mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Daha 11 məntəqə üzrə seçici fəallığı 30-50% arasında dəyişir. Seçkilərdə adətən insanlar eyni səviyyədə iştirak edirlər. Düzdür fərqlər ola bilər. Amma bu fərqlər bəzi digər amillər ilə izah oluna bilər. Misal üçün, həm Mayak, həm də Qırmızıkənddə daha bir seçki məntəqəsi mövcuddur. Hər ikisində seçici fəallığı 30 və 35% təşkil edib. Yəni məntəqələrin çoxluğu düşdüyü qrupa ya düşürlər, ya da yaxındılar. Yəni eyni kənddə tamamilə fərqlə iki məntəqənin olması bir qədər təəccüblüdür. Digər yüksək göstərici nümayiş etdirən məntəqələrə qənşu olan məntəqələrdə müvafiq göstəricilər qeydə alınmır. Hələ burada biz bölgədən miqrasiya, istirahət gününün olmasını və s. nəzərə almırıq. Bu amillər isə ciddi təsir edir.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, nisbətdə daha çox seçicinin “gəldiyi” məntəqələrdə tamamilə fərqli nəticələr qeydə alınır. Yəni tam “təsadüf” nəticəsində ən çox seçici gələn məntəqələrdə T. Rüstəmxanlı 61% səs toplayır (bir məntəqədən başqa digərlərində fərq çox böyükdür). Bununla belə nisbətən normal seçici fəalığı qeydə alınan məntəqələrdə isə müvafiq göstərici 35%-dir və V. Nağıyeva ilə fərq çox cuzidir. Bu o demək deyil ki, ikinci cədvəldə qeyd olunan məntəqələrdə pozuntular və saxtakarlıqlar olmayıb və ya seçici fəallığı göstərilən səviyyədə olub. Sadəcə 15 məntəqə ilə bağlı göstəricilər konkret şübhələr üçün əsasdır. Yeri gəlmişkən ikinci cədvəldə əks olunan nəticələrdə yaranmışbu fərqin formalaşmasında əsas rolu 5 məntəqə oynayır. Bu məntəqələrdə fərqləri ümumiyyətlə yığışdırsaq, real nisbət V. Nağıyeva və T. Rüstəmxanlı arasında 31,4% və 31,6% olacaq.

Bəs hər hansı real nəticələri bu hesablamadan təxmin edə bilərikmi? Təəssüfər olsun ki, bu çətindir. Amma ən azı təxmin edə bilərik ki, bu 14 kənd üzrə 1936 səs reallığı heç cürə əks etdirmir. Bununla da iki namizəd arasında fərq qat-qat aşağı düşür. İndiki 21%-dən bu fərq 7%-ə kimi azalır. Bundan başqa daha 5 məntəqə üzrə mövcud olan anormal fərqləri də əlavə etsək, o zaman fərq daha da azalacaq.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından:

09.02.2020 - seçici fəallığı 47,81%

01.09.2024 - seçici fəallığı 37,27%

P.s. keçən dəfə namizəd olduğum 23-cü Nəsimi-Səbail dairəsində isə vəziyyət əksinədir: 25,7%-dən 31,5%-ə kimi artıb.

Читать полностью…

Mashalli

18 yaşımdan bəri bu ilk seçkilərdir ki, mən deyəsən heç bir formada iştirak etməyəcəyəm. Hər hansı boykot tərəfdarı deyiləm (o zaman əksinə müşahidəçi olardım), sadəcə hətta səs verməyə belə heç bir həvəs qalmayıb (düzü bizim dairəmizdə heç namizəd də yoxdur).

Читать полностью…

Mashalli

Əgər Semrush-a inansaq 2024-cü ilin iyulunda Azərbaycanda login.gov.az hətta tiktokdan da məşhur idi (əlbəttə ki, burada konkret sayta keçidlər nəzərdə tutulur). Maraqlıdır ki, ilk üçlüyə Pornhub da düşüb. Müqayisə üçün o gün Litva üçün müvafiq reytinqi oxuyurdum və orada bu sayt 7-ci yerdə idi. Orada da ilk iki yerdə google və youtube qərarlaşmışdı, amma ondan sonra facebook ilə birlikdə üç xəbər saytı gəlirdi. Görünür Azərbaycanda xəbər və porno (hətta giriş sayı keçən ilin eyni ayı ilə müqayisədə 90% artıb) arasında insanların seçimi bəllidir...

Читать полностью…

Mashalli

Yeni "enerji keçidi" adlandırılan proses zamanı bəzi elementlərin (kobalt, nikel, mis, litium və nadir torpaq elementlərin) istifadəsi qat-qat artacaq. Misal üçün, adi elektrik maşın üçün istifadə olunan müvafiq elementlərin həcmi adi avtomobil ilə müqayisədə 6 dəfə çoxdur. Eyni məsələ külək enerji stansiyaları və s. də aiddir.

Bu yaxınlarda Fransa Bankının tədqiqatçıları maraqlı bir hesablama aparıblar və məlum olub ki, yeni "enerji" keçidi sadəcə bir neçə ölkənin əlindədir. Özü də coğrafi və hüquqi olaraq bu məsələ fərqlənir. Misal üçün, coğrafi olaraq Avstraliya müvafiq resursların böyük payına malikdir, amma hüquqi olaraq bu resurslar Çin və ABŞ arasında bölünür.

Читать полностью…

Mashalli

Bu ilin sonunda Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək (yeri gəlmişkən, dövlət büdcəsində seçki xərcləri adı ilə əvvəlcədən təsdiqlənmiş yeganə seçkilərdir). Normalda bələdiyyələr çox vacib bir alət rolunu oynamalıdırlar, amma Azərbaycanda təəssüflər olsun ki, onların rolu və qərarvermədə payı demək olar ki, görünmür. Bu da bəllidir: faktiki olaraq büdcələrin əsas hissəsi ya maaşa (67%), ya da yol bərpasına gedir. Buna görə əgər bələdiyyə ən azı nəsə etmək istəyirsə, o zaman yeni bir gəlir növlərinin axtarışına çıxır (əlbəttə ki, bunu istəyən on-iyirmi bələdiyyə varsa, böyük işdir). Belə tipli bələdiyyələr arasında Mingəçevir bələdiyyəsini göstərmək olar.

Deməli bələdiyyələrin əsas gəlirləri vergilər, torpaq satışı və icarəsidir. 2023-cü ildə Mingəçevir bələdiyyəsi əlavə təqdim etdiyi xidmətdən, "dəfn mərasimi", 21,7 min manat qazanıb. Həcminə görə bu gəlir mənbəsi 4-cü yerdə qərarlaşıb. Müqayisə üçün əmlak vergisindən 21 min manat qazanıb. Görünən odur ki, bu xidmət üzrə gəliri də artır. Bu ilin birinci yarısında artıq 12,4 min manat əldə edib (artıq 3-cü yerdədir). Keçən ilin eyni dövrü ilə müqayisədə 4 min manat çoxdur.

Читать полностью…

Mashalli

Düzünü desəm "В мире китов и дельфинов" kitabından başqa digərləri heç cürə cəlb etmədi. "Вторая жизнь Уве" - həyat yoldaşı rəhmətə gedən adi qoca kişini təsvir edir. Düzünü desəm belə kişilər təkcə Skandinaviyaya ya da hansısa mədəniyyətə xas olmur, biz belələrini ətrafımızda da çox görürük. Təsvir olaraq maraqlıdır, amma xüsusi nəsə deyə bilmərəm (filminə baxmağa cəhd etdim, amma getmədi).

