Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
İqtisadi riyaziyyat haqqında...
Yaşayış minimumu haqqında qanun: “Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir”.
Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, dövlət elmi müəssisə və təşkilatları, qeyri-hökumət təşkilatları ilə birlikdə minimum istehlak səbətinin tərkibini üç ildə bir dəfə yenidən müəyyənləşdirərək təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin”.
İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov: “Minimum istehlak səbətinin tərkibinə baxılması üçün müvafiq işçi qrup fəaliyyət göstərir, bu, İqtisadiyyat Nazirliyinin daim diqqət mərkəzində saxladığı məsələdir. İşçi Qrupun son görüşü 2021-ci ildə olub. 2025-ci ildə biz İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. 2025-ci ildə istehlak səbətinin tərkibinə yenidən baxılacaq”.
Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Maraqlı faktlar sırasından: Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ilin sentyabr ayında Azərbaycan Türkiyədən 6 ulaq (yük və ya minik heyvanı, adətən eşşək nəzərdə tutulur) idxal edib. Hər birisinin orta dəyəri 1.6 min dollar təşkil edib. Statistikaya görə bu ən azı 2011-ci ildən bəri ilk belə faktdır.
Читать полностью…Biz artıq öyrəşmişik ki, müəyyən məmur hansısa vəzifəyə təyin olundusa, o artıq uzun müddət eyni vəzifədə qalacaq. Yəni çox nadir hallarda o 4-5 il sonra başqa bir vəzifəyə keçirilir. Maraqlıdır ki, 50-ci illərdə vəziyyət bunun tam əksi idi. Misal üçün, indi Azərbaycanda ən sabit vəzifələrdən biri İcra Hakimiyyətin başçısıdır. Heç müddətə dair bizim məlumatımız olmur. Təyin olundusa - başqa rayona keçirilməsə və ya korrupsiya ilə həbs edilmədisə - sona kimi vəzifədə qalır.
50-ci illərdə olan vəziyyətə dair maraqlı faktı biz V. Axundovun 1959-cu ildə vəzifəyə (Azərbaycan Kommunist Partiyasının birinci katibi) gəldikdə etdiyi çıxışda görə bilərik. Moskvada etdiyi müvafiq çıxışda o qeyd edir ki, "одним из серьезных недостатков в работе с кадрами является их частая сменяемость. В 1954 г. было сменено 153 секретаря райкома, 30 председателей райисполкомов, в 1955 г. - соответственно 77 и 31, в 1956 г. - 64 и 12, в 1957 г . - 51 и 22, в 1958 г. - 85 и 24" (Kadrlar ilə işdə ən ciddi problemlərdən biri onların tez-tez əvəzolunmasıdır. Belə ki, 1954-cü ildə 153 rayon partiya katibi və 30 icra komitə sədri dəyişib, 1955-ci ildə 77 və 31, 1956-ci ildə 64 və 12, 1957-ci ildə 51 və 22, 1958-ci ildə 85 və 24). Nəzərə alın ki, o zaman Azərbaycanda 60-66 inzibati bölgə var idi (indi 78-dir).
İstirahət günü faktı: Bakı vağzalında təqdim olunan həddindən artıq yüksəksürətli Wifi ilə... Youtube-a daxil olmaq olmaz..
Читать полностью…Nərgiz Muxtarova beynəlxalq iqlim sammiti ərəfəsində həbs edilən həyat yoldaşı iqtisadçı Fərid Mehralızadənin sosial ədalət və iqlim mövzularında çıxışları haqda yazır. O, COP 29 yaxınlaşarkən həm də qeyd edilən mövzulardakı tənqidi çıxışların nəticəsi olaraq Fəridin həbs edildiyini bildirir. Yazının tam mətni: https://www.climatechangenews.com/2024/11/04/how-azerbaijan-locked-up-climate-and-social-justice-advocate-ahead-of-cop29-prison/
Читать полностью…Şəkil 1. Çexiyanın təbii qaz idxalatı.
Şəkil 2. Çexiyanın neft idxalatı.
Şəkil 3. Rusiya neftinin qiymətində Azərbaycan nefti ilə müqayisədə verilən endirim.
Qırğızıstanda sürücülük vəsiqələri və nəqliyyat vasitələrinin qeydiyyatı ilə məşğul olan “Unaa” adlı bir qurum mövcuddur. Bu yaxınlarda onun rəhbərini sürücülük vəsiqələrin satışında ittiham edib, həbs ediblər (bir neçə ildən bir bu qurumda korrupsiya adı ilə rəhbər dəyişir). Qırğızıstan prezidenti də bu məsələni şərh edərək deyib ki, “Mən onu dəvət edib, demişdim ki, əgər sən təmiz işləsən, işçilərin də təmiz işləyəcək.. əgər maaşın kifayət etmirsə, mən öz sponsor fondumdan sənə aylıq 2 min dollar ayırmağa hazıram”. Dediyinə görə onlar bu məbləğə razılaşdılar və məmur təmiz işləyəcəyinə söz verdi. Görünür maaş və prezidentdən əlavə kömək yaşamağa kifayət etmirdi...
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Qırğızıstan prezidentinin sözlərinə görə öz “sponsor” fondundan (dediyinə görə büdcəyə aidiyyəti yoxdur. Hansı vəsaitlər hesabına formalaşdığına dair məlumat vermədi) o hardasa 40 məmura aylıq maaş ayırır.
Maraqlıdır, bəs bizdə nazir və iri məmurlar əldə etdikləri maaşdan əlavə nəsə alırlarmı?..
