🔥Novruz🔥 günündən çəkindirən səhabə
Abdullah ibn Amr (Allah ondan razı olsun) demişdir:
- Hər kim əcəmilərin torpaqlarında yaşayıb onların novruz və mehrican bayramlarını qeyd edər, onlara bənzəyərsə və bu halda ölərsə, o kimsə qiyamət günü onlarla birgə həşr olar.
(Beyhəqi, 9/234 "Sünənil- Kubra" əsəri; səhih sənədlə rəvayət olunub)
Əziz qardaşlarım!
Osman bin Hakim (rahiməhullah) buyurur:
Dində səndən üstün, dünyada səndən aşağı birisi ilə dostluq et.
[Əs-Samt, s.45]
İbn Qudəmə deyir:
- Bir gün içində olduğum karvan Suriyada bədəvilər tərəfindən qarət edilir və kisələrimiz həmin quldur dəstənin əmirin önünə qoyulur. Kisələrdən çıxan badam və şəkəri görən bədəvi dəstə onları yeməyə başlayır amma başçıları heçnə yemir.
Bunu görərək heyrətlə ondan soruşdum:
"Sən niyə yemirsən?"
O da cavabında oruclu olduğunu söylədi.
Mən təəccüblə ona dedim:
"Sən yolları kəsir, insanları qarət edir, öldürür və daha sonra oruc tutursan?!"
O dedi: Ey şeyx, biz hər zaman Allahla olan barışığı və münasibəti açıq tutmalıyıq.
İllər sonra mən onu Kəbə ətrafında təvaf edərkən gördüm. O artıq təqva sahibi biri və pis işləri tərk etmişdi. Mən onunla üzbəüz gəldim, dedim “axı sən həmin adamsan” və o məni tanıyaraq dedi: "Ey şeyx, Allah tutduğum orucla məni bu məqama çatdırdı!"
Kitabu’t tevvabin/1/276
İbn Qudəmə əl-Məqdisi
Zahir Əhməd
MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ənəs (Allah ondan razı olsun) deyir ki,
Peyğəmbər ﷺ (oruclu olarkən) namazı (məğribi) qılmadan öncə bir neçə yaş xurma ilə orucunu açardı. Əgər yaş xurma olmasaydı onda adi xurma ilə iftar edərdi. Əgər xurma da olmasaydı o zaman bir neçə qurtum su ilə iftar edərdi.
Həsənun Səhih. əs-Silsilətus Səhihə: № 2065. Əbu Davud: 6/ 481/ 2339. Tirmizi: 2/ 102/ № 692.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:
Sizə Ramazan ayı, mübarək bir ay gəldi. İzzət və Cəlal sahibi Allah bu ayda oruc tutmağı sizə fərz etmişdir. Bu ayda Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar, azğın şeytanlar isə zəncirlənər. Bu ayda bir gecə vardır ki, min aydan daha xeyirlidir. Kim onun xeyrindən məhrum olarsa, həqiqi məhrumdur.
[Əhməd 7148. Nəsai 2106. Albani, səhih tərğib 999. səhih]
Ramazan ayında nə etməli?
Altıncı – Bu ayın bə’zi xüsusiyyətləri varki, başqa aylarda yoxdur.
-Oruc tutanın ağzının qoxusu, Allahu Təalanın qatında misk qoxusundan da gözəldir.
-Mələklər oruc tutanlara, iftarlarını açanadək istiğfar edirlər, Allahdan onlara bağışlanma diləyirlər.
-Cənnətin qapıları açılar və Cəhənnəmin qapıları bağlanar bu ay.
-Bu ayda Qədr gecəsi deyilən bir gecə varki, bu ayın fəziləti və savabı min ayın savabına bərabərdir.
-Ramazanın son gecəsi oruc tutanları günahları bağışlanır.
-Ramazanın son gecəsi bə’zi insanları Allahu Təala Cəhənnəm odundan qurtaracaq.
