri ümumi xərclərinin 36-40%-ni təşkil edirdi.

Fəhlə ailəvi olanda (daha doğrusu ailəsi ilə birlikdə yaşadıqda. Misal üçün, siyahıda göstərilən "yerli tatarlar" (yəni azərbaycanlılar) 50% halda ailəvi idi. Amma ailəsi olanların 95%-i ailədən kənar yaşayırdılar) bu xərclər artırdı (orta ailə ana, ata və 2 uşaqdan ibarət idi). Ailəыш ilə yaşayanlar arasında ən aşağı gəlir qrupuna (350-399 rubl arası illik gəlir) aid fəhlədə bu xərclər 54%-i keçirdi. Gəlir artdıqca, ərzaq məhsullarının payı xərclərdə azalırdı.

Bəs bu gün necədir? Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda orta statistik vətəndaş ərzaq məhsullarına öz büdcəsinin 52%-ni xərcləyir. Yəni yuxarıdakı tədqiqata (aşağı-yuxarı statistik olaraq vəziyyət ciddi dəyişməyib) görə ərzaq xərcləri iki halda xərclərin 50%-ni keçir:

1) Tək yaşadığı halda, gəliri orta aylıq əməkhaqqıdan aşağı olanda;
2) Adi, 4 nəfərlik, ailədə yalnız bir nəfər çalışanda. Onun maaşı da ölkə üzrə orta əməkhaqqını çox keçməyəndə.

Hər iki hal fikrimcə Azərbaycanda hələ də müşahidə olunur.

Читать полностью…

Mashalli

Bakı iqtisadiyyatının tarixindən: 1909-cu ildə Bakıda neft sənayesində məşğul olan işçilər arasında sorğu keçirilmişdi. Bu sorğu işçilərin 6%-ni əhatə edib. Sorğu işçilərin gəlir və xərcləri ilə bağlı idi. Maraqlı nəticələr əldə olunmuşdu. Onlardan biri də gördüyünüz cədvəldə əks olunub.

Başqa tərəfdən maraqlıdır ki, əməkhaqqından kənar olan digər gəlirlərə görə azərbaycanlılar (yəni "yerli tatarlar") əksinə birinci yerdə idilər.

p.s. fars adı altında əsasən İrandan gələn azərbaycanlılar nəzərdə tutulurdu.

Читать полностью…

Mashalli

R. Həsənovdan Həmkarlar ittifaqların fəaliyyətinə dair maraqlı məqalə dərc olunub. Müəllif qeyd edir ki, "konfederasiyaya daxil olan ittifaqların aylıq gəliri təxminən 18 milyon manat, illik gəlirsə 220 milyon manata yaxındır". Amma bunun müqabilində işçilər heç nə almır. Daha ətraflı aşağıdakı link üzrə oxuya bilərsiniz.

https://www.openazerbaijan.org/topics/analitika/h-mkarlar-ittifaqlar-milyonlar-toplay-r-amma-i-gormur-1/

Читать полностью…

Mashalli

Bəzən istirahət etmək üçün "uzaq Konqodan baxanda Azərbaycanda kiçik və orta biznesin inkişaf səviyyəsi necə görünür?" tipli suallar ilə başlayan müsahibələri oxuyuram. Bəs siz nə edirsiniz?

Читать полностью…

Mashalli

2020-2022-ci illərdə Azeri Light markalı neftin qiymətində dəyişikliklər

Читать полностью…

Mashalli

Dünya Çempionatı vaxtı mərc şirkətləri nə qədər qazanıblar? Təəssüf, bizdə bütün digər dünyadan fərqli olaraq mərc şirkətlərinin qazancı, ümumiyyətlə maliyyə məlumatları tam da şəffaf deyil. Düzdür, indi ən geniş yayılan "Misli" Azərlotereyaya aiddir və müvafiq olaraq onun hesabatlarında ona aid məlumatı tapa bilərik. Amma bu məlumat detallı verilmir. Mərc şirkətləri isə əksinə digər şirkətlər ilə müqayisədə daha da şəffaf olmalıdırlar (misal üçün, vaxtilə Topazın qazancını onun türk həmsahiblərinin hesabatında tapırdım). Biz bilirik ki, Azərlotereya” dövlət lotereya şirkətinin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” (Türkiyə) şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinin idarəetməsinə verilməsindən sonra onun gəliri artıb. Belə ki, 2020-ci ildə gəliri 17,8 milyon manat idisə, 2021-ci ildə bu göstərici 44 milyon manata çatıb. Bunun müqabilində təmiz mənfəəti 4,4 milyondan 7,6 milyon manata kimi artıb.