Dovlatova dair yenidən qeyd edə bilərəm ki, o mənlik yazıçı deyil. Onun əsərləri ilə daha çox tanış olduqca bu fikrimdə daha da israrlıyam.

Tomilinin kitabı isə ən yaxşılarına aid etməzdim, amma giriş olaraq elmi-populyar kitab kimi yaxşı vəsaitdir (özü də dənizdən qayıdarkən ona qulaq asırdım).

- Н. Лебина. Хрущевка - Ş. Məmmədovanın növbəti məqaləsini "Sovet hakimiyyətinin uğur hekayəsi: Sosial mənzillər sosial ədalətin rəmzi idimi?" oxuyandan sonra düşündüm ki, gərək elmi bir məqalə oxuyum, yoxsa heç bir istinad olmadan və məsələ ilə bağlı heç bir məlumat verməyən şəxsin məqaləsini oxumaqdansa nəsə bir fundamental əsər oxumaq lazımdır. Yadıma düşdü ki, bu yaxınlarda Qorki-də xruşşovkalara dair kitabın dərc olunması ilə bağlı material oxumuşdum. Bu da məhz N. Lebinanın kitabı idi. Kitabda kifayət qədər detallar var, amma çox maraqlı tərzdə yazılıb. Kitabın hər fəsli müxtəlif otaqlara həsr olunub və xruşşovkaların məhz konkret formada və ya tərzdə tikilməsini səbəblərini, seçim prosesini və s. göstərir (bilirdinizmi ki, xruşşovka adlandırdığımız binaların 18 növü var. Bundan başqa hər respublika da öz əlavələrini edirdi). Azərbaycanda təəssüflər olsun ki, bu tərzdə (rahat oxunulan və maraqlı) və elmi olaraq bu səviyyədə kitab görmək çətindir. Oxumağı tövsiyə edirəm.

- И. Штемлер. Универмаг və И. Штемлер. Возвращение долга - bir dəfə qeyd etmişdim ki, istirahət üçün mən istehsalat romanlarını oxumağı sevirəm. Əgər ABŞ-da bu janrda A. Xeyli yazırdısa, SSRİ-də bu İ. Ştemler idi. Hər iki kitabı tövsiyə edirəm. Univermaq romanını oxuduqca təəccüblənirsən. Romanda rüşvətxorlar, korrupsionerlər və s. müsbət tərəfdən göstərilib. Bu azmış kimi romanın sonuna kimi heç biri cəzasını almır. Düşünürsən ki, bəlkə roman yenidənqurma vaxtı dərc olunub? Xeyr, 1983-cü ildə. Yəni o dövrdə belə roman yazmaq və dərc olunmaq mümkün idi. Hətta müəllif üçün bu roman geniş məşhurluğu qazandırdı. Necə oldu bu? Bu barədə daha ətraflı müəllifin memuarlarında tanış olmaq mümkündür. Müəllif Bakı doğulub, təhsil alıb və nisbətən uzun müddət yaşayıb. Bir sıra digər bakılı yazıçıların qeyd etdiyi kimi onun da Bakıdan çıxmağa səbəbi yerli millətçilik idi. Dediyinə görə bu açıq olaraq özünü heç vaxt göstərmirdi, amma vəzifə və s. olaraq inkişaf etmək mümkün deyildi (o bu faktı Bakının 50-ci illərin əvvəli ilə müqayisə edir. O zaman bütün SSRİ-də anti-yəhudi kampaniyası olduğu halda, Bakıda onlara heç kim toxunmurdu).

Maraqlı bir faktı da qeyd etməliyəm. Bundan əvvəl Voyskunsidə, sonra bir sıra digər bakılı olan şəxslərin əsərlərində, memuarlarda bir faktla üzləşirsən. Müəlliflər rahatlıqla Bakının atıb, başqa şəhərə köçürlər (düzdür nostalji hissi, xatirələr və s. qeyd olunur, amma şəhər ilə sıx bağlılıq hiss olunmur. Daha çox "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" prinsipi görsənir). Düzdür bir çox hallarda bunu konkret öz seçimləri ilə etmirlər, amma ən azı bunu rahatlıqla edirlər. Bir çox hallarda onların anaları bu addımlarında onları dəstəkləyir və hətta özləri bəzən köçür, amma atalar fərqli olur. Demək olar ki, bütün hallarda oxuduğum şəxslərin ataları Bakıda doğulmayıb (Ştemlerin hər iki valideyni Xerson tərəflərdə anadan olub, hər ikisi ailəsi ilə 1920-ci illərdə Bakıya köçüb və burada tanış olublar), amma buna baxmayaraq Bakıda ömrünün sonuna kimi qalmaqda iddialı idilər. Təxmin edirəm ki, bu başqa bir amil ilə bağlıdır: onlar özlərini Bakıda tapıblar, burada doğulmasalar da, burada həyatlarını qurublar və buranı özlərinə Vətən seçiblər deyə ayrılmaq istəmirlər. Onların uşaqları artıq Vətən olaraq bütün SSRİ-ni qəbul edirdilər deyə köçməkdə problem görmürdülər.

Читать полностью…

Mashalli

İqtisadçı Fərid Mehralızadə 78 gündür ki, ədalətsiz olaraq həbsdə saxlanılır. Bu dövr ərzində o, 50 kitab oxuyub. Həmin kitabların siyahısı:

1. Boris Pasternak, “Doktor Jivaqo”
2. Ömər Faiq Nemanzadə, “Xatirələrim”
3. Sadun Aren “Ekonomi El Kitabı”
4. Brian Tracy, “Daxili intizamın gücü”
5. David Nicholls, “Bir gün”
6. Stefan Zweig, “Bilinməyən bir qadının məktubu”
7. Thomas More, “Utopiya”
8. Arthur Schopenhauer, “Esselər”
9. Albert Camus, “Taun”
10. George Orwell, “Boğuluram”
11. Stefan Zweig, “Möcüzəvi gecə”
12. Prosper Merime, “IX Karlın hakimiyyət tarixçəsi”
13. Hakan Mengüç, “Ben neyim”
14. Kapital XXI Yüzyıl
15. Milan Kundera, “Ölümsüzlük”
16. M.F. Axundov, “Aldanmış Kəvakib”
17. Mark Twen, “İnsan nədir”
18. Banin, “Qafqaz Gündəliyi”
19. Heminquey, “Qoca və Dəniz”
20. Herman Hesse, “Demian”
21. Dissidentler, Məqalələr toplusu
22. Liam Foks, “Şahə qalxan dalğalar”
23. Zülfi Livaneli, “Edebiyat Mutluluktur”
24. Çexov, “Albalı Bağı”
25. Milan Kundera, “Varolmanın Dayanılmaz Hafifliği”
26. Robert C. Allen, “Dünya iqtisadiyyatı tarixi”
27. George Orwell, “Kataloniyadan salamlar”
28. Abhijit V. Banerjee, Esther Duflo, “Good economics for hard times”
29. İda Jessen, “Yeni çağlar”
30. Stefan Zweig, “Görkəmli insanların həyatı”
31. Nağı bəy Şeyxzamanlı, “Xatirələr”
32. Kolektif yazarlar, “Yeni iktisat okulları ve iktisadi düşünce”
33. Ceyms Oldric, “Diplomat”
34. Albert Camus, “Hə ilə yox arasında”
35. Ceyms Coys, “Ölülər”
36. Celal Şengör, “Hasan Ali Yücel ve Türk aydınlanması”
37. Rafiq Tağı, “Yanaşı ulduzlar”
38. Ceyms Fenimor Kuper, “Sonuncu mogikan”
39. Franz Kafka, “Dönüşüm”
40. Bertrand Russel, “Mən nəyə inanıram?”
41. Stefan Zweig, Novellalar
42. Fransua Moriak, “Bir ürəyin qürubu”
43. Yusif Vəzir Çəmənzəminli, “Studentlər”
44. Viktor Emil Frankl, “İnsanın anlam arayışı”
45. John Keane, “The shortest history of democracy”
46. Rafiq Tağı, Hekayələr
47. Aziz Nesin, “Nah kalkınırız”
48. Erich Fromm, “Sağlam cəmiyyət”
49. Rəşad Şirin, “ Kaleydoskop”
50. Barnaby Martin, “Asılı adam”

