mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Xatirlayırsınızsa, bir dəfə mən Gəncə şəhərində ictimai nəqliyyat haqqında yazmışdım. O zamandan bəri vəziyyətin dəyişib-dəyişmədiyi maraqlı idi və bu yaxınlarda təsadüfən idman saytında Gəncə ictimai nəqliyyatında vəziyyəti təsvir edən məqaləyə rast gəldim. Deməli football.az saytı müxtəlif klublarda vaxtilə oynamış Əli İsmayılov adlı futbolçudan müsahibə götürüb. Müsahib qeyd edib ki, indi Gəncədə "şəhəriçi ictimai nəqliyyatda avtobus idarə edirəm". İş yerinə dair deyib ki, "dövlətin qarajıdır".

Bəs iş yerinə şərtlər necədir? Dediyinə görə günə "20-25 manat" qazanır. Yəni göründüyü kimi "dövlətin qarajı" olmasına baxmayaraq, rəsmi maaş ilə işləmir - sadəcə sürücülük edir, gündəlik (ay ərzində 15-17 gün işləyir. Görünür keçən dəfə yazdığım marşrut ilə müqayisədə burada ya avtobus daha çoxdur, ya da marşrut vacib deyil) planı verir və digər xərcləri çıxmaq şərti ilə 20-25 manat qazanır.

Başqa sözlə 1 il keçməsinə baxmayaraq, Gəncə nəqliyyatında vəziyyət dəyişməyib. Bu azmış kimi müsahib təzəlikcə (son bir il) işə düzəlib. Yəni hətta dövlətə məxsus olan qarajda belə sürücülər günəmuzd çalışırlar. Son zamanlar nəqliyyat nazirliyi tez-tez ictimai nəqliyyat haqqında danışır, amma öz strukturunda sadəcə bir sərəncam ilə həll oluna biləcək problemləri niyə həll etmir?...

Читать полностью…

Mashalli

Bildiyiniz qədər bu yaxınlarda Sky News-də "Surge in sale of UK-made cars to Russia's neighbours shows how it's beating sanctions" (Britaniya istehsallı avtomobillərin Rusiya ilə qonşu ölkələrə ixracında artım sanksiyaların necə keçdiyini göstərir) adlı məqalə dərc olunmuşdu. Məqalədə qeyd olunur ki, Rusiya alıcıları Böyük Britaniya avtomobilləri üçün Azərbaycandan, Alman avtomobilləri üçün isə Qırğızıstandan istifadə edirlər. Burada məsələ adi maşınlardan getmir (onların da ixracı Rusiyaya sıfıra enib, amma bu şirkətlərin şəxsi qərarlarıdır). Rəsmi olaraq sanksiyalar altına yalnız 50 min USD-dən baha olan minik avtomobillər düşür.

Məqalə/süjet müəllifləri bizim Dövlət Statistika Komitəsinin məlumatlarından istifadə edib (əslinə qalsa belə materialları bizim jurnalistlər hazırlamalıdır, amma...), göstərirlər ki, Azərbaycanın Rusiyaya avtomobil ixracı da artıb. Amma burada bir səhv ediblər. Onlar bütün qrup üzrə kodları götürüblər və bunu avtomobil ixracı kimi göstəriblər. Reallıqda Azərbaycanın Rusiyaya minik avtomobil ixracı onmilyonlarla USD yox, cəmi 6 milyon USD təşkil edib (deyəsən ümumiyyətlə Azərbaycanın bütün minik avtomobil ixracını Rusiyaya ixrac kimi götürüblər. Yeri gəlmişkən istinad etdikləri məlumatda qeyd edilir ki, 2023-cü ildə Azərbaycan 81 ədəd "mühərrikinin həcmi 2500 kub sm-dən çox olan, sıxılmaqdan alışan DYM-li (dizel) minik avtomobil" Almaniyaya ixrac edib. Niyə? Bu suala cavab vermək çətindir).

Amma burada bir vacib məqam var və bunu yazı müəllifləri niyəsə təyin etmədilər (əslinə qalsa iddialarının vacib sübutu olaraq çıxış edə bilərdi). Böyük Britaniya tərəfinin verdiyi məlumata görə 2022 və 2023-cü illərdə Azərbaycana 870324 kodu üzrə gedən "mühərrikinin həcmi 3000 kub sm-dən çox olan minik avtomobillər" və orta dəyəri 170-203 min dollar olan 1744 avtomobil ixrac olunub. Azərbaycan tərəfinin məlumatına görə isə bu kod üzrə idxalatın həcmi 290 ədəd təşkil edib və hər maşının orta qiyməti 141-175 min dollar təşkil edib. Yəni arada 1454 avtomobil qalır. Onlar hara itib? Bu azmış kimi Azərbaycanın Rusiyaya ixracatı (konkret bu kod üzrə) cəmi 7 ədəd olub (orta qiyməti 140 min dollar).

