Aleksey Orestovic: Biz Buça qətliamında iştirak edən hər kəsi təyin edəcəyik. Bizim bu məsələ ilə bağlı çox aydın hədəfimiz və öhdəmizə düşən vəzifəmiz var. Prezident Zelenski də, bunu çox açıq şəkildə ifadə etdi. Bilinsin ki, addımlarımız "Qara sentyabr" (İsrail kəşfiyyatı MOSSAD-ın, üzvlərini öldürdüyü Fələstin təşkilatı) axtarışı kimi olacaq. Kəskin qisas alınacaq, heç kim yayına bilməyəcək. Bu, prinsipial mövqedir. Təqaüdə çıxsalar belə biz onları tapıb, qisas alacayıq. Bu Ukraynanın şərəf məsələsidir.
Читать полностью…"Barışın əldə olunmasını istəməyən qüvvələr hələ diridir. 6 aprel Əliyev-Paşinyan Brüssel görüşünə qədər ayrı-ayrılıqda Ermənistanda və Azərbaycanda ictimai-siyasi mövzulara aid gərginlik yaratmaq, ya da sərhəddə şiddət məqsədi güdən hər cür hadisə gözləmək olar.
Təsadüflər də mümkündür, amma bir hadisənin lazımsız ictimai müzakirə açması onun təsadüf deyil, bilərəkdən torədilməsi haqda ehtimalları gücləndirir.
Bu baxımdan, aprelin 5`nə İrəvanda təyin olunan mitinq də əlamətdardır - Ermənistanın Azərbaycanla birbaşa, vasitəçisiz anlaşmasının qarşısını almaq istəyən çalışmaların tərkib hissəsidir."
© REAL sədri İlqar Məmmədov.
Aleksey Arestoviç, Rusiya Federasiyasının Belqoroddakı neft anbarının Ukrayna tərəfindən atəşə tutulması ilə bağlı bəyanatlarına münasibət bildirib.
"Biz öz ərazimizdə müdafiə xarakterli hərbi əməliyyatlar aparırıq. Rusiya Federasiyasının rəhbərliyi, Rusiya Federasiyası ərazisində baş verənlərə görə məsuliyyət daşıyır və onlar Belqorodda nə baş verdiyini aydınlaşdırmalıdırlar".
© Aretoviç bildirib.
🇹🇷 Türkiyə Müdafiə Nazirliyi də 103 təqaüdçü admiralın kollektiv məktubuna münasibət bildirib.
“Əsgərlərimiz Türkiyənin maraqlarını müdafiə edərkən və Suriya, İraq, Kipr, Azərbaycan, Liviya, Aralıq dənizindəki qardaşlarımızın hüquqlarını müdafiə edərkən bu cür açıqlamalar yalnız düşmənlərimizi sevindirə və demokratiyamıza zərər verə bilər.
Türk silahlı qüvvələrindən siyasi ambisiyalar həyata keçirmək üçün istifadə edilə bilməz. Türkiyənin müstəqil məhkəmə sisteminin lazım olan hər şeyi edəcəyinə inanırıq."
#Sondəqiqə
Türkiyədə 103 ehtiyatda olan admiral ortaq bir bəyanat yayımlayıb.
Türkiyə hökumət nümayəndələri bunu hökumətə qarşı barmaq silkələmə və "Darbe" çağırışı olduğunu bildirir.
— Ukraynanın xarici işlər naziri Dmitri Kuleba: Ukraynanın əsas gözləntilərindən biri Donbass və Krımın işğaldan azad olunması prosesində ABŞ-ın daha aktiv və ən əsası, təcili iştirakıdır.
— Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak: Prezident Bayden Ukraynanı hərtərəfli dəstəkləyir, onun komandası isə Zelenskinin islahat məsələlərində hər şeyi qiymətləndirir. Cozef Bayden əlavə edib ki, Ukraynaya yenidən səfər etmək istəyir.
Vostok tabor komandiri Aleksandr Xodakovski:
"Donbasdakı vəziyyət dalana dirənib, bir çıxış yolu var, yalnız hərbi yol.
“Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır. İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideynlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideynlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır. "
© İlqar Məmmədov.
Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan "ordusunun" işğalı altında idi.
Bu gün - 2021-ci ilin aprel ayının 2-si Kəlbəcər artıq bizimlədir və azaddır.
Bu dəfə "K̶ə̶l̶b̶ə̶c̶ə̶r̶s̶i̶z̶ ̶2̶8̶ ̶i̶l̶" sözünün üstündən xətt çəkirik.
Çünki biz artıq Kəlbəcərləyik!
Səhərlərim – boyasız, gündüzlərim – qorxusuz
Gecələrim – narahat, gecələrim – yuxusuz.
Başbaşayıq sübhə tək mənimlə fikirlərim,
Gecələrə açılır gizli-gizli sirlərim.
İndi mən qısılmışam gecələrin qoynuna
Boylanıram içimdə gah əvvələ, gah sona.
