Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Azərbaycan üzrə pərakəndə ticarətin dövriyyəsində Bakının payına dair: rəsmi məlumata görə, 2023-cü ildə pərakəndə ticarətdə Bakının payı 2,2% artıb. Cədvəldən də göründüyü kimi ölkədaxili ticarətdə Bakının payı 60%-i üstələyir.
Maraqlıdır ki, dekabr ayında Bakının payı hətta 75%-i üstələyib. Adətən düşünülür ki, şəhər əhalisi daha çox müxtəlif qeyri-ərzaq məhsulları alır, amma rəsmi statistika əksini göstərir. Belə ki, elə dekabr ayında ölkə üzrə satılmış ərzaq məhsulların, içki və tütün məmulatlarının 77%-i Bakının payına düşüb. Qeyri-ərzaq məhsulları üzrə bu göstərici 74%-dir.
O gün X-də gördüyünüz tvit qarşıma çıxdı. Bəs ADA və SDU məzunu nə ilə fərqlənir?
Eyni təhsil sisteminə malik olan universitetlər nə ilə fərqlənə bilərlər (ADA 2006-ci ildən fəaliyyət göstərir. Bu dövr ərzində cəmiyyətə və ya iqtisadiyyata hər hansı bir fayda verdiyinə dair məlumatım yoxdur. Heç ciddi və iri tədqiqatçı barədə də eşitməmişəm. Misal üçün, vaxtilə Rusiyada yaranmış Ali İqtisadiyyat Məktəbi yeni tipli universitet idi və faktiki olaraq indi iqtisadiyyat və ya sosiologiya sahəsində ən iri təhsil və elmi ocaqdır. Ölkə iqtisadiyyatına minlərlə kadr verib. Hətta aktivistlərin böyük hissəsi AİM-i bitirib. Azərbaycanda ADA-nı bitirib, sosial və ya siyasi aktivist olan şəxs haqqında nəsə eşitməmişəm).
Sonra yadıma düşdü - əsas fərq puldur. ADA-da 2,3 min tələbəyə dövlət büdcəsindən əlavə 30 milyon ayrılır. Bundan başqa universitet hələ özü də təhsil haqqı hesabına qazanır.
SDU-da 8 min tələbə oxuyur. Dövlət büdcəsindən xüsusi əlavə dəstək almırlar və yalnız 6-7 min pullu tələbə hesabına yaşayırlar.
“Политика должна стать конкурентной и технологичной, говорил Навальный, и сам провоцировал острые дебаты и конкуренцию, вместе с командой покрывая страну сетью штабов. Как и Ассанж, умело использовал интернет, чтобы разоблачить перед народом герметичные властные корпорации и спецслужбы. Пытаясь выстраивать поперек путинского электората новое активное большинство, он заходил и на левое поле: своими расследованиями делал неприязнь к богатой части оппозиционного мейнстрима, требовал увеличить поддержку медицины и образования, повысить МРОТ, стремился строить профсоюзы. Часть левых бессильно ненавидела его и для самоуспокоения стремилась приписать то к старым либералам, то к Западу, то к Кремлю. Другая часть левых обязана Навальному не только своим политическим пробуждением, но и тем, что, адаптируя практики навальнистов, развивалась через сотрудничество и конкуренцию с ними же.
Алексей Навальный не завещал российской оппозиции ни четкой стратегии, ни политической доктрины, ни руководства по подрывным антикремлевским технологиям. Он не оставил после себя преемника или наследия, которое можно было бы присвоить. Но Алексей оставил нам самый ценный и хрупкий подарок. Помните, как мы с вами хохотали, когда Навальный звонил бедолаге Кудрявцеву, исчезнувшему сразу после расследования? Помните, сколько веселых мемов и песен про «аквадискотеку» мы пересылали друг другу? Помните желтых резиновых уточек, кроссовки «онвамнеДимона», золотые туалетные ершики, да и еще много чего? Это наши общие воспоминания, наш общий смех — не благодаря, а вопреки. Алексей Навальный научил нас смеяться и бороться вместе, несмотря на разногласия. Он подарил нам опыт солидарности. И только в солидарности, способности слышать другие голоса и приходить друг другу на помощь, память об Алексее будет жить”.
Kitab yeri gəlmişkən bu cəhətdən maraqlıdır. Mən Rusiya siyasəti ilə təxmini 2015-2017-ci illərdə daha sıx maraqlanmağa başladım. 2011-ci ilin söhbətlərini eşitmişəm, amma məndən kənar keçib. Kitabda isə Navalninin ideyalarının formalaşmağı, necə və nə cür dəyişdiyini yaxşı göstərir. Yəni insan heç vaxt fikirlərini dəyişməkdən qorxmurdu və hətta deyəsən sol tərəfə tədricən keçirdi (fikrimcə bu mətni də oxumaq lazımdır. Fikrimcə bu onun faktiki deklarasiyasıdır).
Bu kitabda müəllif isə sadəcə müharibənin bir hadisəsini (amma necə bir hadisə, XX əsrin ən məşhur ispan şairinin öldürülməsi) təhlil etməyə cəhd etdi. Eyni zamanda müəllif bu hadisənin baş verdiyi dövrdə yaşanan tarixi də çox gözəl olaraq təsvir edir. Təsəvvür edin ki, arxivlərin qapalı olduğu dövrdə, Franko dövründə, ingilis İspaniyaya gəlib və birdən birə qərar verib ki, bu ölümü, Lorkanın rolunu araşdırmalıdır. Müvafiq dövrdə İspan hökuməti müxtəlif təbliğat üsullarına əl atırdı. Hamı başa düşürdü ki, Lorkanı öldürənlər frankistlər idi. Amma bu Vətəndaş müharibəsinin ən birinci məşhur faktlarından biri idi. Ona görə İspan hökuməti maksimal olaraq özünü “ağa” çıxartmağa çalışırdı. Nəticədə bir “araşdırma” dərc edildi. Araşdırma “sübut” edirdi ki, Lorkanın ölümünün əsas səbəbi onun homoseksuallığı idi. Yəni Qranada şəhərində hakimiyyətə gələn millətçilər konservativ idilər və buna görə Lorka güllələnmişdi. Çox maraqlı bəhanədir. Bəlkə indiki dövrdə belə bir bəhanə dərc olunsaydı, hamı bunu real fakt kimi qəbul edəcəkdilər və deyəcəkdilər, “bəli, buna görə o dövrlərdə insanları öldürürdülər”. Yəni bununla bağlı bir problem yoxdur, sadəcə konkret Lorka məsələsində bu şübhəlidir. İnsan daim respublikaçıları dəstəkləyib və sosialist partiyaların üzvlüyünü sadəcə ona görə qəbul etməyib ki, o özünü siyasətçi hesab etmirdi.
