Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Azərbaycanda gündəlik həyat bizi daim şoka salır: "Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı barədə məlumat yayılıb".
Bakıda! Sel suları (Bakını bilməyən düşünəcək ki, burada çay zad var)! Yağış nəticəsində batan... Heç xatırlamıram ki (və heç deyəsən ən azı son 50 il ərzində belə bir hadisə baş verməyib), Bakıda yağış nəticəsində kimsə boğulub, batsın.
Necə deyərlər: korrupsiya öldürür.
Bu yaxınlarda Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışı baş tutub. Cəbrayıl şəhərində tikilən yaşayış kompleksin tikinti işlərinin sifarişçisi MİDA MMC-dir.
Bu qurum nisbətən "şəffafdır" – yəni dövlət satınalmalar reyestrində məlumat paylaşır. MİDA MMC “Qarabağa qayıdış” layihəsi çərçivəsində Füzuli və Cəbrayılda tikinti, Xocalıda isə bərpa işləri həyata keçirirlər. Cədvəldə siz müvafiq layihələrin dəyərini və bir mənzilə ortalama olaraq xərclənən vəsaiti (bütöv infranstruktur daxil) görə bilərsiniz. Düzdür orada birotaqlı studiyadan başlamış üçotaqlı mənzilə kimi mövcuddur. Amma ortalama xərclər göründüyü kimi 100 min manatı aşır.
Bəs sizcə bizim cəmiyyəti maddi imkanlarına görə necə bölmək olar?
Читать полностью…Maraqlı faktlar sırasından: bütün aksizlərə və məhdudiyyətlərə baxmayaraq, rəsmi olaraq Azərbaycanda minik avtomobili əldə etmək imkanı artır. Misal üçün, 2018-ci ildə bir minik avtomobilin orta qiyməti 64 orta aylıq əməkhaqqına bərabər idi. Yəni başqa sözlə bir maşını əldə etmək üçün 5 ildən çox işləmək lazım idi. 2024-cü ilin 8 ayının nəticələrinə görə müvafiq göstərici 40-a bərabərdir.
Читать полностью…D. Acemoğlu, S. Conson və C. Robinson tərəfindən israrla müdafiə olunan nəzəriyyə (mən onları daha çox eyni mətndən ibarət və sadəcə müxtəlif redaktələrdə olan çoxsaylı kitab müəllifləri kimi tanıyıram. Xüsusi bir rolları haqqında nəsə deyə bilmərəm) haqqında nə düşünürsünüz?
Читать полностью…Nobel mükafatı laureatı ola bilmək imkanları hamı üçün bərabərdirmi?
I am, somehow, less interested in the weight and convolutions of Einstein’s brain than in the near certainty that people of equal talent have lived and died in cotton fields and sweatshops.
S.J. Gould
(Məni Eynşteynin beyninin çəkisi və əyilmələri yox, daha çox bərabər istedadlı insanların pambıq tarlalarında və istismaredici istehsalatda yaşayıb vəfat etməsi maraqlandırır)
Bildiyiniz qədər bu gün Alfred Nobelin xatirəsinə iqtisadi elmlər üzrə Sveriges Riksbank mükafatının (və ya sadə dil ilə desək İqtisadiyyat üzrə Nobel mükafatı) laureatları elan ediləcək. Keçən həftə ərzində isə digər sahələr üzrə Nobel mükafatı laureatları elan edilmişdi. Bəs bu mükafata nail olmaq imkanı hamıda varmı? Yəni mükafata nail olmaq sadəcə elmi nailiyyətlərdən asılıdırmı?
Bərabərsizliyin araşdırılması ilə məşğul olan iqtisadçı P. Novosad başlığa çıxartdığım sualı verərək, bütün tarix boyu Nobel mükafatı laureatı olan şəxslərin bioqrafiyasını toplayıb, həmkarları (S. Eşer, K. Farquharson, E. İlcazi) ilə birlikdə araşdırmağa qərar verdi. Və təəssüflə, sonda əldə etdiyi nəticəni dərc edərkən yuxarıda göstərdiyim S.C. Quldun sözlərini başlıq kimi çıxartdı.
Tədqiqatdan məlum olur ki, əlbəttə ki, məhdud resurslara malik olan ailələrdən çıxmış Nobel laureatları var, amma absolyut çoxluğu varlı və yüksək ali təhsilli ailələrdən çıxıb. Tədqiqatçılar tərəfindən bütün Nobel laureatları (tədqiqatçıların fikrincə sülh və ədəbiyyat elmə aid olmadığı üçün siyahıdan çıxarılmışdı) üzrə bioqrafik məlumatlar toplanılmışdı. Nəticədə 739 Nobel laureatından 715-nə dair məlumatı təsdiq etmək mümkün oldu. Əsas məlumat Nobel mükafatı laureatların atalarının ixtisası, təhsil səviyyəsi və gəliri idi (100 il əvvəl mövcud olan iqtisadi şəraiti nəzərə alaraq tədqiqatçıların anaları təhlil olunmamışdı).
