Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Orta maaş haqqında
Veysəloğlu şirkətinin verdiyi məlumata görə 2023-cü ildə şirkət sosial müdafiə ödəmələri olaraq dövlətə 62 milyon manat ödəyib (burada da ödəmələrin nədən ibarət olduğunu başa düşmək çətindir. Yəni işçilərin ödədiyi sosial ödənişlərin də daxil edirlər ya yox başa düşmək olmur).
Şirkət qeyri-neft sektorunda çalışdığı üçün təxmin edə bilərik ki, sosial ödənişlər (DSMF, İTSDA və İSF) orta əməkhaqqının 30%-ni təşkil edir (işçinin ödədiyini də nəzərə alsaq). Eyni zamanda biz bilirik ki, şirkətdə 19,5 min nəfər işləyir. Başqa sözlə əgər ortalamanı hesablasaq, şirkətdə çalışan bir işçi orta olaraq (bütün ödəmələr daxil) 883 AZN maaş alır.
@cpkfm rəsmi rəqəmlərə istinadən məlumat verir ki, 2022-ci ildə Azərbaycanda 281 nəfər istehsalatda baş verən bədbəxt hadisələr zamanı ölüb və ya əmək qabiliyyətini itirib. Yəni, Azərbaycanda hər iş günündə ən azı 1 işçi ölür və ya əmək qabiliyyətini itirir.
Gəlin sizə 2023-cü ilin statistikasını deyim. Əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyevin sözlərinə görə, 2023-cü ildə istehsalatda 465 hadisə baş verib. İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb (2022-ci ildə müvafiq göstəricilər 237 hadisə, 34 və 247 nəfər idi). Başqa sözlə ortalama göstərici 1,4 nəfərdir.
Heç düşünməzdim ki, Azərbaycanda bu günə bu qədər yayım şirkəti mövcuddur. Başqa tərəfdən indiki dönəmdə siz qəzetə illik abunəlik üçün 160 AZN ödəmək hazırsınızmı?
Читать полностью…Maraqlı faktlar sırasından: İqtisadiyyat nazirliyinin məlumatına görə 2024-cü ilin martın 1-nə ölkə üzrə 1834,6 min əmək müqaviləsi mövcud idi. Eyni zamanda Dövlət Statistika Komitəsinin məlumatına görə isə ölkə üzrə muzdlu işçilərin sayı 1727,2 min nəfər idi. Başqa sözlə 107,4 minlik fərq var.
Əslinə qalsa bir işçi iki iş yeri ilə əmək müqaviləsi imzalaya bilər (birində tam, başqasında yarımştat). Yəni bu cəhətdən müəyyən qədər izah etmək olar. Bu fərqin də 93,9 minlik hissəsi qeyri-dövlət sektorunun payına düşür.
Bir az iqtisadi tarixə dair: Azərbaycan SSR Nazirlər Şurasının sədri S. Rəhimov (keçmiş gənclər və idman naziri A. Rəhimovun babası) Qaradağ-Tbilisi qaz borusunun tikintisinə qarşı çıxış edirdi.
Bunu əsaslandırmaq üçün iclaslarının birində deyib ki, bu "Azərbaycan qazıdır və biz onu gürcülərə verə bilmərik".
Son zamanlar tez-tez Azərbaycan vasitəsilə Qazaxıstan neftinin tranziti haqqında danışılır. Əslinə qalsa Azərbaycan Bakı-Tbilici-Ceyhanın fəaliyyətə başlamasından bəri periodik olaraq neft tranziti ilə məşğul idi. Amma bu dövrdə əsasən Türkmənistan nefti tranzit olunurdu. Aşağıdakı qrafikdə siz isə 2015-ci ildən bu yana Azərbaycan vasitəsilə tranzit olunan Türkmənistan və Qazaxıstan neftinin aylıq həcmini görə bilərsiniz. Qazaxıstan neftinin payı artır, amma tranzit cəhətindən Azərbaycan hələ də pik göstəricilərə çatmayıb (illik olaraq maksimal göstərici 2018-ci ildə qeydə alınıb).
Читать полностью…Azərbaycanda nəqliyyat sahəsi o qədər inkişaf edib ki, artıq Cənub istiqamətdə dəmiryolu vasitəsilə sərnişindaşıma ümumiyyətlə gündəmdə deyil.
Bəs siz soruşsanız bəs ekologiya, əhalinin nəqliyyat çatımlılığı? Soruşsanız ki, niyə belə kiçik ölkədə Lənkəran və Astara sakinləri məcburən maşın/avtobuslardan istifadə etməlidirlər? Niyə qatarla rahat 1-3 saata çatmaq imkanları olmasın? Çox pul tələb edir və ona görə gündəmdə deyil.
Bəs heç kimin hələ yaşamadığı Ağbəndə dəmiryolu tikməyə vəsait varmı? Əlbəttə.
Mərkəzi Bankın Tədiyyə Balansından əks olunmuş məlumata görə 2023-cü ildə Azərbaycan 1,5 milyard dollar həcmində "digər işgüzar xidmət" ixrac edib və eyni zamanda 523 milyon dollar həcmində ilkin gəlir əldə edib. Təxmin etmək olar ki, bu iki göstəricinin daxilində futbol gəlirlərimiz də var.
