mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Maraqlı faktlar sırasından: 2023-cü ilin yanvar ayında dövlət büdcəsinə "hüquqi şəxslərin mənfəət vergisi" üzrə 2 milyard 345 milyon manat daxil olub. Müqayisə üçün, 2022-ci ilin yanvar ayında müvafiq göstərici 494,9 milyon manat təşkil etmişdi (hətta 2019-cu ilin yanvarında bu göstərici 344 milyon manatı keçməmişdi).

Читать полностью…

Mashalli

Dünən maraqlı bir hadisə baş verib. Deməli, APA-nın verdiyi məlumata görə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Tarixin dərsləri” layihəsinə start verilib (Tarix, Gənclər və İdman Nazirliyi, İdman Akademiyası - nə əlaqə?). Layihənin də ilk qonağı müdafiə sənayesi naziri Mədət Quliyev olub (müdafiə sənayesi və Tarixin dərsləri arasında hansı əlaqə ola bilər?). O da öz çıxışında həm də müdafiə sənayesi haqqında danışıb (İdman Akdemiyasında müdafiə sənayesi ilə maraqlanan nə qədər insan var ki?).

Danışarkən, o həmçinin qeyd etdi ki, "Bu baxımdan heç bir dövlət ola bilməz ki, silah baxımından heç bir dövlətdən asılı olmasın. Hətta ABŞ-ın özü bizdən və digər dövlətlərdən silah-sursat alır. Bu, sadəcə bir işdir, ümumi bir istiqamətdir. Biz də burada aktiv işləyirik". Nəsə xüsusi bir məlumat deyildi. Amma APA-da siz bu məlumatı ümumiyyətlə tapa bilməyəcəksiniz, Report isə bu xəbəri yerləşdirib, amma sonra saytdan yığışdırıb. Bu azmış kimi qarşıma bu məsələnin "dövlət sirri" olduğunu yazanlar da çıxıb.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, M. Quliyev nəsə yeni bir məlumat paylaşmayıb. İki gün əvvəl mən "Azərbaycanın gizli ixracatı" adlı qısa arayış yerləşdirmişdim. Bu arayış ilə tanış olsanız görə bilərsiniz ki, 2022-ci ildə Azərbaycan "9306. Bombalar, qumbaralar, torpedalar, minalar, raketlər və döyüş aparmaq üçün analoji vasitələr, onların hissələri" mövqeyi üzrə 548 min dollarlıq ixracat həyata keçirib. Bəs bu məhsulları biz kimə satmışıq? Bəli, ABŞ-a. "Dövlət sirri" axtarışında olan şəxslər üçün qeyd etməliyəm ki, bu məlumatı heç bir məhdudiyyət olmadan ABŞ-ın gömrük qurumları paylaşıb.

Читать полностью…

Mashalli

Dövlət satınalmalar portalında dəyişikliklər (bu dəyişiklikləri edən şəxsi görmək istərdim. Yəni şəffaflığa qarşı edilə bilən maksimumunu deyəsən edib. Belə deyək, bəzi müsbət dəyişikliklər (bütün məlumatların bir səhifədə toplanması) mənfi dəyişikliklər fonunda görsənmir) ediləndən sonra orada Naxçıvan MR-da fəaliyyət göstərən qurumların satınalmaları da dərc olunmağa başlayıb. Bu yaxınlarda qarşıma Naxçıvan MR İqtisadiyyat Nazirliyinin "dəftərxana ləvazimatları" alışına dair müqaviləsi çıxdı. Müqavilənin dəyəri çox da yüksək deyil - 9 818,1 AZN. Amma müqavilənin özü (daha doğrusu satınalma portalında yerləşdirilmiş strukturu) maraqlıdır.

Yerləşdirilmiş məlumata görə, "dəftərxana ləvazimatları" çərçivəsində 30 paçka "skripka" (skrepkanı skripka olaraq yazmaq maraqlıdır. Amma azərbaycanca skrepka sözü də deyəsən yoxdur), 12 ədəd "pas-pas" əskisi, 24 ədəd "pas-pas əskisi", 36 ədəd aftafa və 12 ədəd aftafa vintilli, 2 ədəd aftyorka (bu nədir?) və s. alıb. Başqa tərəfdən öyrəndik ki, nazirliyə il ərzində 371 paçka kağız lazım olur.

Читать полностью…

Mashalli

Türkiyə Podratçılar birliyinin məlumatına görə 2022-ci ildə türk podrat şirkətləri Azərbaycanda göstərdikləri xidmətlərə görə əldə etdikləri ödənişlər. Sizcə oktyabr-dekabr aylarında nə baş verib?

