4979
Azərbaycanın milli xəbər saytı www.milli.az. Twitter-dəki nümayəndəliyimiz - https://twitter.com/#!/MilliAz. https://www.instagram.com/milli.az/
Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.
⚡️WUF13 çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək
Читать полностью…
"AzerGold"un bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib
Читать полностью…
⚡️Prezidentin sərəncamı ilə Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd olunacaq.
Читать полностью…
Goranboyda azyaşlı ölüb.
Milli.az xəbər verir ki, fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N.Mirzəyevə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.
Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb.
Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
🥇 Dünya Kuboku: Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazanıb
Читать полностью…
❗️Gəncədə 19 yaşlı tələbə futbol oynayarkən vəfat edib
Quba rayon sakini, 2007-ci il təvəllüdlü T.Quliyev futbol oynayarkən qəfil halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, müayinə zamanı onun həyatını itirdiyi müəyyən edilib.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin II kurs tələbəsi idi.
“Koti” kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib.
Читать полностью…
Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Belə ki, 20 fevral saat 23:00-dan 23 fevral saat 08:00-dək Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində (Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
❗️Sərhədi pozmağa çalışan şəxslərlə DSX əməkdaşları arasında insident yaşanıb
Əraziyə hüquq-mühafizə əməkdaşları cəlb edilib.
Qanunsuz şəkildə Azərbaycana keçmək istəyən şəxslərinin əməlinin qarşısı alınıb.
Sumqayıt şəhərində, Abşeron və Qaradağ rayonlarında 2 gün su olmayacaq❗️❗️❗️
Читать полностью…
🌡☀️ Sabah 21 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
❗️Azərbaycanda dabaq xəstəliyinə yoluxma faktı aşkarlanmayıb
Читать полностью…
⚡️Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.(apa
⚡️Vətəndaşlar özəl xəstəxanalarda onkoloji yardım alacaq
Читать полностью…
🇦🇿Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Читать полностью…
⚡️Azərbaycanda bir sıra hərbçilərin həqiqi hərbi xidmət dövrünün başlanğıcı sayılacaq günləri ilə bağlı dəyişiklik edilir.
Читать полностью…
❗️Neftçilərdə gül mağazası yanıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumat əsasında əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
❗️Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürüb
Milli.Az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib. 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.
Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.
Faktla bağlı araşdırma aparılır.
⚡️Salyanda iki nəfər yanğınsöndürəni avtomobil vurub.
Hadisə Ələt-Astara yolunun Kürsəngi kəndindən keçən ərazisində baş verib.
Yanan yük avtomobilini söndürməyə gələn FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğınsöndürənlərdən biri-42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb, digər əməkdaş xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
⚡️⚡️⚡️Ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşıb.
Читать полностью…
📢 Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt AÇIQLANDI
Yaz fəsli Azərbaycana martın 20-si saat 18:45:53-də daxil olacaq.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, həmin anda gecə ilə gündüz bərabərləşəcək. Yaz 92 gün 17 saat 38 dəqiqə 28 saniyə davam edəcək.
Bakıda qızına sillə vuran ata həbs olunub.
Əvvəllər məhkum olunmuş 41 yaşlı S. Cəfərov gecə saat 1 radələrində telefonla oynayan qızına irad bildirərək gedib yatmasını tapşırıb. Lakin qızı atasının sözlərini eşitməyib və telefon oynamaqda davam edib. Bundan əsəbiləşən Cəfərov sillə ilə qızının sifətinə zərbə vurub.
Bu əməlinə görə S. Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanıb. Cəfərov ifadəsi zamanı əməlindən peşman olduğunu deyib. Amma daha qəribə tərəfi isə onun məhkəmədən özü barəsində həbs qərarı verilməsini xahiş etməkdir. Belə ki, təqsirləndirilən şəxs həbs olunmayacağı təqdirdə özünə qəsd edəcəyini bildirib.
“Səbail” QPS-dən (qaz paylayıcı stansiya) qidalanan “Köhnə Qanlı Göl” qaz xətti üzərində yeni qaz tənzimləyici qovşağın birləşmə işləri ilə əlaqədar, 23.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır❗️
"Azəriqaz"dan Milli.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin, Ü.Ələkbərov, R.Tağıyev və 7-ci Alatava küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
🏆⚽️UEFA Çempionlar Liqası, Liqa mərhələsi, III tur
“Atletik Bilbao” 0-0 “Qarabağ”
MATÇ BAŞLADI
UĞURLAR, QARABAĞ!