🔊 Əssələmu aleykum və rahmətullah. Əziz müsəlmanlar! Sizlər üçün telegramda faydalı və səhih kanalları bir araya topladıq. Bir-bir linklərə daxil olaraq bəyəndiyiniz kanala daxil olub, aşağıda join (katıl) yazısının üzərinə vurun. Rəbbim sizlər üçün faydalı etsin. Yaxınlarınız ilə paylaşmağı unutmayın.
📮 t.me/ffayda
📮 t.me/oxucal
📮 t.me/quran_03_02
📮 t.me/islaminesaslari
📮 t.me/muvatta
📮 t.me/Peygemberinmirasi
📮 t.me/elmlefaydalan
📮 t.me/tekdinimizislam
📮 t.me/z_zikr
📮 t.me/iibnTeymiyye
📮 t.me/ixlas_ve_Sunne
📮 t.me/Qurani_Kerimm
📮 t.me/sehabelerinheyati
📮 t.me/medinemedresesi
Ən axmaq insan
Ömər ibn Abdul Əziz (Allah ona rəhmət etsin) yanında oturanlara müraciət edərəb belə dedi:
İnsanlar içərisində ən axmaq olan kimdir?
Orda olanlar: "Axirətini dünyaya satıb dəyişən" dedilər.
Ömər isə onlara " Sizə ondan daha axmağını xəbər verimmi ?" dedi.
Onlarda: " Əlbəttə xəbər ver dedilər"
Ömər dedi: "Ən axmaq kəs Axirətini özünün deyildə başqasının düyasına görə satıb dəyişəndir"
بيان العلم وفضله: [82/2]
Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu:
Kim Ramazan orucunu tutar, sonra da şəvvaldan altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar.
• Muslim 1164
• Əbu Davud 2433
• Tirmizi 759
📢Bayram qabağı bilinməsi zəruri olan məlumatlar:
1. Bayram namazından əvvəl çimmək və gözəl paltar geyinmək. İbn Ömər (radiyallahu anhuma) belə edərdi.
2. Bayram namazına evdən çıxmadan əvvəl tək sayda xurma yemək sünnətdir. Üç, beş və daha çox tək sayda xurma yemək olar. Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Fitrə bayramı günü tək sayda xurma yeməmiş çölə çıxmazmış.
3. Bayram günü sünnətdir ki, evdən bayram namazı qılınan musallaya (və ya məscidə) gedərkən və imam namazı qıldırmağa gələnə kimi təkbir gətirmək. İbn Ömər (radiyallahu anhuma) Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edir.
Kişilər ucadan, qadınlar isə sakit təkbir gətirir.
”Allahu Əkbər, Allah Əkbər, Lə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil həmd.”
Və ya
”Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah, Allahu Əkbər, Allahu Əkbər, Və lilləhil həmd.”
❗Birlikdə xor şəkilində təkbir gətirmək bidətdir. Nə Peyğəmbər (sallallahu əleyhi və səlləm) bunu edib, nə də ki, onun səhabələri. Hər kəs təklikdə özü üçün təkbir etsin.
4. Ayaqla gəzərək bayram namazına getmək sünnətdir. Əli (radiyallahu anhu) deyib ki, bayram namazına ayaqla getmək sünnətdir.
5. Bayram namazına gedərkən bir yolla, evə qayıdarkən isə başqa yola getmək sünnətdir. Cabir (radiyallahu anhu) Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edib.
6. Bayram namazından əvvəl və sonra heç bir sünnət namazı yoxdur. Namaz qılınan yerə gəlinir və heç bir sünnət namazı qılmadan imam gələnə kimi oturulur. İmam gəldikdən sonra imamla bayram namazı qılınır.
Bayram namazı günəş çıxdıqdan sonra azansız və iqaməsiz qılınır.
Bayram namazı iki rükətdən ibarətdir. Birinci rükət 7 təkbirdən, ikinci isə 5 təkbirdən ibarətdir. Bayram namazında Əla və Ğaşiyə və ya Qaf və Qamər surələrini oxumaq sünnətdir. Xütbə bayram namazından sonra verilir.