Economist deyir ki, Azərbaycanın yeni qeyri-neft ixracını Youtube videolar təşkil edə bilər. Keçən dəfə devalvasiyaya dair Economist-in yardımçı saytında dərc olunan qısa qeydi bütün KİV-lər yaymışdı. Bu dəfə yeni qeyri-neft ixracat istiqaməti, potensialı və s. haqqında nəsə yazmırlar...
Читать полностью…O gün yazdığım söhbət sən demə daha da genişlənib. İndi müvafiq siyahıya Local Garden MMC, Katelen Qrup MMC, Boqra-2021 MMC, Harris-SS MMC, Konte TT MMC, SS-Promo Group MMC və Altuntel-S MMC də əlavə olundu. Məlum olur ki, bu şirkətlər vasitəsilə ölkəyə 102 milyon dollar valyuta daxil olmayıb. Görünür hökumət ya hesab edir ki, təcili ölkəyə bütün valyuta mənbələrindən vəsaitlər daxil olmalıdır (devalvasiya riskinin olmadığına dair danışanlara salam!) ya da müstəqil podratçıları/vasitəçiləri (biz hamımız başa düşürük ki, bu şirkətlər/şəxslər yalnız vasitəçilərdir) ləğv edərək, mərkəzləşdirmək istəyir.
Başqa tərəfdən mən düşünürəm ki, hökumət hər iki məqsədə nail olmağa çalışır. Həmişəki kimi də əlbəttə ki, problemin səbəbi yerinə monopoliya qurmaq naminə onun fəsadları ilə mübarizə aparır.
Bizim KİV-lərin maraqlı bir cəhəti var. Misal üçün, xəbər verilib ki, "“Bank Avrasiya” ASC-nin səhmdarları dəyişib". Maraqlı xəbərdir. Bu bankın müəyyən maraqlı bir xüsusiyyəti var. Bəs yaxşı bu yeni səhmdar kimdir? Xəbərdə qeyd olunur ki, bu TOP PROPERTİES MMC-dir. Bəs bu şirkət nədir, haradandır və nə ilə məşğuldur? Bunu material müəllifləri araşdırmırlar. Məntiqlə günə 20-25 xəbər yazmalı olan KİV bunun araşdırılmasında daha maraqlı olmalıdır. Amma görünür ki, onlar üçün bu maraqsızdır. Müvafiq materialı oxuyanlar üçün isə elə bu da maraqlıdır. Bu günə kimi Pasha Holdinq ilə əlaqəli olan bank kimə keçdi?
Kommersiya qurumlarının dövlət reyestrinin məlumatına görə bu şirkət 2020-ci ilin yanvarın 29-da qeydiyyatdan keçib. Qeydiyyatdan keçərkən onun nizamnamə kapitalı 200 AZN, qanuni nümayəndəsi isə Araz Nazim oğlu Ağayev idi. Şirkətin rəsmi ünvanı B. Səfəroğlu küçəsi, ev 166, m.36 olaraq qeyd olunub. Bir ay keçmədən nizamnamə kapitalı 24 milyon manata (daha doğrusu 24 milyon 62 min 310,5 AZN. Rəqəm seçimi maraqlıdır) kimi artırıldı. Sonradan direktor da dəyişdi (Vasif Əli oğlu Məcnunov). Ondan sonraki dövrdə periodik olaraq nizamnamə kapitalı artırıldı. İndi şirkətin nizamnamə kapitalı 147 milyon manatı aşır (əsasən bu ilin əvvəlində kapitala 70 milyon manat əlavə olunmuşdu). Yeri gəlmişkən bu dövrdə şirkətin mülkiyyətinə "Bakı-XXI Əsr" şirkəti də keçdi. Bu şirkət isə Bakı Beynəlxalq Avtovağzalın sahibi idi.
Yaxşı bəs şirkət kimə məxsusdur? A.N. Ağayev 2016-ci ilə kimi Pasha Developmentə rəhbərlik edirdi. Ondan sonraki dövrdə PMD Group-unu idarə edirdi (Kapitalbankın müşahidə şurasında və s. olub). Göründüyü odur ki, yaradılanda PMD Group-un şirkətlərindən biri kimi yaradılmışdı. V. Məcnunov və şirkətin qeydiyyat ünvanı haqqında hər hansı xüsusi məlumat tapmaq çətindi. V. Məcnunovun adı yalnız daha bir şirkətdə keçir. O da 2017-ci ilə aiddir. Müvafiq ünvan üzrə daha bir şirkət qeydiyyatdan keçib, amma bu şirkətin qanuni nümayəndəsi olaraq Det-Al Alüminium MMC-nin keçmiş direktoru Sərxan Babayev çıxış edir. Necəsə onların bağlantısı varmı? Demək çətindir. Amma təxmin etmək olar ki, reallıqda bankın səhmdarı dəyişməyib, sadəcə müvafiq səhmdarlara məxsus hüquqi şəxslər arasında dəyişiklik edilib.
2023-cü ilin nəticələrinə görə Azərbaycanda çalışan muzdlu işçilərin əməkhaqqısında ciddi artım baş verib. Bunun da əsas səbəbi minimal əməkhaqqı alanların sayında artım. Əgər 2022-ci ildə 411 min muzdlu şəxsdə aylıq əməkhaqqı minimaldan aşağı idisə (yəni yarımştat, 0,75 ştat və s. tərzdə çalışırdılarsa), 2023-cü ildə bu qrup işçilərin sayı 39 minə kimi enib. Bununla da 345-400 qazanan qrupda ciddi artım baş verib.