Читать полностью…

Mashalli

Bəs sizin "bir sıra işləriniz" olurmu?

Читать полностью…

Mashalli

Dövlət Vergi Xidməti onlayn-kassalar hesabına böyük həcmdə məlumat toplayır. Bəs onlar bu məlumatdan necə istifadə edirlər? Göründüyü kimi heç cürə istifadə etmirlər. Yəni hər hansı hesabatlar, tədqiqatlar görmürük. Hətta sorğu yazıb hər hansı məlumatı (əlbəttə ki, anonimləşdirilmiş formada) əldə etmək istəsəniz, normal cavab almayacaqsınız. Niyə? Demək çətindir. Əlbət hesab edirlər ki, bu məlumat onlara məxsusdur və yalnız özləri görə bilər (bizdə adətən bu və ya digər məlumatları toplayan dövlət qurumları nəyəsə görə hesab edirlər ki, onlar məlumat sahibləridir və ictimaiyyət ilə paylaşmamalıdırlar).

Bizdən fərqli olaraq digər ölkələrdə əksinə müvafiq bazalar tədqiqatlar üçün çox aktiv olaraq istifadə olunur (misal üçün, ABŞ-da az qala tədqiqatların yarısı vergi bazasının istifadəsi ilə keçirilir). Bu yaxınlarda Rusiya Mərkəzi Bankın tədqiqatçıları Federal Vergi Xidmətindən 2022-ci il ərzində vurulmuş bütün çeklər (2017-ci ildən başlayaraq Rusiyada bütün çeklər haqqında məlumatlar toplanılır) haqqında məlumatı əldə etdilər. Bunun əsasında onlar inflyasiya hesablamağa və onu rəsmi rəqəmlər ilə müqayisə etdilər. Maraqlı bir tədqiqat alındı.

Bəzi rəqəmlər rəsmi statistika ilə üst-üstə düşdü, bəzi məhsullar üzrə fərqlər yarandı. Yəni başqa sözlə bizim əlimizdə alət varsa, niyə ondan istifadə edib, daha real nəticələri əldə etməyək? Çünki inflyasiyanın real göstəricisi çox vacibdir. İndiki məqamda real olaraq satışlar haqqında məlumat Dövlət Vergi Xidmətində toplanılır. Bundan başqa ƏDV Geri al sistemi və nağdsız ödənişlər hesabına hətta əhali haqqında daha ətraflı və səhih məlumat (heç bir halda burada konkret şəxslərin müəyyən edilməsini nəzərdə tutmuram) əldə etmək olar. Bu da bizə əhali haqqında bəlkə tam da olmayan (yəni Azərbaycanda onlayn-kassa istifadə etməyən kifayət qədər obyekt mövcuddur), amma ümumi konturları cızmağa imkan verən bir təəssürat yaratmağa imkan verəcək. Oturub boş yerdə, əhalinin 5%-i yoxsuldur və ya inflyasiya cəmi 2%-dir yox, məhz daha konkret rəqəmlər əsasında (istehlak səbəti, xərc və toplama davranışı və s.) müəyyən etməyə imkan verəcək. Artıq bunun əsasında vergi və sosial siyasət də qurula bilər. Biz konkret olaraq insanların davranışlarını və ehtiyaclarını başa düşə bilərik.

Читать полностью…

Mashalli

Bu yaxınlarda Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib ki, Şuşada “dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir. Bu binaların 8-i özəl investorlar, 2-si isə Şuşa Şəhər Dövlət Qoruq İdarəsi tərəfindən tikilir. Qeyd edim ki, bu investisiya layihəsinə 1 manat da olsa dövlət vəsaiti sərf olunmur”.

Maraqlıdır ki, adı “dövlət-özəl” getsə də, onun dediyinə görə dövlət burada heç bir vəsait xərcləməyib. Amma gəlin yoxlayaq, bu belədirmi? Tikintilərin dövlət reyestrinə müraciət etsək, görə bilərik ki, 2022-2024-cü illər ərzində şəhərdə tikinti üçün icazə alan bir neçə qurum var:

- Azəristiliktəchizat ASC (altı qazanxana üçün);
- Azərenerji ASC (Şuşa yarımstansiyası);
- Azərbaycan Respublikası Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (orta məktəb binası);
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (24 yaşayış binası);
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti (mərkəzi xəstəxana);
- Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Şuşa Radio-Televiziya yayım stansiyasının bina və qülləsi);
- Azərişıq ASC (transformator məntəqəsi və yarımstansiyası).

Göründüyü kimi burada 7 qurum var və hamısı da dövlətə məxsusdur. Ən azı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan reyestrdə özəl strukturların adı yoxdur. Bəlkə yaşayış binaların tikintisi yalnız nəzərdə tutulur? Amma bu da maraqlı söhbətdir. Dövlət satınalmalar reyestrinin məlumatına görə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Best Energy Group MMC, Archi-co MMC və Conco QSC ilə ümumi dəyəri 59,3 milyon manat olan 5 tikinti müqaviləsi imzalayıb. Satınalma müqavilələrinə görə müvafiq şirkətlər tikinti işlərini həyata keçirməlidirlər. Bəlkə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin hansısa qazanc mənbəyi var? Sonuncu maliyyə hesabatına görə (2022-ci ilə aiddir) qoruq gəlirlərinin 89%-i dövlət büdcəsindən birbaşa alınan vəsaitlərdən ibarətdir. İcarədən və mal satışından qoruğun gəlirləri heç 400 min manatı keçmir. Qoruğun saxlanılması da üçün ən azı illik 5-9 milyon manat ayrılır.

Eyni zamanda gəlirlərə daxil edilməyən, amma investisiyalara yönəldilən 50,8 milyon manat da 2022-ci ildə dövlət büdcəsindən birbaşa köçürülmüşdü. Bunu Qoruq özü də inkar etmir. Hesabatında birbaşa olaraq qeyd olunub ki, “Qoruq İdarəsi əsasən Azərbaycan Respublikası dövlət büdcəsindən daxil olan vəsaitlər hesabına maliyyəşir”. Yəni bu artıq avtomatik o deməkdir ki, tikintiyə dövlət vəsaiti xərclənir. İndi bu vəsait hansı maddə üzrə və ya necə çatır – bu artıq başqa məsələdir. Amma açıq mənbələrdə olan məlumatdan biz görürük ki, tikinti tamamilə dövlət hesabına həyata keçirilir (ya da tikintiyə icazə almadan Şuşada kimsə tikinti edir..).