Yəni göründüyü kimi Böyük Britaniyadan Azərbaycana göndərilən avtomobillər ya ölkəyə çatmayıb, ya da başqa kod üzrə gedib. Amma burada da problem var. Böyük Britaniya tərəfinin məlumatına görə 870322, 870323 və 870324 kodları üzrə 2023-cü ildə Azərbaycana 914 minik avtomobili ixrac olunub. Azərbaycan tərəfinin məlumatına görə isə bu kodlar üzrə Britaniyadan 1592 avtomobil idxal edilib. Hətta kodlarda dəyişiklik edildiyini təxmin etsək belə 700-dən çox avtomobil kənarda qalır. Əslinə qalsa bunun səbəbi bəllidir. İstifadədə olmuş avtomobillərin böyük hissəsi Gürcüstandan gəlir və buna baxmayaraq Gömrük Komitəsi onları istehsal ölkəsi üzrə qeydiyyata salır.

Başqa sözlə gələ biləcəyimiz nəticə (gömrük statistikasının doğru olmasını qəbul etsək) odur ki, avtomobillər Böyük Britaniyadan Azərbaycan adı ilə çıxırlar (yəni bizim şirkət bu alışı həyata keçirir), amma Azərbaycana nə faktiki, nə də formal olaraq çatmırlar (təəssüf Rusiya öz xarici ticarət bazasını bağladığı üçün bunu dəqiqləşdirmək mümkün deyil).

Читать полностью…

Mashalli

Ortalama gündəlik iş saatın azalmasına dair: bir müddət əvvəl İspaniyanın əmək naziri maraqlı təklif ilə çıxış etmişdi. Onun təklifinə görə əmək məhsuldarlığı artırmaq üçün (İspaniyada bu istiqamətdə ciddi problemlər müşahidə olunur) iş gününü azaltmaq lazımdır. Nazir həftəlik iş vaxtını 40 saatdan 37,5 saata kimi azaltmağı təklif edirdi.

Bəlkə biz də əmək məhsuldarlığını bilmədən artırırıq?...

Читать полностью…

Mashalli

Türkiyədə keçirilən bələdiyyə seçkiləri fonunda: bu il Azərbaycanda da bələdiyyə seçkiləri olacaq. Bu seçkilərə də maraq olacaqmı?...

Читать полностью…

Mashalli

Növbəti dəfə statistika haqqında: şənbə günü axşam sosial şəbəkə səhifələrini oxuyarkən bu status qarşıma çıxdı. Statusda çox ciddi problemlər var. Yəni müəllif məsələni bilmədən, kiçik "təhlil" etməyə cəhd edib və maraqlı "nəticələrə" gəlib.

Status müəllifinə statistikanın doğru və düzgün olmadığını deyəndə, müəllif cavabında N. Cəfərliyə istinad etdi. Məlum oldu ki, sonuncu da KİV-lərə istinad edərək, müvafiq rəqəmi götürüb.

Yaxşı burada problem nədən ibarətdir? Gəlin sadəcə statistikaya baxaq. Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvarın 24-də 2023-cü ildə "Gəlmə turizm" haqqında bülleten dərc edib.

Читать полностью…

Mashalli

Yumurta biznesi

Rosselxoznadzor fevralın 1-i verdiyi məlumata görə 2024-cü ilin yanvar ayında Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd yumurta gətirilib. Başqa sözlə Azərbaycan Rusiyaya 4,2 milyon yumurtanı ixrac edib. Bizim statistika bu faktı təsdiqləyir və əlavə edir ki, ixracın ümumi gömrük dəyəri 406 min dollar təşkil edib. Başqa sözlə 1 yumurtanın satış qiyməti 0,16 AZN təşkil edib.

Eyni dövrdə Rusiyada satılan 1 yumurtanın orta qiyməti 13,16 rubl və ya 0,25 AZN-ə bərabər idi. Başqa sözlə fərq normal mənfəət əldə etmək üçün kifayət idi. Bununla belə qeyd etmək lazımdır ki, yanvar ayında yumurta satdığımız ölkə təkcə Rusiya deyildi. Ondan başqa BƏƏ da var.

Rəsmi məlumata görə, BƏƏ-yə biz 6,8 milyon ədəd yumurta satmışıq (hətta Rusiya ilə müqayisədə 2,3% ucuz). Orada isə bir ədəd yumurtanın qiyməti 0,34 AZN-dir (nəsə bu istiqamət barədə KİV-lərimiz çox da məlumat vermirdilər).

Читать полностью…

Mashalli

Varşava prezidenti bu yaxınlarda elan edib ki, 2028-ci ildə şəhərdə metronun üçüncü xətti işə salınacaq. Deyə bilərsiniz ki, bu xəbərin Azərbaycan iqtisadiyyatına nə aidiyyəti?

Bu xəbərdə iki maraqlı məqam var. Birincisi Varşavada prezident var. Onlarda şəhər bələdiyyəsinin rəhbərinə mer yox prezident deyirlər. Onu da şəhər sakinləri birbaşa seçkilər vasitəsilə seçirlər ("vahid bələdiyyə" tələb edənlər şəffaf seçkilər tələb edirlərmi?). Bakıda, əlbəttə ki, nə şəhər bələdiyyəsi, nə də seçkilər var. İkincisi, metronun üçüncü xətti. Deməli Varşava metrosu Avropada ən gənc metropolitenlərdən biridir. Onun ilk stansiyaları 1995-ci ildə açılıb. Bu günə şəhər metropoliteni iki xətdən və 39 stansiyadan ibarətdir. Ən sonuncu üç stansiya 2022-ci ildə istifadəyə verilib. İndi də söhbət 6 stansiyadan ibarət olacaq üçüncü xətdən gedir.

