Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
"Soyuq əllər, İsti Ürək" yarmarkasının nəticələri (ilk üç ilə aid göstəricilər yalnız "Nargis Fund"-ın yarmarkada evlərin satışından əldə olunan gəliri əhatə edir. 2021-2023-cü illər üçün detallı hesabat olmadığı üçün bu göstərici təkcə yarmarka yox, həm də sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımları da əhatə edir):
2017/2018 - 83 138,52 AZN
2018/2019 - 324 281,98 AZN
2019/2020 - 402 980,00 AZN
2021/2022 - 706 100,00 AZN
2022/2023 - 864 870,00 AZN
P.s. digər ödənişlərin həcmini başa düşmək üçün qeyd edə bilərik ki, 2018/2019-cu il yarmarkası vaxtı və ya onun hesabına birbaşa gəlirdən başqa fonda həmçinin 169 869,02 AZN vəsait köçürülmüşdü.
Maraqlı faktlar sırasından: Gürcüstanda 2022-ci ilin sonuna 1183 nəfərin aylıq maaşı 100 min laridən (yəni 63,7 min AZN-dən) çox olub. Hətta bu qrupda ortalama əməkhaqqı aylıq 377 min lari (yəni 240,1 min AZN) təşkil edib. Müqayisə üçün 2020-ci ilin sonuna belə şəxslərin sayı 223 nəfər idi.
Bəs Azərbaycanda? Biz yalnız bilirik ki, 2021-ci ildə ölkədə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən və 8000 manatdan yüksək əməkhaqqı alan vergi ödəyicilərinin ümumi sayı 4626 nəfər təşkil edib.
Maraqlı proqnozlar sırasından: Dövlət Statistika Komitəsinin işçisi S. Rəhimova "Statistika xəbərləri" jurnalında çıxmış "Müasir dövrdə ölkəmizdə demoqrafik vəziyyət" adlı məqaləsində mövcud olan əsas demoqrafik göstəricilərə əsaslanaraq 2021-2030-cu illər üçün ölkədə doğulanların gözlənilən sayını hesablamağa çalışdı. Düzdür, 2021-ci ilin nəticəsi uyğun gəlmir (burada COVİD-19 amilini nəzərə almaq lazımdır), amma 2022-ci il üçün hesablanmış göstərici nisbətən yaxındır (11 ayın nəticəsinə görə 112,7 min doğum qeydə alınıb. Təxmin etmək olar ki, ilin nəticəsinə görə bu göstərici 123-124 min təşkil edəcək).
Читать полностью…Eurostat-ın məlumatına görə, 2021-ci ildə Avropada qida və qeyri-alkoqol içkilərə ən çox Ruminiya vətəndaşları xərc çəkiblər. Hesablamaya görə, qida xərcləri ümumi xərclərinin 24,8%-ni təşkil edib. Ən aşağı göstərici İrlandiyada qeydə alınıb - 8,3%.
Bu arada Azərbaycanda müvafiq göstərici (eyni metodologiyaya görə hesablasaq) 2022-ci ilin nəticələrinə görə 42,7% təşkil edib.
QHT demişkən, bəs qrantı haradan alaq? İlk müddət QHT neft istehsalçıların ittifaqına müraciət etdilər. Onlar pul ayırdılar, amma bu yalnız sorğu keçirməyə kifayət etdi. Bu nəticələrin emalı (təsəvvür edin ki, 32-34 min işçi arasında 2,6 min işçini sorğu-sual etdilər) və dərci əlavə vəsait tələb edirdi (hələ bir sıra borcları da var idi). Sonda Benkendorf soyadlı neft milyoneri (Molokan bağı yanında olan sökülmüş bina məhz bu ailəyə məxsus ev idi) bütün xərcləri ödəməyə razı oldu (məsələni bir az uzatdı, amma ödədi).
Sorğuya qayıtmışkən - bu çox möhtəşəm bir işdir. Bu sorğu hesabına biz 1909-cu ildə Bakıda yaşayan və işləyən neft sənaye işçilərin gündəlik həyatlarını dəqiqliklə bilirik (nəticələr işçilərin milliyətinə, dininə, yaşına və s. görə bölünüb). Misal üçün, sorğuya cavab verən azərbaycanlılar qeyd edirlər ki, qida kimi əsasən lobya və noxud yeyirlər (düyü daha az). Ət isə əsasən qoyundur. Eyni zamanda ruslar demək olar ki, qoyun əti istehlak etmirlər. Maaşın həcminə görə yerli azərbaycanlılar daha az qazanırlar, amma maaşdan kənar əlavə gəlirləri daha çoxdur. Sorğu həddindən artıq detallıdır (hətta "subay" xərclər, yəni bordel xərcləri də göstərilib). Çox maraqlı bir kitabçadır (əgər cədvəl, qrafikləri və s. sevirsinizsə);
- Семичастный В.Е. Беспокойное сердце. Москва. 2001. 460с. - vaxtilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, Azərbaycan Kommunist Partiyasının 2-ci katibi və s. və i.a. Bunları nəzərə alaraq dekabrda memuarlarını oxumağa başladım. Bəzi faktları çıxmaq şərtilə, maraqsız bir kitabdır. Yəni tipik sovet bürokratının yaza biləcəyi xatirələrdir;
- Aşırlı A. Nərimanovun Kremldə qətli. Bakı. 2006. 106s. - mən bu səhvi etdim, amma siz etməyin. Hər dəfə qarşıma Aşırlının kitabları çıxanda, düşünürəm ki, oxumaq lazım deyil. Bütün kitabda təsadüfi bir dənə maraqlı fakt düşə bilər, amma kitab özü başdan-başa boş söhbət olacaq (1918-ci ilə aid layihə ilə məşğul olanda onun bir neçə kitabını oxumuşdum. Yəni 100 səhifəlik kitabdan başqa mənbələrdə olmayan 3 real fakt çıxarırdım vəssalam). Təsəvvür edin ki, müəllif bolşevizmi tənqid edir və bunu Nərimanovun oğluna məktubda yazdığı "bəlkə sən bu məktubu oxuyanda bolşevizm olmayacaqdır" sözləri ilə əsaslandırır. Vəziyyətin absurduluğu odur ki, kitabın sonunda məktubun tam mətni verilib və görürsən ki, qeyd olunan sözlərdən sonraki cümlə "Ancaq bu o demək deyil ki, bolşevizm lazım deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazimi qiymət verməmiş, işimizə pis yanaşmışıq" deyilən sözlərə tam başqa məna verir;
- Перес-Реверте А. История Испании. Москва. 2021. 416с. - müəllif deyir ki, əgər ispanlar olmasaydı, bəlkə də İspaniya gözəl ölkə olacaq idi. Maraqlı kitabdır. Əvvəlcədən deyirəm ki, bu adi bildiyiniz tarix kitabçası deyil. Müəllif jurnalistdir və hər həftə jurnalda lorı dildə İspaniya tarixinin müxtəlif dövrlərini təsvir edirdi. Bu məqalələri birləşdirib, kitab yazdı. Əvvəldən sona kimi müəllif bütün İspan hökmdarlarını tənqid edir, bəzən söyür. Heç "qəhrəmanlardan" belə heç nə saxlamır. Əslinə qalsa İspaniya tarixinə adekvat və normal baxışdır. Təəssüf bizdə bunu heç kim etməyəcək. Yaxşı bir neçə qeydi var - deyir ki, "Əgər bizim ölkəmizdə Franko öz əcəli ilə öz yatağında vəfat edibsə, deməli bizdə nəsə problemlər var". Müəllif aşağı-yuxarı solçudur (yeri gəlmişkən, bundan əvvəl müharibə jurnalistikasına həsr olunmuş "Территория комманчей" povestini oxumuşdum. Çox möhtəşəm əsərdir), amma inqilab tərəfdarı deyil. İspaniya tarixi ilə qısa olaraq tanış olmaq istəyirsinizsə bu kitabı tövsiyə edə bilərəm (eyni zamanda "Zaman nazirliyi" serialını da qeyd edə bilərəm).
