Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu ﷺ belə buyurdu:
Elə günlər yoxdur ki, bu on gündən Allah qatında daha əzəmətli olsun və onlarda edilən əməl Allaha daha sevimli olsun. Bu günlərdə təhlili (lə iləhə illəllah), təkbiri (Allahu əkbər) və təhmidi (əlhəmdu lilləh) çoxaldın.”
Əhməd 6154. Əhməd Şakir, səhih musnəd 7/224. İbn Baz, hədisul-məsə 248.
İbn əbi Şeybə 5633. Albani isnadına səhih demişdir. İrvağul-ğalil 3/125.
لماذا كان كلام السلف أنفع من كلامنا ؟
سئل حمدون القصار –رحمه الله-: ما بال كلام السلف أنفع من كلامنا؟!
قال: لأنهم تكلموا لعز الإسلام ونجاة النفوس ورضى الرحمن، ونحن نتكلم لعز النفس وطلب الدنيا وقبول الخلق.
شعب الإيمان (2/297)
Nə üçün sələflərin sözləri və dedikləri bizim söz və dediklərimizdən daha faydalı və təsirli idi ?
Həmdun əl-Qassar rahiməhullahdan: Nə üçün sələflərin sözləri və dedikləri bizim söz və dediklərinizdən daha faydalı və təsirli idi? deyə soruşulduğu zaman. O cavabında:
- Çünki, onlar danışdıqları zaman İslamın izzətlənməsi, nəfsin qurtuluşu və Rahmanın razılığı üçün danışırdılar, biz isə danışdıqda nəfsimizin izzətlənməsi, dünyanın qazanılması və insanların bizi qəbul etməsi üçün danışırıq.
[ Şuabul İman, 2/297 ]
YAXŞICA DÜŞÜN !!
أكثر مايحزنك يوم الحساب :
أنك لا تستطيع أن تعطي أبوك أو أمك أو حتى ولدك حسنة واحده مع حبك الشديد لهم ، ولكن في المقابل ستكون مرغماً على إعطاء هذه الحسنات لشخص كرهته فأغتبته !
ولذلك سمي يوم التغابن .
تأملوها_جيدا
Qiyamət günü səni ən çox kədərləndirən o olacaq ki:
Sən nə atana, nə anana hətta övladına belə onları şiddətli dərəcədə sevməyinə rəğmən nə bir həsənət, nədə bir yaxşı əməlindən bir şey verə biləcəksən, lakin sən sevməyib qeybətin etdiyin adama bunun müqabilində həsənətlərindən və yaxşı əməllərindən sən istəməsən belə məcburən verəcəksən!
Onun üçün o gün Tağabun (Qarşılıqlı aldanma) adlandırılmışdır.
Dediklərimi yaxşı-yaxşı düşün.!!!
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
İbnul Qeyyim rahiməhullah:
Quran və Sünnə əhlinə düşmən olanlardan ÇƏKİNİN!, və onların sizi düşmənçiliklə yoluxdurmasına icazə verməyin, yoxsa məğlub olacaqsız.
[əl-Fəvaid, səh. 115]
Peyğəmbər səllallahu aleyhi və səlləm buyurur:
Həqiqətən bədəndə bir ət parçası vardır ki, həmin ət parçası sağlam olsa bütün bədən sağlam olar, yox əgər xarab olsa, bütün bədən xarab olar, həqiqətən bu - QƏLB`dir.
Qızıl suyu ilə yazılacaq kəlimələr
كﻻم يكتب بماء الذهب تأملها!!!يقول ابن القيم رحمه الله:إذا فتح الله عليك في باب قيام الليل، فلا تنظر للنائمين نظرة ازدراء.وإذا فتح الله عليك في باب الصيام، فلا تنظر للمفطرين نظرة ازدراء.وإذا فتح الله عليك في باب الجهاد، فلا تنظر للقاعدين نظرة ازدراء.فرب نائم ومفطر وقاعد .. أقرب إلى الله منك."وإنك أن تبيت نائماً وتصبح نادماً خير من أن تبيت قائماً وتُصبح معجباً، فإنَّ المُعجَب لا يصعد له عمل".مدارج السالكين
İbn Qeyyim rahiməhullah belə deyir:
- Allah sənə gecə namazlarına durmağı müvəffəq edibsə o zaman yatanlara alçaldıcı gözlə baxma.
