mubarizler | Unsorted

Telegram-канал mubarizler - MÜBARİZLƏR 5.45 ️

7988

“Facebook”da ermənilərin şikayəti əsasında silinən 179.000 izləyiciyə sahib MÜBARİZLƏR səhifəsinin əvəzində açılan yeni səhifəmiz: ▶️https://www.facebook.com/mubarizler5.45/

Subscribe to a channel

MÜBARİZLƏR 5.45 ️

Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin dekabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb, оnların 20-i Azərbaycan, 6-ı Pakistan, 7-i İran, 3-ü Hindistan, 2-i Əlcəzair, 1-i Tacikistan, 1-i Gürcüstan və 1-i Türkiyə vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 22 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport və özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 834 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 404 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 280 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 100 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata kеçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 357 min 830 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, pnevmatik tapança, gözyaşardıcı qaz balonu, ov tüfənginə məxsus patronlar, spirtli içkilər, müxtəlif adda dərman preparatları, tütün məmulatları və külli miqdarda priotexniki vasitələr saxlanılıb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
https://dsx.gov.az/news/1660

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Laçında həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Türkiyədə İsrailə casusluq etdiyi üçün həbs olunan 33 nəfərin Fələstin, Suriya və Pakistan vətəndaşları olduğu məlum olub!

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Dekabrda Türkiyədən İsrailə ixracat 35% artaraq 430,6 milyon dollar olub. Bu rəqəm noyabrda 319,5 milyon dollar idi.

🤔🤔

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿Ağdam - Xankəndi dəmir yolunun tikintisi davam edir.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Yaşasın Cümhuriyyət! Rədd olsun radikalizm! Vuran əllərinə sağlıq. Get o bayrağı Ərəbistanda aç!

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿Prezident: Heç kim bizim torpağımızda at oynada bilməz!

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Müdafiə naziri general-polkovnik Zakir Həsənov: "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətdə uğurlar arzulayıram."

https://mod.gov.az/az/news/mudafie-naziri-general-polkovnik-zakir-hesenov-31-dekabr-dunya-azerbaycanlilarinin-hemreyliyi-gunu-ve-yeni-il-munas-50556.html

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿🇬🇧Britaniya səfirindən Yeni İl təbriki)

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Azərbaycan Ordusunda cari ilin yekununa dair iclaslar keçirilib

Azərbaycan Ordusunun Baş Qərargahı, Müdafiə Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin sonuna dair yekun iclaslar keçirilib.
Keçirilən iclaslar zamanı Azərbaycan Ordusunun cari ildəki fəaliyyəti geniş təhlil edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətə çatdırılıb.
Hərbi qulluqçuların döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərtərəfli təminatı, o cümlədən qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində görülən işlərdən danışılıb.
Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar nəticəsində əldə edilən nailiyyətlər qeyd edilib və şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın istənilən tapşırığına hər an hazır olduğu xüsusi vurğulanıb.
İclaslarda növbəti ildə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, sosial-məişət şəraitinin yaxşılaşdırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək tədbirlər və perspektiv planlar müzakirə olunub.
Sonda cari ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunublar.

https://mod.gov.az/az/news/azerbaycan-ordusunda-cari-ilin-yekununa-dair-iclaslar-kecirilib-50533.html
____

В Азербайджанской Армии состоялись заседания по итогам года

В Генеральном штабе Азербайджанской Армии, в главных управлениях, управлениях, службах и самостоятельных отделах Министерства обороны, а также во всех видах войск и специальных военно-учебных заведениях состоялись заседания по итогам 2023 года.
В ходе заседаний был проведен обстоятельный анализ деятельности Азербайджанской Армии в текущем году, до личного состава еще раз были доведены задачи, поставленные перед Армией Президентом Азербайджанской Республики, Верховным Главнокомандующим Вооруженными Силами Ильхамом Алиевым.
Был отмечен высокий уровень боевой подготовки и морально-психологического состояния военнослужащих. Говорилось о проделанной работе в направлении патриотического воспитания личного состава, всестороннего обеспечения, в том числе комплектования войск профессиональными кадрами.
Были отмечены достижения в результате успешных реформ в Азербайджанской Армии, особо подчеркнута готовность личного состава в любой момент выполнить любую задачу Верховного Главнокомандующего.
На заседаниях были обсуждены предстоящие в следующем году меры и планы по организации служебно-боевой деятельности на высоком уровне, улучшению социально-бытовых условий, повышению знаний и навыков военнослужащих.
В заключение были награждены военнослужащие, отличившиеся на военной службе по итогам текущего года.

https://mod.gov.az/ru/news/v-azerbajdzhanskoj-armii-sostoyalis-zasedaniya-po-itogam-goda-50534.html

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿Ceyhun Bayramov:

“Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik”

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri olmuş Samvel Şahramanyana xəbərdarlıq edib.