Читать полностью…

Mashalli

Fikrimcə çox gözəl cümlədir: "BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb".

Dünyada bəlkə də bir ilkdir: konfrans sessiyası ilə bağlı şadlıq sarayında toyun keçirilməsi təxirə salınır. Düşünə bilərsiz ki, bəlkə konfrans sessiyası şadlıq sarayında olacaq deyə belə bir qərar verilib (əlbəttə ki, toy vaxtı konfrans keçirmək bir qədər narahatdır)... amma "bunu COP29-la əlaqədar ölkəyə gələcək xarici vətəndaşların çoxluğu və bu mühüm tədbirin uğurlu keçirilməsi ilə bağlı paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılmasına dəstək göstərməkləri ilə əlaqələndirirlər".

Deyəsən bu azərbaycansayağı korporativ sosial məsuliyyətdir. Başqa tərəfdən toyu sonradan keçirmək olar, amma 50 min xarici qonaq (və eyni sayda ənənəvi turist) Bakıda bizim toy ənənələrimizlə tanış olmaq imkanından məhrum olacaqlar..

Читать полностью…

Mashalli

Bakı şəhərinin infrastrukturu haqqında

Hökumət tez-tez elan edir ki, Bakı bir çox beynəlxalq tədbirlərin keçirilməsi üçün infrastruktura malikdir. Amma bu realdırmı? Deməli COP-29 söhbətləri başlar-başlamaz dərhal bir çoxları artıq təşkil olunacaq məhdudiyyətlər haqqında danışmağa başladılar. Bu söhbətlər hələ də səngimək bilmir. Bəziləri sadəcə məktəblərin bağlanacağı haqqında danışırlar, digərləri isə absurda çatdırıb az qala karantin rejimin elan olunacağını gözləyirlər. Düzdür bəzi ehtimallar tədricən öz təsdiqini tapır (məktəblərin müvəqqəti olaraq tətillərə buraxılması və ya dərslərin onlayn aparılması, dövlət qurum və şirkət işçilərinin məsafədən işləməsi və s.). Amma mənim üçün ən maraqlı məsələ odur ki, məhdudiyyətlər əhali tərəfindən qeyd-şərtsiz olaraq qəbul edilir. Yəni insanlar heç sual vermədən və şübhəsiz qəbul edirlər ki, iri beynəlxalq tədbirlər zamanı məhdudiyyətlər tətbiq edilməlidir.

Bəs bu məhdudiyyətlərin tətbiqi üçün hər hansı əsas varmı? Mənə bəlli olmayan səbəbə görə bizdə həm KİV-lər, həm də müvafiq “ekspertlər” COP-29-u az qala futbol üzrə Avropa çempionatı və ya Parisdə keçirilən Olimpiya oyunları ilə müqayisə edirlər. Amma COP-29 rəsmi saytından biz öyrənə bilərik ki, tədbir əslinə qalsa yalnız bir məkanda (Bakı Olimpiya stadionu) keçiriləcək. Ən maraqlısı odur ki, iqlim konfransını heç cürə idman tədbirləri ilə müqayisə etmək də olmur. Nəyə görə belə müqayisə yaranır – bilmirəm. Bir məkanda keçirilən tədbirin təşkili hər hansı əlavə məhdudiyyətlərin tətbiqini şərtləndirmir. Yəni müvafiq məkanda (özü də BOS boyda ərazi) hər şey düzgün təşkil olunubsa, ətrafa heç bir təsiri olmayacaq.

Ən tez-tez səslənən fikir onunla bağlıdır ki, tədbir zamanı Bakıya 50 min qonaq gələcək. Bu da şəhər infrastrukturuna ciddi təzyiq göstərəcək. Elə təəssürat yaranır ki, tədbir cəmi bir gün olacaq və 50 min nəfərin hamısı eyni gündə gələcək. Reallıqda tədbir 11 gün ərzində davam edəcək. Bu 50 min insan da müxtəlif sessiyalarda və tədbirlərdə iştirak edəcək (iştirakçıların böyük hissəsi birbaşa BMT tədbirində yox başqa kənar tədbirlərdə iştirak üçün gəlir (yeri gəlmişkən, çoxlu sayda tədbirin olması məndə şübhə yaradır. Xüsusən də təşkilatçıların rəsmi saytında “Once the Government of Azerbaijan has approved the space you require” cümləsini görəndən sonra nəsə düşünmürəm ki, müstəqil QHT və digərləri tədbir keçirməyə can atacaqlar. Yəni məkanı təşkilatı komitə yox, Azərbaycan hökuməti təsdiqləyir. Bu da bir absurddur). Ortalama hesablasaq bu günə 4,2 min nəfər deməkdir.

Yəni Bakı o qədər infrastruktur cəhətindən zəifdir ki, günə əlavə 4,2 min nəfəri qəbul edə bilməyəcək? Doğrudur ki, hava limanında problemlər ola bilər. Misal üçün keçən ilin noyabr ayında Bakı hava limanı gün ərzində 13,7 min sərnişinə xidmət göstərirdi. Gündəlik əlavə 4 min sərnişinin gəlib-getməsi bu müvafiq göstəricini ən azı 21 minə artırır. Təxmin edə bilərik ki, ayrı günlərdə bu göstərici 24-25 minə də çata bilər. Hava limanının yaydığı rəsmi məlumata görə isə gündəlik 21-22 min sərnişinə xidmət etmək imkanları mövcuddur (misal üçün dekabrın 30-da 21,5 min sərnişinə xidmət göstərilib). Əlavə sərnişinləri isə qonşu hava limanlarına (Qəbələ, Lənkəran) göndərmək olar. Bununla da problem öz həllini tapacaq (quru sərhədlər açıq olsa isə ümumiyyətlə belə bir problem yaranmayacaq).

Bəs mehmanxana infrastrukturu? Keçən ilin noyabrının göstəricilərini nəzərə alsaq görə bilərik ki, COP29 ilə birlikdə Bakıya ortalama olaraq gündəlik 7,8 min turist gələcək. Müvafiq əlavə turistlərin bir neçə gün qalması (COP29 saytında minimal qalma paketləri 6 gündür. Normalda Azərbaycana gələn turist 2-3 gecə qalır) müəyyən qədər təzyiqi artıracaq, amma bununla bərabər qeyd etmək lazımdır ki, bu ilin iyun ayında Bakıya gündəlik ortalama 6,8 min turist gəlirdi. Onlar şəhərdə necəsə yerləşirdilərsə, əlavə min nəfərin yerləşməsi üçün də şərait tapılar. Hələ bundan əlavə biz bilirik ki, hökumət müxtəlif qonaqları Atletlər kəndində, Sea Breeze-də (rəsmi olaraq MİDA vasitəsilə hökumət onlara 9 milyon manat ödəyib.