Читать полностью…

Mashalli

Bu yaxınlarda Ukrayna mediasında və Rusiyanın sosial şəbəkələrində İosif Priqojin (müğənni Valeriyanın əri və prodüseri) və Fərhad Əhmədovun telefon danışığının yazısı yayılmışdı. Telefon danışığının real olub-olmamasını demək çətindir (ən azı İ. Priqojin deyir ki, bu real deyil), amma bir fakt məni maraqlandırdı. Deməli, söhbət əsnasında F. Əhmədov sanksiyaların təsiri haqqında danışarkən (o həm ABŞ (2018-ci ilin yanvarın 29-dan), həm Avropa İttifaqının (2022-ci ilin aprelin 8-dən) sanksiyaları altındadır) deyir ki, “Мы, например, гранатовый сок экспортировали в 52 страны бл.... Сейчас экспортируем в 26. Ровно наполовину. Все транзакции не проходят” (Biz, misal üçün, nar şirəsini 52 ölkəyə ixrac edirdik,... İndi isə 26-sına. Yəni yarıbayarı azaldı. Bütün tranzaksiyalar keçmir - müvafiq səsyazısının 24.15-ci dəqiqəsi).

Düzdür F. Əhmədovun sahib olduğu "Teymur Əhmədov adına Aznar" QSC-nın dövriyyəsi barədə məlumatlı deyilik. 2018-ci ildə şirkətin satışı 3,2 milyon manat civarında idi, amma o zaman zərər ilə çalışırdı. 2021-ci ildə şirkət 76 min manat mənfəət əldə edib, amma dövriyyəsinə dair məlumat verməyib. Açıq mənbələrdən biz bilirik ki, Aznar QSC-yə məxsus olan və Rusiyaya nar idxalı ilə məşğul olan şirkətin dövriyyəsi 3 milyon manat təşkil edib (zərər ilə çalışırdı). Bu da Rusiyaya satılan narın təxmini 5-8%-dir. İndi ona məxsus olan başqa şirkətlər ilə satışa dair məlumatımız yoxdur.

Başqa tərəfdən Dövlət Gömrük Komitəsinin məlumatlarına istinad etsək, görə bilərik ki, 2021-ci ildə Azərbaycan 36 ölkəyə nar şirəsini ixrac edib. Təxmin edə bilərik ki, digər ölkələrə nar şirəsi Rusiya və ya digər ölkələr vasitəsilə çatdırılıb. Yeri gəlmişkən, 2022-ci ildə Azərbaycan nar şirəsi ixracı coğrafiyası 35 ölkədən ibarət idi.

Bəs ixracın həcmində hansı dəyişikliklər baş verib? Aşağıda təqdim olunan cədvəldən görə bilərsiniz ki, həm fiziki həcm olaraq, həm də gömrük dəyəri olaraq nar şirəsinin ixracı azalıb. Rəsmi məlumata görə fiziki həcm olaraq 18% azalma qeydə alınıb. Azalmanın bir hissəsi MDB və Ukrayna ilə bağlıdır (misal üçün, Ukraynaya ixrac 4 dəfə, Belarusa 2 dəfə azalıb), başqa hissəsi isə F. Əhmədova qarşı sanksiya tətbiq etmiş və onlara yaxın olan ölkələr hesabına baş verib (Polşa 63%, Kanada, Litva və Estoniya üzrə 17% və s.). Düzünü desəm birbaşa olaraq bu faktın Azərbaycanın ixracatına təsir edib-etmədiyini demək çətindir ("Aznar" QSC-nin ən azı dövriyyə məlumatlarına malik olmalıyıq), amma fakt odur ki, nar şirə ixracatı azalıb. Müqayisə üçün nar ixracı əksinə artıb.

Читать полностью…

Mashalli

1924-cü ildə Bakı şəhər nəqliyyatının bir növünə dair

Читать полностью…

Mashalli

Gürcüstanın iri broker şirkətlərin biri, “Galt & Taggart”-ın proqnozlarına görə, ölkə iqtisadiyyatı 2023-cü ildə turizm hesabına təxmini 4 milyard dollar qazanacaq. Onların hesablamalarına görə, 2023-cü ildə gələn turistlərin sayı 7,7 milyon nəfərə çatacaq. Onlar hesab edirlər ki, turist sayının artımı əsasən Çin, İsrail, Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, İordaniya, Səudiyyə Ərəbistan, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Oman hesabına baş verəcək. Göründüyü kimi bu iri siyahıda Azərbaycan heç göstərilmir.

Читать полностью…

Mashalli

Təhsil problemlərinə dair: Bakı şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ildə 2022-ci il ilə müqayisədə 67 min daha çox qəzet və jurnal (siyahıda olan qəzet və jurnalların yarısı onlayn variantda da mövcuddur) almağı planlaşdırır. Bəs siz daha çox qəzet alacaqsınızmı?