Allah sənə oruc tutmağı nəsib edibsə o zaman yeyənlərə alçaldıcı gözlə baxma.
Allah sənə cihad qapısın açmışsa o zaman oturanlara alçaldıcı gözlə baxma.
Ola bilsinki yatan, yeyən, oturan Allaha səndən daha yaxın olsun .
"Sənin gecəni yatıb səhəri peşman durman senin üçün gecəni namaz qılıb səhəri özünü bəyənməyindən daha xeyirlidir, çünki özünü bəyənənin əməli ucalmaz"!!!
[Mədəric əs-Səlikin]
Sələflərdən biri demişdir:
Rəbbimə etdiyim asiliyin təsirini ZÖVCƏ`min əxlaqında görürdüm.
["əl-Məcmuul Qeyyim min kəlamul ibnul Qeyyim" kitabı]
Peyğəmbərin (səllallahu aleyhi və səlləm ) namazlarda oxuduğu surələr:
Fəcr namazında:
• əl-Vaqiə,
• ət-Tur,
• ət-Təkvir,
• əz-Zəlzələ,
• Qaf,
• Əl-Fələq,
• ən-Nas,
• ər-Rum,
• Yasin,
• əl-Muminun,
• əs-Saffat,
• əs-Səcdə,
• əl-İnsan;
Fəcr namazının sünnətində:
• əl-Kafirun,
• əl-İxlas;
• əl-Bəqərə, 136-cı ayə,
• Ali İmran, 64-cü ayə,
• Ali İmran, 52-ci ayə;
Zöhr namazında:
• ət-Tariq,
• əl-Leyl,
• əl-Buruc,
• əl-İnşiqaq;
Əsr namazında:
• ət-Tariq,
• əl-Leyl,
• əl-Buruc,
• əl-İnşiqaq;
Məğrib namazında:
• əl-Ə'raf,
• ət-Tur,
• əl-Mursələt,
• əl-Ənfal,
• ət-Tin;
Məğrib namazının sünnətində:
• əl-Kafirun,
• əl-İxlas;
İşa namazında:
• əş-Şəms,
• əl-İnşiqaq,
• ət-Tin;
Gecə namazında:
• əl-Bəqərə,
• ən-Nisa,
• Ali İmran,
• əz-Zumər,
• əl-İsra,
• əl-Muzzəmmil,
• əl-Maidə surəsinin 118-ci ayəsini səhərə qədər təkrar edib;
Vitr namazında:
• əl-Ə'la,
• əl-Kafirun,
• əl-İxlas,
• Əl-Fələq,
• ən-Nas,
• 100 ayə ən-Nisa surəsindən
• əz-Zəlzələ,
• əl-Kafirun;
Cümə namazında:
• əl-Cumuə,
• əl Munafiqun,
• əl-Ə'la,
• əl-Ğaşiyə;
Bayram namazında:
• əl-Ə'la,
• əl-Ğaşiyə,
• Qaf,
• əl-Qəmər.
Qeyd: İstənilən namazda istənilən surəni (bu və ya digər surələri) oxumaq üçün heç bir məhdudiyyət yoxdur.
[ Sifətu salətu-n-Nəbiyyi (səllallahu aleyhi və səlləmə) səh: 109-123 ]
Sənə verilən NEMƏTLƏRİN qədrini bil!
Salman Farsi buyurur ki:
- Bir adama sərvət verildi, sonra əlindən alındı, o, Allaha şükür etdi. Hətta, bir həsirdən başqa bir şeyi qalmadı, o yenə Allaha həmd səna etdi. Başqa bir şəxsə sərvət verildi.
