İsrail qırıcıları yenə Suriya paytaxtı Şamda hədəflərə zərbə endirir.
Suriya hava hücumundan müdafiə qüvvələri müqavimət göstərir.
— NATO baş katibi Yens Stoltenberq:
• Bizim üçün hal-hazırda ən böyük 4 təhdid var: Rusiya, terrorizm, Çin və iqlim dəyişikliyi.
— Rusiyanın Petropavlovsk-Kamçatski şəhərində 6.9 bal gücündə zəlzələ baş verdi.
— İsrail Baş Naziri Binyamin Netanyahu:
• Dörd sülh müqaviləsi imzaladıq. Daha dörd müqavilə yoldadır.
• Bölgədəki liderlərdən biri bazar ertəsi axşamı mənə zəng etdi və 45 dəqiqə danışdıq.
Rusiya qırıcıları və helikopterləri hal-hazırda Ukrayna ilə sərhəd boyu uçuşlar həyata keçirir. Şimal nəhəngi Ukrayna hava məkanına çox yaxın məsafədən təhlükəli manevrlər edir. Ukrayna DSX Rusiya FSB-nə bununla bağlı xəbərdarlıq edib.
Читать полностью…#YENİLƏNİB.
Ağdamda mülki şəxslər minaya düşüb.
hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Ata üç oğlu ilə birgə minaya düşüb. İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.
Ağdamda minaya düşən şəxslərin kimliyi bilindi
Onlar Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Nadir oğlu, Hüseynov Hüseyn Razi oğludur.
Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.
Qeyd edilir ki, minaya düşənlərdən Hüseynov Hüseyn Razi oğlu Hüseynov Akifin nəvəsidir və o, heç bir xəsarət almayıb.
ABŞ #HHQ-nə məxsus Northrop RQ-4B Global Hawk #PUA İtaliyadan havalanaraq #Krım ətrafında kəşfiyyat uçuşu yerinə yetirdikdən sonra Rusiya sərhədi boyu davam edərək hazırda #Gürcüstan səmalarında kəşfiyyat uçuşu həyata keçirir.
Eyni zamanda #Yunanıstandan havalanan ABŞ #HHQ-nə məxsus Boeing RC135V Stratotanker tipli tanker təyyarəsi Krım ətrafında uçuş həyata keçirir.
Təhsil naziri Emin Əmrullayev martın 18-i saat 16:00-da feysbuk səhifəsində keçirəcəyi canlı yayımda ona ünvanlanan sualları cavablandıracaq.
Bu barədə təhsil naziri öz feysbuk hesabındakı paylaşımda qeyd edib.
“Canlı yayımda təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirdiyimiz sorğunun nəticələri ilə yanaşı, mövzuya dair sizi maraqlandıran digər sualları da cavablandıracağam.
Keçirilən sorğu çərçivəsində ümumilikdə 9 minədək rəy qəbul olunub və sorğu hələ də davam edir.
Sorğuda iştirak etmək üçün
https://docs.google.com/forms/u/0/d/e/1FAIpQLSfuHX2DsRpsBB71UtMSNoVtKBJNyaRJ5FrZCH_SdrXoW2mZUw/formResponse
Azərbaycan vətəndaşları aprelin 1-dən yeni şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə biləcəklər və vizasız qalma müddəti 90 gündür.
Читать полностью…General Rövşən Əkbərovun qətlə yetirdiyi E. Əliyevin anası Səmayə Əliyeva, oğlunun ölümündə R. Əkbərovla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun da əli olduğunu söyləyib.
Читать полностью…Türkiyə Silahlı Qüvvələri və ABŞ Hərbi Dəniz Donanması Aralıq dənizinin şərqində birgə hərbi təlimlər keçirəcək.
Читать полностью…Ali Baş Komandan: “Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. “Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi”.
Читать полностью…15 mart 2021-ci il tarixində ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Bölgədə hazırda mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlıq gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.