Читать полностью…

Mashalli

Bu yaxınlarda keçirilmiş məşhur mətbuat konfransında "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov deyib ki, "Həmçinin Bakıda və Abşeronda su qəzalarının uçotu dəqiq aparılır". Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, 2015-2017-ci illərdə su təsərrüfatının vəziyyətinə dair dərc olunmuş statistik hesabatlar baş vermiş qəzaların sayı dəqiq göstərilirdi. 2018-ci ildə nəsə baş verdi və müvafiq statistikanın verilməsi dayandırıldı. Nəticədə ictimaiyyət heç qəzaların sayı barədə məlumatlı deyil. Bizdə sevirlər adətən pozitiv statistikanı paylaşmağı, amma problemlər barədə də statistika var və onu da paylaşmaq lazımdır. Amma görünür Azərsu uçotu o qədər dəqiqliklə aparır ki, ictimaiyyəti məlumatlandırmağı yaddan çıxarır.

Читать полностью…

Mashalli

Bizdə bəzi "aktiv" insanlar düşünürlər ki, hər məsələyə şərh bildirməlidirlər. O gün bu skrin qarşıma çıxdı (deyəsən sonradan silib. İzləmirəm deyə dəqiq deyə bilmərəm). İnsan sadəcə KİV-ə istinadən yazır ki, AFFA-nın hesabatında 6,8 milyon "digər və sair" xərclərdir. AFFA-nı heç bir halda müdafiə etmirəm, amma AFFA "sair xərcləri" detallı olaraq hesabatında açıqlayır (bəlli olmayan səbəblərə görə, stadionların və federasiyaların saxlanma xərcləri "sair" olaraq gedir). İnsan isə KİV-də olan məlumatı "hesabat" sayıb. Fikrimcə hesabata ən azı rəsmi saytdan baxmaq lazımdır.

Читать полностью…

Mashalli

Dövlət Statistika Komitəsinin 2021-ci ilə aid məlumatına görə, Saatlı rayonu üzrə ev təsərrüfatları rayona verilən içməli suyun 65%-i istehlak edir. Qeyd etmək lazımdır ki, əhali tərəfindən istehlak olunmuş suyun həcmi 559 min kubmetr olduğu halda, rayon üzrə su itkisinin həcmi 456,2 min kubmetrə bərabər idi.

Bununla belə su təminatına görə yığılan ödənişlərin həcmində əhali abonentlərinin payı 90,2% təşkil edir. Yəni "digər istehlakçılar" suyun 35%-ni istifadə etdikləri halda, ödənişlərdə payları 9,8% təşkil edir.

Читать полностью…

Mashalli

Azərbaycan və Rusiyada “Coca-Cola”

Artıq bir müddətdir ki, Rusiyada yaşayanlar qeyd edirlər ki, müvafiq istehsalçıların bazardan çıxmasına baxmayaraq ölkədə bir sıra Avropa və ya ABŞ məhsulları hələ də satılır. Amma araşdırarkən, məlum olur ki, müvafiq məhsullar Avropa və ya ABŞ-dan yox, həmsərhəd ölkələrdən gəlir. Belə məhsullar arasında “Coca-Cola” da seçilir. Bildiyiniz kimi müvafiq şirkət Rusiyada öz fəaliyyətini dayandırıb. Nəticə etibarilə, “Coca-Cola” da rəsmi olaraq Rusiyaya çatdırılmır. Amma buna baxmayaraq mağazalarda müvafiq içkini tapmaq elə də çətin deyil. Bəs o Rusiyaya necə düşür?

Məlum oldu ki, bu əsasən Türkiyə, Azərbaycan, Özbəkistan, İran və Qırğızıstan hesabına baş verir. Gömrük bəyannamələrinə dair reyestri araşdırarkən məlum olur ki, müxtəlif Rusiya şirkətləri Azərbaycandan “Coca-Cola”, “Fanta”, “Sprite” və s. içkilərinin gətirilməsi üçün 2022-ci ildə 52 bəyannamə (müxtəlif bəyannamələrdir. Burada həm seriyalı və birdəfəlik də var), 2023-cü ildə (yəni 2 aya!) isə artıq 26 bəyannamə təqdim ediblər. Bu şirkətlər Bakıda istehsal olunan məhsulları Rusiyaya aparırlar. Əlbəttə ki, şirkətlərin böyük hissəsində fəaliyyətin əsas sahəsi kimi “meyvə və tərəvəz satışı” göstərilib, sahibləri qismində də tez-tez azərbaycanlılar çıxış edir. Rusiya KİV-lərin məlumatına görə, birinci yerdə Türkiyə qərarlaşıb (2022-ci ildə ən azı 55 bəyannamə).