Eyni zamanda qeyd etmək lazımdır ki, görünür ki, bir hissəsi tam ştata keçdi və ya istiqaməti dəyişdirdi (yəni yarımştat ilə aldığı 250 tam ştata keçməklə oldu 500).
1700-dən yuxarı maaş alanların sayı və payı da müvafiq olaraq 5,5% və 0,3% artıb. Başqa tərəfdən maraqlıdır ki, ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1000 manatdan yuxarı olduğu halda (düzdür indi 997-dir) muzdlu işçilərin yalnız 22%-i müvafiq həcmdə əməkhaqqı alır.
Açıq mənbələrdən öyrənə bilərik ki, iqtisadi cinayətlər ilə bağlı bu onun ilk həbsi/saxlanılması deyil. İlk dəfə açıq mənbələrdə onun adı 2015-ci ildə tapılır. Bir neçə Bərdə fermeri prezidentə açıq məktub yazmışdılar. Təxmin etmək olar ki, bu məktub Z. Hidayətov tərəfindən təşkil olunmuşdu (ən azı onun imzası birincidir). Məktubun əvvəlində qeyd olunur ki, bundan əvvəl də prezidentə məktub yazıblar, amma cavab ala bilməyiblər. Məktubda qeyd olunur ki, artıq 10 ildir ki, ixraclar məşğuldular, amma 2014-cü ildən bəri problemlər ilə üzləşməyə başladılar. Dediklərinə görə “Hamı istintaqa çağnlır, bizdən xəbərsiz yoxlama keçirilərək vergi aydiyyatından küllü miqdarda vergi borcunun yaranması deyilir və cinayət işi qaldırılır”. Məktubu imzalayanların hamısına 200 min manatdan 2,5 milyon vergi borcu yazılıb. Nəticədə üç nəfər (Z. Hidayətov də həmçinin) artıq həbsdə idilər.
Görünür məsələ öz həllini tapmadı və 2016-ci ildə yenidən məktub yazdılar. Bu məktubdan məlum oldu ki, Z. Hidayətovun borcu 213 min manatdır və ittiham onun üçün 4,5 illik həbs tələb edir (ya da düşüb. Məktubdan başa düşmək olmur). Məktubda yazılana görə Vergi Xidməti tərəfindən 10 nəfərə yazılmış ümumi vergi borcu 4 milyon manatdan çox idi.
Məsələ yenə də öz həllini tapmadı və artıq 2017-ci ildə növbəti məktubu göndərdilər. Məktubdan məlum olur ki, artıq Z. Hidayətovun borcu 844 min manat təşkil edir. Amma görünən odur ki, o həbsdə deyil. Ən azı həbsdə olan şəxsin mobil telefonu məktubda qeyd olunmazdı. Yeri gəlmişkən bu dəfə daha çox fermer məktuba qoşulub. Birincisində 8, sonra 10, indi isə 12 nəfərdir.
Məsələ necə bitdi, bizə məlum deyil, amma 2020-ci ildə 94 saylı Bərdə kənd seçki dairəsi üzrə namizədlər arasında işsiz Hidayətov Zöhrab Raqub oğlunu görürük. O Ümid partiyasından namizəd olaraq irəli sürülmüşdü və hətta imza vərəqələrini almışdı, amma sonradan heç nə etməyib. Nəticədə namizədlər siyahısına düşmədi. Niyəsini demək çətindir, amma təxmin edə bilərik ki, problemləri həll olundu və artıq 2021-ci ildə Z. Hidayətovun adı başqa bir məktubda gedir. Bu dəfə onun tənqid obyekti Qida Təhlükəsizliyi Agentliyidir.
2023-cü ildə Z. Hidayətov artıq başqa bir qurumla bağlı şikayət məktubuna imza atır. Bu dəfə Dövlət Gömrük Komitəsidir. İmzada özünü “soğan istehsalçısı” olaraq göstərir. Bu məktub bir dəfə fevral ayında, ikinci dəfə oktyabr ayında dərc olunur. Ondan sonra nə baş verdiyinə dair məlumatımız yoxdur, amma bilirik ki, o artıq həbsdədir (səbəbinə dair məlumat verilmir).
Düzdür burada qeyd etmək lazımdır ki, bu fərqli şəxslər də ola bilər. Amma eyni bölgədən, eyni ad, soyad, ata adı, eyni sahədə məşğul olan iki şəxsin olması bir qədər təəccüblüdür.
Nəsə maraqlı bir hadisədir. Əslinə qalsa bu mövzu iqtisadi sahədə çalışan jurnalistləri maraqlandırmalıdır. Mətbuatın dərc etdiyi relizdə mənim diqqətimi xüsusi olaraq çəkən daha bir ifadə oldu. Orada deyilir ki, “belə maxenasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn alınan “kənd təsərrüfatı məhsulları” formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur”. Yəni burada müəlliflər nə demək istəyiblər? Ya formal olaraq nəsə idxal olunur, amma reallıqda gəlmir, ya da məhsul ixrac olunmur, sadəcə o ad ilə pul yuyulur? Heç nə başa düşülmür, amma mövcud qeyri-neft ixracatı statistikasına qarşı konkret şübhə yaradır.
Azərbaycanın qeyri-neft-qaz ixracı
2023-cü ilin nəticələrinə görə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçılar arasında birinci yeri Şirinov Elvin Valeh oğlu tutmuşdu. O zaman etdiyim hesablamalarıma görə Azərbaycanın Rusiyaya ixrac etdiyi meyvə və tərəvəzin 23%-i onun payına düşürdü.
