mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Azərbaycanın qeyri-neft ixracatı barədə: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Gürcüstana 33,2 milyon dollar dəyərində 551,9 milyon kVt*s elektrik enerji ixrac edib (1 kVt*s 0,06 dollara və ya 0,10 AZN. Müqayisə üçün, Azərbaycan vətəndaşı orta olaraq 1 kVt*s görə 0,09 AZN ödəyir). 2023-cü ilin yanvarında müvafiq göstərici artıq 216 milyon kVt*s təşkil edib.

Gürcüstanda elektrik enerji tarifləri də bizdəki kimi istehlak olunan həcmdən və bölgədən asılıdır, amma Tbilisi üzrə təxmini ortalama bizim pul ilə 0,15 AZN edir. Bəs bu fərqdən kim qazanır? Transparency İnternational-Georgia-nın bu yaxınlarda yaydığı hesabata görə Azərbaycandan elektrik enerjinin idxalatı ilə "Elgreen Holdings Incorporated" şirkəti məşğul olur. Bu şirkət isə 2005-2007-ci illərdə Gürcüstanda baş nazir, iki müxtəlif hökumətdə maliyyə naziri olmuş Zurab Noqaydeliyə məxsusdur.

Читать полностью…

Mashalli

Karantinin iqtisadiyyata təsirləri haqqında danışarkən biz adətən Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edirik. Amma bizim əlimizdə həmçinin şirkətlərin də məlumatları var.

Deməli adətən həftədə bir dəfə mən "Gloria Jean's" kafelərində otururam deyə, düşündüm ki, baxım görüm onların maliyyə vəziyyəti necədir. Deməli bu kafe şəbəkəsi FBCO MMC tərəfindən idarə olunur. Bu şirkət isə daha böyük şirkət olan "Ayma Alyans" MMC-ə daxildir (keçmiş Sinteks). Bu şirkət ölkədə Gucci, Dolce&Gabbana, Burberry, PRADA, Giorgio Armani, Valentino, Fendi, Dalloyau brendlərini təmsil edir və eyni zamanda “Mango”, “New Yorker”, “Next” mağazalarına sahibdir.

Gördüyünüz kimi şirkət 2021-ci ildə artıq 2019-cu ilin dövriyyəsini bərpa etməyə və üstələməyə müvəffəq oldu. Amma əgər mənfəətə baxsaq, şirkət yalnız 2019-cu ildə 2 milyon manat xalis mənfəət əldə edib. Digər illəri zərər ilə bitirib.

Читать полностью…

Mashalli

Bu günlərdə dərc olunan 2022-ci ilin tədiyyə balansının məlumatına görə, keçən il Azərbaycan qeyri-neft-qaz sektorunda 4,47 milyard dollar xidmət ixrac edib. Turizm və nəqliyyatı çıxsaq 1,7 milyard dollar qalır. Bu xidmətlər də müxtəlif sahələri, o cümlədən rabitə və idmanı da, əhatə edir.

Ona görə rəsmi dərc olunan hesabatlara əsasən aşağıdaki cədvəli tərtib etdim. Gördüyünüz kimi Azərbaycan xidmət ixracının faktiki 1%-i futbol klubların payına düşüb.

Читать полностью…

Mashalli

Dövlət Statistika Komitəsinin verdiyi məlumatlar əsasında Azərbaycanda 2020-2023-cü illərdə aylar üzrə vəfat edən insanların sayı.

Читать полностью…

Mashalli

Bəzi iri Çin şirkətlərin cəlb etdikləri vəsaitlərin mənbəsinə dair məlumat.

Читать полностью…

Mashalli

Formallıq və reallıq: periodik olaraq ABŞ və Çin arasında münasibətlərə dair müxtəlif məqalələrə, "təhlillərə" və s. rast gələ bilərsiz. Adətən müvafiq məqalələrdə iki ölkə arasında münasibətlər Çinin ABŞ-ın idxalında rolu ilə məhdudlaşır. Bu müəyyən qədər anormaldır - iki iri ölkə arasında münasibətlər təkcə birinin başqasına yarımfabrikat satması ilə məhdudlaşa bilməz. Çox nadir hallarda Çin iqtisadiyyatında xaricilər və xüsusən ABŞ-ın rolu barədə deyilir. Reallıqda Çin ciddi sürətdə xarici investisiya və texnologiyalardan asılıdır. Amma xarici KİV-lər bəlli olmayan səbəblərə (daha doğrusu, səbəblər bəllidir. Sadəcə müvafiq materiallarda qeyd olunmur) görə Çini olduğundan daha güclü göstərməyə çalışırlar (müəyyən "düşmən" obrazını formalaşdırırlar). Bu əslinə qalsa təkcə Çinə aid deyil.

Bu yaxınlarda K. Klayton, A. Koppola, A. Dos Santos, M. Maggiori və J. Şreqer Çinin offşor kapital bazarlarında iştirakını təhlil etməyə qərar verdilər. Məlum oldu ki, son 20 il ərzində Çin şirkətlərinin ofşor kapital bazarında iştirakı kəskin şəkildə artıb. Hesablamalara görə ofşorlarda buraxılan səhmlərin yarısı və istiqrazların beşdə biri məhz Çin şirkətlərinin payına düşür (aşağıdakı qrafiklərdə siz bu paya dair ətraflı məlumat görə bilərsiniz).

Nəticə etibarilə Çində xarici kapitalın iştirakına dair rəsmi rəqəmlər və reallıq üst-üstə düşmür. Eyni müəlliflər 2021-ci ildə dərc etdikləri məqalədə göstəriblər ki, rəsmi məlumata 2017-ci ildə Çində ABŞ investisiyaları 150 milyard, Avropa İttifaqının investisiyaları isə 100 milyard dollar olaraq qiymətləndirilmişdi. Amma əgər bu ofşor əməliyyatlarını əlavə etsək, o zaman eyni göstəricilər artıq 700 (4,5 dəfə çox!) və 300 (3 dəfə çox!) milyard dollar olacaq. O zamandan bu yana 6 il keçib.