Bu yaxınlarda bir dostum özünə məqsəd olaraq 2023-cü ildə 120 kitab oxumağı qoyub. Düzdür özü də qeyd edir ki, bu məqsədin nəyə görə qoyduğunu bilmir (düşünürəm ki, rəqəm qəşəngdir - aya 10 kitab). Mən öz qarşıma belə bir məqsəd qoymamışam, amma kitab oxumağa daha çox vaxt ayırmağa (əlbəttə ki, alınmır) ya da ən azı laptopda ayrıca qovluğa yığdığım kitabları (orada da 50-dən çoxdur) bu il bitirməyə çalışıram. İndi isə yanvar ayında oxuduğum kitablara qayıdaq:
- 25 лет Бакинской организации большевиков. Баку. 1924. 232с. - fevral ayında oxuduğum kitabların birində (gələn ay bu barədə danışacağam) müəllif qeyd edir ki, bu memuar toplusunun bir maraqlı xüsusiyyəti var. Orada Stalin barədə demək olar ki, heç nə yoxdur. Bir ay əvvəl oxuduğuma baxmayaraq, şəxsən yenə də kitabı açdım və hesabladım - 232 səhifədə Stalin 13 dəfə xatırlanır. Əslinə qalsa heç də az deyil. Amma qeyd etdiyim müəllif (O. Edelman) özünü həddindən artıq obyektiv hesab etməsinə baxmayaraq, deyəsən 30-cu illərdə "Stalin Bakı bolşeviklərin başçılarından biri idi" mifinə inanıb. Ümumiyyətlə yeri gəlmişkən, M.C. Bağırov tərəfindən yaradılan bir çox miflər öz uzunömürlülüyünü sübut ediblər.
Düzdür Stalinin faktiki inqilabçı karyerası Bakıda formalaşıb (bundan əvvəl yalnız Batum aksiyası var idi və o da çox da yayılmamışdı) və bolşevik liderlərin sırasına məhz Bakıdan irəli sürülüb. Amma inqilabçıların fəaliyyətini nəzərə alsaq bunun üçün xüsusi nəsə etmək lazım deyildi. Müəyyən müddət həbs olunmadan yaşamaq, ya da hansısa münasibətlərdə vasitəçi olmaq (1904-cü ildə Stalin Tiflis və Bakı bolşevikləri arasında vasitəçi idi) kifayət idi. Eyni zamanda nəzərə almaq lazımdır ki, kifayət qədər inqilabçı bir neçə ildən sonra ya sakit həyata dönürdü ya da xaricə köçürdü. Bu şəraitdə sən uzunmüddətli fəaliyyət göstərsən və bir qədər "diribaş" olsan artıq "liderə" çevriləcəksən. Misal üçün, Stalinin gələcək qayınatası S. Alilluyev bəlkə də 20-25 ilin inqilabçısı idi, amma sadəcə kiçik icraçı idi (nə xüsusi ideyalar, fikirlər irəli sürürdü, nə də öz aksiyalarını təşkil edirdi) və nəticədə tarixdə sadəcə memuarist kimi qaldı (həyatının son illərini isə ümumiyyətlə fantastik xatirələr paylaşırdı).
Qayıdaq kitaba. 20-ci illər sonraki Sovetdən ciddi sürətdə fərqli idi. Təsəvvür edin ki, dünənki rəqib (vaxtilə bolşevik olan, sonradan menşevik A. Roxlin. Sentrokaspi diktaturasında nazirlərdən biri) bu gün bolşeviklərin xatirələrini toplayıb, dərc etmək tapşırılıb. O da bu işi yaxşı yerinə yetirib. Bu xatirələr çox sadədir. İnsanlar hadisələri xatirələrində necə qaldı, elə də təsvir edirlər. Misal üçün, bundan əvvəl 1907-ci ildə bolşevik aktivin həbs olunması barədə kitabça oxumuşdum. Qeyd etmişdim ki, Bakı oxrankası bu həbsə nəsə yola verdi yanaşmışdı. Xatirələrdən məlum olur ki, sadəcə rüşvət qarşılığında bir neçə aktiv inqilabçı buraxılmışdı. Təsəvvür edin ki, hökumətin siyasi polisi rüşvət qarşılığında inqilabçını buraxır. İnqilabçılardan biri daha bir hadisəni təsvir edir. Onun dediyinə görə üç bolşevik lideri (o cümlədən, Caparidze) həbs olunmuşdu. Onları oradan çıxartmaq üçün inqilabçılar birbaşa təcridxana rəisi (!) ilə əlaqə saxlayırlar və rüşvət təklif edirlər. Bu rüşvət müqabilində inqilabçıları başqa şəxslər ilə əvəz edəcəklər (o şəxslər də bir neçə gün sonra bəyan edəcəklər ki, səhvən tutulublar və azad olunacaqlar). Təcridxana rəisi razılaşır və iki nəfəri belə dəyişdirirlər. Üçüncüsünə çatanda artıq söhbət Tiflis polisinə çatır. Nəticədə təcridxana rəisi gəlir inqilabçıların (!) yanına və deyir ki, "pulu da qaytarıram. Siz sadəcə onları qaytarın". Amma artıq o şəxslər Bakıda deyildilər.
Şəffaflıq barədə: müharibə başlayandan Rusiya hökuməti sanksiyaları bəhanə gətirməklə statistikanı gizlətməyə başladı. Vəziyyət o qədər absurddur ki, əgər qabaqlar biz Azərbaycan-Rusiya ticarətini yoxlamaq üçün Rusiya gömrük bazasına müraciət edirdiksə, indi bu ticarət barədə məlumatı verən yeganə mənbə bizim Dövlət Statistika Komitəmizdir. Bu əlbəttə ki, iqtisadiyyata ciddi zərbə vurur.