Bir müddət əvvəl AFFA-nın 2023-cü ilin nəticələrinə dair maliyyə hesabatı dərc olunmuşdu. Hesabatdan biz öyrəndik ki, il ərzində Azərbaycan futbol klubları UEFA-dan 23,2 milyon AZN və ya 13,6 milyon avro vəsait alıblar. Bundan başqa Azərbaycan futbol klubları həmçinin transfer hesabına da qazanırlar. FIFA-nın bu yaxınlarda dərc etdiyi Global Transfer Report-undan biz öyrənə bilərik ki, 2023-cü ildə bizim klublar transferlərə 4,8 milyon dollar xərclədikləri halda, satışlardan 7,3 milyon dollar qazanıblar. Başqa sözlə transfer cəhətindən də bizim futbol klublarin saldosu müsbətdir.
Beləliklə faktiki olaraq Azərbaycan futbol klubları ölkəyə 20,9 milyon dollar həcmində valyuta gətiriblər (buraya biz AFFA-nın FIFA və UEFA-dan əldə etdiyi vəsaiti əlavə etmirik. Bu istiqamət üzrə AFFA keçən il 4,8 milyon dollar əldə edib). Əgər mallar üzrə ixraca bu göstəricini əlavə etsək, o zaman "qeyri-neft" sektoru üzrə futbol 30-32-ci yerlərdə qərarlaşacaq idi, çiyələk və narın yaxınlığında.
Bakıda havanın keyfiyyətindən razısınızmı? İsveçrədən olan hava təmizləmə qurğuların istehsalçısı İQAir aylıq olaraq dünya üzrə müxtəlif şəhərlərdə havanın monitorinqini aparır və buna əsasən də reytinq tərtib edir.
Reytinq havada olan bərk mikrohissəciklərin və kiçik maye damcıların (2,5 mikron diametrli) konsentrasiyası əsasında hesablanır. ÜST-un normasına görə bu göstərici 0-5 arasında olmalıdır.
2023-cü ilin nəticələrinə görə Bakıda müvafiq göstərici 18.8 təşkil edib. Nisbətən ən təmiz hava iyul ayında, ən çirklənmiş hava isə yanvar ayında müşahidə olunub (reytinqə Bakı 7219 şəhər arasında 1279-cu yerdə qərarlaşıb. Reytinq ən çirklidən ən təmizə gedir)
@Mashalli telegram kanalının idarəçisi, iqtisadçı Toğrul Vəliyevlə birgə həftəlik bülleten hazırlamaq qərarı vermişik.
Bülleten haqda bir müddət sonra ətraflı məlumat verəcəyik. Qısaca deyim ki, bülletendə biznesmenlər və biznes qurmaq istəyənlər, menecerlər, mütəxəssislər, ümumiyyətlə, iqtisadiyyatla maraqlanan hər kəs üçün orijinal məlumatlar, faydalı tövsiyələr olacaq. Bülleten ödənişli abunəlik sistemi ilə fəaliyyət göstərəcək.
Hələlik bülletenimizə ad seçməkdə çətinlik çəkirik. Ona görə də, elə sizdən – potensial abunəçilərimizdən kömək istəyirik. Aşağıdakı sorğuda iştirak edərək bülletenimizin adını qoymağa kömək edin :)
Xalq qəzeti: "Bakı Gəmiqayırma zavodu yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir müəssisədir".
Hesablama Palatası: "Bakı Gəmiqayırma Zavodu" MMC-nin 2020-2022-ci illərdə zərəri 220,4 milyon manat təşkil edib.
- Костюченко Е. Моя любимая страна. Рига. 2023. 240c. - Rusiyanın Meduza portalı bu yaxınlarda nəşriyyat yaradıb və Rusiyada çap olunmayacaq kitabları çap etməyə başlayıb. Onun kitablarının satılmadığı ölkələrdə isə öz tətbiqi vasitəsilə pulsuz oxumaq imkanı yaradıb. Mən də keçən ay iki kitabı oxumağı başladım: biri Kostyuçenko, başqası Rusiyada olan antifaşist təbliğata həsr olunmuş anonimin kitabı idi. İkincisi yarısına çatandan sonra atdım. Çox mənasız gəldi. Misal üçün, yazır ki, bizim blokda hər gün kimsə nəsə yazırdı və JEK bunu silirdi. Bəlkə də kimsə bunu mübarizə hesab edə bilər, amma fikrimcə nəsə mənasız hadisələrin təsviri idi. Kostyuçenko isə vaxtilə "Novaya qazeta"-da çalışmış məşhur jurnalistdir. Vaxtilə oxuduğum bir çox materialların müəllifi idi (düzünü desəm materialları oxuyanda müəllifi haqqında heç nə bilmirdim və heç yadda saxlamırdım. Müəllif olaraq onu daha çox müharibə zamanı Ukrayna şəhərləri üzrə yazdığı materiallardan tanıdım). Müəllif də bir sıra materialları (həm də dərc olunmayan) öz bioqrafiyası ilə qarışdırıb maraqlı bir kitab təqdim etdi. Vaxtınız olarsa, oxuya bilərsiniz;
- Осбринк Э. 1947. Москва. 2023. 240c. - Rusiya maraqlı ölkədir. Müharibənin ortasında ölkədə nasizmi müxtəlif formalarda göstərən kitabı dərc etmək maraqlı addımdır. Kitab əsasən ikinci dünya müharibəsindən sonraki nasizmə həsr olunub - daha doğrusu onu müxtəlif formalarda göstərir və faktiki sübut edir ki, müharibə bitməsinə baxmayaraq, nasizm hələ də mövcuddur və davam edir. Həm də müəllifin fikri qətidir - mübarizə davam etməlidir. Sadəcə mübarizə birdən birə başqa müstəviyə keçdi (SSRİ vs ABŞ) və hamı nasizmi yola verdi. Nə etməliyik? Demək çətindir.