Bu şəxs o kasıba dedi:
- Mənə de görüm, nəyə görə Allaha şükür edirsən?
Kasıb cavab verdi:
- O şeylərə görə həmd və şükür edirəm ki, onların yerinə bütün insanlara verilən sərvət mənə verilsəydi, onları insanlara verməzdim. Onlar nədir?- deyə varlı soruşduqda, kasıb:
- Gözlər, dil, əllər və ayaqlardır - cavabını verdi.
[ əl-Beyhəqi, "Şuabul-İman", 4462 ]
İnsan çox əməl etməklə deyil "Sünnə" üzərində olmaqla xeyirə çatar.
Muhamməd ibn Sirin (Allah ona rəhmət etsin) belə deyir:
İnsanlardan bir dəstə elm almağı, alimlərlə bərabər olmağı və onların yanında oturub durmağı tərk etdilər.
(Onlar elmi və alimləri tərk edib) Namazlarını artırdılar və o qədər çoxlu oruc tutdular ki hətta dəriləri qiruyub sümüklərinə yapışdı,
Lakin (elm və alimlərdən uzaq düşdükləri üçün cahillikləri üzündən) sünnəyə muxalif oldular.
Bununlada özlərini həlak etdilər və müsəlmanların qanlarını axıtdılar.
Özündən başqa haqq ilah olmayana and olsun ki, cahilcəsinə elimsiz edilən elə bir əməl sahibi yoxdur ki onun məfsədəsi (zərər və fəsadı) məsləhəsindən çox olsun.
[(الاستذكار لابن عبد البر (616/8)]
İblis Musa əleyhisələmlə görüşəndə O Musa əleyhisələmə Allaha tövbə etmək istəyirəm deyir, get Allahla danış mənim tövbəmi qəbul etsin.
Musa əleyhisələm Allah sübhənəhu və təaləyə gəlib İblisin tövbə etmək istədiyini deyəndə Allah Subhənəhu və Təalə buyurur:
- Get İblisə deki onun Tövbəsini qəbul edirəm, amma 1 şərtlə.
O Adəm əleyhissələmin qəbrinə səcdə etsin.
Musə əleyhissələm gəlib bunu İblisə deyir.
İblis əsəbləşərək:
- Mən onun dirisinə səcdə etmədim. ölüsünəmi səcdə edəcəm?!
Sonra İblis deyir:
- Ey Musa sən mənim üçün yaxşılıq etdin. Məndə sənə yaxşılıq etmək istəyirəm.
Mənim insanları yoldan asan çıxarmağımın 5 yolu var. Onun 3-nü sənə deyəcəm ama 2-sini yox.
Musa əleyhissələm gəlib bunu Allah Subhənəhu və Təaləyə deyir.
Allah Subhənəhu və Təalə Musaya bildirirk ki, İblisə de 3 dediyi lazım deyil. 2 demədiyini sənə desin.
Musa əleyhissələm gəlib İblisə deyir ki, ona qalan 2-sini öyrətsin.
İblis deyir:
Bunun biri "Həsəd" digəri isə "Ehtiras" dır.
[İbnul Covzi, Təlbisul İblis]
Əssələmu aleykum va rahmətullahi va bərakətuh əziz müsəlmanlar
Şəvval ayının bitməsinə 7 gün qalıb, unudub və ya məşğul olub tutmayanlar, bu fürsəti əldən verməmək üçün sabahdan başlayıb tutsunlar!
Ən axmaq insan
Ömər ibn Abdul Əziz (Allah ona rəhmət etsin) yanında oturanlara müraciət edərək belə dedi:
İnsanlar içərisində ən axmaq olan kimdir?
Orda olanlar: "Axirətini dünyaya satıb dəyişən" dedilər.
Ömər isə onlara " Sizə ondan daha axmağını xəbər verimmi " dedi.