Artıq keçən ilin sentyabrında Rusiya Mərkəzi Bankın rəhbəri Nabiullina deyirdi ki, "investorların inamını bərpa etmək üçün məlumat açıq olmalıdır". Amma buna baxmayaraq hələ də məlumat qapalıdır. Bu yaxınlarda FT də yazır ki, Rusiya Mərkəzi Bankı şəffaflığın artırılması istiqamətində addımları atmağı davam edir. İndi mövcud olan qaydalara görə iyulun 1-nə qədər qiymətli kağız emitentləri maliyyə məlumatlarını açıqlamaya bilər. Mərkəzi Bank istəyir ki, bu qadağa 1 iyuldan o yana keçməsin. Yəni faktiki indi statistikanın açıqlığı uğrunda Rusiyada mübarizə aparan yalnız Mərkəzi Bankdır (jurnalist və tədqiqatçıları nəzərə almasaq).
Təəssüf, Azərbaycan barədə bunu demək çətindir. Yəni hətta sanksiya və müharibə dövründə Mərkəzi Bank başa düşür ki, investisiyalar lazımdır (hətta yerli olsa belə). İnvestisiyalar isə yalnız və yalnız açıqlıq və şəffaflıq şəraitində gələ bilər (əgər açıq mənbələrdə hesabatını yoxlaya bilmirəmsə, niyə pul yatırım ki?). Təəssüf bizim Mərkəzi Bank son dönəmlərdə təqdim etdiyi statistikanın həcmində müəyyən müsbət addımlar atıb (bu istiqamətdə də bir sıra problemlər mövcuddur). Amma şirkətlərin maliyyə məlumatlarının açıqlığı və şəffaflığının təmin etməsi istiqamətində isə nəsə atmır.
Sərhədlərin bağlanmasına dair: 2019-cu ildə 5 567 684 Azərbaycan vətəndaşı xarici ölkələrə səfər etmişdisə, 2022-ci ildə bu rəqəm 1 489 491 nəfər (4 dəfə az!) təşkil edib.
Читать полностью…İctimai nəqliyyat sistemində olan problemlər barədə danışarkən, mən yalnız Bakını nəzərdə tutmuram. Gəncə, Lənkəran, Şəki kimi şəhərlərdə ictimai nəqliyyat daşıyıcılarının mənfəət qazanılması daha da çətinləşir. Burada özəl şirkətlər (hətta şəhər nəqliyyatına baxan qurum belə MMC-dir) fəaliyyət göstərdiyindən, onlar yalnız mənfəət axtarışındadılar. Əgər Bakıda bu və ya digər formada (əlavə daşımalar, xidmətlər, reklam və s.) nəsə əldə etmək mümkündürsə, bölgələrdə heç bu imkanlar yoxdur. Nəticədə bu şəhərlərdə heç kimə lazım olmayan köhnə avtobuslar fəaliyyət göstərir (hələ rəsmi olaraq qəbul olunur ki, 280 avtobusdan 10-u yararsızdır. Qeyd etdiyim "İsuzu"lar ümumiyyətlə 12 il əvvəl şəhərə gətirilib).
Məhz buna görə ictimai nəqliyyat sistemi ölkə üzrə tamamilə dəyişməlidir. Dotasiya sistemi dedikdə yalnız Bakı yox, bütün ölkəni nəzərdə tuturam. Bölgələrdə keyfiyyətli (yoxsa absurd vəziyyət yaranır. Bakı və Sumqayıtda yeni avtobuslar, amma hətta Xırdalanda belə köhnə avtobuslar istifadə olunur. Bakıda yaşayanların təhlükəsizliyi nəzərə alınır, amma Gəncə sakinlərinin yox?) ictimai nəqliyyat xüsusilə lazımdır. Ölkə üzrə ictimai nəqliyyat sistemində vəziyyət dəyişmədikcə, problemlər artacaq (təxmin edirəm ki, bölgələrdə ictimai nəqliyyat daha da məhdudlaşmağa başlayacaq).
Zəlzələ mövzusuna gəlmişkən: bilmirəm bilirsiz ya yox, amma bölgədə mövcud ola biləcək risklərə dair məlumat açıq olmalıdır. Düzdür zəlzələni dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil, amma müvafiq təxminlər irəli sürmək olar. Müvafiq qurumların saytlarında bölgənin seysmoloji xəritəsi olmalıdır (təəssüf, heç Seysmoloji xidmətin saytında xəritəni tapa bilmədim). Ona uyğun tikinti həyata keçirilməlidir. Nəsə.. Şəkillərdə isə siz Səbail rayonu üzrə sürüşmə zonalarının xəritəsini görə bilərsiz. Ən azı sürüşmənin qarşısını almaq müəyyən qədər mümkündür.
Читать полностью…Bir dəfə qeyd etmişdim ki, müəyyən müddətdir ki, Rabitəbank müştərisiyəm. Buna görə periodik olaraq bankın hesabatlarını araşdırıram. Bu yaxınlarda bank IV rübün nəticələrinə dair maliyyə məlumatlarını paylaşıb. Çalışacağam qısa olaraq bankın vəziyyətini təhlil edim.
İlk əvvəl, əlbəttə ki, bankın kredit portfelinə baxmaq lazımdır. Verilən məlumata görə, 2022-ci ildə bankın kredit portfeli 29% artıb. Artım bütün bəndlər üzrə müşahidə olunub. Amma ən çox artım əlbəttə ki, istehlak kreditlər üzrə müşahidə olunub. Burada artım 38% təşkil edib. Buna baxmayaraq kredit portfelində əsas yeri biznes kreditlər təşkil edir. Məlumata görə, bu istiqamət üzrə artım 26.3% təşkil edib və 305 milyon manata çatıb. Ümumən rəqəmlər normaldır. Bəs strukturu necədir?
Bankın verdiyi məlumata görə, iri borcalanların payı 11 milyon manat artıb. Belə ki, 2021-ci ilin sonuna onların payına 102 milyon manat düşürdüsə, 2022-ci ilin sonuna bu göstərici 113 milyon manatdır. Keçən müddətdə bu məbləğin yarısı 4 borcalanın payına düşürdü. İndi bu nisbətin dəyişib-dəyişmədiyi barədə məlumat yoxdur. Amma bank bizi inandırır ki, "qeyri-standart" (yəni "qeyri-qənaətbəxş", "təhlükəli", "ümidsiz") kreditlərin həcmi ümumi kredit portfelinin 4%-ni keçmir. Məbləğ olaraq da onun həcmi 2 dəfə (45,6 milyondan 22,3 milyona kimi) azalıb. Azalma da əsasən "ümidsiz" kreditlər hesabına baş verib (faktiki 50 dəfə azalıb). Başa düşdüyüm qədər onları ya artıq ehtiyat hesabına əvəz ediblər, ya da müvafiq şəxslər kreditləri birdən birə bağlayıblar.