Məlum oldu ki, Nobel laureatların ataları arasında 15,4%-i şəxsi biznesə malik idi (əhali arasında orta göstərici 6%-dir), daha 11% həkim, 10% müəllim, 9% mühəndis və 6% məmur idi. Yalnız 3% fermalarda böyüyüb (müqayisə üçün əhali arasında bu göstərici 27%-dir). Nəticədə məlum oldu ki, Nobel laureatların 67%-i ən varlı 10%-ə, hətta 50%-i belə ən varlı 5%-ə aid olan ailələrdə böyüyüblər.
Hətta məlum oldu ki, qadınlar üçün müvafiq göstərici daha yüksəkdir (maraqlıdır ki, bizim də adətən aid olduğumuz Şərqi Avropa bölgəsində bu göstərici kişilər üçün daha yüksəkdir). Yəni qadınlara Nobel mükafatına layiq olmaq üçün daha varlı ailədən olmaq lazımdır.
Başqa sözlə gələcəyimizi dəyişdirmək üçün bizə elm lazımdır. Amma əsas problem ondan ibarətdir ki, elmlə məşğul olmaq imkanları çox azdır. Əsasən varlı və ya nisbətən varlı olan ailələrdən uşaqlar elmə getmək imkanına malikdilər. Kasıb ailələrdən də çıxanlar var, amma ümumi trenddə bu sadəcə istisna halı daşıyır. Başqa sözlə biz bu yolla mümkün elmi inkişafı məhdudlaşdırırıq. Bərabər imkanların çoxluğu şəraitində elm də daha tez sürətdə inkişaf edəcək.
Bu yaxınlarda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib ki, “Xəzər dənizinin dayazlaşması məsələsi təkcə bir liman və ya ölkə üçün əhəmiyyət kəsb etmir, həm də beş Xəzəryanı dövlətin maraqlarına toxunur”. O həmçinin əlavə edib ki, “Bunun Volqa-Don kanalı, Kür çayının işi və yaxud dəniz səviyyəsinə təsir edə bilən temperaturun yüksəlməsi və s. iqlim dəyişiklikləri ilə əlaqəli olub-olmadığını bilmək lazımdır”.
T. Ziyadov ilə tamamilə razıyam. Əlbəttə ki, müvafiq proseslərin nə ilə bağlı olduğunu bilmək lazımdır. Elmi biliklər isə göydən düşmür. Nəyisə öyrənmək üçün biz tədqiqatlar və araşdırmalar keçirilməlidir. Bəs Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC bununla bağlı hər hansı addım atırmı? Yəni bu məsələ onların direktorunu maraqlandırır. Adətən belə hallarda şirkət elmi araşdırmaların keçirilməsi üçün əlavə vəsait ayırır və s. Misal üçün, vaxtilə atam Xəzər dənizinin səviyyəsinə dair tədqiqatları əsaslandırmaq üçün Bakı Limanı ilə əməkdaşlıq edirdi (əlbəttə ki, Sovet dövründə).
Bəs Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bunu edirmi? Təəssüflər olsun ki, Xəzər dənizi kimi vacib mövzunun fonunda jurnalistlər şəffaflıq haqqında soruşmağa səbəb tapmadılar və müvafiq olaraq rəsmi saytda biz 2023-cü ilə aid hər hansı maliyyə hesabatını tapa bilmədik. Sonuncu hesabat 2022-ci ilə aiddir. Müvafiq hesabata görə “Tədqiqat və inkişaf xərcləri” üzrə 2021-ci ildə şirkət 34 170 AZN, 2022-ci ildə isə 701 AZN vəsait xərcləyib.
Sizcə 701 AZN-ə yuxarıda qeyd olunan məsələləri öyrənmək mümkündürmü?..
Son zamanlar burada və ümumiyyətlə az-az yazıram. Problem mövzu qıtlığında deyil, əksinə mövzu sayı günü-gündən artır və ən maraqlısı odur ki, bir çox mövzulara heç kim toxunmur. Ətrafda o qədər sosial və iqtisadi problemin olduğu halda bir sıra ekspertlərin yazdıqlarını oxuyanda yüngül desək “təəccüblənirəm”. Yəni tıxac, taksi ödənişi, alternativ enerji və s. o qədər vacib mövzulardırmı? Misal üçün, bilirsinizmi ki, orta aylıq əməkhaqqının artımı fonunda Azərbaycanda median əməkhaqqı iki ildir ki, dəyişmir (müvafiq hesabat verilmir, amma dolayı göstəricilər əsasında hesablamaq mümkündür). Yəni real olaraq insanların maaşları artmır. Qiymətlər isə? Qiymətlər artmaqda davam edir.