Dünən Fərid Mehralızadə (@cpkfm) X-də (hələ də yeni ada öyrəşməmişəm) yazıb ki, bu 5 günlük tətildə "o qədər görməli olduğum iş və görüş yığılıb ki, düşünürəm adi iş günlərində bu qədər sıx olmazdı günüm" - bunu oxuyanda yadıma düşdü ki, bütün işlərim arasında bir post yaddan çıxdı. Ayın əvvəli düşünürdüm ki, ayın 7-nə çataram və oturub keçən ay oxuduqlarım haqqında geniş post yazacağam, amma 6 günlük iş həftəsi, sonra da bəzi şəxsi işlər imkan vermədi. Sonra qərar verdim ki, ayın 9-u axşam və ya ayın 10-u səhər oturub yazaram, amma gördüm ki, o qədər iş yığılıb ki, heç cürə çatdırmayacağam. Buna görə ayın 11-i səhər tezdən oyanıb, əlavə 2 saat ayırıb, yazmağa qərar verdim. Nəsə başlayaq:
- Войскунский Е.Л. Девичьи сны. Москва. 2013. 576с. - bir neçə ay bundan əvvəl masa ətrafında müzakirə zamanı 1990-ci ildə 18-25 yaşlı olan şəxslərdən "1990-ci il 12-17 yanvar arasında Bakıda nə baş verirdi?" soruşdum. Düzünü desəm heç biri cavab verə bilmədi. Bilmirəm niyə amma bizim tariximiz mənə bəlli olmayan səbəblərə görə 31 dekabr 1989-cu ildə bitir və 19 yanvar 1990-ci ildə başlayır. Bu arada nə baş verib heç kim danışmır. Yəni heç kim burada demir ki, SSRİ-nin yanvarın 19-u axşam etdiyi doğru idi - xeyr. Heç bir daxili problemin həllində ordu iştirak etməməlidir. Məsələ başqadır, o qədər keşməkeşli dövrdə niyə birdən birə 10-15 günlük dövr itir? Əlbəttə siz bu barədə T. Vaal kitabına, V. Hüseynovun memuarlarında oxuya bilərsiniz, amma niyə o dövrdə yaşayan insanlardan bu barədə heç nə eşitmək olmur? Özü də öz multikulturalizmi ilə lovğalanan bakılılarda? Yəni mən bu hadisələr haqqında qohumlarımdan, ailə dostlarımızdan eşitmişəm, amma ondan kənarda elə bil ki, kollektiv amneziya müşahidə olunur... Nəsə əsər məhz bu bir neçə günə həsr olunub. Əsərin əsas qəhrəmanları sadə ruslar ailəsidir: ana (Bakıda doğulub, ömrünün böyük hissəsini burada yaşayıb və burada bitirmək niyyətindədir), ata (Rusiyada doğulub, sonra gələcək yoldaşına rast gəlib və məcburən Bakıya köçüb və burada sakitlik tapıb. Bütün hadisələrə rəğmən Rusiyaya qayıtmaq da istəmir) və qızı (yəhudiyə ərə gedib və son hadisələrdən sonra İsrailə köçməyə hazırlaşır). Qalan qəhrəmanlar da onların ətrafıdır - erməni-azərbaycanlı ailəsi, erməni ailəsi, qonşu azərbaycanlı prokuror ailəsi və s. Əsərdə olan hadisələr yanvarın 20-i bitir. Epiloq və bəzi bölmələri çıxsaz, fikrimcə maraqlı əsərdir - həm problemləri göstərir, həm bizim ədəbiyyatımzıda demək olar ki, yer almayan hadisələri təsvir edir (və, əlbəttə ki, Bakıya sevgi ilə yazılan əsərdir).
Müəllifə gəldikdə isə - o Bakıda doğulmuş, amma 1970-ci illərdə Moskvaya köçmüş yazıçıdır. Karyerasını və fəaliyyətini faktiki Bakıda başlayıb, burada inkişaf edib, amma bir mərhələdən sonra çətinliklərlə rastlaşıb (yeri gəlmişkən, əsərdə bu da var) və köçüb. Nəsə bir fakt yadıma düşdü, hardasa 13-14 yaşım idi və o zamanlar tez-tez atamı müşayiət edirdim (ümumiyyətlə atam uşaqlıqdan bizi bütün görüşlərə, yığıncaqlara aparırdı - heç kompleks və s. hiss etmirdi). O zaman da İ. Tretyakov ayda bir dəfə ya ildə bir neçə dəfə evində yığıncaqlar təşkil edirdi. Tretyakov isə vaxtilə babamın əsərlərini rus dilinə tərcümə edirdi (daha doğrusu buna təbdil demək olar. Çünki birbaşa tərcüməni başqası edirdi. O isə "подстрочник" (sətri tərcümə)-i götürüb bədii formada təqdim edirdi) və o zamandan ailəvi olaraq sıx tanışlıq var idi. Nəsə getdik bu görüşə - müxtəlif rus və rusdilli yazıçı və şairlər yığışmışdı (yarısı qoca idi, digərləri köçmüşdü və s.). Çay masası ətrafında biri şeirini danışırdı, başqası hekayəsini, kitabını və s. Bəlkə də maraqlı görüş idi, amma o zamanlar belə yığıncaqlar mənim üçün maraqsız idi. Biri qitaranı qaldıranda isə (mən indiyə kimi bardları sevmirəm) mən çıxdım. Nəsə yadıma düşdü, ona görə qeyd etdim;
Tələbələr və metro: Bakı metropolitenin məlumatına görə, fevral ayında ən çox sərnişin daşınan gün fevralın 16-ı idi. Müvafiq gün ərzində 769,4 min sərnişin daşınıb. Bildiyim qədər qış sessiyasından sonra ilk dərs günü məhz fevralın 16-dır. Müqayisə üçün yanvar ayında ən çox sərnişin yanvarın 12-i daşınıb - 687,8 min sərnişin.