Yeri gəlmişkən, kreditlərin bölgələr üzrə strukturuna baxanda (düzdür bəlli olmayan sistem üzrə bu məlumatı təqdim ediblər. Bəzi bölgələr üzrə kreditlərin olmamasını göstəriblər. Bəzilərini "digər" bəndinə əlavə ediblər və s.), görmək olar ki, bank təzəlikcə Şuşa, Zəngilan və s. bölgələr üzrə kreditlərin verilməsini genişləndirib. Amma bölgələr arasında kredit həcminin artımına görə Salyan seçilir. Verilən kreditlərin həcmi 3,3 dəfə artıb. Masallı və Lənkəran üzrə də 79 və 72%-lik artım qeydə alınıb. Təxmin etmək olar ki, Rabitəbank 2022-ci ildə bölgələr ilə sıx əməkdaşlıq etməyə başlayıb. Amma buna baxmayaraq Bakının payı yüksək olaraq qalır. Birbaşa Bakıya kreditlərin 70% düşür. Ondan sonraki yerlərdə Gəncə (23 milyon), Sumqayıt (19 milyon) və Şəmkir (18,7 milyon) qərarlaşıblar.
Bank fəaliyyətinin digər tərəfləri barədə növbəti yazılarımda.
Son dönəmlərdə Rusiyada maraqlı bir vəziyyət yaranıb. Mərkəzi Bankın məlumatına görə, M1 pul aqreqatın (yəni nağd vəsaitlər və tələb olunadək əmanətlər) həcmi 2022-ci ilin 11 ayı ərzində 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,3% artıb (həmçinin pul dövretmə sürəti də artıb). Eyni zamanda Statistika komitəsi xəbər verir ki, inflyasiya 12-13% civarındadır. Yəni başqa sözlə Rusiyada dövriyyədə nağd pulun həcmi ciddi sürətdə artıb. Bunu hamı təsdiqləyir. Amma buna baxmayaraq ilin sonuna inflyasiya səviyyəsi nisbətən azalıb. Bu necə baş verə bilər?
Rusiyalı iqtisad mərkəzlərindən biri təxmin edir ki, bu birbaşa kölgə iqtisadiyyatının göstəricisidir. Yəni başqa sözlə əlavə pul kütləsi bu və ya digər formada istifadə olunur (daha ətraflı burada izah olunur). Sadəcə bu istifadəni dövlət görmür, çünki insanlar ödənişləri artıq kassadan kənar keçirdirlər. Bəs bunun səbəbi nədir? Sadəcə nəzarət sisteminin genişlənməsidir. İnsanlar bir müddətə kimi gəlir/xərclərini göstərməyə hazırdılar. Amma bir müddətdən sonra, xüsusən də qiymətlərin artımı və iqtisadi böhran şəraitində artıq bunu etməyə çalışmırlar.
Yeri gəlmişkən, əgər bizdə iqtisadi vəziyyət ciddi sürətdə dəyişməsə bir müddət sonra eyni vəziyyət bizdə də müşahidə olunacaq. İndi əsas trend daha çox bəyanetmədir (ƏDV geri al, kartlar ilə ödəniş və s.). Amma əgər dövlət sıxmağa davam etsə (idxala sərt nəzarət, ödənişlərə nəzarət və s.) eyni vəziyyət müşahidə olunacaq. İnsanlar yenə də nağd ödənişlərə qayıdacaqlar.
Rus dilində belə ifadə var "война войной, а обед по распорядку" (bəzi variantlarda "расписанию". Yəni müharibə öz axarı ilə gedir, amma nahar vaxtında olmalıdır). Bu sözləri XVII əsrdə yaşamış Prusiya kralı I Fridrix Vilqelmin adına yazdırırlar. Belədirmi ya yox, bilmirəm. Nəsə mövzudan uzaqlaşdım. Bu sitat bir xəbəri oxuyandan sonra ağlıma gəldi.
Avropa İttifaqının statistikasına görə 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Aİ Rusiya ərazisindən keçməklə Çindən 36 min ton nadir torpaq elementi idxal edib. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Metallar isə əsasən Rusiya dəmir yolları vasitəsilə Avropaya çatdırılır. Sanksiya və s. baxmayaraq bu kanal (təkcə bu istiqamət yox. Bir çox digər sahələr də mövcuddur) sabit olaraq çalışmağa davam edir.
Bəzi supermarket şəbəkələrinin 2019 və 2020-ci illərdə dövriyyələri. İri şəbəkələr arasında burada Bazarstore-a (və Al Market MMC. Onların hesabatları var. Amma 2019 və 2020-ci illər üçün hesabatlar ciddi fərqlənir), Veysəloğlu-ya və "Bizim market" (indi artıq Promart MMC-yə daxildir) dair məlumat yoxdur.
p.s. Azərbaycan Supermarket MMC - "Bravo", ANC Group MMC- "Rahat Market" və "Port Baku Bazar", Promart MMC - "Bolmart"
P.p.s. Grandmart və Promart (həmçinin Megastore, Bizim Market və Novas Home) birləşiblər. Amma başa düşdüyüm qədər formal olaraq ayrılıqda fəaliyyət göstərirlər. İndi müvafiq hesabatlarda rəqəmlərin kəsişib/kəsişmədiyini dəqiq deyə bilmərəm, çünki hesabatlar qısadır.
Maraqlıdır ki, Nazirlər Kabinetinin qərarları dərc edilərkən, adətən qeyd olunur ki, Əli Əsədov imzaladı. Qərarın Nazirlər Kabinetində müzakirələrdən ya iclasdan sonra qəbul edilib/edilməməsi qeyd olunmur. Amma Tarif Şurası barədə danışarkən niyəsə hamı yalnız Şura deyir. Heç kim yazmır ki, "Mikayıl Cabbarov tariflərin artımı haqqında qərar imzaladı". Niyə?
Başqa tərəfdən, vergilər nazirliyinin ləğvinə baxmayaraq Tarif Şurasının tərkibində hələ də "vergilər nazirinin müavini" mövcuddur. O kimdir? Xəbər verilmir.
Uzun müddət Azərbaycana gəlmiş xarici vətəndaşlarının sayı xaricə getmiş Azərbaycan vətəndaşlarının sayından az idi. Hətta karantinli 2020-ci il belə vəziyyəti dəyişdirmədi.
Amma 2022-ci ildə ilk dəfə bu rəqəmlərin nisbəti dəyişdi. Əsas səbəb də sərhədlərin hələ də bağlı olmasıdır. Xaricilər Azərbaycana (məhz turistlər) əsasən hava yolları vasitəsilə gəlirlər. Bu istiqamətdə 2022-ci ildə artıq reyslər bərpa olunur. Amma Azərbaycan vətəndaşları xaricə əsasən quru yol ilə gedirlər. Sərhədlərin qapalı olması isə bunu əngəlləyir. Gördüyünüz kimi bu da statistikaya təsir edir.