Son sutkada Kiyev aeroportuna Türkiyənin ən böyük tərəfdaşlarından biri Qatardan 5 hərbi yük təyyarəsi enib.
Читать полностью…— ABŞ “RQ-4 Global Hawk” strateji kəşfiyyat pilotsuz uçuş aparatı #Donetsk yaxınlığında uçuşlar həyata keçirir.
— Rusiya Silahlı Qüvvələrinin 2000-lik paraşütçü dəstələri Krımda təlimlər keçirməyə başladı.
Türkiyənin Diyarbakır şəhərində günorta saatlarında məscidə girən oğru, 8 min TL dəyərində səs avadanlığını kəfənə bükərək oğurlayıb.
Читать полностью…Baş nazir qiymət artımına münasibət bildirib:
“Azərbaycan hökuməti qiymət artımı məsələsini daim nəzarətdə saxlayır. Qiymət artımını yanacağın qiymətlərinin artırılması ilə əlaqələndirilənlər var. Bu var. Amma hökumət tərəfindən kifayət qədər subsidiyalar verilib”.
“Rüşvətxor, oğru məmurları ifşa etdiyim üçün dronumu müsadirə etdilər” - bloqqer Mehman Hüseynov
Читать полностью…Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin ("Baktelekom") baş direktoru Rövşən Əliyev vəzifəsindən azad edilib.
Nazirin digər əmrinə əsasən, sözügedən vəzifənin icrası baş direktorun müavini Nail Mərdanova həvalə olunub.
— Milli Məclisin deputatı Fəzail Ağamalı: "Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub. Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətiylə yüksək standartlara cavab verən 1 720 000 m2 mənzil və yaxud 12 300 yaşayış evi, bir neçə məktəb, xəstəxana, uşaq bağçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar".
— Milli Məclisin deputatı Razı Nurullayev: "Bakı İslam Universitetini bitirən yüzlərlə tələbənin diplomu tanınmır, bakalavrlar isə magistraturaya daxil ola bilmir. Bu universitet qanunsuz idisə, vaxtında niyə göz yumulub? Niyə iki dəfə 5 illik olmaqla 10 illik lisenziya ala bilib? Nədən oranı bitirənlər ilyarım yox, bir illik hərbi xidmətə çağırıb? 20 nəfərlik bir qrupda bir nəfər məhkəmə yolu ilə diplomunu ala bilibsə, 19 nəfər də ala bilər. Bu məsələdə ciddi ədalətsizlik, nizamsızlıq və 3550 nəfərin taleyinə biganəlik var”.
Prezident İlham Əliyev Xocavənd rayonun Hünərli kəndində yerləşən qədim Alban kilsəsində..
"Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də, gəlin buraya, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı – “İqor”, “Aşa”? Uçub dağılıb, qapını da yandırıblar”.
— "Roscosmos"un prezidenti Roqozin, Rusiya ilə Çin arasında yaradılan Beynəlxalq Elmi Ay Stansiyası memorandumunun Qərbə qarşı olmadığını bildirdi.
— İsrail Baş Naziri Netanyahunun keçən cümə axşamı İsrail-İordaniya hava məkanının bağlanması əmrini verdiyi ortaya çıxdı.
• İki ölkə arasında bir həftədir ki, Məbəd dağı ilə bağlı böhran baş verir.
Amerikaya məxsus USAF RQ4 Global Hawk FORTE10 Gürcüstan üzərindən bölgəni izləyir.
Читать полностью…#Iddia
Ehtiyatda olan general-leytenant Rövsən Əkbərov bu dəqiqələrdə həbs edildiyi xəbərləri yayılıb.
🇦🇿Bu gün,martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.
Читать полностью…— Almaniya səhiyyə nazirliyi Astrazeneca vaksinindən istifadəyə qadağa qoymayacaqlarını bildirdi.
— Çində 65 milyon insan koronavirusa qarşı vaksin olunub.
— Belarus konstitusiyada dəyişikliklərə hazırlaşır.