O da düzdür ki, mən də bu barədə yazmıram. Ümumiyyətlə indiki şəraitdə məndə yazmaq istəyi çox nadir hallarda yaranır. Daha doğrusu yazıram, amma yazının sonuna yaxınlaşanda düşünürəm ki, “əşi, nəyə lazımdır?” və bitirmirəm. Nəticədə heç nə dərc etmirəm. Ona görə boş vaxtımı daha çox yatmağa, oxumağa və film baxmağa həsr edirəm. Təki ən azı qısa bir müddət amma reallıqdan uzaq olum.
Bir neçə gün əvvəl özüm üçün müəyyən mənada “mədəniyyət” günü təşkil etdim. Səhər kitabxanadan kitab festivalına, axşam isə Ritual teatrın yeni tamaşasına getdim. Və? Heç nə. Qabaqlar belə tipli günlər hansısa motivasiya verirdi. İndi isə.. heç nə. Gün ərzində rastlaşdığım yeganə müsbət hal – kitabxana girişində artıq mənasız kağızları vermirlər. Kitab festivalında isə.. kitab tapa bilmirdim. Düzdür bir neçə kitab əldə etdim, amma heç biri mövcud durum ilə əlaqəli deyildi (R. Qaracanın “Arqo deyimləri”, 1920-ci illərdə dərc olunmuş inqilab tarixi və endirimdə olan Dokinzin kitabı). Yəni sadə kitab bazarı idi, amma adı çox pafosludur. Tamaşa isə.. belə tipli tamaşalara dair nəsə demək çətindir, amma yenə də mövzular məni həmişə təəccübləndirir. Azərbaycan cəmiyyətində o qədər mövzunun olduğu halda niyə ana-ərə getməyən qızı mövzusunu seçəsən? Düzünü desəm bilmirəm.
Başqa tərəfdən mövcud vəziyyət məni həddindən artıq çox sıxır. Bu şəraitdə nəsə yazmaq və yaratmaq (heç yeni ideyalar da gəlmir) çətindir. Müqayisə üçün, loyalist və sağçı olan Əli Novruzov son zamanlar əksinə çox yazmağa başlayıb. Bunun da sadə səbəbi var – onun üçün indiki şərait çox uyğundur. O sıxılmır. Təxmin edirəm ki, sosial şəbəkələrdə palaz-palaz postlar yazan şəxslərə də rahatdır. Rahatlıq da ondan ibarətdir ki, bilirlər ki, ölkədə konkret senzura var və bu şəraitdə rahatlıqla yazıla bilən mövzular var (ABŞ-da seçkilərdən başlamış Vikipediyada məqalələrə kimi) və bu zaman bu insanlara "ilham" gəlir. Azadlıq olanda isə nə yazmağı bilmirlər – mövzu çoxdur və fokuslanmaq çətindir. Məndə vəziyyət bunun tam əksidir. Özüm heç vaxt senzura tətbiq etməmişəm (nifrət edirəm), amma cəmiyyətdə senzura sevdasını gördükcə çətinliyə düşürəm, nəsə yaratmaq və yazmaq istəyi itir.
Eyni zamanda hər gündən bəri ölkədə azadlıqların azalmasını görəndə daha da çətin olur. O gün Azərbaycanda artıq iki ildir yaşayan bir xarici ilə danışıram və təsadüfən piknik mövzusuna toxunduq. O da Bakıda harada piknik edirlər soruşdu. Mən də heç düşünmədən dedim ki, harada qazon var, orada da piknik edirlər. Cavabında artıq o təəccübləndi və dedi ki, heç belə bir şey görməyib. Bundan sonra müxtəlif parklara (Heydər Əliyev Mərkəzinin yanı, Dədə Qorqud parkı, Nizami parkı və s.) təsadüfən düşəndə qazonları müşahidə etməyə başladım və şoka düşdüm. Az qala yarısında qazonlar hansısa lentlər ilə “hasarlanıb”. Cəmi 4 il əvvəl insanlarla dolu olan qazonlar indi lentlər ilə əhatələnib. Mən bunu görmürdüm, çünki mövzudan bir qədər uzaq idim (vaxtilə özüm pikniklər təşkil edirdim. Sonra bir az çevrəm dəyişdi).
Heç kim başa düşmür ki, sərhədlərin bağlı olması sadəcə sərhədlərin bağlı olması demək deyil. Hökumət bu yolla ölkə daxilində də bütün sərhədləri bağlamağa çalışır. Bakı Şəhər İcra Hakimiyyəti və ya Bakı Abadlıq düşündülər ki, insanlardan sonra qazonları təmizləmək lazımdır. Niyə işləyək? Niyə insanlara zibilləməyin fəsadlarını izah edək? Niyə əlavə zibil qabı əldə edək? Gəl qadağan edək vəssalam.
