Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Bu yaxınlarda Rusiya hökuməti benzin ixracatında dair qadağa müvəqqəti olaraq dayandırdı. Bu qadağa martın 1-dən qüvvəyə minməli idi və 31 avqusta kimi davam etməli idi. Mayın 20-də hökumət bu qadağanın müvəqqəti olaraq aradan qaldırılmasına dair qərar verdi. Nəticə etibarilə indi benzin ixracatına qadağa iyulun 1-dən avqustun 31-nə kimi olacaq.
Bu qadağanın Azərbaycana təsiri haqqında ehtimal edirəm ki, çox yazılıb və deyilib. Amma statistikaya baxmaq maraqlı gəldi. Deməli, 2024-cü ilin ilk rübü ərzində Azərbaycan Rusiyadan 21 min ton benzin idxal edib (bu dövr ərzində Azərbaycan özü 384 min ton benzin istehsal edib). Bizim DGK-nın məlumatına görə bunun 5 minlik hissəsi mart ayının payına düşüb. Təxmin edə bilərik ki, sərhədi martın 1-nə kimi keçib, ondan sonra gömrük rəsmiləşməsi baş tutub (yəni başqa sözlə bir neçə günə 5 min ton benzin idxal etmişik). Keçən ilin eyni dövründə Azərbaycan Rusiyadan 10,9 min ton benzin idxal etmişdi (başqa sözlə faktiki iki dəfə artım qeydə alınıb).
Daha maraqlısı ondan ibarətdir ki, keçən ilin birinci rübündə biz Rusiyadan yalnız “95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzini” idxal etmişdiksə, bu il idxalın yarısı “95-dən az olan oktan ədədi ilə mühərrik benzin”in payına düşür. Keçən il biz bu benzini Rusiyadan idxal etmişdik, amma növbəti aylarda qeydə alınmışdı. Maraqlıdır ki, 2023-cü ildə biz bu benzin növünü əsasən Türkmənistan və Litvadan idxal etmişdik.
Şəkil 1. Xəzər Universitetinin 2017-2022-ci illər üzrə təhsildən əldə etdiyi gəlirləri və tələbə sayı.
Şəkil 2. Tələbələrin oxuduqları ödəniş növü üzrə bölgüsü.
Neft qiymətinə dair: Azeri Light markalı neftin qiyməti son zamanlar nisbətən sabitdir. Bloomberg-in verdiyi məlumata görə ümumən neft bazarında qiymət son dönəmlərdə sabitləşir və volatillik (yəni dəyişkənlik) azalır. Hesablamalara görə neft bazarına dair volatillik göstəricisi 2019-cu ildən bəri ən aşağı səviyyədədir.
Читать полностью…Azərbaycanda qısamüddətli mənzil kirayə bazarı
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası nəzdində Turizmin inkişafı işçi qrupu tərəfindən 2023-cü ildə Azərbaycan üzrə qısamüddətli kirayələtin sayı və qiymətinə dair qısa bir araşdırma keçirilib.
Araşdırma çərçivəsində əldə olunan məlumata görə Azərbaycan ərazisində hər ay orta hesabla 3000-ə yaxın kirayə mənzil turistlərə təklif edilir. Bunun əsas hissəsi Bakının (90%-i) payına düşür. İkinci və üçüncü pillələrdə çox böyük fərqlə Qəbələ (8%) və Şəki (1,5%) yerləşib.
Təklif olunan mənzillərin sayına gəldikdə, tədqiqat müəllifləri qeyd edir ki, müvafiq rəqəm Tbilisidə 16 minə çatır. Göründüyü kimi fərq beş dəfədən də çoxdur. Hələ nəzərə almaq lazımdır ki, Gürcüstanda turistlər təkcə və yalnız Tbilisiyə yox, həm də Batumi, Kutaisi və s. şəhərlərə səyahət edirlər.
Eyni zamanda tədqiqatçılar həm də Bakı və Tbilisi üzrə təklif olunan qiymətləri müqayisə ediblər. İkinci qrafikdə göründüyü kimi Bakıda mənzillər ortalama olaraq gecəsi 50 dollara təqdim edilir. Tbilisidə bu rəqəm 42-43 dollar təşkil edir. Maraqlıdır ki, tədqiqatçılara görə Tbilisidə qiymətlərin daha aşağı olmasına baxmayaraq, mənzil sahibləri daha çox qazanırlar.
Bütün bu rəqəmlərdən sonra bəllidir ki, Azərbaycanda müvafiq sahədə vəziyyət qənaətbəxş deyil. Yəni Bakıya gələn xarici faktiki məcburi olaraq mehmanxanalardan istifadə etməli olacaq: həm mənzil azdır, həm qiymətlər yüksəkdir. Bu isə ölkədə qalma xidmətlərin bahalaşmasına gətirir və əlbəttə ki, heç cürə turistləri cəlb etmir.
Bununla belə tədqiqatı keçirən işçi qrupun əsas məqsədi vəziyyəti başa düşmək yox, daha çox problemin həllini təklif etməkdir. Bu şəraitdə ağıla müxtəlif həll yolları gəlir, amma əsasən mehmanxana və turizm şirkətlərinin nümayəndələrindən ibarət olan işçi qrupu (maraqlıdır ki, bu qrupa seçkilər necə keçirilirdi?) təklif edir ki: “Turizm Reyestri vasitəsilə Qısa müddətli kirayə evlərin onlayn listinqlərdə aktiv iştirakının təbliğ olunması. Qısa müddətli kirayə evlərin Turizm Reyestrinə daxil edilməsi zamanı onlayn platrormalardan istifadə ilə bağlı tələbin qoyulması”.
Yəni adətən motivasiya və stimullaşdırmaq üçün nəzarəti azaldırlar və daha rahat şərait yaradırlar. Bizdə isə islahatlara dair işçi qrupu əksinə nəzarətin daha da sərt olmasını təklif edir (reyestrə daxil etmək, tələb qoymaq və s.). O da bəllidir ki, işçi qrup üzvlərinin qısamüddətli mənzil kirayə bazarının inkişaf etdirilməsi heç də marağında deyil. Bu da bizim islahatçılar...
