patriots_1918 | Unsorted

Telegram-канал patriots_1918 - Patri🌎t TV

-

Instagram : https://www.instagram.com/invites/contact/?i=lmb9ywpn0g5q&utm_content=ikkypxr Twitter: https://twitter.com/PatriotTV3?s=09

Subscribe to a channel

Patri🌎t TV

"Güney Qafqazımızı Avropada 14 deputat təmsil edir. 4 gürcü, 4 erməni və 6 azərbaycanlı. Rusiyanın Ukraynaya təcavüzünü pisləyən bugünkü AŞPA qətnaməsinə onların cəmi 5 nəfəri səs verdi: 4 gürcü və 1 azərbaycanlı - Respublikaçı Alternativ partiyasının millət vəkili Erkin Qədirli."

© REAL sədri İlqar Məmmədov.

Читать полностью…

Patri🌎t TV

Metronun 28 may stansiyasında, tələbə gənc özünü qatarın altına ataraq intihar edib.

Читать полностью…

Patri🌎t TV

Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Ancaq Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti isə 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb.

Читать полностью…

Patri🌎t TV

Çavuşoğlu: "Türkiyə Rusiya Federasiyasına qarşı sanksiyalar BMT tərəfindən təsdiqlənərsə, onlara əməl edəcək."

Читать полностью…

Patri🌎t TV

Ukrayna Ordusunun Qara dənizdə rusların “Moskva” krayserini batırdığı bildirilir.

Читать полностью…

Patri🌎t TV

⚡️Fransa prezidenti Emmanuel Makron bildirib ki, indiki mərhələdə o, Kiyevə səfər etməyi planlaşdırmır, çünki belə bir səfərin konkret nəticələr verəcəyinə inanmır.

Читать полностью…

Patri🌎t TV

Rusiyanın Ukraynadakı 5-ci kolonunun lideri Viktor Medvedçuk keçirilən xüsusi əməliyyatla yaxalanıb.

Medvedçuk işğal başladıqdan sonra fəaliyyəti qadağan edilmiş "Müxalifətçi Platforma - Həyat Uğrunda" Partiyasının lideridir, zəngin iş adamıdır. Təxminən 1 il əvvəl barəsində "vətənə xəyanət" ittihamı ilə cinayət işi açılmış və istintaq müddətində ev dustağı edilmişdi.

Müharibə başladıqdan sonra xəbər yayıldı ki, Medvedçuk xaosdan yararlanaraq qaçıb. Söz-söhbət var idi ki, Rusiya ordusu Kiyevə girib, Zelenskini devirdikdən sonra qurulacaq kukla hökumətə məhz Medvedçuk rəhbərlik edəcək, bu səbəblə Rusiya kəşfiyyatı onu hər ehtimala qarşı təhlükəsiz yerə qaçırıb.
O zamandan bəri Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Medvedçuku axtarırdı. Bir az əvvəl Zelenski xəbər verdi ki, SBU Medvedçuku yaxalayıb. O, Ukrayna ordusunun formasında imiş.

V.Medvedçuk Kuçma dövründə prezident administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Qızı dünyaya gələndə Putin körpənin xaç atası olub. Yəni "böyük balıq"dır.

© Ş.Cəfərli

Читать полностью…

Patri🌎t TV

Azərbaycanda rəsmi inflyasiya rəqəmləri açıqlandı, bu ilin 1-ci rübündə 2021-ci ilin yanvar-mart aylarına nisbətən 12,2%, o cümlədən ərzaq məhsulları üzrə 17% inflyasiya qeydə alınıb.
İş o yerə çatıb ki, hökumət ölkədə ikirəqəmli inflyasiyanı etiraf etmək məcburiyyətində qalıb. Hətta rəsmi rəqəmləri əsas götürsək belə çıxır ki, hökumətin maaş və təqaüd artımını inflyasiya artıq yeyib-bitirib, indi isə artıq “mayadan” yeyir...

© Natiq Cəfərli

Читать полностью…

Patri🌎t TV

Bu günə qədər Rusiya Federasiyası və Belarusdan 150 yük maşını, tətbiq edilən sanksiyalara görə, Latviya ilə sərhədi keçə bilməyib.

Читать полностью…

Patri🌎t TV

Kitab oxumaq həvəskarları üçün, çox gözəl bir platformanı sizlərə təqdim edirik. Abunə olub dünyagörüşünüzü zənginləşdirə bilərsiniz.


https://azercell.page.link/LCUH16nNm3are86Y7

Читать полностью…

Patri🌎t TV

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin seçki qaydalarına, partiyasının seçkidə qalib gəlməsinə kömək edəcək bir sıra dəyişiklikləri qəbul edib."