Yeddinci – Peyğəmbərimiz (Allahn ona salavat və salamı olsun) buyurub: “Allah Təala deyib: “Adəm oğlunun bütün əməlləri onun özünədir, yalnız oruc mənimdir, onun savabını özüm verəcəm”. Deməli oruc tutanın savabını heç kim bilə bilməz, bunu Allah Təala xüsusi olaraq mükafatlandıracaq.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ramazan ayında nə etməli?
Üçüncü – Allah Təalanın oruc tutanlara hazırladığı böyük savabı hiss etmək, ona yəqin inanmaq.
-Allah üçün 1 gün oruc tutanı, Allah 70 il Cəhənnəmdən uzaq tutar, bəs onda 1 ay tutanı fikirləşin.
-Oruc, qiyamət günü sahibinə Cənnətə girənə qədər şəfaət edər.
-Cənnətdə bir qapı var ki, adı Rəyyandır, ordan isə yalnız oruc tutanlar daxil olarlar.
-Ramazan ayının orucu, ondan əvvəl olan bütün günahları yuyub aparar.
-Ramazan ayında Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar.
-Ramazanda oruc tutanı duası qəbul olunar.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ramazan ayında nə etməli?
Birinci – Ən əsası və ən əhəmiyyətlisi, orucu tutarkən niyyəti sidq ürəkdən, ixlasla Allah üçün etmək. Bunu məhz Allahın əmri olduğu üçün və Onun rizası üçün yerinə yetirmək. Çünki ixlas, itaətlərin cövhəridir, əməllərin ruhudur, bütün saleh əməllərin açarıdır, kainatın Rəbbi olan Allahının müvəffəqiyyətinə əsas amildir. Allah Təala Qur’ani Kərimdə bizə əmr etmişdir: “Onlar yalnız ixlasla (sidq ürəkdən) Allaha ibadət etməyə əmr olunublar”.(Əl-Bəyyinə. 5)
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
• əl-Bəqərə surəsi, 185-ci ayə •
İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
QƏLBLƏR həkimi kimdir?
: بعض الناس يقول إن ابن القيم رحمه الله
هو طبيب القلوب ، لكثرة ما تكلم في هذا الفن في كتبه ؟
العلامة صالح الفوزان حفظه الله :
طبيب القلوب هو الرسول صلى الله عليه وسلم ، ابن القيم مبيّن لطب الرسول صلى الله عليه وسلم ما هو بطبيب القلوب ، طبيب القلوب هو الرسول صلى الله عليه وسلم , نعم .
Sual:
Bəzi insanlar deyirlər ki İbnul Qeyyim (rahiməhullah) qəlblər həkimidir, çox sayda bu ixtisasda kitabında danışdığına görə?
Cavab:
Qəlblər həkimi Allah rəsuludur Allahın salatı və salamı üzərinə olsun, İbnul Qeyyim isə rəsulun Allahın salatı və salamı olsun tibbini izah edəndir və o qəlb həkimi deyil, qəlb həkimi Allahın rəsuludur Allahın salatı və salamı üzərinə olsun, bəli.
Şeyx Salih əl-Fəuzən
8 mart, Klara Setkin və Purim.