Müəllif müvafiq “araşdırma”nı və bir sıra digər mətnlərdə qeyd olunan məsələləri şübhə altına qoyub, və günbəgün Lorkanın Qranadada keçirtdiyi son günləri araşdırmağa başlayıb. O çox gözəl sübut edib ki, Lorkanın öldürülməsi əvvəlcədən hazırlanmışdı və buna dair əmrlər hətta yerli səviyyədə yox, millətçilərin ən yüksək səviyyəsində qərara alınmışdı. Ümumiyyətlə solçu intellegensiyaya qarşı öldürülmə siyasəti əvvəlcədən aktiv sürətdə tətbiq olunurdu, sadəcə Lorka kimi məşhur insanı tam da belə rahatlıqla öldürmək olmaz idi. Nəsə, kitab çox maraqlıdır və onunla tanış olmağı tövsiyə edə bilərəm. Kitabı oxumaq asan deyil (mən tez-tez kitabı kənara qoyub, oturub qəbul etməyə çalışırdım və sonra qayıdırdım), amma fikrimcə lazımdır (əndirəbadi bir fakt da var. Deməli Lorka son günlərini ailəlikcə dostluq etdikləri, amma ideoloji olaraq fərqli qütblərdə olan falanqist (falanqa məhz üsyanı qaldıran təşkilat idi) ailəsində keçirmişdi. Onu məhz oradan millətçilər (falanqistlər də millətçi idilər, amma özünü millətçi adlandıranları sevmirdilər) götürüb, gülləməşdilər. Ailə üzvləri bunu özlərinə təhqir kimi qəbul etdilər və az qala özləri də repressiya altına düşəcəkdilər. Yəni “mənim qonağımı sən götürə bilməzsən” kimi təhqir idi).
Yeri gəlmişkən, İspaniyada Vətəndaş Müharibəsində hər iki tərəfdən öldürülünlərin sayına dair bir neçə tədqiqat mövcuddur. Son hesablamalara görə frankistlər tərəfindən öldürülmüş (yalnız konkret repressiyalar nəzərdə tutulur) insan sayı 130,2 min nəfər, respublikaçılar tərəfindən isə bu rəqəm 49,3 min nəfər təşkil edir. Bütün ispan tədqiqatçılar qeyd edirlər ki, respublikaçılar uzun müddət repressiyalara əl atmırdılar (hətta prezident və s. sona kimi buna qarşı idi), amma sonradan buna məcbur oldular. Nəsə, təsadüfən İspaniyada vətəndaş müharibəsinə dair Vikipediyada məqalə qarşıma çıxdı. Deməli rus dilində məqalədə qeyd olunur ki, frankistlərin adına 150 min repressiya olunmuş şəxs yazılıb, amma “təhlil göstərir ki, bunlardan yalnız 40 minini sübut etmək olar”, amma respublikaçılar 85 940 nəfəri öldürüblər (və burada konkret bölgü və s.). Ən maraqlısı odur ki, heç ispanlar bu barədə şübhə etmirlər, amma rus Vikipediyasında məqalə yazanlar şübhə ilə yanaşırlar...
Britaniya Standartlar İnstitutunun hesablamasına görə keçən il dünya üzrə oğurluq hadisələrinin 22%-də qida və içki məhsulları oğurlanıb. Bu göstərici 2021-ci ildə 14%, 2022-ci ildə isə 17% idi.
Göründüyü kimi bu göstərici ilbəil və yüksək sürətlə artır.
Başqa tərəfdən bu "bu da böyük işdir" söhbəti məni necə də bezdirib. Kimsə öz öhdəlikləri çərçivəsində cuzi bir iş edir və dərhal "buna da şükür" qrupu yaranır. Yəni, o bunu etməlidir. Bu onun üçün böyük və ya kiçik iş deyil, öhdəliyidir. Eyni zamanda mənim də vətəndaş olaraq öhdəliyim suallar verməkdir və boş-boşuna sevinməməkdir. Yəni "nəhayət parklanma siyasəti var və tariflər təyin edilib" deyərək sevinmək yox, "bəs yığılan vəsait hara gedir?" sualı verməkdir. Əgər sən bu sualı vermədən, yalnız "sevinirsənsə", bu riyakarlıqdır. Parklanma tariflərini müəyyən etmək üçün xüsusi ağıl lazım deyil, amma bu vəsaitləri doğru-düzgün xərclənməsi üçün şəffaflıq və hesabatlılıq lazımdır. Sonuncusu yoxdursa, nə effekti olacaq? Pullar kiminsə cibinə gedəcək vəssalam. Sadəcə bundan əvvəl pullar fərqli şəxslərə gedirdisə, indi isə mərkəzləşdirilmiş şəkildə bir cibə gedəcək. Urbanistin işi inhisarı dəstəkləməkdirmi?
Ya da görürsən ki, kimsə "nəhayət Bakının Baş Planı təsdiqləndi", "Bakının baş planı, bəzi istisnalar olmaqla, ümumi olaraq yaxşı görünür". Düşünürsən ki, əlbət, bu insanlar planı oxuyub, belə fikrə gəliblər. Götürüb, planı oxuyursan və bir-birindən təəccüblü faktlar görürsən. Birincisi, Baş Plan estetik məna daşımır, bu funksional bir plandır. Yəni onun məqsədi şəhərdə yerləşməni optimallaşdırmaq və gələcək perspektivləri müəyyən etməkdir. Yəni velosiped zolaqları burada olacaq və bu gözəldir - bu baş plan deyil, sadəcə onun estetik görünüşündə bir ştrixdir.
Bakı Baş Planının dərc olunmuş hissənin 33-cü səhifəsində oxuyursan ki, Bakının su infrastrukturuna dair Azərsu tərəfindən təqdim edilmiş məlumatlar 2010-cu ilə aiddir. Bildiyiniz qədər Bakıda ən böyük problemlərdən biri də sudur və məlum olur ki, Azərsu-nun son məlumatları 2010-cu ilə aiddir. Plan isə 2023-cü ilin sonunda təsdiqlənib. Bu 13 il ərzində nə baş verib, necə olub - biz bilmirik. Amma buna baxmayaraq 2040-ci ilə kimi planı təsdiq edirik (Baş Plan bir çox sənədlərdən ibarətdir və ictimaiyyətə yalnız onun press-reliz hissəsini təqdim ediblər. Soruşanda ki, niyə bütöv sənəd ictimaiyyətə təqdim olunmayıb dedilər ki, orada minlərlə səhifə var, böyükdür).
Bir az qabağı gedirsən və görürsən ki, Baş Planın hazırlanması prosesi zamanı zəhmət çəkib, Bakının real əhali sayını belə müəyyən etməyə çalışmayıblar. Bəllidir ki, onlar Dövlət Statistika Komitəsinə istinad etməlidirlər, amma bununla belə parallel hesablamalar da olmalı idi. Yoxsa əgər real əhali göstəriləndən çoxdursa, o zaman bu planın mənası itir. Misal üçün, sən deyirsən ki, Bakının əhalisi yalnız 2030-cu ildə 2,7 milyona çatacaq, amma reallıq odur ki, artıq 2023-cü ildə bu rəqəmə çatıb və keçib. Bu o deməkdir ki, Baş Planın əsasında (mənzil və sosial infrastrukturun sayı, həcmi, logistika imkanları və s.) duran rəqəm artıq doğru deyil. Avtomatik olaraq bütün digər hesablamalar da artıq mənasız olur. Nəsə.. bu barədə çox danışmaq olar.
P.s. Yeri gəlmişkən, birdən desəniz ki, Azərbaycanda nəqliyyat sahəsində "əməkdaşlıq" yalnız belə formada ("biz bilirik, amma ictimaiyyət bilmir") ola bilər. Xeyr. Müqayisə üçün nəqliyyat problemlərinə dair müzakirələrdə lokal səviyyədə iştirak edən Göyçay İcma Mərkəzini göstərə bilərəm. Daimi olaraq şəhərdə mövcud olan problemlər, bu problemlərin həllinə dair atılan addımlar haqqında məlumatlandırırlar.