Qeyd etdiyim kimi hər bir kitabın öz sahəsi var. "Geoloji saatlar" kitabı – biz necə geoloji layların yaranma dövrlərini müəyyən edirik sualına cavab verir. Mamontlar və buzluq dövrlərə həsr olunan kitablar isə qeyd olunan suallara cavab axtarmaq ilə bərabər, o dövrün fauna və florasını təsvir edirlər. Oxuduqca bəzən şoka düşürsən – Yakutiyada yerli paleontoloq və paleobioloqlar var idi. SSRİ dövründə hər vilayətdə yerli alimlər var idi. İndi bunu təsəvvür etmək mümkün deyil. İndi heç iri şəhərlərin böyük hissəsində belə alimlər olmur. Amma elmin inkişafı üçün elm hər yerdə təmsil olunmalıdır. Əks halda isə inkişaf haqqında danışmaq mümkün deyil. İmkan varsa, kitabları tapıb, oxuyun.
− Хейли А. Вечерние новости – istirahət etmək üçün mən periodik olaraq bəzi yazıçıları oxuyuram. Bu yazıçılar arasında “istehsal” roman müəllifi A. Xeyli seçilir. Bu əsər jurnalistlərə həsr olunub və asudə vaxtınızın səmərəli keçməsi üçün yaxşı üsuldur.
Sonradan Çernişevski onu xilas etmək üçün aylıq məvaciblə təmin edib, yazmaq üçün şərait yaradırdı, amma... Pomyalovski 28 yaşında vəfat etdi (çox şey təsir etdi, amma əsas içki idi). Bunu bilərək “Bursa oçerk”-lərini oxumaq çətindir. İlk iki povesti problemsiz və tez bitirdim hələ aprel ayında, amma bursanı oxumaq çətin idi. Pomyalovski sadəcə gündəlik həyatı təsvir edirdi və bursaya verilmiş uşaqların gündəlik həyatında o qədər amansızlıq və hər səhifədə sən yeni növ qəddarlıq ilə rastlaşırsan. Düşünürsən ki, ümumiyyətlə bu şəraitdə bu insanlar necə böyüyüblər? Bu şəraitdə insan olmaq mümkündürmü? Yeri gəlmişkən, Lebskinin məqalədə gəldiyi maraqlı nəticə var. Onun fikrincə bu şəraitdən çıxmaq üçün Pomyalovski öz xilasını alkoqol içkidə görürdü. O ətrafda baş verən hadisələrə, qəddarlığa və s. reaksiya vermək istəyirdi, amma daxilən qorxurdu və nəticədə alkoqol onun üçün xilas yolu idi. Çernişevski isə əks yolu seçdi və.. gələcək məhz qorxmadan və fəsadlara baxmadan fəaliyyətlərini davam edən şəxslər ilə gəlir. Oturub, içib, sadəcə müzakirə edib, reallığa laqeyd yanaşmaq isə cəmiyyətə heç nə vermir. Nəticədə səni hətta ölümündən on il sonra çətinliklə xatırlayırlar.
− Валовой Д. Поиск – Sovet dövründə Azərbaycanda statistik və mühasibat uçotu necə qurulmuşdu? Ümumiyyətlə Sovet dövründə bu plan sistemi necə fəaliyyət göstərirdi? D. Valovoy yarı bədii – yarı sənədli əsər vasitəsilə yeni iqtisadi uçot sistemini təbliğ etməyə çalışırdı. Mənim üçün də bu əsərin maraqlı tərəfi ondan ibarətdir ki, D. Valovoy uzun müddət Bakıda (nəyəsə görə Bakının əsərdə "Zaqafqazsk" şəhəri adı ilə çıxarıb. Amma eyni zamanda Lökbatan, Sabunçu və s. adları saxlayıb) neftqaztikinti qurumlarının birində çalışıb. Kitab boyu əsas məsələ maaş və “val”dır (cəm). Müəllifin dediyinə görə özü Валовой olmasına baxmayaraq, o daim вал-а qarşı mübarizə aparıb. Məsələ nədir. Bildiyiniz qədər Sovet dövründə planlı iqtisadiyyat idi. Planlı iqtisadiyyat isə nə deməkdir? Sən hər bir göstəricini faktiki olaraq planlamalısan (SSRİ-də seçilən üsul da problemli idi).
Yalnız Azərbaycanda 2 mindən çox zavod və bir o qədər də tikinti və ya xidmət tresti mövcud idi. Bu plan da hər birisinə uyğunlaşmalı idi. Müxtəlif göstəricilər var idi. Hökumət hardasa 10-15 göstərici üzrə plan tərtib etdi. Bu plan aşağı düşdükcə hər bir növbəti qurum da öz göstəricilərini əlavə edirdi. Amma iqtisadi sahələr bir birindən fərqlənir. Restoranın fəaliyyəti birdir, neftqaztikinti trestin fəaliyyəti tamamilə başqadır. Bəs onları vahid nəticəyə necə gətirmək olar? Sovet statistika məktəbi vaxtilə çox qabaqcıl olmasına baxmayaraq, 1930-ci illərdə qurulan iqtisadi sistemə tab gətirmədi və nəticədə ən rahat yolu seçdi – hamını birləşdirən vahid göstərici qismində istehsal edilmiş məhsul və ya xidmətin ümumi dəyəri və ya müəssisənin dövriyyəsi seçildi. Bu ən vacib göstəricilərdən biri hesab olundu. Nəticədə digər göstəricilər bundan asılı idi.
Ən vacibi də maaş idi. Misal üçün, 1932-ci ildə hesablayıblar ki, ortalama müəssisə üçün maaş fondu 30 faizdir. Yəni dövriyyənin 30 faizi maaşlara xərclənib. Bunu nəzərə alaraq planlarda da qeyd olunurdu ki, müəssisə illik dövriyyəsinin 30 faizindən çox olmayaraq maaşa xərcləyə bilər. Bu da problemlərə gətirib çıxardırdı. Plan illik idi. Amma aşağı düşdükcə, nazirlik və ya trest səviyyəsində planlar rüblük və aylıq olaraq formalaşırdı və bu absurd vəziyyətə gətirirdi – hər ay sənin maaş fondun dövriyyənin 30%-ni keçməməlidir. Bəs ay ərzində yerinə yetirdiyin işlərin həcmi normadan 2 dəfə çox olsa? Eynən. Bəs əgər ay ərzində yerinə yetirdiyin işlərin həcmi normadan 2 dəfə az olsa? Yenə də eynən. Amma sənin ödədiyin maaş işlərin həcmindən asılı deyil. O indi işçiləri xidmət müqaviləsi ilə cəlb edib, qısa müddətlik istifadə etmək olar. Sovet vaxtında bu mümkün deyildi. Xatırlayırsınızsa mən keçən yazılarımda qeyd etmişdim ki, Sovetlərdə eyni zamanda həm gizli işsizlik, həm də kadr defisiti müşahidə olunurdu. Müəssisələr daha çox işçi cəlb etmək mübarizə aparırdılar. Bu şəraitdə sən hər ay maaşı dəyişsən, işçilər qaçar. Və nə edək?