Aşağıdaki qrafiklərdə siz birində müvafiq ofşorlarda buraxılmış Çin səhm və istiqrazına dair məlumatı görə bilərsiniz. İkincisi isə bəzi seçilmiş şirkətlərdə müvafiq kapitalın həcminə dair məlumat ilə tanış ola bilərsiniz.

Читать полностью…

Mashalli

Sağ olsun, audiokitablar xilas edir. Hər gün onsuzda 1,5-2 saatım müxtəlif yollarda keçir deyə audiokitab hesabına müvafiq vaxtım daha səmərəli keçir. Nəsə, mən vaxtımı xərclədim, sizə tövsiyə etmirəm. Roman əsasən iki mövzu ətrafında fırlanır: əsas qəhrəmanın narkotik aludəçiliyi və K. Fabrisiusun "Payızbülbülü" rəsmi. İkincisi barədə mən heç nə bilmirdim və mənim üçün bu yeganə yenilik idi. Əslinə qalsa cəmiyyətdə mövcud olan münasibətlərin təsviri cəhətindən əsər maraqlı görsənə bilər. Misal üçün, əsas qəhrəman əvvəldən sonuna (əsərin əvvəlində qəhrəmanın 13 yaşı var idisə, sonra 28 idi) kimi yalan danışır. Bu da əslinə qalsa gözəl də izah olunur - insan uşaqlıqdan ətrafda hamının yalan danışdığını görür. Sonradan yeni ailələrdə olan münasibətlər, eyni zamanda artıq yeniyetmə dövründən narkotik və alkoqolu qəbul etməsi də izah olunur (daha doğrusu mövcud şərait və ətraf təsvir edilir).

Sadəcə kitabın ən azı 400 səhifəsi faktiki (əsərdə bu birbaşa göstərilmir) olaraq narkotik altında olan fikirlərdən ibarətdir. Fikrimcə bunun böyük hissəsini yığışdırmaq olardı (yeri gəlmişkən, əsərə əsasən sonradan film çəkildi. Mən romanı bitirəndən sonra filmə baxdım. Deyəsən həm senarist, həm rejissor çox zəif idi. Yəni romanı oxumadan filmi heç başa düşmək mümkün deyil. Ona görə film olaraq çox zəifdir). Bu yaxınlarda bir tanışım mənim bu romana qulaq asdığımı öyrənəndə dedi ki, "əsər normaldır, amma 800 səhifədən sonra sonluğu heç xoşuma gəlmədi". Düzünü desəm mən də "happy-end"-ləri çox sevmirəm, amma əslinə qalsa bu sonluq romana uyğun idi.

Читать полностью…

Mashalli

Барсукова С.Ю. Эссе о неформальной экономике или 16 оттенков серого. Москва. 2017. 224с. - qeyri-formal iqtisadiyyat maraqlı bir anlayışdır. Demək olar ki, kim necə istəyir, elə də bu anlayışı başa düşür. Bu kitab isə müəyyən qədər bu sahəyə sistemlik tətbiq etmək məqsədi daşıyırdı. Müəllif müxtəlif dövrlərdə oxuduğu və bəzən müxtəlif sahələrə aid olan 16 kitaba dair ayrıca məqalə yazıb. İndi isə bu məqalələri birləşdirib, bir kitab formasına gətirib. Bəlkə bir çox fikirləri razılaşmaya bilərsiz (mən, misal üçün, bir çox məqamlara dair müəllif ilə ümumiyyətlə diametral mövqedəyəm), amma məhz müvafiq məsələlərə dair ədəbiyyat cəhətindən çox yaxşı vasitədir. Buradan kifayət qədər çox qeyd götürdüm. Eyni zamanda qeyd olunan bəzi kitabları yükləyib, oxu siyahıma yazdım.

Федорин В. Дорога к свободе. Беседы с К. Бендукидзе. Москва. 2015. 536с. - başa düşdüyüm qədər K. Bendukidze apardığı islahatlara dair və ümumiyyətlə öz fikirlərini kitab formasında göstərmək niyyətində idi. Ona görə V. Fedorini (Forbes-un jurnalisti, Ukrayna bölməsinin yaradıcılarından biri və s.) dəvət edib, ona belə bir şey təklif etdi. Belə deyək, Bendukidze "yazıçı" deyil, o daha çox danışan və fəaliyyət göstərən insandır. Nəzəri tərəfinə başqa insanlar baxır. 2014-cü ildə deyəsən qərar verdi ki, bütün fikirləri vahid formada ifadə etməlidir. Amma çatdırmadı. Elə 2014-cü ilin sonunda rəhmətə getdi. Nəticədə Fedorin onun müsahibələrindən ibarət toplu tərtib edib, dərc etdi. K. Bendukidze libertarian idi və burada artıq məlum olur ki, bu kitabı oxumaq mənim üçün çətin idi. Həddindən artıq çətin idi. Bəzən çox absurd fikirlər irəli sürülürdü. Amma oxumağımın əsas məqsədi Gürcüstanda baş verənləri və eyni zamanda əks qütbün (yəni sağçıların. Bendukidze gəldi-gəlmədi millətçiləri az qala solçu kimi göstərməyə çalışır. Solçulara o qədər nifrət edir ki, az qala liberalları da solçu adlandırır) ən radikal tərəfi olanların fikir tərzini başa düşmək istəyim idi. Əgər K. Bendukidze şəxs olaraq maraqlıdırsa və ümumiyyətlə Gürcüstanda nə edildiyini başa düşmək istəyirsinizsə, kitab maraqlı bir vasitə ola bilər.