P.p.s. Molokan bağına dair nəyəsə düşünürəm ki, müvafiq addım sadəcə bu və ya digər məmurun səhər-səhər oyanıb, "bəs mən nə edə bilərəm? Biri velosiped yol çəkir, başqası ekologiyadan danışır, bəs mən gözə necə dəyim" fikri ilə reallaşıb. Düşünüb və dərhal əmr verib, məsələ də üç-dörd gül dibçəyi ilə həll olunub. Yənu "urbanizm", "insan yönümlü şəhər", "piyadalar üçün mühit" və s. yazı üçün istifadə olunub. Sadəcə səhər düşünüb, günorta reallaşdırıb. Normal planlama olsaydı, bir neçə gün əvvəlcədən elan olunur, müvafiq ərazidə müxtəlif işlər həyata keçirilir və s. Yəni asfalt yolunu piyadala açmaq pyada zonası yaratmaq demək deyil.
Fevralda keçirilmiş prezident seçkilərinə nə qədər vəsait xərclənib? Təəssüf, seçkilər “şəffaf” elan olunsa da, seçkiləri təşkil edən Mərkəzi Seçki Komissiyası heç də şəffaf qurum deyil. Ona görə seçkilərin dəyəri haqqında birbaşa məlumatımız yoxdur. Amma Maliyyə nazirliyinin aylıq hesabatından bəzi məlumatları əldə etmək olar. Belə ki, 2024-cü ilin yanvar ayında “Seçkilərin keçirilməsi və statistika tədbirləri” çərçivəsində 42,4 milyon manat xərclənib. 2024-cü ili üçün dövlət büdcəsinin layihəsinə görə bu göstərici 4,3 milyon manat olmalı idi.
Başqa sözlə 38 milyonluq fərq var. Bu fərqin əsas hissəsi mətbəə məhsulları (14,3 milyon) və əməyin ödənişi (10,9 milyon) üzrə qeydə alınıb. Hər iki maddə birbaşa olaraq seçkilərə aiddir. Beləliklə təxmin edə bilərik ki, fevralda keçirilmiş prezident seçkiləri ilə bağlı yanvarda ən azı 38 milyon manat xərclənib. Bütöv xərcləri öyrənmək üçün fevral hesabatını gözləmək lazımdır.
Minimal əməkhaqqıya dair
Gürcüstanda Azərbaycandan fərqli olaraq minimal əməkhaqqının həyata heç bir təsiri yoxdur. Rəsmi olaraq minimal əməkhaqqı 20 GEL-dir və bu rəqəm 1999-cu ildə təsdiq olunmuşdu və o zamandan bəri dəyişilməyib. Amma son zamanlar həm Gürcüstan hökuməti, həm də geniş ictimaiyyət müvafiq göstəricilərə böyük önəm verməyə başlayıb. Daha doğrusu sosial siyasəti artıq konkret göstəricilər əsasında formalaşmağa qərar verib (eyni məsələ onlarda pensiya və s. də aiddir).
Həmkarlar ittifaqları tələb edir ki, ölkədə minimal əməkhaqqı sadəcə formal bir rəqəm olmasın və insanların həyatına təsir edə bilsin. Son məlumata görə, bu göstəricinin olmaması nəticəsində, 49 min işçinin əməkhaqqısı istehlak minimumundan aşağıdır. Onlar təklif edirlər ki, ilkin olaraq minimal əməkhaqqı ortaaylıq nominal əməkhaqqının 40%-i səviyyəsində təyin edilsin. Bu da müvafiq olaraq (müzakirələr 2022-ci ildən bəri gedir deyə göstəricinin 2022-ci ilin orta aylıq əməkhaqqısına nisbətdə hələ təklif edirlər) 636 GEL və ya 407 AZN edir.
Bu yaxınlarda həmkarlar ittifaqları nəhayət təkliflərinin parlament komissiyası tərəfindən müzakirəsinə və dəstəklənməsinə nail oldular. İndi də bir neçə əlavə müzakirə mərhələsi qalıb, amma artıq daha həm nazirlik, həm də parlament komissiyası layihəni dəstəkləyib və təxmin etmək olar ki, yaxın müddətdə bu məsələ öz həllini tapacaq.
Ümumiyyətlə ortaaylıq nominal əməkhaqqının səviyyəsinə minimal əməkhaqqını bağlamaq fikrimcə yaxşı fikirdir. Azərbaycanda hər ay müvafiq göstərici elan edilir, amma heç kim başa düşmür onun mənasını. Misal üçün, Gürcüstanda belə formada qəbul olunsa, artıq minimal əməkhaqqı bizim pul ilə 475 AZN olacaq (ortanın 40%-i). Azərbaycanda eyni meyarı tətbiq etsək, minimal artıq 373,5 AZN olmalıdır. Bu daha rasionaldır, yoxsa hər ay göstərici elan et, amma onun real həyatda nə rol oynadığını heç kim başa düşməsin.
Düzdür deyə bilərsiniz ki, 2012-ci ildə təsdiq olunmuş ““Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasın”a görə “minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə-orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər” görülməli idi. Amma gördüyümüz odur ki, bu istiqamətdə heç bir iş görülməyib. Mənim fikrim ondan ibarətdir ki, müvafiq nisbət qanunvericilik aktlarında öz əksini tapmalıdır. Yoxsa vaxtilə bizə minimal əməkhaqqı ortanın 41% idi, indi isə 37%-dir. Niyə? Konkret meyar olduqda, həm hökumət öz öhdəliklərinin yerinə yetirilməsindən qaça bilməz (bir il artırır, başqa il yola verir), həm də insanlar üçün bir sıra göstəricilərin mənası açılar.
Dünən əndirəbadi bir xəbər qarşıma çıxdı. KİV-lərin verdiyi məlumata görə, "DSMF: Himalay Məmişovun İsveçrədə guya infarkt keçirməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir". Buna əlavə olaraq qeyd edilmişdi ki, "Qeyd edilir ki, DSMF sədri İsveçrə Krallığında işgüzar səfərdə olub". DSMF sədrinin sağlamlığına dair suallarım yoxdur, amma İsveçrə artıq 1848-ci ildən bəri federativ respublikadır. İndi bu barədə məlumat DSMF-ə hələ çatmayıbsa, problemlidir, çünki materialda qeyd olunan Beynəlxalq Sosial Təminat Assosiasiyasının qərargahı məhz İsveçrədə yerləşir.
Nəsə, DSMF demişkən, İsveçrədə məhz bu günlərdə maraqlı bir hadisə baş verib. Deməli İsveçrədə standart pensiya üç hissədən ibarətdir: baza hissəsi (işəgötürən və dövlət tərəfindən maliyyəşir), yığım pensiyası (işçi və işəgötürən tərəfindən) və könüllü sığorta (bu artıq konkret işçiyə aiddir). Başqa sözlə orada dövlət yalnız baza pensiyasında iştirak edir. Əlbəttə ki, baza pensiya hesabına yaşamaq mümkün deyil və ona görə, hər bir vətəndaş yığım və könüllü sığortadan da istifadə edir.
