Bu gün saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.
Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xədarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
⚡️Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib
Читать полностью…MSK qeydə alınan prezidentliyə namizədləri açıqlayıb:
• İlham Əliyev
• Razi Nurullayev
• Zahid Oruc
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta “Whatsapp” tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edir.
Belə ki, saxta “Pink Whatsapp”, “Whatsapp+” kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən istifadə edilməsi ilə “mining” və ya “proxy” kimi istifadə edilmək məqsədi ilə yaradılır.
Dövlət Turizm Agentliyi: “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb.
Yanvarın 6-da saat 07 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər DYP İdarəsindən bildirilib ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub. Göstərilən müdaxilələrə baxmayraq qadın hadisə yerində ölüb.
Araşdırma aparılır.
⚡️İran HMO tərəfindən terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan şəxslərdən biri Tacikistan vətəndaşıdır (Tasnim)
Читать полностью…7 Fevral Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür.
Müvafiq məntəqə və dairə seçki komissiyasına müraciət edərək adınızın seçici siyahısında olub-olmadığını öyrənə bilərsiniz.
Ətraflı qaynar xətt: 115
Ağdaşda “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb. Bir nəfər ölüb.
Читать полностью…⚡️Hikmət Hacıyev: Bizim narahatlığımız ondan ibarətdir ki, biz Azərbaycan yüklərini və sərnişinlərini Ermənistanın hüquq-mühafizə orqanlarının rəhminə buraxa bilmərik.
Bizim narahatlıqlarımızın əsası var. İrəvanda Ermənistan baş nazirinin iştirakı ilə keçirilən ağır atletika yarışında Azərbaycan Bayrağı yandırılıb. Dumanlı havada itən Azərbaycan əsgərinin Ermənistanda vəhşicəsinə döyülməsi ilə bağlı internetdə çoxlu kadrlar var.
Ancaq önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur.
Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər.
BDPİ: Bu gecə saat 01:50 radələrində "Range Rover" markalı, 77-MF-774 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Adil Mayıl oğluna paytaxtın Ü.Hacıbəyli küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə yol-patrul xidməti əməkdaşı tərəfindən "saxla" işarəsi verilib, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi məlum olub.
Sürücü barəsində müvafiq sənədləşmə aparılıb və toplanmış materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Əliyev inzibati qaydada həbs edilib.
⚡️ Mədəniyyət Nazirliyi məlumatı təsdiqləməyib.
***
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib
"Prius"la piyadalar üçün nəzərdə tutulmuş pilləkənlərdə hərəkət edən sürücü Novruzov Rəsul 10 sutka həbs edilib
Читать полностью…Hakan Fidan Türkiyədə səfərdə olan Blinkenlə regional məsələləri, Qəzza münaqişəsini, İsveçin NATO-ya üzvlüyünü müzakirə edib
Читать полностью…DİN: Şəmkir rayonunun Keçili kəndi ərazisindəki dəmiryolu xəttinin yaxınlığında 1 ədəd “F-1” qumbarası, 2 ədəd tüstüverici şaşka, 1 ədəd alışdırıcı, 42 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb.
Читать полностью…Neft Daşlarında dalğanın hündürlüyü 4.2 metrə çatıb
Bakıda və Abşeronda güclü küləyin günün ikinci yarısınadək davam edəcəyi gözlənilir
DİN: Füzulinin Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü şəxs kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
ÜST koronavirusa yoluxma hallarının artdığını bildirir və maskadan istifadəyə, peyvəndlənməyə çağırır
Читать полностью…İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Читать полностью…Hikmət Hacıyev: Biz Ermənistan ərazisi ilə daşımaları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə təhlükə kimi görmürük. Çünki Azərbaycandan Naxçıvana - Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Əgər siyasi iradə mövcuddursa, məqbul üsullar tapmaq həmişə mümkündür. “Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək
Читать полностью…⚡️Müdafiə Nazirliyi: Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Faktla bağlı araşdırma aparılır.
⚡️İranda törədilən terror aktı nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb
Rəisinin Türkiyə səfəri təxirə salınıb.
Ərdoğan İbrahim Rəisi ilə telefon danışığı aparıb.