Keçən ayın sonu ExxonMobil şirkətinin yaydığı proqnoza görə 2050-ci ilə kimi neftə tələbat dəyişməz olaraq qalacaq. Şirkət nümayəndələrinin fikrincə 2050-ci ilə kimi dünyanın neftə olan gündəlik tələbatı 100 milyon barrel səviyyəsində qalacaq. Müqayisə üçün Azərbaycanda fəaliyyət göstərən bp-nin hesablamalarına görə müvafiq göstərici eyni dövrdə 75 milyon barrelə kimi azalmalıdır. Beynəlxalq Energetika Agentliyi isə ümumiyyətlə 54,8 milyon barrel olacağını proqnozlaşdırır.
Bu Azərbaycan üçün yaxşı xəbərdirmi? İndiki vəziyyəti nəzərə alsaq, Azərbaycan üçün heç bir əhəmiyyəti olmayan məlumatdır, çünki bu dəqiqə ölkənin neft ixrac imkanları azalır. Eyni zamanda nəsə son zamanlar yerli "rəsmi" KİV-lər devalvasiyanın olmayacağı haqqında tez-tez yazmağa başlayıblar...
Bu yaxınlarda Rusiyada maraqlı bir hadisə baş verib. Hər il təxmini iyun-iyul aylarında Rusiya Vergi Xidməti öz saytında keçən il üçün bütün mövcud sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərin hesabatlarını paylaşır. Mövcud olan kontraqentlərin yoxlanılması üzrə olan platformalar da müvafiq məlumatları yükləyirlər və sistemli formada təqdim edirlər. Jurnalistlərin biri növbəti dəfə müvafiq platformanı yoxlayarkən görüb ki, ölkə üzrə mənfəətin həcminə görə 3-cü şirkət (yəni Rosneft və Qazpromdan sonra gələn) heç kimə məlum olmayan OOO "Банкнота" (adı əsginas olaraq tərcümə olunur) şirkətidir. Bu şirkətin bir ofisi var idi, amma o da molların birində idi. Nə ilə məşğul olduğuna dair heç bir məlumat yoxdur (bəziləri deyir ki, "investisiya" şirkəti idi, digərləri broker olduğunu təxmin edir). Amma reallıq odur ki, şirkət il ərzində 2,8 trilyon rubl (53 milyard manat) mənfəət qazanıb (çoxu təxmin edir ki, bu sadəcə kağızda belə idi).
Читать полностью…H.Z. Tağıyev haqqında danışmışkən, sizcə müəssisədə (bildiyiniz qədər, müvafiq müəssisədə əsasən müsəlmanlar çalışırdı) maaş artımı necə baş verməlidir? İşçilər hər dəfə tətil (bu cədvəldə yalnız Birinci Dünya Müharibəsi zamanı olan tətillər təsvir edilib) elan etməlidirlər ki, "millətin atası" maaşı qaldırsın, ya qiymət artımını görən sahibkar özü artırmalıdır?
Читать полностью…Maraqlı faktlar sırasından: bu yaxınlarda 1 saylı Bakı DOST Mərkəzi üçün binanın (daha doğrusu bina sahəsinin) icarə müqaviləsi daha 5 il uzadılıb. Rəsmi məlumata görə, müqavilənin dəyəri 4 874 760 AZN (və ya 1 kvadrat metri aylıq 22 AZN) təşkil edib. Bundan əvvəlki müqavilə 2018-ci ildə imzalanmışdı və o zaman da müqavilənin dəyəri 4 874 760 AZN təşkil etmişdi. Göründüyü kimi illər keçir, amma icarə haqqı dəyişmir. Bəs deyilənə görə hər yerdə kirayə haqqı artır?
P.s. Yeri gəlmişkən, 1 saylı Bakı DOST Mərkəzi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı 86-da yerləşir.
Azərbaycanda yaşamaq haqqında
Dövlət Statistika Komitəsinin məlumatına görə əgər 2019-cu ildə sinir sisteminin xəstəliklərindən 848 nəfər vəfat etmişdisə (onlardan 421-i şəhər, 427-si kənd yerlərində), 2021-ci ildən başlayaraq bu göstərici 2 mini ötüb.
2023-cü ilin nəticələrinə görə sinir sisteminin xəstəlikləri əsas ölüm səbəbi olaraq 2146 nəfərdə göstərilib (onlardan 1487 nəfər şəhər, 659 isə kənd yerlərində vəfat edənlərdir)
Dallas Federal Ehtiyat Bankının aylıq dərc etdiyi "Texas Manufacturing Outlook Survey" avqust nömrəsində qida sənayesində çalışan respondentlərindən biri deyir ki, "As the economy weakens, we are seeing modest growth in our category of dinner sausage" (İqtisadiyyat zəiflədikcə biz kolbasa məmulatlarında artım müşahidə edirik). Bu şərhi X akkauntlardan birinin dərc etdiyindən sonra, ABŞ KİV-lərində maraqlı bir müzakirə mövzusuna çevrildi. Məlum oldu ki, əhalinin böyük hissəsi qiymət artımından gileylənir və bunu problem kimi görürlər (ABŞ-in ən iri diskont mağaza şəbəkəsi isə hətta deyir ki, amerikalıların pulu bitir). Eyni zamanda rəsmi qurumlar isə inflyasiya səviyyəsinin normaya yaxın olduğunu deyirlər. Yəni müəyyən qədər absurd vəziyyət yaranır - əhali xərclərini azaldır, amma inflyasiya göstəricisi elə bil ki, normaya yaxındır.
