Abdullah ibn Abbas (radiyallahu anhu) rəvayət edir ki:
Allah Rəsulu ﷺ Fitrə zəkatını oruc tutanın pis və boş-boşuna danışdığı sözlərdən təmizlənməsi və kasıbların yeməsi üçün fərz etmişdir.
[Əbu Davud 1609. İbn Macə 1827. Albani, sahihul cami 3570]
PEYĞƏMBƏRİN (sallallahu aleyhi və səlləm) ƏŞYALAR' ından dövrümüzə nəsə gəlib çatıbmı?
هل بَقِيَ شيءٌ من آثار النّبيّ -صلّى اللهُ عليهِ وسلّم- في زمانِنَا؟
لا نعتقدُ أنّه موجودٌ شيء لو كان هُنَاك شيء لكان معروفا عند الصّحابة، والصّحابة -رضيَ اللهُ عنهُم وأرضاهُم- هُمُ الذينَ كان بأيديهم شيء وكانُوا يحتفظونَ بهِ، وأمّا بعدَهُم ما هُنَاك شيء يدلّ، والغالِب إنّما يكونُ ممّا يُدَّعى، وأنّه غير صحيح.ا
Sual:
Bizim zamanımızda Nəbinin əşyalarından bir şey qalmışdırmı?
Cavab:
Biz etiqad etmirik ki, nəsə bir şey mövcuddur, əgər bir şey olsa idi səhabələrə bu məlum olardı və səhablərın əllərində olardı və onu qoruyub saxlayardılar, amma onlardan sonra buna dəlalət edən bir şey yoxdur. İddia olunandan üstün olan odur ki, bu qeyri səhihdir.
Şeyx Əbdul Muhsin əl-Abbəd
من فتاوى فضيلة الشّيخ العلاّمة: عبد المُحسِن بن حمد العبّاد -حَفِظَهُ اللهُ-، يوم 01 ذي الحجّة 1434هـ.
Qədr gecəsi
Əlamətləri.
Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) Qədr Gecəsinin əlamətlərini belə bildirmişdir:»Gecənin təmiz və işıqlı olması, ayın parıldaması əlamətlərdəndir. Həmin gecə sakit, nə isti nə də soyuq olur, ulduz sürüşməsiniə səhər açılıncayadək icazə verilmir. Bu gecənin əlamətlərindən biri də günəşin düz, şüasız, sanki bütöv ay kimi doğmasıdır, şeytanlara isə onunla birlikdə çıxmaq qadağandır.»
İmam Əhməd, bütün ravilər etibar ediləndir. İbn Kəsir hədisin isnadını yaxşı hesab etmişdir.
Şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir:»Həmin gecə itlərin hürməməsi yaxud nadir hallarda hürməsinə gəldikdə isə, bu haqda səhih heç bir şey yoxdur.
«Şərh əl-Mumti.»
Ummu Abdul-Aziz
/channel/muvatta
Alimlər Qədr gecəsinin dəqiq hansı gecəyə düşməsinin bilinməməsində Uca Allahın hikmətinin olduğunu qeyd edərək bildirirlər ki, bu ona görədir ki, müsəlman hansısa bir gecəyə ümidini bağlayıb rahatlaşmasın, ümidlə Rəbbindən o gecənin axtarışına çıxsın, bağışlanma istəsin.
Ardı var
/channel/muvatta
QƏDR GECƏSİ EDİLƏN DUA:
Aişə (Allah ondan razı olsun) demişdir :
Allah Rəsulundan ﷺ soruşdum:
-Ey Allahın Rəsulu, əgər Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, o gecə nə deyim?