Eyni zamanda maraqlıdır ki, hər iki ay ərzində ən çox sərnişin daşınan gün cümə günüdür və ən az sərnişin daşınan gün müvafiq cümədən sonra gələn bazar günüdür.
Xoşbəxtlik nədən asılıdır? İnkişaf edən ölkələri təmsil edən bir neçə iqtisadçı 166 ölkənin müxtəlif məlumatlarını təhlil edərək maraqlı bir nəticəyə gəliblər. Tədqiqatın nəticələrinə görə, xoşbəxtlik üçün ən vacib üç amil:
- adambaşı gəlir;
- sosial dəstək (yəni qohum və s. tərəfindən dəstək);
- həyat seçimi etməkdə azadlıq.
Xoşbəxtliyə mənfi təsir edən:
- korrupsiya.
Tədqiqatçılar ölkələr üzrə reytinqi təqdim etməyiblər, amma Azərbaycanın bu reytinqdə yerini təxmin etmək olar.
Xatırlayırsınızsa, keçən ilin sonunda Rusiyada "yumurta böhranı" baş vermişdi. İstehsaçılar deyirdilər ki, yumurta kifayət etmir və buna görə də qiymətləri artırmaq məcburiyyəti qarşısında qalıblar. Bu günlərdə Forbes müvafiq istehsalçıların maliyyə hesabatlarını təhlil edib. Məlum oldu ki, qiymət artımının nəticəsində ən iri yumurta istehsaçılarının mənfəəti 6 milyard rubldan 15,5 milyard rubla kimi (2,6 dəfə!) artıb. Bəzi istehsalçılar üzrə bu artım 12 dəfəyə kimi olub. Nəticə etibarilə bəzi şirkətlərin mənfəətliyi hətta qızıl hasilatçıların mənfəətliyinə yaxınlaşıb.
Başqa sözlə qiymət artımın səbəbi istehsal prosesində baş vermiş problemlər və ya məhsulun maya dəyərinin artması yox, sadəcə şirkətlərin mənfəət artırmaq istəyi idi. Bunu statistika da təsdiqləyir. Belə ki, yumurta istehsalı və satışı 2023-cü ildə 2022-ci il ilə müqayisədə 1,8% artıb.
Maraqlı faktlar sırasından: əgər Dövlət Statistika Komitəsi və İqtisadiyyat nazirliyinin əmək bazarına dair məlumatları təhlil etsək, təxmin edə bilərik ki, 2024-cü ilin ilk iki ayında 25 850 yeni əmək müqaviləsi imzalanıb və eyni dövr ərzində 40 450 əmək müqaviləsi ya bitib, ya da xitam verilib.
Читать полностью…Financial Times deyir ki, Rusiyada fəaliyyət göstərən Avropa və ABŞ-ə aid 7 xarici bank 2023-cü ilin nəticələrinə görə 3 milyard dollar həcmində mənfəət qazanıblar. Bununla da Rusiya dövlət büdcəsinə 800 milyon dollar həcmində mənfəət vergisi ödəyiblər. Bu müharibədən əvvəlki 2021-ci il ilə müqayisədə 4 dəfə çoxdur.
Kyiv School of Economics-in hesablamalarına görə ümumi olaraq Rusiyada fəaliyyət göstərən xarici bankların mənfəəti 3,5 milyard USD təşkil edib (yəni başqa sözlə 85%-i bu 7 bankın payına düşüb. Müqayisə üçün ABB-Moskvanın mənfəəti 9,6 milyondur).
Düzdür, 2022-ci il ilə müqayisədə daha azdır, amma yenə də müharibədən əvvəlki dövr ilə müqayisədə qat-qat çoxdur (hələ qeyd etmək lazımdır ki, Macarıstanın OTP və Almaniyanın Deutsche banklarının mənfəəti əksinə 2022-ci il ilə müqayisədə belə qat-qat artıb).
Qiymətlər haqqında
Bu yaxınlarda Veysəloğlu Şirkətlər Qrupu məlumat verib ki, 2023-cü il ərzində 113 fermerdən 57 milyon manat dəyərində 53 min ton kənd təsərrüfatı məhsulu satın alıb. Eyni zamanda keçən ilin iyul ayında isə şirkət bəyan etmişdi ki, altı ay ərzində 105 fermerdən 23.8 milyon manat dəyərində 29.5 min ton kənd təsərrüfatı məhsulu satın alıb. Beləliklə 2023-cü ilin ikinci yarımilliyinə 23,5 min ton və 33,2 milyon manat düşür.
Düzdür bu dövrlərə aid olan meyvə və tərəvəzlər qismən fərqlənə bilər, amma açıqlanan məlumatlardan elə alınır ki, 2023-cü ilin birinci yarısında meyvə və tərəvəzin 1 kiloqramının orta qiyməti 0,81 AZN, ikinci yarısında isə 1,41 AZN təşkil edib və ən bahalı dövr iyul-oktyabr arası olub. O zaman orta qiymət 1,5 AZN idi.
Şəffaflıq haqqında danışmışkən: bildiyiniz qədər mən tez-tez şəffaflıq haqqında yazıram və periodik olaraq məndən soruşurlar ki, bəs yaxşı, bu şəffaflıq hansı formada olmalıdır? Bir çox hallarda gətirdiyim nümunələr Azərbaycana aid olmur. Amma indi artıq müəyyən qədər yerli nümunə də var.