Ибрагимбеков Р. Избранное. Том 1. Повести. Баку, 1989. 408с. - R. İbrahimbəyov vəfat edəndə öz oxu siyahıma onun povest və hekayələrini əlavə etdim. O dövrdən bəri 1 il keçdi və nəhayət mart ayında siyahıya baxarkən bu kitablara gözüm sataşdı. 1989-cu ildə onun seçilmiş əsərləri iki cilddə dərc olunmuşdu. Birinci cildi povestlərdən ibarətdir. Bütün povestləri nisbətən məşhurdur. Ən azı ona görə ki, hamısı ekranlaşdırılıb (müasir dönəm olsa idi, deyə bilərdik ki, R. Ocaqov, R. İbrahimbəyov və E. Sabitoqlu şirkət qurublar: biri senari yazır, başqası filmi çəkir, üçüncüsü də musiqi yazır). Faktiki bu əsərlərə heç povest demək mümkün deyil, hamısı senaridir.

Əsərləri oxuduqca məni bir məsələ çox düşündürürdü. Bu və ya digər povestdə kişilər ilə rahat ünsiyyət tapan və eyni zamanda özünü "azad" hiss edən qadınlar əsasən ya boşanmış, ya dul qadınlardır, ya da ümumiyyətlə azərbaycanlı (rus, erməni, yahudi) deyil. Bunu bir çox özünü "proqressiv" adlandıran yazıçılarımızda müşahidə edirəm. Yəni əsərlər faktiki olaraq "milli-mənəvi mentaliteti" sındırmaq yerinə, əksinə bu mənasız söz yığınından ibarət olunan konstruksiyanı müdafiə edirlər. Bəllidir ki, senari yazanda sənin əsas məqsədin əsəri rahat və asanlıqla satmaqdır. Belə mövzular rahat satılır. Səni hər hansı yüksək materiyalar maraqlandırmır (aşağı-yuxarı hamısı eyni stildə, eyni janrda yazılıb). Yəni bununla müqayisədə hətta Sovet dövrünün rəsmi qəzetlərində olan təbliğat daha proqressiv görsənir. Bəzən bu barədə danışarkən deyirlər ki, "bizim real həyat belədir". Yəni elə təəssürat yaranır ki, müvafiq filmlərdə və ya əsərlərdə real həyat təsvir olunub. Amma bu belə deyil (əgər R. İbrahimbəyova inansaq (daha doğrusu onun təsvir etdiyi münasibətlərə) Bakının yarısı öldürülməli idi).

Читать полностью…

Mashalli

Nazirlər nə yazırlar? Mən düşünürəm ki, Gürcüstan təcrübəsindən təsirlənib, qeydlərini aparırlar. Bəs siz necə düşünürsünüz? Şərhlərdə öz variantlarınızı təklif edə bilərsiniz.

Читать полностью…

Mashalli

Bildiyiniz kimi Azərbaycanda ən ciddi problemlərdən biri də mənzil məsələsidir. Əhalinin əsas hissəsinin gəlirləri aşağı olduğu üçün onlar birbaşa olaraq mənzil almaq imkanından məhrumdular. Bu problemi həll etmək üçün 2006-ci ilin martından bəri dövlət xətti ilə ipoteka mövcuddur. Məlumata görə, bu günə kimi bu xətt ilə 43 min ipoteka krediti verilib.

Bu çoxdur ya az? Bunu başa düşmək üçün bu göstəricini mən il ərzində bağlanmış nikahların sayı ilə müqayisə etdim. Düşünmürəm ki, əhalinin böyük hissəsi bankların daxili ipotekasına müraciət etmək imkanına malikdir. Amma göründüyü kimi bu dövrdə 1,2 milyon nikah bağlanıb. Dövlət xətti ilə verilmiş ipotekaların sayı isə ona nisbətdə 3,5% təşkil edib.

Müqayisə üçün, Rusiyada 2019-cu ildə 900 min nikah bağlanmışdı və eyni zamanda əhali tərəfindən 1 269 min ipoteka krediti götürülmüşdü. Bu kreditlərin 285 mini dövlət xətti ilə verilmişdi. Burada müvafiq nisbət 32% təşkil etmişdi.

Читать полностью…

Mashalli

Bəzən iqtisadiyyatımıza aid müzakirələrdə də memlər yaranır. Fikrimcə "nə əcəb Paşa Holdinq taksi biznesinə girişməyib?" bu tipli memlərdən idi. Pasha Holding-in (və ona aid və ya onunla bağlı olan digər qrup və şirkətlər) siyasətini nəzərə alaraq, insanlara təəccüblü gəlirdi ki, taksi biznesində niyə yoxdular? Bəzən kimsə "Bolt" və ya "Uber"in onlarla işlədiyini fikrini irəli sürürdü, amma bəlli idi ki, işləsəydilər bu barədə hamının məlumatı olacaq idi. Bu yaxınlarda isə deyəsən bu "tilsim" qırıldı və holding taksi bazarına da daxil olmağa qərar verdi.

Bir neçə gün əvvəl Report "“AzInTelecom”un baş maliyyə inzibatçısı özəl şirkətə rəhbərlik edəcək" adlı xəbər (link üzrə indi keçsəniz xəbərin silindiyini görə bilərsiz. Deyəsən Report-da periodik olaraq senzura ilə mübarizə aparılır və tam təsadüf nəticəsində bu və ya digər məlumat paylaşılır. Sonra senzura oyanır və silir. Amma artıq "gecdir", copy-paste ilə məşğul olan digər saytlar xəbəri götürüblər. Bəlkə gələcəkdə bu jurnalistlər deyəcəklər ki, "biz belə mübarizə aparırdıq") paylaşdı. Məlumatdan öyrəndik ki, dövlət şirkəti olan AzInTelecom-un baş maliyyə inzibatçısı (CFO belə tərcümə edilirmiş) Ruslan Əliyev "bundan sonra fəaliyyətini Ukraynanın taksi xidmətləri şirkəti - "Uklon"un Azərbaycandakı törəməsinin rəhbəri kimi davam etdirəcək". Materialın müəllifi tənbəllik etmədən, kommersiya hüquqi şəxslərin reyestrinə müraciət edib və şirkətin qeydiyyat məlumatlarını da materialın sonunda paylaşıb. Reyestrə görə şirkət Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib. Bu isə bildiyimiz "Port Baku"dur. Bəs bu Pasha Holdingə aid olmağının sübutudurmu? Misal üçün, ""ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ." ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI" da BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev 153 üzrə qeydiyyatdan keçib. Amma, əlbəttə ki, heç kimin ağlına da gəlməz ki, EY holdingin strukturuna daxildir. Yəni bu ofis binasıdır və orada həm holdingə aid olan şirkətlər, həm də digər şirkətlər ola bilər. Ona görə gəlin bir az araşdıraq.

