mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

OECD daha bir maraqlı göstərici üzrə hesablama aparıb. Bu ölkələrin Qlobal Dəyər Zəncirində iştirakıdır. Bu iştirak iki istiqamət üzrə hesablanıb:
- backward participation - ölkənin ixracında təcəssüm olunan xarici əlavə dəyər;
- forward participation - ölkənin digər ölkələrin ixracında təcəssüm olunmuş daxili əlavə dəyəri.

Yəni birincisi ölkədən ixrac olunan məhsullarda xarici məhsulların iştirakını (misal üçün, təyyarə ixrac edirsənsə, sən onun üçün metalları idxal edirsən), ikincisi isə ölkənin ixrac etdiyi məhsulların digər ölkələrin ixracında iştirakını əks etdirir (misal üçün, neft ixrac edirsən, İtaliya isə bu neftdən benzin edir və ixrac edir).

Göründüyü kimi 1991-ci ildə Azərbaycan müxtəlif məhsullar ixrac edirdi. Bu məhsulların istehsalında xarici komponentlər istifadə olunurdu. İndi bu komponent aşağıdır. İndi əksinə biz digər ölkələrin ixracında iştirak edirik, çünki neft ilə dünya bazarına çıxmışıq.

Читать полностью…

Mashalli

Dünya Bankının hesablamalarına görə Çin və Avropa İttifaqı arasında müxtəlif marşrutlar üzrə bir konteynerin daşınmasının qiyməti və sürəti. Burada dəmir yol nəqliyyatı və dəniz nəqliyyatı müqayisə edilir.

Burada "Middle corridor" məhz Azərbaycan və Gürcüstan ərazisində keçən dəhlizdir.

P.s. hesablamalar 2021-ci ilə aiddir.

Читать полностью…

Mashalli

- Фесуненко И.С. Пеле, Гарринча, футбол – 2. Москва. 2000. 288с. – Pele vəfat edəndən sonra Sports.ru-da braziliya futbolu və Pele haqqında maraqlı bir məqalə oxudum. Məqalə Fesunenkonun kitabının məlumatları və oradan verilən hissələr əsasında tərtib olunmuşdu. Maraqlı gəldiyi üçün elə dərhal bu kitabı tapıb, yüklədim. Amma tapdığım kitab Sovet dövründə nəşri yox, 2000-ci ilin nəşri idi. Müəllif sovet dövründə dərc etdiyi kitabı bir qədər genişləndirib, qeyd etdiyi futbolçuların bioqrafiyaları haqqında məlumat da əlavə edib. Həm də periodik olaraq 2000-ci ildə olan futbolu 1958 və ya 1970-ci il ilə müqayisə edirdi. Ümumiyyətlə Braziliya futbolu haqqında ümumi məlumat əldə etmək istəyirsinizsə maraqlı kitabdır. Yeri gəlmişkən, qeyd etməliyəm ki, müəllifin deyəsən Ronaldoya qarşı şəxsi qərəzliyi var idi. 1990-ci illərin sonunda olan Braziliya barədə danışarkən, Rivaldo, Roberto Karlos və hətta Ronaldinyo (o Braziliya çempionatında ilk oyununu 1998-ci ildə oynayıb, yığmada isə ilk oyununu 1999-cu ildə keçirdib. Yəni 2000-ci il üçün xüsusi məşhurluğu yox idi) qeyd edir, amma Ronaldo barədə heç nə yazmır. Yığmanın əsas hücümçusu, o dövrün ulduzu haqqında nəsə yazmır. Amma 1958-1970-ci illərin Braziliya futbolunun tarixini çox qəşənq təsvir edib.

Читать полностью…

Mashalli

- Схилтхёйзен М. Дарвин в городе: как эволюция продолжается в городских джунглях. Москва. 2021. 352с. - son zamanlar müşahidə etdiyiniz kimi Bakı şəhərində parkların sayı artır. Bu pozitiv addımdırmı? Adətən ənənəvi "ekoloqlar"-dan soruşsan deyəcəklər, əlbəttə ki, və avtomatik olaraq "ağaclar bizim ağ ciyərimizdir" zad adlı pafos başlayacaq. Amma gəlin buna elmi cəhətdən yanaşaq. Bu bizə nə verəcək? Məhz bu istiqamətdə M. Sxiltxeyzenin kitabı çox möhtəşəm bir vəsaitdir. Kitabdan çox böyük həzz aldım. Bu kitabı audio şəklində yükləmişdim. Audioya da adətən tək gəzəndə qulaq asırdım. Kitab o qədər gözəl idi ki, dalbadal soyuq günlərdə (6-9 fevral) hər dəfə 2-2,5 saat tək gəzirdim ki, kitaba qulaq asım. Müəllif şəhərdə baş verən təkamülü çox gözəl təsvir edirdi və yuxarıda göstərdiyim məsələyə müxtəlif yanaşmaları göstərirdi. Misal üçün belə bir fakt var ki, şəhərdə parkların çox olması əslinə qalsa daha çox növ heyvanın orada qalmasına səbəb olur. Amma başqa tərəfi də var. Bəzən bu heyvanların təkamülünə neqativ təsir edir - belə ki, bir parkda formalaşan hansısa konkret heyvan növü başqa parkda olan eyni heyvan növü ilə qarışır və nəticədə hər ikisinin təkamülü dayanır. Qarışmasaydı bəlkə də artıq fərqli növlərə çevriləcəkdi. Amma başqa heyvanın nümunəsində göstərir ki, bu əksinə təkamülün inkişafına gətirir. Yəni təbiət eyni suallara fərqli cavablar verir. Bu da gözəldir. Müəllif xüsusilə qeyd edir ki, insan da bu təbiətin bir hissəsidir. Biz özümüzü təbiətdən fərqli hiss etdiyimiz vaxta kimi biz təbiətə zərər vuracayıq, amma başa düşən kimi artıq bir çox şeyləri dəyişə biləcəyik. Müəllif bütün məsələlərə elmi yanaşma (müasir dünyada çox nadir hallarda biz bunu müşahidə edirik) sərgilədiyi üçün çox böyük həzz aldım. Yeri gəlmişkən, Bakının təbiətində baş verən bütün suallara (misal üçün, Bakı buxtasında balıqlar niyə əvvəl itib, sonra qayıtması, qarğa sayının artması və s.) cavablar da tapa bilərsiniz.