Bəs Dünya Çempionatı onlara hansı qazanc gətirib? Buna dair məlumatı yalnız 2023-cü ildə qismən öyrənə bilərik. Ona görə qonşu ölkələr əsasında müəyyən təxminlər edə bilərik. Bu yaxınlarda RBK-nın yaydığı məlumata görə, rusiyalılar 1/8 finaldan finala kimi dövrdə bukmekerlərdə 80 milyard rubl (yəni 2 milyard manat) həcmində vəsait gətiriblər. Bəzi şirkətlərin məlumatına görə, final oyunu günündə ortalama göstəricidən 5 dəfə (!) çox müştəri qeydə alınıb. Ən yüksək qazanc isə 200 min manat civarında idi.

Читать полностью…

Mashalli

Qısa olaraq, nəticəyə gəlsək. Yakutiyada kino sahəsinin inkişafının əsas səbəbi yerli məhsula tələbatın artmasıdır. Vaxtilə bir filmin çəkilişi bu sahəyə marağı oyatdı. Maraq təkcə film çəkənlər tərəfindən yox, həmçinin kinoteatrlar tərəfindən yarandı. Sonuncular başa düşdülər ki, yerli filmlər qazanc mənbəyidir (statistikaya görə, Yakutiyada zal dolumluğu Rusiyada olan orta göstəricidən 2 dəfə çoxdur) və onlar şərait yaratmağa başladılar. Əvvəl keyfiyyətsiz və həvəskar filmlər olmasına baxmayaraq, onları da kinoteatrlarda nümayiş edirdilər. Tədricən 2011-2016-ci illər arasında kino mədəniyyəti inkişaf etməyə başladı və artıq mövcud olan studiya vasitəsilə (dolayı dövlət dəstəyi) daha keyfiyyətli filmlər çəkilməyə başladı. Film sayı artdıqca, kinoteatr şəbəkəsi də artırdı. 2020-ci ildə dövlət də bu sahəyə daxil olmağa başladı. Amma bunu iki yolla etdi. Birincisi kiçik kənd və şəhərlərə kinoteatrı daşıdı (maraqlı bir daxili kinoşəbəkə sistemi də qurublar). Eyni zamanda filmlərin dəstəyi üçün vəsait ayırmağa başladı. Faktiki olaraq indi çəkilən filmlərin bir çoxu dövlətdən bu və ya digər formada dəstək alıblar.

Göründüyü kimi Azərbaycandan fərqli olaraq Yakutiyada film sahəsinin inkişafında maraq təkcə hansısa dövlət qurumu tərəfindən yox, bazar iştirakçıları tərəfindən də mövcud idi. Dövlət yalnız sonuncu mərhələdə bazara daxil olmağa başladı və bizdən fərqli olaraq hansısa "konsepsiya", "siyasət" və s. formasında yox, birbaşa dəstək formasında idi. Yəni dövlət oturub bazara qaydalar diktə etmirdi. Düzdür Yakutiyada da bir sıra problemlər var (misal üçün, müxtəlif mükafatlara yiyələnmiş "Nuuça" filmi hələ də yerli prokata daxil ola bilmir. İcazə verilmir). Filmlərin böyük hissəsi melodrama/döyüş/horror-dur. Amma ümumi filmlərin sayı artdıqca, keyfiyyətli və maraqlı filmlərin sayı da artır. Kinoaqreqatorlarda 6-7 bal alan hardasa 19 yakut filmini göstərmək olar (siz hətta müxtəlif yerlərdə 10 ən yaddaqalan yakut filmi reytinqləri tapa bilərsiz. Azərbaycanda son 10 il ərzində 10 maraqlı film seçmək deyəsən mümkün deyil).