Son zamanlar yerli həmkarlar ittifaqları, hətta hakimiyyətdə olan bir sıra partiyalar pensiyalarının artımı ilə bağlı təşəbbüslər ilə çıxış etməyə başladılar. Nəticə etibarilə mövcud olan Konstitusiyaya dəyişiklik hazırlandı. Əhaliyə iki variant təklif olunurdu: 13-cü pensiya (yəni baza pensiyasının aylıq həcmində il ərzində faktiki əlavə pensiya ödənişi) və ya pensiya yaşının artırılması. Düşünə bilərsiniz ki, məntiqli olaraq insanlar birinci təşəbbüsü dəstəkləyəcək və ikinci təşəbbüsü rədd edəcəklər. Amma İsveçrədə adətən sosial ödənişlərin artımına dair təşəbbüslər uğurlu alınmırdı. Yəni referendum zamanı əhali sosial ödənişlərin artımına neqativ yanaşırdı. Başqa tərəfdən yerli ekspertlər deyir ki, son illərin tendensiyası ondan ibarətdir ki, xərclər artır, amma ödənişlər artmır - bu da insanları ciddi sürətdə narahat etməyə başlayır. Hətta belə təşəbbüslərə qarşı çıxan konservativlər belə bunu dəstəkləyirlər (yalnız liberallar və yaşıl liberallar təşəbbüsə qarşı çıxdılar).
Son məlumata görə, 13-cü pensiya təşəbbüsü əhali tərəfindən dəstəkləndi (62%), pensiya yaşının artırılmasına dair təşəbbüs isə rədd edildi. Hökumətin özü isə 13-cü pensiyaya qarşı idi. İndi göründüyü odur ki, hökumət qarşı olsa da bunu reallaşdırmalıdır. Təşəbbüsün mətninə görə bu addım 2026-ci ildən tətbiq olunmalıdır. Hökumət artıq şərh edib və əlavə edib ki, təşəbbüsün reallaşması üçün ƏDV-ni qaldırmaq lazım olacaq. İndi görək nə olur.
Başqa tərəfdən bəlkə DSMF İsveçrə təcrübəsini götürüb, pensiya sistemində dəyişiklikləri referendum vasitəsilə dəyişdirsin: insanlar da öz fikrini ifadə edərlər, DSMF da mənasız addımlar atmaz...
"Dəyişməyən dəyərlər, dəyişən imkanlar":
Bakı Metropoliteni QSC-nin Müşahidə Şurasının üzvü və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, metrodan 90-cı illərdə aktiv istifadə edib, sonralar vəzifəyə təyin olunması və xidməti avtomobillə təmin olunması buna imkan verməyib.
90-ci illərin sonunda təyin olunduğu vəzifə isə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini olub. Başqa sözlə ictimai nəqliyyatın inkişafına məsul olan şəxs deyir ki, hər hansı bir vəzifəyə təyin olunandan sonra artıq metrodan istifadə etmirsən və hətta indi, işlədiyi qurumun metro stansiyasından iki addımlığında olmasına baxmayaraq, metrodan istifadə etmək niyyətində deyil, sadəcə qərar veriblər ki, "metro ilə səfərlərimiz olsun və müştəri məmnuniyyətini yoxlayaq".
Nazir müavini bunu deyirsə, sizcə siravi insanın metroya reaksiyası necə olacaq? Yəni insanlar da metroya sadəcə "vəzifəyə təyin olunanadək" olan nəqliyyat növü kimi görürlər.
P.s. metronun keçirtdiyi tədbirə bu adı kim fikirləşib bilmirəm, amma fikrimcə ən uyğun adlardan biridir və daha çox iştirakçıları təsvir edir: imkan yaranan kimi maşın alıb, metrodan imtina edirdilər.
2023-cü ildə Azərbaycan 650 kq nərə balığı kürüsünü ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, kürünün gömrük dəyəri kiloqramı üçün 903 dollar idi.
Maraqlı məqam ondan ibarətdir ki, DGK-nın məlumatına görə, bu kürünün 80 kiloqramının istiqaməti təyin olunmayıb. Yəni xarici ticarət haqqında hesabatda ölkə yerinə "ölkə təyin olunmayıb" yazılıb. İstiqaməti təyin olunmamış kürünün qiyməti isə kiloqramına görə 1734 dollar idi.
"Qərbi Azərbaycan Mətbəxinin təqdimi təşkili ilə bağlı xidmətlərin satın alınması"-nı xatırlayırsınızmı? Əvvəl 3 min litr ərik arağı olan, sonradan gecə ilə Dövlət Turizm Agentliyinin nümayəndələrinin sözlərinə görə 3 litrə çevrilən, lap sonradan reallıqda litri 30 manatdan olan 15 litr ərik arağı olan müqavilədir. Bu yaxınlarda tender bitdi və onun qalibi "Admedia.az" MMC oldu.
Bu məşhur şirkətdir (ən azı dövlət satınalmalar reyestrində). Dövlət Turizm Agentliyi üçün bundan əvvəl "Şuşada türk xalqlarının kulinariya günləri"-ni də keçirib. Amma o zaman bu tədbir 142,6 min manata başa gəlmişdi. Bu dəfə daha ucuz alındı - 67,9 min manat.
Bu yaxınlarda Sədərək rayonuna yeni icra başçı təyin olunub. Onun haqqında nəsə deyə bilmərəm, amma müvafiq rayon bir göstərici üzrə ölkədə lider mövqedədir. Deməli Dövlət Statistika Komitəsinin məlumatına görə, Sədərək rayonunda 2022 və 2023-cü illərdə bir yeni iş yeri belə açılmayıb. Aşağıdakı cədvəldə siz 2022 və 2023-cü illər ərzində ən az iş yeri açılan bölgələri görə bilərsiniz.
Görə bilərsiniz ki, Naxçıvan MR-in digər bölgələrində iş yerləri açılıb, amma Sədərəkdə bu göstərici sıfır olaraq qalır. Yeganə dəyişiklik fərdi sahibkar sayında müşahidə olunur - il ərzində 707 yeni sahibkar qeydiyyatdan keçib. Bu 2022-ci il ilə müqayisədə 7 dəfə çoxdur.
P.s. Naftalan və Laçın 2023-cü ildə artıq ən az yeni iş yeri açılan bölgələrə aid deyil.
Azərbaycan kitabları haradan idxal edir? Dövlət Gömrük Komitəsinin məlumatına görə, əgər 2022-ci ildə ən böyük ixracatçı İran idisə, 2023-cü ildə bu rol Türkiyəyə keçdi.
Eyni zamanda ingilis dilində kitabların həcmi ildən-ilə 3 dəfə artdı (daha ağır kitablar gəlməyə başladı və ya sayı çoxaldı - bunu demək çətindir).
p.s. bu statistikada animasiyalı kitablar, lüğət və ensiklopediyalar nəzərə alınmır.
Bakıda həyata keçirilən özəl irimiqyaslı layihələr barədə: bu yaxınlarda E. Ağalarov Forbes-Russia-ya müsahibə verib. Müsahibənin əsas hissəsi Rusiyada biznesin qarşılaşdığı çətinliklər ilə bağlıdır, amma bir hissəsi həmçinin "Sea Breeze" layihəsinə də həsr olunub (yəni faktiki reklamıdır). Onun dediyinə görə bu layihəni reallaşdırarkən heç bir halda bank kreditlərinə müraciət etmək istəmir və ona görə investor axtarışındadır.
İndiki mərhələdə dediyinə görə bir neçə investor var. Heç birinin adını demir, amma qeyd edir ki, investorlar Rusiya, Azərbaycan, İsrail və Türkiyədəndir. Hansısa rusiyalı sahibkarlar onun layihəsinə 50 milyon dollar yatırım ediblər (deyəsən bu ən yüksək yatırımdır). Bu günə kimi layihəyə edilən ümumi yatırımların həcmini 500 milyon (!) dollar olaraq qiymətləndirir. Bu vəsait hesabına 450 hektar ərazini əldə edib. Onun 300 hektarında 4-4,5 milyon kvadrat metr yaşayış sahəsini tikmək niyyətindədir.