Azərbaycanda ali təhsilin tarixinə dair
Bakı Dövlət Universitetində 1922-ci ilin əvvəlinə oxuyan tələbələrin fakültələr üzrə bölgüsü. Maraqlıdır ki, fizika-riyaziyyat fakültəsində qadınların sayı daha çox idi, tibbdə isə vəziyyət əksinə idi.
Sanksiya və qadağalar haqqında
Bu yaxınlarda Litva mediası maraqlı bir hadisə haqqında yazıb. Rəsmi olaraq Belarus və Litva arasında bütün kommersiya reysləri dayandırılıb. Bu da müəyyən növ Litva tərəfindən Belarusa qarşı tətbiq olunan sanksiya idi. Amma kommersiya reyslərinin qadağan olunduğu dövrdə, şəxsi təyyarə ilə reyslərə qadağa yoxdur. KİV-lərə məlum oldu ki, Belarusdan olan HQSoftware adlı IT şirkətinin sahibi öz sevgilisini Vilnyusa şəxsi təyyarəsi ilə gətirmişdi (sevgilisi RyanAir-in reysinə gecikirdi. Şəxsi təyyarədən loukosterə..).
Maraqlı sanksiyalardır.. Əgər şəxsi təyyarən varsa, gəlməkdə problem yoxdur, amma əgər yoxdursa – get əlavə vəsait xərclər və həmsərhəd ölkəyə (və ümumiyyətlə digər ölkələrə. Litva həmçinin sərhəd keçid məntəqələrin yalnız ikisini açıq saxlayıb) dolayı yollar axtar.
Bugünkü dünyadan bir az kənarlaşaq: 1925-ci ildə indiki "Torqovi" ərazisi adlanan zonada yerləşən restoran və kafelərin reklamları (keçmiş Olqinskaya - indiki M.Ə. Rəsulzadə, Əzizbəyov küç. - İ. Səfərli, Erməni küç. - M. İbrahimov, S. Efima - N. Rəfibəyli).
Читать полностью…Azərbaycan futbolu və bölgələrdə işsizlik
Bu yaxınlarda məlumat yığımı və təhlili sahəsində ixtisaslaşan Emil Əhmədov "Azərbaycan liqalarında azarkeş marağı, təsiredici faktorlar və gələcək nə vəd edir?" adlı ahmadov.emil/az%C9%99rbaycan-liqalar%C4%B1nda-azarke%C5%9F-mara%C4%9F%C4%B1-t%C9%99siredici-faktorlar-v%C9%99-g%C9%99l%C9%99c%C9%99k-n%C9%99-v%C9%99d-edir-1c3b17985f9d">tədqiqat ilə çıxış edib. Tədqiqat əsasən rəsmi rəqəmlər əsasında qurulub və fikrimcə maraqlıdır, yəni oxumağı tövsiyə edirəm.
Tədqiqatın əsas məqsədi yerli futbolun və azarkeşlərin münasibətini öyrənmək idi, amma maraqlı bir iqtisadi faktoru da müəllif göstərə bildi. Müəllif qeyd edir ki, "...bir sıra faktorlardan əlavə bir faktor da daim dilə gətirilir. Bu da oyunların başlama saatlarının / günlərinin iş saatına / gününə salınması və bunun azarkeş sayına təsir etməsidir". Bu məsələni araşdırmağa çalışıb. Oyunların başlama vaxtını iki yerə bölüb: qeyri-iş saatı (həftə içi saat 6-dan sonra və ya şənbə, bazar günü) və iş saatı (digər bütün saatlar və günlər).
Gəlin sizə iqtisadi araşdırma üçün bir mövzu deyim. Bəzən axşamlar istirahət üçün mən müxtəlif statistikalara və ya məlumatlara müraciət edirəm. Bu dəfə dövlət büdcəsinin xərclərinin həcmi və Hesablama Palatasının müvafiq dövlət büdcəsinin icrası ilə bağlı yazdığı rəyində olan səhifələrin sayı maraqlandırdı. Son dönəmlər Hesablama Palatası elə bil ki, rəy yox, sadəcə təsdiqləmə sənədi – lazım olmayan təhlil və söz çox, detal və fakt az – hazırlayır. Görək korrelyasiya əmsalı bizə nə deyir. Birinci sütunda dövlət büdcəsinin xərclərini, ikinci sütunda isə rəydə olan səhifə sayını yerləşdirdim. Pirson əmsalı bizə deyir ki, bu iki göstərici arasında əks korrelyasiya mövcuddur. Yəni biri artdıqca başqası azalır. Əslinə qalsa siz bunu dördüncü sütunda olan göstəricidən də başa düşə bilərsiniz.
Əlbəttə ki, bu şəffaflıq indeksi və ya göstəricisi deyil, amma sadəcə düşünmək üçün bir maraqlı faktdır.
Bir neçə gün əvvəl Milli Məclisin plenar iclası vaxtı büdcəyə dəyişikliklər müzakirə olunarkən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, “Əgər elektron xidmətlər istifadə artırsa, niyə DSMF-nin idarəetmə xərcləri artırılır? Əksinə, Fondun xərcləri azaldılmalıdır”. Düzünü desəm nə barədə danışdığına dair açıq mənbə tapmaq çətin idi. Amma bir neçə gün sonra Hesablama Palatası “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” layihəsinə rəyini təqdim etdi.
Читать полностью…❗️İqtisadçı Fərid Mehralızadə polisə aparılıb.
O həm də @cpkfm kanalının sahibidir.
2023-cü ildə 505 Azərbaycan vətəndaşı Almaniya vətəndaşlığını qəbul edib. Bu 2000-ci ildən bəri ən yüksək göstəricidir (ümumiyyətlə Almaniyada 2023-cü il rekord ili olub)
Читать полностью…Bakıda kafelərin tarixindən
1919-cu ilin mayın 28-də çıxmış "Azərbaycan" qəzetində verilən məlumata görə bulvarda (Gömrükxana qarşısında - yəni indiki İçərişəhərdə olan gömrük məscidin yaxınlığında) Səməd Zeynalov tərəfindən yeni qəhvəxana açılmışdı. Qəhvəxanada "hərbi məmurlar üçün 10 faiz güzəşt edilir". Qəzetdə verilən məlumatdan elə başa düşülür ki, qəhvəxananın adı "İstanbulun birinci şöbəsi" idi (dəqiq deyə bilmərəm). Ətrafda olan qəhvəxanalar da maraqlı adlara malik idi: "Çanaqqala", "İngilis barı" və s.