Bir az nəqliyyat barədə: Bakıda biz artıq öyrəşmişik ki, avtobusa minəndə birinci qapıdan minmək lazımdır. Düşəndə isə arxadan düşürük. Avropada adətən belə bir sistem olmur. Deməli bu yaxınlarda Riqada 19 marşrut üzrə bizim adət etdiyimiz sistemi tətbiq ediblər (yadınızdadırsa, mən Riqada ictimai nəqliyyatda tətbiq olunan yeni tariflər barədə yazmışdım. Bu addımı da müvafiq yeni tariflər ilə birlikdə atıblar). Yəni yalnız birinci qapıdan minmək olar. Nəticədə müvafiq marşrutlar üzrə sərnişinlərin sayı 30% artıb. Yerli İctimai nəqliyyat şirkəti (bələdiyyəyə məxsusdur) deyir ki, bu biletsiz sərnişinlərin sayıdır. Yəni qabaqlar bu insanlar biletsiz səyahət edirdilər. İndi müvafiq imkanların olmadığı üçün biletə görə ödəniş edirlər.
Читать полностью…Naxçıvan MR-a prezidentin nümayəndəsi təyin olunan kimi orada nə baş verdi? Bu suala cavab vermək bir qədər çətindir. Amma dəqiq deyə bilərik ki, büdcə vəsaitlərinin şəffaflığı azaldı.
https://www.openazerbaijan.org/blog/naxc-van-n-gizli-budc-si/
Maraqlı faktlar sırasından: Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, 2022-ci ilin avqustun 10-na Bakıda 177 marşrut üzrə 1915 avtobus fəaliyyət göstərir. Eyni zamanda marşrutların 88-də "Bakıkart" vasitəsilə ödəniş etmək mümkündür. Bu 88 marşrut üzrə isə 1714 avtobus çalışır. Başqa sözlə qalan 89 marşrut üzrə 201 avtobus fəaliyyət göstərir.
Читать полностью…Kitabı oxuduqca inqilabçıların məişəti, diskussiyaları ilə tanış olursan. "Prinsipial, təmiz, dürüst" inqilabçı obrazı sonradan, 60-70-ci illərdə, yaradılmışdı. Düzdür onlar prinsipial idilər, amma mümkün olan bütün variantlardan istifadə edirdilər. Əgər iclas gedir və polis görməsin deyə rüşvət vermək lazımdırsa, pulu necəsə tapıb, həll edirdilər. Yeri gəlmişkən, Stalinin az xatırlanması əsas səbəbi təsvir olunan hadisələr ilə bağlıdır. Kitabda əsasən ilk illər, 1902-1905-ci, təsvir edilir. O illər isə Stalin Bakıda yox idi;
- Из прошлого. Статьи и воспоминания из истории Бакинской Организации и рабочего движения в Баку. Баку. 1923. 159с. - eyni redaktor xatirələri topladıqca dərc etməyə çalışırdı. Yuxarıda qeyd etdiyim kitab daha ətraflı və genişdir. Ondan bir il əvvəl daha bir toplu dərc olunmuşdu. Burada artıq müxtəlif hadisələri təsvir edən xatirələr toplanılıb (1912-1914 və s.). Əgər Bakının inqilabi tarixi ilə maraqlanırsınızsa, bu iki məcmuəni oxumağı tövsiyə edərdim. Əlbəttə, yaxşı olardı ki, həm menşeviklərin, həm eserlərin, həm müsavatçıların, həm də daşnakların Bakı inqilabi hərəkatı haqqında belə topluları olsun (ayrıca xatirələr var. Amma bu topluların özəlliyi odur ki, memuar zad yazmağı düşünməyən, amma vaxtilə inqilabi hərəkatda çox aktiv iştirak edən şəxslərdən götürülmüş xatirələrdir), amma olduğumuz budur;
- Покшишевский В.В. Положение Бакинского пролетариата накануне революции (1914-1917). Баку, 1927. 80с. - gənc iqtisadçının (kitab dərc olunanda 22 yaşı var idi) ilk təcrübələrindən biridir. Ehtimal edirəm ki, 20-ci illərdə yaşasaydım, mən də mövcud olan statistik məlumatlar əsasında inqilaba aparan yolu təhlil etməyə çalışardım. Pokşişevski gələcəkdə SSRİ-də sosial-iqtisadi coğrafiyanın banilərindən biri olacaq. 1927-ci ildə isə hələ Azərbaycan politexnik institutunun iqtisadi fakültəsini təzəlikcə bitirmiş şəxsdir. Yazdığı tədqiqatda əsas məqsədi mövcud olan statistika və rəsmi sənədlər əsasında Bakı fəhlə sinfinin vəziyyətini müəyyən etməkdir. Maraqlıdır ki, rəsmi sənədlərdən götürdüyü bir sıra məqamlar yuxarıda qeyd etdiyim memuar toplusu ilə üst-üstə düşür (misal üçün, 1915-1916-ci illərdə tətillərdə fəhlələrin əsas tələbi müxtəlif əlavə ödənişlərin ləğvi və hər şeyi bir maaş formasında verilməsidir. Yoxsa müxtəlif bonus və s. hesabına işçilər arasında bərabərsizlik yaradılırdı). Əgər sizi o zamanki iqtisadi vəziyyət maraqlandırırsa, oxumağı tövsiyə edə bilərəm;
- Стопани А.М. Нефтепромышленный рабочий и его бюджет. Москва. 1924. 199с. - Bakı bolşeviklərindən biri də A. Stopani idi. O özü yazır ki, 1908-1909-cu illərdə mənasız bir vəziyyət yaranmışdı. Repressiyalar sərtləşirdi. Həmkarlar ittifaqları mövcud idi, amma çox məhdud fəaliyyət göstərirdi. Hətta "ittifaq" adlandırmağ qadağan idi. İnqilabçılar gizli fəaliyyətə keçmişdi və nəticə etibarilə cəmiyyətdə durğunluq müşahidə olunurdu. Hamı əlini üzmüşdü və gələcəkdən nəsə gözləmirdi. O zaman Stopani və yoldaşları belə sual verdilər: "Yaxşı, gələcəyi qoyaq kənara. Biz işçi sinfi uğrunda mübarizə aparırıq. Bəs işçi sinfi barədə nə bilirik (şəxsi təcrübədən kənar)?". Bu sualın cavabı olaraq işçilər arasında genişmiqyaslı sorğu keçirmək qərarına gəldilər. Bəs bunu necə etmək olar?