Bəs yaxşı bu evləri kimin üçün tikir? Dediyinə görə 90%-i yerli bazar üçündür. Yəni o düşünür ki, yerli sahibkarlar Nardaranda 4 milyon kvadrat metr yaşayış sahəsini alacaqlar və sonradan bu mənzilləri kirayəyə verəcəklər. Maraqlıdır yaydan başqa digər mövsümlərdə Nardaranda mənzili kirayəyə götürməyin hansı mənası var? Ümumiyyətlə bizdə bazarda haradan belə potensial?...
Maraqlı faktlar sırasından: Bakının Sabunçu rayonu üzrə ictimai iaşənin dövriyyəsi 2023-cü ildə 2,5 dəfə artıb (bu göstəriciyə görə Suraxanı rayonunu ötüb, Qaradağ rayonuna çatıb). Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, 2023-cü ildə Sabunçu rayonunda cəmi 3 iaşə müəssisəsi açılıb (iki dönərxana və bir restoran). Düzdür 2024-cü ildə 1 ay ərzində 8 müəssisə qeydiyyatdan keçib, amma onun 3-ü “Xəzri” İstirahət mərkəzində fəaliyyət göstərir, daha 4-ü də dönərxanadır.
Sizcə Sabunçu rayonunda olan restoran və kafelərdə 2023-cü ildə nə baş verib?
Soruşa bilərsiniz ki, Navalni insanları nə ilə cəlb edirdi? O öz siyasətçi karyerasını məhz insanlar ilə insanların başa düşdüyü dildə qurmaq ilə məşğul idi (bloqundan başlamış Tiktokuna kimi. Kim düşünə bilərdi ki, antikorrupsiya tədqiqatlarını belə maraqlı və məzəli etmək olar və bununla milyonlarla insanı cəlb etmək mümkündür). Eyni zamanda hökumətə tam alternativ qururdu. Hökumət şəffaf və hesabatlı deyil? Mən isə əksinə tam şəffaflıq və hesabatlılıq göstərəcəyəm. Hökumətə girişmək üçün qohum-tanış olmaq lazımdırsa, bizdə tamamilə asandır. Sən büdcəyə pulları məcburi yığırsan, mən isə insanların dəstəyi hesabına öz siyasətimi qururam. Bunun hesabına Rusiyada vətəndaş cəmiyyətinin, KİV-lərin böyük hissəsi quruldu. Heç kim düşünmürdü ki, kraudfandinq hesabına siyasi fəaliyyət qurmaq olar – o qurdu. Heç kim düşünmürdü ki, kraudfandinq hesabına cərimə və s. ödəmək olar – o etdi. Kraudfandinq hesabına siyasi təşkilatı saxlamaq mümkündürmü – mümkündür. Seçkilərdə qalib gəlmək mümkündürmü – mümkündür (onun qurduğu sistem hesabına 2011-ci ildən başlayaraq deputatlardan başlamış bələdiyyələrə kimi müxtəlif insanlar üzv oldular). İnsanları mobilizasiya edib hökumətdən nəsə tələb etmək mümkündürmü? Mümkündür (təsəvvür edin ki, prokuroluğa sorğu ilə müraciət edib, onun meyitini qohumlarına təhvil vermək üçün 100 min insan öz imzasını qoydu. Hətta ölümündən sonra repressiyalar içərisində yaşayan insanları "ekstremist" naminə mobilizasiya edə bilirdi. Bizdə 10 min insandan siyasi və ya antikorrupsiya (məhz bundan başlamışdı) məsələlərə dair imza toplamağı təsəvvür etmək çətindir. Əsas məsələ odur ki, o daim yeniliklərə və komandaya açıq idi. İndi onun komandasına fərqli yanaşmaq olar. Amma bir çox işi məhz komandası yerinə yetirirdi və görünən odur ki, tam azadlıq hökm sürürdü (komandanın bütün üzvlərini az qala bütün cəmiyyət adbaad tanıyır. Bizdə belə bir şey təsəvvür etmək mümkündürmü?).
Məsələnin başqa tərəfi də var. Rusiyada belə bir əndirəbadi termin var – pozitiv gündəm. Bunun mənasını belə izah etmək olar – sən kiməsə boş-boş “istefa” qışqırmırsan, sən cəmiyyətə öz gündəmini, proqramlarını təqdim edirsən. Yəni deyirsən ki, indi nədir – vecimə deyil (mən indikini saymıram və s.), mən gələcəyi belə görürəm və sizin dəstəyinizlə bu gələcəyi quracağam. Bundan başqa Navalni daim yumor hissini saxlayırdı. Onu bir türmədən başqasına, bir cərimə izolyatorundan başqasına göndərirlər. Hər bir insan artıq əsəbiləşərdi (misal üçün, biz burada aid gündəlik həyata dözmürük) və cəmiyyətə ötürdüyü fikirlər də neqativ istiqamətdə olacaq idi, amma Navalni başqa yolu seçmişdi və yolundan çıxmırdı – o daim pozitiv fikirlər göndərirdi. Onun bütün son məktublarını, yazıları və hətta videoları belə pozitiv gündəmə yönəlib – yəni məni bu vəziyyət sındıra bilməz və mən cəmiyyəti gələcək ilə bağlı bədbinliyə düşməyə imkan verməcəyəm. Bu kömək etdimi? Demək çətindir. Gələcəkdə görə bilərik. Amma yeganə bildiyimiz odur ki, Navalni hökumət ilə razı olmayan və ideoloji olaraq fərqli qütblərə məxsus olan şəxsləri birləşdirməyi bacarmışdı;
– Дьяконов М.М., Дьяконов И.М. Избранные переводы. Москва. 1985. 256с. – gələcəyimiz ilə bağlı neqativ fikirlərdən (hər nə dərəcədə biz deyirik ki, cəmiyyətimiz Rusiyadan uzaqdır, Rusiyada dəyişikliklərin mümkünlüyü böyük bir əraziyə təsir edəcəkdir. İndi biz bu imkanı itirdikmi?) qaçmaq üçün qarşıma düşən birinci kitabı götürdüm. Bu da müxtəlif dillərdən (norveç, ərəb, fars, şumer və s.) iki qardaşın tərcümələr məcmuəsi idi. Bir az Şərqdən, bir az Qərbdən oxudum və heç bir fikrə gəlmədim;
– Полевой Е. По ту сторону китайской границы: Белый Харбин. Москва. 1930. 87с. – ruslar tərəfindən XX əsrin əvvəlində tikilmiş Xarbin şəhəri 1920-ci illərdə maraqlı bir bölgəyə çevrilmişdi. SSRİ-dən qaçan onminlərlə insan Xarbinə toplaşmışdı. Eyni zamanda şəhər SSRİ və Çin tərəfindən idarə olunan dəmir yolunda yerləşirdi. Yəni burada Sovet vətəndaşları da çox idi. Hər iki qrup necə yaşayırdı? Bu barədə SSRİ vətəndaşının xatirələridir. Ağ emiqrasiyaya qarşı çox aqressiv yazılıb, amma bir-iki saat vaxtı aparmaq üçün oxumaq olar.