Gecələr – sığnaq yerim, gecələr – pənah yerim,
Gecələr bir-birilə döyüşən fikirlərim.
İndi qurban verməyə hazıram bir yad kimi
Min-min səhərlərimi, min-min gündüzlərimi
Bir anlıq sükutuma, bir yuxusuz gecəmə.
Qəm sükuta dəm tutur, gecələr sükut qəmə.
Mənim mənə ən yaxın sirdaşımdır gecələr,
İçimə damcılayan göz yaşımdır gecələr.
Gecələr sığnaq yerim, gecələr pənah yerim,
Səhərlər açılanda qapanır kirpiklərim.
Öyrəndim gecələrden
Qaranlıq içində mən
Ulduz-ulduz yanmağı,
Özümə qapanmağı, içimə boylanmağı.
Gecələrin sahibi, gündüzlərin quluyam,
Mən gündüzlər adiyəm, gecələrsə uluyam.
Gecələr çiçəklənir söz gülşənim, söz bağım
Gecələrin şahıyam, yoxdur mənim ortağım.
© B.Vahabzadə.
ABŞ dövlət katibi Blinken, Rusiyaya qarşı Ukraniyaya hər cür dəstək verməyə hazır olduqlarını bildirib.
Читать полностью…“Bu gündən etibarən can Azərbaycana səyahətlər yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq. “Bütün maneələr aradan qaldırılır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun.”
© Mevlüt Çavuşoğlu
Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol” bu gündən qüvvəyə minib. Sözügedən sənədin qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə etməklə, digər ölkəyə 90 gün qalma müddətli vizasız səyahət edə biləcək.
Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür
Читать полностью…"Gələn həftə, 6 aprel tarixində Brüsseldə Əliyevlə Paşinyanın görüşü gözlənilir, məncə, çox vacib, əhəmiyyətli hadisədir. Konkret sənədlərin imzalanmasını gözləmək çətindir, amma sülh danışıqlarının daimi olması üçün masanın qurulması qərarı mümkündür. Yəni, hər iki ölkənin rəsmi şəxsləri Azərbaycanın təqdim etdiyi və Ermənistanın da inkar etmədiyi 5 təməl prinsiplər ətrafında geniş sülh müqaviləsinin bağlanması üçün daimi fəaliyyətdə olan işçi qrupu təsis edilə bilər. Bu qrup Avropa şəhərlərinin birində, ya da, çox güman, Tiflisdə fəaliyyətə başlaya bilər, məncə, belə bir qərarın olması bölgəmizdə sülhün təsisinin sürətlənməsi üçün vacib bir addım olardı.
Görünən odur ki, Ermənistan özlərinin “Qarabağ problemi” adlandırdıqları məsələdən tamamən çəkilmək, danışıqları ancaq dövlətlərarası müqavilələrin bağlanmasına fokuslamaq istəyir ki, bu bizə də sərfəlidir. Rusiyaya qarşı kəskin sanksiyaların uzunmüddətli olması artıq şübhə doğurmur, iqtisadiyyatının 70%-nin Rusiyadan asılı olması Ermənistan üçün əlavə çağırışlar, problemlər yaradır. Ermənistanın Qərbə doğru inteqrasiya istəkləri də aydın görünür, amma bu yol Azərbaycan və Türkiyədən keçir ki, bunu da Paşinyan və komandası aydın dərk edirlər, addımlarını strateji olaraq bu yöndə atmağa çalışırlar.
İki ölkə arasında Moskvanın iştirakı və moderatorluğu olmadan istənilən görüş və təmaslar Kremli qəzəbləndirir, Rusiyanın xoşuna gəlmir – ona görə də, bacardıqca bu görüşə mane olmağa, və ya, Moskvanın iştirakı olmadan hansısa anlaşma mətninin ortalığa çıxamamasına çalışır. Ona görə də, Kreml Ermənistandakı dayaqlarına aranı qarışdırmaq üçün işarə verib – aprel ayının 5-də, həftənin ikinci günü, Brüssel görüşündən həmən əvvəl ruspərəstlərin İrəvanda mitinqi təyin edilib. Mitinq üçün həmişə həftə sonu seçilirdi, indi bilərəkdən həftəiçi gün seçilib, mitinq görüşdən bir gün əvvələ salınıb.