Читать полностью…

Mashalli

Rusiyanın The Bell adlı KİVi Rusiyadan son 2 il ərzində baş vermiş müharicərətə dair irimiqyaslı bir tədqiqat hazırlayıb. Tədqiqat çərçivəsində müəlliflər 70-dən çox ölkənin miqrasiya idarələrinə sorğu göndəriblər. Bu cümləni oxuyandan sonra dərhal ağlıma gəldi ki, 100% Azərbaycan ya bu sorğuda iştirak etməyib, ya da sorğuya cavab verməyib. Təəssüflər olsun ki, təxminlərim düz oldu: Tailand, İndoneziya, Azərbaycan və Yunanıstan müəlliflərin sorğularına cavab verməyib. Təəccübləndikmi? Əlbəttə ki, yox.

Читать полностью…

Mashalli

Dostlar, "Axşambazarı" iqtisadi bülleteninin altıncı sayı hazırdır!

Bu sayda nələr var?

- "Avtoş" dönərin bağlanması və karantindən bəri ən aşağı yeni restoran açılışı - son bir həftə ərzində ictimai iaşə sektoru yenidən sosial şəbəkə istifadəçilərinin diqqəti mərkəzində idi. Buna görə biz son yarım ildə ictimai iaşədə baş verənləri qısa olaraq təhlil etməyə çalışdıq: aylar üzrə yeni obyekt açılışı, ölkə üzrə ən geniş yayılmış şəbəkələr və s.

- Yeddi aya 33 filial - bəs pərakəndə ticarət sektorunda nə baş verir? Bu suala qısa olaraq cavab verməyə çalışdıq.

- Statistik məlumatlar - 2024-cü ilin may ayında orta aylıq nominal əməkhaqqı azalıb.

Bu dəfə biz bülleteni bütün patreonlarımız (yalnız patreonda qeydiyyatdan keçənlər mətni görə bilər) üçün pulsuz paylaşırıq. Bununla belə əgər fəaliyyətimizin davamını istəyirsinizsə, ödənişli patreon olaraq bizə dəstək ola bilərsiniz (təhlil/araşdırma üçün mövzularınızı təklif edə bilərsiniz və s.).

Daha ətraflı: https://www.patreon.com/posts/axsambazari-n6-108049656

Читать полностью…

Mashalli

Azərbaycanda növbəti dəfə “seçkilər” keçirildi. Düzünü desəm bu seçkilərdən heç bir gözləntim yox idi. Hətta səhərdən düşünürdüm ki, bu 18 yaşımdan bəri ilk dəfə iştirak etmədiyim seçkilər olacaq. Heç vaxt hər hansı boykot tərəfdarı olmamışam (olsaydım o zaman əksinə müşahidəçi olardım), sadəcə mövcud şəraitdə hətta səs verməyə belə heç bir həvəs qalmamamışdı Yeri gəlmişkən 2020-ci ildə ən azı hər dairədə bu və ya digər formada tanıdığın və ya tanınan şəxs var idi. Təəssüf, bu dəfə ümumiyyətlə heç nə yox idi. Bizim, 7-ci (keçmiş 29) seçki dairəsində isə ümumiyyətlə rəqabətdən söz belə gedə bilməzdi.

Bütün bunlara baxmayaraq, "dözmədim" və vətəndaşlıq borcumu yerinə yetirdim. Girişdən göründürdü ki, hər şey bərbad idi: girişdə yoxlamadılar, çıxışda barmağıma mürəkkəb püskürmədilər, müşahidəçilər yatır, yol polisi düz məntəqənin yanında dayanıb, komissiya üzvləri az qala sənədə də baxmırlar və s. Seçki nəticələrindən öyrəndim ki, mənim bülletenim ümumiyyətlə hesablanmayıb. Yəni namizəd olmadığı üçün mən təsadüfi (tam da təsadüfi deyildi) seçim ilə üç-dörd namizədə səs verdim. Amma buna baxmayaraq son protokolda məntəqə üzrə “0” etibarsız bülleten çıxdı. Bu artıq ikinci belə seçkidir. Keçən parlament seçkilərində mənim məntəqəmin nəticələri ləğv edilmişdi.

Nəsə buna baxmayaraq çox sevindim ki, bəzi dairələrdə müəyyən qədər rəqabət var idi. Xüsusi olaraq 70 saylı Neftçala seçki dairəsi seçilirdi. Rəsmi olaraq orada 49 seçki məntəqəsi üzrə 52 min seçici qeydiyyatda idi. Sentyabrın 1-i axşam namizədlərdən biri və qələbəyə yaxın olan Vəfa Nağının dərc etdiyi prokotollardan görünürdü ki, ilk dəfə bölgədən müstəqil namizəd seçilə bilər. Amma səhərə yaxın vəziyyət dəyişdi və Dairə Seçki Komissiyası o qədər tələsirdi ki, hətta məntəqələr üzrə nəticələri belə sürüşdürdü. Məsələ onda deyil, bəs reallıq nədən ibarətdir?
2020-ci il parlament seçkilərində Neftçala üzrə 41 məntəqədə 13 min insan səs vermişdi. DSK-nın verdiyi məlumata görə bu dəfə parlament seçkilərində Neftçala seçki dairəsi üzrə 12,8 min insan səs verib. Nə hikmətdirsə, iki seçki dalbadal faktiki olaraq eyni sayda insan səs verir (sadəcə bu dəfə bu artıq 24,7%-dir).

Bəs ən ciddi pozuntuların olduğu məntəqələri görə bilərikmi? Bir qədər təhlil etdikdə anormal fərqləri görmək olur (burada biz seçki qanunvericiliyinin pozuntuları haqqında yazmaq istəmirik. Sadəcə rəqəmlərə baxırıq. Təəssüf, Rusiyada istifadə olunan riyazi üsullardsan bizdə istifadə etmək mümkündür. Onun üçün saatbasaat hər məntəqə üzrə seçici fəallığına dair məlumat lazımdır).

Aşağıdakı qrafikdə biz iki göstəricidən istifadə etdik. Birincisi məntəqəyə gələn seçici sayıdır. Bir çox məntəqələr üzrə səs verənlərin sayı 200-400 arasındandır. Bununla belə başa düşürük ki, burada misal üçün, Mayak kəndində yerləşən 14 saylı məntəqə mövcuddur. Məntəqə üzrə seçici sayı 303 nəfərdir. Burada 300 nəfər gəlsə, artıq 100%-lik seçici fəallığı qeydə alınacaq. Ona görə biz ikinci göstəricidən də istifadə etmişik. Bu səsverən seçici sayının məntəqə üzrə qeydiyyadan keçmiş seçicilərə nisbətidir.

Bu iki rəqəm əsasında qurduğumuz qrafikdə görürük ki, məntəqələri şərti olaraq üç qrupa bölmək olar. Ən iri qrup üzrə seçici fəallığı 30%-i keçməyib və gələn seçicilərin sayı 300 nəfər civarında idi. Amma digər iki qrupda vəziyyət başqadır. Burada xüsusi olaraq üç seçki məntəqəsi, 14, 40 və 42 seçilir. Burada qeydiyyatda olmuş seçicilərin 72%, 61% və 59%-i səs verib. Məntəqələr Mayak, Qaçaqkənd və Qırmızıkənddə yerləşir. 14 saylı məntəqə haqqında artıq qeyd etmişik. 40 saylı məntəqədə isə ən çox seçici səs verib – 710 nəfər.