- Джованьоли Р. Мессалина. Москва. 2006. 336с. – o gün qarşıma təsadüfən “Spartak” serıalı çıxdı və yadıma düşdü ki, Covanyolinin “Spartak” əsərindən başqa heç birisini oxumamışam. İnternetdə axtarışdan sonra gördüm ki, “Spartak”-dan sonra ən məşhur əsəri “Messalina”-dır. Ona görə yükləyib, oxumağa başladım. Nəsə.. maraqsız bir əsərdir. Hansı səviyyədə “Spartak”-ı tövsiyə edirəm, elə o səviyyədə “Messalina”-nı oxumağa tövsiyə etmirəm.

Читать полностью…

Mashalli

Bir müddət əvvəl EU4Business layihəsi çərçivəsində OECD "Assessing the İmpact of Russia's War against Ukraine on Eastern Partnership Countries" (Rusiyanın Ukraynaya qarşı müharibəsinin Şərq Tərəfdaşlığı ölkələrinə təsirinin qiymətləndirilməsi) adlı hesabat dərc olunub. Bu hesabatda bir sıra göstəricilər üzrə müqayisələr aparılıb. Göstəricilərdən biri də məzənnə idi. Qrafikdən görə bilərsiniz ki, Azərbaycan və Ukraynadan (orada mövcud olan sərt nəzarət müəyyən qədər başa düşüləndir) başqa digərlərində dəyişikliklər baş verib. Azərbaycan manatı isə sabit olaraq eyni səviyyədə qalıb.

Читать полностью…

Mashalli

Fikrimcə "əlçatan metro" üçün sənədli film və s. yox, daha çox stansiya, həm də stansiyaların əlilliyi olan, qoca və s. insanlar üçün istifadəsini asanlaşdıran qurğular (lift və s.) inşa etmək lazımdır.

Читать полностью…

Mashalli

Bu gün həyatımda ilk dəfə faiz gəlirlərinə tətbiq olunan gəlir vergisini ödədim. Bəs sizin ilk dəfəniz nə vaxt olub?

Читать полностью…

Mashalli

Dostlar, periodik olaraq Telegram-kanalda müxtəlif təhlil materialları paylaşmağa qərar vermişəm. Bu günə kimi artıq üç material paylaşmışam:

1. Ukrayna-Azərbaycan iqtisadi münasibətlərinə dair təhlil.
2. 2022-ci ilin yanvar-sentyabr aylarında dövlət satınalmalar reyestrində vəziyyət.
3. Şuşada turizmin təhlili.

Bundan sonra digər mövzulara dair da belə tipli sənədlər hazırlayacağam (hər hansı təklif və fikirləriniz varsa, yazın).

Sadəcə əgər sizə bu fəaliyyət maraqlıdırsa, dəstək olsaz daha yaxşı olar. Dəstəyinizi aşağıdakı karta köçürmə ilə göstərə bilərsiniz (minimal məbləğ tələbi yoxdur. Əgər aktiv olsa, sonradan daha rahat sistem qurulacaq. Təəssüf hələ də bizə uyğun link üzrə ödəniş və s. tapmaq mümkün olmayıb):

4189 8000 8060 3267 (Rabitə)

Əvvəlcədən təşəkkürlər!

Читать полностью…

Mashalli

Maraqlı karyera sırasından: 2019-cu ilin oktyabrın 2-də Silk Way Aviaşirkəti” MMC-nin direktoru və eyni zamanda “Silk Way Insurance” ASC-nin isə Direktorlar Şurasının sədri Teymur Məmmədov "Silk Way Business Aviation" MMC şirkətini satın alıb. 2019-cu ilin noyabrın 8-i Teymur Məmmədov "Aviation Services Group" MMC adlı şirkət yaradır. Şirkətin qeydiyyat ünvanı Bakı Karqo Terminalın binasıdır. Bir müddət keçəndən sonra o, dekabrın 20-si, “Silk Way Aviaşirkəti” MMC-nin direktoru vəzifəsindən azad edilir. Çox vaxt keçmədən, dekabrın 24-ü (yəni 4 gün sonra) Teymur Məmmədov "Silk Way Development" MMC şirkətindən "Silk Way Helicopter Services" MMC şirkətini satın alır.