Keçən ilin sentyabrında elə burada yazarkən, mən sual vermişdim ki, “Bəs Elvin Şirinov nə ilə məşğuldur?”. Onun haqqında bildiyimiz yalnız o idi ki, o Mingəçevir şəhəri üzrə qeydiyyatdadır. Nə ilə və necə məşğul olduğuna dair məlumat yox idi. Hətta konkret sahəni müəyyən etmək çətin idi. Rusiyanın idxal gömrük bəyannamə bazasına görə, onun adı 24 şirkət ilə bağlı olan 566 idxal bəyannaməsində ixracatçı olaraq göstərilmişdi. Bu bəyannamələrin birincisi 2022-ci ilin yanvarında, sonuncusu isə 2024-cü ilin yanvarında təqdim edilmişdi. Azərbaycan gömrüyünün məlumatına görə isə onun adı altında ölkədən 2022 və 2023-cü illərdə 175,3 milyon dollar (298 milyon manat) dəyərində məhsul ixrac olunub (və ya Azərbaycanın iki illik meyvə-tərəvəz ixracatının 12,7%-i).
Təəssüf o zaman bizim KİV-lər sadəcə ixrac icmalında əks olunan materialı paylaşmaq ilə kifayətləndilər. Hətta belə məsələlərdə (siyasətdən uzaq, ən azı rəsmi siyasətdən) mediamız dərinə getmir. Ondan əvvəlki dövrdə belə mən eşitmişdim ki, bizim sahibkarlar müxtəlif maraqlı sxemlərdən istifadə edib (yenə də təəssüf ki, bizim KİV-lər iqtisadiyyat ilə maraqlanmırlar. Əks halda çoxlu sayda maraqlı faktları, sxemləri və s. aça bilərdilər), pomidor və digər kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac edirlər və oradan əldə etdikləri valyutanı Azərbaycana qaytarmırlar. Eşitdiyimə görə hətta Vergi Xidməti bununla maraqlanmışdı, amma xüsusi nəsə edə bilməmişdi.
Ümumiyyətlə bizim qeyri-dövlət qeyri-neft ixracatçılarımızın siyahısına baxdıqda görürsən ki, yarısı və ya əhəmiyyətli hissəsi yeni yaradılan şirkətlərdir. Ölkədə o boyda aqroholdinqlərin olduğu halda, onları müvafiq siyahılarda tapmaq çətindir. Nümunə üçün bu ilin əvvəlindən dərc olunan siyahılara baxa bilərik və avtomatik olaraq orada 2022-2023-cü illərdə yaranmış ən azı üç şirkəti tapa bilərik (şəkil 1): Sadromaks Co MMC, My Vegetables MMC və bir-iki ay əvvəl reytinqdə yerləşən Soil Boons MMC (şəkil 2). Adətən görürük ki, bir il əvvəl heç bir ixrac əməliyyatında iştirak etməyən şirkət birdən birə 10-50 milyon dollar dəyərində məhsul ixracında iştirak edir. Maraqlıdır ki, tapdığımız üç şirkətdən ikisinin kifayət qədər də vergi borcu var. Misal üçün, Soil Boons MMC üzrə 5 milyon manat, My Vegetables isə 508 min manat borcları var. Eyni zamanda ixrac həcmləri isə 5,9 və 11 milyon dollar təşkil edir. Birincisi indiki halda riskli vergiödəyiciləri siyahısına daxildir və təxmin etmək olar ki, məhz buna görə artıq ixracatçılar sırasında onu görə bilmirik.
Amma qayıdaq keçən ilin liderinə - Elvin Şirinova. Deməli bildiyiniz qədər Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi mövcuddur. İqtisadi islahatlar cəhətindən onun heç bir effekti olmadı, amma ən azı hər ay ixrac icmalı adlı bir məcmuə dərc edirdi. Burada gömrükdən əldə olunan materiallar dərc olunurdu. Əgər məhsullar üzrə həcm və dəyərə dair məlumatları əldə etmək üçün Dövlət Statistika Komitəsinin saytı kifayətdirsə, burada həmçinin əlavə məlumat da var idi – qeyri-neft sektorunun ixracı üzrə reytinqlər, Azeksportun sifarişləri, Azərkosmosun xidmət ixracı və s. Hər ay müvafiq icmalı mən yükləyirdim və müqayisə edirdim. Amma bu dəfə aprel ayından başlayaraq icmalın dərci dayandı. Hətta aprel ayı üçün icmal sayta yüklənmişdi, amma sonra itdi. Mən düşündüm ki, bəlkə müvafiq icmallara cavabdeh olan şəxs işdən çıxıb deyə, artıq heç kim yeniləmir. Amma çox uzun müddətdir ki, dərc olunmurdu. Hətta indi sayta daxil olsanız, görə bilərsiniz ki, iyul ayı üçün ixrac icmalı dərc olunan kimi göstərilib (bir-iki gün əvvəl dərc etdilər), amma reallıqda orada heç nə yoxdur. Bəs nəyə görə heç bir ziyanı olmayan siyahının dərci dayandırıldı?
Kanadada fəaliyyət göstərən Fraser İnstitutu illik olaraq "Economic Freedom of the World" adlı reytinq dərc edir. Adından da bəlli olduğu kimi burada iqtisadi azadlıqlardan söhbət gedir. Onlar müxtəlif göstəriciləri istifadə edirlər (dövlətin iqtisadiyyatda payı, xarici ticarətə giriş və s.). Sonuncu reytinq 2022-ci ilin məlumatları əsasında hazırlanıb. Müvafiq reytinqə görə biz 128-ci yerdə qərarlaşmışıq.
Göründüyü kimi ən yuxarı mövqeyə biz 2001, 2004 və 2016-ci illərdə nail olmuşuq. Bu arada hər iki Cənubi Qafqaz üzrə qonşumuz isə..