Buna səbəb Şahramanyanın İrəvanda mühafizəçi və kortejlə hərəkət etməsi olub.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Dekabrın 25-də saat 20:05-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşları − 2001-ci il təvəllüdlü Ali Sajjad Muhammad Amin, 1991-ci il təvəllüdlü Mir Muhammad Khan Nadar və 1995-ci il təvəllüdlü Khan Rabani Muhammad Ashıq saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1655

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

https://www.youtube.com/watch?v=yoHCcVKphJ4

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Ordu.az-a bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir. Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Faktla bağlı araşdırma aparılır.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇹🇷 Türkiyə MN: "Azərbaycan da daxil dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam edirik"

Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kont-admiral Zeki Aktürk Türkiyənin Azərbaycan da daxil olmaqla dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam etdiyini bildirib.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿Elçin Əmirbəyov: “Ermənistan Zəngəzur dəhlizinin bərpası ilə bağlı işlərə başlamayıb”

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun xatirəsi yad edilib.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿Prezident: Azərbaycanda separatizmin kökü kəsildi. Bir daha bu bəla bizim torpağımızda baş qaldıra bilməz.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Əziz Sərhədçilər!

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə sizi, veteranlarımızı və torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladlarının ailə üzvlərini ürəkdən təbrik edirəm.

Əminəm ki, ötən ildə olduğu kimi, yeni 2024-cü ildə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin etimadını doğruldacaqsınız.

Hamınıza Vətənə xidmətə görə təşəkkür edir, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram!

Bayramınız mübarək!

Hörmətlə,
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

https://youtu.be/ctGIUQZXOxE?si=wEifEI-VnIYDl5Yx

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin daim diqqət mərkəzində saxlanılması üzrə həyata keçirdiyi dövlət siyasətini rəhbər tutaraq Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti sərhədlərimizin mühafizə və müdafiəsi, eləcə də Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması zamanı şəhidlik zirvəsinə yüksəlmiş sərhədçilərin ailələrini ziyarət edib.

Müxtəlif bölgələrdə keçirilmiş görüşlərdə iştirak edən hərbi qulluqçular şəhidlərin ailə üzvləri ilə söhbətlər apararaq onların qayğıları ilə maraqlanıb, şəhidlərimizin bizlərə əmanəti olan övladlarına bayram hədiyyələrini təqdim ediblər.

Döyüşlərdə qəhrəmancasına vuruşmuş vətən övladlarının şücaətindən danışılıb, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin müqəddəs vəzifəsi olduğu vurğulanıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib, əlamətdar günlərdə belə ziyarətlərin dövlətimizin şəhidlərə ehtiramının bariz nümunəsi olduğunu qeyd ediblər.
https://dsx.gov.az/news/1657

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿Ceyhun Bayramov:

Azərbaycan və Ermənistan arasında bütün görüşlər zamanı 8 kəndin qaytarılması məsələsi qaldırılır.

Hesab edirik ki, bu delimitasiya ilə bağlıdır və bildiyiniz kimi delimitasiya məsələsi texniki məsələdir. Sülh müqaviləsində isə ümumi prinsiplər əks olunur. Ancaq əgər biz sülh müqaviləsinin tez zamanda imzalanmağını istəyiriksə, bu iki prosesi ayırmalıyıq

Bu səkkiz kəndin də öz spesifikası var, bu kəndlərdən 4-ü anklav, digər 4-ü isə anklav kəndlər deyil.

Bizim yanaşmamız ondan ibarətdir ki, prosesdə müəyyən ardıcıllıq ola bilər və qarşılıqlı müzakirə formasında davam edə bilər. Ermənistanın da öz iddiaları, sərhədlərlə bağlı öz baxışları var.

Ancaq biz yaşayış məntəqələrindən danışırıq. Bu kəndlərin kimə məxsusluğu mübahisə mövzusu deyil, aydındır ki, Sovet dönəmində bu kəndlərdə kimlər yaşayıb.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿Ceyhun Bayramov:

İrandakı səfirliyimizdə cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq qərar qəbul olunacaq. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkün olacaq.