7. Qadınların bayram namazında iştirak etməsi təkid edilmiş sünnətdir.
Heyzli qadınlar da bayram namazında iştirak edə bilərlər, amma namaz qılınan yerdən (məsicddən və ya musalladan) qıraqda durmalıdırlar. Onlar zikrləri eşidər və xütbədən faydalanarlar.
8. Əgər Fitrə bayramı cümə gününə düşərsə, bayram namazı qılana cümə namazı qılmaq vacib deyil.
9. Bayram günü insanlar bir- birilərini ''Allah bizdən və sizdən qəbul etsin'' deyərək təbrik edə bilərlər.
Təbrik edərkən əllə görüşmək və qucaqlaşmaq icazəlidir. Və həmçinin bayram münasibəti ilə hədiyyə vermək və almaq da icazəlidir.
10. Fitrə bayramı cəmi bir gündür, Qurban bayramı isə üç gün.
12. Bayram günü oruc tutmaq qadağandır.
13. Bayram günü dəf çalmaq yalnız qadınlara icazəlidir.
14. Məhz bayram günlərini xüsusiləşdirərək qəbirstanlığa ölüləri ziyarət etməyə getmək bidətdir.
📝 Məqalə əsasən Şeyx Fovzanın (hafizahullah) aşağıdakı linkdəki dərsinə əsasən tərtib edilib.
www.alfawzan.af.org.sa/node/14073
Ramazan bayramının ədəbləri:
Öyrənin, övladlarınıza öyrədin!
1. Qüsl almaq.
Bayram namazına getməmişdən əvvəl müsəlman qüsl almalıdır.
AbduLLah ibn Ömər (Allah ondan da, atasından da razı olsun) Fitrə (Ramazan) Bayramı üçün namaza getməmişdən əvvəl qüsl alardı.
İmam Malik, Muvatta.
Ən-Nəvəvi (Allah ona rəhmət etsin) bayram günü qüsl almağın müstəhəb (bəyənilən) əməl olduğunu qeyd etmişdir.
2. Evdən çıxmazdan əvvəl nəsə yemək.
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Fitrə Namazına getməzdən əvvəl tək sayda xurma yeyərək evdən çıxardı. Buxari.
İbn Həcər (Allah ona rəhmət etsin) hədisin şərhində bildirmişdir ki, bu, müstəhəb bir əməldir, səbəbi isə Bayram Gününün artıq oruc tutulmayacağını təkidlə qəsd etməkdir. (Fəth ül-Bari)
Həmçinin bu sünnə xüsusiyyət Fitrə (Ramazan) bayramını Qurban bayramından fərqləndirir. Belə ki, qurban kəsən şəxs bu ibadəti yerinə yetirənədək heç nə yeməməlidirsə, Ramazan bayramında bunun əksini etmək gərəkdir.
3. Bayram günü təkbir demək.
Bu həmin günün ən böyük sünnələrindən biridir. AbduLLah ibn Ömər (Allah ondan razı olsun) namaz qılınan yerə çatanadək təkbir deyər və daha sonra imam gələnədək buna davam edərdi.
Daraktuni
Təkbir Bayram Namazından əvvəlki gün Məğrib namazı girdikdən sonra deyilməyə başlayır.
İbn Məsuddan (Allah ondan razı olsun) səhih olaraq, rəvayət edilməsinə əsasən təkbir bu formada deyilə bilər:”Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illAllah. Va Allahu Əkbər, Allahu Əkbər va liLLahil-həmd”.
İbn Əbi Şeybə, Müsənnaf.
4. Bayram münasibətilə təbrik etmək.
Namazdan sonra müsəlmanların bir-birini ən gözəl sözlərlə təbrik etməsi də sünnədir.
Cübeyr ibn Nufeyr bildirir ki, Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) vaxtında insanlar Bayram Günü bir-birilə görüşərkən “təqəbbəlAllahu minnaa və minkə” (“Allah sizdən də bizdən də qəbul etsin”) deyərdilər.