– Довлатов C. Собрание сочинений в 4-х томах. Том 1. Санкт-Петербург. 2005. 464c. – nəhayət əlim Dovlatova çatdı. Bundan əvvəl onun bir sıra hekayələrini oxumuşdum. Deyə bilmərəm ki, çox xoşuma gəlmişdi, amma yumor hissi cəlb etmişdi. Birinci cildində romanlardan yalnız “Kompromiss” var idi. Maraqlı romandır. Deyilənə görə, romanın əsas antiqəhrəmanı 90-ci illərdə romanı oxuyandan sonra vəfat etmişdi. Hansı dərəcədə realdır, bilmirəm. Amma Dovlatovu oxumaq maraqlıdır. Deməzdim ki, möhtəşəm yazıçıdır (mənə uyğun deyil), amma xandradan çıxmaq üçün məsləhət görə bilərəm. Əlbəttə ki, qeyd etmək lazımdır ki, onun əsərlərindən sonra daha çox alkoqol içki qəbul etmək istəyirsən (hər hekayəsi aşağı-yuxarı bununla bağlıdır. Özü də alkoqolizmdən vəfat edib);
– Григорович Д.В. Повести и очерки. Москва. 1983. 208с. – rus sektorunda (ən azı mənim dövrümdə və daha əvvəl) oxuyanlar yaxşı xatırlayar ki, məktəbdə Tolstoyun “Müharibə və sülh” əsərindən bir neçə hissəni ayrıca keçirdilər. Onlardan biri Bolkonskilərin palıd ağacının təsviri idi. Deyəsən romanda bir səhifə idi, amma buna dair inşa ya da nəsə yazırdıq. Heç vaxt bunu başa düşmürdüm. Tolstoyun dediyinə görə, təbiəti təsvir etməyi onu öyrədənlərdən biri də Qriqoroviçin əsərləri idi. Qriqoroviçin hekayələrini oxuyarkən, sən real olaraq təbiətin həddindən artıq detallı təsvirini görürsən. Uşaqlıqda məni rahat qoymayan məsələlərinin səbəbkarını demək olar ki, tapdım.
Apardığım “Kitabxana reyestrinə” görə evimizdə 6010 kitab var. Periodik olaraq düşünürəm ki, bəzi rəfləri tamamilə oxumalıyam. Bu rəflərdən biri də rus ədəbiyyatıdır. Hardasa 50-60-nı oxumuşam, amma hələ də 300-ə yaxını qalıb (cəmi deyəsən 345-dir). Adətən belə hal-əhval 1-2 ay davam edir, sonra başqa kitabları görürəm və.. yaddan çıxır ki, rəfi bitirmək məqsədi qoymuşdum. Bu dəfə yenə cəhd etdim və gözüm Qriqoroviçə sataşdı. Təxmin edirəm ki, bu ad sizə nəsə demirəm, amma vaxtilə 19-cu əsrdə, islahatlardan əvvəlki dövrdə, Qriqoroviç məşhur idi. Onun barəsində yuxarıda qeyd etdiyim kimi Tolstoy, Belinski və s. yazırdılar. Onun əsərlərin böyük hissəsi adi kəndliyə həsr olunub və bəziləri həddindən artıq çətindir. Belə əsərlər arasında “Антон-горемыка” (“Anton-bədbəxt”)-nı qeyd edilərəm. Həddindən artıq çətin əsərdir. Əsas qəhrəmanı sadə kəndlidir, öz ailəsini dolandırmağa çalışır, amma həddindən artıq çətin şəraitdə yaşayır. Yaşadığı kəndin sahibi (təsvir olunan dövr hələ təhkimçilik dövrü idi) onu öz atını satmağa məcbur edir. O da atı satmaq üçün bazara gedir. Hər addımbaşı hamı tərəfindən aldadılır. Bəzən düşünürsən ki, bu sadəcə nadan kəndli idi. Amma sonra ətrafa baxırsan, xəbərləri oxuyursan və görürsən ki, bu istismar, insanların son resurslarının belə qarət olunması davam edir və 170 il əvvəli təsvir edən povest əslinə qalsa bu günə də çox yaxındır (sadəcə indi sənəd-sünəd işi daha çoxdur);
Воронков К. Алексей Навальный: Гроза жуликов и воров. Москва. 2011. 224с. – Navalninin ölümü çox pis təsir etdi. Bu barədə çox danışa bilərəm. Oturub hətta yazmaq istəyirdim, amma sonra gördüm ki, solçular fikirlərimi artıq yazıblar. Daha ətraflı burada və burada oxuya bilərsiniz. Daha çox fikirlərimi ifadə edən sitat budur (təəssüf, tərcüməsini etməyə gücüm yoxdur):
Fevral ayında oxuduğum kitablara dair yazmaq bir qədər çətin idi. Son bir ay ərzində baş verən hadisələrdən sonra oturub sadəcə kitabları oxuyub, fikirləri paylaşmağa imkan vermirdi. Nəsə düşünürsən və fikirlərin yenə də bu hadisələrə qayıdır. Müvafiq hadisələrə reaksiya vermədən və ya daha doğrusu cəmiyyətdə heç bir reaksiya görməyəndə, “а ну его к черту” (“cəhənnəmə” – rusca deyəsən daha yaxşı səslənir) düşünürsən: niyə yazırsan, niyə nəsə edirsən, otur özün üçün işlə, qazan və çıx get bu ölkədən – daha rahat yaşaya biləcəksən. Amma mən deyəsən heç vaxt asan yolları axtarmıram. Hər dəfə qrup yoldaşların və ya digər köhnə dostlar ilə görüşəndə, daim görürsən ki, daha biri ölkədən çıxıb getdi. Bu azmış daim ətrafda hamı deyir ki, imkanın ki var, niyə qalırsan. Qalanlar isə ümumiyyətlə parallel dünyada yaşayırlar. Rusiya və ya Ukrayna, və ya bilmirəm Türkiyə haqqında soruşsan daha çox məlumatlı olacaqlar, amma Azərbaycanda baş verən hadisələr haqqında məlumatlı deyillər.
Bu cəmiyyətdən hər hansı reaksiya gözləmək mümkündürmü? Bilmirəm. İnsanlara izah edirsən ki, sənin hüquqların pozulur, o da cavabında - əşi, yaşayırıq da. Deyirsən ki, “islahat”lar çərçivəsində atılan addımlar mənasızdır, sənə deyirlər ki, “buna da şükür”. İzah edirsən ki, COP29 keçiriləcək ölkə yanvar ayı üçün ətraf mühitin mühafizə xərclərini 7(!) dəfə azaldıb, bunun müqabilində pullar qeyri-şəffaf və qeyri-hesabatlı olan investisiyalara gedib. Sənə deyirlər ki, gör Azərbaycan nə boyda tədbir keçirəcək, deməli gələcəkdə daha da iri tədbirlər olacaq. Nəsə çox uzağa getdim, qayıdaq kitablara.
Dediyim kimi oxuduğum kitablar haqqında yazmağa daim yığışırdım və öz fikirlərimi müəyyən qədər toparlaya bilmirdim, amma nəhayət oturmağa müəyyən “səbəb” (ayağım burxulub və gəzmək çətindir) tapıb, yazmağa başladım.