Beləliklə, 27 il ərzində Varşavada 39 stansiya istifadəyə verilib. Müqayisə üçün, Bakıda 29 il ərzində (1993-2022) 9 stansiya istifadəyə verilib (ümumi olaraq stansiya sayı 27-dir). Eyni zamanda Varşavada metro illik 181 milyon sərnişin daşıyır, Bakıda isə bu göstərici 210 milyondur. Buna baxmayaraq, bizdə stansiyaların tikilməməsinə min bir bəhanə tapılacaq. Daha doğrusu deyəcəklər ki, bahadır, pul tapılmır və s. Eyni zamanda stansiyaları mərmət/qranit və s. ilə örtməyə, yaxın gələcəkdə istifadə olunmayacaq dəmir yolların tikintisi (deyə bilərsiniz ki, bu başqa şirkətdir. Amma ölkə üzrə dəmir yolların tikintisinə pul eyni büdcədən ayrılır) və digər heç bir effekti olmayan addımlar üçün daim pul tapılır.

Bəs sizcə insan yönümlü ictimai nəqliyyat nədən başlamalıdır?

P.s. bu yaxınlarda qarşıma Anar Əliyevin Bakı metrosuna dair vloqu çıxdı. Belə müsahibələr çox "xoşuma" gəlir. Metro işçisininə konkret sual verilir, o isə cavabında nədən istəsən danışır, amma cavab vermir (buna rusca "словоблудие" deyilir) və ən maraqlısı odur ki, Anar da öz sualının üzərində dayanmır, keçir. Niyə? Sonra da deyirlər ki, niyə bizdə insanlar youtube-da müsahibələrə baxmır - sual verirsən və sonra cavab axtarmırsansa, niyə kimsə buna baxmalıdır (bu aznetdə olan demək olar ki, müsahibələrin böyük hissəsinə aiddir)? Başqa tərəfdən, tədqiqatçı dəvət edirsən və o deyir ki, "metronun saytında maliyyə hesabatları təqdim olunur". Reallıqda metro 2020-ci ildən bəri maliyyə hesabatını ictimaiyyətə təqdim etmir. Nəsə.. bu da bizim metro və urbanistlər...

Читать полностью…

Mashalli

Bu yaxınlarda növbəti dəfə Azərbaycanda "karantin" rejimi uzadıldı. Beləliklə, artıq 4 ildən çoxdur ki, ölkənin quru sərhədləri bağlıdır.

Quru sərhədlərin bağlı olması həm də Azərbaycan vətəndaşlarının xaricə çıxmasına ciddi təsir edir. Rəsmi məlumata görə əgər 2019-cu ildə 5,5 milyon ölkə vətəndaşı xaricdə olmuşdusa, 2023-cü ildə bu göstərici 1,86 milyon təşkil edib.

Qrafikdə siz əsas 6 ölkə üzrə 2019 və 2023-cü illərin müqayisəsini görə bilərsiniz. Göründüyü kimi təyyarə ilə səyahət edilən ölkələrə gediş çoxaldığı halda, qonşu ölkələrə çıxış kəskin sürətdə azalıb (2-20 dəfə).

Читать полностью…

Mashalli

Bildiyiniz qədər martın 18-də Rusiyada prezident seçkiləri keçirilmişdi. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə heç nominal olaraq müstəqil adlandırıla biləcək namizəd belə buraxılmamışdı. Nəticədə nə müşahidəçi dəstəyi, nə də başqa bir şey təşkil etmək demək olar ki, mümkün olmadı.

Bunu nəzərə alaraq sistemdən kənar müxalifət "Putinə qarşı" səs verməyə çağırdı - yəni bülleteni korlamaq, təsadüfi seçim ilə hansısa namizədə səs vermək təklif edirdilər. Təxmin edirəm ki, həm buna görə, həm də müşahidəçilərin olmamasına görə (2018-ci ilin seçkilərində hətta Çeçenistanda belə müstəqil müşahidəçilər var idi) Rusiyanın özündə nəticələr hətta saxtalaşdırılmayıb, hesablamadan yazılıb.

Buna görə nisbətən real göstəricilər Rusiyanın xarici ölkələrdə yerləşən səfirliklərində qeydə alındığını təxmin etmək olar. Müharibə başlayandan Putini dəstəkləməyən kifayət qədər çox insan Avropa, ABŞ və MDB ölkələrinə köçüb.

Читать полностью…

Mashalli

Bu yaxınlarda Gürcüstanda hökumət üzvləri və deputatların məvacibinin artırılması haqqında qanun qəbul olunub. Qanuna görə hökumət üzvlərinin maaşı müəyyən formula üzrə hesablanacaq. Bu formulaya görə Gürcüstan üzrə dövlət qulluqçusu üzrə minimal maaş (1330 GEL və ya 851,5 AZN) müəyyən əmsallara vurulmalıdır. Misal üçün, deputat üçün bu əmsal 7-dir, parlamentin spikeri üçün isə 8,5-ə bərabərdir. Müvafiq olaraq prezident və baş nazir üçün bu əmsal 10 olacaq. Nəticə etibarilə, 2025-ci ilin yanvarın 1-dən etibarən prezidentin və baş nazirin aylıq maaşı 13,3 min GEL (və ya 8,5 min AZN), nazirlərin aylıq maaşı isə 11,3 min GEL (və ya 7,2 min AZN) təşkil edəcək.