Читать полностью…

Mashalli

Nəsə, "dözmədim" və vətəndaşlıq borcumu yerinə yetirdim. Amma hər şey çox bərbad idi: girişdə yoxlamadılar, çıxışda barmağıma mürəkkəb püskürmədilər, müşahidəçilər yatır, yol polisi düz məntəqənin yanında dayanıb, komissiya üzvləri az qala sənədə də baxmırlar və s. Daha demirəm ki, namizədlərə dair heç bir məlumatım yox idi.

Bu şəraitdə nə edək?...

Читать полностью…

Mashalli

Azərbaycanın quru sərhədləri heç bir əsas olmadan artıq 4,5 il qapalıdır.

Читать полностью…

Mashalli

Xatırlayırsınızsa vaxtilə məlum olmuşdu ki, “BakıKart”-ın operatoru olan K Group MMC müvafiq operatora keçidi öz tenderlərində şərt qoyan Bakı Nəqliyyat Agentliyinin rəhbəri ilə bağlıdır. Belə ki, şirkət Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 3, m.13 üzrə qeydiyyatdan keçmişdi. Bu ünvan üzrə həm V. Qasımlının vaxtilə qanuni nümayəndə olduğu şirkət qeydiyyatdan keçmişdi, həm də onun deyəsən şəxsi ünvanı idi.

Bir neçə gün əvvəl KİV-lər Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə istinadən xəbər verdilər ki, müvafiq şirkətin qanuni nümayəndəsi dəyişib. 2018-ci ildən bəri şirkətin direktoru olan Orxan Bayramov Məmməd Allahverdiyev ilə əvəzlənib. Dəyişiklik hələ bu ilin iyun ayında baş tutub (həmişəki kimi Azərbaycan mediasında iqtisadi bölmə yeni məlumat yerinə köhnəni paylaşır).

M. Allahverdiyev kim olduğuna dair məlumat verilmir, amma açıq mənbələrdən biz bilirik ki, 2015-ci ildə AG Bankda İnformasiya Texnologiyaları Departamentinin baş direktoru vəzifəsinə təyin edilmişdi (bundan əvvəl İdarə Heyətinin sədr müavini olmuşdu). Son məlumata görə AzRe Təkrarsığorta ASC-də Audit komitəsinin müstəqil üzvü olaraq çıxış edirdi (bu şirkətin sahiblərinə dair açıq məlumat yoxdur).

Məsələnin daha maraqlı tərəfi ondan ibarətdir ki, K Group MMC-də dəyişikliklər hələ 2023-cü ildə başlamışdı. Bakı Nəqliyyat Agentliyinin ləğvindən bir ay əvvəl (qurum 19.04.2023-cü ildə ləğv edilmişdi. Dəyişiklik isə 16.03.2023-cü ildə baş verib) şirkətin rəsmi ünvanı Yasamal rayonu, Tbilisi prospekti, ev 49c-yə dəyişdirilmişdi. Bu ünvan üzrə Çıraq Plaza yerləşir. Oktyabrın 30-da isə şirkətin nizamnamə kapitalı 3 milyon manatdan 23 milyon manata kimi artırılmışdı.

Bəs sizcə şirkətin sahibləri dəyişib ya sadəcə qeydiyyat məlumatları dəyişdirilib?

Читать полностью…

Mashalli

Sanksiyalar və yeni imkanlar haqqında: dünyada ən iri gəmi brokeri olan Clarkson Research Services Ltd məlumatına 2024-cü ildə ən azı 26 gəmi Esvatini bayrağı (2023-cü ildə 0) altında fəaliyyət göstərirdi. Məlumat üçün bildirim ki, Esvatini (keçmiş Svazilend) Cənubi Afrikada yerləşən ölkədir. Ölkə üç tərəfdən CAR ilə, bir tərəfdən Mozambik ilə əhatədədir və dənizə çıxışı yoxdur. Bu yaxınlarda isə BƏƏ Esvatini bayrağı altında gəmilərin girişinə qadağa qoyub.

Читать полностью…

Mashalli

Amma əlbəttə ki, qeyd etmək lazımdır ki, 60-ci illərdə başlamış və 70-ci illərdə davam etmiş millətçilik (əslinə qalsa SSRİ-nin bütün respublikalarında bu proses gedirdi) bir çox rus, erməni, yəhudi, alman və s. Bakıdan köçməsinə səbəb oldu. Ştemler isə yəhudi olduğu üçün Rusiyada da millətçilik ilə üz-üzə qalırdı. Kitab boyu biz onun problemləri haqqında çox oxumaq imkanımız olur. Yeri gəlmişkən, bunun nəticəsi olaraq müəllif kitabda əsasən yəhudi dostları (digər millətlərdən yalnız ən məşhurlarını qeyd edir) haqqında yazır. Yalnız sonda yadına düşür ki, ətrafında çoxlu sayda rus, ukraynalı, erməni, azərbaycanlı (hətta Sankt-Peterburqda işə düzəlmək üçün azərbaycan dili biliyindən istifadə etmişdi) da var idi. Nə deyəsən, insan uzun müddət öz əsl adından, İzrail, istifadə edə bilmirdi və İlya olaraq təqdim edirdi, tez-tez diskriminasiyaya məruz qalırdı. Amma ümumən dövrü başa düşmək üçün maraqlı kitabdır.

- В. Гоним. Революция 2.0 - Misirdə baş verən hadisələr ilə tanışlıq üçün maraqlı kitabdır. Bununla belə kitabdan görünür ki, müəllif nə baş verən hadisələrin səbəbini, nə də mənasını başa düşə bilməyib. Bu azmış kimi Misirdə vəziyyət yenidən qayıdır...

- Г. Уэллс. Первые люди на Луне. Пища богов - bəzən klassikanı da oxumaq lazımdır.

Читать полностью…

Mashalli

Çoxdandır oxuduğum kitablar haqqında burada nəsə yazmıram. Düzünü desəm indiki şəraitdə (dostlar həbsdə (günü-gündən ittiham maddələrin də sayı artır), bütün siyasi və iqtisadi fikrin yalnız "mətbəx" səviyyəsində olduğu halda, seçkilərin keçirildiyi dövrdə seçkilərə heç bir diqqətin olmaması və s.) nəsə yazmaq da olmur. Heç bir motivasiya da qalmır. Başqa tərəfdən kommersiya sahəsinə daxil olduqca işimin də həcmi ciddi sürətdə artır. Ona görə boş vaxtımı daha çox film/serial baxmağa, yatmağa və gəzməyə həsr edirəm. Kitablara artıq bəzən hövsələ çatmır. Oxuduqca ətrafı görəndə isə ümumiyyətlə davam etmək istəmirsən. Ona görə çalışacağam burada iki ay ərzində oxuduğum kitablara dair qısa qeydləri yazım:

- İ. Abbas. Himnimizin müəllifi - Facebook-da təsadüfən qarşıma himnimizin müəllifi haqqında müzakirə düşdü. Oradan öyrəndim ki, sən demə bu məsələyə dair bizim ədəbiyyatda diskussiya mövcuddur. Təəccüblü gəldi, çünki Azərbaycan elmində diskussiyalar adətən ya ümumiyyətlə dərc olunmur (ciddi məsələlər ilə bağlı: Azıx mağarasının yaşı, Bakının yaranma dövrü və s.), ya da çox mənasız məsələlərə həsr olunur.