Deməli bu yaxınlarda Bakıda rəsmi olaraq Rusiyanın pizza şəbəkəsi Dodopizza fəaliyyətə başlayıb. Şirkət özü maraqlıdır (bir çox digər Rusiya şirkətlərindən fərqli olaraq Moskvada yox, Kominin paytaxtı Sıktıvkarda yaranıb və sonradan ölkə miqyasında şəbəkəyə çevrilib). Eyni zamanda şirkət fəaliyyətinin birinci günündən şəffaflığı əsas prinsip olaraq istifadə edir. Siz indi şirkətin dodostats (burada ancaq Rusiyadır) və ya dodobrands səhifələrinə daxil olub, hər bir pizza satan restoran üzrə satılan məhsulun həcmi, onun strukturu və xərcləri haqqında məlumat əldə edə bilərsiniz (Rusiyadan kənar bu sistem bir qədər fərqlidir. Amma ən azı gündəlik dövriyyə, satılan məhsul sayı, onun satış kanalları göstərilir). Müvafiq məlumat praktiki olaraq real-time işləyir. Yəni şirkət öz daxili sistemini ictimaiyyət üçün açıq edib.
Burada da əsas səbəb odur ki, şəbəkə franşiza vasitəsilə genişlənir və əgər mən franşizanı almaq istəyirəmsə, mən problemsiz olaraq sayta daxil olub görə bilərəm ki, mənim şəhərimdə, bölgəmdə müvafiq müəssisə varmı, varsa xərcləri və gəlirləri necədir, yoxdursa eyni tipli bölgədə vəziyyət necədir və s. Yəni şəffaflıq vasitəsilə şirkət həm də yeni müştəriləri cəlb edir.
Əlbəttə ki, belə tipli şəffaflığı hər hansı özəl şirkətdən tələb etmək tam da doğru olmazdı (idealda fikrimcə belə olmalıdır, amma biz idealda yaşamırıq), amma dövlət qurum və şirkətləri isə bu tərzdə fəaliyyət göstərməyə çalışmalıdırlar. Yəni dövlət büdcəsi, borcu və s. haqqında məlumat ya onlayn, ya da ən azı həftəlik-aylıq detallı olaraq yenilənməlidir. Bir çox digər maliyyə göstəricilərinə dair məlumatlar bir-iki ay keçəndən sonra yox, mümkün qədər tez bir zamanda təqdim olunmalıdır (müqayisə üçün, Gürcüstan Mərkəzi Bankı pul baratlarına dair məlumatı dərhal təqdim edir. Hətta detallı olaraq sistemlər və s. olaraq strukturunu da verir. Bizdə rübdə bir dəfə, o da bir neçə ay sonra). Dövlət şirkətləri (xüsusən də neft, qızıl, təbii qaz və digər resurs satan şirkətlər) həyata keçirdikləri əməliyyatlar haqqında ictimaiyyətə müfəssəl məlumat təqdim etməlidirlər və s. Təəssüf, hələ ki, bu arzulardır.
P.s. yeri gəlmişkən, Bakıda fəaliyyət göstərən Dodopizza restoranının dövriyyəsinə dair isə burada məlumatı tapa bilərsiniz.
Azərbaycanda Cənub istiqamətdə dəmiryolu vasitəsilə sərnişindaşıma gündəmdə olmadaığı zaman isə Gürcüstanda... daxili sərnişindaşımanı əksinə artırırlar. Dəmiryolu öz yerində, amma indi isə aviasiya vasitəsilə daxili sərnişindaşımanı artırmaq məqsədi qoyulub. Məlumata görə yaxın iki il ərzində ölkənin bütün beynəlxalq və regional hava limanlarını bir-biri ilə reyslər bağlayacaq.
Müvafiq uçuşlar dövlət büdcəsindən subsidiyalaşacaq. Hesab edilir ki, bu məqsədlə 23,2 milyon lari və ya 8,5 milyon dollar vəsait xərclənəcək. Vəsaitin 1/3-i Tbilisi-Batumi-Tbilisi reysinə xərclənəcək. Qalan reyslərə isə 15 milyon larinin xərclənməsi proqnozlaşdırılır (bu reyslər arasında Telavi-Batumi-Telavi, Tbilisi-Kutaisi-Tbilisi, Mestia-Tbilisi-Mestia və daha 8 istiqamət).
Layihənin əsas məqsədi isə əhali mobilliyinin artırılmasıdır və eyni zamanda turistlərin ölkədaxili istiqamətlərə cəlb edilməsidir.
İqtisadi jurnalistlər və qara kürü
Sevdiyim rubrikalardan biri də yerli KİV-lərdə iqtisadi xəbərlərin "tədqiq"idir. Deməli bu gün APA və bir sıra digər KİV-lər "Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb" başlıqlı xəbər dərc ediblər. Əlbəttə ki, reallıqda heç kim və heç yerdə hər hansı məhsulun ixrac qiymətini açıqlamır. Sadəcə KİV əməkdaşları DSK-nın saytında xarici ticarət bülletenini yükləyib, orada ayrı-ayrı məlumatları xəbər formasında təqdim edirlər.
Sözüm bunda deyil. Adi hesablamadan elə çıxır ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan ixrac edilən "kürünün 1 kq-nın orta ixrac qiyməti 1142 ABŞ dolları (1941 AZN) təşkil edib". Əslinə qalsa burada problem yoxdur. Amma məsələ ondan ibarətdir ki, Azərbaycan yanvar ayında 10 kq, fevral ayında isə 80 kq qara kürü ixrac edib. Yanvar ayında ixrac olunan qara kürünün orta qiyməti 1868 ABŞ dolları, fevral ayında isə 1051 ABŞ dolları təşkil edib. Yəni yanvar ayında daha bahalı qara kürü ixrac olunub.