Azərbaycan maraqlı ölkədir
Dünya üzrə Blablacar adlı bir tətbiq mövcuddur. Bu tətbiq vasitəsilə harasa gedən şəxs yolüstü kimisə götürüb, ən azı xərclərini azalda bilir. Buna görə də sadəcə tətbiqə müəyyən faiz ödəyirsən. Azərbaycana bu tətbiq gəlməyib. Amma niyə məhz Azərbaycanda heç kim belə bir şey yaratmayıb? Vaxtilə Uber, Taxify gələndən sonra hər gün yeni yerli taksi tətbiqi işə düşürdü, amma alternativ nəsə yaranmırdı. Özü də Azərbaycanda bunun üçün şərait də var. Belə ki, gündəlik olaraq biz Sumqayıt, Hövsan və s. istiqamətlərdə gedən manatlıq taksiləri müşahidə edirik. Başqa sözlə bu sahə üzrə bazar var. Amma heç kim niyəsə görə oturub buna dair effektivliyin artırılması imkanlarını yaratmayıb.
Eyni zamanda hətta indiki zamanda belə bir tətbiqlər üçün geniş imkanlar var. Taksilər ilə bağlı məhdudiyyətlərini nəzərə alsaq, məntiq deyir ki, yolüstü kimisə aparmaq artıq taksiyə alternativ kimi ola bilər. Eyni Hövsana gedərkən hər dəfə dayanacağa gəlib, hansısa maşını gözləmək, qiyməti müzakirə etmək və ya digər sərnişini gözləmək bəzən uzun-uzadı məsələdir. Tətbiq olsa, sən əvvəlcədən danışırsan və artıq gözləmədən yola davam edə bilərsən. Niyə bizdə iri holdinqlər belə köhnə ideyaları istifadə etməyə çalışırlar və yeni nəsə bazara təklif etmirlər?
Burada bir məsələni qeyd etmək lazımdır. Şəxsən mən nə birmanatlıq taksi, nə də ümumiyyətlə belə tipli imkanları dəstəkləmirəm. Mən daha çox ictimai nəqliyyat tərəfdarıyam. Amma ictimai nəqliyyatın faktiki öz funksiyasını yerinə yetirmədiyi şəraitdə (yəni əgər heç bir tıxac olmayan dövrdə, səhər saat 6.50-də belə avtobuslar 10-15 dəqiqə gecikirsə, deməli öz funksiyasını, mənə şəxsən bəlli olmayan səbəblərə görə, yerinə yetirmir) digər sahələr üçün geniş imkanlar açılır. Amma bu imkanlardan nəticə etibarilə Estoniyanın Bolt və Rusiyanın Yango (Uber-də ölkəmizdə Yango olaraq faktiki fəaliyyət göstərir) şirkətləri istifadə edir. Yerli təşəbbüslər yaranmır. Bu da həm rəqabətə mənfi təsir edir, həm də xarici şirkətlərə təsir imkanlarını azaldır (müvafiq olaraq superistismara gətirir).
Digər sahələrdə olduğu kimi ali təhsil də Azərbaycanda ən azı hesabatlılıq cəhətindən qeyri-şəffaf hesab oluna bilər. Dövlətə məxsus universitetlər hesabatlarını ümumiyyətlə paylaşmırlar (onların bəzi maliyyə məlumatlarını biz Hesablama Palatasının rəylərindən ya da DİM-in hesabatından öyrənə bilərik). Bəzən absurd vəziyyət yaranır. Misal üçün, Bakı Mühəndislik Universitetində 2023-cü ilin sonunda “Maliyyə hesabatlarının oxunması” mövzusunda təlim oxunulmuşdu, amma universitetin özü maliyyə hesabatı ictimaiyyət üçün təqdim etmir. Yəni tələbələr heç oxuduqları universitetin maliyyə hesabatı ilə tanış ola bilmirlər.
Təəssüflər olsun ki, özəl universitetlər də dövlət ali təhsil müəssisələrindən çox uzağa getməyiblər. Yalnız Xəzər Universiteti 2017-ci ildən və Qərbi Kaspi Universiteti 2019-cu ildən bəri maliyyə hesabatlarını təqdim etməyə başladılar. Qərbi Kaspi başladığı kimi də deyəsən dayandırdı. İndi rəsmi saytda maliyyə hesabatları yığışdırılıb, hətta mövcud linklər boş səhifəyə aparır. Xəzər Universiteti isə hələ də davam edir və sonuncu hesabat 2022-ci ilin nəticələrinə aiddir.
Ona görə ali təhsil müəssisələrinin maliyyə vəziyyətini başa düşmək üçün biz yalnız Xəzər Universitetinin hesabatlarından istifadə edərək, təhlil edə bilərik. Rəsmi saytda və akkreditasiya sənədlərində təqdim etdiyi məlumata görə, 2017-2022-ci illər ərzində universitetdə oxuyan tələbələrin sayı 1774-dən 3114-ə kimi artıb (+75.5%). Bu artım, əlbəttə ki, gəlirlərə də təsir edib. 2022-ci ilin nəticələrinə görə universitetin birbaşa təhsil fəaliyyətindən əldə etdiyi gəlirlərin həcmi 8,97 milyon manat təşkil edib. 2017-ci ildə müvafiq göstərici 4,39 milyon manat idi (artım 104% təşkil edib). Bu dövrdə bir tələbəyə düşən orta ödəniş 2,47 min manatdan 2,88 min manata (+16.4%) kimi artıb.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu qazancın kifayət qədər hissəsi dövlət büdcəsinin payına düşür. Belə ki, Xəzər Universiteti özəl müəssisə olmağına baxmayaraq, dövlət sifarişi əsasında da tələbə qəbulu həyata keçirir. 2022-ci ildə bakalavr pilləsinə qəbul olunan 933 abituriyentdən 58%-i və ya 64% dövlət sifarişi üzrə qəbul olunub. Başqa sözlə onların ödənişini dövlət edir.
Dövlət hər hansı ixtisas üzrə ödəniş edərkən müvafiq universitetdə olan tarifləri yox, Nazirlər Kabineti tərəfindən 2019-cu ildə təsdiqlənmiş (və 2020-ci ildə dəyişiklik edilmiş) “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” haqqında qərarına istinad edir. Orada göstərilən məbləğlərdə son 4 il ərzində hər hansı dəyişiklik edilməyib. Eyni zamanda qərarda qeyd olunur ki, “Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir”. Bunun nəticəsində universitetin bir tələbəyə düşən qazancı da azalıb. Belə ki, tələbə sayı 21% artmasına rəğmən, təhsil xidmətlərindən gəlirin həcmi 10,5% artıb. Nəticə etibarilə, əgər universitet 2021-ci ildə bir tələbədən 3,16 min manat qazanırdısa, 2022-ci ildə müvafiq göstərici 2,88 minə kimi azalıb.