Tarixə Leninin məşuqəsi kimi daxil olmuş Klara Setkin kommunist inqilabçıların rəhbərləri üçün xüsusi «ideoloji maariflənmə» gecələri təşkil etməklə də məşhur olub XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq… Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda "bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq… Bu günlərdə, Sovet dönəminin bizə miras qoyub getdiyi və şüurlarımızda ana, bacı, həyat yoldaşı kimi müqəddəs ülvi adlarla assosasiya olan 8 mart bayramını geridə qoyduq. 14 fevral kimi (bu «sevgililər» gününün gerçək tarixçəsi və eləcə də «müqəddəs» deyilən Valentinin məchul kimliyi barədə yazılıb) 8 martın da son dərəcə qarmaqarışıq və ləkəli bir tarixi, onun "banisinin” isə heç də təmiz sayılmayacaq qədər çirkli həyatı var. 8 martın tarixinə baş vurduqda xeyli maraqlı faktlar ortaya çıxır. Məlum olur ki, 8 mart ilk əvvəllər ümumiyyətlə qadınların deyil, yalnız inqilabçı solçu qadınların bayramı kimi qəbul edilib. Bayram günündə onlar küçələrə çıxaraq, cinsi bərabərlik və kommunizmin sosial tələblərinin yerinə yetirilməsini tələb etməli idilər. Belə bir bayramın keçirilməsi təklifinin müəllifi isə milliyyətcə alman-yəhudi qarışığı olan feminist kommunist inqilabçı Klara Setkin olub. O, 1910-cu ildə II İnternasionalın Kopenhagendə keçirilən konfransında qadınların hüquq bərabərliyi uğrunda mücadiləsini xarakterizə edən bayramın qəbul edilməsi təklifi ilə çıxış edir və təqvim günü kimi mart ayının 8-ini təklif edir. Lakin burada başqa bir maraqlı sual ortaya çıxır: belə bir spesifik bayramın keçirilməsi üçün niyə məhz mart ayının 8-i seçilir? Rəsmi versiyaya görə, 1857-ci il mart ayının 8-də Nyu-York şəhərində çalışan qadın tekstil işçiləri şəhərin küçələrində nümayişə çıxaraq məvaciblərinin azlığı və iş şəraitlərinin pis olduğuna etirazlarını bildiriblər. Və Klara Setkin də Kopenhagendəki konfransda məhz bu nümayişə əsaslanaraq, inqilabçı qadınların bayram günü kimi 8 martı təklif edib. Lakin, bayramın tarixi ilə bağlı başqa, Sovet dönəmində dilə gətirilməyən, bir növ hamıdan gizlədilmiş bir versiya da mövcuddur… Bilindiyi kimi, hər bir bayramın müəyyən tarixi əsası və qəhrəmanı olmalıdır. İddialara görə, Setkin də öz milli kimliyindən çıxış edərək belə bir tarixi əsası və qəhrəmanı tapır. Tövratda və eləcə də yəhudi tarixində Ester adlı qadın qəhrəman obrazı var. Yəhudilərin milli və tarixi bayramı olan Purim, məhz İran şahı Kserksin sevimli zövcəsi olan Esterlə bağlıdır. Eramızdan əvvəl 480-ci il. Yəhudilərin Babil əsarətinz son qoyulub. Əhəməni sarayı yəhudilərin Qüdsə geri dönməkdə sərbəst olduqları barədə qərar çıxarır. Lakin yüz ilə yaxın müddət ərzində Babildə qalmış, var-dövlət və imtiyazlar əldə etmiş yəhudilərin əksəriyyəti Babildə qalmağa üstünlük verir. Minlərlə yəhudi Əhəməni imperiyasının şəhərlərində qalmaq qərarına gəlirlər. Bu zaman onların demək olar ki hamısının sosial vəziyyəti son dərəcə geniş və imtiyazlı idi. Bu şərait tezliklə Əhəməni sarayını düşünməyə vadar edir. Ətrafa baxan farslar bu suala cavab tapmağa çalışırdılar: Əhəmənilərmi Qüdsü fəth edib, yoxsa yəhudilərmi Babili? Əhəməni sarayında yüksək vəzifə və nüfuz sahibi olan Haman adlı fars, hökmdar Kserksin yanına gələrək getdikcə nüfuzu və imkanları artan yəhudilər haqqında narahatlıq keçirdiyini dilə gətirir.
Peyğəmbər (səllallahu aleyhi və əlihi və səlləm) buyurur:
Allah mülayimdir və mülayimliyi sevir.
Müslim N:2593
إن الله رفیق یحب الر فق رواه مسلم
Böyük alim olan Sufyan bin Uyeynə'nin (107-198 h) yanında müsəlmanlardan birinin qeybəti edildikdə, belə demişdir:
Dünyanın şərqində (İslama qarşı vuruşan) kafirlərə qarşı döyüşmüsənmi?