İlk əvvəl "Uklon" şirkəti nədir? Bu 2010-cu ildə Ukraynada 22 yaşlı Vitaliy Dyatlenko tərəfindən yaradılmış tətbiqdir. Bu sadə taksi/çatdırılma və s. tətbiqidir. Bu günə kimi bu şirkət yalnız Ukraynada çalışırdı. Saytda olan məlumata görə, onların şəbəkəsi Ukraynanın 28 şəhərini əhatə edir (yalnız bir şəhərdə fəaliyyətlərini dayandırıblar - bu da Mariupoldur). Bəs Ukraynadan kənarda? Ukraynadan kənarda ümumiyyətlə fəaliyyətləri yoxdur. Şirkət özü periodik olaraq deyir ki, biz xaricə çıxmaq niyyətindəyik, amma görünür ki, bu alınmayıb. Hətta 2017-ci ildə Bakıda fəaliyyətə başlamaq niyyətində idilər. O zaman Azərbaycan üzrə menecer axtarırdılar, amma deyəsən tapa bilmədilər.

İndi isə gördüyümüz odur ki, 2023-cü ilin fevralın 7-də şirkət qeydiyyatdan keçib (ölkə meneceri haqqında elanı hələ 2022-ci ilin dekabrında verib) və fəaliyyətə başlayıb. Artıq sürücü və personal yığımına başlayıb (deyəsən artıq yığıb, yalnız bir aktiv iş elanı qalıb). Sadəcə burada bir məsələ var, təsəvvür edin ki, xaricdən bir tətbiq gəlir (hansı ki, bundan əvvəl öz ölkəsindən başqa heç yerdə təcrübə yığmayıb). Bu tətbiq yerli filialı şirkət kimi qeydiyyatdan keçirir və qeydiyyat ünvanı Bakının ən bahalı ofis plazalarından biri olur. Bu azmış kimi fəaliyyətə hələ başlamayan şirkət artıq Umico ilə əməkdaşlıq edir (ən azı posterində Umico qeyd olunub) və işçiləri də yüksək maaşlar ilə cəlb edir (bir əməkdaşı Yango-dan keçib, başqası isə ən yüksək mənfəətli dövlət şirkətlərindən birindən və s.). Əlbəttə ki, avtomatik olaraq başa düşürsən ki, müvafiq holding ilə hansısa əməkdaşlıq çərçivəsində gəlib. Bu əməkdaşlıq hansı formadadır - demək mümkün deyil (yeganə bildiyimiz odur ki strukturuna daxil edilsə, ən azı saytında bu barədə məlumat verəcək).

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: 1988-ci ildə Naxçıvan Muxtar Respublikasında əkin torpaqların ümumi sahəsi 34,5 min hektar (onun 1,5 min hektarı şəxsi mülkiyyətdə idi) təşkil edirdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə əkin torpaqların sahəsi 64,2 min hektara bərabər idi (Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucovun sözlərinə görə isə 55 min hektardır).

Читать полностью…

Mashalli

Bəs Azərbaycana 2022-ci ildə birbaşa olaraq Rusiya, Belarus və Ukraynadan nə qədər insan gəlib (qalıb-qalmadığına dair məlumatımız yoxdur)? Yuxarıdakı cədvəldə siz Bakıya Rusiya və Belarusdan aylar üzrə gələnlərin sayını görə bilərsiniz. Göründüyü kimi fevraldan sonra reyslərin azalmasına görə gələnlərin sayı azalıb. Pik isə oktyabr ayında qeydə alınıb. Yəni yayda turistik məqsədlər üçün gəlirdilərsə, sentyabr-oktyabrda gələnləri təxmini mobilizasiyadan qaçış kimi qiymətləndirə bilərik.

Читать полностью…

Mashalli

Azərbaycanda hər bir milyon əhaliyə 834 tədqiqatçı düşür. Son illərdə bu rəqəmdə ardıcıl azalma qeydə alınır.

Читать полностью…

Mashalli

Vaxtilə Bakıya xarici sahibkarları cəlb etmək məqsədilə yarmarkalar keçirirdilər. Yarmarka üçün xüsusi ərazi də seçilmişdi. Bu ərazi həm limana, həm dəmir yoluna yaxın idi. 1923-cü ildən başlayaraq yarmarkanın dövriyyəsi ildən-ilə artırdı və bəzən bu artım iki dəfəyə qədər təşkil edirdi. Əsasən İran tacirləri iştirak edirdi, amma son iki ildə Türkiyədən gələn sahibkarlar da çoxalırdı. Bəzən Avropa ölkələrindən də gəlirdilər. Bu yarmarka hesabına Azərbaycan öz ərzaq və manufaktura ehtiyacını tamamilə təmin edirdi.

Nəsə, Yeni İqtisadi Siyasət söhbəti bitən kimi yarmarka da bağlandı. İndi isə bu yarmarkanın yerində... Port Baku yerləşir.

Читать полностью…

Mashalli

Avrasiya stabilizasiya və inkişaf fondunun hesablamasına görə Azərbaycan (məhz hökumət olaraq) müxtəlif beynəlxalq maliyyə institutlarından 2008-2022-ci illərdə 6 milyard 165,4 milyon dollar vəsait cəlb edib. Bu vəsaitlər 173 layihə çərçivəsində istifadə olunub. Qrafikdə isə siz bu vəsaitlərin illər üzrə bölgüsünü görə bilərsiniz.