P.s. daha detallı məlumatı isə siz “Axşambazarı” bülleteninin sonuncu nömrəsində tapa bilərsiniz.
Qrafik 1. Bakı və Tbilisidə qısamüddətli kirayə mənzillərin sayı
Qrafik 2. Təklif olunan mənzillərin qiyməti və şəhər üzrə aylıq gəlir.
Pullu avtomobil yolları haqqında
2022-ci ildə Çernoqoriyada Bar-Bolyare yüksəksürətli avtomobil yolunun bir hissəsi, 41 kilometrlik Smokovac-Mateševo hissəsi açıldı. Açılandan elan olunmuşdu ki, müvafiq yol pullu olacaq və ümumiyyətlə bölgədə olan digər yollar ilə müqayisədə deyəsən ən bahalı yoldur. Bunun da səbəbi yolun baha başa gəlməsidir. Rəsmi məlumata görə yolun yalnız bu hissəsi 425 milyon avroya başa gəlib (Çernoqoriya hökuməti müxtəlif yerlərdən borc almağa məcbur olub. Bu vəsaitin yalnız 50 milyonluq hissəsi birbaşa büdcənin payına düşür).
Yol ictimaiyyətə təqdim olunandan sonra elan edilmişdi ki, müvafiq yol yarım il ərzində 4,5 milyon avro toplamalıdır. Bu yaxınlarda faktiki iki ilin nəticəsinə görə təqdim olunan hesabatda qeyd olunur ki, müvafiq dövr ərzində atomobil yolu 17,2 milyon avro gəlir gətirib. Göründüyü kimi hökumətin təxminləri demək olar ki, doğru çıxdı. Düzdür vətəndaşlar narazılıqlarını ifadə edirlər. Yəni belə templə bu yol özünün maya dəyərini çıxartmaq üçün əsrlərlə fəaliyyət göstərməlidir.
Nəsə qayıdaq Azərbaycana... 2023-cü ilin oktyabrından başlayaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi pullu oldu. Burada təəssüflər olsun ki, bizim heç bir məlumatımız yoxdur: nə yolun dəyəri haqqında, nə də onun qazancı...
Valovoy deyir ki, onun karyerası faktiki olaraq bu “nə edək?” hesabına yuxarı getməyə başladı. Dediyinə görə bir dəfə onun işlədiyi müəssisə problemlə üzləşdi. Ay ərzində müəyyən qədər iş yerinə yetirildi və artıq işçilərə maaş fondu hesablanırdı. Amma maaş fondu son hesablamaya görə təyin edilən plan göstəricisindən iki dəfə çox idi (Layihə özü də Bağırov tərəfindən təsdiqlənmişdi və xüsusi nəzarətində idi). Bu halda bank artığını təsdiqləməyəcək idi (Sovet bürokratiyası maraqlı bir məfhum idi - bir tərəfdən Bağırov əmr verirdi, başqa tərəfdən bank qaydaları pozmurdu). Nəticədə işçilər maaşsız qalacaq idilər. Bəs nə edək? Dediyinə görə müəssisənin Umbaki kənarında kiçik qaynaq sexi var idi. Orada müxtəlif avadanlıqlara xidmət göstərilirdi. Bu sexin yaxınlığında isə daş karyeri mövcud idi. Daş karyeri isə artıq neçə illərdir ki, elektrik transformatorun təmirini istəyirdi. Müəssisə rəhbəri daş karyerin rəhbəri ilə görüşüb və təklif edib ki, “gəlin biz sizin üçün elektrik transformatoru sökək və yenisini tikək, onun müqabilində isə siz bizə yaxşı daş verin” (daş almaq üçün də növbə və s. durmaq lazım idi). Daş karyeri, əlbəttə ki, razılaşdı və daş verdi. Sizcə qaynaq sexinə daş nəyinə lazım idi? Heç bir şey – qaynaq sexinin ətrafını bir metr enində olan hasar ilə bağladılar. Əndirəbadi uçot sisteminə görə daş hasarlar çox baha hesablanırdı. İşçi isə çox lazım deyildi. Nəticədə 5 günə tikilmiş bir metr eni olan və heç kimə lazım olmayan daş hasar hesabına müəssisə dövriyyəsini (dövriyyə isə “istifadəyə” verilən obyektlərin dəyəri üzrə hesablanırdı. Heç kim soruşmurdu lazımdır ya yox) artırdı və işçilərə maaş ödədi.
Kitabda belə tipli bir çox nümunələr göstərilir. Misal üçün, niyə Sovet dövründə bəzi müəssisələrin binaları illərlə tikilirdi və bitmirdi. Niyə kiçik təmir işləri yerinə yetirilmirdi və ya niyə satışda bəzən mənasız bahalı məhsul var idi, amma hamıya lazım olan məhsullar yox idi və s. Sovet dövründə mövcud olan iqtisadi münasibətlər sistemi maraqlıdırsa, kitabı tövsiyə edə bilərəm (amma nəzərə alın ki, müəllif hər nə qədər də özünü “SSRİ-nin tərəfdarı” kimi göstərsə də, əməli başlı liberal təbliğat da aparır).
− Rəflər arasında evimdə şərti olaraq “Paleocoğrafiya” adlandırdığım bir rəf var. Burada müxtəlif elmi və elmi-populyar kitabları yerləşdirmişəm. Mayın əvvəli gözüm rəfə sataşdı və faktiki olaraq dalbadal dörd kitabı oxudum. Sovet dövründə yüksək tirajlar ilə buraxılan və elmə həsr olunan maraqlı bir kitablar seriyaları mövcud idi. Bu seriyaya aid və indiki Sankt-Peterburqda fəaliyyət göstərmiş alimlərin kitabları çox maraqlı gəldi. Bu N.K. Vereşaqinin “Почему вымерли мамонты?” (Mamontlar niyə ölüblər?) və “Записки палеонтолога” (Paleontoloqun yazıları), A. Oleynikovun “Геологические часы” (Geoloji saatlar) və L.R. Serebryaniy “Древнее оледенение и жизнь” (Qədim buzluq və həyat) kitablarıdır. Hər birisini oxumağa dəyər.