Yeri gəlmişkən müvafiq məlumatı bizim Dövlət Gömrük Komitəsinin statistikası da təsdiqləyir. Belə ki, müvafiq içkilər “220210. Şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular” kodu altında gedirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə bu kod üzrə Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsulun həcmi 9,7 milyon litr təşkil edib (daha detallı məlumatı aşağıdaki faylda tapa bilərsiniz).

Читать полностью…

Mashalli

Son illər neft hasilatında müşahidə olunan azalmanın səbəbi nədir? Azərbaycan Avropa bazarında Rusiyanın enerji təminatını əvəz edə bilərmi? Mövcud resurslarımız yaşıl enerjiyə keçidə imkan verirmi?

İqtisadçı Toğrul Vəliyevsöhbətimizi izləyərək öyrənə bilərsiniz.

@akinchiproject

Читать полностью…

Mashalli

Xatırlayırsınızsa, biz (Mashalli və Çəpəki telegram-kanalları) İstehlakçı Güvən İndeksi ilə bağlı sorğu keçiririk (sorğuya keçmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://cutt.ly/532qxTP. Sizin bu sorğuda iştirak etməyə hələ də şansınız var). Sorğunun nəticəsində biz istehlakçı gözləntilərini öyrənməyə çalışacayığ. Bəs bu istehlakçı gözləntilərinə nə təsir edir? Buna dair bir neçə maraqlı nəzəriyyə var.

Birincisi deyir ki, insanların istehlakçı gözləntiləri adaptivdir. Yəni insanlar gündəlik alış-veriş edərkən qiymət artımını müşahidə etdikləri halda, o zaman yaxın gələcək üçün də qiymət artımının davam edəcəyini təxmin edirlər. Əgər siz hər gün mağazaya düşüb alış-veriş edirsiniz və görürsünüz ki, qiymətlər artır, o zaman siz düşünəcəksiniz ki, bu qiymət artımı növbəti dövrdə də davam edəcək. Maraqlıdır ki, 1981-ci ildə İsveçdə və 2019-cu ildə ABŞ-da keçirilən müvafiq sorğular nəticəsində məlum olmuşdu, qadınların inflyasiya gözləntiləri daha yüksəkdir. Bunun əsas səbəbi məhz ev üçün alış-verişə əsas cavabdeh olanların qadınların olmasıdır.

Başqa nəzəriyyə Robert Lukas tərəfindən irəli sürülüb. Bu rasional gözləntilər nəzəriyyəsidir (buna görə R. Lukas 1995-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı almışdı). Yəni o deyir ki, iqtisadi agentlər rasionaldılar və oturub gözləmirlər. Onlar mövcud vəziyyəti dəyərləndirib, qərarlar verirlər. Bu tərəfdən maraqlıdır ki, "rasional diqqətsizlik" nəzəriyyəsi də mövcuddur. Bu nəzəriyyə deyir ki, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə insanlar iqtisadiyyat xəbərləri ilə maraqlanmırlar, çünki hər şey sabitdir. Böhran baş verəndə isə əksinə hamı dərhal maraqlanmağa başlayır. Yəni insanların məlumat əldə edilməsi problemli deyil, sadəcə insanlar özləri bu məlumatı əldə etməyə çalışmırlar. Böhran baş verən kimi isə bu məlumat lazım olur.

Bəs sizin istehlakçı gözləntilərinizə nə təsir edir?

Читать полностью…

Mashalli

Neft bazarında yeni rəqiblər haqqında: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan neftinin ixrac olunduğu ölkələrdən biri də İsrail idi. İl ərzində İsrailə 2,3 milyon ton neft ixrac edilib. Bu neftin dəyəri 1,67 milyard dollara (və ya bir barelə görə 98 dollar) bərabər idi. Müvafiq göstəriciyə görə İsrail yalnız İtaliyadan geridə idi. Eyni trend 2023-cü ildə də davam edib. Belə ki, bu ilin yanvarında Azərbaycan İsrailə 237 milyon dollar dəyərində 381,9 min ton (və ya bir barelə görə 83,2 dollar) neft ixrac edib.

Eyni zamanda bu ilin fevralın 13-də yunan şirkəti Energean Aralıq dənizində yerləşən və İsrailə məxsus Kariş mədənindən ölkənin tarixində ilk dəfə neft ixrac edib. Şirkət 700 min barel həcmində neft daşımağa imkan verən "Seliger" tankerini yükləyib, Avropaya göndərdi. Bununla İsrail də neft ixracatçı ölkələr sırasına daxil olmağa cəhd etdi. Kariş yatağı əsasən təbii qaz hasil olunan yataqdır, amma adətən olduğu kimi burada müəyyən həcmdə neft var. Burada olan təbii qazı müvafiq şirkət İsrailə satmalıdır, amma neftə dair belə bir maddə yoxdur.