Deyə bilərsiniz ki, bu xəbərin bizə nə aidiyyatı var? Deməli Gürcüstanda indi prezidentin maaşı 2,6 min USD, baş nazirin maaşı isə 1,2 min USD təşkil edir. Bu qanunun qəbulundan sonra maaşları 2-4 dəfə artacaq. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycanda da nazirlərin maaşı ciddi sürətdə artırılmışdı, amma müvafiq məlumatı hökumət hamıdan gizlətdi. Gördüyünüz kimi Gürcüstanda müvafiq məlumatı açıq və şəffaf şəkildə qəbul etməkdən çəkinmədilər.

Читать полностью…

Mashalli

Naxçıvan iqtisadiyyatı haqqında

Bu yaxınlarda “Şərq qapısı” qəzeti Naxçıvan ilə bağlı maraqlı məlumat paylaşıb. Xəbərdə görə “fəaliyyətini dayandırmaq istəyən şirkətlə görüş keçirilib, işinə davam edəcək”. Xəbərin başlığını oxuyanda bir qədər gülməli gəldi. Heç bilmirdim ki, bağlanmağı planlaşdıran şirkəti bağlanmaqdan görüş ilə xilas etmək olar.

Məlumatdan öyrənirik ki, Kəngərli rayonunda balıqçılıq fəaliyyəti ilə məşğul olan və fəaliyyətini dayandırmaq istəyən “ASNI” şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Bu görüş də “Naxçıvanda balıqçılığın inkişafı, bu sahədə yeni sahibkarlıq subyektlərinin yaradılması, fəaliyyətlərinin düzgün qurulması istiqamətində dəstək tədbirləri” çərçivəsindədir.

Yəni dövlət şirkətə “fəaliyyətlərinin düzgün qurulması istiqamətində” dəstək göstərir. Maraqlıdır, bu dəstək nə formada olur? Mənəvi? Yəni şirkət fəaliyyətini dayandırırsa, deməli ona pul lazımdır. Əgər pulu yoxdursa, fəaliyyətini necə davam edəcək? Dövlət nə edəcək? İstehsal etdiyi bütün məhsulu satın alacaqmı?

Ümumiyyətlə dövlət niyə hər hansı şirkətin fəaliyyətinə qarışır? Bağlanırsa, bu öz seçimidir. İş yerləri azdırsa, bu o deməkdir ki, elə bir şərait yaratmaq lazımdır ki, iş yerləri çoxalsın – ucuz kreditlər, genişləndirilmiş loqistika imkanları və s. Görüşüb, “satışın təşkili üçün nazirlik tərəfindən dəstək göstəriləcəyi” bildirmək mənasızdır. Bəlkə onun yerinə başqası gəlmək niyyətində idi və o daha effektiv olacaq idi.

Nəsə, bazar iqtisadiyyatı şəraitində absurd bir hadisədir.

Читать полностью…

Mashalli

Azərbaycanda elektron ticarətə dair

Periodik olaraq Azərbaycan bazarında bəzi sahələr birdən birə ciddi artmağa başlayırlar. Bəzən bu sahələrdə baş verən artımın səbəblərini başa düşmək çətin olur. Misal üçün, elektron ticarət. Vaxtilə Azərbaycanda supermarketdən nəsə sifariş verib, evə çatdırmaq çətin məsələ idi. Birincisi supermarketlərdə belə xidmət yox idi, ikincisi müvafiq infrastruktur da yox idi. Hətta karantin zamanı bu infrastruktur ciddi olaraq inkişaf etmədi, amma sərt karantindən sonra bu istiqamətdə maraqlı hadisələr baş verməyə başladı.

İlk əvvəl 2022-ci ilin iyununda Wolt Bakıda anbar tipli mağaza açdı. Bu günə Bakı üzrə artıq Wolt-un 4 mağazası fəaliyyət göstərir. Onların əsas rəqibi olan Bolt bunu görüb, bir il sonra Bakıda "Bolt Market" xidmətini istifadəyə verdi. Bakı onlar üçün birinci şəhər oldu. Verilən məlumata görə artıq 3 mağazası fəaliyyət göstərir. Düzdür dövriyyələrinə dair xüsusi nəsə deyə bilmərəm, amma Bakını məhz elekton ticarət üçün uyğun şəhər hesab edilməsi maraqlı bir faktdır. Misal üçün, Wolt-un dünya üzrə 50 marketi varsa onlardan 4-ü Bakıdadır (300 şəhərdən yalnız deyəsən 15-də belə bir mağazalar var).

Bu hadisələrin fonunda 2023-cü ilin sentyabrında Bakıda Lavka MMC qeydiyyatdan keçdi. Şirkət hələ fəaliyyətə başlamayıb, amma saytından məlum olur ki, o da anbar tipli mağaza olacaq. Məsələnin maraqlı tərəfi odur ki, Rusiyada "Яндекс.Лавка" mövcuddur. Onun filialıdırmı? Demək çətindir. Eyni zamanda şirkətin direktoru Əhmədov Qabil Müzəffər oğlu çıxış edir. Eyni A.S.A. malik olan insan 8.5.2020-ci ildən 21.07.2022-ci ilə kimi "AZ FP CO LTD" MMC (və ya Milla) şirkətinin qanuni nümayəndəsi olaraq çıxış edirdi. Bildiyim qədər bu dövrdə müvafiq şirkət Pasha Holding-in tərkibinə (ya da müvafiq holding onun payçısına çevrilirdi) keçirdi (gah yeni şirkət yaradırlar, gah yaradırlar və sonra ləğv edirlər. Onları başa düşmək olmur).

