Bunları bilirsinizmi?
Soyuducuda yeməyiniz, əyninizdə paltarınız və yaşayabiləcəyiniz bir eviniz varsa dünyadakı insanların 75% -dən daha zənginsiniz.
Allaha sonsuz həmd sənalar olsun!
Böyük alim sual verəni məclisdən niyə qovdu ?!
Böyük alimlər şurasının üzvü, möhtərəm alim Muhamməd Muxtar Şinqitiyə bir tələbə belə bir sual verir :
- Şeyx, anam mənə qəzəbli olduğu halda mən evdən çıxıb dərsə gəlmişəm. Elm məclisinin fəziləti mənə aiddirmi ? Yəni mənim də günahlarım və anama qarşı bu günahım bağışlanarmı ?
Şeyx :
- Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə demişdir "Bir qövmdə qohumluq əlaqələrini kəsən varsa o qövmə rəhmət nazil olmaz". Ona görə də bu məclisimizə görə Allahdan qorxun !
Mən dərslərimdə valideynini qəzəbləndirən və qohumluq əlaqələrini kəsənlərə dərslərimdə, mühazirələrimdə oturmağa halallıq vermirəm !
Kim valideyni razı salarsa Allah ondan razı qalar, kim valideyni qəzəbləndirərsə, Allah ona qəzəblənər. Sən də indi, bu dəqiqə bizim məclisi tərk et. Get valideynindən razılığını istə !!!
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Şeyx Suheymi, müasir alimlərdən bir belə buyurur:
Qeyd edim ki, insanlar elmi olmadıqları məsələləri müzakirəyə girişiblər. Kiçik, böyük, kişi, qadın hər bir iş və məsələnin müzakirəsinə girişiblər. İnsanların bəlkə də əksəriyyəti təharətin hökmlərini düzəməlli bilmirlər. Elə məsələlərin müzakirəsinə girişiblər ki, ÖMƏR İBN ƏL-XƏTTABA MÜRACİƏT EDİLSƏYDİ bunun üçün BƏDR ƏLHİNİ TOPLAYARDI!
Əbi Hüseyinə Allah rəhmət etsin:
Sizlər bir məsələdə (cəsarətlə) fətva verirsiniz, halbuki Ömərə müraciət olunsaydı mütləq Bədr Əhlini toplayardı.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
ZÖVCƏ'sini döyən qardaşlara xatırlatma!
لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا
Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab, 21)
Aişə رضي الله عنها rəvayət edir:
Allah Rəsulu ﷺ heç vaxt qadın döyməyib.
• [Sunən Əbu Davud, No.4786] •
əs-Sədi rahiməhullah:
İnsan, hansıki başqalarına gülür özü bəsən onlardan pis vəziyyətdədir. İnsanları məsxərəyə qoymaq ancaq PİS XARAKTERLİ QƏLB`dən gələ bilər.
[Təvsirul-Kərim, səh. 801]
Şeyx Əlbani (rahiməhullah):
QIZLAR' ın yazıb oxumağı öyrənməsinin qarşısını almaq onların haqlarının tapdalanması deməkdir.
[Silsilə əs-Sahihə cild 1 səh, 347]
Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) səhih rəvayətdə deyilir :
صح عن علي بن أبي طالب أنه قال:
من أحب الكلام إلى الله عز وجل أن يقول العبد وهو ساجد:
((رب ظلمت نفسي فاغفر لي )).
Allaha ən sevimli kəlimələrdən qulun səcdədə olarkən belə etdiyi duadır:
(( رب ظلمت نفسي فاغفر لي ))
[Rabbi zaləmtu nəfsi fəğfir lii]
Ey Rəbbim! Mən nəfsimə zülm etdim, məni bağışla.
[الطبراني في الدعاء:608]
[Təbərani, dua, 608]
Naxçıvan şəhəri - Heydər məscidi
Məscid - Cənubi Qafqazın ən böyük məscidlərindən biridir. Kompleksin sahəsi 6 400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə vardır.