© Bloomberg

Читать полностью…

Patri🌎t TV

" Rusiyada ərzağın qiymətləri, dünya bazarından aşağı olacaq, dost olmayan ölkələr isə bizim məhsulu daha az alacaqlar."

© Putin

Читать полностью…

Patri🌎t TV

Co Bayden Ukraynada müharibə cinayətləri tribunalının yaradılmasına çağırdığını bildirib. ABŞ prezidenti həmçinin bildirib ki, onun administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə davam edəcək.

© Reuters

Читать полностью…

Patri🌎t TV

Aİ ölkələrindən, Rusiyanın enerji idxalına mümkün embarqo ilə bağlı bəyanatları.

▪️"İtaliyanın xarici işlər naziri Luici Di Maio bildirib ki, Avropa İttifaqı tərəfindən Rusiya qazına qarşı sanksiyalar tətbiq edilərsə, ölkə onu dəstəkləyəcək. "

▪️Almaniya Rusiyanın enerji daşıyıcılarına dərhal embarqo qoyulmasına qarşı çıxdı. Almaniyanın İqtisadiyyat naziri Robert Habek bildirib ki, ölkə Rusiya enerjisindən asılılığı azaltmaq üçün addımlar atır.

▪️Danimarka Rusiya neftinin alınmasına moratorium qoyub.

Читать полностью…

Patri🌎t TV

"Rusiya, Buça kimi təxribatları, beynəlxalq təhlükəsizliyə qarşı birbaşa təhdid görür."

© Lavrov.

Читать полностью…

Patri🌎t TV

Millət vəkili Erkin Qədirlinin, Avropa şurasındakı çıxışının dilimizə tərcüməsi:

"Təşəkkür edirəm cənab sədr,

Hörmətli həmkarlar,

Ukrayna ərazisində müxtəlif beynəlxalq cinayətlər törədilir. Bəşəriyyətə qarşı cinayətlər, müharibə cinayətləri - Buça, İrpen və digər yerlərdən gələn xəbərlərə əsaslanaraq, bu cinayətlərin bəzilərinin soyqırım xarakterli olduğuna inanmaq üçün əsasların olduğunu söyləsək haqlı olarıq. Ancaq bütün bunlardan əlavə, xüsusi diqqətə layiq olan bir cinayət var və bu təcavüz cinayətidir.

Hörmətli həmkarlar, beynəlxalq cinayətlər iki kateqoriyaya bölünür - beynəlxalq hüquqa görə cinayətlər və beynəlxalq hüquqa qarşı cinayətlər. Beynəlxalq cinayətlərin böyük əksəriyyəti birinci qrupa aiddir. Bunlar müvafiq beynəlxalq müqavilələrlə təsbit edilir – terrorizm, müəyyən silahların qanunsuz istifadəsi, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və s. Bunlar beynəlxalq hüquqa görə cinayətlərdir.

Təcavüz isə özünəməxsus cinayətdir. Bu, beynəlxalq hüquqa görə deyil, beynəlxalq hüquqa qarşı cinayətdir. O, beynəlxalq hüququn hüquqi fenomen kimi fundamental inkarına əsaslanır. Biri var ki, kimsə beynəlxalq hüququn səmərəsizliyindən məyus olur və biz hamımız beynəlxalq hüququn mükəmməllikdən uzaq olduğunu, əslində çox zəif olduğunu, çox vaxt güclü dövlətlər tərəfindən sui-istifadə edildiyini bilirik. Ancaq beynəlxalq hüququn hüquqi təbiətinin inkar edilməsi tam başqadır.

Rus dilində “безнаказанность” sözü var. İngilis dilinə "impunity" (cəzasızlıq) kimi tərcümə olunur. Düzgün tərcümədir, lakin burada mənanın bir hissəsi itir. Cəzasızlıq o deməkdir ki, ya qanunla nəzərdə tutulmuş cəza yoxdur, ya da qanunla nəzərdə tutulmuş cəza var, lakin kimsə ondan qaça bilir və ya hər hansısa səbəbə görə cəzadan kənar qalır. Ayrıca olaraq, rus dilindəki “безнаказанность” sözü isə, hər hansı bir cəzanın prinsipcə ola bilməməsi anlamına gəlir. İstər qanunda, istər əxlaqda və hətta ictimai rəydə.