Ən xoşuma gələn, əlbəttə ki, “Paleontoqolun yazıları” idi. Müəllif paleontologiyaya gəldiyi yolu təsvir edirdi və ən maraqlısı odur ki, dediyinə görə bu sahəni seçməkdə ən böyük rolu Binəqədi flora və fauna qəbiristanlığı oynayıb. O oxuduğu dövrdə bu yer haqqında öyrəniblər və hər şeyi atıb araşdırmağa gəliblər. Bundan sonra Qobustan (təsadüfi olaraq bu kitabı oxuduğum dövrdə, elə sosial şəbəkələrdə “Səməd Vurğun və Qobustan” adlı mifə rast gəldim. Müəllif elə bu mifdə qeyd olunan yeri kəşf olunmasında vacib rol oynayan şəxslərdəndir. Baş verən hadisələri də təsvir edib). Oxuduqca, əlbəttə ki, atamın xatirələri və danışdıqları yadıma düşürdü. Bir dəfə ondan soruşmuşdum ki, niyə o geoloq olmadı (gəlir fərqi də çox böyük idi o zamanlar). Yəni onun məşğul olduğu sahə elmdən kənar insanlar üçün faktiki geologiyadır (hər iki sahə eyni alətlərdən və metodologiyadan istifadə edir). O da maraqlı cavab vermişdi: “geoloqun məqsədi təbii resurs tapıb, onun hasilatını təşkil etməkdir. Paleocoğrafın isə məqsədi o dövrü araşdırıb, təsvir etməkdir” və özümdən əlavə edə bilərəm ki, gələcəyi də bunun əsasın proqnozlaşdırmaqdır.
İyunun birinci həftəsi artıq bitib, amma mən hələ də bir kitab oxumamışam. Bir tərəfdən düşünürsən ki, vaxt yoxdur. Amma başqa tərəfdən başa düşürsən ki, əsas məsələ həvəsdir (iyunun başlanğıcı isə hər hansı bir fəaliyyətə heç bir həvəs yaratmır). Nəsə bu gündən qayıtmaq niyyətindəyəm, indi isə keçən ay ərzində oxuduğum kitablar haqqında ənənəvi yazımı təqdim edirəm.
− Помяловский Н. Мещанское счастье. Молотов. Очерки Бурсы – aprel ayında qarşıma M. Lebskinin “Помяловский и Чернышевский: выбор русского разночинца” (Pomyalovski və Çernişevski: rus raznoçinin seçimi. Raznoçin ¬– rus-azərbaycan lüğətində deyilir ki, bu XIX əsrdə Rusiyada zadəganlara mənsub olmayan, qeyri siniflərdən, simlərdən çıxmış olan ziyalı. Əslinə qalsa bu sadəcə müxtəlif siniflərin qarışığıdır – yəni artıq öz sinfindən çıxıb, amma hansı sinfə aid olduğunu demək çətindir (yəni nə kəndli, nə də şəhərlidir. Nəsə belə tipli)). XIX əsrin 40-60-ci illərdə Rusiyada müxtəlif siniflərdən çıxan və şəhərlərə köçən əhalinin sayı artmağa başladı. Bu əsasən keçmiş kəndlilər, və ya bu və ya digər səbəbə görə şəhərdə yaşamaq icazəsi almış, ya da şəhərli ilə kəndli ailəsi qarışığından çıxmış şəxslər idi. Bu qrupu tam dəqiq təsvir etmək çətindir. Adından da başa düşüldüyü kimi bura böyük qisim insan aiddir. Daha doğrusu o zaman hələ az idi, amma aid olan şəxsləri birləşdirən cəhət yalnız konkret sinfə aid olmaması idi.
Bu qrupa aid olanların böyük hissəsi dyakon və ya digər aşağı dərəcəli keşiş ailələrindən çıxmışdı. O zamanlar adətən keşiş ailələrindən çıxanlar özləri də keşiş olurdular. Amma Rusiyada nə bu qədər dini qurum var idi, nə də bu qədər insanı təmin etmək imkanları var idi. Əhali artdığı dövrdə isə bu qrupa aid olan insanların böyük hissəsi faktiki işsiz qaldılar və onlar şəhərə üz tutdular. Məhz qeyd olunan iki Nikolay – Çernişevski və Pomyalovski – yeddi il fərqlə dyakon ailələrində doğulublar. Amma hər ikisinin həyatı fərqli idi. Çernişevski həm evdə yaxşı təhsil almışdı, həm də sonradan seminariyaya göndərilmişdi. Pomyalovskinin belə bəxti gətirməmişdi – o bursadan keçməli oldu. Bursa isə dini məktəblərdir. Bu dini məktəblərin bəlkə yeganə üstünlüyü o idi ki, oranı bitirən şəxslərin çoxu dinə qayıtmırdı və çıxandan sonra ateist olurdu. Bu gələcək fəaliyyətlərinə təsir etdimi? Demək çətindir – amma ikisi öz dövrü üçün vacib şəxslər olduğu halda, Pomyalovski sonradan yaddan çıxdı.
Pomyalovski haqqında oxuyandan sonra yadıma düşdü ki, evimdə onun iki cild əsəri var. 6 min kitablıq kitabxanaya malik olmağın üstünlüyü odur ki, heç əvvəllər bəlkə bilmədiyin yazıçının və ya alimin əsər və kitablarını tapa bilərsən (vaxtilə evdə olan bütün kitabları siyahılaşdırmışdım deyə, indi kitab tapmaq üçün sadəcə bir Excel-dən istifadə etməliyəm). Ona görə dərhal oxumağa başladım. Pomyalovski əslinə qalsa daha çox stereotiplərdə olan ruslara oxşayır. O uşaqlıqdan yazı qabiliyyətinə və s. malik idi və bir az boş vaxtı olanda hekayə və povestlər yazmağa başladı. İlk müddət çox da məşhur deyildi, amma 1861-ci ildə Çernişevski onun iki povestini – “Meşan xoşbəxtliyi” və “Molotov” – dərc etdi. Hər iki povest dərc olunandan sonra çox geniş yayıldı. Çernişevski də Pomyalovskiyə bunun müqabilində yaxşı bir qonorar verdi və... yazıçı itdi. Bir müddət sonra xəstəxanaya düşdü. Məlum oldu ki, aldığı qonorardan elə şoka düşmüşdü ki, bütün pulu dostları ilə içkiyə xərclədi. Heç bilmirdi ki, yazıya görə pul almaq olur. Maraqlıdır ki, insan bundan əvvəl müəllimlik (və deyilənə görə yaxşı müəllim idi) edib, müxtəlif pedaqoji əsərlər yazıb, amma içki onu məhv edib. Oxuduğum əsərlərin birində (“Bursa oçerkləri”) o qeyd edir ki, içkiyə qurşanmağın əsas səbəbi bursada içkinin qadağan olunması idi. Onun sözlərinə görə orada çox şey qadağan idi, və bunun nəticəsində bütün qadağan olunan şeylərə öyrəndilər (hətta buna görə döyülmələr və s. dözməyə hazır idilər).