Burada isə əsas diskussiya ölkənin simvolu sayılan himnin sözləri ilə bağlıdır. Sən demə vaxtilə bu diskussiya H. Əliyevin sözləri ilə bağlanmışdı, Ədəbiyyat institutu işçisi S. Quliyevanın sözlərinə görə "H. Əliyev belə bir söz dedi ki, Camo Cəbrayıllı elə də tanınmış şəxsiyyət deyil, şairliklə də məşğul olmayıb, pedaqoq olub. Amma Əhməd Cavad cümhüriyyətin ən böyük şairlərindən olub". Elə buna görə qəbul edildi ki, Ə. Cavadın adına qalsın.

Çox absurd bir yanaşmadır, amma Azərbaycan "elm"inə xasdır. Nəsə düşündüm ki, gərək bu məsələ ilə bağlı ədəbiyyatı oxuyum və məlum oldu ki, Ə. Cavada aid olmasına dair heç bir mənbə belə yoxdur. Bu kitabda konkret məsələyə dair 100 səhifədən yalnız 5-i həsr olunub. Müəllif özü bir sıra mənbələri cəlb edərək, öz iddiasını sübut edir. Amma qalan 95 səhifə əvvəldə yazılanların təkrarıdır. Əslinə qalsa kitab maraqlı bir elmi-populyar oçerk ola bilərdi. Filologiya və ədəbiyyata dair belə kitablar dünyada çox məşhurdur, amma görünür müəllif müvafiq yazma qabiliyyəti olmadığı üçün o sadəcə abzasdan abzasa eyni məsələni təkrarlayır.

Misal üçün, tədqiqat prosesini təsvir edə bilərdi, müvafiq şəxslər ilə necə tanış olduğunu və s. Amma mətndən öyrənirik ki, müəllif heç çox da material axtarmırdı (tapılmadı, başqa şəxs gördü və s. tipli istinadlar çoxdur). Əlinin altında olandan və başqa şəxslərə istinadlardan yığdığı mətn idi. Düzdür qısa olaraq deyə bilərik ki, müəllifin fikrinə zidd olanı əks tərəf təqdim etməyib (oturub müvafiq məqalələri tapıb, oxudum), amma daha sanballı və maraqlı olsaydı, artıq bu gün insanlar Ə. Cavadı yox, C. Cəbrayılbəylini müəllif hesab edərdilər. Görünür Azərbaycanda elmi-populyar ədəbiyyatın yaranmasına hələ çox var..

- C. Cəbrayılbəyli. Xatirələrim - yuxarıda qeyd etdiyim kitabdan sonra, əlbəttə ki, C. Cəbrayılbəyli ilə tanış olmalı idim. Bəzi hekayələrini oxudum (çox da xoşuma gəlmədi) və memuarlarına rast gəldim. Memuarlar isə məni müsbət tərəfdən təəccübləndirdi. Prinsipcə adi memuarlardır, amma Azərbaycanda adətən yazılan "memuarlar" reallıqdan çox uzaq olurlar. Müəllif isə bir çox maraqlı faktları paylaşır və daha çox özünün hiss etdiklərini təsvir edir. Fikrimcə Azərbaycanda bu az rast gəlinən bir şeydir. Oxumağı tövsiyə edirəm.

Əvvəldə də qeyd etdiyim kimi bu dövrdə daha çox gəzməyə üstünlük verirdim. Gəzərkən isə kitaba qulaq asmaq son zamanlar adətimə çevrilib. Bu iki ay ərzində qulaq asdığım audiokitablar: Ф. Бакман "Вторая жизнь Уве", С. Довлатов "Зона", А.Г. Томилин "В мире китов и дельфинов" və Р.Д. Шиллер "Нарративная экономика" (sonuncusunu avqustda bitirdim).

Читать полностью…

Mashalli

Tez-tez eşidirəm ki, Azərbaycanda bir çox problemlərin (korrupsiya və s.) kökündə “bacarana can qurban” prinsipi durur. Yəni kimsə korrupsiya və ya digər qeyri-leqal və qeyri-etik üsullar hesabına nəsə qazandısa, qalanları bunu tənqid etməyəcəklər. Sadəcə deyəcəklər ki, bacarıb və yaxşı edib, “mən də olsaydım, mən də edərdim”.

Reallıqda mən, əlbəttə ki, düşünmürəm ki, Azərbaycanda əhali korrupsiyaya və ya rüşvətxorluğa digər xalqlardan fərqli olan xüsusi rəğbət ilə yanaşır. Sadəcə şərait məsələsidir. Bu yaxınlarda Christopher To, Dylan Wiwad və Maryam Kouchaki bu məsələ ilə bağlı maraqlı tədqiqat ilə çıxış etdilər. Əlbəttə ki, onlar konkret olaraq azərbaycanlıları tədqiq etmirdilər. Onlar qeyri-etik davranışın səbəblərini öyrənməyə çalışırdılar.

Tədqiqat nəticəsində (tədqiqat bir neçə üsulla keçirilmişdi. Müxtəlif ölkələr üzrə ÜDM, sorğu nəticələri, ayrıca eksperiment və s. istifadə olunmuşdu) məlum oldu ki, qeyri-etik davranışın səbəbləri çox sadədir – bu ifrat gəlir bərabərsizlik səviyyəsidir. Yəni gəlir bərabərsizliyi yüksək olduqda insanlar həm özləri cəmiyyət tərəfindən qeyri-etik hesab olunan addımları atmağa daha çox cəhd edəcəklər, həm də digərlərinin qeyri-etik addımlarına güzəşt edəcəklər (yəni “başa düşəcəklər”).

Bəs nəyə görə belə olur? Yüksək bərabərsizliyə malik olan cəmiyyətdə insanlar öz həyatları üzərində nəzarəti hiss etmirlər. Başqa sözlə “beş günlük dünya” prinsipi ilə yaşayırlar: gələcək maraqlandırmır (bir çox hallarda heç bu gün də maraqlı deyil). Bu cəmiyyətlərdə sosial vəziyyəti dəyişdirmək imkanların məhduddur (təhsil və səhiyyə, sosial dəstək və münasibətlər sistemi belə cəmiyyətlərdə sosial vəziyyəti dəyişdirmək üçün maneə kimi çıxış edir). Bu da çatışmazlıq hissi oyadır. Müvafiq hiss isə bir çox şeylərə güzəştə getməyə vadar edir.

Başqa sözlə “bacarana can qurban” prinsipinin əsasında cəmiyyətdə müşahidə olunan ifrat bərabərsizlik səbəb olur. Bərabərsizlik ilə mübarizə nəticəsində onun bir çox fəsadlarını da aradan qaldırmaq mümkün olacaq.

Читать полностью…

Mashalli

Miqrasiya statistikasına dair

2022-ci ildə Almaniyada keçirilmiş siyahıyaalmanın nəticələrinə görə ölkədə 84,1 milyon insan 82,7 milyon insanın olduğu müəyyən edildi. Başqa sözlə 1,4 milyon insan “yoxa çıxıb”. Bu 1,4 milyon arasında 1 milyonu xaricilərin, 0,4 milyonu isə Almaniya vətəndaşlarının payına düşür. Bundan əvvəl də keçirilən siyahıyaalmada 1,5 milyon insan “yoxa çıxmışdı”. Yəni reallıqda Almaniyada miqrantların sayı 1 milyon az idi (hələ nəzərə almalıyıq ki, miqrasiya statistikası yalnız leqal olanları hesablayır, siyahıyaalma isə qeyri-leqal yaşayanları da nəzərə alır).