Peyğəmbər ﷺ dedi:
De ki:
اللهم إنك عفو، تحب العفو فاعف عني
Allahummə innəkə afuvvun, tuhibbul afvə, fə'fu annii
[Səhih hədislər silsiləsi, 3337]
Duanın mənası: Allahım! Sən əfv edənsən, əfv etməyi sevirsən, məni əfv et (bağışla)
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Peyğəmbər səllallahu aleyhi və əlihi və səlləmin Əbud Dərdaya etdiyi 9 tövsiyyə:
عن أبى الدرداء قال أوصانى رسول الله صلى الله عليه وسلم بتسع لا تشرك بالله شيئا وإن قطعت أو حرقت ولا تتركن الصلاة المكتوبة متعمدا ومن تركها متعمدا برئت منه الذمة ولا تشربن الخمر فإنها مفتاح كل شر وأطع والديك وإن أمراك أن تخرج من دنياك فاخرج لهما ولا تنازعن ولاة الأمر وإن رأيت أنك أنت ولا تفرر من الزحف وإن هلكت وفر أصحابك وأنفق من طولك على أهلك ولا ترفع عصاك عن أهلك وأخفهم في الله عز وجل
• Tikə-tikə edilsən, yaxud yandırılsan belə heç nəyi Allaha şərik qoşma.
• Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xata-baladan qorunmaz.
• Şərab içmə. Çünki o, hər bir şər əmələ açardır.
• Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək.
• Özünün haqq olduğunu bilsən də ixtiyar sahibləri ilə mübahisə etmə.
• Həlak olsan da, yoldaşların cihaddan qaçmış olsa da sən qaçma.
• Varından öz ailənə xərclə, dəyənəyini onların üzərindən qaldırma və onları qüdrətli və əzəmətli Allahla qorxut!
[ Buxari, Ədəbul-Mufrad, Bab-9, hədis-18 ]
https://youtu.be/OeBFAKzkSOw
Əziz izləyicilərimiz! Bu videoçarxımız VLOG formatında Mədinə İslam Universitetinin doktorantura tələbəsi Sahib Əsədov tərəfindən xüsusi olaraq Tövbə Zamanı kanalı üçün çəkilmişdir. Çox maraqlı alınmışdır, baxın, bəyənin və paylaşın.
İZLƏ, FAYDALAN, PAYLAŞ!
Cümə günü dua etmək
كان المفضل بن فضالة - رحمه الله :
Əl-Mufaddal bin Fadala (Allah ona rəhmət etsin) ...
" إذا صلى عصر يوم الجمعة خلا في ناحية المسجد وحده ، فلا يزال يدعو حتى تغرب الشمس ".
...Cümə günü əsr namazını qılandan sonra məscidin bir tərəfinə çəkilərək tək oturub, günəş batana qədər dua edərdi.
📚 Bax: أخبار القضاة ٢٣٨ / ٣
Bu gün cümədir
Allah Elçisi ﷺ belə buyurur:
- Allah qatında ən fəzilətli gün, cümə günüdür.
Şeyx Albani səhihdir deyib.
[Silsilətu-s-Sahihəh 1502]
Oruclu halda günah etməyin cəzası
Rəsulullah ﷺ buyurmuşdur:
Kim yalan danışmağı və ona əməl etməyi tərk etməzsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur.
(Buxari, 1903)
İbn Teymiyyənin anasına yazdığı məktuba ANASI'nın cavabı:
Buna görə səni tərbiyə etmişəm!!!
- İbn Teymiyyə (rahiməhullah) anasına məktub yazır və ondan uzun müddət uzaq olduğu üçün və dini məsələlərə dəvət işlərinə görə Misirdə qaldığına görə üzrxahlıq edir. Anasına məktub çatdıqda oğlunun məktuba belə cavab verir:
- Sevimli oğlum Əhməd ibn Teymiyyə, Sənin üzərinə Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti və razılığı olsun! Allaha and olsun ki, səni bu şeyə görə tərbiyə etmişəm, İslam və müsəlmanlara xidmət etmək üçün nəzir etmişəm və sənə hər şeyi şəriətə uyğun öyrətmişəm. Və elə zənn etmə ki, mənə yaxın olmağın dininə, islam və müsəlmanlara şəhərlərdə xidmət etməkdə yaxın olmağından sevimlidi. Əksinə ey övladım səndən razı qalmağım dininə və müsəlmanlara təqdim etdiyin xidmətin miqdarındadı. Çünki mən sabah Allahın qarşısında səndən məndən uzaq olmağını soruşmayacağam. Çünki mən sənin harda və kimlərin arasında olduğunu bilirəm. Lakin ey Əhməd əgər dininə və ona tabe olan müsəlman qardaşlarına olan xidmətdə naqisliklərə yol versən Allahın qarşısında səndən bunun hesabını soruşacağam.