Maraqlıdır ki, bu yatağın istifadəsi uzun müddət mümkün deyildi. Yalnız 2022-ci ilin oktyabr ayında ABŞ-ın vasitəçiliyi ilə Aralıq dənizində yerləşən iki yatağa dair İsrail və Livan arasında razılaşma əldə olundu. Razılaşmaya görə, Kariş yatağı İsrailə keçdi, Qana yatağı isə Livana qaldı (ikincisinin İsrail ərazisinə aid hissəsindən İsrail royaltilər alacaq).

Razılaşma əldə olunan kimi Energean şirkəti hasilata başladı. Yatağın ehtiyatları çox da böyük deyil. Məlumata görə, burada təxmini 68-75 milyard kubmetr təbii qaz var. Müqayisə üçün, İsrailin illik təbii qaz istehlakı 12 milyard kubmetr təşkil edir. Amma buna baxmayaraq bu yataq həm İsrailin daxili istehlakını yerli təbii qaz hesabına təmin etməyə, həm də ixrac imkanlarını artırmağa şərait yaradır. Belə ki, artıq 2017-ci ildən İsrail qonşu İordaniyaya və Misirə təbii qaz ixrac edir. 2022-ci ildə isə Avropaya ixraca dair razılıq əldə olunmuşdu. Bu razılaşmaya görə təbii qaz Misir vasitəsilə sıxılmış formada Avropaya çatdırılacaq. Düzdür həcm çox böyük olmayacaq, amma İsrail də Avropanın enerji təhlükəsizliyində iştirak etmək imkanına yiyələnəcək.

Читать полностью…

Mashalli

Azərbaycan-Nigeriya münasibətləri: 2021-ci ildə Azərbaycandan Nigeriyaya 4 milyon dollar pul köçürülmüşdü. 2022-ci ildə müvafiq göstərici 1,8 milyon dollara kimi azaldı.

Читать полностью…

Mashalli

Biletlərin baha olması məsələsi tez-tez müzakirə olunur. Bu müzakirələrdə adətən Azal çox sadə bir bəhanə gətirir: "bizə göstərilən xidmətlər bahadır". Bəs yaxşı bu xidmətləri kim göstərir? Və niyə bu xidmətlər bahadır? Qabaqlar bu xidmətlər Silkway şirkətinə məxsus idi. Sən demə karantindən əvvəl bu xidmətlər başqa bir şirkətə - Aviation Services Group-a keçib. Bu şirkət hətta karantinli 2020-ni belə mənfəətlə bitirməyə müvəffəq olub. Ümumiyyətlə bu münasibətlər necə qurulub? Buna dair ətraflı məlumatla siz aşağıdakı link üzrə tanış ola bilərsiniz: https://www.openazerbaijan.org/topics/ara-d-rma/karantinin-varland-rd-irk-t-aviation-services-group/

Читать полностью…

Mashalli

Dünən müdafiə sənayesi nazirinin yeni müavini təyin edilmişdi. Bu, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrində çalışan, Vüqar Valeh oğlu Mustafayevdir.

Bəs yaxşı Azərbaycanın müdafiə sənayesində vəziyyət nə yerdədir? Ümumi vəziyyətə dair nəsə demək çətindir, amma ən azı ixracı hesablaya bilərik. Yerləşdirilmiş faylda siz müdafiə sənayesinin ümumiyyətlə vəziyyətini və eyni zamanda Azərbaycanın "gizli" ixracatına dair məlumatları görə bilərsiniz.

Читать полностью…

Mashalli

Maraqlı statistika sırasından: bir il (2022-ci ilin fevralından 2023-cü ilin martın 1-nə kimi) ərzində Rusiyadan, Belarusdan və Ukraynadan Ermənistana 113 753 nəfər köçüb. Onların 57 %-i etnik olaraq ermənilərdir (Ermənistan iqtisadiyyat naziri bunu müvafiq şəxslərin soyadlarının sonluğunda "yan" olması ilə əsaslandırıb). Bir il ərzində təkcə Rusiya vətəndaşları 7 238 təsərrüfat subyektini (yəni fərdi sahibkar, müəssisə və s.) qeydiyyatdan keçiriblər. Onların 2 345-i müəssisədir.

Читать полностью…

Mashalli

Bəzən eşidirsən ki, indiki idarəedicilər/siyasətçilər solçudurlar ya da sola meylidirlər. Bu daim məni əsəbləşdirir. Müvafiq şəxslərin solçu olmasının sübutunu istəyəndə, vəziyyət ürəkaçan olmur (misal üçün, K. Bendukidze haqqında oxuyurdum, o hətta bankları xilas edən ABŞ hökumətini solçu hesab edirdi). Əlbəttə ki, bir çox ölkələrdə idarəetmə əsasən iqtisadi olaraq liberal adlandırdığımız qoldadır. Bəzən "mərkəzçilər" də hakimiyyətə gəlir. Onlar liberallardan bir qədər solda olduqları üçün "sol" qismində çıxış edirlər.