Читать полностью…

Mashalli

Dostlarımdan biri bu yaxınlarda Twitter-də belə bir sual verib. Bəs bu göstərici, çoxdur ya azdır?

Görək, Dövlət Statistika Komitəsi nə deyir: "ərzaq məhsullarının minimal rasional toplusu"na görə əmək qabiliyyətli yaşda olan şəxs ay ərzində 1,825 kilo mal əti, 0,6 kilo qoyun əti, 0,9 kilo toyuq əti və 0,3 kilo digər ət məhsullarını qəbul etməlidir.

Amma nəzərə almaq lazımdır ki, bu göstərici reallıqda çox aşağıdır. Belə ki, ÜST və s. tövsiyələrinə görə, aylıq ət istehlakı adambaşına təxmini 6 kilo olmalıdır. Bizdə isə göründüyü kimi 3,625 kilodur.

Читать полностью…

Mashalli

Bu günlərdə nəhayət Abşeron Milli Parkına (daha doğrusu Şah diliyə) çata bildim. Düşündüm bir statistika ilə maraqlanım və məlum oldu ki, əgər 2019-cu ildə parkı 2516 şəxs ziyarət etmişdisə, 2022-ci ildə müvafiq göstərici 13 491 nəfərə bərabər idi.

Ziyarətçilərin sayına görə Azərbaycanda mövcud olan milli parklar arasında Abşeron parkı ikinci yerdədir (vaxtilə isə 9 park arasında 6-cı idi). Birinci yerdə Göygöl (214 796 nəfər), üçüncü yerdə isə Şahdağ (13 280) qərarlaşıblar.

Maraqlıdır ki, gələn xaricilərin sayına görə Göygöldən çox da geri qalmır. Belə ki, Göygölü 1567, Abşeronu isə 1202 xarici ziyarət edib.

Читать полностью…

Mashalli

"If minimum wage workers pay the cost of sanctions, indeed you have a problem" ("Əgər sanksiyaların dəyəri minimal əməkhaqqı alan işçilərin çiyinlərinə düşürsə, deməli sizdə problem var") - bu yaxınlarda "Novaya Gazeta. Europe" Toma Pikettidən indi baş verən hadisələr ilə bağlı müsahibə gotürüb (ingilisrus). Bəzi fikirləri çıxmaq şərti ilə (misal üçün, özü qeyd edir ki, Qərb ölkələri riyakardır, özü də sonra deyir ki, "I think when Western countries look at this 10-20 years from now, they will feel very ashamed of how little has been done". Riyakarda birdən birə vicdan oyanır? Multfilmlərdə bu olur, amma kapitalistik cəmiyyətdə...) tamamilə razılaşmaq olar.

Əvvələ çıxardığım fikrə dair mən də bir neçə dəfə yazmışam. Avropada maraqlı bir vəziyyət yaranıb. Qiymət artır, amma hökumətlər müxtəlif spekulyasiyaların qarşısını almaq yerinə dövlət büdcəsi hesabına vətəndaşlara əlavə ödəmələr edir. Düzdür, vətəndaş nöqteyi-nəzərindən bu yaxşı addımdır - qiymət artır və hökumət dəstək göstərir. Reallıqda əgər dövlət özünü xüsusi subyekt hesab etsə idi, o inzibati üsullardan istifadə edib müvafiq enerji resursların qiymətini tənzimləyərdi (bir dəfə bu barədə yazmışam, enerji istehsalında maya dəyəri ciddi artmayıb. Nəticə etibarilə enerji şirkətləri rekord mənfəətlər əldə edirlər) və qiymət artımının qarşısını alardı. İndi isə faktiki dövlət büdcəsinin vəsaitləri (yəni əsasən siravi vətəndaşlardan toplanmış vergilər) müxtəlif sahibkarların ciblərinə axır (vətəndaşlara verilən əlavə ödəmələr vasitəsilə).

Bir tərəfdən bunu "sosial siyasət" adlandırırlar. Amma reallıqda sadəcə bir qrup sahibkarın qazancının artması deməkdir. Dövriyyədə boş pulların həcmi (maya dəyəri ki, artmır) artdıqca pul kanalları dolur və nəticə etibarilə inflyasiya artır (Piketti də qeyd edir ki, "It’s good to print money to solve the problem in the middle of an emergency" (fövqəladə vəziyyətin ortasında pul çap etmək problemi həll etmək cəhətindən yaxşı üsuldur"), amma həll yolu deyil). Bu da problemlərin daha da dərinləşməsinə səbəb olur..