Nəticə etibarilə onun Aviation Services Group MMC-yə bir çox xidmətlər daxil olur (ASG Business Aviationin bir neçə qolu mövcuddur: ASG Construction, ASG Ground Handling, ASG Sky Catering və ASG Logistics&Supply). Yəni başqa sözlə qabaqlar, 2019-cu ilin oktyabr-dekabr aylarına kimi, hava limanında fəaliyyət göstərən bütün servis şirkətlər Silk Way-a məxsus idisə, ondan sonra müvafiq şirkətlərin bir hissəsi T. Məmmədova keçdi. Silk Way isə artıq yalnız birbaşa aviasiya xidmətlərində fokuslanmağa başladı. Onun da sahibi Zaur Axundovdur.

Yəni faktiki olaraq Azərbaycanın aviasiya sahəsi indi iki şəxsdən asılıdır: Zaur Axundov və Teymur Məmmədov (yeri gəlmişkən, 2015-ci ilin materialında qeyd olunurdu ki, T. Məmmədov "qeyri-rəsmi milyonçudur", amma biz bilirik ki, 2010-cu ildə Silkway bank-dan başqa heç yanda vəzifəsi yox idi). Azal bütün xidmətləri məhz bu şəxslərə məxsus olan şirkətlərdən əldə edir. Yeri gəlmişkən, Silkway-in 2021-ci ildə mənfəəti 974 milyon manat, ASG Helicopter Services şirkətinin isə 20 milyon manat təşkil edib. ASG Business Avtiation-ə dair sonuncu məlumat 2020-ci ilə aiddir. O zaman şirkət 28 milyon manat mənfəət əldə edib. Təxmin etmək olar ki, 2021-ci ildə müvafiq göstərici ən azı 35-40 milyon manat civarında olub.

Читать полностью…

Mashalli

Azərbaycan jurnalistlərinin və ictimaiyyətinin məqalə oxumamağa adətinin fəsadları. Yeri gəlmişkən, məqalə (daha doğrusu kiçik qeydə oxşayır) ilə aşağıdakı link üzrə tanış ola bilərsiniz (s.32-34): https://www.oecd.org/daf/competition/oecd-gvh-newsletter21-january2023-en.pdf

Читать полностью…

Mashalli

Bir dəfə burada Yakutiyada olan kinoindustriyası haqqında yazmışdım. Bu yaxınlarda öyrəndim ki, taksi servislərdən biri "İndrive" də Yakutiyada yaranıb. Şirkət orada yaranmasına baxmayaraq, müharibədən sonra öz əsas heyətini Qazaxıstana köçürüb, baş ofisi isə ABŞ-da yerləşir. İndi bir çox ölkələrdə çalışır, amma əsas bazarı qismində Meksika, Livan, Yamayka, Argentina və s. ölkələr çıxış edir. Bildiyim qədəri ilə Azərbaycanda da bir müddət reklamları getmişdi. İndi fəaliyyət göstərir ya göstərmir bilmirəm, amma şirkət Azərbaycanda lokallaşdırma vaxtı problem ilə üzləşibmiş. Bura gələndə və müvafiq olaraq tətbiqi azərbaycan dilinə tərcümə edərkən, google translate-dən istifadə edirdilər. Nəticədə, gedişi "отклонить" ya da qəbul etməmək sözü "rədd etmək" kimi tərcümə olunmuşdu. Bunu yalnız azərbaycanlı ilə birlikdə tərcüməni yoxlayarkən başa düşdülər. Amma fikrimcə saxlasaydılar (düzdür, tətbiqdən heç vaxt istifadə etməmişəm), maraqlı olardı.

Читать полностью…

Mashalli

Başa düşdüyüm qədər indi struktur bir qədər fərqlidir. Maraqlıdır ki, SOCAR-a məxsus olan İnterfax.az saytı özü belə struktur barədə məlumatlı deyil və nəticədə təqdim etdiyi rəqəmlərə görə, payçıların ümumi səhmlərin həcmi 100% yerinə 105% alınır (özlərinə zəhmət verməyib, SOCAR-ın hesabatına belə baxmayıblar). Təxmin edirəm ki, indi payçıların strukturu belədir: SOCAR – 43%, Vitol Black Sea V.L.L. – 19%, Tekfen – 10%, Ecoland – 9,8%, Polimer İnvestment – 5%, Pasha Holdinq – 4,9% və AKKİK – 4,1%. Bundan başqa 4,2% qalır. Bu payın kimə məxsus olmasını demək mümkün deyil. Şirkətin ayrıca hesabatları yoxdur (amma təxmin etmək olar ki, eyni səhmdarlara məxsusdur. Əlavə kimsə daxil olsaydı, məlumat olardı).

Yeri gəlmişkən, SOCAR 5% Tekfenə satandan sonra SOCAR Polimer İnvestments şirkətində payı əksinə 5% artıb. İndi bu nə deməkdir, demək çətindir.

Hər bir halda kimsə hansısa məlumat verəndə, ən azı ətraflı məlumat verməlidir. Bir payçını göstərməklə keçmək fikrimcə mənasızdır (bu payçıya yanaşmanız necə olmasından asılı olmayaraq).