İbn Həcər “Fəth ülBari”.
5. Bayram günü gözəl geyinmək.
Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Bayram və Cümə günlərində cübbəsini geyərdi.
Səhih ibn Xuzeymə
AbduLLah ibn Ömər (Allah ondan da, atasından da razı olsun) Bayram günlərində özünün ən gözəl paltarını geyərdi.
Beyhəqi
Qadınlara gəldikdə isə onlara məhrəm olmayan yad kişilərin yanında bəzəkli hicablarla gəzməkdən maksimal dərəcədə çəkinməlidirlər.
6. Namazdan geri qayıdarkən başqa yolla gəlmək. Cabir ibn AbduLLah (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Bayram namazından geri qayıdarkən başqa yolla gələrdi. Buxari
Bu sünnədəki hikmət, müsəlmanların daha çox bir-birləri ilə qarşılaşıb bayramlaşmaları, həmçinin insanların İslamın əlamətlərini, müsəlmanları hər təfərdə görərək bu günün Bayram olduğunu unutmamaları üçündür.
Ummu Abdul-Aziz
_____________________
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ramazan ayında nə etməli?
Üçüncü – Allah Təalanın oruc tutanlara hazırladığı böyük savabı hiss etmək, ona yəqin inanmaq.
-Allah üçün 1 gün oruc tutanı, Allah 70 il Cəhənnəmdən uzaq tutar, bəs onda 1 ay tutanı fikirləşin.
-Oruc, qiyamət günü sahibinə Cənnətə girənə qədər şəfaət edər.
-Cənnətdə bir qapı var ki, adı Rəyyandır, ordan isə yalnız oruc tutanlar daxil olarlar.
-Ramazan ayının orucu, ondan əvvəl olan bütün günahları yuyub aparar.
-Ramazan ayında Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar.
-Ramazanda oruc tutanı duası qəbul olunar.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ramazan ayında nə etməli?
İkinci – Peyğəmbərimiz (Allahn ona salavat və salamı olsun) səhabələrini bu ayın gəlməsi münasibəti ilə müjdələyərdi və deyərdi: “Sizə Ramazan ayı gəldi, mübarək ay. Allah sizə oruc tutmağı əmr etdi”. Bu hədis də, Ramazan ayının çox əhəmiyyətli ay olduğuna dəlalətdir. Bu aydan faydalı və səmərəli istifadə etmək lazımdır.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
İFTAR AÇARKƏN EDİLƏN DUA
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) İftar edərkən belə deyərdi:
«ذَهَبَ الظَّمَأُ، وَابْتَلَّتِ الْعُرُوقُ، وَثَبَتَ الْأَجْرُ إِنْ شَاءَ اللّه»
"Zəhəbəz-zaməu, vabtəllətil uruq, va səbətəl əcru in şəə Allah"
[Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıldı.]
Əbu Davud 2357. Albani, sahihul cami 4678. (həsən)
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
əssələmu aleykum əziz müsəlmanlar
Bəzi müsəlman ölkələrində Ramazanın hilalı (ayı) göründü. Sabah 13 aprel Ramazanın 1 idir. Allah bizi bu ayı savabını Ondan umaraq oruc tutub qiyamda keçirənlərdən etsin!
Ənəs ibn Malik (Allah ondan razı olsun) - Peyğəmbər ﷺ ən sevdiyi rəng yaşıl idi. [əl-Bazzar 171 - yaxşı sənədlə. əl-Albani]
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
OLDU ilə ÖLDÜ arasında sadəcə dörd nöqtə fərq var. Bu dünyanın keçici olduğunu unutmamaq üçün sadəcə bir xatırlatma idi.