Xatırlayırsınızsa, bir müddət əvvəl Qırğızıstanda paytaxtın merinin qərarına görə hər həftənin ikinci və dördüncü günləri meriyada və bələdiyyə qurumlarında çalışan şəxslərə şəxsi maşınlarından istifadənin qadağan olunması haqqında yazmışdım. Şəhər meri bu söhbəti daha da genişləndirmək üçün elan etdi ki, hər həftənin ikinci və dördüncü günləri işə getmək üçün “55” və “56” marşrutlu avtobuslardan istifadə edir. Onu görmək istəyənlər bu avtobusdan istifadə edib, suallarını verə bilərlər.
Bir anlıq təsəvvür edin ki, Formula-1 və ya COP-29 dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ictimai nəqliyyatdan istifadə edərək işə çatacaq. Bu mümkündürmü? Ümumiyyətlə bizdə məmurların geniş tərkibdə ictimai nəqliyyatdan istifadə etmələri mümkündürmü? Nəsə düşünürəm ki, bu olsa idi (ən azı ictimai nəqliyyata cavabdeh olan qurumların işçilərini əhatə etsəydi), ictimai nəqliyyatımız daha effektiv işləməyə başlayardı.
Turizmin inkişafı haqqında: bu yaxınlarda Accor şirkəti elan edib ki, yaxın illərdə Gürcüstanda 3 min nömrəlik 15 mehmanxana açmaq niyyətindədir. Bunlardan beşi bu il və gələn il açılmalıdır (Tbilisidən başqa Batumi və Kobuletidə). Bundan başqa bu günə Gürcüstanda şəbəkəyə məxsus 9 mehmanxana mövcuddur (hamısı Tbilisidədir).
Bəs Azərbaycanda? 2022-ci ildə elan olunmuşdu ki, "Accor Group-un məqsədi Azərbaycanın dəniz və dağ kurortlarında, eləcə də Bakıda yeni hotellərinin sayını artırmaqdır". Bundan sonra yalnız şəbəkəyə məxsus üçüncü mehmanxana (Mercure Baku City) təqdim edildi və deyilmişdi ki, "Mövenpick Winter Park Baku" mehmanxanası də ictimaiyyətə təqdim olunacaq. Amma görünür ki, sonuncusu hələ də tam keçməyib. Rəsmi saytda olan məlumata görə, indi Azərbaycanda şəbəkənin yalnız üç mehmanxanası mövcuddur.
Sizcə turizm harada inkişaf edir: yaxın illərdə məşhur hotel şəbəkəsi tərəfindən 15 mehmanxananın açılması haqqında elan olunan ölkədə və ya eyni şəbəkə tərəfindən "yeni hotellərin açılması imkanlarını" araşdırılan ölkədə?
Əgər Sumqayıt, Sabah, Qarabağ və Neftçinin oyunlarını çıxsaq, o zaman şəkildə gördüyünüz ortalama azarkeş sayı alınır. Göründüyü kimi iş və qeyri-iş saatı arasında ciddi bir fərq yoxdur.
Yəni insanlar həm iş saatı ərzində, həm də qeyri-iş eyni gəlirlər. Başqa sözlə iş heç cürə təsir etmir. Bu isə nə deməkdir? Təxmin edə bilərik ki, bu Tovuzda, Qəbələdə və Gəncədə olan işsizliyin göstəricisidir. Yuxarıdaki rəqəmlər premyer-liqa əsasında hesablanıb. Təxmin edirəm ki, birinci və ikinci liqa da bura əlavə olunsaydı, vəziyyət ümumiyyətlə dəyişməyəcəkdir. Çünki bölgələrdə futbol müəyyən qədər əyləncə növüdür və insanların başqa alternativləri çox da yoxdur (hətta buna baxmayaraq, bir çox bölgələrdə futbola maraq yüksək deyil). Eyni zamanda iş də çox deyil və nəticə etibarilə insanlar günorta saatlarında belə futbola gəlmək imkanına malikdir. Bakıda da təxmini ola bilər ki, belədir. Amma Bakı əhalisi qat-qat çoxdur və burada bu rəqəmlər çox böyük rol oynamaz, amma bölgələr cəhətindən (nəzərə alsaq ki, əsas azarkeş sayını təşkil edən tovuzlulardır) bu fikrimcə böyük rəqəmdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ildə Azərbaycanda 4 dövlətə məxsus və 9 özəl məktəbəqədər təhsil müəssisəsi açılıb. Eyni zamanda dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı 2,4 min nəfər azaldığı halda, özəl müəssisələrdə 0,7 minlik artım qeydə alınıb.
Читать полностью…Rəydən məlum olur ki, DSMF düşünür ki, 2024-cü ildə gəlirləri 30 milyon manat artacaq. Bu artımın əsas səbəbi qeyri-büdcə sektoru üzrə çalışanlar hesabına baş verəcək. Məlumata görə, bu istiqamət üzrə gəlirlər 190 milyon manat artacaq. Bunun hesabına dövlət büdcəsindən DSMF edilən transfertin həcmi 160 milyon azaldılacaq. Başqa sözlə qeyri-büdcə (bu həm dövlət şirkətləri, həm də özəl şirkətləri əhatə edir) sektorunda çalışanlar hesabına dövlət büdcəsinə qənaət ediləcək. Bəs əlavə 30 milyon necə xərclənəcək?
Bunun 25 milyonu əmək pensiyaların ödənilməsinə gedəcək və 5 milyon civarında olan hissəsi DSMF-in saxlanılmasına gedəcək. Bəs bu əlavə vəsait nəyin saxlanılmasına gedəcək? Demək çətindir. Hesablama Palatası deyir ki, “fondun saxlanma xərclərinin artırılması hüquqi aktla nəzərdə tutulmuş həddə riayət olunmaqla nəzərdə tutulmuş”dur. Əlavə şərh vermir. Eyni zamanda fond özü də şəffaf qurumlar siyahısında deyil deyə biz onun xərcləri barədə çox da məlumatlı deyilik. Bilirik ki, 2022-ci ildə DSMF əməkhaqqı olaraq 74,3 milyon manat ödəyib. Bu da 2021-ci il ilə müqayisədə 34%-lik artımdır. Hələ bununla belə 24,3 milyon manat xalis mənfəət əldə etmişdi.