Читать полностью…

Mashalli

Polietilen torbalar barədə cəmiyyətdən müəyyən müzakirə düşmüşkən, fikirləşirəm ki daha çox tullantıların çeşidlənməsi barədə danışmaq lazımdır. Misal üçün, mən indi tullantıları dörd bölmə üzrə çeşidləyirəm:

– Kağız, karton, plastik, şüşə, metal (müvafiq konteynerlərə atıram);
– Batareyalar (müəyyən qədər toplayandan sonra müvafiq toplanma nöqtələrinə aparıram);
– Geyim (geyim üçün olan xüsusi konteynerlərə atıram);
– Digər tullantılar.

Bəs siz?

Читать полностью…

Mashalli

O gün, Meydan.tv-ə müsahibə verərkən, demişdim ki, əgər mənasız rəqabət başlamasa, bu addımın müəyyən effekti ola bilər (özü də ətraf mühitə yox, daha çox istehlak vərdişlərinə. Ətraf mühitə təsiri üçün tam başqa addımlar lazımdır). Hətta kiçik marketlər də tədricən torbaları pullu verəcək və s.

Amma... heç bir-iki saat keçməmiş, sosial şəbəkələrdə bu paylaşımı gördüm. Yəni bir tərəfdən polietilen paketlərin istifadəsini məhdudlaşdırmağa çalışırsan, başqa tərəfdən endirim hesabına müştəri cəlb edirsən. Bu azmış kimi, bu gün şərhlərdə "Bravo"-nun nümayəndəsi deyir ki, "bu qanunla əlaqəli bütün münasibətlər nazirlik tərəfindən tənzimlənir". Yəni nazirlik deyir (yeri gəlmişkən, bu yeganə belə aksiya deyil) ki, endirim edin? Nəsə...

Читать полностью…

Mashalli

Xatırlayırsınızsa, keçən il biz, @mashalli və @cpkfm olaraq, istehlakçıların iqtisadiyyatda baş verən hadisələrə yanaşmasını öyrənmək məqsədilə sorğu keçirmişik. Müvafiq sorğunun nəticələrinə əsasən (500 respondent iştirak etmişdi) bizim tərəfimizdən İstehlakçı İnam İndeksi tərtib olunmuşdu. Bəs bu il ərzində hər hansı dəyişiklik baş veribmi? Bunu başa düşmək üçün biz yenə də sorğu keçirmək qərarına gəldik. Səbəb çox sadədir.

Təəssüflər olsun ki, bir il keçməsinə baxmayaraq, Mərkəzi Bank və bir sıra digər strukturlar müvafiq sorğuları keçirmələrinə baxmayaraq, onların nəticələri barədə hələ də hər hansı məlumat təqdim etmirlər. Nəticədə istehlakçı davranışında dəyişikliklərin baş verib-verməməsini biz yalnız təxmin edə bilərik. Ehtimallar üzərində isə tədqiqat qurmaq mümkün deyil. Dəyişiklikləri başa düşmək üçün yenə sorğu keçirmək vacibdir.

Aşağıdaki keçid üzrə keçib, sorğunun suallarını cavablandırıb, sonradan ətrafınızla bölüşsəz, bizə dəstək olarsınız. Əvvəlcədən təşəkkürlər!

Keçid: https://cutt.ly/532qxTP

Читать полностью…

Mashalli

Pul köçürmələri haqqında: OECD-nin məlumatına görə, 2020-ci ildə Azərbaycana köçürülən pulların 33%-i Lənkəran rayonunun payına düşürdü.

Читать полностью…

Mashalli

Pandemiya və müharibə ilə yadda qalan 2020-ci il həm də hökümətin qazla bağlı yeni siyasətinə görə əlamətdar oldu. Bayram ərəfəsində—dekabrın 28-də Nazirlər Kabineti əhaliyə “Azərbaycan Respublikası daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında qərar” adlı yeni il hədiyyəsini təqdim etdi. Bu qərara görə, təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə həvalə edildi. Yəni, əvvəl qazı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan “Azəriqaz” İstehsalat Birliyi elə “SOCAR”ın daxilində olan “Azneft” İstehsalat Birliyindən alır, əhaliyə satırdısa, indi bu əməliyyatda vasitəçi yarandı. İndi “Azneft” İB təbii qazı “Azərkontrakt” ASC-yə satır, “Azəriqaz” İB, eləcə də “Azərenerji” ASC və digər müştərilər qazı “Azərkontrakt”dan alırlar.

Yaxşı bəs bu Azərkontrakt necə qurumdur? Nə ilə qazanır? Nə edir?

Bir qədər ətraflı olaraq yazımda bu suallara cavab verməyə çalışdım: https://www.openazerbaijan.org/topics/ara-d-rma/halinin-od-diyi-qazpulu-kimin-cibini-doldurur/