Allah səndən razı olsun, getdiyin yolu nurlandırsın, qədəmlərini sabit etsin, məni və səni heç bir kölgənin olmadığı gündü Öz ərşinin kölgəsi altında cəm etsin!
Vassələmu aleykum va rahmatullahi va bərakətuhu.
[ مجموع الفتاوى 28/48 ]
Şeyx Salih əl-Useymin rahiməhullah Nəvəvinin Qırx hədis kitabı, "Əməllər niyyətə görədir" hədisin şərhində buyurur:
قال الرجل الذي كان ينطق بالنية: اللهم إني نويت أن أصلي صلاة الظهر، أربع ركعات لله تعالى، خلف إمام المسجد الحرام، ولما أراد أن يكبّر قال له العامي: اصبر يارجل، بقي عليك التاريخ واليوم والشهر والسنة، فتعجّب الرجل.
Təsəvvür edin bir kişi olur hansı ki, niyyəti dil ilə tələffüz edib deyir:
- Allahım mən niyyət edirəm, Haram məscidin imamın arxasında, dörd rükət zöhr namazını qılıram və təkbir gətirmək istədikdə biri ona deyir:
- Ay kişi! Səbr elə, tarixi, günü, ayı və ili deməyi unutdun və kişi təəcüblənir bu deyilənlərə.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Şeyxul İslam ibn Teymiyyə rahiməhullah:
- Valideynlər öz oğlanlarını məcbur, istəmədiyi qızla evləndirə bilməzlər, və O (oğlan) da bu işdə onlara tabe olmamalıdır.
Читать полностью…
[al-İxtiyarət səh. 304]
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu:
Ramazanda edilən ümrə həccə bərabərdir.
[Buxari 1782]
Ramazanda edilən ümrə mənimlə edilən həccə bərabərdir.
[Muslim 1256]
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu:
Biz Peyğəmbərlər toplumu iftarı tezləşdirmək, səhuru gecikdirmək və namazda sağ əlimizi sol əlimizin üzərinə qoymaqla əmr olunmuşuq.
[İbn Hibban 1770. Əlbani, sahihul cami 2286, səhih]
Aişə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:
Qədr gecəsini Ramazan ayının son 10 gününün tək gecələrində axtarın.
Buxari 2017. Muslim 1169. Tirmizi 792.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Təravih namazını imamla bərabər bitirməyin fəziləti
Allahın elçisi ﷺ buyurmuşdur:
«Kim imamla bərabər imam namazı bitirənə qədər namaz qılarsa, Allah ona gecə namazının savabın yazar»
[Tirmizi:806]
Kimlər nədən danışır..?!
Qadağandır oyadasan yatanı,
Din xadimi ediblər şərlatanı,
Bu millətin hətta şərab satanı,
Arsız-arsız şəriətdən danışır.
Adətidir zərər versin dininə,
Cihad üçün yoldaş gəzir özünə,
Oturaraq monitorun önünə,
Facebookda cəsarətdən danışır.
Fitnə törətməkdir onun hərisi,
Soyulmalı beləsinin dərisi,
Əqidəsi bilinməyən birisi,
Niqab altdan Şəhadətdən danışır.
Pişiyi Ev Əhli görür birisi,
Uçan fili, uzunqulaq ravisi,
Əsla yoxdu din ilə əlaqəsi,
O "Animal Planetdən" danışır.
Coşduraraq Səhabəyə nifrətin,
Yeyir beynin bu savadsız millətin,
Ötüb keçən bir ümmətin söhbətin,
Şişirdərək xilafətdən danışır.