Açığı məmləkətdə də bənzər provokasiyalar ola bilər, durduq yerdə vətəndaş cəmiyyəti fəalının saxlanılması, mənasız təqiblər görüş öncəsi bizdəki “ruspərəstlərin” davranışına bənzəyir. Bəzi siyasi qüvvələr də ya avamlıqdan, ya da bilərəkdən heç bir ehtiyac olmadan “aksiya” təyin etməyə girişməkləri də, ən azından, suallar yaradır. Azərbaycan cəmiyyətində Ukrayna məsələsi ilə bağlı fikir ayrılığı sıfıra yaxındır – toplum Ukraynanı dəstəkləyir, dövlət səviyyəsində səs-küysüz Ukraynaya yardımlar edilir və buna görə Ukrayna xalqı və dövləti, prezidenti dəfələrlə publik təşəkkürünü bildirir, vətəndaşların orqanik olaraq təşkil etdiyi Ukrayna səfirliyi qarşısındakı dəstək aksiyasına hökumət tərəfindən heç bir maneçilik olmadı və bu aksiya çox gözəl və təbii alındı (baxmayaraq ki, bəzi “siyasətçilər” özlərini orda da yandırdılar). Yaxşı, bu mövzuda el birliyi, cəmiyyət bötövlüyü varsa, nədən kimlərsə bundan təşvişə düşdülər?! Nə səbəbə orqanik aksiyalar baş tutmuşkən süni gündəm yaratmağa girişdilər?! Nədən bəziləri özlərini “mitinq monopolisti” sayırlar, orqanik aksilara qarşı qısqanc yanaşırlar?!
Bu sullar legitimdir, düşündürücüdür, Brüssel öncəsi hakimiyyətin içində (tək orda da deyillər) olan “ruspərəstlərin” provokasiyalarına qarşı diqqətli olmalıyıq..."
© Natiq Cəfərli.
Rusiyaya məxsus Mi-28 helikopterinin quyruğundan vurulması nəticəsində, helikopter quyruq bumunu itirir. Məlumatda hər iki ekipaj üzvünün sağ qaldığı və təxliyyə edildiyi bildirilir.
Читать полностью…Bəyanatdan kiçik hissə:
"Türk Milletinin bağrından çıkan şanlı bir geçmişe sahip, Ana ve Mavi Vatan’ın koruyucusu Deniz Kuvvetleri Komutanlığı personelinin Atatürk ilke ve devrimleri doğrultusunda yetiştirilmesi elzemdir"
🇹🇷 Türkiyə istehsalı olan ATMACA gəmi əleyhinə raketinin növbəti uğurlu sınağı həyata keçirilib. Hədəf 220 km-dən çox məsafədə uğurla vurulub.
Читать полностью…"Bizim 2022ci il üçün üşaqpulu təklifimizi səhər təqdim etdim:
ci ilin büdcəsi üçün bizimkindən fərqli İKİCƏ rəqəmi səsləndirin, vəssalam. Çox şey istəmirəm. İllərdir bunu etmədiniz, biz etdik. Əksini qoyun ortaya, konkret şəkildə, görək nəyin davasını edirsiniz!"
- ehtiyacı olan ailəyə ikinci uşağa görə ayda 100 AZN;
- bütövlükdə il ərzində təxminən 1 milyard manat.
İllərdir boş-boşuna "uşaqpulu" bağıraraq xalqı çaşdırıb-alçaldan yaramaz siyasi liderlərdən ikicə rəqəm istəyirəm: 2022
© İlqar Məmmədov
Capitol Police (USCP) Report:
Naməlum şəxs avtomobili iki USCP zabitinin üzərinə sürüb. Şübhəli saxlanılıb. Hər iki zabit xəsarət alıb. Hər üçü xəstəxanaya aparılıb.
Qeyd edək ki, Kapitoliya təhlükəsizlik məqsədilə tam qapadıldı.
🇦🇿Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən beş il ötür.
2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Donetsk ciddi şəkildə müharibəyə hazırlaşır. Bu məqsədlə Donetsk səlahiyyətliləri 1994-2003-cü illərdə doğulmuş bütün kişilərin 24 saat ərzində səfərbərliyə cəlb edilməsi əmrini verdi.
Читать полностью…Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktarı və "ASELSAN" şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.
Читать полностью…Sabiq baş nazir Novruz Məmmədov 1500 manat pensiya alır.
Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov 4000 manat təqaüd alır.
Baş nazirin sabiq müavini Abid Şərifovun pensiyası 3500 manatdır.
Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənova 4000 manat pensiya təyin edilib.
Baş nazirin sabiq müavini Elçin Əfəndiyev 3500 manat pensiya alır.
Baş nazirin sabiq müavini, sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasova 3500 manat təqaüd təyin edilib.
Sabiq Təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun təqaüdünün məbləği 2300 manatdır.
Bakı Dövlət Universitetinin eks-rektoru Abel Məhərrəmov 4000 manat pensiya alır.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova 3640 manat təqaüd təyin olunub.
Sabiq millət vəkili Ağacan Abıyev 2500 manat pensiya alır.
"Belə çıxır ki, ölkədə virusun qarşısını avtobuslar alırmış, siz də nəqliyyatdan şübhələnirdiz. Tam 9 gün ictimai nəqliyyat işləmədi - yoluxma halı artdı, avtobuslarda basabasla getmək virusun dərmənı imiş. Bəlkə sabahdan maşın sürməkdən imtina edib avtobusla gedib-gəlim?!
İndi bir "ağıllı" gəlib deyəcək ki, bu da oxumuşumuz, virusa inanmır - a kişi, virusa inanıram e, Operativ Qərargaha inanmıram..."
© Natiq Cəfərli