Читать полностью…(Səhihu-l-Buxari, 3/166, Səhih Muslim, 4/2011)
Ummu Kulsim demişdir (Allah ondan razı olsun): Peyğəmbərin üç şeydən başqa insanlara yalan danışmağı güzəştə getdiyini görməmişəm; döyüşdə düşmənə, insanların arasında islah etmək üçün, kişinin öz qadınına və qadınının öz ərinə danışdığı yalan”. (Səhihu Muslim, hədis 2605)
1 Aprel – heç kimə inanma!
Aprel ayının birində yalan danışmaq və zarafat etmək adətinin necə yaranması haqda dəqiq məlumat olmasına baxmayaraq bir neçə fikirlər vardır.
1 Apreldə yalan danışmaq adəti Avropada 16-cı əsrdə meydana gəlmişdi. Fransada 1564-ci ildə Karl IX qərar qəbul edir ki, Yeni il 1 apreldən 1 yanvara keçirilsin. Lakin bəzi insanlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdilər və buna görə də başqa insanlar onlarla zarafat edərək onlara boş hədiyyələr verirdilər. Rusiyada isə bu adətin nə vaxt gəlməsi haqda dəqiq məlumat olmasada, XVIII əsrin axırlarından bir çox yazıçıların və şairlərin əsərlərində bu haqda qeyd edilir.
Hazırladı: Emin Zeynal
______________
/channel/muvatta
Qadının ərinə itaət etməsinin, çox böyük fəziləti var.
Şeyxul İsləm ibn Teymiyyə(Allah ona rəhm etsin) belə buyurur:
"Evli bir qadının ərinə itaət etməsi, ata anasına itaət etməsindən daha fəzilətlidir."
Əl Fətəvə 10\428
____________
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Hicri təqvimində olan aylar ardıcıl şəkildə:
1) Muhərrəm;
2) Səfər;
3) Rabiul-Əvvəl;
4) Rabius-Səni;
5) Cumədəl-Əvvəl;
6) Cumədəs-Səni;
7) Rəcəb;
8) Şaban;
9) Ramazan;
10) Şəvval;
11) Zül-Qadə;
12) Zül-Hiccə.
__________
Muvatta - Sosial şəbəkələrdə
QARDAŞ`ının ayıbını axtaranlara ...
Əbu Hatim ibn Hibban əl-Busti demişdir:
- Ağılı olan kəs gərək insanların ayıblarını aramaqdan çəkinərək, öz ayıblarını islah etməklə məşğul olsun. Kim başqalarının ayıblarını deyil, öz ayıblarını islah etməklə məşğul olarsa bədənini rahat edər və qəlbini yormaz. Hər dəfə özünün bir ayıbı yada düşdükdə qardaşının ayıbını yaddan çıxarar. Öz ayıblarını deyil, başqalarının ayıblarını arayıb araşdıranların isə qəlbi kor olar, bədəni yorular və öz ayıblarından yaxa qurtara bilməz.
[“Raudatul-uqalə” səh,131]
Böyük alim sual verəni məclisdən niyə qovdu ?!
Böyük alimlər şurasının üzvü, möhtərəm alim Muhamməd Muxtar Şinqitiyə bir tələbə belə bir sual verir :
- Şeyx, anam mənə qəzəbli olduğu halda mən evdən çıxıb dərsə gəlmişəm. Elm məclisinin fəziləti mənə aiddirmi ? Yəni mənim də günahlarım və anama qarşı bu günahım bağışlanarmı ?
Şeyx :
- Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə demişdir "Bir qövmdə qohumluq əlaqələrini kəsən varsa o qövmə rəhmət nazil olmaz". Ona görə də bu məclisimizə görə Allahdan qorxun !
Mən dərslərimdə valideynini qəzəbləndirən və qohumluq əlaqələrini kəsənlərə dərslərimdə, mühazirələrimdə oturmağa halallıq vermirəm !
Kim valideyni razı salarsa Allah ondan razı qalar, kim valideyni qəzəbləndirərsə, Allah ona qəzəblənər. Sən də indi, bu dəqiqə bizim məclisi tərk et. Get valideynindən razılığını istə !!!
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
🌙 Bayram təkbirləri 🌙:
"Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər, va lilləhil-həmd".
"Musnəd ibn Əbi Şeybəh", 5679.