Bundan başqa fevral ayında ixrac istiqamətləri arasında "ölkə təyin olunmayıb" adlı bir bölmə var. Bu istiqamət üzrə 10 kq ixrac olunan qara kürünün orta qiyməti 1814 ABŞ dollar təşkil edib. Digər istiqamətlərə gedən qara kürü daha ucuzdur ("Azərbaycan təyin olunmayan istiqamətə ən bahalı qara kürü ixrac edib" - daha cəlbedici başlıqdır, fikrimcə).
Fikrimcə belə detallı xəbər təqdim olunsaydı daha maraqlı olardı, yoxsa elementar bir cəbri əməliyyatı xəbər kimi təqdim etmək..
Pasha Holding: “Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. Bu məqsədlərə nail olmaq üçün PAŞA Holding avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. Uklon ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq".
Göründüyü kimi sadə biznes modelə malik olan taksi sahəsində bazara daxil olmaq, orada qalmaq heç də asan deyil. Şirkət yarananda sosial şəbəkələrdə çox danışılırdı, amma məsələ ondadır ki, investisiya yatırmadan, keyfiyyətcə fərqli bir məhsul təqdim etmədən (yəni Uber və Boltdan heç nə ilə fərqlənmirdi), inzibati üsullardan istifadə etmədən yerli holdinqlər effektiv biznes qurmağı bacarmırlar.
Maraqlı faktlar sırasından: Bakıda Formula-1 yarışını təşkil edən şirkət "Bakı Şəhər Halqası Əməliyyat Şirkəti" MMC 2015-ci ildən bəri Olimpiya küç. 4A ünvanı üzrə qeydiyyatdadır. Faktın maraqlı tərəfi ondan ibarətdir ki, bu ünvan üzrə Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu yerləşir. Bu institut bu hadisədən bir il əvvəl təşkil olunub.
İndi bu nə şirkətin dövlətə məxsus olması deməkdirmi? Bilmirəm, amma Hesablama Palatası şirkətin auditini keçirib və hətta 2023-cü ilin hesabatında qeyd edib ki, şirkət Palatanın tövsiyələrini qismən təmin edib (onun auditi haqqında məlumat yox idi, amma 2022-ci ildə Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin auditini keçirmişdi).
Bugün Azərbaycan iqtisadiyyatı ilə bağlı ən yaxşı xəbər iqtisadçı, professor Qubad İbadoğlunun azadlığa çıxması xəbəridir
Читать полностью…Azərbaycan maraqlı ölkədir. O gün Hesablama Palatası "Dövlət auditi" jurnalında toxumçuluğun vəziyyətinə dair rəyini dərc etmişdi. Ehtimal edirəm siz də bu rəy ilə tanış olmusunuz. Bir çox hallarda nəyinsə şübhəli olduğunu başa düşmək heç də belə getmək lazım deyil. Gəlin bir nümunə göstərim.
Bir müddət əvvəl mənim qarşıma növbəti dəfə "Yevlax Pilot Aqroparkda yeni rezidentlər qeydə alınıb" adlı xəbər çıxdı. Yeni rezidentlər ilə bərabər xəbərdə qeyd olunurdu ki, Aqroparkda rezident sayı 33-ə çatıb. Maraqlı gəldi və tənbəllik etmədən İqtisadi Zonaların İnkişafı Agentliyinin rəsmi saytına müraciət edərək, rezidentlərin siyahısını əldə etmək istədim və.. heç nə. Qurumun rəsmi saytında Yevlax Pilot Aqroparka həsr olunmuş bölmədə rezidentlərə dair bu qeyd var: "Yevlax və Sabirabad pilot aqroparklarda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən bir çox stimullaşadırıcı tədbirlər görülür və bu işlər mütəmadi olaraq davam etdiriləcək. Belə ki, dövlət vəsaiti hesabına aqroparkların xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və vahid pəncərə sisteminin tətbiq edilməsi nəzərdə tutulur".
Yaxşı başa düşdük ki, dövlət stimullaşdırıcı tədbirlər görür (yeri gəlmişkən, səhifədə "loqistik imkanlar" bölməsi var və orada sizcə hansı məlumat yerləşdirilib? Düzdür Bakı şəhərinə, Gürcüstan və Rusiya sərhədlərinə kimi məsafə verilib. Məntiqlə bunu google maps və ya xəritə vasitəsilə də öyrənmək olar. Yəni loqistik imkanlar sadəcə hansısa konkret bazarlara məsafə ilə ölçülmür. O halda Yevlax yerinə Xaçmazda açmaq olardı. Başqa heç bir məlumat təqdim olunmur), bəs bu 33 rezident kimdir? Bu barədə məlumat yoxdur. Əlbət iş o qədər çoxdur ki, heç saytı yeniləməyə vaxt qalmır. Yaxşı, o zaman biz qollarımızı çırmalayıb özümüz axtarış verərik.
İqtisadiyyat nazirliyinin mətbuata göndərdiyi məlumatlar üzrə axtarış edərkən yalnız 24 rezident haqqında məlumatı tapa bildik. Bəs qalan 9? Bu barədə məlumat yoxdur. Rezidentlərdən ibarət cədvəl yığarkən demək olar ki, dərhal maraqlı fakt ilə üzləşdim. 2023-cü ilin avqustun 7-də "Kronos Agro" MMC-yə rezident statusu verilib. Şirkət Bakı, Nəsimi rayonu, Bülbül pr., ev 30, m. 40 üzrə qeydiyyatdan keçib. Şəhərin mərkəzində və aqrar şirkət? Bu problem deyil, əlbəttə ki, hər bir mərkəzdə yaşayan şəxs özü üçün kiçik ferma istəyir... düzdür bu çox da kiçik deyil. Məlumata görə Əli Əhmədov (vaxtilə fed.az saytına rəhbərlik edirdi. İndi bilmirəm) və Kronos Aqro birlikdə 61,9 hektar ərazidə intensiv meyvə bağları salacaqlar. Hərəsinə nə qədər düşdüyü barədə məlumat verilmir.