Başqa tərəfdən liberalların da bəzən ciddi problemi olur. Bu və ya digər problemi izah edərkən, və ən azı təsvir edərkən, sona kimi gedə bilmirlər. Sonda bir divara dirənirlər və dayanırlar. Daha doğrusu dirənmirlər, sadəcə bu divarı keçmək istəmirlər. Misal üçün, o gün Ağora Söhbətləri çərçivəsində təşkil olunan "Azərbaycandan Beyin Axını niyə baş verir?" müzakirədə iştirak edirdim (2 saat liberallara sakit qulaq asmaq işgəncə idi) və bütün fikirlər bir məsələyə dirənirdi. Hamı bu və ya digər formada təsvir edirdi, amma bir məsələyə çatan kimi söhbət fırlanırdı. Yəni heç biri demək istəmirdi ki, "indi biz kapitalizmdə yaşayırıq. İstədik-istəmədik bu (beyin axını) baş verəcək. İnsanlar Azərbaycandan qaçacaq, çünki kapital burada deyil və yaxın gələcəkdə (təxmin edirəm elə uzaq gələcəkdə də) ölkədə kapital olmayacaq". Amma demirdilər.

Ondan sonra da qarşıma post-Sovet məkanında deyəsən ən məşhur institusionalisti olan A. Auzanın "Forbes Talk"-a müsahibəsi çıxdı. Müsahibə götürənlər bu və ya digər yolla Auzanı Putin=Stalin söhbətinə keçirtmək istəyirdilər, amma A. Auzan fırladırdı. Burada məsələ bu insanların eyni olmasından getmir. Məsələ məqsədlərdədir. Auzan faktiki deyirdi ki, o zaman sosializm qururdular (indi necə qururdular və nə qurdular, o başqa söhbətdir), indi isə hər şey pula bağlıdır. Stalin xaricdən avadanlıq almaq üçün əhalidən pulu çıxardırdı (kollektivizasiya, YİS-in ləğvi və s.), Putin isə bunu ətrafını zənginləşdirmək üçün edir. Yəni məqsədlər və sistemlər fərqlidir. Ona görə müqayisə etmək düzgün deyil. Amma liberal üçün bunu ifadə etmək çətindir. O zaman sən müvafiq sistemin (məsələnin) düzgün olmadığını deyə bilməyəcəksən (bazar iqtisadiyyatı cəhətindən beyin axını və müharibə xüsusi bir hadisələr deyil. Ola bilər cəmiyyət üçün mənfi hadisələrdir, amma müvafiq mövqedən xüsusi bir hallar deyil)

Читать полностью…

Mashalli

Bu yaxınlarda Ecofront elektrik avtomobillər barədə postda yazır ki, "Avropanın yox, dünyanın artan elektrik enerjisinə tələbatı əsasən bərpaolunan və təmiz enerji hesabına baş verir". Gəlin baxaq, bu belədirmi:

- Almaniya: 2022-ci ilin üçüncü rübündə 2021-ci ilin üçüncü rübü ilə müqayisədə pay olaraq ən çox artan kömür idi. 2021-ci ilin üçüncü rübündə onun payı 31,9% olduğu halda, 2022-ci ilin eyni dövründə müvafiq göstərici 36.3% idi. Hətta təbii qazın payı da 8,8%-dən 9,2%-ə kimi artdı. Düzdür, bərpaolunan enerji üzrə də artım qeydə alınıb. Amma müvafiq pay 43%-dən 44,4%-ə kimi artıb;
- ABŞ. Neft, qaz, kömür və s. xammaldan istehsal olunan elektrik enerjinin həcmi 2022-ci ilin 10 ayı ərzində 5% artıb, bərpaolunan 10% (amma absolyut rəqəmlərdə bu iki göstərici arasında 2 dəfə fərq var);
- Böyük Britaniya. Qazın payı 2021-ci ildə 45,95% olduğu halda, 2022-ci ilin 11 ayı ərzində 46,35% təşkil edib. Günəş, külək və suyun payı 2021-ci ildə 13,12% olduğu halda, 2022-ci ilin 11 ayı ərzində 15,6%-a bərabər olub. Böyük Britaniyada alternativ elektrik enerji mənbələri arasında vacib yeri biowaste tutur. İndi bunu "bərpaolunan və təmiz" enerjiyə aid etmək olarmı? Bizim və UK statistikası aid edir.