Axirətdə yaşanacaq zor anın,
Çıxar üzə içindəki yalanın,
İman edən təhrifinə Quranın,
Qəhərlənib imamətdən danışır.
Gecəsini qataraq gündüzünə,
Murid gəzir Murşid "məllim" özünə,
Fırlanaraq uçur göyün üzünə,
Ayılanda kəramətdən danışır.
Haram olan puldan çıxır çörəyi,
İbadətə yoxdur onun gərəyi,
Əməl nədir..? Təmiz olsun ürəyi,
İbadətsiz ibadətdən danışır.
Mərifətdə özünü çox öydürən,
Qeyrətini şeytana baş əydirən,
Məktəbli qızlara mini geydirən,
Efirlərdə ləyaqətdən danışır.
Xəbərdardır bundan, artıq bilənlər,
Məscidul Hərama gedib gələnlər,
"Həcc" eliyib günahların silənlər,
"Səfərdəki" ticarətdən danışır.
Çalış düzgün nişanlansın hədəfin,
Xeyir yoxdur sözlərində xələfin.
Mənhəcinə uy həmişə Sələfin,
Onlar Quran və Sünnətdən danışır.
[Şamil Cəliloğlu]
İbnul Qeyyim (rahiməhullah) belə buyurur:
“Əgər qədr gecəsi ildə bir gecə olsa idi, o gecəyə yetişmək, üçün bütün ilin gecələrini namaza durardım. Elə isə on gecəni necə namaza durmayım.”
Bədaiul fəvaid 1/55.
Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin):
Qədr gecəsi insanları ibadətlərə səsləyərək belə deyərdi:»Ey ömrünü bada vermiş, xeyirdən məhrum olmuş! Qədr gecəsindən itirdiklərini qazanmaq üçün istifadə et, çünki bu Gecə bir ömrə bərabərdir»
Lətaiful-maarif, 191
MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Saleh Dostlara
Muqatil ibn Suleymanın Moizəsi
Bəzən insan övladlarını tərbiyə etməkdən yorulur və onların özbaşınalıqları nəfsi sıxıntıya salır.
İbn Qeyyim buyurur:
- Həqiqətən günahlardan eləsi var ki, onu ancaq övladların tərbiyəsi ilə məşğul olmaq yuyur.
Xoş o kəsin halına ki, övladlarını Allahın sevib və razı qaldığı şeylər üzərinə tərbiyə edir.
Həqiqətən bu günahların kəffarəsi üçün bir səbəbdir. Uşaqlarınızın tərbiyəsində sizi yoran bir şey gördükdə Allahdan bağışlanma diləyin.
Bir dəfə Muqatil ibn Süleyman xəlifə Mənsurun yanına daxil olur. Həmən gün Mənsur xəlifə seçildiyi üçün ona beyət edilən gün idi.
Mənsur ona deyir:
- Ey Muqatil! Mənə nəsihət et.
Muqatil deyir:
- Sənə gördüklərindənmi xatırladım yoxsa eşitdiklərindənmi???
(Yəni görduyu insanları nəzərdə tutur)
Mənsur: Gördüklərimdən - deyə cavab verdikdə, Muqatil deyir:
- Ey möminlərin əmiri! Həqiqətən Ömər ibn Abdul Əzizin (Müsəlman Xəlifələrindən biridir.) 11 övladı vardı və o vəfat etdikdə özünnən soraya cəmi 18 dinar tərk etdi. Bunnan 5 dinar onun kəfənlənməsinə xərcləndi, dördünə onun üçün qəbir alındı və qalanı isə övladları arasında bölüşdürüldü.
Hişəm ibn Abdul Məlik in isə (Digər bir müsəlman xəlifəsi) 11 övladı və onun özünnən soraya buraxdığı malınnan hər övladına milyonlarla dinar düşürdü.
Allaha and olsun ey möminlərin əmiri! Günlərin bir günü Ömər ibn Abdul Əzizin övladlarından birini Allah yolunda olan cihada 100 at sədəqə etdiyini gördüm. Hişəmin övladlarından birini isə bazarda dilənən gördüm.