İbn Bəz (rahiməhullah) buyurur :
QADIN istəmədiyi birisi ilə evlənməyə məcbur edilməməlidir, onun (qadının) icazəsi soruşulmalıdır.
[Fatava əl-Mər’ah 11/167]
Şeyx Useymin (rahiməhullah):
Kişilər qadınlardan ağıllıdırlar, ama burada qadınlar var hansı ki, kişilərdən daha ağıllıdırlar.
[ Şərh`ul-Üsul səh. 290 ]
əssələmu aleykum və rahmətullahi və bərakətuhu əziz müsəlmanlar
تقبل الله منا ومنكم
TəqabbəlAllahu minnəə va minkum salihə-l-ə'məəl
Allah bizdən və sizdən saleh əməllərimizi qəbul etsin.
Ramazan Bayramınız mübarək !
Bayram Namazının Qılınma Vaxtları
Şəhidlər məscidində: 07:30-da
Əbubəkr məscidində: 08:00-da
Qaraçuxur məscidində: 08:00-da
İlahiyyat məscidində: 08:00-da
Əjdərbəy məscidində (Göy məscid): 08:00-da
Qobustan qəsəbəsində: 08:00-da
Ceyranbatan məscidində: 08:00-da
Mehdiabad məscidində: 08:00-da
Heydər Məscidində: 08:30-da
Qala məscidində: 08:00-da
Aşağı Güzdək məscidində: 8:30-da
Bölgələr:
Kürdəmir rayon Cümə məscidində: 08:30-da
Şirvan şəhər Cümə Məscidində: 08:30-da
Zaqatala rayon Cümə məscidində: 08:00-da
Qəbələ rayon Cümə məscidində: 08:00-da
Şəki rayon Cümə məscidində: 08:00-da
Quba rayon "Ağ məscid" məscidində: 07:30-da
Ağdaş rayon Cümə məscidində: 08:00-da
O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.
[Zumər, 18]Читать полностью…
Ey əfqan qızı
Ey suriyalı oğlan
Ey fələstinli körpə
Ey şərqi türküstan balası
Ey somalili hafiz bala
Ey burmanın gözü
Ey pakistanın gəncliyi
Ey yəmənli qaraca qız
Haqqınızı halal edin…..
Bu qədər rahatlığın içində, bu qədər nemətin içində, bu qədər asanlığın içində batıb gedirik. Sizləri ancaq videolardan xatırlayırıq
Haqqınızı halal edin…..
Sizlər bir parça çörək tapa bilmədiyi halda bizlər boşqab-boşqab yemək israf edirik, azmış kimi, onları köhnəldib zibil qutularına atırıq
Haqqınızı halal edin……
Daşların üstündə üşüdüyünüz zaman, biz öz isti yataqlarımızda gələcəyimizin xəyallarını qururuq
Haqqınızı halal edin……
Müsəlman bacı-qardaşlarımız bilib sizi, ümmət övladı bilib sizi öz övladlarımızdan amma ayırırıq. Hər gün balalarımız üçün etdiyimiz dualarda sizi çox az ya da heç xatırlamırıq
Haqqınızı halal edin…..
/channel/zuleykhahome
Əziz müsəlmanlar! Telegramın ən faydalı kanallarını sizin üçün bir araya topladıq. Abunə olaraq faydalanmağı unutmayın!💫
🕯 𝐅 𝐀 𝐘 𝐃 𝐀
📚 𝐓 𝐀 𝐢 𝐅 𝐀 𝐓 𝐔 𝐋 𝐌 𝐀 𝐍 𝐒 𝐔 𝐑 𝐀
💎 𝐢 𝐗 𝐋 𝐀 𝐒 𝐋 𝐈 𝐎 𝐋
💍 𝐢 𝐒 𝐋 𝐀 𝐌 𝐃 𝐀 𝐄 𝐕 𝐋 𝐢 𝐋 𝐢 𝐊
✨ 𝐢 𝐌 𝐀 𝐍 𝐯𝐞 𝐓 𝐄 𝐐 𝐕 𝐀
🎧 𝐐 𝐔 𝐑 𝐀 𝐍
🛍 𝐊 𝐢 𝐓 𝐀 𝐁 𝐒 𝐀 𝐓 𝐈 ş 𝐈
📖 𝐢 𝐒 𝐋 𝐀 𝐌 𝐈 𝐍 𝐄 𝐒 𝐀 𝐒 𝐋 𝐀 𝐑 𝐈
Bu gün cümədir
Allah Elçisi ﷺ belə buyurur:
- Allah qatında ən fəzilətli gün, cümə günüdür.