Təxmin edirəm ki, digər ölkələrdə də aşağı-yuxarı vəziyyət eynidir. Periodik olaraq siz xəbərlərdə “miqrantlar hər yeri doldurub. Sayları rekorda çatıb” və s. başlıqları görəndə, qeyd etdiyim məqamı xatırlayın.

Читать полностью…

Mashalli

Deyilənə görə bu gün müxtəlif fond birjalarında baş verən hadisələr əsasən avqustun 2-si dərc olunan bu hesabat ilə bağlıdır... Hamı daha çox birinci cümlədə yazılan faktlara önəm verir (deyəsən davamını oxumayıblar. Orada qeyd olunur ki, iyulun nəticələrinə görə işsizlik səviyyəsi 4,3% təşkil edib, qeyri-kənd təsərrüfatı sahəsində isə ay ərzində 114 min iş yeri açılıb). Amma mənim üçün başqa fakt daha maraqlı idi: 27 həftədən çox işsiz qalan şəxslərin sayı 1 535 min nəfər təşkil edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 330 min çoxdur. Eyni zamanda aprel ayında bu göstərici 1 250 min təşkil edirdi. Yəni may-iyul ayları ərzində uzunmüddətli işsizlik 285 min nəfər artıb.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: Yaponiya daxili işlər və kommunikasiyalar nazirliyinin məlumatına görə, ölkədə mövcud olan 65,02 milyon mənzil/evdən 9 milyonu boşdur. Yəni bu mənzil və evlər heç kim tərəfindən istifadə edilmir. Onların yalnız 4,74 milyonu satışa və ya icarəyə çıxarılıb. Qalanı ümumiyyətlə heç cür istifadə olunmur. Bu hələ yalnız heç bir formada istifadə olunmayan mənzil və evlərə aiddir. İndi buraya kiminsə mülkiyyətində bir neçə mənzili və ya evi olanlar aid deyil. Maraqlıdır ki, ölkədə kirayə üçün ev tapmaq çətindir, amma boş mənzillərin sayı ildən-ilə artır. Bunun əsas səbəbi ya müvafiq mənzil və evlərin artıq "ölən" kəndlərdə, şəhərlərdən uzaqda yerləşməsi və ya ev sahibinin evin yerləşmə məkanında uzaqda olması (varislik və s. məsələləri) göstərilir.

Maraqlıdır, bəs Azərbaycanda nə qədər boş ev və ya mənzil mövcuddur? Təxmin edirəm ki, bizdə belə tipli hesablamalar heç kim aparmır. Amma tez-tez görürsən ki, binada bütün mənzillər satılıb, amma yaşayış çox azdır (çox sadə olaraq Həzi Aslanov metrosu ətrafında və eyni zamanda İçərişəhər metrosu ətrafında olan eyni tipli yaşayış kompleksləri müqayisə edə bilərsiniz. Adətən eyni sayda insan üçün hesablanmış binaların mağaza, uşaq meydançaları, parkinqlərdə insan sayı ciddi sürətdə fərqlənir). Düzdür buna baxmayaraq da əhali üçün yaşayış sahəsi kifayət etmir, amma boş mənzillərin olması və heç cürə istifadə olunmaması da mənzil qiymətlərinə təsir göstərir.

Читать полностью…

Mashalli

Ortalama qiymətləri nəzərə alsaq bu təxmini 6 min qonağın yerləşməsidir) yerləşdirmək niyyətindədir. Başqa sözlə şəhər infrastrukturuna da ciddi təsir olmamalıdır.

Bütün deyilənlərə baxmayaraq insanlar inanmırlar ki, şəhər infrastrukturu bu təzyiqə dözəcək və ona görə düşünürlər ki, əlavə məhdudiyyətlərin tətbiqi olmadan tədbiri keçirmək mümkün deyil. Təxmin etmək olar ki, insanların nəsə əlavə bildikləri də var...

Читать полностью…

Mashalli

Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ildə Azərbaycanda 82 mindən çox (bu qeydiyyata düşən və qeydiyyatdan çıxan avtomobillər arasında fərqdir) minik avtomobili qeydiyyata düşüb.

Eyni zamanda 2023-cü il motosikl qeydiyyatında pik ili oldu. İl ərzində 2,7 min motosikl qeydiyyatdan keçdi. Təxmin edə bilərik ki, bunun da səbəbi qanunvericilikdə baş vermiş dəyişikliklərdir.

Daha ətraflı məlumatı "Axşambazarı" iqtisadi bülletenində tapa bilərsiniz.

Читать полностью…

Mashalli

Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, 2023-cü ildə Azərbaycanda ümumilikdə 8631 nəfər ali və orta təhsil səviyyəsində təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Müqayisə etdikdə bu "Tələbə-Məzun" sisteminin mövcud olduğu dövrdən bəri ən yüksək göstəricidir. Ondan sonraki yerdə 2022-ci il ilə gəlir - 7855. Amma yuxarıda da qeyd etdiyimiz kimi bu rəqəm bütöv ali və orta təhsil sistemini əhatə edir.

Adətən ali təhsil sistemi haqqında danışarkən insanlar daha çox bakalavr səviyyəsini nəzərdə tuturlar. Mən iki səbəbə görə bakalavr səviyyəsində olan xaricedilmələri 2014-2023-cü illər üçün göstəriciləri bir qrafikdə toplamağa çalışdım. Göründüyü kimi akademik borca görə xaricedilmələrin də sayı artıb və sabitləşib.

Читать полностью…

Mashalli

2019-cu ildə Rusiyada çox geniş müzakirələrə səbəb olan hadisə baş vermişdi. Federal Təhlükəsizlik Xidmətinin iqtisadi təhlükəsizlik idarəsində həbslər baş vermişdi. İdarənin rəis müavini və digər vacib şəxsləri həbs olunmuşdu. Həbs zamanı onlarda kifayət qədər böyük məbləğlərdə nağd vəsait, zinət əşyaları, maşınlar, evlər və s. tapılmışdı. İdarənin rəis müavini olan Dmitriy Frolovda hətta İtaliyada yerləşən və dəyəri 2,1 milyon avro olan villa aşkar olunmuşdu. Nəhayət bu il müvafiq cinayət işi bitməli idi və hamı gözləyirdi ki, onlar 11-15 il cəza alacaqlar.

Müşahidəçilər üçün qərar sürpriz oldu. Verilən 5-6 il idi. Bununla onları məhkəmə zalında azadlığa buraxdılar. Eyni zamanda konfiskasiya olunmuş mülk də onlara qaytarıldı. Bizim üçün maraqlı olan İtaliya mülküdür. Düşünə bilirsəz ki, Azərbaycana İtaliyada mülkün nə aidiyyatı ola bilər? Frolov məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edir ki, vaxtilə, 2000-ci illərdə, onun atası Azərbaycanda tekstil fabrikini və daş karyerini satıb, bu pula İtaliyada villa almışdı. Ona görə burada heç bir korrupsiya yoxdur.

Sən demə 2000-ci illər Azərbaycanda heç də pis illər deyildi..

Читать полностью…
Subscribe to a channel