İnsanlar Ömər ibn Abdul Əziz ölüm yatağında olarkən ondan soruşmuşlar ki:
- Ey Ömər övladların üçün nə tərk etdin???
O belə cavab vermişdir:
- Mən onlara Allah təqvasını (Allahdan qorxmağı) tərk etdim. Əgər onlar saleh olarlarsa həqiqətən Allah salehləri öz öhtəsinə götürür. Yox əgər başqa cür olarlarsa, mən onlara Allaha asilik etmələrinə yardım edəcək şey buraxmaram.
İbn əl-Covzi buyur:
- Dünya yalançı, xain və hiyləgərdir. İnsan onu sabit zənn edər, o isə hərəkətdədir. İnsan onu sülh sevər zənn edir, o isə qəfil hücüma keçəndir.
[Əl-Mudhiş səh 174]
İnsanların çoxu övladlarının gələcəyini təmin etmək üçün dəridən qabıqdan çıxır və elə zənn edirlər ki, onun ölümündən sonra övladlarının əlində pulun olması onları təmin etmək deməkdir. Ancaq onlar Allahın Öz kitabında qeyd etdiyi əzəmətli təminatdan xəbərsizdilər ......
Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər yetimlərdən ötrü də qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər.
(Nisa 9)
Rəbbinə möhtac qul
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Cümə günü dua edilməsi üçün ən əfzəl vaxt
عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ : ( يَوْمُ الْجُمُعَةِ ثِنْتَا عَشْرَةَ - يُرِيدُ : سَاعَةً - لَا يُوجَدُ مُسْلِمٌ يَسْأَلُ اللَّهَ عَزَّ وَجَلَّ شَيْئًا إِلَّا أَتَاهُ اللَّهُ عَزَّ وَجَلَّ فَالْتَمِسُوهَا آخِرَ سَاعَةٍ بَعْدَ الْعَصْرِ ) .رواه أبو داود ( 1048 ) والنسائي ( 1389 ) ، وصححه الألباني في " صحيح أبي داود " .والمراد بالحديث : تقسيم نهار الجمعة – من الفجر إلى الغروب – إلى اثني عشر جزءً ، حزء واحد منها هو الساعة التي يستجاب فيها الدعاء .
Cəbir bin Abdullahdan rəvayət olunur ki:
Allah Rəsulu (səllallahu aleyhi və əlihi və sələm) buyurdu:
Cümə günü on iki hissədir, həmin saatı diləyən elə bir müsəlman tapılmaz ki, Allah Əzzə və Cəllədən bir şey diləsin və Allah Əzzə və Cəllə onu ona verməsin, onu əsrdən sonra axır saatlarda diləyin.
Əbu Davud, ən-Nəsəi, əl-Əlbəni Səhih Əbu Davudda olan hədisə səhih demişdir.
Hədisdə başa düşülən, yəni cümə günü bölünür on iki saata, fəcrdən məğəribə on iki hissəyə bölünür və onun bir hissəsi o saatdır ki, hansı ki, həmin vaxt dua qəbul olunur.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ovs ibn Ovs Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir:
- Sizin ən gözəl günlərinizdən biri cümə günüdür. Bu gündə Adəm yaradılmış, bu gündə də ölmüşdür, bu gündə (insanların məhşərə toplanması üçün) sura üfürüləcək, insanlar bu gündə diriləcəklər. Bu gündə mənə çoxlu salavat deyin. Həqiqətən sizin dediyiniz salavatlar mənə yetişir.
Orada olanlar dedilər:
- Ey Allah elçisi, sənin cəsədin çürüdükdən sonra bizim salavatlarımız sənə necə yetişər?
Peyğəmbər ﷺ dedi:
- İzzət və Cəlal sahibi Allah, torpağa, Peyğəmbərlərin cəsədlərini yeməyi haram etmişdir.
••••••••••••••••••••••••
Hədis səhihdir.