Читать полностью…

Mashalli

2022-ci ilin noyabrın 21-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti bir mənbə (yeri gəlmişkən, ASC öz saytında yazıb ki, “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender keçirilib və tenderin nəticəsi olaraq qalib şirkət müəyyən olunub". Amma dövlət satınalmalar reyestrində "bir mənbə" yazılıb. Kimə inanaq?) satınalma üsulundan istifadə edərək «Suryapı AZ» MMC və «Sur Yapı Endüstri Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi» birgə müəssisəsi ilə "Qəbələ rayonunu kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə "Yengicə su anbarının tikintisi""nə dair müqavilə imzaladı. Müqavilənin dəyəri 53 milyon 997 min 131,1 AZN təşkil edib. Müqavilənin bitmə tarixi isə 2025-ci ilin 30 iyunu göstərilib.

2023-cü ilin aprelin 12-də Azərbaycan Respublikası prezidenti "Yengicə su anbarının tikintisi haqqında" sərəncam imzalayıb. Sərəncam ilə "Qəbələ rayonunda Yengicə su anbarı tikilsin" qərarı verilib. Eyni zamanda qeyd olunub ki, "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etsin".

Sual: o zaman 2022-ci ilin noyabrın 21-də imzalanmış müqavilə nə idi?

Читать полностью…

Mashalli

Bu yaxınlarda təsadüfən İqtisadi Resursların öyrənilməsi İctimai Birliyi tərəfindən "Azərbaycanda alternativ maliyyə və İslam bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi" mövzu çərçivəsində keçirilmiş sorğunun nəticələri ilə tanış oldum. Sorğu 1000 kiçik və orta sahibkar arasında keçirilmişdir (sorğu Bakı, Gəncə, Yevlax, Mingəçevir şəhərlərini, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarını əhatə edib). Suallardan biri "Ənənəvi banklara müraciət etməkdə dini inancın rolu" adlanırdı. Nəticələr maraqlıdır:

Dini inancıma görə qəti müraciət etmirəm - 20,6%
Dini inancım yol verməsə də, müraciət etməyə məcbur oluram - 39,2%
Mənim üçün dini amil rol oynamır - 31,7%
Digər - 7,4%
Cavab verməyib - 1,1%

Cavab verənləri yaş qrupları üzrə böləndə məlum olur ki, dini inancın ən böyük rol daşıdığı qrup 41-50 yaşlı şəxslərdir (30,8%). Ən az rol isə 51-64 (39,7% dini amilin rol oynamadığını deyib) və 18-29 (38,5%) yaş qrupları üzrə müşahidə olunur. Sorğunun keçirildiyi bölgələr arasında isə dini amilin böyük rolu Lənkəran (65,6%) və Gəncə (52%) üzrə müşahidə edilir. Dini amilin ən aşağı rolu, əlbəttə ki, Bakı üzrə qeydə alınıb.

Читать полностью…

Mashalli

Sizcə bu qiymət artımının (20 min manat) səbəbi nədir?

Читать полностью…

Mashalli

Səhm və istiqraz cəlb etmək üçün Çin şirkətləri əsasən Kayman və Virgin adalarını seçirlər.

Читать полностью…

Mashalli

Bazar günü iqtisadi zarafatları sırasından: "Hüseyn Cavid və Dövlət Gömrük Komitəsi" beynəlxalq elmi konfransın materiallarından..

Читать полностью…

Mashalli

Real həyat daha çətindir və daha maraqlıdır. Bəzən bu real həyatda olan münasibətlər bir çox amillərin təsiri altında dəyişməyə başlayır (heç də həmişə proqressiv tərəfə dəyişmir. Son 20 ildə baş verənlər bunu göstərir). Bu dəyişiklikləri (həm də təsir edən amilləri) təsvir edən yazıçılar da sonradan klassiklərə çevrilir. Amma gündəlik çayxana söhbətləri səviyyəsində olan "münasibətlər"i təsvir etmək üçün xüsusi istedad lazım deyil. Nəsə bəlkə mən yerli yazıçılar ilə bağlı çox ümidliyəm. Amma oxuduqca çox neqativ fikirlərə qapılırdım.

Робакидзе Г. Убиенная душа. Москва. 1990. 76с. - e-bookda olan kitabların siyahısına baxarkən qarşıma Kenzaburo Oe-nin "1860-ci ilin futbolu" romanı çıxdı. Heç özüm də nə bu yazıçı, nə də əsər haqqında məlumatlı idim. Bir az araşdırandan sonra öyrəndim ki, müəllif 1994-cü ilin Nobel laureatı imiş, ona görə yadıma düşdü ki, bəzən mən də kütlə trendlərinə uyub - Nobel laureatların əsərlərini oxumağa qərar verirəm. Müvafiq dövrdə romanları yükləyirəm və.. kütləni sevmədiyim üçün onların yaddan çıxarıram. Bu dəfə cəhd etdim və.. 50-ci səhifəyə çətinliklə çatdım və kitabı e-book-dan sildim. Bilmirəm bəlkə depressiyada olduğun halda bunu oxumaq olar, amma heç cürə getmirdi (eyni hal il aprel ayında rastlaşdım - e-book siyahımda Xanter Tompsonun kitabı qarşıma çıxdı və cəhd etdim. Çətinliklə 100-cü səhifəyə çatıb, başa düşdüm ki, bunu oxumaq üçün özün də narkoman olmalısan) və yeni kitab axtarışına çıxdım. Bu zaman Robakidzenin əsərini gördüm. Bəzən mənim ağlıma bu və ya digər xalqın ədəbiyyatı ilə tanış olmaq istəyi yaranır. O zaman mən bir çox kitabları yükləyirəm. Bəzilərini oxuyuram, başqalarını yaddan çıxarıram. Robakidzeni də vaxtilə "Data Tutaşxia" ilə birlikdə yükləmişdim. Təəssüf müəllif haqqında heç məlumatlı deyildim, sadəcə oxumuşdum ki, məşhur yazıçılardan biri idi. Nasistlər ilə əməkdaşlıq etdiyini bilsəydim, ehtimal edirəm ki, yükləməzdim. Nəsə əsər 1930-cü illərin əvvəlində baş verən repressiyalara həsr olunub (1933-cü ildə Berlində alman dilində dərc olunub). Repressiyalar ilə üzləşən şəxsin fikirlərini təsvir edir. Çox da maraqlı deyil.

