🆘Sabah saat 16:00-da Operativ Qərargahın brifinqi gözlənilir.
Bildirimləri açın, yeniliklərdən ilk siz xəbərdar olun.
"5 gün əvvəl haqqında danışdığım səhv addımı bu gün ataraq Paşinyan 20 iyuna erkən seçki təyin etdi. Özü və region üçün riskləri artırdı. Nə etməli olduğumuzu xatırladım. Riskləri idarə etmək üçün, Ermənistan seçicisinə və siyasi sisteminə çəkindirici mesajımız bu müddət ərzində tam aydın olmalıdır."
© İlqar Məmmədov
Metro terroruna görə ömürlük həbs olunan şəxsin ƏFV EDİLMƏSİ YALAN ÇIXDI.
Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu əfv edilməsi ilə bağlı məluumat yayılıb.
Unikal.org xəbər verir ki, Bakı Metrosunda terror aktı törədən şəxs Aslanov Azər Məhərrəm oğlu deyil, Aslanov Azər Salman oğludur.
Ömürlük azadlıqdan məhrum edilən üç nəfər əfv edildi
Ölkə.Az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, aşağıdakı şəxslərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib:
- Aslanov Azər Məhərrəm oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
- Əhmədov Araz Vidadi oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
- Əliyev Vüqar İbrahim oğlu, 1981-ci Ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
— Avstriyanın Baş naziri Sebastian Kurz, Avropa Birliyini, Rus "Sputnik V" peyvəndi də daxil olmaqla bütün təhlükəsiz peyvəndlərin ən qısa müddətdə təsdiqlənməsinə çağırdı.
— Türkiyə baş prokuroru, HDP partiyasını separatçılıqda ittiham edərək partiyanın bağlanmasını tələb etmişdi.
• Bu xəbərlərin ardınca türk lirəsi dollar qarşısında dəyər itirməyə başladı və 2%-ə qədər düşdü.
— Ermənistan baş naziri Nikol Paşinyan iyunun 20-də parlament seçkiləri keçiriləcəyini açıqlayıb.
Serj Sarkisyan: Dağlıq Qarabağın bizdə qalan hissəsi heç bir zaman Azərbaycanın tərkibində olmayacaq. Dağlıq Qarabağın yekun statusu mütləq müəyyən edilməlidir.
Читать полностью…Azərbaycanda koronavirusa qarşı istifadə edilən "CORONAVAC" vaksininin "Britaniya" virusuna qarşı effektiv olduğu bildirilib
Читать полностью…Moskvada Qenrik Eriçyan adlı erməni bir idman kompleksindən asılan Rusiya bayrağını çıxarıb qaçıb.Saxlanılarkən,səbəbinin Qarabağ savaşı dövründə Rusiyanın Ermənistana yetərincə dəstək olmamasıyla əlaqələndirib.
Читать полностью…🇹🇷 Türkiyənin Artvin bölgəsində bütöv bir kənd yanmaq üzrədir. Hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığı bildirilib.
Читать полностью…Azərbaycanda "TikTok" platformasından istifadə edən siyasətçilərin sayı artır.
Belə ki, Məsələn, Ağ partiyanın sədri #turalabbaslı həştəqindən “Tik-tok”da 16,7 milyon dəfə istifadə olunub, #əlikərimli həştəqilə bağlı 11,6 milyon dəfə, #arifhacılı həştəqilə 130 min dəfə, #əliəliyev həştəqilə 292,4 min dəfə, #iqbalağazadə həştəqilə 416,2 min dəfə paylaşım edilib.
Biden: Bir dəfə Putinə baxıb dedim ki, düşünürəm ki, səndə ürək, mərhəmət deyilən şey yoxdur, o mənim gözümə baxıb dedi, biz bir-birimizi başa düşürük.
Biden: Once I looked at Putin and said, "I don't think you have a heart, you don't have compassion. He looked me in the eye and said, 'We understand each other.'
"Gazprom" şirkəti Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən keçməklə təbii qaz verəcək. Qaz 1981-ci ildə inşa edilmiş Mozdok - Hacıqabul - Qardabani magistral kəməri vasitəsi ilə nəql ediləcək.
Qardabanidən isə Ermənistana göndəriləcək.
Britaniya, Silahlı Qüvvələrinin modernizasiyasına qarşıdakı 4 ildə 80 milyard, 2030-cu ilə qədər isə 200 milyard funt-sterling xərcləyəcək.
Читать полностью…Qeyri-rəsmi!
KİV-də general-mayor Xəqani Cəbrayılovun da saxlanıldığına dair xəbərlər dolaşır.
Bu gün eyni zamanda Nardaran hadisələri” ilə bağlı müxtəlif qruplar üzrə həbs edilərək azadlıqdan məhrum edilən Rufulla Axundzadə və daha 30 nəfər azadlığa buraxılıb. Həmin şəxslərin adlarını təqdim edirik:
1. Sahil Rzayev
2. Niftəli Vəliyev
3. Fərhad Balayev
4. İbrahim Xudaverdiyev
5. Aqil İsmayılov
6. Etibar İsmayılov
7. Abbas Quliyev
8. Əli Nuriyev
9. Abbas Tağızadə
10. Əlibaba Vəliyev
11. Ramin Yarıyev
12. Bəhruz Əsgərov
13. Zaкir Mustafayev
14. Şamil Abduləliyev
15. Ağaəli Yəhyayev
16. Elgün Axundov
17. Vüsal Alış
18. Nahid Qəhrəmanov
19. Əlibəy Şahbazov
20. Əmirəli Əlyev
21. Fərhad Muradov
22. İsa İbrahimov
23. Elxan İsgəndərov
24. Cabir Əliyev
25. Ramil Seyfullayev
26. Mübariz İbrahimov
27. Mehman Quliyev
28. Mehman Məmmədov
29. Faiq Allahverdiyev
30. Əliyev Əmrəli
Əfv olunanlar arasında iki nəfər
Nardaran hadisələrinə görə həbs edilən Elgün Axundov və Vüsal Alış da var.