Yəni heç kim demir ki, "bərpaolunan və təmiz" istehsalı artmır. Amma məsələ ondan ibarətdir ki, bəlkə elektrik skuter və elektrik avtomobillər yerinə elektrik enerji tələbatını azaltmaq barədə düşünək? Yəni heç bir əlavə imkan yaratmayan elektrik avtomobil yerinə ictimai nəqliyyat və s. (yeri gəlmişkən, post özü taksi barədədir. Və bununla razılaşıram) barədə düşünək. Yoxsa "ekoloqlar" elektrik avtomobil deyə-deyə ətraf mühiti mühafizə etdiklərini deyəsən düşünürlər.

Читать полностью…

Mashalli

O gün "facecontrol və carcontrol" haqqında oxudum, ona görə avtomobil statistikasına müraciət etdim. Düzdür bizdə konkret olaraq lüks avtomobillərin sayına dair açıq statistika yoxdur, amma müəyyən modellər əsasında nəsə demək olar. Gördüyünüz kimi ölkədə istifadədə 2,2 min Porsche var imiş.

Digər məlumata görə, 2022-ci ilin 9 ayı ərzində ölkədə müxtəlif markalara aid 1442 lüks avtomobil satılıb. 2021-ci ilin eyni dövründə bu göstərici 1242 idi (yeri gəlmişkən, 2021-ci ildə 9 Bentley, 3 Lamborghini və 1 Ferrari satılmışdı). Satılan maşınlar arasında Mercedes və Lexus markaları ən böyük paya malikdilər.

Читать полностью…

Mashalli

Yeni problemlər yeni imkanlar yaradır: bu yaxınlarda Rusiyada biznes ilə məşğul olan tanışlarımdan biri ciddi şikayət edirdi. Dediyinə görə Rusiyada bank əməliyyatları kəskin bahalaşıb və müvafiq imkanlar məhdudlaşıb. Deməli Rusiya bankları sanksiyalar altına düşəndən sonra ölkədə ciddi bir problem yarandı. Məsələ ondan ibarətdir ki, Rusiya nə qədər sanksiyalar altında olsa da, ona qarşı digər dünya tərəfindən embarqo tətbiq olunmayıb. Yəni idxal-ixrac əməliyyatları davam edir. Düzdür Avropa və ABŞ-ın payı ciddi sürətdə azaldı, amma digər ölkələr ilə ticarət artdı. Bu zaman məntiqli sual yaranır, bəs ödənişləri hansı bank vasitəsilə etmək lazımdır? Nağd şəklində müəyyən həcmdə vəsait daşımaq mümkündür, amma milyardlıq əməliyyatları nağd şəklində etmək mümkün deyil.

Financial Times-in məlumatına görə bu vəziyyətdə ən çox qazanan Rusiyada hələ də fəaliyyətini davam edən iki xarici bank oldu: Raiffeisen və UniCredit. Xüsusi olaraq birincisini göstərmək olar. FT-nin məlumatına görə, Raiffeisen Rusiya və digər ölkələr arasında edilən ödənişlərin 50%-i həyata keçirir. Müharibənin başlamasından sonra Rusiya bank sektoru hesabatlar verməyi dayandırdı. Ona görə açıq məlumatlar əsasında Raiffeisen-in payına dair nəsə demək mümkün deyil. Amma FT-nin məlumatına görə, Raiffeisen-in Rusiya və Belarus bölmələri 2022-ci ildə 2,2 milyard dollar mənfəət qazanıblar. Bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4 dəfə çoxdur. Yeri gəlmişkən, UniCreditin hesabatına görə, 2022-ci ildə Rusiyadaki qolu öz əməliyyat mənfəətini 2,9 dəfə artırmağa müvəffəq olub (amma ümumən ilin zərər ilə bitirib, çünki yaranan əlavə vəsaitləri hər ehtimala qarşı ehtiyatlara yönəldib).

Читать полностью…

Mashalli

Yeri gəlmişkən, bu günlərdə mənimlə ən azı iki video çıxıb, fikrimcə müəyyən qədər maraqlı alınıb:

- Bundan əvvəl Açıq Azərbaycan üçün yazdığım məqaləyə dair bəzi sualları Mediapost üçün cavablandırmışam: https://youtu.be/7UDxDFBvJS8
- Bəs ümumiyyətlə qaz sənayesinin vəziyyəti nə yerdədir? Buna dair Fərid Mehralızadənin (@cpkfm) suallarını Əkinçi üçün cavablandırmışam: https://youtu.be/LL7PEfXngJg

Bu məsələlərə dair əgər hər hansı sual, fikir və şərhiniz varsa, yazın.