Bəs Azərbaycanda? Təəssüf satışa dair məlumatlarımız çox azdır (bizim Statistika komitəsi bunu yalnız illik əsasda hesablayır), amma yerli istehsal statistikasına baxsaq görə bilərik ki, bu ilin ilk yeddi ayı ərzində kolbasa məmulatlarının istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 10,7% artıb və 17,3 min ton təşkil edib (keçən il də 8,8% artım qeydə alınmışdı). İdxalatda keçən il ilə müqayisədə sabitdir. Yəni göründüyü odur ki, əhalinin kolbasa məmulatlarına tələbatı yüksəkdir və artmaqda davam edir.
Bu yaxınlarda Litvada minimal əməkhaqqınının 12,3% artırılması nəzərdə tutulur. Bununla da minimal əməkhaqqı 1038 avro olacaq (vergi və s. çıxmaqla isə 777 avro). Maraqlıdır ki, müvafiq müzakirələr gedərkən həmkarlar ittifaqları 1070, sahibkarların nümayəndələri isə 1006 avro təklif edirdilər. Göründüyü kimi dövlət müəyyən qədər kompromiss variantı seçdi. Bəs Azərbaycanda sonuncu dəfə minimal əməkhaqqının həcmi haqqında müzakirəni nə vaxt eşitmisiniz? Bizdə heç nə vaxt olacağı haqqında məlumat olmur...
Читать полностью…Deyilənə görə Yeni Kaledoniya Azərbaycanla əməkdaşlıq sazişini ləğv etdi. Düşündüm bir baxım görüm bu əməkdaşlıq nədən ibarət idi. Sən demə həm 2022, həm 2023-cü illərdə Azərbaycan Yeni Kaledoniyadan "1000 V-dan çox olmayan gərginlikli elektrik dövrəsi üçün digər dəyişdirici açarlar" idxal edib. İdxalatın ümumi dəyəri 110 dollar civarında idi (başqa heç bir şey). 2024-cü ildə hətta dəyişdirici açarlar da idxal edilməyib...
P.s. ümumiyyətlə bu elektrik enerji ilə bağlı olan məhsullar üzrə maraqlı mübadilələr görmək olar. Misal üçün, bu il biz Kurasaodan ştepsel və rozetka, Nigerdən 100 ədəd lampa və s. idxal etmişik.
Oktyabrın 18-i Maliyyə nazirliyi tərəfindən açıqlanmış "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi" sənədində qeyd edilir ki, 2026-2028-ci illərdə büdcənin qeyri-neft gəlirlərinin artımına "qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, qeyri-neft və qeyri-dövlət sektoru üzrə fiziki şəxslərin gəlir vergisi üzrə verilmiş azadolmanın müddətinin 2025-ci ilin sonunda bitməsi ilə əlaqədar 2026-ci il və sonrakı iki ildə həmin tədiyyə növü üzrə daxilolmaların nəzərə alınması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuzunun artması nəticəsində şəffaflığın təmin edilməsi və nəzarətin güclənməsi" səbəb olacaq.
Göründüyü kimi indi mövcud olan moratorium (qeyri-neft və qeyri-dövlət sektorunda 8 min manat əməkhaqqıya kimi gəlir vergisi ödənilmir) uzadılmayacaq. Bəs sosial xərclər ilə bağlı vəziyyət? Xatırlayırsınızsa, moratorium tətbiq olunan dövrdə, qeyri-neft-qaz və qeyri-dövlət sektorunda çalışanlar üçün məcburi sosial ödəmələrdə də dəyişiklik edilmişdi. Yəni əgər moratorium ləğv edilirsə, o zaman mövcud sosial ödəmələr ilə birlikdə özəl sektorda çalışmaq daha baha başa gələcək. Köhnə sistemə qaytarılacaqmı (22%+3%)? Təəssüf, bu barədə heç bir məlumat verilmir. DSMF-in gəlirlərində xüsusi bir dəyişiklik olacağını göstərmir. Əksinə standart artımın davam edəcəyini göstərir (vaxtilə müvafiq addımın atılması nəticəsində MDSS üzrə yığımlar 600 milyon manat və ya 25% artırmışdı).
KİV-lərdə verilən məlumata görə “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində “Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcəyinə” dair maddə öz əksini tapıb.
Məlumatda qeyd edilir ki, layihəyə görə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək”.