Şeyx Albani səhihdir deyib.
[Silsilətu-s-Sahihəh 1502]
Noter Dam Kilsəsi, Paris...
İbn Teymiyyə (rahiməhullah):
Kilsələr Allahın evləri deyil. Allahın evləri məscidlərdir. Daha doğrusu onlar Allaha qarşı küfr işlənən evlərdir. Orada Allah zikr olunsa belə, evlər sakinlərinin hökmündədir. Onların sakinləri isə qeyri müsəlmandırlar. Bunlar da qeyri müsəlmanların ibadət etdikləri evlərdir.
[ İbn Teymiyyə "Fətava əl-Kubra", 5/327 ]
Ömər ibn Abdul-Əziz rahiməəhullah:
Heç vaxt naməhrəm qadınla TƏK QALMAYIN hətda Quran oxusanız belə.
[əz-Zəm səh. 139]
Allah Rəsulu ﷺ buyurur:
Hər bir ağarmış saça görə (müsəlmanın) bir savabı (artır) və bir dərəcəsi qalxır.
● [əs-Sahihəh No: 1243]●
Səhabələrdən biri rəvayət edir ki, qaranlıq bir gecədə Əli ibn Əbu Talib radıyallahu anhu gördüm, saqqalından tutub hüzünlü bir halda ağlayaraq belə deyirdi buyurur:
- Ey dünyaa, mən səni üç talaq ilə boşadım. İndi get, məndən başqasını aldat!
[Əbu Nəim Hilyət'ul- Övliya cild 1, səh 84]
Yəni, 30+6=36 gün oruc 360 günün orucuna bərabərdir. Hicri aylar da 360 gündən çox olmur.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Bu gün cümədir
Allah Elçisi ﷺ belə buyurur:
- Allah qatında ən fəzilətli gün, cümə günüdür.
Şeyx Albani səhihdir deyib.
[Silsilətu-s-Sahihəh 1502]
DİQQƏT !!!
Uşaqlara QURAN, YASİN, TAHƏ adlarının verməsi:
İbn Qayyim (rahiməhullah) buyurur:
(Uşaqlara) Quran adı, yaxud da Tahə və Yasin kimi surələrin adını vermək qadağandır.
[Tuhfat əl-Movdud, s.184]
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
🌙 Bayram təkbirləri 🌙:
"Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər, va lilləhil-həmd".
"Musnəd ibn Əbi Şeybəh", 5679.
🔔 Ramazan bayramı təkbirləri Ramazanın son günü günəş batdıqdan sonra başlayır və imam bayram namazını qıldırmaq üçün namazgaha gələnə qədər davam edir.
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
DUANIN QƏBUL OLAN VAXTLARI:
1. Gecənin axırıncı üçdə birində edilən dua
2. Cümə günü edilən dua
3. Azan verilərkən
4. Səcdədə olarkən edilən dua
5. Ramazan ayında edilən dua
6. Arafat günündə edilən dua
7. Yağış yağarkən edilən dua
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Ramazan bayramının ədəbləri:
Öyrənin, övladlarınıza öyrədin!
1. Qüsl almaq.
Bayram namazına getməmişdən əvvəl müsəlman qüsl almalıdır.
AbduLLah ibn Ömər (Allah ondan da, atasından da razı olsun) Fitrə (Ramazan) Bayramı üçün namaza getməmişdən əvvəl qüsl alardı.