Doğum və ölkədəki idarəetmə arasında əlaqə varmı?
Azərbaycanda doğum son 10 il ərzində faktiki olaraq iki dəfə azalıb (aşağıdaki diaqramda bunu görə bilərsiniz). Düzdür 2014-cü ilə dair rəqəmlərdə müəyyən şübhələr olsa da, 2016-ci ildən bəri statistika artıq FİN-kodlar üzrə aparılmağa başlayıb. Müvafiq olaraq reallığı əks etdirməyə başlayıb. Nəticə etibarilə biz görürük ki, ölkədə doğum azalır. 2019-cu ildə müəyyən artım baş vermişdi, amma karantin dövrü bu artımı da yoxa saldı.
Bəs bunun səbəbi nədir? Burada müxtəlif subyektiv və obyektiv səbəblər göstərmək olar. Əlbəttə ki, ən əsas məsələ iqtisadi vəziyyətdir. Qiymətlərin ciddi sürətdə qalxdığı dövrdə bir çox ailələr ikinci uşaq haqqında yox, hətta ümumiyyətlə birinci uşaq və ailənin qurulub-qurulmaması haqqında düşünməyə başlayırlar.
Subyektiv səbəblərə gəldikdə isə bu yaxınlarda buna dair Rusiya Ali İqtisadi Məktəb tərəfindən maraqlı bir sorğu nəticələri dərc edildi. 2023-cü ilin may ayında 3287 ailə arasında sorğu keçirildi. Sorğuda iştirak edənlər sorğudan ən azı 12 ay əvvəl ailədə uşaq olmasını istəyirdilər. Məlum oldu ki, respondentlərin 60%-i planlarını dəyişdirməyib. 9,2%-i isə uşaqla bağlı planlarını tezləşdirdilər. Qalanları arasında vəziyyət əks istiqamətdə dəyişdi:
14,8% - planları qeyri-müəyyən müddətə uzadıblar;
9,5% - uşaqla bağlı planlardan imtina etdilər;
6,3% - planları 1-2 il sonraya uzatdılar.
Bəs bunun səbəbləri nə idi? Uşaqla bağlı planları dəyişdirənlər əsasən iki səbəb - ölkədə idarəetmə kursundan narazılıq (45% siyasi şəraiti, 30% müharibəni səbəb kimi göstərdi) və müvafiq olaraq qorxu və narahatlıq şəraitində yaşam (yəni qorxu və narahatlıq şəraitində uşaq haqqında düşünmək vaxtı deyil) və doğulan uşağa dair sosial siyasətin zəifliyi - göstərirdilər.
Sizcə bu sorğu nəticələrini Azərbaycana aid etmək olarmı?
Maraqlı sərəncamlar sırasından: bu ilin yanvarın 13-də “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü” təsdiq edilmişdi. Təəssüflər olsun ki, hər il olduğu kimi bu il də müvafiq sərəncam tam formada dərc olunmadı. Yəni xərclərin bölgüsünə dair bizə məlumat təqdim edilmir. Amma müvafiq sərəncamda edilən bəzi dəyişikliklər bəzən təsadüfən dərc olunur. Misal üçün, sərəncamın təsdiqindən iki həftə sonra, yanvarın 27-də, dəyişiklik edilib. Dəyişikliyi siz yuxarıda görə bilərsiniz. Bu dəyişiklikdən nəsə başa düşmək olurmu? Əlbəttə ki, heç nə...
Читать полностью…Gələn həftə, 22 noyabr Fəridin doğum günüdür. Təəssüf ki, Fərid doğum gününü - 30 yaşını həbsdə keçirməli olacaq. Bu ədalətsiz həbsin yaratdığı bütün çətinliklərə baxmayaraq Fərid üçün dostlarının, dəstək vermək istəyənlərin təbrikləri doğum gününü daha xoş əhvalda keçirməsinə səbəb ola bilər. Siz də dəstəyinizi ifadə etmək, təbriklərinizi çatdırmaq istəyirsinizsə, freefarid.info saytının məktub göndər (send letter - https://freefarid.info/#sendletter) bölməsindən istifadə edə bilərsiniz.
Читать полностью…Dünən şəhərin mərkəzi küçələrindən biri üzrə gəzəndə (saat 6-7 arası idi) qarşıma müvafiq tədbirə gəlmiş xarici qonaqlardan biri çıxdı. O telefonla video çəkərək, tanışı ilə danışırdı və Bakı haqqında öz təəssüratlarını bölüşürdü:
- Bakı çox xoşuma gəldi. Gör nə qəşənq küçədir. Çox qəşənq şəhərdir: insan izdihamı yoxdur, maşın azdır, sakitlikdir...
İstəyirdim yaxınlaşıb xəbər verim ki: "Bakı ölü kənd deyil, böyük şəhərdir. Elə gəzdiyin küçədə normal günlərdə həm insan izdihamı olur, həm maşınla doludur.." və s.
Sonra düşündüm ki, nəyə lazımdır: Bakının dünya ictimaiyyətinin gözlərində...