– Гибсон Я. Гренада 1936г. Убийство Федерико Гарсиа Лорки. Москва. 1983. 255с. – son dönəmlərdə nəsə İspaniya Vətəndaş Müharibəsinin tarixi ilə maraqlanmağa başlamışam. Bu müharibədə məni daha çox cəlb edən ideoloji məsələlərdir. Yəni bir xalq (hər iki tərəfdən ispanlar, katalonlular, basklar və s.) iki tam fərqli qütbə bölünmüşdü və bu bölgü deyəsən indiyə kimi mövcuddur (bəzən olur ki, kimsə danışır ki, görün nə gözəl İspaniyada və Portuqaliyada hakimiyyət dəyişdi, diktator öldü və demokratiya gəldi. Amma məsələ ondan ibarətdir ki, müvafiq faşistlər (frankistlər və s.) yenə də hakimiyyətdə qaldılar. Sadəcə öz adlarını dəyişdirdilər. Bu demokratiyadırsa, çox maraqlı bir demokratiyadır. Bu azmış kimi diktatorun vəsatəti əsasında formalaşmış monarxiyadır). Bu bölgü o qədər radikal olması nəticəsində vətəndaş müharibəsi də tarixdə deyəsən ən sərt olanlardan biri idi (yəni hətta Rusiyada 1918-1920-ci illərdə olan Vətəndaş müharibəsi ideoloji olaraq tam fərqli qütblər arasında mübarizə deyildi. Yəni insanlar bolşeviklərə qarşı idilər, sonra onların tərəfinə keçirdilər. Ayrı-ayrı dövrlər və bölgələri çıxmaq şərtilə, ideoloji olaraq özlərini sola qarşı kimi hiss etmirdilər. Denikin ordusunun böyük hissəsi, misal üçün, sonradan Qızıl Ordunun tərkib hissəsinə çevrildi). Başlayandan bəri frankistlər dalbadal güllələmə ilə məşğul idilər.
Sankt-Peterburqda elit yaşayış yerlərinin tikintisində ixtisaslanmış "Yevrostroy" şirkəti 2023-cü ildə elan etmişdi ki, Bakı bazarına çıxmaq niyyətindədir. Rusiya ekspertləri qeyd edirdilər ki, Bakının Sankt-Peterburq ilə müqayisədə bir sıra üstün cəhətləri var (daha ucuz mənzillər, rəqiblərin az olması və s.), bu da şirkəti cəlb edib.
Elandan sonra faktiki bir il keçdi, amma şirkət hələ də Bakıda yoxdur. Bəs səbəb nədir? Şirkətin sahibi deyir ki, "Восток — действительно дело тонкое" (Şərq - həqiqətən incə işdir). Səbəbini tam da izah etmədi, amma qısa olaraq dedi ki, "Bakı bazarında bir Rusiya tikinti şirkəti belə yoxdur. Mən hələ təəccüblənirdim ki, niyə? Şərq - həqiqətən incə işdir. Bizdə bəlli olan oyun qaydaları var, amma burada məhsul cəhətindən bazar hələ də geridə qalır".
Görünür ki, Bakıda bəlli olan oyun qaydaları yoxdur.
Ən sevdiyim "urbanist" tipi: eyni şərhlərdə həm "vahid bələdiyyə", həm də "hesabatı da bilirik, aparılan danışıqları da" barədə danışır. Adi bələdiyyənin normal fəaliyyəti üçün ilk addımlardan biri şəffaflıq və hesabatlılıqdır. Əgər bu tələb yoxdursa, lap yüzlərlə "vahid bələdiyyə" yarat, mənası olmayacaq. Əgər bələdiyyə vətəndaşlar qarşısında hesabatlı deyilsə, bu "icra hakimiyyəti"-dir. Başqa tərəfdən vətəndaş cəmiyyəti (müxtəlif formalarda - urbanist, müstəqil təşəbbüslər, GoNGO-lar və s.) bu və ya digər sahədə fəaliyyət göstərirlərsə, tamamilə şəffaf olmalıdırlar. Yəni müvafiq danışıqlarda, yığıncaqlarda iştirak etmək səbəbləri də məhz ictimaiyyəti məlumatlandırıb, ictimai tələbləri çatdırmaqdır. Amma əgər bu yoxdursa, o zaman nə fərqi oldu ki?
Читать полностью…Financial Times xəbər verir ki, Avropanın hərbi sənayesində ciddi artım müşahidə olunur. Bunun əsas səbəbi, əlbəttə ki, hökumətlər tərəfindən artırılan hərbi xərclərdir. Məlumata görə, 2023-cü ildə müvafiq xərclərin həcmi 388 milyard dollar təşkil edib. Müvafiq vəsaitlərin böyük hissəsi əsasən bir neçə şirkət arasında bölüşdürülüb. Açıq məlumatlara görə, yeddi ən iri Avropa hərbi sənaye şirkəti il ərzində 300 milyard dollar həcmində sifariş alıblar.
Читать полностью…21-ci əsr sürətli inkişaf əsridir:
17.05.2021, Bakı Nəqliyyat Agentliyi: "Hazırda Bakı şəhərinin mərkəzi hissəsində 49.800 kv.m piyada zonası var. Daha 15.300 kv.m sahəni tamamilə piyada zonasına çevirmək, 10.000 kv.m ərazidə isə piyada üstünlüyü olan zonalar yaratmaq, o cümlədən "Xaqani parkının ətrafında tam olaraq nəqliyyatsız piyada zonasının yaradılması" planlaşdırılır".
04.03.2024, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi: "Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini məhdudlaşdırıb".
"Plan"ı yerinə yetirmək üçün 2 il 9 ay 16 gün lazım oldu. Çox sürətli inkişaf əsridir...
Mərkəzi Bankın məlumatına görə, 2023-cü il ərzində istifadəçilər tərəfindən tokenizasiya həllərindən istifadə ciddi sürətdə artıb. Tokenizasiya həlləri dedikdə burada ApplePay və GooglePay başa düşülür. Məlumata görə, ApplePay-in payına 1,90 milyard manat həcmində 67,5 milyon ödəniş, GooglePay-in isə 813,2 milyon manat həcmində 39,6 milyon ödəniş düşüb.
Göründüyü kimi ölkədə hər iki həll ilə eyni bankların işləməsinə baxmayaraq, Apple Pay daha geniş yayılıb (hər iki sistemin Azərbaycanda tam il işlədiyi ilk ildir). Ödənişlərin sayında payı 63%, həcmində isə 70% təşkil edib. Eyni zamanda Statcounter Global Stats-in məlumatına görə, 2023-cü il ərzində ölkə üzrə mobil telefon istifadəçiləri arasında İphone sahiblərinin payı ortalama 17,6% təşkil edirdi. Yəni əməliyyat sistemi Android olan telefonların sayı absolyut çoxluq təşkil edirdilər.
Maraqlı müqayisələr sırasından: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvarın 1-nə Azərbaycanda dövlət mülkiyyətində 10 692 müəssisə var idi. Bunların 3258-i müxtəlif dövlət qurumları, 2238-i təhsil müəssisələri, 491-i səhiyyə və sosial müəssisələrdir. Başqa sözlə birbaşa olaraq iqtisadi fəaliyyət ilə məşğul olan dövlət şirkətlərinin sayı 4705-dır.
Müqayisə üçün sosialistik Kubada dövlət müəssisələrinin sayı 2531-dir.
Eyni zamanda Kubada muzdlu iş ilə məşğul olan 2,3 milyon insan arasında 1,3 milyonu və ya 56%-i dövlət sektorunda çalışırlar. Azərbaycanda isə bu göstərici 52%-dir.
Yeri gəlmişkən, burgerlər haqqında danışmışkən: Qida Biznesi obyektlərinin reyestrində əks olunmuş məlumata inansaq, "Burger King" fəaliyyətini bərpa etmək niyyətindədir. Fevralın 16-da "Park Bulvar" və "Dəniz Mall", 27-də isə "28 Mall" və "Gənclik Mall"da olan obyektlərə dair müvafiq sertifikat əldə edib.