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: 2020-ci ildə Azərbaycan Türkiyədən 9,4 min litr rakı idxal etmişdisə, 2021-ci ildə bu göstərici 21,6 min litrə kimi və ya 2,3 dəfə artıb.

Читать полностью…

Mashalli

Biri var idi, biri yox idi.. Azərbaycanda uç iqtisadçı-qardaş var idi. Biri qeyri-neft və qeyri-dövlət sektoruna getdi, ikincisi dövlət qurumuna düzəldi, üçüncüsü isə müstəqil olmağı üstün tutdu. Üçü də aylıq 1000 manat qazanır. Gəlirləri bərabərdir, amma...

Читать полностью…

Mashalli

Müharibə vaxtı hesabatlılıq necə olmalıdır? Adətən müharibə vaxtı bir çox hallarda müvafiq strukturlar öz hesabatlarını gizlətməyə çalışırlar. Biz bunu açıq-aydın olaraq həm Ukrayna, həm Rusiya nümunəsində izləyirik. Bəs korrupsiya təhqiqatları dayanmalıdırmı? Bu suala Ukraynada maraqlı cavab verilib. Bir neçə gün əvvəl Ukrayna KİV-lərinin birində yerli müdafiə nazirliyinin satınalmalarına həsr olunmuş təhqiqat dərc olunub. Müdafiə nazirliyinin buna ilk reaksiyası, əlbəttə ki, neqativ idi. Amma sonradan bu nəticələr ilə qismən razılaşmalı oldular (ən azı prezidentin dediyinə görə).

Deməli təhqiqat müəllifin qarşısına müdafiə nazirliyinin ərzaq alışına dair müqaviləsi düşdü. O da bu müqaviləni supermarketdə olan qiymətlər ilə müqayisə etdi. Misal üçün, müqavilədə qeyd olunub ki, əsgərlər üçün yumurtanın bir ədədi 17 qrivna (0,78 AZN), kartofun bir kiloqramı 22 qrivna (1,01 AZN) qiymətinə təmin ediləcək. Müəllifin "Silpo" supermarketində gördüyü qiymətlər isə tamamilə fərqli idi. Yumurtanın qiyməti 7 (0,32 AZN), kartofun isə 8-9 qrivna (0,37 AZN) idi. Yəni başqa sözlə qiymətlər 2,5 dəfə artırılmışdı (müdafiz nazirinin sözlərinə görə eyni hall 400 mövqe üzrə müşahidə olunur).

Məsələnin daha da maraqlı tərəfi ondan ibarətdir ki, müharibədən əvvəl (yəni 2021-ci ildə) qiymətlər reallığı qismən əks etdirirdi. Bunu gizlətmək üçün Ukrayna müdafiə nazirliyi dövlət satınalmalar reyestrindən keçmiş tenderlər barədə belə məlumatı yığışdırıb. Bütün məlumatları gizlədəndə nə baş verir? Əlbəttə ki, müvafiq sahibkar və məmurlar vəziyyətdən istifadə edib, qazanmaq fikrinə gəlirlər. Əgər 2021-ci ildə bu qazanc cüzi idisə, müharibə vaxtı bunu qat-qat çoxaltmaq olar. Təxmin edirəm ki, bütün digər istiqamətlər üzrə də eyni vəziyyət müşahidə olunur. Ona görə fikrimcə müharibədir ya yox, şəffaflıq daim təmin edilməlidir..

Читать полностью…

Mashalli

Azərbaycanda kino iqtisadiyyatı barədə: dövlət satınalmalar reyestrinin məlumatına görə, "Fiziki şəxs Azər Rauf oğlu Aydəmirov" 23 760 AZN-ə İctimai Televiziya və Radio Yayımları şirkətinə "Ceyhun Hidayətlinin "Əqrəb" romanının motivləri əsasında törəmə əsərin ssenarisinin müəlliflik hüquqları"nı satıb.