Məsələnin maraqlı tərəflərindən biri odur ki, oturub müxtəlif qanunları dəyişdirmək, xüsusi hallar əlavə etməkdənsə, sadəcə mövcud olan qanunvericiliyi tətbiq etmək olar. 1996-ci ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” qanunun 24-cü maddəsində qeyd olunur ki, “Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir”. Yəni sadəcə torpaq islahatını keçirirsən və xüsusi olaraq icarə qaydaları və s. qэbul etmək ehtiyacı da yaranmır.
Heç kim də soruşmur ki, niyə belə sadə addım yerinə müxtəlif qanunları dəyişdirmə daha effektiv hesab olunur.
O gün danışdığım mövzuya dair: təsadüfən bu yaxınlarda ADY-nun aylıq jurnallarını vərəqləyirdim və.. gördüyünüz kimi müvafiq addım da "təhlükəsizliyin yüksək səviyyədə təşkil edilməsi" məqsədilə edilib. Amma sağ olsun ADY imkan verir ki, ölkə daxilində biz "ümümvətəndaş pasportdan" (yəni xarici pasportdan) da istifadə edə bilərik.
Sizcə, ADY başqa hansı absurd addım atacaq?
Nobel mükafatı ilə bərabər ona parodiya olan İqnobel mükafatı və ya Anti-nobel mükafatı da mövcuddur. Bu mükafat hər ilin oktyabrında Nobel həftəsindən əvvəl elan edir. Mükafat “first make people laugh, and then make them think” (yəni əvvəl güldürən, sonra isə düşünməyə məcbur edən nailiyyətlər) prinsipinə uyğun olan nailiyyətlərə görə verilir. Periodik olaraq çox maraqlı bir tədqiqatlara da rast gəlmək olur. 2024-cü ildə “demoqrafiyaya” görə mükafata S.C. Nyuman adlı avstraliya tədqiqatçısı layiq görülüb.
O “Supercentenarians and the Oldest-Old Are Concentrated into Regions with No Birth Certificates and Short Lifespans” (ən uzunömürlü insanlar doğum şəhadətnamələri olmayan və qısa ömür ilə xarakterizə olunan bölgələrdə yaşayır) və “Supercentenarian and Remarkable Age Records Exhibit Patterns Indicative of Clerical Errors and Pension Fraud” (uzunömürlülük məmur səhvi və pensiya fırıldaqların göstəricisidir) adlı məqalələrdə sübut edir ki, “uzunömürlük” ilə fərqlənən bölgələrin böyük hissəsinin birləşdirən əlamət – ölkənin digər bölgələri ilə müqayisədə daha yoxsul, əhalinin əsas hissəsinin qısaömürlü olması və arxivlər ilə bağlı problemlərdir. Onun hesablamalarına görə inkişaf etmiş ölkələrdə belə uzunömürlü adlanan şəxslərin yalnız 18%-də doğum şəhadətnaməsi var idi (eyni vəziyyət Okinava, Sardiniya və digər belə tipli məşhur bölgələrə aiddir).
Başqa sözlə uzunömürlülük (burada məhz 100 ildən çox yaşayanlar əsasən nəzərdə tutulur) ilə xarakterizə edilən bölgə haqqında eşitdinizsə, bilin ki, bu reallıqda belə deyil.
Bir neçə həftə əvvəl Gəncəyə qatar ilə gedirəm və aldığım biletdə birdən mənim üçün təəccüblü bir elana rast gəldim: “Qeydiyyat və minik qatarın yola düşməsindən 1 saat öncə başlayır və 5 dəqiqə qalmış tamamlanır”. Ehtimal edirəm ki, heç kim önəm verməyib, amma bu təyyarə qeydiyyatı deyil, bu sadəcə ölkədaxili elektrik qatardır. Mən hələ də başa düşmürəm niyə biz ölkədaxili qatarda bilet almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməliyik, burada isə əlavə məhdudiyyət – qeydiyyat müddəti də yarandı. Məlum oldu ki, bütün stansiyalarda artıq əlavə “post” yaranıb, orada əlavə işçilər (yeni iş yerlərin açılmasıdırmı bu?) bütün biletləri yoxlayırlar və platformaya buraxırlar. Nəticədə biletsiz platformaya düşmək olmur. Təxmin edirəm ki, bu həddindən artıq “strateji” məsələ idi – platformada biletsiz insanların olması – ona görə bu qərarı verdilər. Hələ polisin yoxlanışı, yüklərin yoxlanışı və s. demirəm. Təsəvvür edin ki, bu adi ölkədaxili elektrik qatardır. Təxmin edirəm ki, bu qərar ADY tərəfindən verilib və, əlbəttə ki, qərar verilərkən “təhlükəsizlik” səbəbi istifadə olunub. Yəni sərhədlərin bağlı qalması dövlət qurumları üçün bir göstəricidir – hökumət məhdudiyyət qoyur və bu məhdudiyyətin heç izah edilməsinə lüzum görmürsə, siz də edə bilərsiniz. Kimdir soruşan ki, niyə qazonda piknik etmək olmaz? Kimdir soruşan ki, ölkədaxili qatarın gəldiyi vaxt stansiyaya gəlsəm, məni niyə buraxmırsınız? Heç kim...