Nəsə görünən odur ki, müvafiq bazarda (heç düşünmürəm ki, Azərbaycanda indi darkstorlar və ya anbar tipli mağazalar çox məşhurdur) rəqabət günü-gündən artır. Başqa tərəfdən rəqabət olan bütün bazarlarda (taksi, çatdırılma və indi də anbar-mağazalar) əsas oyunçular xarici şirkətlərdir. Eyni zamanda rəqabət ilə bərabər işçilərin çox sərt istismarı da mövcuddur.

Читать полностью…

Mashalli

İlin əvvəlindən nazirlik ən azı 19 müqavilə imzalayıb. Bu müqavilələr arasında mən 2023-cü ildə də olanları seçdim. Müvafiq olaraq müqavilələr arasında 12-si qaldı. Bu 12 müqavilə arasında bəzi satınalmalarda podratçılar dəyişib, bəzilərində iş həcmi də deyəsən dəyişib (birinin dəyəri 201% artıb, başqası üzrə 37% azalma var). Eyni zamanda təxmin edə bilərik ki, yeni şirkət başqa qiymət təklif edə bilər. Ona görə 12 müqavilə arasında yalnız həm 2023, həm də 2024-cü illərdə eyni podratçı ilə imzalanmış müqavilələri saxladım. Belə müqavilələrin sayı beşdir. Məhz bu beş müqavilə üzrə müqayisə daha korrekt olacaq.

İkinci şəkildə gördüyünüz kimi müvafiq xidmətlərin dəyəri ildən ilə 11,6% artıb. Rəsmi inflyasiya proqnozu isə qeyd olunduğu kimi 5,3%-dir.

Читать полностью…

Mashalli

Hesablamalara görə, ABŞ-in birjalarında səhmləri satılan şirkətlərin sayı 1995-ci ildən bəri 2 dəfə azalıb. İndi 4200-dən bir qədər çox şirkətin səhmini əldə etmək olar. 30 il əvvəl bu rəqəm 8000-dən çox idi.

Читать полностью…

Mashalli

Deyə bilərsiniz ki, bu dizayn məsələsidir və bülleten üçün vacib məna kəsb etmir. Razılaşmalı olacağam, çünki özüm də bu dizayn söhbətlərini sevmirəm. Amma ikinci məqam daha vacibdir. Əgər siz eyni qrafikdə iki göstəricini müqayisə edirsinizsə (ikinci qrafikdə müqayisə var), onlar eyni ədəd ilə ifadə olunmalıdır. Yəni əgər bir göstərici dollar ilə ifadə olunursa, başqası da eyni olmalıdır. Mən də əvvəl yuxarıdakı diaqrama baxıram və görürəm ki, xarici borc 10,98 milyard manatdır. Aşağıdakı qrafikə baxıram və 6.5 milyard görürəm. Çaş-baş qaldım və birdən gözümə dəydi ki, aşağıdakı qrafikdə xarici borc milyard dollar ilə ifadə olunub.

Yəni maliyyə nazirliyi eyni qrafikdə iki fərqli göstəricini müqayisə edib. Bununla nəyi göstərmək istəyirdi – heç başa düşmədim. Və niyə bunu ediblər? Cavab tapa bilmədim. Ən maraqlısı odur ki, bütün sənəd boyu eyni səhvi təkrarlayırlar.

Читать полностью…

Mashalli

Yuxarıdakı məlumatı daha ətraflı bu cədvəldə tapa bilərsiniz.

Читать полностью…

Mashalli

Azərbaycan Rusiya təbii qazının tranzitində iştirak edirmi?

2021-ci ildə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” və “Qazprom” Qrupu arasında mövsümi mübadiləyə (svop) dair müqavilə imzalanıb. Müqaviləyə görə yayda Azərbaycan, qışda isə Rusiya təbii qazı tədarük edəcək. Yəni faktiki sərhəddə yerləşən bölgələrin təbii qaz ilə təminatı məsələsidir. Eyni zamanda qeyd olunmuşdu ki, "təbii qazın mövsümi mübadiləsi (svop) gündəlik 0,5 milyon kubmetr təşkil edəcək".

O zaman bu müqavilə ciddi maraq cəlb etmədi. Yəni həcmlər də çox böyük deyil və daha çox transsərhəd məsələlərin həlli ilə bağlı idi. Amma indiki dönəmdə bu müqavilə tamamilə başqa bir rol oynayır. Məsələ ondan ibarətdir ki, müqavilə çərçivəsində ixrac/idxal həcmləri bərabər olmalıdır, çünki bu müqavilə çərçivəsində hər hansı ödənişlər həyata keçirilmir. Reallıq isə tam başqadır.

Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ildə Azərbaycan Rusiyadan 800,6 milyon kubmetr təbii qaz idxal edib və 326,5 milyon kubmetr təbii qaz isə ixrac edib. Göründüyü kimi iki rəqəm arasında fərq heç də az deyil - 474,1 milyon kubmetr. Misal üçün, İran ilə eyni tipli müqavilə var və orada rəqəmlər 14 və 11 milyon təşkil edir. Yəni təxmin edə bilərik ki, Azərbaycan Rusiyadan idxal etdiyi həcmdə əlavə təbii qazı özü də Avropa və ya Türkiyəyə ixrac edib. Formal olaraq bu tranzit deyil (yəni sistemlər fərqlidir), amma faktiki olaraq bunu tranzit adlandıra bilərik. Düzdür həcm çox da böyük deyil, bizim Avropaya ixracımızın cəmi 3,6%-dir. Amma bununla belə 2023-cü ildə Azərbaycanın Avropa, Gürcüstan və Türkiyəyə təbii qaz ixracının 7,6%-i (əgər Türkiyə və Gürcüstanı çıxsaq, o zaman 15%-i) tranzit (həm də Türkmənistandan 1,5 milyard kubmetr idxal etmişik) təşkil edib.

Bəs bu tranzit hesabına biz nə qədər qazanmışıq? DSK-nın məlumatlarına istinad etsək görə bilərik ki, Rusiyadan əlavə alınan təbii qazın qiyməti 1000 kubmetr üçün 170 USD, Türkmənistandan isə 144 USD təşkil edib. İtaliyaya isə satdığımız təbii qazın orta qiyməti isə 752 USD-ə bərabər olub.

Читать полностью…

Mashalli

Rusiya Statistika Komitəsinin məlumatına görə 2023-cü ildə iş günün ortalama uzunluğu son 19 ilin rekordunu vurdu. Məlumata görə, rusiyalılar 2023-cü ildə gündə ortalama 7 saat 10 dəqiqə işləyiblər. Bir çoxları bunu kadr defisiti ilə əlaqələndirirlər: işçi sayı azaldı, nəticədə istismar artdı. Yəni başqa sözlə ortalama iş saatın artımı - işçi qüvvəsinin defisiti, ortalama iş saatın azalması - işçi qüvvəsinin profisiti deməkdir. Əgər birinci göstərici kəskin artırsa - bu o deməkdir ki, iqtisadiyyatda işçi çatışmır və mövcud işçilər daha çox işləməli olurlar. Əgər iş saatı kəskin azalırsa, bu əksinə işsizliyin artımının göstəricisidir (amma digər amillər də ola bilər).

Bəs Azərbaycanda? Müvafiq göstərici aylıq olaraq Dövlət Statistika Komitəsi tərəfindən dərc olunmasına baxmayaraq diqqət cəlb etmir. İllik göstəriciləri müqayisə edərkən, görürük ki, 2023-cü ildə Rusiyada qeydə alınmış göstəriciyə yaxın vəziyyət Azərbaycanda 2014-cü ildə qeydə alınmışdı (3 dəqiqə az).

Читать полностью…

Mashalli

Bülletendə qeyd olunur ki, turizm - "fiziki şəxslərin getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, mədəni, tarixi və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə daimi yaşadığı ölkənin (yerin) hüdudlarından kənara müvəqqəti səyahəti" deməkdir. Eyni zamanda turist - "turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) 90 günədək müvəqqəti olan fiziki şəxs"dir. Başqa sözlə turistlər kimlərdir biz artıq başa düşdük. Bundan sonra biz statistikaya keçirik.

İlk cədvəlin adı "2023-cü ildə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin daimi yaşadığı ölkələr üzrə bölgüsü"-dür. Cədvəldə qeyd olunan məlumata görə ölkəyə 2 085 790 nəfər səfər edib. Amma bir şeyi başa düşmək lazımdır ki, bu turist sayı deyil. DSK müvafiq cədvəldə özü də bu rəqəmi iki yerə bölür: "turizm məqsədilə" və "digər məqsədlə". Mənə bəlli olmayan səbəbə görə KİV-lər bu rəqəmi turist sayı hesab edib. Reallıqda 683,2 min nəfər - "mövsümi, qısa və ya uzun müddətə işləməyə gələnlər, ictimai nəqliyyat vasitələrinin heyəti, idxal yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslər, xarici ölkələrin səfirliklərində, konsulluqlarında, beynəlxalq təşkilatların nümayəndəliklərində işləyənlər və onlarla birlikdə ölkəmizdə yaşayan ailə üzvləri, təhsil müəssisələrində təhsil alanlar və s." şəxslərdir.

Yəni real turist sayı 1,4 milyon nəfərdir. Başqa sözlə ortalama gündəlik 3843 nəfər. Bunu mən yox, Dövlət Statistika Komitəsi deyir. Niyə bu sadə rəqəmə heç kim istinad etmir? Demək çətindir.

Qeyd olunan statusda əlavə "təhlil"ə gəldikdə isə.. 2023-cü il ərzində Bakıya gündəlik ortalama 60 reys gəlib (Naxçıvan bu saya daxil deyil). Hər reysin ortalama sərnişin sayı 117 nəfərdir. Bu da gündəlik 7 min nəfər edir. Onlar arasında 3843 nəfər də turist idi.