2024-cü ilin martın 13-də isə Yevlax Pilot Aqroparkda “Yard Agro” MMC və fərdi sahibkar Vüqar Novruzova rezident statusu verilib. Bu iki rezident birlikdə 57,7 hektar sahədə intensiv meyvə bağları salacaqlar (yenə də hərəsinə nə qədər düşdüyünə dair məlumat verilmir). Yard Agro MMC isə.. Bakı, Nəsimi rayonu, Bülbül pr., ev 30, m. 40 üzrə qeydiyyatdan keçib. Yəni eyni ünvanda qeydiyyatdan keçən iki şirkət eyni Aqroparkda rezident statusu əldə ediblər. Bu qanunaziddirmi? Xeyr. Bu şübhəlidirmi? Əlbəttə.
Bundan başqa daha 9 rezident barədə bizim məlumatımız yoxdur. Hər bir rezident barədə məlumat yerinə bizə ümumiləşmiş məlumat verilir. Yəni yeni yaranmış layihə belə qeyri-şəffaf və hesabatlı deyil. Bu halda, əlbəttə ki, istədiyiniz problem yaşanacaq. Burada Hesablama Palatası yoxlasa-yoxlamasa, problemlər olacaq və onları həll edən olmayacaq.
- Синклер Э. Дельцы. Автомобильный король. Москва. 1984. 384с. - sadəcə vaxtilə qarşıma çıxmış bir romanlar idi. Ayağım burxulmuşdu deyə 10 günü evdə gipsdə keçirməli oldum və ona görə əlimə nə düşdü oxuyurdum. Bu da o tipli kitablardandır. Müəllif daha çox publisistdir və bu yol ilə kapitalizmin problemlərini göstərməyə çalışır. Düzünü desəm mövzu olaraq maraqlıdır, amma 5-6 səhifəlik məqalə kifayətdir, burada isə hər ikisi 180-200 səhifəlik romanlardır;
- Manaflı H. Şəki üsyanı. Bakı. 2000. 112s. - 1930-cu il Şəki üsyanı haqqında nəsə öyrənmək istəyirsinizsə bu kitabı oxumayın. Birbaşa olaraq üsyana maksimum 10-15 səhifə həsr olunub. Qalanı müəllifin boş fikirləri, oradan-buradan götürülmüş və mövzuya heç bir aidiyyəti olmayan məsələlərdir. Kitabın adı konkretdir və mən düşünürdüm ki, konkret olaraq hadisələrə həsr olunub, amma həmişə olduğu kimi, bu belə deyildi;
- Архипова A. "Штирлиц шел по коридору…": как мы придумываем анекдоты. Москва. 2013. 156c. - çox maraqlı və möhtəşəm kitabdır. Nə vaxtsa lətifələr necə yaradıldığını haqqında düşünmüsünüzmü? Mən heç vaxt düşünməmişəm. Bu kitab isə adi lətifəyə başqa cür baxmağa şövq etdi. Müəllif bir neçə mövzuya aid 1000-dən çox lətifəni toplayıb və təhlil edib. Adi fellərin istifadəsi belə təhlil edilib. Misal üçün, niyə Ştirlitz ilə bağlı lətifələrdə "koridorda gəzərkən", "düşünürdü" sözləri istəfadə olunur və ya niyə müvafiq lətifələrin böyük hissəsi məhz Ştirlitz sözü ilə başlayır və s. Tövsiyə edəcəyim bir kitabdır. Təəssüflər olsun ki, azərbaycan dili haqqında belə kitablara heç vaxt rast gəlməmişəm. Dilin inkişafını istəyirsinizsə - onu məşhurlaşdırın. Bu isə elmi-populyar ədəbiyyat vasitəsilə də baş verə bilər. Rus dilinə (ingilis dilinə dair da oxumuşam) dair artıq neçənci kitabdır ki, oxuyuram və hər birisi maraqlı və cəlbedicidir;
- Олейников Н.М. Пучина страстей: Стихотворения и поэмы. Ленинград. 1991. 272c. - martın 19-da Vasiliy Utkin vəfat etdi. Dil haqqında danışdığım həm də Utkinə də aiddir. İnsan rus dilinin "allahı" idi, belə demək olarsa. Onun söz istifadəsi, yeni sözlərin yaratma bacarığı çox möhtəşəm idi. Onun şərhlərinə baxırsan, yazılarını oxuyursan və sadəcə dildən həzz alırdın. Hər dəfə onun hər hansı maraqlı yazısını oxuyanda düşünürdüm ki, uyda o bunu necə edir - adi boş yerdə elə bir söz birləşməsi yaradır ki, sən oxuduqca oxumaq istəyirsən və bəzən düşünürsən ki, bu elementar idi ki, niyə mənim ağlıma gəlmədi? Amma, əlbəttə ki, elementar deyildi. Onun ölümündən iki həftə əvvəl Yuzefoviç ilə müsahibəsinə baxırdım (1,5 saatlıq müsahibə zamanı belə yaxşı mənada şoka salmağı bacarmışdı, feli bağlamalara dair zarafatı nəyə istəsən dəyər) və orada o qeyd etmişdi ki, ən sevdiyi şair N.M. Oleynikovdur (müsahibə zamanı deyir ki, son zamanlar yaddaşım zəifləyib, amma problemsiz onun şeirini oxudu). OBERİU və ümumiyyətlə o dövrün şairləri ilə çox da maraqlanmamışam, amma öz siyahıma qeyd etdim. O vəfat edəndə isə tez biz zamanda Oleynikovun kitabını tapdım və dərhal oxumağa başladım. Oxuduqca, Oleynikovun Utkinə təsiri hiss olunurdu (elə yeni sözlər yaratmaqda və ya absurd yumorda). Nəsə əgər sizə o dövr maraqlıdırsa, Oleynikovu məsləhət görə bilərəm (Xarmsı da);
Bu yaxınlarda Maliyyə nazirliyi nəhayət 2024-cü ilin fevral ayı üçün dövlət büdcəsinə dair hesabatı təqdim etdi.