Belə şəraitdə nəsə yaratmaq, nəsə yazmaq çətindir. Başqa tərəfdən o gün öyrənirsən ki, Fərid Mehralızadənin qızı dünyaya gəlib, amma o özü bunu görməyib – qanunsuz olaraq həbsdədir. Və bu ədalətsizliyi aradan qaldırmaq üçün heç nə edə bilmirsən.
Nəsə bu şəraitdə yaşamaq və yazmaq çətindir.
Deyilənə görə hər altı saatdan bir Yaponiya şirkətlərinə məxsus bir sıxlaşdırılmış təbii qaz daşıyan tanker yola düşür. Bu yaxınlarda Bloomberg tərəfindən aparılan araşdırmada məlum oldu ki, təbii qaz qiymətlərinin dəyişməsindən ən çox qazananlardan biri Yaponiyadır.
Məlum oldu ki, Yaponiya bu sahədə əməlli-başlı imperiya qurub - maliyyədən, texnologiyadan başlayaraq birbaşa təbii qazın ixracına kimi hər şeyi reallaşdırır. Yalnız keçən il birbaşa bu sahədə iştirak edən şirkətlərin təmiz mənfəəti 14 milyard dolları keçib (hələ buraya bank, sığorta və s. köməkçi xidmətləri də əlavə etmək lazımdır).
Yəni təbii qazdan qazanmaq üçün sadəcə təbii qaz resurslarına malik olmaq lazım deyil (Yaponiyada qaz hasilatı bizdən 8 dəfə azdır).
Yadımdadır ki, Rusiyada flibusta bloklananda, saytın administratoru elan etmişdi ki, biz heç bir mübarizə aparmayacayığ - hər şey istehlakçılardan asılıdır. Qoy insanlar məhkəmələrə müraciət edib, hüquqlarının pozulduğunu sübut etsinlər. Nəsə o söhbət getmədi, amma insanlar bu resursdan istifadə etməyə davam edirdi. İndi isə məlum oldu ki, 650 minlik kitabxana sadəcə bir adamın hesabına yaşayır (hər dəfə belə faktlar ilə rastlaşanda təəccüblənirəm: bizim əsrdə insanlıq, paylaşmaq hissi ölməyib, yaşayır!) və indi isə bu şəxs artıq ciddi bir xəstəliyin son mərhələləsindədir və artıq saytı saxlamağa imkanı yoxdur. Qalacaqmı sayt? Tvitterdə, saytda hamı buna dair yazışır, amma görünür ki, bir dövr bitdi... Vaxtilə qarşımda böyük bir dünya açan sayt idi. İndi oturdum hesabladım ki, bu ilin əvvəlindən oxuduğum 52 kitabdan 12-sini oradan yükləmişəm...
Читать полностью…Azərbaycanın ixracatı haqqında
Bu yaxınlarda Qırğızıstan mediası Çinin xarici ticarətini təhlil edərkən maraqlı bir fakt ilə qarşılaşıblar. Məlum olub ki, Qırğızıstan Çindən gəmilər üçün vintləri idxal edir. Ölkədə dənizin olmamasını nəzərə alsaq ehtimal olunur ki, bu idxalat sonradan Rusiyaya ixrac olunur. Düzdür burada həcmlər çox böyük deyil, amma hər bir halda maraqlı bir hadisədir.
Yaxşı, bəs Azərbaycan da bu prosesdə iştirak edirmi? Maraqlıdır ki, gəmi üçün vintlərin Rusiyaya ixracında bizim də adımız keçir. Düzdür burada həcmlər hətta Qırğızıstan ilə müqayisədə qat-qat azdır, amma hər bir halda Azərbaycan müvafiq məhsulun həm idxalını, həm də ixracını artırıb. Belə ki, 2024-cü ilin altı ayı ərzində 116 ədəd gəmi vinti idxal edib və 13-nü ixrac edib. Keçən ilin eyni dövrü ilə müqayisədə bu fiziki həcmdə idxalın 3 dəfə, ixracın isə 13 dəfə artması deməkdir. Rəsmi məlumata görə gömrük dəyəri olaraq göstəricilər çox aşağıdır. Belə ki, idxalat dəyər olaraq 7 dəfə azalıb (12 min dollara kimi).
Yuxarıdakılar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlardır. Maraqlıdır ki, Türkiyə statistika qurumun məlumatına görə bu ilin əvvəlindən Azərbaycan 504 min dollar dəyərində 5 ədəd gəmi vinti idxal edib. Bizim statistika deyir ki, belə bir idxal faktı qeydə alınmayıb. Göründüyü odur ki, Azərbaycanda Rusiyaya re-ixrac ilə məşğul olanlar məhsulu ümumiyyətlə ölkəyə daxil etmirlər.