🔔 Ramazan bayramı təkbirləri Ramazanın son günü günəş batdıqdan sonra başlayır və imam bayram namazını qıldırmaq üçün namazgaha gələnə qədər davam edir.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Əssələmu aleykum va rahmətullahi və bərakətuhu əziz müsəlmanlar
SƏUDİYYƏ ƏRƏBİSTANINDA AY GÖRÜNDÜ
İNŞƏALLAH SABAH RAMAZAN BAYRAMIDIR
Rasulullah ﷺ buyurur: “Əməllər niyyətlərə bağlıdır. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır...” (əl-Buxari, 1)
Читать полностью…Quranın 30 cüzünü endirmədən sadece toxunun və dinləyin!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Juz 1 ⇨ http://j.mp/2b8SiNO
Juz 2 ⇨ http://j.mp/2b8RJmQ
Juz 3 ⇨ http://j.mp/2bFSrtF
Juz 4 ⇨ http://j.mp/2b8SXi3
Juz 5 ⇨ http://j.mp/2b8RZm3
Juz 6 ⇨ http://j.mp/28MBohs
Juz 7 ⇨ http://j.mp/2bFRIZC
Juz 8 ⇨ http://j.mp/2bufF7o
Juz 9 ⇨ http://j.mp/2byr1bu
Juz 10 ⇨ http://j.mp/2bHfyUH
Juz 11 ⇨ http://j.mp/2bHf80y
Juz 12 ⇨ http://j.mp/2bWnTby
Juz 13 ⇨ http://j.mp/2bFTiKQ
Juz 14 ⇨ http://j.mp/2b8SUTA
Juz 15 ⇨ http://j.mp/2bFRQIM
Juz 16 ⇨ http://j.mp/2b8SegG
Juz 17 ⇨ http://j.mp/2brHsFz
Juz 18 ⇨ http://j.mp/2b8SCfc
Juz 19 ⇨ http://j.mp/2bFSq95
Juz 20 ⇨ http://j.mp/2brI1zc
Juz 21 ⇨ http://j.mp/2b8VcBO
Juz 22 ⇨ http://j.mp/2bFRxNP
Juz 23 ⇨ http://j.mp/2brItxm
Juz 24 ⇨ http://j.mp/2brHKw5
Juz 25 ⇨ http://j.mp/2brImlf
Juz 26 ⇨ http://j.mp/2bFRHF2
Juz 27 ⇨ http://j.mp/2bFRXno
Juz 28 ⇨ http://j.mp/2brI3ai
Juz 29 ⇨ http://j.mp/2bFRyBF
Juz 30 ⇨ http://j.mp/2bFREcc
Muvatta
/channel/muvatta
Ramazan ayında nə etməli?
Birinci – Ən əsası və ən əhəmiyyətlisi, orucu tutarkən niyyəti sidq ürəkdən, ixlasla Allah üçün etmək. Bunu məhz Allahın əmri olduğu üçün və Onun rizası üçün yerinə yetirmək. Çünki ixlas, itaətlərin cövhəridir, əməllərin ruhudur, bütün saleh əməllərin açarıdır, kainatın Rəbbi olan Allahının müvəffəqiyyətinə əsas amildir. Allah Təala Qur’ani Kərimdə bizə əmr etmişdir: “Onlar yalnız ixlasla (sidq ürəkdən) Allaha ibadət etməyə əmr olunublar”.(Əl-Bəyyinə. 5)
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
(إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا)
Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!
[سورة اﻷحزاب 56]
əl-Əhzab 56
Peyğəmbər (Allahın ona salavat və salamı olsun):
«Vay olsun insanları güldürmək üçün yalan danışanların halına, vay olsun, vay olsun!».
[Sunənu Əbu Davud, hədis 4992, Sünən əd-Dərimi, hədis 2758]
1 APREL
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Yalan danışan kəs bilməlidir ki, danışdığı yalanlara görə sabah Allah qarşısında cavab verəcəkdir. Düzgünlük öz sahibini Cənnətə apardığı kimi yalan danışmaq da öz sahibini Cəhənnəmə aparır.