Тартт Д. Щегол. Москва. 2014. 832с. - 2013-2015-ci illərdə, mən deyəsən bu barədə bir neçə dəfə qeyd etmişəm, həyatım AZİ-iş-kitab üçbucağından ibarət idi. O zaman mən hətta gündəlik olaraq prochtenie adlı saytı oxuyurdum. Orada yeni çıxan kitablardan hissələr yerləşdirilirdi. Xoşuma gələn kitabları ya tapıb, yükləyirdim, ya siyahıya yazırdım ki, gələcəkdə yükləyim. Donna Tarttın "Payızbülbülü" kitabı bu sırada idi. 2013-cü ildə dərc olunmuş roman, 2014-cü ildə Pulitzer mükafatını aldı. O dövrdə çox müzakirə olunan əsər idi. Bu müddət ərzində romanı oxumamağımın əsas səbəbi - onun çox böyük olması idi. Yazılar və oxuduğum hissələrdən başa düşdüm ki, mənim sevdiyim janr deyil. Bu janra dair də 800 səhifə oxumaq çətin söhbətdir.

Читать полностью…

Mashalli

Mart ayında oxuduğum kitablara dair: özümdə maraqlı xüsusiyyət müşahidə edirəm. Deməli ilin ən az günü olan fevral ayında mən az qala 7-9 kitab oxuyuram, amma ilin ən çox qeyri-iş günü olan ayı martda oxuduğum kitabların sayı 3-4-ə çətinliklə çatır. Niyə belə olduğunu özüm anlamıram. Bu dəfə də eyni məsələ ilə üzləşdim. Problemin başqa tərəfi ondan ibarətdir ki, mən oxuduqca daha məhsuldar işləyirəm. Kitabsız qaldığım dövrlərdə işləmək çətin olur (belə deyək, oxuduqca beynim istirahət edir və eyni zamanda iş ilə bağlı yeni ideyalar ağlıma gəlir). Bayram günləri isə bu problem ilə üzləşdim: iş çox, kitab oxumağa vaxt qalmır, amma kitab oxusan işi daha tez və keyfiyyətli yerinə yetirə bilərəm. Qapalı çevrə yarandı, ona görə ayın son bir həftəsində kitab oxumaq üçün konkret vaxt ayırdım. Nəticədə iş həyatım da müəyyən qədər balanslaşdı. Nəsə, keçək kitablara:

Конттинен Ю. Сибирь научит. Москва. 2021, 448с. - 2022-ci ildə artıq təsəvvür etmək belə çətindir ki, Rusiyada xarici jurnalistin ölkə haqqında fikirləri ayrıca kitab formasında dərc olunsun, amma 2021-ci ildə bu hələ mümkün idi. 2023-cü ildə isə gördüyümüz kimi Rusiyada artıq xarici jurnalistləri həbs edirlər. Müəllif Finlyandiyanın ən iri qəzetinin Rusiya üzrə nümayəndəsidir. Günlərin bir günü qərar verir ki, Sibirdə yaşayıb, həyat təcrübəsi toplamaq lazımdır. "Sibir öyrədər" prinsipini əsas götürərək, ailəsini razı salır və Rusiyaya köçür. Ümumiyyətlə müəllifi Rusiya ilə bir çox məqamlar bağlayır. O həm rus dilini Rusiyada öyrənib, həm nənəsi də vaxtilə Rusiyadan Finlyandiyaya köçmüşdü, həm də öz həyat yoldaşı (hər ikisi fin olmasına baxmayaraq) ilə də Rusiyada tanış olub. Ailəsi ilə birlikdə Finlyandiyada aldığı qrant hesabına onlar Sibirə, Yakutayaya köçürlər. Sivilizasiyadan bir qədər uzaq olmaq üçün isə onlar şəhərdə yox, şəhərdən müəyyən məsafədə olan və yakutların yaşadığı kənddə məskunlaşırlar. Təsəvvür edin ki, Finlyandiyadan gələsən və Yakutiyada tualeti həyətdə (-40 dərəcədə küçədə tualetə qaçmaq fikrimcə insandan çox şey tələb edir) olan evdə məskunlaşasan.

Kitabı oxuduqca müəllifin Sibirə sevgisini görməmək mümkün deyil. İnsan demək olar ki, bütün Sibir, rusların Uzaq Şərq adlandırdığı bölgələr üzrə səyahət edib (İrkutskdan başlamış Kamçatkaya kimi, Çukotka, Altay, Oymyakon və s.). Müəllif bütün rastlaşdığı problemləri çox maraqlı, bəzən gülməli tərzdə təsvir edir. Bununla bərabər məişət və ictimai problemləri də işıqlandırır (misal üçün, 2018-ci ildə olan seçkilərdə müşahidəçi olub!). Fikrimcə çox gözəl və tövsiyə olunacaq kitabdır. Kitabda Sibir və Sibirin təbiəti haqqında çox ətraflı və detallı məlumatlar verilir. Oxuduqca özün də hər şeyi atıb, gedib ya Çukotkada morjların müşahidəsi ilə, ya da Yakutiyanın məşhur qış yolları ilə səyahət etmək istəyirsən. Burada qeyd etmək lazımdır ki, Rusiya hökuməti 2022-ci ildə artıq 10 ildən çoxdur ölkədə çalışan və hətta Kareliyada bağ alan bu kitabın müəllifinin mətbuat akkreditasiyasını ləğv etdi. O da Rusiyadaki bu həyatının bir hissəsini maraqlı reportaj ilə sonlandırdı.