Читать полностью…

Mashalli

Saatlı rayonunun Nabatkənd və Orta Muğan kəndlərində dünən baş verən hadisəyə dair, BBC Azərbaycanın məlumatında yerli sakinlərdən birinin sözlərinə istinadən qeyd edilir ki, "Nə içməyə, nə də əkin sahələrimizi suvarmağa su tapmırıq. 3 hektar sahəm var, arpa falan əkmişəm, hamısı susuzluqdan yanır. Fevralın 20-dən şikayət edirik, dərdimizi deyirik, məhəl qoymurlar".

Bəs kəndlərə nə qədər suvarma suyu lazımdır? Ümumiyyətlə kəndlərdə torpaq necə bölünüb? Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən belə bir cədvəl hazırladım (təəssüf, nazirlik hüquqi şəxslərə dair məlumat vermir).

Читать полностью…

Mashalli

Yeri gəlmişkən, statistikadan görə bilərsiniz ki, müvafiq ideyanın reallaşdırılması tədricən 2022-ci ilin yayında başlanıldı. Sonradan isə artan xətlə gedərək, pikə dekabrda çatdı.

Читать полностью…

Mashalli

Əkinçidə bu dəfə Toğrul Vəliyevlə (@mashalli) birgə Azərbaycanda neft hasilatının azalmasının səbəbləri, Azərbaycanın Avropaya təbii qaz və elektrik enerjisi ixrac potensialı və enerji gəlirlərinin azalması ilə bağlı çağırışlar başda olmaqla bir çox mövzuda danışa bildik

https://youtu.be/LL7PEfXngJg

Читать полностью…

Mashalli

Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə alınmış mənzillərin illər üzrə sayı

Читать полностью…

Mashalli

Xatırlayırsınızsa, müharibə başlayan kimi Airbus və Boeing Rusiyada öz fəaliyyətlərini dayandırdılar. Nəticədə bir çox ekspertlər qeyd edirdilər ki, Rusiya aviasiya bazarı ciddi böhrana daxil olacaq, çünki yerli təyyarələrin sayı çox azdır. Xarici təyyarələrin kifayət qədər hissəsi isə lizinqdə idi (1367 təyyarədən 400-ü). Təyyarələri lizinqə verən şirkətlər isə onların qaytarılmasını tələb edirdilər (ilk ay ərzində 78 təyyarə xarici hava limanlarından qayıda bilmədi). Airbus və Boeing Rusiya şirkətlərinə bütün texniki xidmətləri dayandırdılar deyə lizinqdə olmayan təyyarələr belə yeni detallar ilə təmin etmək mümkün deyildi. Deyilənə görə, artıq ilk yarım il ərzində Aeroflot 30 təyyarəsini ayırıb, onları yalnız digər təyyarələr üçün detallar üçün istifadə etməyə başladı.

Bəs bir il keçəndən sonra vəziyyət necə dəyişdi? Bloomberg bu məsələni araşdırdı və maraqlı faktları müəyyən etdi. Müvafiq sahədə araşdırmalar ilə məşğul olan Cirium şirkətinin məlumatına görə, Rusiya hələ də 467 ədəd Airbus və Boeing istifadə etməyə davam edir (keçən ilin eyni dövründə bu göstərici 544 idi). Avropa, ABŞ və s. ölkələrə reyslərin dayandırılmasına baxmayaraq, Rusiya aviaşirkətləri gündəlik olaraq 1100 daxili və 270 beynəlxalq reys həyata keçirir. Keçən ilin eyni dövründə bu göstərici müvafiq olaraq 1300 və 300-ə bərabər idi. Müvafiq şirkətin fikrincə, "sanksiyalar Qərbin istədiyi kimi işləmir".

Читать полностью…

Mashalli

Ənənəvi 8 mart statistikası: Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2020-ci ildə martın payına il ərzində idxal olunmuş güllərin 37%-i düşürdüsə, 2022-ci ildə müvafiq göstərici 17,3%-ə kimi düşdü. Qeyd etmək lazımdır ki, 2020-ci il ilə müqayisədə 2022-ci ildə 1 milyon ədəd daha çox gül idxal olunub. Amma göründüyü kimi bu idxalda artıq mart ayı böyük rol oynamır. Mart ayı üçün idxal əksinə 900 min azalıb.

Bəs bunun səbəbləri nədir? Təxmin edə bilərəm ki, yerli istehsalın artımıdır. Əgər 2014-cü ildə Azərbaycan illik 5 milyon qızılgül istehsal edirdisə, 2022-ci ildə bu göstərici 15 milyona çatdı (dəqiq statistika yoxdur). Ona görə də qızılgül idxalı kəskin şəkildə azalıb. Digər güllərin idxalı isə əksinə artıb.

Əlbəttə istərdim ki, bu bayram "gül hədiyyəsi bayramı"ndan başqa bir günə çevrilsin, amma təxmin edirəm ki, bu hələ də belə deyil.

Читать полностью…
Subscribe to a channel