Nəqliyyata dair
Bugünkü səhərimizi "Bakıda 57 sayda marşrutun xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir, 15 marşrut xəttinin fəaliyyəti dayandırılır" xəbəri ilə açmışıq. Deməli şəhərin mərkəzində (daha dəqiq desək "İçərişəhər" metrosunun qarşısı və Azneft dairəsi) normalda 14 avtobus marşrutu fəaliyyət göstərir. Bu gün məlum oldu ki, bu marşrutların fəaliyyətində dəyişikliklər olacaq:
- E1 - marşrut xəttinin fəaliyyəti dayandırılır;
- 5 - təyinat nöqtəsi “28 May” NMM olacaq. Yəni avtobus Nəriman Nərimanov - 28 may marşrutu üzrə işləyəcək. Başqa sözlə Təbriz küçəsində yaşayanlar üçün xüsusi marşrut olacaq, çünki başqa heç bir əraziyə getməyəcək;
- 6 - son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası təyin edilib. Eynən bu marşrut da faktiki olaraq iki stansiya fəaliyyət göstərəcək - "Azadlıq prospekti" - "Elmlər Akademiyası". Bayıl əhalisi artıq bu avtobusdan istifadə edə bilməyəcək;
- 10 - son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası təyin edilib. İndi bu avtobus qısaməsafəli marşrut üzrə fəaliyyət göstərəcək. Əslinə qalsa ümumiyyətlə avtobus marşrutları konkret metro stansiyası və metro stansiyası olmayan ərazilər arasında fəaliyyət göstərməlidir (stansiyalar arasında avtobusun olması mənasızdır). Amma təəssüflər olsun ki, Bakıda nə bu qədər stansiya var, nə də nəqliyyat sistemi belə qurulub;
- 18 - son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası təyin edilib;
- 31 - son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası təyin edilib;
- 37 - fəaliyyəti müvəqqəti dayandırılacaq. Mərkəzdə yaşayanlar bilir ki, bu avtobusu tutmaq müşkül məsələdir. Eyni zamanda 31 və 53 ilə bərabər mərkəzdə fəaliyyət göstərən yeganə marşrutlardır ki, köhnə avtobusları istifadə edirlər;
- 53 - məlumat verilmir. Təxmin edə bilərik ki, fəaliyyətə davam edəcək. Deyəsən yaddan çıxarıblar;
- 65 - 65 nömrəli marşrut 9-cu mikrorayonu Azərbaycan prospekti ilə əlaqələndirəcək. İndiki marşruta görə avtobus Azneft dairəsinə də düşür. Yəni marşrutu bir qədər qısaldacaqlar;
- 77 - Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirəcək. Yəni mərkəzə daxil olmayacaq;
- 88 - təyinat nöqtəsi “28 May” NMM olacaq;
- 125 - son dayanacaq məntəqəsi metronun “Elmlər Akademiyası” stansiyası olacaq;
- 149 - təyinat nöqtəsi “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi olacaq;
- 205 - fəaliyyəti müvəqqəti dayandırılacaq.
Başqa sözlə faktiki olaraq mərkəzdə yalnız 2 marşrut qalacaq. Ən çox problemlər ilə Bayıl əhalisi rastlaşacaq. Onlar demək olar ki, marşrutsuz qaldılar (yeganə 53 qaldı). Yəni başqa sözlə Bayıla getmək istəyirsinizsə, piyada gəzə bilərsiniz.
Niyə bunu ediblər? Deyilənə görə bu dəyişikliklər dörd günə aiddir (nəzərə alın ki, tədbir ayın 11-i başlayır. İndi hansı dövrü əhatə edəcək rəsmi məlumatdan bəlli deyil - 11-14 və ya 10-13?). Tədbirə mane olurmu? Heç bir halda. Tədbir özü mərkəzdən uzaqda keçirilir. Mərkəzə gəlib-getmə problemli deyil. Düzdür Azərbaycanda mövcud olan problem həlli üsullardan ən birincisi və əsası - nəyisə qadağan etməkdir. Çoxlu sayda loqistika məsələləri var? O zaman gəlin ən rahat yolu seçək - fəaliyyəti dayandıraq, ləğv edək. Yoxsa birdən xarici qonaqlar şəhərin mərkəzində adam, avtobus zad görərlər... Ya da bəlkə taksi istifadəsini stimullaşdırmağa çalışırlar?...
P.s. maraqlıdır bu nəqliyyata/urbanistikaya aid səhifələr bu barədə yazacaqlarmı? Yəni bir neçə günlük tədbirə görə faktiki əhaliyə yalnız bir nəqliyyat növünü qoyublar - metro. Yəni insanlar istirahət günlərində harasa çıxıb getmək istəsələr ya məcburən taksidən istifadə edəcəklər, ya da bir neçə nəqliyyat növünü dəyişdirməyə (nəqliyyatımız onsuzda normal fəaliyyət göstərmir, indi isə təzyiq də artacaq) məcbur qalacaqlar. Başqa tərəfdən.. hökumət deyir ki, istirahət etmək istəyirsinizsə - evdə istirahət edin.
Bildiyiniz qədər son zamanlar Avropada radikal sağçıların mövqeyi günü-gündən güclənir. Bu mövqeyin əsasında bir çox amillər durur (sosial siyasətin zəifləməsi, bərabərsizliyin artımı və s.), amma media və s. əsasən nəyəsə görə miqrant məsələsini önə çəkir. Prinsipcə bunu nəyə görə etdiyini başa düşürəm (insan cəmiyyətində düşmən axtarmaq ən rahat mövzudur, amma hər dəfə bu düşməni yuxarıda axtarmaq yerinə qonşuda tapırlar. Təəssüfləndirici hal ondan ibarətdir ki, insan fəlsəfədən də danışa bilər, amma yenə də onun üçün düşmən qonşu olacaq). Sağ siyasətçilər də bundan istifadə edir. Onların dediyindən elə başa düşmək olur ki, miqrantlar gəlməsəydi, yerlilər daha çox iş tapa biləcəkdilər.