Səhih Sünən İbn Macə: 889.
Əbu Davud: 3/ 370/ 1034.
İbn Macə: 1/ 345/ 1085.
Nəsai: 3/ 91
Aişə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:
Qədr gecəsini Ramazan ayının son 10 gününün tək gecələrində axtarın.
Buxari 2017. Muslim 1169. Tirmizi 792.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Təravih namazı
Ramazan ayında qılınan gecə namazları təravih namazı adlanır.
«Təravih»- istirahət, dincəlmə deməkir.[1]
Müsəlmanlar təravih namazında hər dörd rək'ətdən sonra dincəldiklərinə görə belə adlanmışdır.
Təravih və təhəccüd namazları eyni namazlardır. Ramazan ayında buna Təravih, adi vaxtlarda isə təhəccüd deyilir.
Bu namazın hökmü müstəhəbdir. Təravih namazı fərdi şəkildə qılına bilər, lakin bu namazın camaatla məsciddə qılınması daha əfzəldir.
Aişədən rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - də belə edərmiş.[2]
Təravih namazının rükətlərinin sayı gecə namazı kimidir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) özü on bir rükətdən çox qılmasa da bunu qadağan etməmişdir.
Muhəmməd ibn Saleh əl-Useymin demişdir: “Bəziləri bunu inkar edib deyirlər ki, sünnə də varid olandan çox qılan asi olaraq günah qazanır. Şəkk yoxdur ki, bu fikir xətadır. Necə asi və günahkar sayıla bilər ki, Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) gecə namazı haqqında soruşduqda o: "İki-iki qılın..."- demiş və heç bir məhdudiyyət qoymamışdır.”
Aişə rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - məsciddə gecələrin birində (Ramazanda) namaz qıldı və camaat da onunla bərabər bu namazı qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəlkindən də çox camaat onunla bu namazı qıldılar. Üçüncü (və dördüncü) gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm - camaatla namaz qılmağa gəlmədi. O gecənin səhəri Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Sizin bu namazı qılmaq üçün belə çox sayda cəm olduğunuzu gördüm və onun sizə fərz buyrulacağından qorxduğum üçün camaat namazına gəlmədim.» [3]
Ömər xəlifə olduğu dövrdə müsəlmanları Ubeyy ibn Kəbin arxasında təravih namazına toplamışdır. Çünki bu namazı axıra qədər imamla birlik də qılana böyük savab vardır.
Təravih namazı qılan (namazda ikən) Quranı üzündən oxuya bilər. İşa namazını camaatla qılmağa çatmayan şəxs işa niyyətilə təravihə qoşula bilər. Bir şərtlə ki, imam salam verdikdə o, salam verməməli, qalxıb axırıncı iki rəkəti tamamladıqdan sonra salamları verib namazı bitirməlidir.
Qadın Fərz və təravih namazlarını qılmaq üçün məscidə gedə bilər, lakin evində qıldığı namaz daha əfzəldir. Necə ki, Peyğəmbər (SallAllahu aleyhi və səlləm) demişdir: " qadınlarınıza məscidlərə getməsini qadağan etməyin,lakin evləri onlar üçün daha xeyrlidir ". [4]
Hafiz Deyləmi demişdir: Peyğəmbər (SallAllahu aleyhi və səlləm) zamanında qadınlar evlərindən namaz paltarlarına bürünmüş, örtülmüş halda çıxardılar, amma qaranlıq, yəni zülmət, olduğundan tanınmazdılar. Peyğəmbər (SallAllahu aleyhi və səlləm) namaz salamını verdikdən sonra kişilərə qadınlar gedənə qədər yerinizdə qalın deyərdi. Bununla belə Peyğəmbər (SallAllahu aleyhi və səlləm) " namazları evlərində daha əfzəldir demişdir" Bəs bəzənmiş, ətirlənmiş,zinət əşyaları ilə süslənmiş, ən gözəl paltarını geyib çıxmış qadını necə zənn edirsən?!