Bu dəfə onun françayzi qismində 2023-cü ildə qeydiyyatdan keçmiş "BK Azərbaycan" MMC olacaq.
Azərbaycanda sərvət bərabərsizliyinin "inkişafına" dair
Xatırlayırsınızsa bir neçə il əvvəl “Əmanətlərin tam sığortalanması haqqında” qanunu Milli Məclisdə müzakirəyə çıxarılmışdı. Bu qanunun müzakirəsi zamanı maraqlı rəqəmlər səsləndirilmişdi. Məlumata görə, Azərbaycanda bütün əmanət hesablarının 1 faizi (say olaraq), fiziki şəxslərin banklarda olan bütün əmanət məbləğinin 44 faizinə (3.4 milyard manat) sahibdir.
Müqayisə üçün, 1988-ci ildə Azərbaycanda bütün əmanət hesablarının 10 faizi (say olaraq) fiziki şəxslərin banklarda olan bütün əmanət məbləğinin 33 faizinə sahib idi.
Bu yaxınlarda "McDonald's Azərbaycan" şirkətinin baş direktoru elan edib ki, şirkət qarşıdakı 5 il ərzində Azərbaycandakı restoran sayını 50-yə çatdırmaq niyyətindədir (indi 23 restoran var). Başqa sözlə şəbəkəni 2 dəfə artıracaqlar. Ona görə maraqlı gəldi, bəs Azərbaycanda McDonalds müştəri sayı nə qədərdir?
Təəssüf, Azərbaycanda bir çox şirkətlər kimi McDonalds da öz maliyyə məlumatlarını açıqlamır. Amma şirkətin təxmini dövriyyəsini başa düşmək üçün biz rəsmi statistikadan istifadə edə bilərik. Bu yaxınlarda şirkətin səhifəsində məlumat verilmişdi ki, restoran şəbəkəsi "mal ətindən kotletlər Ukrayna və Almaniyadan, toyuq məhsulları isə Almaniya və Macarıstandan idxal edilir". KFC-dən fərqli olaraq McDonalds yerli istehsaldan istifadə etmir. Bu da bizim üçün hesablamanı asanlaşdırır.
Dövlət Statistika Komitəsinin məlumatından biz bilirik ki, 2023-cü il ərzində Azərbaycan toyuq və iribuynuzlu heyvan ətindən hazır məhsul idxalının həcmi müvafiq olaraq 2870 və 590 ton təşkil edib. Toyuq məhsullarına dair qeyd olunur ki, idxal Almaniya və Macarıstandan həyata keçirilir. Müvafiq ölkələr üzrə bölgüyə baxarkən görürük ki, iki ölkədən birlikdə Azərbaycana 671,27 ton toyuq ətindən hazır məhsul idxal olunub.
İribuynuzlu heyvan ətindən hazır məhsula gəldikdə isə burada problem ilə üzləşirik. 2023-cü il ərzində Almaniyadan bu məhsulun idxalının həcmi 10 kq təşkil edib (bunu həm Almaniya, həm Azərbaycan statistikası təsdiqləyir). Ukraynadan idxal isə 87,4 tona bərabər idi. Amma bütöv idxal iyul ayında baş verib. Yəni nə ondan əvvəl, nə də ondan sonra Ukraynadan hazır ət məhsulu idxal edilməyib. Bütün illik ehtiyatı bir dəfəyə gətirildiyini təxmin etmək çətindir (hətta müqayisə üçün 2022-ci ildə Ukraynadan 192 ton gətirilmişdi).
Təxmin edirəm ki, reallıqda 2023-cü ildə hazır ət məhsulları hələ də Rusiyadan (və ya Rusiya vasitəsilə) idxal olunurdu. Rəsmi statistikanın verdiyi məlumata görə, keçən il Rusiyadan Azərbaycana 443,57 ton hazır ət məhsulu gətirilmişdi. Beləliklə, təxmin edə bilərik ki, keçən il McDonalds 531 ton hazır ət məhsulu və 671 ton hazır toyuq əti məhsulu idxal edib. Bir burgerə ortalama 150 qram ət hesablasaq, bu o deməkdir ki, idxal olunan ət məhsullarından Azərbaycanda gündəlik ortalama 22 min burger hazırlanır.
Xoşbəxt olmaq üçün sizə nə qədər vəsait lazımdır? Yadımdadır ki, bir tanış oturub uzun hesablamadan sonra (söhbət 10 il əvvəl baş verib) dedi ki, ona xoşbəxt olmaq üçün 1,3 milyon dollar lazımdır. Düzünü desəm bunu necə hesabladığını heç soruşmadım, amma belə tipli sualları tez-tez görmək olur.
Rusiyada bu suala müəyyən qədər cavab verməyə çalışıblar. Avropa Universitetinin tədqiqatçıları 14,4 min şəxs arasında sorğu keçiriblər (məqalənin özü burada tezis formasında var, amma onun təsvirini buradan oxuya bilərsiniz). Bu şəxslər arasında 3 mini son 12 ay ərzində bu və ya digər cinayətdə xəsarət alan, digər 11,4 min son 12 ay ərzində ümumiyyətlə heç bir cinayət ilə rastlaşmayan şəxslər idi. Yəni birbaşa olaraq son bir il ərzində müəyyən böhran ilə rastlaşıb və xoşbəxtlikdən uzaq olan və eyni zamanda heç bir ən azı cinayət ilə rastlaşmayan və özünü nisbət normal sayan insanları müqayisə ediblər.
Müəyyən ekonometrik üsullardan istifadə edərək (materialda təsvir olunur) onlar hesabladılar ki, cinayət ilə rastlaşmış şəxslərin həyatdan razılığını 10 ballıq sistem üzrə 6,225 olaraq qiymətləndirmək olar. Cinayət ilə rastlaşmayan şəxslərdə bu göstərici 6,849-ə bərabərdir. Yəni təsəvvür edin ki, bu insanlar cinayət qurbanlarına çevrilməsəydilər, onların da həyatdan razılığı daha yüksək olardı. Bəs bu fərq nədir? Bu fərq faktiki olaraq cinayətkarlıq nəticəsində itirilən dəyərdir. Tədqiqatçılara görə ölkə miqyasında bu dəyər ən azı ÜDM-in 1,3%-ni təşkil edir.
Fikrimcə maraqlı hesablamadır. Müəlliflər ilə bu və ya digər cinayətin təsirinə dair mübahisə etmək olar, amma cinayətkarlığın (bizim keysimizdə, misal üçün, məişət zorakılığın) birbaşa olaraq ölkə həyatına verdiyi zərəri hesablamaq maraqlı olardı. Bəlkə bu halda müvafiq problemlərin həlli istiqamətində addımlar atılardı.
Maraqlı faktlar sırasından: Kommersiya hüquqi şəxslərin reyestrinin məlumatına görə, 2023-cü ilin aprelin 14-nə "Agro Food İnvestment" MMC şirkətinin qanuni təmsilçisi olaraq Məcnun Qadir oğlu Məmmədov (bu gün kənd təsərrüfatı naziri təyin olunan şəxs) çıxış edir (reyestr məlumatlarında son dəyişiklik aprelin 3-ü edilmişdi, amma direktor dəyişməmişdi).
Şirkət Bakı ş., Nəsimi rayonu, Neftçilər pr. 153 ünvanı üzrə qeydiyyatdan keçib və onun nizamnamə kapitalı 270 milyon manat təşkil edir (deyəsən bu sahədə ən iri nizamnamə kapitalıdır).