Əfv edilənlər arasında AXCP üzvləri Orxan Baxışlı, Elçin İsmayıllı, Məhəmməd İmanlı və Babək Həsənovun da adları var.
Читать полностью…Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs əfv edildi
Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu əfv edilib.
“Ölkə.Az” xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında onun da adı var.
Sərəncama əsasən, A.Aslanov ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Qeyd edək ki, 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Ukrayna Ordusunu məhv etmək Rusiya üçün bir neçə saatlıq işdir. — Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski
Читать полностью…Kreml: Baydenin son bəyanatı və sözləri göstərdi ki, Amerika, Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətində deyil.
Читать полностью…Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Читать полностью…— Ukrayna Müdafiə Naziri Andriy Taran:
Ukrayna ilə Yaponiyanın bənzər geopolitik problemləri olduğundan, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələsi hər iki ölkə üçün də öncəliklidir. Milli mənafe və təhlükəsizliyimizi təmin etmək məqsədilə əməkdaşlığımızı inkişaf etdirəcəyik.
— Ümumdünya Səhiyyə Təşkilatı:
AstraZeneca peyvəndinin faydası risklərindən daha çoxdur, vaksinasiya davam etməlidir.
— Çin Xarici İşlər Nazirliyi sözçüsü Cao Liçiyen:
ABŞ və Yaponiyanın ortaq bəyanatı Çinin xarici siyasətinə hücum və daxili işlərinə ciddi müdaxilə edir, Çinin maraqlarına boş yerə ziyan vurur.
— Ağ Evin sözçüsü Cen Psaki:
Bizim administrasiyamız, Rusiyaya öncəki rəhbərlikdən fərqli davranacaq. Ruslar etdiklərinə görə məsuliyyət daşıyacaqlar.
— ABŞ prezidenti Co Bayden:
Rusiya hökuməti ABŞ-dakı seçkilərə müdaxilə etməsinin bədəlini ödəyəcək. Putin bir qatildir.
— "WhatsApp" yeni güncəlləməsi ilə artıq IOS 9 sistemli "iPhone"ları dəstəkləməyəcəyini açıqlayıb.
• Beləliklə də, "iPhone 4" və "iPhone 4S" istifadəçiləri artıq "WhatsApp"ın yeniliklərindən kənarda qalacaq.
— Bosniya Herseqovina Dövlət Şurasının sədri Milorad Türkiyənin Bosniyaya göndərdiyi 30 min doza koronavirus vaksini haqda:
• Yaşadığımız bu çətin dünyada Türkiyənin bizə göndərəcəyi 30 min peyvənd üçün minnətdarıq;
• Təəssüf ki, biz hələ də bu vaksinlərin təmin edə bilməmişik;
• Açıq demək istəyirəm, prezident Ərdoğan böyük bir liderdir. Regionda sülh üçün vacibdir.
— Türkiyə Müdafiə Naziri Akar ilə Qambiya Müdafiə Naziri Faye tərəfindən iki ölkə arasında yenilənən "Hərbi əməkdaşlıq və təlim anlaşması" imzalandı.
" 2040-cı ildə nəyin altında "Made in Azerbaijan" yazsınlar?
Azərbaycan gəncləri indidən onu düşünsün,ona köklənsinlər."
Reza Diqqəti.
Iddia:
Martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir.
Brifinqdə qəbul edilmiş sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd olunur.
Joe Biden: Rusiya hər şeyə görə cavab verəcək, əvvəlki dünya yoxdur, Putin etdiyi hər şeyə görə cavab verməlidir.
Joe Biden: Russia will be held accountable for everything, there is no previous world, Putin must be held accountable for everything he did.
Dünən Bakının Binəqədi rayon ərazisində yerləşən Bakı Humanitar kollecin həyətində məskunlaşan məcburi köçkünlərin yaşadığı kustar üsulla,taxtalardan tikilmiş evlərdə yanğın baş verib.Nəticədə Ağdam və Füzulidən olan bir neçə ailə evsiz qalıb.
Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət komitəsindən mediaya verilən açıqlamaya görə,
Füzuli rayon sakininə "Zobucuq-5" qəsəbəsində, Ağdam rayon sakinlərinə isə Quzanlıda yerləşən qəsəbədə mənzil təklif edilib, lakin onlar bundan imtina ediblər.
Şoyqu: Mən bilirəm ki, türklərin Turan xəyalı var. Qoy olsun amma sual yaranır kimə qarşı? Rusiyada əsrlərdir türkdilli xalqlar yaşayır, onlar slavyanlarla birlikdə mehribancasına yaşayır, ona görə də bu kimə və nəyə lazımdır və kimə qarşıdır.
Читать полностью…Rusiya müdafiə naziri Sergey Şoyqu Qarabağda Türkiyə ilə birgə aparılan işləri "çox mürəkkəb və çətin" adlandırıb.
Читать полностью…