Həmin insan:
Xeyr deyə cavab verdikdən sonra
dialoq bu cür davam etmişdir:
- Yaxşı, bəs qərbdə?
- Xeyr.
- Bəs cənubda?
- Xeyr.
- Bəs şimalda?
- Xeyr.
Bundan sonra Sufyan bin Uyeynə (Allah rəhmət etsin) belə buyurdu:
Allahın düşmənləri sənin əlindən rahatlıqda/əmin-amanlıqdadır. Sus ki, müsəlmanlar da sənin dilindən əmin-aman/rahat olsunlar!
[Mənbə. Şuəbul-İman, 5/314]
İslamın Böyük Alimləri İbn Teymiyyə rahiməhullah və İbn Qeyyim rahiməhullahın yatdığı həbsxana. Onlar HAQQI dediklərinə görə bu zindana atılmış və tükənməyən işgəncələrə-iztirablara məruz qalmışlar, lakin bir an belə HAQQDAN üz çevirməmişlər.
Читать полностью…Oruc tutmağın mükafatı
Rəsulullah ﷺ buyurmuşdur:
«Cənnətdə Rəyyan adlı bir qapı vardır ki, bu qapıdan Qiyamət günü yalnız oruc tutanlar daxil olacaqlar»
(Buxari, 1896)
Rəsulullah ﷺ buyurmuşdur:
«Allah buyurdu: "Adəm övladının bütün əməli onun özünə aiddir, yalnız orucdan başqa; o Mənə aiddir və onun mükafatını Mən verəcəm»
(Buxari, Muslim)
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu:
Biz Peyğəmbərlər toplumu iftarı tezləşdirmək, səhuru gecikdirmək və namazda sağ əlimizi sol əlimizin üzərinə qoymaqla əmr olunmuşuq.
[İbn Hibban 1770. Əlbani, sahihul cami 2286, səhih]
[Zəhəbə-z-zaməu, va-b-təlləti-l-uruqi, va səbətə-l-əcru inşə Allah]
«Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıldı!»
Əbu Davud, 2/306 və başqaları rəvayət etmişlər. Bax: «Səhihul Cami», 4/209.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
❗Qur'ana qarşı səhlənkar olanlara xatırlatma
🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂
❓Nə vaxta qədər Qur'andan uzaq düşəcəksən?
❓Nə vaxta qədər onun tilavətindən həzz almaqdan məhrum olacaqsan?
❓Nə vaxta qədər onu oxuyub ibrət alanlardan olmayacaqsan?
🔘 Rasulullah (sallallahu aleyhi va səlləm) xəbər verib ki, Qur'anın hər hərfinə 10 savab vardır. Bunu bildikdən sonra, nə vaxta qədər özünü bu savablardan məhrum edəcəksən?
👉🏻 Bu Qur'an, mübarək bir ayda nazil olub. Allah Təalə buyurur :
🌹 " شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ ۚ"
🌹 "İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Qur'an, Ramazan ayında nazil edilmişdir."
"Əl-Bəqərə" surəsi / 185*
🔹 Bizdən öncəki sələflərimizin də, Ramazan ayı girən kimi ən çox gördükləri iş, Qur'an oxumaq olub. Çünki bu ay, Qur'an ayıdır. Bu ayda da özünü Qur'anla məşğul etmədinsə, bəs nə vaxt Qur'ana vaxt tapacaqsan❓*
🔹Ramazan ayı bir məktəbdir. Özünü Ramazanda islah edə bilməyən, nə vaxt islah edəcək❓
✔ Allahın bu ayəsini oxu və düşün, bəlkə ibrət alıb faydalananlardan oldun
🌹 " وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَٰذَا الْقُرْآنَ مَهْجُورًا "
🌹 "Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək."