Onlarda: " Əlbəttə xəbər ver dedilər"
Ömər dedi: "Ən axmaq kəs Axirətini özünün deyildə başqasının düyasına görə satıb dəyişəndir"
بيان العلم وفضله: [82/2]
Qəzəb anında danışmaqdan çəkin !
İmam Əta ibn əbi Rabah (Allah ona rəhmət etsin) belə deyir:
Şübhəsiz insan qəzəb anında elə bir söz deyib kəlimə işlədər ki, (bu söz) onun 60 və ya 70 illik əməlini puç edər.
فتح الباري للحافظ ابن رجب (٢٠٠/١)
Səudiyyə Ərəbistanında Məhkəmənin qərarı ilə Zilhiccə ayının hilalı görsəndi.
İnşəallah sabah 7 iyun Zilhiccənin 1-dir.
15 iyun Arafa günü (6-cı günü)
16 iyun (bazar günü) Qurban bayramının birinci günüdür.
İbn Məsud (Allah ona rəhm etsin):
"Əgər birinizdən elm barədə soruşularsa, bildiyinizi söyləyin, əks halda bilmirsə *Allah daha yaxşı bilir* söyləsin. Çünkü bu kəlməni söyləmək özü də bir elm hesab edilir"
("Kitəbul ilm" - Şeyx İbn Useymin)
وَكُلُّ خُطْوَةٍ يَخْطُوهَا إِلَى الصَّلاةِ صَدَقَةٌ
Məscidə atılan hər addıma görə sədəqə yazılır.
رواه البخاري (2989) ومسلم (1009)
[Buxari, Muslim]
*MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Biz elə insanlar gördük ki...
Həsən rahiməhullah buyurur:
- Bir kəs Quran oxuyardı, fəqət qonşusu bunu hiss etəzdi. Bir çox fiqhi məsələni bilərdi, lakin insanlar bunu hiss etməzdi. Evində qonaq varkən uzun-uzadı namaz qılardı, lakin hec kim bunu hiss etməzdi.
Biz elə insanlar gördük ki, Yer üzündə gizli edə biləcəkləri əməli hec bir zaman aşkar etməzdilər. Musəlmanlar şox dua edərdilər, fəqət onlardan hec bir ses eşidilməzdi. Bu ancaq Rəbbi ilə özü arasında olan bir pıçıltı idi. Çünki Uca Allah buyurur:
- Rəbbinizə acizanə, həm də gizlicə dua edin! (əl-Əraf, 55)
[İbn Muhammad əl-Qasim, Miftahud Da'vatur-Rasul- kitabı]
Həsənul Bəsri rahiməəhullah deyir:
Onlar ALLAH`ın GÖZÜNDƏN DÜŞDÜKLƏRİ ÜÇÜN asilik edirlər, Allah qatında DƏYƏR`ləri olsaydı Uca Allah onları günahlardan qoruyardı.
["əl-Məcmuul Qeyyim min kəlami ibnul Qeyyim" kitabı]
22. əl-Həcc surəsi, 26-cı ayə
Ey Allahın Rəsulu, mən qocalıb zəifləmişəm, mənə elə bir şey öyrət ki mən onu otura biləcək halda edə bilim
عن أم هاني رضي الله عنها قالت : مّر بي رسول الله صلى الله عليه وسلم فقلت: يا رسول الله صلى الله عليه وسلم قد كبرت وضعفت أو كما قالت. فمرني بعمل أعمله وأنا جالسة. قال :" سبحي الله مائة تسبيحة فإنها تعدل لك مائة رقبة تعتقينها من ولد إسماعيل ، واحمدي الله مائة تحميدة فإنها تعدل لك مائة فرس مسرجة ملجمة تحملين عليها في سبيل الله، وكبرى الله مائة تكبيرة فإنها تعدل لك مائة بدنة مقلّدة متقبلة ، وهللي الله مائة تهليلة .