Бородин-Нечунаев К.Е. Город черной крови. Москва. 1930. 94с. - boş vaxtım olan kimi internetdə XX əsrin əvvəlində Azərbaycan ərazisinə aid statistik məcmuələri axtarmaq ilə məşğulam. Rusiya kitabxanaların birinin saytında Bakıya aid bu kitab qarşıma çıxdı. Müəllif siravi kəndlidir və o dövrdə çox yayılmış bir təcrübədən istifadə edərək (kəndlilərin fəhlələr ilə "tanışlığı") SSRİ-nin bir sıra şəhərlərinə səyahət edib. Bilmirəm niyə amma məhz Bakı səyahətini ayrıca kitabça formasında dərc ediblər. Əgər sizə 1920-ci illərdə Bakının uzaq Tomsk vilayətindən gələn kəndliyə necə təəssürat (düşünürəm ki, eyni təəssüratı hər hansı yerli kəndli də paylaşırdı) yaratdığını başa düşmək istəyirsinizsə, bu kitabça maraqlı bir imkandır.

Читать полностью…

Mashalli

Tarif Şurasının üzvləri siyahısına həmçinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini də əlavə edilib. Maraqlıdır nəhayət tariflərin müəyyən edilməsi üçün statistikadan istifadə edəcəklər?

Читать полностью…

Mashalli

Bəs yaxşı mən niyə bu barədə bu qədər yazmışam? Problem ondadır ki, taksi bazarında tədricən maraqlı vəziyyət yaranırdı. Faktiki bazarda "Uber, Bolt, Yango" və digərləri adlı bölgü yaranmışdı. Birinciləri artıq tədricən bazarı aralarında bölmüşdülər (yəni hərəsinin öz müştərisi formalaşırdı). Qalan bazar da digər şirkətlərin payına düşürdü. Yavaş-yavaş hamı bu şəraitdə işləməyə öyrəşməyə başladı. Ehtimal edirəm vəziyyət belə qaldıqca taksi tarifləri də artmağa davam edəcəkdi (son dönəmlərdə bunu müəyyən qədər müşahidə etmək olurdu). Amma indi daha biri bazara daxil olur. Bu şirkət əgər holdinq ilə bağlıdırsa, deməli maliyyə resursları da az deyil. Taksi bazarında isə rəqabət yalnız tariflər ilə mümkündür (keyfiyyət məsələsi hələ də rol oynamır). Təklif edəcəyi tariflər də aşağıdır (minimal 1,20 AZN).

Sizcə bu zaman nə baş verəcək? Holdinqin maliyyə resursları çox olsa belə, Uber və Bolt ilə rəqabət heç də asan deyil. Sonuncular üçün Bakı üçün ayrılacağı vəsait ümumi maliyyəsində böyük rol oynamır. Ona görə nəticədə sadəcə taksi sürücülərin qazancı azalacaq. Yenidən mənasız rəqabət başlayacaq və udanlar sırasında taksi sürücüləri olmayacaq. Düzdür bazar iqtisadiyyatının inkişaf prosesi bundan ibarətdir - daimi olaraq yeni rəqib yaranır və rəqabəti daha da sərtləşdirir. Bu bir oyunçunun bazarın əhəmiyyətli hissəsini tutana kimi davam edəcək. Taksi bazarında bunu etmək bir qədər çətindir.

Bu zaman yeganə çıxış yolu - əmək münasibətlərin sərt tənzimlənməsi ola bilər. Bunu da hökumət həyata keçirməlidir. Hökumət də bunu yalnız kiminsə tələbi olaraq həyata keçirə bilər. Bu tələbi də yalnız ya taksi sürücülərin ittifaqı (yeri gəlmişkən, həmkarlar ittifaqının müasir vəziyyətinə dair bu yaxınlarda danışmışdım), ya da sərnişinlər irəli sürə bilərlər. Görünür ki, hər iki istiqamətdən ciddi tərpənmə yoxdur deyə nəhayət hökumətə yaxın holdinq də taksi bazarına daxil olmağa qərar verdi. Problemlər isə daha da kəskinləşəcək...

Читать полностью…

Mashalli

Rusiya neft bazarında maraqlı hadisələr baş verir. Bu yaxınlarda Rusiya hökuməti bəyan edib ki, mart ayında müvafiq ixrac gündəlik 500 min barrel azaldılacaq. Amma Bloomberg-in hesablamalarına görə ixrac sadəcə 90 min barrel azalıb. Yəni vəziyyət proqnozlaşdırılandan daha da yaxşıdır.

Yaxşı, bəs bu ixracı kim təmin edir? Kim bu həcmdə nefti satır? Qabaqlar, əlbəttə ki, Rusiya neftini Trafigura və Vitol kimi iri treyderləri satışa çıxarırdılar. Amma müharibə başlayandan onlar Rusiya nefti ilə işləmirlər (onlardan başqa Glencore və Gunvor da aktiv iştirak edirdilər. Amma indi minimuma endiriblər). Bəs kim satır? İnvoyslər əsasında müəyyən olunub ki, 2022-ci ilin dekabrında ixrac olunan rusiya neftinin yarısını 6 treyder satıb: Nord Axis, Tejarinaft FZCO, QR Trading DMCC, Concept Oil Services, Coral Energy və Bellatrix Energy. Bundan başqa müvafiq əməliyyatlarda Energopole и Litasco şirkətləri də iştirak edirlər. Bu şirkətlər arasında bizim üçün daha maraqlı olanlar Coral Energy, Bellatrix Energy və Litasco şirkətləridir.

Niyə bizim üçün maraqlıdır? Çünki bu şirkətlər Azərbaycan vətəndaşları ilə və ya azərbaycanlılar ilə bağlıdırlar. Qeyd olunan bu uç şirkət arasında müəyyən tarixə malik olan Coral Energy şirkətidir. Açıq məlumatlardan biz bilirik ki, bu şirkətin sahibi Azərbaycan vətəndaşı Tahir Qarayevdir. Şirkət Sinqapurda qeydiyyatdan keçib, amma T. Qarayev bu şirkətə Dubayda qeydiyyatdan keçmiş Vetus Investments vasitəsilə nəzarət edir. Bu şirkət 2010-ci ildə qeydiyyatdan keçib və məlumata görə ilk müddət Azərbaycan neftini satıb. Energy İntelin məlumatına görə, neft bazarı üçün şirkətin dövriyyəsi çox da böyük deyildi. Belə ki, 2019-cu ildə şirkət 4,4 milyard, 2020-ci ildə isə 2,9 milyard dollar həcmində neft satıb. İndi isə şirkət "Сургутнефтегаз"-dan gündəlik 121 min barrel neft alır (2022-ci ilin aprel ayında bu göstərici 200 mini keçirdi).