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Doğruluqdan əl çəkməyin! Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət Allah yanında doğruçu sayılır. Yalandan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət Allah yanında yalançı sayılır”. (Səhih əl-Buxari, 7/95, Səhih Muslim 4/2012)
Uca Allah buyurur: Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar. (ən-Nəhl, 105)
Başqa ayədə buyurur: De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”. (Yunus, 69)
Quran və sünnədə yalanın haram olması barədə dəlillər çoxdur. Yalan danışmaq günahla yanaşı həm də münafiqlərin əlamətlərindəndir.
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Münafiqin əlaməti üçdür; danışdıqda yalan deyər, vəd verdikdə ona əməl etməz, əmanətə xəyanət edər”. (Səhih əl-Buxari 1/14, Səhih Muslim 1/78)
Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: «Münafiqlik yalan üzərində qurulmuşdur».
Uca Allah buyurur: «Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun». (ət-Tövbə, 119)
Bəzi insanlar ətrafındakı insanları güldürmək üçün yalandan şeylər danışırlar. Belə insanlara Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəbərdarlıq edərək buyurur: «Vay olsun insanları güldürmək üçün yalan danışanların halına, vay olsun, vay olsun!». (Sunənu Əbu Davud, hədis 4992, Sünən əd-Dərimi, hədis 2758)
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Mən zarafat edirəm, amma heç vaxt yalan danışmıram». Tabarani, əl-Mudjam əl-Kəbir (319/12). Albani hədisi səhihləşdirmişdir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mən haqq olaraq mübahisəni tərk edən kəsin Cənnətə sığınmağına, zarafat etdikdə belə yalanı tərk edənə Cənnətin ortasında, əxlaqını gözəlləşdirən şəxsin Cənnətin yuxarısında evi olmasına zamin duraram“. (Sunən Əbu Davud 4/253)
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, (səhabələr) dedi: “Ey Allahın elçisi! Sən bizimlə zarafat edirsən?” O dedi: “Mən yalnız haqqı deyirəm!”. (Əbədul-Mufrad, hədis 265)
İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: “Əhli sünnənin məzhəbinə görə yalan bir şeyin əksini qəsdən və ya bilmədən xəbər verməkdir. İnsan bunu bilmədən etdiyinə görə günah qazanmasa da, bilərəkdən etdiyinə görə günah qazanır”. (əl-Əzkər kitabı, 326)
Müsəlman olan kəs eşitdiyi hər bir şeyi danışmamalı ilk olaraq onu dəqiqləşdirməlidir.
Ömər İbnul-Xəttab (Allah ondan razı olsun) demişdir: “Yalançı olmaq üçün insana hər bir eşitdiyini danışması kifayətdir”.
Abdurrahman ibn Məhdi (Allah ona rəhmət eləsin) demişdir: “İnsan o vaxta qədər nümunəvi imam olar ki, eşitdiyi hər şeyi danışmasın”. (Muqaddimətu Muslim, 1/11)
Mücahid (Allah ona rəhmət eləsin) demişdir: «Doğrudan da hər bir kəlmə yazılır, hətta insan uşağını susdurmaq üçün sənə filan şeyi alacam deyib sonra almadıqda da yalançılardan yazılır”.
Bəzi hallar vardır ki, o hallarda şəriət yalan danışmağa icazə vermişdir.
Ummu Külsüm bintu Uqbəh (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İnsanların arasını düzəltmək üçün yaxud xeyir söyləyən yalançı deyildir”.
Ömər bin əl-Xattab:
- Əgər görsəniz ki, sizlərdən birisinin ayağı sürüşüb yıxılsa, düzəldin, onun üçün dua edin, onun əleyhinə olaraq şeytana yardım etməyin. (yəni onu söyməyin...)
[Tafsir al-Qurtubi, 15/256]
Qeyd: burada yıxılmaq dedikdə, doğru yoldan azmaq anlamına gəlir.
______
Muvatta