Hesabatda təqdim olunmuş məlumatlara əsasən biz təxmin edə bilərik ki, fevral ayında keçirilmiş prezident seçkilərinə ən azı 52,1 milyon, ən çoxu isə 63 milyon manat xərclənib. Xərclərin əsas hissəsi isə "mətbəə məhsulları" və işçi əməkhaqqısı təşkil edib.
Daha ətraflı məlumatı cədvəldə görə bilərsiniz.
Quru sərhədlərin bağlı qalmasına dair: Rusiyanın Sverdlovsk vilayətində yerli səhiyyə qurumun nümayəndəsinin sözlərinə görə, son zamanlar bölgədə qeydə alınan qızılca hallarının 40%-i kənardan gələnlərə aiddir. Kənardan deyərkən o, Rusiyanın digər bölgələrini, Misiri və Azərbaycanı (xatırlayırsınızsa, noyabr və dekabr aylarında qızılcaya yoluxanların sayına görə Azərbaycan dünya birincisi idi) qeyd edib. Görünür quru sərhədlərin bağlı olması Azərbaycandan xəstəliklərin yayılmasına mane olmur...
Читать полностью…Bazar iqtisadiyyatı şəraitində işəgötürənlər üçün ən vacib məsələlərdən biri də işçilərin işə həvəslərinin artırılmasıdır (və ya qısa olaraq motivasiya). Biz tez-tez bu barədə eşidirik, şirkətlərin özü tez-tez işçilərin motivasiyası barədə danışır və s. Bəs bu motivasiya nədən ibarət olmalıdır? Bu yaxınlarda keçirilmiş eksperimentlərdən məlum oldu ki, müxtəlif ölkə qruplarında müvafiq motivasiya üçün üsullar fərqlənə bilər.
WEIRD (Western, Educated, Industrialized, Rich, Democratic) adlanan ölkə qrupunda yaşayan şəxslər üçün ən yaxşı stimul olaraq pul çıxış edirdi. Yəni əlavə vəsait əldə edirlərsə, işçilər daha çox işləməyə hazırdılar, amma digər ölkələrdə (eksperimentdə Çin, Hindistan, Meksika və CAR iştirak edirdi) bu reaksiya tam da belə deyildi. Yəni onlar da daha çox işləməyə hazır idilər, amma amerikalılar və ya britaniyalar qədər deyil. Misal üçün, çinlilər üçün "sosial norma" (yəni cəmiyyətdə hamı bu qədər işləyir) daha vacib idi. Yəni britaniyalı sosial norma üçün də işləyirdi, amma əlavə ödəniş edəndə, o daha da çox işləməyə hazır idi. Çinli isə sosial norma üçün işləyirdi, amma əlavə vəsait üçün o qədər də özünü öldürmürdü (britaniyalılar 70%, çinlilərdə isə 10% artırdı).
Eksperimentlər və fərqlə haqqında məqalədən oxuya bilərsiniz. Amma burada bir vacib məqamı qeyd etməliyəm, müəlliflər qeyd edirlər ki, bunu əsas götürüb inkişaf edən ölkələrdə işçilərin istismarını artırmaq lazım deyil, çünki bu sadəcə eksperimentdir və ehtimal etmək olar ki, bu eksperimentə müxtəlif amillər təsir edib. Müvafiq amillər arasında da "mədəniyyət" və s. qeyd olunur.
Məsələ ondan ibarətdir ki, deyilən "mədəniyyət" və s. boş yerdə formalaşmır. Yəni onu şərtləndirən amillər var. Əgər sən görürsən ki, bütün cəmiyyətdə əlavə işə görə pul vermirlər (və ya verməyi vəd edirlər, amma sonra vermirlər), qanun işləmir (yəni Məşğulluq Agentliyi işəgötürəni divara dirəmir), həmkarlar ittifaqları fəaliyyət göstərmir (ya ləğv olunub, ya formalaşdırmağa imkan vermirlər) və işsiz çox olduğu üçün rəqabət artır (yəni sənə deyirlər ki, bax gör qalanları əlavə işləyirlər, amma sən istəmirsənsə, səni adi işə belə götürməyəcəyik), əlbəttə ki, sənin "mədəniyyət"ində "sosial norma" naminə pulsuz işləmək də olacaq. Sonra da tədqiqatçılar gələcək və deyəcək ki, görün bu insanların "mədəniyyət"ində "zəhmətsevərlik" var, hətta pulsuz da işləməyə hazırdılar.
İnsanlar bir-birindən ciddi sürətdə fərqlənmir və sadəcə bir halda ki, sənin bütün hüquqların tapdalanır (qeyd olunan WEIRD ölkələrin işçiləri də bunda iştirak edir), sən artıq əlavə qeyri-pul (daha doğrusu birbaşa olaraq pul formasında ifadə olunmayan) stimula (əlavə tibbi sığorta, əlavə qeyri-iş günü və s.) görə də işləməyə hazırsan.