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

🇦🇿 Elçin Əmirbəyov: “Sülh yaxındır, lakin Ermənistan nəticələrə səmimi yanaşmalıdır”

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması istiqamətində görülən işlər davam edir.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əmiliyyat-taktiki fakültənin təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev kursu müvəffəqiyyətlə başa vuran zabitləri müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyəti adından təbrik edib. Kurs iştirakçılarına gələcək xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
Kursda çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

https://mod.gov.az/az/news/herbi-idareetme-institutunda-buraxilis-merasimi-kecirilib-50512.html
____

В Институте военного управления состоялась церемония выпуска

По поручению Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Вооруженными силами Ильхама Алиева продолжается работа по дальнейшему повышению уровня подготовки, знаний и навыков военнослужащих, несущих службу в рядах армии.
В Институте военного управления Национального университета обороны состоялась церемония по случаю очередного выпуска курса усовершенствования оперативно-тактического факультета.
Сначала минутой молчания была почтена память Общенационального лидера азербайджанского народа Гейдара Алиева и шехидов, отдавших жизнь во имя территориальной целостности нашей страны. Был исполнен Государственный гимн Азербайджанской Республики.
Ректор Института военного управления, доктор национальной безопасности и военных наук, профессор, полковник Бабир Гулиев от имени министра обороны генерал-полковника Закира Гасанова и других представителей руководящего состава министерства поздравил офицеров, успешно окончивших курс, и пожелал им успехов в дальнейшей службе.
Выступившие отметили важность проведения подобных курсов для повышения уровня профессионализма и боеспособности военнослужащих.
В заключение выпускникам были вручены сертификаты, было сделано фото на память.

https://mod.gov.az/ru/news/v-institute-voennogo-upravleniya-sostoyalas-ceremoniya-vypuska-50513.html

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməyə cəhd edən şəxslər saxlanılıb.

Dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 4 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.

Sərhəd naryadının sayığlığı və peşəkarlığı nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən sərhəd pozucularından biri Yardımlı rayon Ostayır kənd sakini − Rəhimov Xalid Teyyub oğlu saxlanılıb.

Əraziyə keçirilən baxış zamanı ümumi çəkisi 64 kiloqram 332 qram narkotik vasitə (64 kiloqram 300 qram marixuana, 32 qram tiryək)100 ədəd psixotrop tərkibli "Dimenhydrinate 50 mg - Jalinous" həbləri aşkar edilərək götürülüb.

Ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək hadisə yerindən uzaqlaşmağa nail olan cinayətkar dəstənin digər üzvlərinin şəxsiyyətləri müəyyənləşdirilərək dekabrın 25-də Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş təxirəsalınmaz sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 00:35-də Yardımlı rayon sakinləri − Rəhimov Saiq Teyyub oğlu və Cabbarov Cavid Əliisa oğlu, saat 10:30-da isə axtarışı davam edən digər qaçaqmalçı Qasımov Nurlan Fitat oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1654

Читать полностью…

MÜBARİZLƏR 5.45 ️

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.
General-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib. Bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

https://mod.gov.az/az/news/azerbaycan-ve-turkiyenin-mudafie-nazirleri-arasinda-telefon-danisigi-olub-50501.html
____

Состоялся телефонный разговор между министрами обороны Азербайджана и Турции

24 декабря состоялся телефонный разговор между министром обороны Азербайджанской Республики генерал-полковником Закиром Гасановым и министром национальной обороны Турецкой Республики Яшаром Гюлером.
Генерал-полковник З.Гасанов выразил соболезнования в связи с вестью о гибели и ранении военнослужащих Вооруженных Сил Турции в результате совершённого 22 декабря 2023 года вероломного нападения террористов на севере Ирака. Было выражено решительное осуждение любых проявлений терроризма и неизменная поддержка Вооруженных Сил братской Турции в непримиримой борьбе с терроризмом.
От имени личного состава Азербайджанской Армии и от себя лично министр обороны выразил глубокие соболезнования семьям, родным и близким погибших и пожелал исцеления раненым.
В ходе телефонного разговора также были обсуждены вопросы региональной безопасности и другие вопросы, представляющие взаимный интерес.

https://mod.gov.az/ru/news/sostoyalsya-telefonnyj-razgovor-mezhdu-ministrami-oborony-azerbajdzhana-i-turcii-50502.html

Читать полностью…
Subscribe to a channel