Читать полностью…

Mashalli

- Лопухин А.А. Из итогов служебного опыта: Настоящее и будущее русской полиции. Москва. 1907. 77с. – Rusiya oxrankasının tarixində maraqlı şəxslər olub. Birisi barədə yuxarıda (Cunkovski) yazmışam, daha birisi A.A. Lopuxin idi. Bir müddət (birinci rus inqilabın ilkin dövrü) polis rəhbəri idi. Rəhbər olduğu dövrdə oxranka-nı və ümumiyyətlə mövcud olan polis sisteminin dəyişdirilməsini çalışırdı. Bu kitab onun vaxtilə yazdığı hesabatlar əsasında tərtib olunub. O qeyd edirdi ki, indi mövcud olan polis sistemi tamamilə uyğun deyil. Eyni zamanda müxtəlif islahatların aparılmasına çağırırdı. Misal üçün, deyirdi ki, müxtəlif ittifaq və dərnəklərin yaranmasına şərait yaratmalıyıq. Yoxsa 1905-ci ilə kimi olan vəziyyətdə heç kim heç bir dərnək yarada bilmirdi – qadağan idi. Nəticədə qanunla hesablaşmayan inqilabçılar problemsiz fəaliyyət göstərirdilər, çünki fəaliyyətləri onsuzda gizli idi və hökumət ilə hesablaşmırdılar. Ortada olan, hökumətə nisbətən mülayim yanaşan şəxslər isə təşkilat yaratmaqdan qorxurdular, çünki qadağandır. Bu şəraitdə inqilabçılar inkişaf edirdi, hökuməti dəstəkləyənlər isə heç nə edə bilmirdilər. Yəni məntiqi daha çox hökumətyönümlü idi. Amma bununla belə monarxiyaya qarşı çıxış edirdi (müvafiq kitabda bunu açıq-aydın görmək olar) və konstitusiyası olan respublika tələb edirdi. Bununla bərabər real həyatda bir qədər fərqli şəxs idi. Yəni mövcud olan qanunları sevmirdi və nifrət edirdi. Amma bu özü üçün və hesabatlarına aid idi. Buna baxmayaraq kimisə təhqiqata və s. cəlb edirdisə, məhz mövcud olan qanunları nöqtə-vergülünə kimi istifadə edirdi. Faktiki ikili həyat yaşayırdı – bir tərəfdən islahatları tələb edir və mövcud vəziyyət ilə razılaşmır. Başqa tərəfdən pedantik polis həyatı idi. Yeri gəlmişkən, tarixə də maraqlı bir addımı ilə düşüb. Məhz A.A. Lopuxin müvafiq inqilabi məhkəmədə Azefin oxrankada çalışan provokator olduğunu təsdiqləmişdi. Bəlkə buna görə, inqilabdan sonra nə A.A. Lopuxin, nə də Cunkovskiyə inqilabdan sonra yaranmış heç bir hərəkat toxunmamışdı.

- Шоу Г. Египетские мифы. Москва. 2023. 240с. – uşaqlıqda bir müddət miflər ilə maraqlanırdım. Hətta yunan mifologiyasını əzbər bilirdim. Elə o dövrdə ən çətin gələn Misir mifologiyası idi. Heç baş açmaq olmurdu. Bu Hor kimin oğludur, bu Set nə edir və s. (ya da niyə Ra, başqa yerlərdə Amon-Ra, sonra Aton-Ra və s.). Əslinə qalsa müxtəlif dövrlərə aid məlumat olduğu üçün bu izah olunandır. Yəni yunanlardan fərqli olaraq, misirlilər oturub, eramızın əvvəlində öz mifologiyalarını sistemləşdirməmişdilər. Ona görə yunan və ya roma mifologiyası daha sistemli görsənir. Buna baxmayaraq misir mifologiyası bizim bu günümüzə belə təsir edir (müxtəlif adət-ənənələr oradan gəlib. Sonradan xristianlığa, islama və s. keçib). Ona görə bu kitab qarşıma çıxanda, sevindim. Müəllif qısa olaraq misir mifologiyasının tarixini və strukturunu izah etməyə çalışır. Nəhayət, neçə ildən sonra misir mifologiyasını təxmini başa düşdüm.

- Бордюгов Г.А., Козлов В.А. История и конъюнктура. Москва. 1992. 352с. – iki sovet tarixçisi konyunkturanın tarixi tədqiqatlara təsirini araşdırmağa çalışdılar. Müəlliflər çox uzağa getmədən, 1987-ci ildən bəri yazdıqları məqalələrini bir topluda yığıb, dərc etdilər. Bununla da bizə müxtəlif siyasi konyuktura (nisbətən azadlıq – 1987, daha çox azadlıq – 1988-1989, ürəyin nə istəyir, yaz – 1990) çərçivəsində yazıların necə inkişaf edib/etməməsini göstərməyə çalışdılar.

Читать полностью…

Mashalli

Fevral ayı yanvardan daha qısa olmasına baxmayaraq, niyəsə daha çox kitab oxumuşam. Onlar barədə qısa olaraq:

- Джанибекян В. Провокаторы. Воспоминания, мысли и выводы. Москва. 2000. 396с. - deməli Rusiya imperiyasında fəaliyyət göstərən mühafizə idarələri arasında ("oxranka") tarixi ən gizli olanlardan biri də Bakı idarəsi idi. Problem çox sadədir. 1912-1913-cü illərdə bu idarə yeni imperiya polis rəisi (V. Cunkovski maraqlı şəxs idi. Vəzifəyə gələn kimi 12 idarədən 9-nu bağladı. Bu azmış kimi agentlərin sayını bir neçə dəfə azaltdı və hətta polis agentləri üçün çalışmağa qadağan olunan sahələri təsdiq etdi. Onun fəaliyyəti nəticəsində Dövlət Dumasına deputat seçilmiş polis agentləri qaçmalı oldular) tərəfindən bağlatdırılmışdı. Bundan başqa fevral inqilabının birinci günündə onun arxivi yandırılmışdı. Ona görə Bakıda çalışan provokator və agentlərə dair məlumat azdır. Keçən ay oxuduğum xatirələrdən bolşeviklər arasında olan provokatorlar (onlar adi agentlərdən fərqlənirdilər. Agent sadəcə məlumat ötürür. Provokator isə əksinə təşkil edir. Misal üçün, İsa bəy Aşurbəyov rəsmi provokator deyildi, amma özü Hümmətin bir bölməsini təşkil etdi və sonradan bütün üzvlərini polisə təhvil verdi) barədə oxudum. Bu barədə ətraflı ədəbiyyat axtararkən V. Canibekyanın kitabına rast gəldim. Uzun müddət Bakıda yaşamış Gəncə ermənisi V. Canibekyan müxtəlif provokatorlar barədə kitab yazmağa qərar verdi. Kitabı hansısa Morozova adlı inqilab veteranın xatirələri və onunla söhbəti kimi göstərir. Bəzi maraqlı faktları çıxmaq şərtilə, qalanı müəllifin bədii yaradıcılığıdır. Kitab 400 səhifədir, amma yalnız iki ya üç səhifəsində Bakıda fəaliyyət göstərən oxranka agentləri barədə məlumat var;

- Эдельман О. Сталин, Коба и Сосо. Молодой Сталин в исторических источниках. Москва. 2016. 128с. - Stalinin bioqrafiyası cəhətindən maraqlı mənbələr toplusudur. Bu müəllifi mən qabaqlar dekabristlər mövzusundan tanıyırdım (özünü Sovet dövründə dekabristlər haqqında yaradılmış "miflərin" qıranı kimi göstərməyə çalışırdı. Amma nəticədə Sovet dövrünə aid bir çox nəticələri təsdiqləyirdi (dolayı da olsa)). Arxiv işçisi olduğu üçün müxtəlif mövzulara girişir və sən demə əsas mövzularından biri də Stalindir. Maraqlı yanaşması var. Deyir ki, Stalinin gəncliyinə həsr olunan heç bir mənbəyə inana bilmərik, çünki: 1) onlar ya xaricdə yazılıb və müvafiq olaraq Stalinin düşmənləri tərəfindən, 2) SSRİ-də 30-cu illərdə yazılıb. Bu da əksinə ona mədhiyyə oxuyanlar tərəfindən yazılıb, 3) SSRİ-də 20-ci illərdə yazılıb. Bu da partiyadaxili mübahisələrin nəticəsidir. Yəni onun gəncliyi haqqında normal mənbəmiz yoxdur (yeri gəlmişkən, O. Edelmanın Stalinin Batumi aksiyası haqqında məqaləsi maraqlıdır). Nə edək? Sadəcə bütün mənbələri tənqidi filtrdən keçirmək lazımdır. Mənbəşünaslıqla məşğulsunuzsa, O. Edelmanın bu işini tövsiyə edə bilərəm;

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2022-ci ildə 446,7 min Rusiya vətəndaşı gəlib. Eyni zamanda Rusiya Sərhəd Xidmətinin məlumatına görə, bu göstərici 399,3 min nəfərdir. Yəni təxmini 48 min Rusiya vətəndaşı Azərbaycana başqa ölkədən gəlib. Eyni zamanda Rusiya Sərhəd Xidməti deyir ki, ölkəmizə turizm məqsədilə 92,7 min nəfər gəlib. Amma bizim statistika bu rəqəmi 299,4 min nəfər olaraq göstərir.

P.s. bir məsələni qeyd etmək lazımdır. Burada "nəfər" yazıram, amma məsələ ondan ibarətdir ki, bu gediş sayıdır. Yəni bir vətəndaş iki dəfə səfər edibsə, bu artıq avtomatik olaraq iki gediş sayılacaq.

Читать полностью…

Mashalli

Bir az müasir tariximiz barədə: 2007-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan üzrə pul köçürmələrinə dair sorğu keçirmişdi. Sorğu 4 min şəxsi əhatə edərək, əhalinin 80%-nin yaşadığı bölgələr üzrə keçirilmişdi. Amma bununla belə, 4 iqtisadi rayonda sorğu keçirilməmişdi. Sorğu tərtibatçıları bunu iki səbəblə əsaslandırdılar: "aşağı sıxlıq olan bölgələrdə ekstrim çətinliklər" (Quba-Xaçmaz iqtisadi rayonu) və "təhlükəsizlik" (Naxçıvan, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları). O zaman işğal altında olan bölgələrdə təhlükəsizlik məsələləri başa düşüləndir, amma Naxçıvanda nə problem var idi?...

Читать полностью…

Mashalli

Bu yaxınlarda Facebook səhifələrinin birində belə bir zarafatı gördüm. Heç vaxt düşünməzdim ki, zarafat səhifələri ticarət statistikası ilə maraqlanırlar. Nə isə, reallıqda "trucks" yox, sadəcə 1 truck. Onun da dəyəri 86,5 min dollar idi. Əslinə qalsa düşünürəm ki, normal qiymətdir (misal üçün, elanlar saytında 2016-ci ildə istehsal olunmuş və 714 min km keçmiş DAF truck-ı 107 min manata satılır). Niyə Tuvalu yazılıb? Bunu demək çətindir.