قال أبو خلف : أحسبه قال : تملأ ما بين السماء والأرض ، ولا يرفع يومئذ لأحد عمل أفضل مما يرفع لك إلا أن يأتي بمثل ما أتيت . رواه أحمد و ابن ماجه
Umm Həni rəvayət edib dedi ki:
Bir gün mən Allahın Rəsuluna (səllallahu aleyhi və əlihi və səlləm) dedim: Ey Allahın Rəsulu, mən qocalıb zəifləmişəm, mənə elə bir şey öyrət ki mən onu otura biləcək halda edə bilim.
Peyğəmbər (səllallahu aleyhi və əlihi və səlləm) dedi:
De yüz dəfə Subhən Allah, həqiqətən bu sənin üçün İsmail nəslindən olan yüz qulun azad olmasına bərəbərdir ,Və yüz dəfə Allaha həmd gətir həqiqətən də bu sənin üçün Allah yolunda cihad üçün yüz atın hazırlamasına bərabərdir və yüz dəfə Allaha təkbir gətir və de Allahu Əkbər, həqiqətən bu sənin üçün qurban üçün hazırlanan yüz dəvəyə bərabər olacaq Və yüz dəfə lə İləhə illəllah de. Hədisi rəvayət edən Əbu Xalləf dedi: Deyəsən Peyğəmbərin belə dediyini eşitdim:
Həqiqətən bu sözlər göylərin və yerin arasında olan hər şeyi dolduracaq, heç kəs buna bərabər olacaq əfzəl bir əməli gətirə bilməyəcək, yalnız həmin gün sənin bu etdiyin əmmələr ilə gələnlər istisna olanlar.
[ Hədisi Əhməd və İbn Məcə rəvayət etmişlər. Hədis Silsilatu əs-Səhihədə, 1316
Sələflər deyərdi:
Ən təəccüblü insan odur ki, dünyada yayın istisindən qorxub qorunur, lakin axirətdə cəhənnəm əzabından qorunmaq üçün günahlardan çəkinmir.
Zövcəyə yaxşılıq etmək - Onunla gözəl davranmaq deyil, ƏSL YAXŞILIQ - Ondan gələn əziyyətə səbr etmək, qəzəbli halına mülayimliklə qarşılıq verməkdir.
[Muxtasar Minhac`ul Qasidin, səh 78]
MUVATTA*
♻️ Paylaşaraq xeyrin yayılmasına səbəb olun!
🚩Telegram kanalımız:
/channel/muvatta
🚩Facebook səhifəmiz:
https://www.facebook.com/Muvatta/
🚩İnstagram səhifəmiz:
https://www.instagram.com/muvatta/
Bir özünə bax, birdə Əbu Dərdanın sözünə. Və nəticəni özün çıxar!
Əbu Dərda (radiyallahu anhu):
Kim öz qardaşına GİZLİNDƏ məsləhət verərsə onu gözəlləşdirmiş olur, kim ki açıq şəkildə bunu edərsə onu ÇİRKNLƏŞDİRMİŞ olur.
[ əl-Əmr bil-Maruf van Nahi-ənil Munkər, səh. 39]
İbn Teymiyyə:
(Məcmu əl-Fətəvə 10/449)
QARDAŞ`ının ayıbını axtaranlara ...
Əbu Hatim ibn Hibban əl-Busti demişdir:
Ağılı olan kəs gərək insanların ayıblarını aramaqdan çəkinərək, öz ayıblarını islah etməklə məşğul olsun. Kim başqalarının ayıblarını deyil, öz ayıblarını islah etməklə məşğul olarsa bədənini rahat edər və qəlbini yormaz. Hər dəfə özünün bir ayıbı yada düşdükdə qardaşının ayıbını yaddan çıxarar. Öz ayıblarını deyil, başqalarının ayıblarını arayıb araşdıranların isə qəlbi kor olar, bədəni yorular və öz ayıblarından yaxa qurtara bilməz.
[“Raudatul-uqalə” səh,131]