İmam Malik, Muvatta.
Ən-Nəvəvi (Allah ona rəhmət etsin) bayram günü qüsl almağın müstəhəb (bəyənilən) əməl olduğunu qeyd etmişdir.
2. Evdən çıxmazdan əvvəl nəsə yemək.
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Fitrə Namazına getməzdən əvvəl tək sayda xurma yeyərək evdən çıxardı. Buxari.
İbn Həcər (Allah ona rəhmət etsin) hədisin şərhində bildirmişdir ki, bu, müstəhəb bir əməldir, səbəbi isə Bayram Gününün artıq oruc tutulmayacağını təkidlə qəsd etməkdir. (Fəth ül-Bari)
Həmçinin bu sünnə xüsusiyyət Fitrə (Ramazan) bayramını Qurban bayramından fərqləndirir. Belə ki, qurban kəsən şəxs bu ibadəti yerinə yetirənədək heç nə yeməməlidirsə, Ramazan bayramında bunun əksini etmək gərəkdir.
3. Bayram günü təkbir demək.
Bu həmin günün ən böyük sünnələrindən biridir. AbduLLah ibn Ömər (Allah ondan razı olsun) namaz qılınan yerə çatanadək təkbir deyər və daha sonra imam gələnədək buna davam edərdi.
Daraktuni
Təkbir Bayram Namazından əvvəlki gün Məğrib namazı girdikdən sonra deyilməyə başlayır.
İbn Məsuddan (Allah ondan razı olsun) səhih olaraq, rəvayət edilməsinə əsasən təkbir bu formada deyilə bilər:”Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illAllah. Va Allahu Əkbər, Allahu Əkbər va liLLahil-həmd”.
İbn Əbi Şeybə, Müsənnaf.
4. Bayram münasibətilə təbrik etmək.
Namazdan sonra müsəlmanların bir-birini ən gözəl sözlərlə təbrik etməsi də sünnədir.
Cübeyr ibn Nufeyr bildirir ki, Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) vaxtında insanlar Bayram Günü bir-birilə görüşərkən “təqəbbəlAllahu minnaa və minkə” (“Allah sizdən də bizdən də qəbul etsin”) deyərdilər.
İbn Həcər “Fəth ülBari”.
5. Bayram günü gözəl geyinmək.
Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Bayram və Cümə günlərində cübbəsini geyərdi.
Səhih ibn Xuzeymə
AbduLLah ibn Ömər (Allah ondan da, atasından da razı olsun) Bayram günlərində özünün ən gözəl paltarını geyərdi.
Beyhəqi
Qadınlara gəldikdə isə onlara məhrəm olmayan yad kişilərin yanında bəzəkli hicablarla gəzməkdən maksimal dərəcədə çəkinməlidirlər.
6. Namazdan geri qayıdarkən başqa yolla gəlmək. Cabir ibn AbduLLah (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Bayram namazından geri qayıdarkən başqa yolla gələrdi. Buxari
Bu sünnədəki hikmət, müsəlmanların daha çox bir-birləri ilə qarşılaşıb bayramlaşmaları, həmçinin insanların İslamın əlamətlərini, müsəlmanları hər təfərdə görərək bu günün Bayram olduğunu unutmamaları üçündür.
Ummu Abdul-Aziz
___
Muvatta
/channel/muvatta
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər ﷺ hər kölə və ya azad, kişi və ya qadın, kiçik və ya böyük müsəlmana fitrə zəkatını bir saa (2,6 kq) xurma və ya arpa çıxarmağı vacib etmişdir. Həmçinin camaat bayram namazını qılmadan öncə bu fitrəni çıxarmağı əmr etmişdir.
(Buxari: 3/ 367/ 1503. Müslim: 2/ 677-679/ 984, 986. Tirmizi: 2/ 92-93/ 670, 672. Əbu Davud: 5/ 4-5/ 1595, 1596. Nəsai: 5/ 48)
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/