Buna görə də biz rus siyasətçilərindən tez-tez “Varşavanı bombalayacağıq”, “tanklarımız yenidən Praqada olacaq”, “Berlin bizə yalvaracaq”, “Baltik ölkələri saxtadır”, “Ukrayna heç vaxt mövcud olmayıb” və s. eşidirik. Onlardan biri, Rusiya federal parlamentinin aşağı palatasının, dövlət dumasının deputatı Mixail Delyagin, daha da irəliyə gedərək, “Rusiya Azərbaycana qarşı taktiki nüvə silahından istifadə edə bilər” və hətta “istifadə etməlidir” deyib. Bilirsiniz niyə? Çünki Azərbaycan Ukraynaya humanitar yardım edir. Bu sözlər bu qədər asan başa gəlməməlidir. Biz beynəlxalq hüququn, onun hüquqi təbiətinin inkar edildiyi mərhələdəyik.

Təşəkkür edirəm."

Читать полностью…

Patri🌎t TV

Britaniya baş naziri: Boris Conson: "Rusiya unutmamalıdır ki, nüvə silahı həmdə bizdə var. Əgər Putin nüvə düyməsinə basacaqsa, biz də buna əl ata bilərik. Rusiya daha heç kimi təhdid edə bilməz. Biz hər şeyə hazırıq. Putin diktaturası və rus imperalizmi mütləq dəfn ediləcək. Rusiya kütləvi qırğın silahlarından istifadə edərsə Böyük Britaniya müharibəyə qoşulacaq. Və müttəfiqlərinin fikrinə belə baxmadan".

Читать полностью…

Patri🌎t TV

❗️❗️Rusiya Ermənistana silah tədarükünü dayandırıb.

Читать полностью…

Patri🌎t TV

Çexiya, Ukraynaya RM-70 (Sovet MLRS BM-21 “Qrad”ın Çexoslovakiya versiyası) çoxsaylı buraxılış raket sistemlərinin daha bir eşelonunu göndərib.

Читать полностью…

Patri🌎t TV

Ceyhun Bayramov: “Ararat Mirzoyanla telefon danışığımız peşəkar və konstruktiv məcrada keçdi”

Читать полностью…

Patri🌎t TV

Ermənistan XIN: "Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının Ermənistan Milli Assambleyasının bir qrup deputatını "Dağlıq Qarabağ"a buraxmamasından narahatdır."

Читать полностью…

Patri🌎t TV

Finlandiyanın NATO-ya üzvlük açıqlamasından sonra, Rusiya Finlandiya ilə sərhədə dəmiryol qüvvələrini, ballestik raketləri, HHM sistemlərini, hücum raketləri, radar sistemləri cəlb etməyə başlayıb. Finlandiya ilə sərhədə əlavə qoşun cəlb edilir.

Читать полностью…

Patri🌎t TV

🔸 Separatçı rejimin Sərdarkənd kəndi üzrə rəhbəri Hayk Akopyan:

"Azərbaycan ordusu Fərrux dağı ilə yanaşı Sərdarkənd istiqamətində də irəliləyib.
Sərdarkənd kəndinin inzibati ərazisindəki 100 hektara yaxın torpaq Azərbaycan ordusunun tam nəzarətindədir, 3 hektar ərazisi isə Azərbaycan ordusunun vizual nəzarətindədir.

Sərdaraşen kəndi yaxınlığında hər birində 150-yə yaxın hərbçi olan 3 Azərbaycan bölməsi yerləşdirilib. Yaxınlıqda bir təpə var ki, orada onlar ya çoxalır, ya da azalırlar. Bizim kənd bu təpənin arxasında yerləşir. Düzdür, oradan bütün kənd müşahidə olunmur, amma azərbaycanlıların gözü qarşısında olan və atəşə tutula bilən torpaqlar var.”

Читать полностью…

Patri🌎t TV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Danışıq zamanı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.

Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi, həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə söhbət aparılıb.

Читать полностью…

Patri🌎t TV

Vladimir Jirinovski vəfat edib, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Читать полностью…

Patri🌎t TV

⚡️"Avropa İttifaqı Ukraynanın uduzmasını istəmir, ona görə də onu silahlandırmaqda davam edəcək."

© Borrell.

Читать полностью…

Patri🌎t TV

Rusiya ordusu Mariupolda yaşayış binalarının 90%-ni məhv edib.

Читать полностью…

Patri🌎t TV

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss hesab edir ki, Rusiya bundan sonra BMT-nin İnsan Haqları Şurasının üzvü olaraq qala bilməz.

Читать полностью…

Patri🌎t TV

Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya gedib.

Читать полностью…

Patri🌎t TV

🔸 Ukrayna Hərbi TV: Ruslar mülki şəxsləri edam etmək üçün Buçanın zirzəmilərinin birində işgəncə kamerası qurublar. Orada başından güllələnmiş mülki şəxslərin əlləri qandallı, diz çökmüş cəsədləri tapılıb.

Читать полностью…
Subscribe to a channel