Bu yaxınlarda Beynəlxalq Valyuta Fondu 2019-2023-cü illər arasında Avropa İttifaqında yeni yaradılan iş yerlərini təhlil etdi və məlum oldu ki, müvafiq iş yerlərin 2/3-nü Avropa İttifaqına daxil olmayan ölkə vətəndaşları tutublar. Bir tərəfdən düşünə bilərsiniz ki, bax elə budur da – sağçılar düz deyir. Amma reallıqda eyni dövrdə Aİ-də ən aşağı işsizlik səviyyəsi qeydə alınırdı. Yəni miqrantlar yerlilərin yerini tutmurdular, sadəcə yerli əhalinin azalmasını kompensasiya edirdilər. Başqa sözlə indi işsizlik artırsa, problemin səbəbini miqrantlarda yox, tamamilə başqa bir şeydə axtarmaq lazımdır.
Maraqlı faktlar sırasından: xatırlayırsınızsa Rusiya-Ukrayna müharibəsi başlayan kimi Ukrayna ilə qonşuluq və yaxınlıq edən Avropa ölkələri dərhal elan etdilər ki, Rusiya nefti və qazından imtina edəcəklər. Bu ölkələr arasında Çexiya da xüsusi canfəşanlıq göstərirdi. Sonradan məlum oldu ki, neft bahadır deyə, onlar Rusiya neftindən imtina edə bilmirlər, amma qazdan imtina edəcəklər. 2022-ci ilin ikinci yarısı və 2023-cü ilin üç rübü ərzində Çexiya Rusiyadan qaz idxalatını tamamilə dayandırmışdı. Ümumən Çexiya üçün təbii qaz böyük rol oynamırdı, amma 2023-cü ilin sonuncu rübü və 2024-ci ildə Çexiya yenidən Rusiyadan təbii qaz idxalatını bərpa etdi. Düzdür onun payı əvvəlki kimi yüksək deyil, amma hər bir halda 23-29% təşkil edir. Məlum oldu ki, bunun əsas səbəbi onun ucuzluğudur.
Maraqlıdır ki, neft ilə bağlı da Çexiyanın idxalatı dayandırmamasının əsas səbəbi Rusiya neftinin ucuzluğudur. İndi Çexiya neft bazarında ən iri oyunçular qismində Rusiya, Azərbaycan və Qazaxıstan çıxış edir. Rusiyanın əvvəlki yerini Azərbaycan tutmağa çalışır. Amma Rusiyadan gələn neftə böyük endirimlər verilir. Hətta indi Rusiya nefti Azərbaycan neftindən daha ucuz satılır.
Deyilənə görə COP-29-un Azərbaycan iqtisadiyyatına müsbət təsiri olacaq. Bu barədə xüsusi nəsə deyə bilmərəm, amma deyəsən ən azı yolların vəziyyətinə təsiri olacaq. Misal üçün, Hacıqabul rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri işlərinin hazırlanmasına dair müqavilə imzalayıb. Müqaviləni də "COP 29 tədbiri" ilə əsaslandırıb.
Читать полностью…Bir az Bakının korrupsiya tarixinə dair: 1917-ci ildə Bakının 9-cu rayonunda ("Zavokzalniy" adlanan bölgədə, yəni indiki Vağzal və Gənclik-Nərimanov arasında ərazi) yerli ərzaq (1914-ci ildən bəri Bakıda ərzaq ilə ciddi problem müşahidə olunurdu deyə müxtəlif səviyyəli ərzaq komitələri yaranırdı) komitəsinin sədri çörək istehsalçısını qiymətləri tariflərdən yüksək olduğu üçün cərimələdi. O da problemi həll etmək üçün getdi sədrin yoldaşına pul gətirdi. Sonuncu pulu götürüb xeyriyyə təşkilatına köçürtdü və rüşvət haqqında məlumatı müvafiq qurumlara çatdırdı.
Читать полностью…Maraqlı faktlar sırasından: Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə Azərbaycanda bir işçinin ortalama iş günü əvvəlki illərlə müqayisədə 2% azalıb.
Читать полностью…Şəkil 1. 2024-cü ilin yanvar-may aylarında qeyri-neft və qeyri-dövlət sektoru üzrə TOP-10 ixracatçı.
Şəkil 2. Soil Boons və My Vegetables MMC-lərin qeydiyyat məlumatları
Şəkil 3. İstintaqda qeyd olunan şəxslərin vergi borclarına dair məlumat.
Düzünü desəm səbəbini bilmirdim, amma sağ olsun bu dəfə KİV-lər kömək etdi. Deməli bir neçə gün əvvəl “saxta sahibkar” haqqında məlumat yayıblar. Həmişə olduğu kimi KİV-lərin yaydığı xəbərlər copypaste-ə oxşayır. Bəziləri sadəcə cüzi əlavələr edib, formasını dəyişdiriblər. Hamısında da qeyd olunur ki, “Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur”. Reallıqda heç nə məlum deyil, amma qeyd olunur ki, “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən... 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub”. Göründüyü kimi bu vacib məqam idi. Təxmin edirəm ki, elə mart-aprel aylarında birdən birə hökumət də buna daha böyük diqqət yetirməyə başladı. Buna sübut olaraq iş ilə Dövlət Təhlükəsizliyi Xidmətinin məşğul olduğunu göstərə bilərik. Heç vaxt düşünməzdim ki, iqtisadi cinayətlər ilə DTX məşğul olur. Valyutanın ölkəyə gəlməməsi müəyyən mənada “iqtisadi təhlükəsizliyə” təsir edə bilər, amma bu cəhətdən güc strukturları xüsusi nəsə etmək iqtidarında deyil (ölkəyə valyutanın gəlib-gəlməməsi ilə əlaqədar. Bu keçmiş Mərkəzi Bankın E. Rüstəmov demişkən daha çox institusional məsələdir).