Читать полностью…

Mashalli

Bakı-Sumqayıt qatarının 2022-ci ilin rübləri üzrə ortalama gündəlik sərnişin daşıması (nəfər):

Yanvar-mart - 10 456
Aprel-iyun - 12 836
İyul-sentyabr - 13 178
Oktyabr-dekabr - 18 331

Читать полностью…

Mashalli

Bir az bahalı həyat barədə: bu yaxınlarda "Meduza"portalında maraqlı xəbərə rast gəldim. Əslinə qalsa xəbərin özü çox da maraqlı deyil. Məlumata görə, Kopenhagenin "Noma" restoranı bağlanır. Bu restoran barədə çox da məlumatlı deyildim. Hətta Kopenhagendə olanda heç onun mövcudluğunu haqqında nəsə bilmirdim və yalnız sonradan deyəsən "Parfenon" verilişi hesabına belə bir konseptin olması barədə öyrəndim. Deyə bilərsiniz ki, bağlanır, qoy bağlansın da - onsuzda gündə onlarla restoran açılıb/bağlanır. Elə evimin yanında bir il ərzində eyni yerdə gah çayxana, gah meyhane, gah qəlyanxana fəaliyyət göstərirdi. İndi də orada meksikan restoranı yerləşir.

Məni daha çox detallar maraqlandırdı. Deməli məlumata görə, bu "Noma" restoranında 45 oturacaq yeri var. Müvafiq sahədə məşhurluğu hesabına 2023-cü ilin ilk iki ayı üçün artıq boş yer yoxdur. Buna baxmayaraq restoran zərər ilə çalışır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, restoranda siz $500-dan ucuz nahar etmək imkanınız yoxdur. Misal üçün, bu mövsüm üçün içkisiz menyu 3500 DKK (yəni 863 AZN-ə) bərabərdir. Çaxır əlavə etsəniz bu qiymət artıq 5500 DKK (1357 AZN) çatacaq. Başqa sözlə restoran yalnız yerlərin yarısını satsa, sadəcə bir mövsüm ərzində 3 milyon manat qazanacaq.

Bundan başqa, restoranda sonuncu məlumata görə 68 nəfər çalışır. Onların da yarısı pulsuz çalışır (Danimarka sosial dövlətdir məsələsinə gəldikdə. Burada ən azı 35 işçi "stajor" kimi pulsuz çalışır. Bizdə qanunvericilik cəhətindən absurd görünə biləcək bir haldır). Restoranın təqdim etdiyi menyunu da çox baha saymaq çətindir. Bu mövsüm üçün menyu: mamırda qızardılmış və motmutu və çaytikanı sousunda maralın boğaz uru vəzisi, tum ilə maral əti, göyərti və ayı piyi ilə ponçiklər. Yəni burada maralın boğaz uru vəzisi və ayı piyi əndirəbadi görsənə bilər, amma qalan hər şey çox ucuzdur. Buna baxmayaraq, restoran sahibinin məlumatına görə, onlar zərər ilə çalışırlar.

Yəni təsəvvür edin ki, müəssisə işçilərin yarısına maaş vermir, konseptinə uyğun olaraq restorandan 200 km-dən çox olmayan məsafədə ot, göyərti və s. alır (yəni haradansa xüsusi nəsə gətirilmir). Bu azmış kimi 2021-ci ildə dövlət büdcəsindən (karantinin fəsadları ilə mübarizə çərçivəsində) bizim pulla 2 milyon manat kömək alıb. Amma buna baxmayaraq zərər ilə çalışır (düzdür, 2017-2019-da mənfəət göstərib).