Başqa tərəfdən düşünürəm ki, səhifə adminləri ticarət statistikasını bir qədər araşdırsaydılar daha maraqlı faktlar tapardılar. Misal üçün, Azərbaycan Tokelaudan 10 ədəd süpürgə, Kuk adalarından 1 ədəd spidometr, Cersi adasından 10 kq şirin peçenye idxal edib

Читать полностью…

Mashalli

İşğaldan azad olunmuş torpaqlarda qurulan infrastruktur və ümumiyyətlə orada atılan bir çox addımlar ictimaiyyətdən gizli saxlanılır. Ona görə tam ətraflı və detallı məlumata malik deyilik.

Bu şəraitdə mən konkret olaraq bir sahəni araşdırmağa qərar verdim - Şuşa şəhərində turizm (ən azı çalışan yeganə sahədir deyəsən). Bildiyiniz kimi 2022-ci ilin əvvəlindən oraya avtobus reysləri işə salınıb. Bundan başqa orada bir çox tədbirlər keçirilir. Bəs bunun hesabına Şuşa nə qədər qazanıb (bəllidir ki, vəsaitlərin böyük hissəsi dövlət büdcəsi hesabına xərclənib. Amma orada mövcud olan bir çox obyektlər özəldir. Misal üçün, "Xarıbülbül" mehmanxanası, "Qoç ət" restoranı və s.)?

Bu suala cavab vermək üçün mövcud vəziyyəti qısa olaraq təhlil etdim və təqdimat formasında hazırladım. Ümidvaram maraqlı olacaq.

Читать полностью…

Mashalli

2022-ci il təkcə Azərbaycan hökuməti üçün yox, həm də şirkətləri üçün deyəsən uğurlu olub. Keçən həftə mənfəətin əldə olunması ilə bağlı iki müxtəlif şəxs çıxış edib. Əvvəl “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə məlumat verib ki, "“CinemaPlus” 2 illik pandemiya fasiləsindən sonra hesabat dövrünü xalis mənfəətlə bitirib". Eyni gündə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev Azərtac-a verdiyi müsahibədə xəbər verib ki, "ilkin nəticələrə görə AZAL-ın tarixində ilk dəfə olaraq ötən ili xalis mənfəətlə başa vurmasıdır". Mənfəətin həcmi və s. barədə isə hər hansı bir məlumat verilməyib.

Читать полностью…

Mashalli

Dünəndən sosial şəbəkələrdə Trendyolla bağlı müzakirələr gedir. Ancaq, görünür odur ki, bu xəbəri tirajlayanların çoxu həmin məsələnin qeyd edildiyi mənbəni tam oxumayıb. Xəbər başlıqlarında Trendyola məhdudiyyətlər tətbiq edilməyə hazırlaşıldığı ilə bağlı xəbərlər mübahisəlidir.

Məsələ bundan ibarətdir ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi elmi konfransda çıxışı zamanı deyib ki, “Azərbaycan bazarındakı pərakəndəçilər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi.

Bu təklifkər həmin qeyd etdiyim jurnalda dərc edilib. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir ki, yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün biz hesab edirik ki, bu sahədə gələcəkdə müəyyən requlyativ tədbirlər aparılmaqla Azərbaycanda satış dövriyəsi yuxarı olan xarici mənşəli platformaların yerli nümayəndəliyi açılsın. Amma bu məsələ hazırda müzakirə mövzusu deyil".

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: tədqiqata görə, 2022-ci ildə Rusiyaya işləməyə 95,1 min Azərbaycan vətəndaşı gəlib (bu gostəriciyə görə 6-cı yerdə qərarlaşmışıq). Bu 2021-ci ilin göstəricisi ilə müqayisədə 21,1% artım deməkdir. Yeri gəlmişkən, bizim Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2022-ci ildə Rusiyaya 267,3 min Azərbaycan vətəndaşı səfər edib. Onların yalnız 124 mini turizm məqsədi ilə ora gediblər, 143,3 mini isə "digər məqsədlər" göstərilib.

Читать полностью…

Mashalli

Polietilen torbalar barədə: deməli bir neçə gün əvvəl Yeni Avaz “araşdırma” keçirərək müəyyən edib ki, polietilen torbaların satışından SOCAR Polymer milyonlar qazanacaq. Düzdür buna heç araşdırma da demək mümkün deyil. Birincisi bundan əvvəl SOCAR Polymer xammalı pulsuz satmırdı və müvafiq torba istehsalçıları da paketləri supermarketlərə pulsuz təqdim etmirdilər. Yəni heç bir nə yenilik var, nə də başqa bir faydalı məlumat.

Mən onların yerində ilk əvvəl supermarketlərin polietilen torbanın satış qiymətini necə müəyyən etdiklərini öyrənməyə çalışardım. Yəni bütün şəbəkələrdə eyni qiymətin olması – bu birbaşa razılıq deməkdir. Bu isə antiinhisar qanunvericiliyin pozulmasıdır. Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti özü bildirib ki, “Polietilen torbaların qiymətləri həmin siyahıya (yəni “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”) daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır”.