"Furqan surəsi" / 30*
❗Elə isə Peyğəmbərin Allaha şikayət etdiyi qövmə bənzəyənlərdən olma. Qur'ana mülazim ol və heç olmasa oxuya bilmirsənsə, bu ayda oxumağı öyrən❗
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ramazan ayında nə etməli?
Dördüncü – Xatırlayaq ki, Peyğəmbərimiz (Allahn ona salavat və salamı olsun) xüsusilə bu ayda ibadətlərini çoxaldardı. Biz də çalışıb bu ayda ibadətlərimizi və saleh əməllərimizi çoxaldaq.
Beşinci – Bu ayda mömin bəndələrə bərəkət verilir. Bu bərəkətin bə’zi zahiri dəlilləri var, məsələn, bu ayda görürsən ki, adamın imanı artır, saleh əməllərə daha çox can atır, günah etməyə ürəyi gəlmir, tez xatırlayır hər şeyi. Bu ayın bərəkətlərindən həmçinin, vaxtın bərəkətidir. Müsəlman bir gündə elə işlər görür ki, bə’zən həmin işləri 1 həftəyə görüb bitirə bilmir. Bu ayda, hətta bədəninə də bərəkət gəlir, sanki özünü qüvvətli kimi hiss edirsən. Yeməyib içməsən də, sanki ibadətlərə qarşi özündə daxili bir qüvvə hiss edirsən, bədənin daha çox təhəmmül edir. Bütün bunlar Ramazan ayının bərəkətindəndir, bundan istifadə et və fürsəti əldən vermə.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ramazan ayında nə etməli?
İkinci – Peyğəmbərimiz (Allahn ona salavat və salamı olsun) səhabələrini bu ayın gəlməsi münasibəti ilə müjdələyərdi və deyərdi: “Sizə Ramazan ayı gəldi, mübarək ay. Allah sizə oruc tutmağı əmr etdi”. Bu hədis də, Ramazan ayının çox əhəmiyyətli ay olduğuna dəlalətdir. Bu aydan faydalı və səmərəli istifadə etmək lazımdır.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Əssələmu aleykum dəyərli Müsəlmanlar!
Allahın izni ilə Ramazan ayı ərzində kanalımızda orucla bağlı hökmlər, fətvalar, bu ayda edilən fəzilətli əməllər və alimlərin sözləri paylaşılacaq. Faydaların daha geniş kütləyə çatması üçün kanalın linkini paylaşmağı unutmayın. Bilin ki, sizin səbəbiniz ilə kimsə kanaldan faydalanarsa, bu sizin üçün axar sədəqə hökmünə daxil olur.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muva
Əssələmu aleykum və rahmətullahi və bərakətuhu
🌙SABAH İNŞƏALLAH 1 RAMAZAN🌙
Əziz və dəyərli müsəlmanlar! Səudiyyə Ərəbistanının Sudeyr bölgəsində ayın müşahidəsi zamanı ramazan hilalı göründü. Sabah, birinci gün (11 mart) Ramazan ayının ilk günüdür. Bu gecə (10 mart) ilk təravih namazı qılınacaq. Allah hər biriniz üçün bu ayı xeyirli və bərəkətli etsin!
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Azərbaycan QADIN'ı ÇARŞABDAN ÇIXIB BAŞINI AÇANDA müasirləşdi deyə sevincimdən papağımı göyə tulladım, o gün bu gündür papağımı tapa bilmirəm.
Cəlil MəmmədquluzadəЧитать полностью…
Hər insan (İslam) fitrəti üzərində doğulur. Sonradan valideynləri onu yəhudi, xaçpərəst və ya atəşpərəst edirlər.