İndi bir anlıq belə vəziyyəti Azərbaycanda təsəvvür edin - işçilərin yarısını pulsuz istismar edən, 800 manatdan ucuz heç nə satmayan müəssisəyə dövlət 2 milyon manat dəstək verir. Bu ən azı geniş bir müzakirəyə səbəb olacaq idi. Onlarda isə... sadəcə müvafiq sahənin ("grande cuisine") qeyri-rentabelliyi müzakirə olunur.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sirasından: pul yuyulmasına və digər maliyyə cinayətlərinə həsr olunmuş "The Dark Money Files" podkastın aparıcısı Graham Barrow gündəlik olaraq Böyük Britaniya şirkətlər reyestrində baş verən hadisələri izləyir. Bu yaxınlarda Azərbaycana aid maraqlı fakt ilə üzləşib. Deməli məlum olub ki, 2022-ci ildə Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları tərəfindən Böyük Britaniyada fəaliyyət sahəsi 47910 (yəni "poçt və ya internet vasitəsilə malların satılması") olan 760 şirkət qeydiyyatdan keçirilib. Ümumi olaraq il ərzində Azərbaycanda yaşayanlar tərəfindən Böyük Britaniyada 850 şirkət qeydiyyatdan keçirilib. Onların da 760 bu sahə üzrədir.

Eyni zamanda bu şirkətlərin 600-ü eyni ünvan üzrə - "71-75 Shelton Street, Covent Garden, London, United Kingdom WC2H 9JQ" qeydiyyatdan keçib. Düzdür bu məsələdə bizimkilər tək deyillər. Ümumiyyətlə bu ünvan üzrə 13390 aktiv şirkət qeydiyyatdadır. Burada 39 funt sterlinqə qeydiyyat ünvanı xidməti göstərilir.

Bunun səbəbi nədir? Deyəsən bizimkilər Azərbaycandan Britaniyaya internet vasitəsilə satış kanalı yaradırlar...

Читать полностью…

Mashalli

Gəlin sizə islahatlar barədə danışım. 2021-ci ilin dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir. Bu sessiya zamanı Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi təsdiq edilmişdi. Müvafiq məlumatı biz Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təsisçi olduğu "Şərq qapısı" qəzetinin 2021-ci ilin 30 dekabr tarixli sayında tapa bilərik. Həmçinin biz orada büdcənin strukturu, onunla bağlı sənədlər ilə tanış ola bilərik.

2023-cü ilin yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Bu sessiyada (artıq 2023-cü ilin başlamasına baxmayaraq) Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi təsdiq edilmişdi. Müvafiq büdcə haqqında məlumat "Şərq qapısı" qəzetinin 2023-cü ilin yanvarın 11-də çıxan sayında olmalı idi. Amma.. müvafiq qəzetin saytına müraciət etsəniz, görə bilərsiniz ki, 10 və 12 yanvar aid nömrələr var, amma 11 yanvara aid nömrə yoxdur. Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, 11 yanvar tarixli qəzetin sayı dərc olunub, amma elektron şəkildə yerləşdirilməyib. Bunu öyrənmək üçün sadəcə qəzetləri vərəqləmək lazımdır. Deməli 10.01.2023-cü ilə aid qəzet sayının nömrəsi 3 (24.140) göstərildiyi halda, 12.01.2023-cü ilə aid qəzetin nömrəsi artıq 5 (24.142)-dir. Yəni arada 4 (24.141) nömrəli qəzet itib.

Qabaqlar biz dərc olunmayan fərman və sərəncamlar (hətta qaydalar!) ilə rastlaşırdıq. İndi isə dərc olunmayan qəzet nömrələri ilə rastlaşırıq. Maraqlıdır, bu şəffaflaşma siyasətində növbəti addım nə olacaq?

Читать полностью…

Mashalli

Avtomobillər barədə: yadımdadır ki, Gürcüstanda bir dövr var idi ki, maşınların əhəmiyyətli hissəsi "Toyota Prius"-lar idi (indi də deyəsən aşağı-yuxarı belədir). Azərbaycana bu söhbət Gürcüstandan bir-iki il sonra gəldi.

Bu yaxınlarda TBC Capital tərəfindən Gürcüstanın maşın bazarına dair kiçik araşdırma dərc olunub. Məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə ilk dəfə qeydiyyata alınan maşınlar arasında birinci yeri "Toyota Camry" tutur (9 ay ərzində 4293). İkinci və üçüncü yerləfdə "Ford Transit" (2545) və "Toyota Prius" (2523) qərarlaşıblar.