Bəs Tahir Qarayev kimdir? Açıq mənbələrdən öyrənmək olar ki, onun indi 43 yaşı var və Dubayda yaşayır. Böyük Britaniya reyestrinin məlumatına görə onun İsveçrənin Cenevrə şəhərində də qeydiyyatı var. Malta hökumətin rəsmi qəzetinin verdiyi məlumata görə isə 2019-cu ilin dekabrında o, həmçinin Malta vətəndaşlığını da alıb (Pandora Papers-də bir Maltalı sahibkar ilə birlikdə adı keçib). Verilən məlumata görə, ilk ali təhsilini Orta Doğu Texnik Universitetində alıb. 11 ildən sonra yenidən təhsilə qayıdıb və Oksford Universitetinin Said biznes-məktəbini bitirib. Azərbaycan mənbələrində onun haqqında heç bir məlumat yoxdur (yeganə məlumat Haqqın-a aiddir. Onlar da sadəcə Türk mediasında olan məlumatı tərcümə ediblər. Xəbərə görə türk şirkəti onu məhkəməyə vermişdi. Səbəb maraqlı idi - müflisliyə çatdırmaq). Azərbaycan vətəndaşı Dubayda bir neçə milyard dollar dövriyyəsinə malik olan şirkətə sahibdir, amma bizim KİV-lər onun haqqında heç məlumat vermirlər (yeri gəlmişkən, açıq mənbələrdə onun hətta Azərbaycan nömrəsini tapmaq mümkündür).

Bellatrix Energy-nin sahibi isə Azərbaycan vətəndaşı Bilal Əliyevdir. Müharibədən əvvəl bu şirkətin mövcudluğu haqqında heç bir məlumat yox idi. Sonradan birdən birə bu şirkət Rusiyanın Sovkomflot-un tankerlərindən istifadə edərək Hindistan, Türkiyə və hətta İtaliyaya neft ixrac etməyə başladı. Hətta indi Afrika bazarında Rusiya neftinin satan şirkətlərdən biridir. Bilal Əliyev kimdir? Bu barədə heç bir məlumat yoxdur. Bilinir ki, şirkət (Honkonqda qeydiyyatdan keçən) vaxtilə Rusiya banklarından kreditlər götürüb. Daha dəqiq məlumat tapmaq çətindir (Rusiya reyestrinin məlumatına görə, ölkədə 29 adda Bilal Əliyev adlı fərdi sahibkar var və ən azı 33 şirkətin təsisçi kimi çıxış ediblər).

Litasco isə Lukoyl Qərbi Afrika və Avropa üzrə qolu hesab olunur. Şirkətin direktoru qismindən Lukoyl-un keçmiş əməkdaşı Nazim Süleymanov çıxış edir. İndi şirkət bir çox ölkələrdə neft satışı ilə məşğuldur. N. Süleymanov 20 ildən çoxdur ki, bu şirkətə başçılıq edir və indi Cenevrədə yaşayır.

Читать полностью…

Mashalli

Bu yaxınlarda maliyyə naziri Samir Şərifov bildirmişdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəmi 4315 milyon manat vəsait ayrılıb. Yəni, bu məqsəd üçün proqnozlaşdırılan 2670 milyon manat vəsait 62% artırılıb. Onun sözlərinə görə, bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin “çevik idarəedilməsi hesabına” mümkün olub. Bəs bu "çevik idarəetmə" nə deməkdir? Bu barədə ətraflı link üzrə oxuya bilərsiniz: https://www.openazerbaijan.org/topics/analitika/qaraba-n-b-rpas-na-ayr-lan-pullar-sosial-x-rcl-rin-k-silm-si-hesab-na-art-r-l-r/

Читать полностью…

Mashalli

Sayımız çox azdır...

Читать полностью…

Mashalli

"Beyin axını" barədə: Belarusda yerləşən "Yüksək texnologiyalar park"-ında 2020-ci ildə işə 31 Azərbaycan vətəndaşı işə düzəlmişdisə, 2021-ci ildə müvafiq göstərici 21, 2022-ci ildə isə 13 nəfərə bərabər idi. Ümumi olaraq Belarusda 2020-ci ildə 268, 2021-ci ildə 320, 2022-ci ildə isə 268 Azərbaycan vətəndaşı iş icazəsini almışdı.

Читать полностью…

Mashalli

Bakıda bəzi yerlərin adları demək olar ki, 100 ildən çoxdur ki, ən azı xalq arasında dəyişmir. Bu adlar arasında "Torqoviy" küçəsini göstərə bilərik. Rəsmi olaraq hələ 1925-ci ildə bu küçənin adı dəyişdirilmişdi (1940-ci ildə Nizami adını aldı). Buna baxmayaraq insanlar arasında küçə hələ də "Torqoviy" adlandırılır.

Son 20 ildə isə, inqilabdan əvvəl mövcud olmuş "Parapet", 1984-cü ildə bir qədər genişləndirilmiş və "Fontanlar meydanı/parkı" adı almış ərazi, bir çoxları tərəfindən "Torqovi" adlanır. Yəni küçə adının bölgə adına çevrilmə hadisəsini müşahidə edirik. Artıq M.Ə.Rəsulzadə küçəsi belə "Torqoviy" zonasına aid edilir. Deyəsən piyada zonası artdıqca Torqoviy da artacaq.

Şəkildə gördüyünüz isə Küveyt şirkəti olan "Alshaya Group" saytında olan məlumatdır. Bu şirkət Azərbaycanda "Starbucks" kafe şəbəkəsinin sahibidir və rəsmi saytında kafelərin siyahısını təqdim edib. Onlara görə Rəsulzadə küçəsində yerləşən kafe "Traqovy"-də yerləşir.

Читать полностью…
Subscribe to a channel