Təsadüfən yerli KİVlərdə qarşıma "məsuliyyət yaratmayan məbləğlərdə nəqdləşdiriblər" ifadəsi çıxdı. Maraqlı gəldi, hansı məbləğlər məsuliyyət yaradır?
Bildiyim qədər məbləğ (bu sadəcə rəqəmdir) özü-özlüyündə nəsə yarada bilməz. Onun istifadə məqsədi və ya istifadə üsulları məsuliyyət yarada bilər, amma məbləğ özü-özlüyündə hələ heç bir məna daşımır.
O gün PFL-in verdiyi məlumata görə ev oyunlarına ən çox azarkeş gələn klub Turan Tovuz oldu. Hər oyuna ortalama 4106 nəfər gəlirdi. Bəs azarkeşlərin gəlməsi klubun gəlirlərinə təsir edibmi? Yəni bizdə tez-tez deyirlər ki, bölgələrdə futbola maraq var və s. Amma futbola maraq indiki şəraitdə gəlir formasında özünü ifadə etməlidir. Təəssüflər olsun ki, biz bunu görmürük.
Turan Tovuzun rəsmi hesabatına görə 2022-ci ildə futbol klubu bilet satışından 10,4 min manat, 2023-cü ildə isə 9,1 min manat əldə edib. Klub üçün bu gəlirlərin rolunu başa düşmək üçün deyə bilərik ki, klub 2023-cü ildə transfertlərə görə ödədiyi komissiya xərci 21 min manat təşkil edib.
Yüksək gəlirli rəqabətqabiliyyətli peşələrə hansı sahələri aid etmək olar? Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsinin işçisi Zinyət Əmirova düşünür ki, “yüksək gəlir” anlayışı minimum əməkhaqqının 3 qatı, yaşayış minimumunun təqribən 4 qatı kimi götürülə bilər.
Başqa sözlə 2022-ci ildə bu 840-900 manatdan yuxarı olan aylıq maaşdır. Eyni zamanda Dövlət Statistika Komitəsinin 2023-cü ildə dərc etdiyi “İqtisadi fəaliyyət növləri üzrə 2022-ci ilin noyabr ayını tam işləmiş işçilərə hesablanmış əməkhaqqının ölçülərinə görə bölgüsünə” görə müvafiq ildə “yüksək gəlir” (məhz 900 manatdan yuxarı) əldə edən işçilərin ümumi işçilər arasında payı 22,4% idi.
Eyni meyarı 2024-cü ilə aid etsək, o zaman müvafiq göstərici 1035-1080 manatdan yuxarı olmalıdır.
Azərbaycan maraqlı ölkədir
Deməli bu yaxınlarda növbəti dəfə GL ASC, ölkənin ən iri lombard şəbəkələrindən biri, istiqrazlarını Bakı Fond Birjasında yerləşdirmişdi. Ümumi dəyəri 500 000 manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 5 il, nominal dəyəri 1,000 manat olan, yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazların hər birinin illik faiz dərəcəsi 12%-dir.
Müqayisə üçün Azərbaycanda builki inflyasiya proqnozu 5-6% civarındadır, banklarda əmanətlər üzrə maksimum faiz də 12%-dir. İndi bu şəraitdə əslinə qalsa 12%-lik istiqraz normal və hətta cəlbedici görsənir. Yəni biznes olmadan sadəcə yatırım tələb edən investisiya alətləri arasında ən adekvatıdır (indi lombard fəaliyyətinə müsbət və ya mənfi yanaşmaq – bir qədər başqa məsələdir. Biz burada daha çox bazar iqtisadiyyatı şəraitində investisiya imkanlarını müzakirə edirik). Amma buna baxmayaraq hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Məntiq deyir ki, 500 istiqraz üçün kifayət qədər mübarizə olmalı idi. Bundan əvvəl eyni istiqrazlara dair 9 investordan 9 sifariş daxil olmuşdur.
Ya da BOKT “Effektinvest” MMC. Şirkət son 3 il ərzində dövriyyəsini və xalis mənfəətini dəfələlərlə artırmağa müvəffəq olub. Buna baxmayaraq 14%-lik istiqrazlara cəmi 4 sifariş daxil olub. Düşünə bilərsiniz ki, bu yalnız şirkətlərin dövriyyəsinə inam olmadığı üçün belədir. Amma eyni zamanda Rabitəbank-ın da istiqrazlarına maraq çox böyük deyildi (10 milyon manatlıq istiqrazlara 7 sifariş daxil olub).
Bir tərəfdən başa düşürsən ki, inam yoxdur. Yəni buraxılan istiqrazlar təmin edilməmişdir. Amma o da bəllidir ki, yüksək faiz müəyyən riski nəzərdə tutur. Eyni zamanda maliyyə təşkilatları istiqrazları hansı aktivlər ilə təmin edə bilərlər ki? Azərbaycanda derivativ (yəni hansısa qiymətli kağızın əsasında yeni qiymətli kağız yaratmaq) cəhətindən geniş imkanlar yoxdur. Azərbaycanda tez-tez eşidirsən ki, deyirlər ki, investisiya etmək üçün mənzildən və qızıldan başqa variant yoxdur. Amma istiqraz və səhm bazarına baxırsan və görürsən ki, demək olar ki, heç kim yoxdur (yəni beşinci və ya altıncı dəfə mənzil almaqdansa (və iqtisadi rifahı daha da aşağı salmaqdansa) bəlkə başqa bazarlara da baxmaq olar?).
Bəllidir ki, BOKT və lombardın fəaliyyəti iqtisadiyyata hər hansı əlavə imkanlar verməyəcək, amma əgər səhm və istiqraz bazarı davamlı olaraq fəaliyyət göstərsə və aktiv olsa, o zaman buraya digər sahələrdə də fəaliyyət göstərən şirkət və müəssisələr müraciət edəcəklər. Ən azı biləcəklər ki, vəsaiti təkcə kredit və ya ordan-burdan investor axtarmaq ilə yox, həm də istiqraz və ya səhm ilə cəlb etmək olar. Bu vəsait hesabına müəssisəni genişləndirib, əlavə iş yerləri, iqtisadi imkanlar və s. yaranacaq. Əks halda isə mövcud olan şirkətlər də maksimum mənfəət naminə maksimal qiymət təyin edərək, minimal investisiyalar ilə fəaliyyət göstərməyə çalışacaqlar. Bu da bazar iqtisadiyyatı şəraitində nə iqtisadi artım (maksimum elə bu BOKT və lombardların verdiyi istehlakçı kreditləri hesabına), nə də iqtisadi rifah verməyəcək.