Başqa tərəfdən reytinq tərtibatçıları "Toyota Prius" və "Toyota Prius C"-ni fərqli modellər kimi göstəriblər. Əgər müvafiq rəqəmləri birləşdirsək, "Toyota Prius" üzrə 4027 yeni maşın alınacaq (yəni ikinci yer). Hər bir halda Toyota ən məşhur yeni alınan maşın kimi qalır.

Читать полностью…

Mashalli

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdimatı bəzən maraqlı olur. Misal üçün, eyni infoqrafikada uşağın anadan olmasına görə birdəfəlik müavinət və dəfn üçün birdəfəlik müavinət göstərilib (misal üçün, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət də artırılıb. Amma o ayrı göstərilib).

Читать полностью…

Mashalli

Yakutiyada prokat (qrafikdə manat ilə ifadə olunub) və kinoteatrlara gələn tamaşaçı sayı. Fikrimcə bunu Azərbaycan ilə müqayisə etmək çətindir (2019-cu ildə Azərbaycanda kinoteatrlara rəsmi olaraq 1,67 milyon insan gəlmişdi).

Читать полностью…

Mashalli

Bu zaman nə etmək lazımdır? Düzdür yerli kinoşəbəkəni daha da genişləndirmək lazımdır. Kino fondu kəndlərdə kinoteatrların açılmasını maliyyəşdirməyə başladı. Respublika federal büdcədən müvafiq sahəni inkişaf etmək məqsədilə vəsaitlər almağa başladı. Təsəvvür edin ki, əgər 2018-ci ildə respublika üzrə 36 kinozal var idisə, 2022-ci ildə bu göstərici 71-ə (!) çatdı. Yeri gəlmişkən, bu ciddi bir effekt verdi. 2021-ci ildə yerli filmlər Yakutiya prokatında 42 zalda 49 milyon rubl toplamışdılarsa, 2022-ci ildə artıq bu göstərici 71 zal üzrə 67,2 milyonu da keçdi. Düzdür bir kinozala düşən yığımlar azaldı. Amma bu kinozalların kiçik şəhər və kəndlərdə işləməsini nəzərə alsaq yaxşı göstəricidir. Nəticə etibarilə, 2022-ci il Rusiya kinoindustriyası üçün problemli il olmasına baxmayaraq (Yakutiyanın özündə kinoteatrların cəmi qazancı 2021-ci il ilə müqayisədə 45% azalıb), yakut filmləri bu problemləri hiss etmədilər. Onların qazancı əksinə artdı (2022-ci ildə buraxılan 12 filmdən 2-si 300 min manatdan çox toplayıb). Hətta artıq rəsmi məlumata görə, Yakutiyada Rusiyanın digər bölgələrində istehsal olunan filmlərin dövriyyəsi yerli filmlərin dövriyyəsindən aşağıdır. Eyni zamanda Yakutiya prokatında yerli filmlər amerikan blokbasterlərini (2022-ci ilin əvvəlində çıxan) belə geridə qoyublar.

Bəs buna necə nail oldular? Bir amili yuxarıda qeyd etdik. Başqa bir amil “Saxafilm”-in mövcudluğudur. 80-ci illərin sonu Moskvada təhsil almış rejissorlardan biri Yakutiyaya qayıdır və kinostudiya yaradır. Bu təşəbbüs yerli hakimiyyətin xoşuna gəlir və müvafiq kinostudiyanın əsasında “Saxafilm” dövlət şirkəti yaranır. 90-ci illərdə onlar əsasən sənədli filmlər çəkirdilər. Bum başlayan kimi onların xidmətlərinə tələbat artdı. İndi artıq filmlərin 90%-i (ilə 12-13 film çəkilir) bu studiyada çəkilir. Bu günə artıq bu studiya vasitəsilə 142 müxtəlif janra aid film çəkilib.

2020-ci ildən bəri daha bir amil formalaşdı. Bu dövlət dəstəyidir. Yerli hakimiyyət müxtəlif formalarda kino sahəsinin inkişafı üçün 80 milyon rubl (2 milyon manat) ayırır. Bu azmış kimi kreativ sahələrdə məşğul olanlar üçün klasterlər də təsis edilir. Son məlumata görə, Yakutiyanın kreativ industriyasında (kino, teatr, oyun və s.) 41 min insan məşğuldur.

Читать полностью…
Subscribe to a channel