Stopani Bakıda olan və vaxtilə inqilabi təşkilatlarda çalışan həkimlərə (Okinşeviç və s.) müraciət etdi. O təklif etdi ki, qoy həkimlər neft mədənlərində sanitar-gigiyenik vəziyyəti izləyən cəmiyyət (indi biz buna QHT deyərdik) yaratsınlar. Onsuzda həm hökumət, həm neft sənayeçiləri qeyd edirdilər ki, neft mədənlərində sanitariya və gigiyena pis gündədir və bunu düzəltmək lazımdır. Bu QHT da kömək edər. Məşhur həkimlərin adı da təşkilatı "təhlükəsiz" edəcək. O zaman Stopani və dostları bu təşkilatın adı altında neft işçiləri arasında sorğu keçirəcəklər. Sorğunun əsas məqsədi əlbəttə ki, "sanitar-gigiyenik" vəziyyətin müəyyən olunması olacaq, amma parallel olaraq gəlir, xərc və s. barədə soruşacaqlar. Həkimlər razılaşdı və iş başladı.
Rusiyalı iqtisadçı Y. Danilov bu yaxınlarda maraqlı bir mülahizə irəli sürüb. Onun fikrincə rusiyalıların indiki şəraitdə müharibəni dəstəkləməsi onların dövlətdən asılılığı ilə bağlıdır. Bu məsələyə bir neçə amil təsir edir. Əhali arasında yoxsulluq, bərabərisizlik, borcluluğun yüksək səviyyəsi də göstərilir. Amma əsas olaraq rusiyalıların gəlir mənbəyidir. O, 2000 və 2021-ci illər üçün gəlir balansını müqayisə edib və görüb ki, əgər 2000-ci ildə gəlirlərin 36,5%-i maaşdan asılı idisə, 2021-ci ildə bu göstərici 57,3%-ə kimi artırdı. İqtisadiyyatda əsas yeri dövlət tutduğu üçün bu o deməkdir ki, əhalinin əsas hissəsi dövlətdən maaş alır. Buraya yuxarıda göstərdiyim amilləri əlavə etsək, dövlətdən asılılıq daha da yüksək olacaq.
Düzünü desəm bu söhbətdə çox da məntiq görmürəm, amma buna baxmayaraq Azərbaycan üçün 2000 və 2021-ci illər üçün gəlir balansını da müqayisə etmək fikrinə gəldim. Müqayisəni qrafikdə görə bilərsiniz.
P.s. bizdə o qədər də detallı deyil. Burada "transfertlər" sosial ödənişlərdir.
Bolt şirkəti 2022-ci ildə Azərbaycanda taksi və yemək sifarişləri ilə bağlı bəzi rəqəmləri açıqlayıb:
- bir səfər zamanı gedilən ən uzun məsafə - 176 km
- ən aktiv istifadəçi ildə 1755 səfər edib (gündə təxminən 5 gediş)
- Bolt sürücüsünə verilən ən yüksək bəxşiş məbləği 267 AZN-dir.
- ən məşhur yemək - lavaşda şaurmadır. İl ərzində 96 270 dəfə sifariş edilib
- 2022-ci ildə bir çekdə maksimal yemək sayı 37 adda yemək olmuşdur
Maraqlı faktlar sırasından: ABŞ Sərhəd qurumu məlumat verir ki, Meksika ilə sərhəddə 2022-ci ilin noyabrın 1-i və 2023-cü ilin yanvarın 17-si arasında xidmətin agentləri 2002 (!) dəfə ölkəyə yumurta gətirilməsinin qarşısını alıblar. Yəni insanlar Meksikada yumurta alıb, ABŞ-a gətirməyə çalışırdılar (bu qadağandır). Bu halların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur. Bu artımın səbəbi çox sadədir. ABŞ-da quş qripi yayılır deyə (60 milyon quş artıq öldürülüb) yumurtaların qiyməti 1,95-dən 4,25 dollara (bir yumurta 0,60 AZN-ə) kimi artıb. Bu da insanları Meksikada (orada 1 yumurta 0,38 AZN-ədir) almağa vadar edib. Amma sərhəddən bunu keçirmək qadağandır.
Читать полностью…Adətən bu və ya digər tariflərin dəyişməsi nəticəsində istehlakçılardan tərəfindən etirazlar gözlənilir. Amma Azərbaycanda hər şey baş-ayaq olduğu kimi burada da ilk etirazlar istehlakçılar yox, müvafiq sahədə çalışanlar tərəfindən keçirilib.
Deməli fevralın 4-ü Gəncə şəhəri üzrə fəaliyyət göstərən 11 nömrəli marşrut sürücüləri işə çıxmadılar (ümumiyyətlə Gəncə nəqliyyat işçiləri Bakıdakı həmkarlarından fərqlənir. Periodik olaraq tətillər barədə məlumat gəlir. Misal üçün, keçən ilin sentyabrında 20 nömrəli marşrut sürücüləri işə çıxmamışdı). Əsas səbəb qismində "Azər-Avtonəqliyyat" MMC tərəfindən qoyulmuş planın artırılmasını göstərdilər. Məsələ ondan ibarətdir ki, Gəncədə fəaliyyət göstərən avtobuslar (məlumata görə, şəhərdə 21 marşrut üzrə 280 avtobus və mikroavtobus xəttə buraxılır. Yeri gəlmişkən, 2019-cu ildə şəhərdə 34 marşrut fəaliyyət göstərirdi) köhnə sxem ilə çalışırlar: avtobus şirkət tərəfindən təqdim olunur və sürücü işlədiyi dövrdə (məlumata görə, ay ərzində 19 gün) şirkətə planı ödəyir. Bütün digər xərclər (yanacaq, ehtiyat hissələri və s.) qalan vəsait hesabına qarşılanır. Plan artdıqca sürücüyə qalan vəsait də azalır.
Keçən il də, 20 nömrəli marşrut etiraz edərkən, sürücülər "fantastik plan" haqqında danışırdılar. Onlar qeyd edirdilər ki, "Azər-Avtonəqliyyat" MMC həddindən artıq yüksək plan təyin edib. Xətt üzrə yalnız 2-3 avtobus (başa düşdüyüm qədər Qazellər və ya digər mikroavtobuslar idi) fəaliyyət göstərirdi. Planın həcmi barədə məlumat verilməmişdi. Amma təxmin etmək olar ki, 30-40 AZN arasında idi.