Aişə (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (SallAllahu aleyhi və səlləm) " Qadınların ondan sonra nə edəcəklərini bilsəydi onlara məscidə getmələrini qadağan edərdi" Onun bu sözü birinci əsrin səhabə qadınları haqdadırsa, necə zənn edirsən, zəmanəmizin qadınlarını görsəydi nə deyərdi?!
Şeyx Fəuzan buyurur: Sözsüz ki, qadının evdə qıldığı namaz daha yaxşıdır. Bununla yanaşı müsəlmanlar ilə camaat namazı qılmaq üçün qadın məscidə gedə bilər. Bir şərtlə ki, bu və ya digər fitnədən qorunmuş olmalı və hicabda olmalı, kişilərdən ayrı olmalıdır. Odur ki, hər iki vəziyyətdə Allah Sübhənahu Təaladan onun üçün mükafat, əcr var. Buna baxmayaraq, birinci vəziyyət (evdə namaz qılmaq) daha yaxşıdır.[5]
(Şeyx Saleh ibn Fəuzan)
Təravih namazının vaxtı: İşa namazının sünnəsindən sonra Sübh namazınadəkdir.
[1]- «əl-Mu'cəmu-l-Vasit» səh: 380. [2]- Səhihu-l-Buxari, 1147; «əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 4/13. [3]- Səhihu-l-Buxari, 1129; Səhih Muslim 1780. [4]- Əhməd və Abu Davud, Albani səhihləşdirmişdir. [5]- Əd-Durar ən-Nəəzirəh fil fətəvə əl-muasirə, səh.235Читать полностью…
Şeyx Useymin hamamda dəstəmaz aldıqda “Bismilləh” deməyin hökmü
س: هل يجوز للمسلم أن يدخل الحمام ويذكر الله عز وجل أو أنه بمجرد أن يدخل يتوقف عن ذكر الله؟
جـ: الحمد لله وحده والصلاة والسلام على رسوله وآله وصحبه.. وبعد:
من آداب الإسلام أن يذكر الإنسان ربه حينما يريد أن يدخل بيت الخلاء أو الحمام بأن يقول قبل الدخول اللهم إني أعوذ بك من الخبث والخبائث ولا يذكر الله بعد دخوله بل يسكت عن ذكره بمجرد الدخول.
وبالله التوفيق وصلى الله على نبينا محمد وآله وصحبه وسلم.
اللجنة الدائمة للبحوث العلمية والإفتاء
Müsəlman bir kəsə hamama daxil olduğda Allahı zikr etmək icazəlidir mi, yoxsa mücərrəd olaraq zikri dayandırıb daxil olmaq lazımdır?
Cavab:
İslamın ədəblərindən olan odur ki, bir kəsin tualetə və ya hamama daxil olmaq istədikdə (öncədən) zikr etməsdir, çünki daxil olmamışdan öncə deyir : [Bismilləh] [Allahummə inniy əuzu bikə minəl-xubsi vəl-xəbəis] Allahın adı ilə! Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram! Daxil olduqdan sonra Allahı zikr etmir və əksinə mücərrəd olaraq susur.
[əl-Ləcnəd Dəimə - komitəsi ]
Bu mübarək günlərdə və şərəfli gecələrdə çoxlu Quran oxumaq oruc tutan üçün mühüm əhəmiyyət daşıyır. Çünki, həqiqətən də bu günlərdə bol-bol Quran oxumağın digər aylarda olmayan özünəməxsus savabı var. İnsan bu ayda vaxtın fəzilətindən faydalanmalıdır. Məhz bu ayda Allah təala Quranı nazil etmişdir.
Ramazan gecələrində Quran oxumağın xüsusi fəziləti var. Belə ki, həqiqətən gecə (qaranlıq) məşğulluqla keçən gündəlik işlərə son qoyur. Ruh yüksəkliyi yaranır və qəlb, dil zikr, düşünmək üçün oyanır. Kömək üçün sığınacağımız yalnız ALLAH`dır.