Читать полностью…

Mashalli

İctimai nəqliyyat haqqında: ictimai nəqliyyatın daimi istifadəçisi kimi deyə bilərəm ki, vacib problemlərdən biri də avtobus sürücüləri ilə bağlıdır. Daha doğrusu müvafiq sürücülərin ümumiyyətlə ixtisasa uyğun olması ilə bağlıdır. Bu yaxınlarda Bişkekdə birdən birə avtobus sürücülərini yoxlamağa qərar verdilər. Gün ərzində 222 sürücünü imtahanlara cəlb etdilər və nəticədə... 124-ü yol hərəkət qaydalarına dair imtahanı keçə bilmədilər. Maraqlıdır bizdə belə bir addım atsalar hansı nəticələr əldə olunacaq? Başqa tərəfdən Bişkekdə də ictimai nəqliyyatda problemlər var və ona görə müvafiq sürücüləri işdən kənarlaşdırmadılar, sadəcə yenidən imtahandan keçmək imkanı verdilər.

Читать полностью…

Mashalli

Nazirlər Kabineti tərəfindən martın 27-si imzalanan "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"-ə dair.

Müvafiq tələblərin 3.5-ci bölməsində qeyd olunur ki, "Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır".

Kimsə mənə izah edə bilərmi, Bakı şəhərində avtobusların qırmızı olması (ümumiyyətlə müvafiq normanın olması) nə verir? Yəni avtobus rənglərinin müəyyən edilməsi urbanistikaya nəsə fayda verirmi? Real olaraq sadəcə maraqlıdır (bəlkə estetik olaraq daha yaxşıdır?).

Читать полностью…

Mashalli

2024-cü ilin yanvar və fevral aylarında Azərbaycana 341 min turist gəlib. Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46% artım olduğu halda, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6% az deməkdir.

Bəs turistlər hansı ölkələrdən gəlib? Qrafikdə siz ölkəmizə ən çox gələn 10 ölkə üzrə tendensiyaları görə bilərsiniz. Maraqlıdır ki, Rusiyadan gələn axın aşağı-yuxarı bərpa olunduğu halda, Gürcüstana dair bunu demək çətindir.

Читать полностью…

Mashalli

Bəs Azərbaycanda yaşayan və ya buraya köçən Rusiya vətəndaşları necə səs veriblər? Birinci şəkildə siz seçkinin nəticələrini görə bilərsiniz.

Təxmin etsək ki, Bakıdan kənar olanlar Putinə səs veriblərsə, o zaman Bakıda seçki günü Putin səslərin yalnız 48%-ni toplaya bilib.

Eyni zamanda 2018-ci il ilə müqayisədə Putinə qarşı səs verənlərin sayı faktiki 3 dəfə artıb.

İkinci şəkildə isə Putinə verilən səslərin nisbətini ölkələr üzrə reytinqini görə bilərsiniz. Azərbaycan bu reytinqdə 58-ci yerdə qərarlaşıb.

Читать полностью…

Mashalli

Bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə icraçı direktorun müavini təyin olunub (ya olunacaq). Bu barədə biz Nazirlər Kabinetinin təsdiq etdiyi sənədlərdən öyrəndik. Məlumata görə, əgər fevralın sonuna kimi təşkilatın ştatında 20 nəfər işçi var idisə, indi 21 olacaq. Bundan əvvəl icraçı direktorun müavini yox idi. Təxmin edirəm ki, müavinsiz da işləmək alınırdı.

Yeni təyin olunan müavinin maaşı aylıq 2458 AZN təşkil edəcək. Mənə başqa məsələ maraqlı gəldi.

Fəaliyyəti haqqında demək olar ki, heç bir məlumat olmayan mərkəzdə bonuslar varmı? Dövlət büdcəsinin layihəsinə baxsaq görə bilərik ki, müvafiq qurumun işçiləri illik ən azı 65 min manat həcmində əlavə ödəniş alacaqlar (iki aylıq məvacib həcmində).

Bəs siz bonus alırsınızmı?

Читать полностью…

Mashalli

Şirvan yoxsa Şervin?

Bildiyiniz kimi bir müddət əvvəl Rusiya şirkəti "Abrau-Durso" Şəki Şərab ASK-ni özəlləşdirmişdi. Bundan sonra şirkət yerli istehsala və ümumiyyətlə yerli bazarda satışı artırmaq üçün kifayət qədər investisiya yatırmağa başladı. Eyni zamanda Rusiya bazarına da çıxmağa planları var idi və bu yaxınlarda reallaşdırmağa başladı.

Rusiya bazarına çıxmaq məqsədilə şirkət Moskvada intellektual hüquqlar üzrə məhkəməyə (müəllif hüquqları və s. məsələlər ilə məşğul olan ixtisaslanmış məhkəmə) müraciət edib. Məlumata görə, Rusiyada "Shervin" adlı şərablar satılır. Bu şərablar Moldova istehsalçısı "Vinuri Yaloven" tərəfindən istehsal olunur. AzAbrau hesab edir ki, bu ticarət markası onun "Shirvan" brendinə problem yarada bilər. Ona görə məhkəmədən müvafiq ticarət adı qeydiyyatının ləğvini tələb edir. Moldova şirkəti də öz cavabında "Shirvan" brendinin qeydiyyata alınmaması ilə bağlı müraciət edib.