Bəs tariflərin artımı plana necə təsir etdi? Marşrut üzrə əsasən 2011-ci ildə Gəncəyə gətirilmiş "İsuzu"lar hərəkət edir. Məlumata görə, müvafiq avtobuslarda 22 oturacaq yeri var (ümumi tutumluğu 43 nəfərdir). ATV-yə verilən müsahibədə işçilər qeyd edirlər ki, əvvəllər plan gündəlik 85 AZN təşkil etdiyi halda, indi 114 AZN-ə kimi artırıldı. Rəqəmlərin seçimi maraqlıdır. Deməli şirkət gündəlik 285 sərnişin ödənişi həcmində plan təyin edib. Yəni əgər 0,3 AZN ilə 285 nəfərdən əldə olunan ödəniş 85,5 AZN idisə, 0,4 AZN ilə bu rəqəm artıq 114 AZN təşkil edir. Təxmin etmək olar ki, şirkət hesab edir ki, bir avtobusdan gün ərzində ən azı 570 nəfər istifadə edir (Dövlət Statistika Komitəsinin məlumatına görə, Gəncədə 1 avtobusa gündəlik təxmini 700 nəfər düşür). Bu əslinə qalsa Bakı ilə müqayisədə çox azdır. Bakıda bir avtobus ortalama gün ərzində 1000-1100 nəfər daşıyır.
Bəs niyə sürücülər etiraz edirlər? Birincisi, Tarif Şurasının məlumatına görə, tarif artımının əsas səbəbi ehtiyat hissələrinin bahalaşmasıdır. Başa düşdüyüm qədər Gəncədə müvafiq xərclər sürücülər tərəfindən qarşılanır. Şirkət sadəcə köhnə avtobusların təqdim etmə xidmətini həyata keçirir (bu azmış kimi, şirkət hətta avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil etmir). İkincisi, Gəncə Bakı deyil. Burada bir çox halda piyada da getmək olar. 11 nömrəli marşrut həm şəhərin mərkəzində fəaliyyət göstərir (yəni bir çox digər marşrutlar ilə kəsişir və nisbətən piyada məsafədə olan yerlərdən keçir), həm də ona paralel olan (23 nömrəli) marşrutlar da mövcuddur. Yəni bu avtomatik olaraq marşrutdan istifadə edən sərnişinlərin azalmasına gətirəcək. Nəticədə sürücülərin gəliri azalacaq.
1991-ci ildə tərtib olunmuş Azərbaycanın seysmik xəritəsi.
P.s. mənbə: Mammadli T.Y., Muradov R.B. Probabilistic assessment of the seismic hazard level of the “Takhtakorpu” reservoir location. Journal "Seismoprognosis Observations in The Territory Of Azerbaijan", V. 20, №2, 2021, p. 11-19
Bu yaxınlarda, tanışlarımdan (orta biznes sahibi) müxtəlif marketpleyslərin (alıcı və satıcını qovuşduran internet-platforma) marketinq büdcəsi barədə söhbət açdı. Dediyinə görə şəxsən özü bu marketinq büdcə hesabına heç də pis qazanmır. Düzdür müvafiq platformaların faizi heç də az deyil (qeyd etdiyi Wolt mağazalardan 15%+ƏDV, restoranlardan 30%+ƏDV götürür. Eyni zamanda dövriyyə artdıqca faiz azalır), amma bu şirkətlər daimi olaraq marketinq büdcələri (müvafiq büdcə hesabına restoran/mağazalar endirimlər verir) təklif edirlər. Nəticə etibarilə faktiki olaraq müəyyən itkiləri kompensasiya olunur. Düzdür bu vəziyyət bir çox amillərdən asılıdır (marketinq büdcəsinin bölgüsü, göstərdiyin dövriyyə, sahib olduğun obyektin vacibliyi və s.). Yəni qazanmaq imkanı çox da geniş deyil. Hər bir halda marketpleyslər kiçik və orta biznesə ən azı bunun hesabına necəsə qazanmaq imkanı yaradırlar. Yaxşı, bəs müvafiq marketinq büdcələrinin həcmi nə qədərdir?
Azərbaycanda digər sahələrdə olduğu kimi burada da hər hansı məlumat yoxdur. Başqa hallarda da olduğu kimi bizim köməyimizə qonşu ölkələrin statistikası gəlir. Bu yaxınlarda Rusiyanın ən iri marketpleysi olan Wildberries müvafiq rəqəmləri açıqladı. Məlum oldu ki, 2022-ci ildə şirkət alıcılar üçün endirimlərə 249 milyard rubl (6 milyard AZN) xərcləyib. Bu şirkət dövriyyəsinin 17%-i civarındadır. Şirkət bu endirim addımını "qiymətlərin sabitləşməsi proqramı" adlandırır.
Bəs yaxşı şirkət bu qədər xərcləyirsə, nəyin hesabına qazanır? Yuxarıda da qeyd etdiyim kimi müvafiq şirkətlər əsasən müxtəlif xidmətlər hesabına daha çox qazanırlar. Misal üçün, Wildberries satıcılar üçün qeydiyyat ödənişini 3 dəfə artırıb. Bundan başqa kiçik bir səhvə görə iri cərimələr tətbiq edir. Maraqlı bir vəziyyət yaranır. Kiçik və orta biznesə müvafiq platformalar ilə işləmək sərf edir, çünki onlar sənin dövriyyəni artıra bilərlər. Dövriyyən artdıqca sənin həmçinin marketinq büdcələrindən istifadə imkanın yaranır. Amma başqa tərəfdən bunun üçün sən giriş pulu ödəməlisən (bizdə deyəsən hələ yoxdur), sonra da hər satışdan heç də aşağı olmayan faizi də ödəməlisən. Dövriyyən artsa, qismən kompensasiya əldə edəcəksən. Artmasa isə...
Bizdə periodik olaraq cəmiyyətdə uşaq pulu mövzusu müzakirə olunmağa başlayır. Cəmiyyət nümayəndələri adətən deyirlər ki, uşaq pulu lazımdır. Amma Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi cavab verir ki, "lazım deyil". Bəs necə edək? Əslinə qalsa ən asan yol xarici təcrübəyə üz tutmaqdır. Bakı Araşdırmalar İnstitutu üçün yazdığım məqalədə qeyd etmişdim ki, ən azı inkişaf etmiş ölkələrin hamısında bu və ya digər formada qeyd etdiyimiz "uşaq pulu" mövcuddur. Əgər inkişaf etmiş ölkələr bunu tətbiq edirlərsə, biz niyə etməyək?
Bundan başqa müvafiq istiqamətdə müxtəlif tədqiqatlar da aparılır. 2022-ci ilin avqustunda A.C. Barr, J. Eggleston və A.A. Smith "Investing in Infants: The Lasting Effects of Cash Transfers to New Families" ("Körpələrə investisiya: yeni ailələrə pul transferlərin davamlı effekti") adlı tədqiqat ilə çıxış etdilər. Müəlliflər sadə bir müqayisə apardılar. Onlar indi 30-40 yaşda və doğularkən kasıb olduqları üçün dövlətdən 1000-1800 (ortalama 1300 USD. Təxmini ailə gəlirinin 10%-i həcmində) vəsait alan 600 min amerikalıları eyni yaşda olan və doğularkən kasıb olmasına baxmayaraq heç nə almayan şəxslər (daha doğrusu birincilər müvafiq ödənişi dərhal aldılar. İkincilər eyni ödənişi bir il sonra. Bu da ABŞ vergi sisteminin uçot məsələləri ilə bağlıdır) ilə müqayisə etdilər. Məlum oldu ki, birincilər həm daha yaxşı oxuyurlar, həm də 32-34 yaşa çatanda ikincilər ilə müqayisədə 3-4% daha çox qazanırlar. Müəlliflərin fikrincə, artıq bu birbaşa investisiyaların effektiv olmasının göstəricisidir. Yəni müəlliflərə görə bu ödənişlər gələcəyə investisiyadır. Və hətta çox effektiv investisiyadır.