Rəvayət olunur ki, Cəbrayıl Ramazanın hər gecəsində Peyğəmbər sallallahu aleyh və səlləm ilə görüşərdi və onlar bir yerdə Quran oxuyardılar
(Buxari, 1/30; Muslim, 2308).
(Ləta`if-ul-Mə`a`rif: səh. 102-103)Читать полностью…
Duanın qəbul olunma saatlarındayıq
• İcabət saatı (Cümənin son saatı)
• Oruclunun duası (İftara qədər etdiyi)
• Yağış yağarkən
Bu fürsəti qaçırtmayaq bu mübarək saatda Allah bizim üçün bu səbəbləri cəm edib, uca Allaha gözəl şəkildə yönələk ixlaslı şəkildə ondan diləyək …
Salman ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:
Sizdən biri oruclu olduğu zaman iftar etdikdə qoy iftarını xurma ilə etsin. Əgər xurma tapmasa, qoy iftarını su ilə etsin. Çünki, su təmizdir.
Əhməd 12676. Tirmizi 694. Albani, sahihul cami 6583. ((səhih))
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
GECƏ namazı
Şeyx Useymin (rahiməhullah) Riyadus Salehin kitabına şərh verərək bu barədə danışır və deyir:
قال رسول الله صلى الله عليه وسلم : ((مَنْ نَامَ عَنْ حِزْبِهِ مِنَ اللَّيْلِ أَوْ عَنْ شَيْءٍ مِنْهُ فَقَرَأَهُ مَا بَيْنَ صَلاَةِ الْفَجْرِ وَصَلاَةِ الظُّهْرِ كُتِبَ لَهُ كَأَنَّمَا قَرَأَهُ مِنَ اللَّيْلِ)) رواه مسلم
Rəsulullah (səllallahu aleyhi və səlləm) buyurdu:
- Kim gecənin bir hissəsini yatıb qalarsa və onu fəcr ilə zöhr namazının arasında qılarsa, ona gecə namazı qılmış kimi yazılar. [ Muslim ]
Əgər bir kəs üçün gecə namazı adət halı olarsa, lakin yatıb qalarsa O, onu fəcr namazı ilə zöhr namazının arasında gecə namazıni qıldığı kimi qəza edə bilər.
Lakin əgər vitr namazını qəza edərsə, vitr namazını təkləşdirməməlidir. Onu cütləşdirməlidir, yəni: 1 rükət artırmalıdır, əgər adət olaraq vitri 3 rükət qılardısa, onda onu 4 rükət qılacaq, əgər 5 rükət qılıbsa, onda 6 rükət edəcək və s.
Buna dəlil isə Aişədən (radıyallahu anhə) hədisdir :
- Əgər yuxu Nəbiyə (səllallahu aleyhi və səlləm) üstün gələrdisə və gecəni yatıb qalardısa gündüzdə 12 rükət namaz qılardı.
Qayda budur ki, qəza sübh namazı ilə zöhrün arasında qılınmalıdır. Gecəni yatıb qalardısa, gündüzdə 12 rükət namaz qılardı.
Yəni, peyğəmbər səlllahu aleyhi və səlləm gecə namazını müntəzəm olaraq vitr ilə təkləşdirərdi və 11 rükət qılardı, qəza etdikdə isə bir rükət artırardı və 12 rükət qılardı.
Sual çıxır nə vaxt qəza edilir?
Qəza isə edilir günəşin çıxması ilə günəşin zenitdə olduğu vaxta qədər, necə ki buna Ömərın (radıyallahu anhu) rəvayət etdiyi hədis dəlalət edir,
فيمن فاته ورده أو حزبه في الليل أو شيء منه، أنه يقضيه في النهار بالضحى
- Kim gecənin bir hissəsindən olanı ötürərsə, onu duha ilə birlikdə qəza etsin.
الشيخ الفقيه محمد الصالح العثيمين -رحمه الله تعالى- في شرح (رياض الصالحين)
[ Şeyx Salih əl-Useymin (rahiməhullah) “Riyadus Salehin” şərhi]