İndi də Şirvan və ya Şervin olmasını məhkəmə qərar verəcək.

Читать полностью…

Mashalli

Ali təhsil haqqında

2022/2023-cü təhsil ili

Azərbaycan: 51 ali təhsil müəssisəsi, 222,8 min tələbə, 18-30 yaş arasında əhalinin sayı 2 129,8 min nəfər (tələbələrin müvafiq yaş qruplarına nisbəti 10,5%).

Gürcüstan: 51 ali təhsil müəssisəsi, 160 min tələbə, 18-30 yaş arasında əhalinin sayı 650,3 min nəfər (tələbələrin müvafiq yaş qruplarına nisbəti 24,6%).

Читать полностью…

Mashalli

Nağd ödənişlərə dair: türk mediasının məlumatına görə, bir sıra yerli ixracatçılar hökumətə müraciət edib və ixrac əməliyyatlarında Rusiyanı istisnalar siyahısına əlavə etməyi xahiş ediblər. Məlumata görə, Türkiyə qanunvericiliyinə görə, hər bir ixrac olunan məhsula görə ödəniş 180 gün ərzində müvafiq şirkətin bank hesabında əks olunmalıdır (xatırlayırsınızsa bizdə bu dövrü 180-dən 270-ə kimi artırmışdılar). Eyni zamanda Türkiyə bankları sanksiya riskini nəzərə alaraq Rusiyadan ödənişləri tez-tez qəbul etmirlər. İndi də ixracatçılar problem ilə üzləşib. Buna görə də Rusiyanı da istisnalar siyahısına əlavə etməyi xahiş edirlər. Müvafiq istisnalar siyahısında (bu siyahıda olan ölkələrə ixrac zamanı ödənişi bankdan keçirmək və bəyannamə təqdim etmək məcburiyyəti olmur) 33 ölkə var. Bu yaxınlarda siyahıya DR Konqo, Konqo, Cənubi Sudan və Malini əlavə etmişdilər. Siyahıda Əfqanıstan, Anqola, Belarus, KXDR və s. ölkələr var.

Читать полностью…

Mashalli

Maliyyə nazirliyi 2024-cü il üçün büdcə layihəsində İqtisadiyyat nazirliyinə istinadən məlumat verir ki, bu il inflyasiya səviyyəsi 5,3% olaraq proqnozlaşdırır. Bəs Maliyyə nazirliyinin xərcləri bu dövrdə necə artacaq? Yəni inflyasiya səviyyəsi 5,3%-dirsə, müvafiq olaraq onun xərcləri də ən azı 5,3-6% civarında artmalıdır.

Bunu başa düşmək üçün mən maliyyə nazirliyinin satınalma müqavilələrinə baxmaq qərarına gəldim. İnvestisiyaları və xüsusi layihələri hesablamasaq, dövlət qurumları hər il eyni xidmətləri və əmtəələri əldə edirlər. Maliyyə nazirliyi də eynən davranır. Yəni hər il təmizlik, kommunal xidmətlər və s. əldə edir. Təxmin edə bilərik ki, göstərilən xidmətlərin həcmi hər il eynidir.

Читать полностью…

Mashalli

Gürcüstanda maraqlı rekord qeydə alınıb. Wolt-un məlumatına görə, Tbilisi sakini G. Çubinidze 24 saat ərzində 111 sifarişi yerinə yetirib. Başqa sözlə hər 13 dəqiqədə 1 sifariş yerinə yetirirdi. Bunu necə bacarıb, demək çətindir. Wolt əlavə edir ki, yanvar ayı ərzində Çubinidze 2088 sifarişi çatdırıb. Sifarişlərin çatdırılması zamanı 6338 km qət edib.

Bəs nə qədər qazanıb? Məlumata görə, ay ərzində kuryer 12 254 GEL (və ya 7 846 AZN) qazanıb (1 km 1,23 AZN və ya 1 sifarişə 3,75 AZN). Fikrimcə maraqlı vəziyyətdir. Wolt bu rekordu reklam edir. Amma başqa tərəfdən gün ərzində 111 sifariş yerinə yetirmək faktiki super-istismardır. Yəni şirkət özü bu super-istismarı inkar etmir (deyə bilərsiniz ki, bu Gürcüstandır deyə belədir və Avropada belə ola bilməz. Amma əvvəlki rekord 108 idi və o Finlyandiyada qeydə alınmışdı).

Читать полностью…

Mashalli

Bu yaxınlarda Maliyyə nazirliyi maraqlı bir yeniliyə əl atdı. Fevraldan etibarən “Dövlət Borcu üzrə Statistik Bülleten” hazırlayaraq dərc etməyə başlayıb. Dediklərinə görə, “bülleten hazırlanarkən bu sahədə digər ölkələrin qabaqcıl təcrübələri öyrənilib və beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınıb”.

Hansı ölkələrin qabaqcıl təcrübələri öyrənilib deyə bilmərəm, amma təqdimatın adətən müəyyən qaydaları olur. Misal üçün, bir səhifədə eyni göstəricini iki fərqli diaqram və qrafikdə göstərirsənsə, eyni rəng ilə göstərmək tövsiyə edilir. Burada gördüyünüz qədər yuxarıda göy ilə daxili borc, aşağıda isə xarici borc göstərilib.

Читать полностью…
Subscribe to a channel