Xidmətin bildirdiyinə görə qiymətləri sahibkarlar sərbəst müəyyənləşdirmək imkanına malikdilər. Düşünürəm ki, sərbəst müəyyən edərkən birdən birə hamı eyni qiyməti müəyyən edə bilməz. Ehtimal edirəm ki, bu qiymət Xidmət və müvafiq şəbəkələr arasında razılaşma əsasında müəyyən edilib. Amma hər bir halda xidmətin bu arada iştirak etməsi, qanun pozuntusuna (kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin... qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) hər hansı bir imkan vermir.

Yeri gəlmişkən, KİV-lərdə olan məlumata görə, 2019-cu ildə də supermarketlər polietilen paketləri 5 qəpiyə alırdılar. İndi qiymət dəyişibmi? Bu barədə heç bir məlumat yoxdur.

“Araşdırma”-da ikinci məqam SOCAR Polymer ilə bağlıdır (maraqlıdır ki, araşdırmaçılar heç istehsalçılar barədə məlumat vermir. Elə təəssürat yaranır ki, bazarda sonuncu məhsulu satan da SOCAR-dır. Amma bu belə deyil). Müəlliflər özlərinə əziyyət verməyib, google-a müraciət etmədən sadəcə yazdılar ki, “Şirkətin əsas səhmdarları arasında SOCAR ilə yanaşı ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” də yer alır”. H. Müntəzir də bu məqamı istifadə edərək, əvvəl yazdı ki, pullar Paşaya çatacaq. Amma deyəsən sonra səhvini başa düşərək (torbalar bundan əvvəl də pulsuz verilmirdi) postunu bir az redaktə etdi.

Paşa Holdingə yanaşmam bəllidir. Amma bir vacib məqamı qeyd etmək lazımdır ki, SOCAR Polymer-də təkcə Paşa Holding iştirak etmir. İlk əvvəl qeyd etmək lazımdır ki, şirkət yaradılarkən, SOCAR-ın payı 52,2% idi (əvvəlcə 71% idi, sonradan bir hissəsini Vitol və Ecoland aldı). Ondan başqa burada “Vitol Black Sea V.L.L” (19%), Pasha Holdinq (9,9%), Ecoland (ya da Gilan Holdinq, 9,8%), Polimer İnvestment (ya da Azinko, 5%) və AKKİK (və ya Azərsun Holdinq, 4,1%). Yəni göründüyü kimi yarandığı dövrdə bu şirkətdə Azərbaycanda mövcud olan bütün iri holdinglər təmsil olunmuşdu. Yəni Yeni Avaz sadəcə yaza bilərdi ki, burada Paşa, Azərsun, Gilan və Azinko iştirak ediblər. Amma bunu etmədi.

Bundan başqa SOCARdan sonra şirkətin ən iri səhmdarı Vitol şirkətinin hansısa törəməsidir (elə təxmin edirəm. Düşünmürəm ki, hansısa kiçik şirkəti Vitol adı ilə təsis edərdilər. SOCAR Vitol (iri neft satışı şirkəti) ilə əməkdaşlıq edir). Bu yaxınlarda isə, 2019-cu ilin sonunda şirkətin səhmdarlar sırasına Tekfen daxil oldu. Onlar 10%-lıq payı əldə etdilər. Burada 5% SOCAR-a və 5% də Pasha Holdingə aid olan paylardan söhbət gedirdi.

Читать полностью…

Mashalli

Bu yaxınlarda Racingnews365 (müvafiq sahə üzrə iri platformalardan biri) adlı portalda D. Renken adlı jurnalist (bu sahə üzrə çoxdan məşğul olur) maraqlı bir reytinq təqdim edib. Onun hesablamalarına görə F1-in operator şirkəti yalnız yarışların keçirilməsinə görə 2023-cü ildə 711 milyon dollar qazanacaq. Bunun da 8%-i Azərbaycanın payına düşəcək. Göründüyü kimi yarışların keçirilməsinə görə ən çox vəsait ödəyən Azərbaycandır.

Bəs yarışlar 2024-cü ildən sonra davam edəcəkmi? Müəllifin dediyinə görə indi tərəflər 10 illik müqaviləni müzakirə edirlər. Deyilənə görə Azərbaycan tərəfi ödənişin azaldılmasını istəyir.

Читать полностью…

Mashalli

Maraqlı məlumatlar sırasından: Bloomberg tərəfindən tərtib edilmiş son 30 ilin ən uğurlu səhmləri reytinqi.

Читать полностью…

Mashalli

2022-ci ilin nəticələrinə görə, AZAL Gürcüstana və Gürcüstandan 209415 sərnişin daşıyaraq, 6-cı yeri tutub. Müqayisə üçün, Dövlət Statistika Komitəsinin məlumatına görə 2019-cu ildə yalnız 28447 Azərbaycan vətəndaşı Gürcüstana hava yolu ilə gedib. Gürcüstandan Azərbaycana səfər etmiş Gürcüstan vətəndaşlarının isə 10899 nəfəri hava yolu Bakıya gəlib. Bu, aviaşirkət üçün maksimum 78,7 min sərnişin deməkdir.

Daha ətraflı: https://openazerbaijan.org/topics/regional-muqayis/quru-s-rh-dl-rin-ba-l-qalmas-ndan-qazanan-t-kc-azald-r/

Читать полностью…
Subscribe to a channel