Məlumata görə, Hidayətov Zöhrab Raqub oğlu, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlu Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq) və 206.3.2-cı (qrup şəklində qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar. Burada qeyd edə bilərik ki, hətta Abzas Media kimi siyasi işdə 206.3.2-ci maddə istifadə olunduğu halda, orada işi Bakı Şəhər Baş Polis İdarəsi aparır. Burada isə birbaşa DTX məşğuldur.
Mətbuatda verilən məlumata görə, “Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub”. Bu söz yığınından (bir-birinə əksi təşkil edən anlayışlar və s.) başa düşdüyümüz odur ki, bir sahibkar digər şəxsləri sahibkar kimi qeydiyyatdan keçirdib və onların adı ilə məhsul ixrac edib. Sonradan müvafiq məhsula görə ödənilən vəsait ölkəyə daxil olmayıb (qabaqlar buna görə cərimə yazılırdı. İndi isə bu artıq qaçaqmalçılıq adlanır. Maraqlıdır ki, Azərbaycan neftini və karbamidini İsveçrə vasitəsilə ixrac edən şirkətlərə də bu aiddir ya yox?). İki nəfərə 326 milyon manat, başqa sözlə E. Şirinov 298 milyon, Q. Hümbətov isə 28 milyon (onun adına biz 45 bəyannamə tapmışıq) düşür.
Məsələnin maraqlı tərəfi başqadır. İttihamdan məlum olur ki, Z. Hidayətov sadəcə xidmət göstərib. Yəni müvafiq sahədə məşğul olan şəxslər üçün xidmət təqdim edib və faktiki olaraq vasitəçi olub. Bəs bu xidməti sifariş verənlər? Təəssüf onlar haqqında heç bir məlumat verilməyib.
Z. Hidayətov isə maraqlı bir şəxsdir. İlk əvvəl istintaq deyir ki, Z. Hidayətov həbsdə olaraq “böyük kölgə iqtisadiyyatı maxenasiyasını” qurub. Müvafiq olaraq E. Şirinov, Q. Hümbətov sadəcə onun istifadə etdiyi şəxslərdən ikisidir. Təxmin edirlər ki, daha da çox ola bilər. Bu barədə nəsə demək çətindir, amma Z. Hidayətovun bioqrafiyası (həbsdə olaraq Azərbaycanın qeyri-neft ixracatının birincisi olmaq - maraqlı nailiyyətdir) maraqlıdır.
Gürcüstanda seçkilərin nəticələrinə dair
Rəsmi məlumata görə, "Gürcü arzusu" ölkə üzrə 54% toplayıb (seçkilərdə iştirak səviyyəsi 2012-ci ildən bəri ən yüksək idi). Bununla da 150 nəfərlik parlamentdə 87-89 yerə sahib olacaq (yəni mövcud vəziyyət qalacaq).
Bununla belə rəsmi məlumata görə hakim partiya iri şəhərlərdə çoxluğa nail ola bilməyib. Belə ki, Tbilisidə 40% (hətta bəzi bölgələrdə 38-39% toplayıb. Təxmin edirəm ki, müxalifətin ekzit-polları da yalnız Tbilisidə keçib deyə belə nəticələr verirlər), Rustavidə 41%, Kutaisidə 47%, Batumidə 50% toplayıb.
Göründüyü kimi hakim partiyanın qalibiyyətində əsas rolu bölgələr (kağız bülletenlərə görə 64% toplayıb. Bu da əsasən kəndlərdə idi) oynayıb. Misal üçün, ermənilərin yaşadığı Axalkalaki və Ninotsmindada 88% və 90%, azərbaycanlıların yaşadığı Marneuli və Bolnisidə müvafiq olaraq 80% və 81% toplayıblar. İki millət...
Diaqram. Azərbaycanda 2014-2024-cü illərin yanvar-avqust aylarında doğum.
Читать полностью…Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti: “Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində...”.
Milli Hidrometeorologiya Xidməti: “Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i)”. Göründüyü kimi yağıntının miqdarı Bakıda normanın 114%-ni təşkil edib. Yeri gəlmişkən, bu o deməkdir ki, oktyabr ayı üçün Bakıda norma 28 mm-dir. Müqayisə üçün, 1968-ci ildə dərc olunmuş “Azərbaycanın iqlimi” kitabında Bakı üçün oktyabrda norma 25 mm idi (noyabrda isə 32 mm).
04.10.2017, Milli Hidrometeorologiya Xidməti: “Oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı aylıq normanın 70-150 faizini təşkil edib... qeyd edilən müddətdə ən çox yağıntı 59 mm olmaqla, Bakıya düşüb”. Başqa sözlə normanın 210%.
29.09.2021, Milli Hidrometeorologiya Xidməti: “2016-cı il sentyabrın 28-i gün ərzində və 29-da Bakıda bu ay üçün güclü yağış yağıb. Düşən yağıntının miqdarı 47 millimetr təşkil edib ki, bu da aylıq normadan 3 dəfə çoxdur. 2018-ci il sentyabrın 23-də cəmi 4 saat ərzində Bakıda və Abşeron yarımadasında leysan xarakterli, intensiv yağış yağıb. Düşən yağıntının miqdarı 34 millimetr olub ki, bu da iqlim normasının 198 faizini təşkil edib”.
Siz hələ də düşünürsünüz ki, problem yağışdadır?