Ağdamda minaya düşən ailə üzvlərinin adları məlum olub.
Onlar rayon sakinləri - Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğludur.
Hadisə zamanı Akif Hüseynovun nəvəsi Razi Nadir oğlu Hüseynov da onların yanında olub.
Kanalı izləyin @mediapostaz
Günün icmalı - 16.03.2021
- Prezident İlham Əliyev: "Bəziləri deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib. Bu, belə deyil"
- Hökumət Milli Məclisdə hesabat verib
- Fazil Mustafa: “İşsiz əhalinin sayı kifayət qədər artmaqdadır”
- Deputatdan Mərkəzi Bankın sədrinə: "Vətəndaşı zəlil günə qoyub"
- Bakıda holdinqdə qalmaqal - İcraçı direktor qadını döyüb, qadın şikayət edib
Kanalı izləyin @mediapostaz
Milli Məclisin deputatı Razi Nurullayev: "Bakı İslam Universitetini bitirən yüzlərlə tələbənin diplomu tanınmır, bakalavrlar isə magistraturaya daxil ola bilmir. Bu universitet qanunsuz idisə, vaxtında niyə göz yumulub? Niyə iki dəfə 5 illik olmaqla 10 illik lisenziya ala bilib? Nədən oranı bitirənlər ilyarım yox, bir illik hərbi xidmətə çağırıb? 20 nəfərlik bir qrupda bir nəfər məhkəmə yolu ilə diplomunu ala bilibsə, 19 nəfər də ala bilər. Bu məsələdə ciddi ədalətsizlik, nizamsızlıq və 3550 nəfərin taleyinə biganəlik var”.
Kanalı izləyin @mediapostaz
Milli Məclisin deputatı Fəzail Ağamalı: “Azərbaycanda “cehiz faizi” deyilən yüksək faizli istehlak kreditləri ailə quranların faciəsinə çevrilib.
Bu cür pula hərislik heç bir ölkənin bank sistemində yoxdur. Mərkəzi Bankın sədri iddia edir ki, Bankın yeni binasının tikintisi üçün elan edilən tenderin nəticəsi məlum olub. Anormal bank sistemimizdə islahatlara ehtiyac var. Vətəndaş-bank sistemi bataqlıqdadır. “Bank haqqında” qanun yenidən qəbul edilməlidir”.
Kanalı izləyin @mediapostaz
Milli Məclisin deputatı Vahid Əhmədov: "Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır. Bu, dözülməzdir. Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir. Nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var. Biz uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini qaldırırıq. Hökumətdən xahiş edirəm ki, bu Məcəllənin qəbulunu tezləşdirsinlər”.
Kanalı izləyin @mediapostaz
Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.
Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir.
İlaxır çərşənbəniz mübarək olsun!
Türkiyə Silahlı Qüvvələri və ABŞ ordusu Aralıq dənizinin şərqində birgə təlimlər keçirəcək.
Kanalı izləyin @mediapostaz
Paytaxtdakı 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Kanalı izləyin @mediapostaz
Ermənistan KİV Nikol Paşinyanın istefa verəcəyi tarixi açıqlayıb
Kanalı izləyin @mediapostaz
Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub.
Kanalı izləyin @mediapostaz
Prezident İlham Əliyev Hadrutda Azərbaycan bayrağını qaldırıb.
Kanalı izləyin @mediapostaz
Fidumə Hüseynova öz ərizəsi əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.
Kanalı izləyin @mediapostaz
İlahiyyatçı Hacı Zahir Mirzəvi bıçaqlayan 1985-ci il təvəllüdlü Saday Məmmədov tutulub.
Kanalı izləyin @mediapostaz
Ağdamda mülki şəxslər minaya düşüb.
Hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Ata üç oğlu ilə birgə minaya düşüb. İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.
Kanalı izləyin @mediapostaz
18 mart saat 16:00-da təhsil naziri Emin Əmrullayev rəsmi "Facebook" hesabından istifadəçilərin suallarını cavablandıracaq.
Kanalı izləyin @mediapostaz
Milli Məclisin deputatı Fəzail Ağamalı: "Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub. Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətiylə yüksək standartlara cavab verən 1 720 000 m2 mənzil və yaxud 12 300 yaşayış evi, bir neçə məktəb, xəstəxana, uşaq bağçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar".
Kanalı izləyin @mediapostaz
Azərbaycan vətəndaşları aprelin 1-dən yeni şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə biləcəklər.
Qeyd edək ki, vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb.
Kanalı izləyin @mediapostaz
Milli Məclisin deputatı Fazil Mustafa: “Son 3 ayda ərzaq və tikinti materiallarının qiyməti hədsiz artıb. Pandemiya zamanı insanlar işlərini itiriblər. 1292 nəfərə işsizlikdən sığorta ödənişi edilib. İşsiz əhalinin sayı kifayət qədər artmaqdadır. Bu gün hər üç nikahdan biri boşanma ilə nəticələnir. Azərbaycanda sosial problem acınacaqlı vəziyyətdədir".
Kanalı izləyin @mediapostaz
Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok Azərbaycan Respublikasına işgüzar səfər edəcək.
Kanalı izləyin @mediapostaz
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 3015 nəfər və ya 0,03 faiz artaraq 2021-ci il fevral ayının 1-i vəziyyətinə 10122148 nəfərə çatıb.
Kanalı izləyin @mediapostaz
Azərbaycanda bu gün koronavirus infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 12 nəfər vəfat edib.
Kanalı izləyin @mediapostaz
MN: "Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürür.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir".
Kanalı izləyin @mediapostaz
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk ayında 2 717 nikah qeydə alınıb.
Yanvarda 1 179 boşanma halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,2, boşanmaların sayı isə 1,4 olub.
Kanalı izləyin @mediapostaz
Prezident İlham Əliyev: "Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır".
Kanalı izləyin @mediapostaz
Prezident İlham Əliyev: "Onların bütün təbliğatı yalandır, bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti” – cəhənnəmə getdi. “Dövlət” idisə, bəs, niyə daş-daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır".
Kanalı izləyin @mediapostaz
Baş nazir: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”.
Kanalı izləyin @mediapostaz
Əli Əsədov: "2881 şəhiddən 2695-nin ailələrinə 44 milyon manat sığorta ödənişləri verilib".
Kanalı izləyin @mediapostaz
Ermənistan KİV Nikol Paşinyanın martın 23-dək istefa verəcəyini açıqlayıb.
Kanalı izləyin @mediapostaz