[Buxari 3/219/ N 1358. Müslim 4/2047/ N 2558]
Əhəməni imperatorunun reaksiyası isə sərt və qorxulu olur: bütün yəhudiləri qılıncdan keçirmək! Kserksin qorxunc qərarından xəbər tutan sevimli zövcəsi Ester (o, öz milli kimliyini hökmdardan gizlətmişdi), ərinin ona olan məhəbbətindən istifadə etmək qərarına gəlir. Nəticədə, Hamanın təklifi ilə yəhudilərin kütləvi şəkildə qılıncdan keçirilməsi barədə fərman imzalamış Kserks, eyni şəkildə yəhudilərə özlərini müdafiə etmək və düşmənlərinə hücum etmək hüququnu tanıyan fərman da imzalayır (Tövrat, Ester, 8:8-11). Haman və övladları dar ağacından asılır. 75000 midiyalı və fars qətlə yetirilir. Bu qələbənin şərəfinə hər il Adar ayının 14-cü və 15-ci günləri (Tövrat, Ester, 9:21) Purim adlı milli bayramın keçirilməsi qərara alınır (Tövrat, Ester, 9:19; 9:26-27)… Bayram fevral ayının sonu, mart ayının əvvəlində qeyd edilirdi. Tarixçilərin bildirdiyinə görə, məhz Purim, bütün inqilabçı-qadınların bayramının tarixi əsasını təşkil etməkdə, Ester isə öz növbəsində öz müdrikliyi və qətiliyi ilə onlara örnək qadın olaraq təqdim edilməkdədir. Klara Setkinin özünə gəldikdə isə, deyə bilərik ki, tarixə Leninin məşuqəsi kimi daxil olmuş bu qadın, eyni zamanda, kommunist inqilabçıların rəhbərləri üçün xüsusi «ideoloji maariflənmə» gecələri təşkil etməklə də məşhur olub… Onu da qeyd etmək lazımdır ki, 8 mart Beynəlxalq qadınlar gününün beynəlxalq statusda olması yalnız onun adında əks olunub. Belə ki, bu «bayram»ı yalnız keçmiş SSRİ-də qeyd ediblər. İndi də onu bizlər- hələ də şüurən SSRİ-dən qurtula bilməyən postsovet məkanı qeyd edir.
Və ortaya belə sual çıxır: Əcəba, cənnətin ayaqları altında yerləşdiyi müjdələnmiş analarımızın belə bir bayrama ehtiyacı varmı?
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ey Muaz! Bilirsənmi Allahın bəndələrində, bəndələrin də Allahda olan haqqı nədir ?
Mən dedim: Allah və Rəsulu daha yaxşı bilər!
Peyğəmbər (səllallahu aleyhi və əlihi və səlləm) buyurdu: Allahın bəndələrində haqqı, bəndələrin Ona ibadət etmələri və bu ibadətdə heç bir şeyi Ona şərik qoşmamalarıdır. Bəndələrin Allahda olan haqları isə Ona heç bir şeyi şərik qoşmayan adama əzab verməməkdir.
[Buxari 6/58 N:6856. Müslim 1/58 N:30]
Читать полностью…
قال رسول الله : یا معاذ، أتدري ماحق الله على عباده وما حق العباد علىالله.قلت:الله ورسولھ أعلم.قال:فإن حق الله على العباد أن یعبدوه .ولا یشر كوابھ شیئا،وحق العباد على الله أن لا یعذب من لا یشرك
بھ شیئا
]رواه البخاري في صحیحھ ومسلم[
Şeyx Əbbadın xoşlamadığı 3 MƏSƏLƏ
ثلاث مسائل لا أحب السؤال عنها
(التكفير،والطلاق،والحيض)"
٣/ جمادى الأولى / ١٤٣٦هـ
Üç məsələ var hansı ki, o barədə sual verəndə xoşlamıram, TƏKFİR, TALAQ və HEYZ HAQQINDA.
الشيخ_عبدالمحسن_العباد
Şeyx Əbdul Muhsin əl-Əbbəd
MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Peyğəmbər (səllallahu aleyhi və əlihi və səlləm) buyurur:
Allah gözəldir və gözəlliyi sevir.
Muslim 1/93 N:91
.إن الله جمیل یحب الجمال رواه مسلم