Ümumiyyətlə "uşaq pulu" və uşağın gələcəyi arasında münasibətləri hələ 1970-ci illərdə G.S. Bekker göstərmişdi. O göstərmişdi ki, uşaqların inkişafı üçün vəsait lazımdır. Amma kasıb ailə gündəlik olaraq ərzaq və investisiya arasında seçim etməli olur. Bu seçim də bir çox hallarda uşağın inkişafını nəzərdə tutmur. Ona görə müvafiq ailələrə bu vəsaitləri kompensasiya etmək lazımdır. Yuxarıda qeyd etdiyim müəlliflər isə xüsusi olaraq qeyd edirlər ki, uşaq doğulan kimi verilən vəsait ailə üçün "təhlükəsizlik yastığı" rolunu oynayır. Hətta lazım deyilsə, ən azı ailə bilir ki, onun əlavə 1300 dolları var. Əgər bu ödənişi 12 aydan sonra etsən, o zaman effekti ölür. Həmçinin daimi uşaq müavinətləri isə vəziyyəti daha da yaxşılaşdırır.
Maraqlıdır ki, bəzən heç müavinətin həcmi də çox böyük rol oynamır. Əlbəttə ki, lap biabırçı vəziyyətdə olmamalıdır. Amma burada da maraqlı məqam var. Deməli ABŞ-da 1911-ci ildə uşaqla yaşayan tək analara pensiyanın verilməsi ilə bağlı eksperiment keçirilmişdi. Ödəniş heç də yüksək deyildi. Qadınlar yenə və yenə də dövlətə kömək üçün müraciət edirdilər. Amma 2020-ci ildə bu eksperimentin nəticələri araşdırılarkən məlum oldu ki, uzunmüddətli dövrdə bu ödənişlər effektiv idi. Yəni bu ailələrdə böyüyən uşaqların ömür uzunluğu, təhsil və gəlir səviyyəsi artdı. Müsbət effekti 5:1 kimi hesablamaq olar.
Bəllidir ki, bazar iqtisadiyyatı şəraitində heç kim xeyriyyəçilik ilə məşğul olmaq istəmir. Heç kim digər şəxsə uşağını inkişaf etməyinə kömək etmək istəmir. Ona görə müəlliflər başqa bir yanaşma təklif ediblər. Onlar müvafiq xərclərə investisiya kimi baxmağı təklif ediblər. Əgər dövlət büdcəsinin gəlirlərini artırmaq istəyirsinizsə, o zaman bu gün ailələrə uşaq pulu verin. Əks halda bu günün "qənaəti" sabahın itkilərinə çevrilə bilər. Bu istiqamət üzrə aparılan tədqiqatlar ilə daha ətraflı ECONS-un materiallarında tanış ola bilərsiniz. Bakı Araşdırmalar İnstututu üçün yazdığım 4 məqalə ilə isə siz buradan tanış ola bilərsiniz.
Əfsanə xanım və komandası çox vacib iş görür, balaca uşaqlar üçün böyük mətləblərdən şəkilli kitablar buraxacaqlar. Azərbaycanda azyaşlı uşaqlar üçün belə keyfiyyətli şəkilli kitablar ya heç yoxdur, olanların da çoxu tərcümədir. Bu komanda isə kitabları sıfırdan özləri yığır. Mətni yazırlar, redaktə edirlər, öz yerli illüstratorumuz rəngli şəkilləri çəkir, özü də bütün iş prosesində bizim uşaqların psixologiyasını və ehtiyaclarını nəzərə alaraq. Hamısını da öz hesablarına ediblər. İndi qalır bircə ilk kitabın çapı ki, proses başlasın. Cəmi 1800 manat lazımdır, mən bunu paylaşanda baxdım, təxminən yarısı yığılıb, yarısı amma qalıb. Hər kəsdən imkanları daxilində bu nəcib və xeyirxah işə köməklik göstərməyi rica edirəm.
Kraudfanding üçün link: https://toxum.org/az/projects/basibelali-doqquzuncu-planet-117
Naxçıvan MR-da maraqlı bir addım atıblar. Yerli hakimiyyət (yeni demək çətindir. Hətta kadr olaraq deyəsən böyük hissəsi dəyişməyib) düşünüb ki, mövcud statistika ümumiyyətlə reallığı əks etdirmir. Qərar veriblər ki, 2019-cu ildə siyahıyaalmanı (Naxçıvandan başqa qalan Azərbaycan onun nəticələrini nəzərə almalıdır. Vəziyyət fərqli idimi? Düşünmürəm) nəzərə almadan, ev təsərrüfatların uçotunu aparsınlar. Bu niyə vacibdir? Çünki bütün makroiqtisadi göstəricilər hesablanarkən əhalinin sayı nəzərə alınır. Əgər əhalinin sayı reallığı əks etdirmirsə, deməli iqtisadi göstəricilər də fərqli olacaq.
Yanvarın 1-nə olan məlumata görə, 63 204 şəxsin yaşadığı 18 142 təsərrüfat barədə məlumat sistemə daxil edilmişdisə, yanvarın 24-nə müvafiq rəqəmlər artıq 123 378 və 35 907-ə bərabər idi. Yerli Statistika İdarəsinin rəhbəri deyir ki, yanvarın 24-nə uçota salınmış ev təsərrüfatların sayı 59 601 ədəddir (40%-i hələ elektron sistemə salınmayıb). İndi bu uçota salınma prosesin nə qədər davam edəcəyinə dair məlumat yoxdur (bu da bir qədər absurddur. Adətən hər bir uçotun vaxt məhdudiyyəti olur).
Görək bu addımın sonu nə olur. Rəsmi məlumata görə, Naxçıvan MR-da 465 min nəfər yaşayır. Əlbəttə ki, biz başa düşürük ki, bu qədər əhali orada yoxdur. İndi Dövlət Statistika Komitəsi hansı nəticələrə gələcək, proqnozlaşdırmaq çətindir. Amma optimist olmağa çalışıram.
Keçən ilin avqust-sentyabr aylarında Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi mövcud olan əmlakını qiymətlənləndirmək qərarına gəlmişdi. Müvafiq sənədlər məlum oldu ki, şəhərdə 1346 müxtəlif tikili və qurğu mövcuddur. Onların strukturu cədvəldə əks olunub.
Читать полностью…