Beynəlxalq hesablaşmalar bankının (mərkəzi bankların fəaliyyətini əhatə edən beynəlxalq maliyyə təşkilatı) məlumatına görə dünya üzrə daşınmaz əmlakın real qiymətinin artımı davam edir. Əgər ilk müddət daşınmaz əmlakın qiymət artımı inflyasiya səviyyəsindən aşağı idisə, indi artıq artım onu da keçib. 58 ölkənin məlumatı əsasında müəyyən edilib ki, nominal artım ortalama olaraq 2,9% təşkil edib. Bu göstəricinin bir qədər azalmasının səbəbi isə Çin, bəzi Asiya və Aİ ölkələridir.
Maraqlıdır ki, son 3 il ərzində ən yüksək artım Türkiyə (+120%), Rusiya (+33%) və ABŞ (+21%) qeydə alınıb.
Bəs Azərbaycanda? Təəssüf buna dair bizim əlimizdə hər hansı bazar yoxdur. Amma KİV-lərin verdiyi məlumata görə Azərbaycanda 2024-cü ilin mart-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə mənzillərin orta qiyməti 9,2% artıb. Yeni tikilmiş mənzillər 10,3%, köhnə binalarda olanlar isə 9,2% bahalaşıb və göründüyü odur ki, qiymət artımı davam edir. Başqa tərəfdən gördüyümüz kimi Azərbaycanda müşahidə olunan qiymət artımı dünya üzrə baş verən proseslər ilə eynilik təşkil edir.
ABŞ-da iki tədqiqatçı (bir çox fikirləri ilə razı olmadığım D. Yanaqizava-Drott və X-Y. Fot) bu yaxınlarda birdən birə 1950-ci ildən 2010-cu ilə kimi mövcud olan və bütün ştatları əhatə edən 14,5 milyon fotoşəkili araşdırmaq qərarına gəldilər. Özü də adi fotoşəkil yox, məhz məktəbi bitirərkən çəkilən fotoşəkilləri araşdırdılar. Məqsəd çox sadə idi – ifadə azadlığı və elmi inkişaf arasında əlaqənı tapmaq idi. Və ən maraqlısı odur ki, məhz ən çox qeyri-ənənəvi saç tərzi, aksesuar və ya geyim qeydə alınan bölgələrdə növbəti dövrdə daha çox ixtiralar qeydə alınıb.
Əlbəttə ki, geyim və saç tərzinin elmə heç bir aidiyyatı yoxdur. Sadəcə əgər sosial mühit adətlərdən imtinaya (və ya şəxsi yanaşmaya) görə səni cəzalandırmırsa, o zaman insanların kreativ imkanları da artır. Yəni heç kim düşünmür ki, bunu etsəm, müqabilində cəza alacağam. Bu da düşüncə tərzinə ciddi təsir edir və bunun nəticəsini ixtiralarda və inkişafda görmək olur.
Tədqiqatın metodologiyasına bir çox suallar ola bilər, amma təxmin edirəm ki, nəticələr heç də reallıqdan uzaq deyil. Ona görə hər dəfə “milli-mənəvi mentalitetə uyğun olmayan” sözünü eşidəndə başa düşürəm ki, bu an inkişafa qarşı çıxış etmək istəyirlər və təəssüflər olsun ki, hələ də bu yanaşma bizim cəmiyyətdə qalib gəlir.
Maraqlı faktlar sırasından: Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, artıq 4 ay dalbadal ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsi aşağı düşür. Apreldə 1007.5 AZN olduğu halda, iyulun nəticələrinə görə 1002.4 AZN təşkil edib.
Məsələnin başqa tərəfi ondan ibarətdir ki, əgər bu rəqəmlər əsasında konkret aylar üzrə orta əməkhaqqı səviyyəsini hesablasaq, iyul ayında bu göstərici dəqiq 1000.0 AZN olacaq.
Nəsə, "gözəl" rəqəmlərdir.
Eşitmişəm ki, bu yaxınlarda H.Z. Tağıyev haqqında film çəkiblər. Maraqlıdır, neft haqqında bölmədə onun iştirak etdiyi hansı şirkətin yaranması təsvir ediləcək? Belə ki, Balaxanıda neft torpaqlarına dair hərraclarında Tağıyev "Соучастники" şirkətinin payçısı kimi (orada 23 payçı var idi. Payçılar arasında hərbi mühəndislər, Tağıyev, Tsaturov, Sarkisov və digər tacirlər var idi), Bibi-Heybətdə isə "Tağıyev və Sarkisov qardaşları" şirkəti kimi çıxış edirdi.
Читать полностью…Milli Hidrometeorologiya Xidməti: "Bakıda, Abşeron yarımadasında və Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada müşahidə olunan tozun miqdarı normadan 4-4.5 dəfə yüksəkdir".
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev: "Bu gün Bakı Qlobal İqlim Şəffaflığı Platformasını istifadəyə verəcəyik".