republican18 | Unsorted

Telegram-канал republican18 - resPUBLİKaçı

1077

Dünyada və ölkəmizdə baş verən hadisələri operativ şəkildə izləyicilərinə çatdıran kanal. Twitter: https://twitter.com/Republic_1918?s=09 Facebook: https://www.facebook.com/Republican18

Subscribe to a channel

resPUBLİKaçı

⚡️ İsrail Suriyaya da müdaxilə edəcəkmi?

🔴Türkiyə İsraillə eyni anda əməliyyata başlaya bilərmi?

https://youtu.be/yfk0Bob-7PM?si=nyxi46Padh4zMXd5

Читать полностью…

resPUBLİKaçı

🔥 Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir?

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

⚡️⚡️⚡️⚡️⚡️ Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır.

- Azərbaycan MN | @CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

🇦🇿📜🇦🇲 Rəsmi Bakı sülh sazişində azərbaycanlıların Ermənistana qaytarmaq hüququnun təsbit edilməsini istəyir.

🔴Ermənistanla sülh sazişinin bir hissəsi olaraq Azərbaycan Sovet dövründə öz doğma torpaqlarını tərk etməyə məcbur edilmiş şəxslərin Ermənistana qayıtmaq və yaşamaq hüquqlarını təmin etməkdə israrlıdır. Bu məsələ Azərbaycanın dövlət strategiyasında əsas məsələyə çevrilməkdədir.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

⚡️⚡️⚡️ Gürcüstanın baş naziri “Caucasian Live”-ın məlumatını təsdiqlədi.

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin 2030-cu ilə qədər suverenliyini sülh yolu ilə bərpa etmək və Aİ-yə daxil olmaq niyyətini açıqlayıb. Bu, daha öncə “Caucasian Live” tərəfindən dərc edilmiş məlumatın təsdiqidir.

🆘 Xatırlatmaq lazımdır ki, diplomatik mənbələrdən əldə etdiyimiz Abxaziya dəmir yolunun bərpası, ondan Ermənistanın istifadə etməsi, Anakliya limanının fəaliyyəti və Avroatlantik inteqrasiyadan imtina şərtləri ilə Cənubi Osetiya və Abxaziyanın Gürcüstana qaytarılması məlumatlarını sizlərlə bölüşmüşdük.

🔴Məlumata əsasən, razılıq əldə olunarsa, Rusiya strateji nöqtələrdə qalacaq, Abxaziya, Cənubi Osetiya və Gürcüstan isə konfederal quruluş altında birləşəcəklər.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

✈️Türkiyəyə məxsus "Akıncı" PUA-nın İran hava məkanında olarkən "özbaşına" hərəkət etmiş olması, kəşfiyyat məqsədilə müəyyən obyektlərin yaxınlığından uçmuş olması iddiaları tamamilə absurddur.

🔵Bir ölkənin hava məkanında əvvəldən müəyyən edilməmiş xətt üzrə hərəkət etmək mümkün deyil. "Akıncı"nın hərəkət marşrutuna nəzər yetirdikdə, PUA-nın bütün növ uçuşlar üçün müəyyən edilmiş xətt üzrə hərəkət etdiyini görə bilərik.

@ShahIntel1

Читать полностью…

resPUBLİKaçı

📢 Əldə edilən digər məlumata əsasən, Rusiyanın əsas tələbləri arasında Qara dənizdə donanmasının qalması, Gürcüstan limanlarına nəzarət və regional layihələrdə iqtisadi pay əldə etmək var. Rəsmi Moskva isə xoşməramlı jest olaraq Rusiyada yaşayan separatçı liderlərin ekstradisiyasını müzakirə etməyə hazırdır.

🔴Kremldə iqtisadi komandanın strateji nöqtələrə təyin edilməsi rəsmi Moskvanın indi hərbi güclə yanaşı iqtisadi gücə də əhəmiyyət verdiyini nümayiş etdirir.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

👨‍⚖️ Bu strategiya Moskvanın regionda təsirini gücləndirmək üçün yumşaq güc mexanizmlərindən istifadə etmək istəyini əks etdirir.

🔴Çin, Türkiyə və Almaniya kimi güclü oyunçuların da prosesə daxil edilməsi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə çoxtərəfli yanaşmanı nümayiş etdirir. Bu, həmçinin Rusiyanın yeni beynəlxalq əməkdaşlıq formatı çərçivəsində regionun iqtisadi və siyasi inteqrasiyasını təşviq edən geniş koalisiya yaratmaq istəyini vurğulayır.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

👨‍⚖️ Rusiya öz strategiyasını dəyişməyə, Çin kimi, hərbi gücdən iqtisadi gücə keçməyə çalışır.

🔵Daha öncə, Soyuq Müharibə başa çatdıqdan sonra Moskva əhəmiyyətli iqtisadi fayda və yeni bazarlara çıxış müqabilində öz qoşunlarını Avropadan çıxarmışdı. Rusiya hazırda Qafqazda oxşar məqsədlər güdür.

🗣 Bu, Rusiya Federasiyasının daha geniş geosiyasi və iqtisadi doktrinasının tərkib hissəsi olan regionda öz təsirini gücləndirmək üçün iqtisadi rıçaqlardan və inteqrasiya mexanizmlərindən istifadəni nəzərdə tutur.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

‼️‼️‼️ “Caucasian Live”-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüş zamanı həqiqətən də Abxaziya dəmir yolunun bərpası və Ermənistanın bu yoldan istifadə etməsi müzakirə edilib.

🔴 Müzakirənin əsas predmetləri isə, Anakliya limanının işləməsi, Cənubi Osetiya və Abxaziyanın Gürcüstana qaytarılması, bunun qarşılığında isə Gürcüstanın avroatlantik inteqrasiyadan imtina etməsi, Rusiya ordusunun Abxaziya və Cənubi Osetiyada qalması, Gürcüstanın isə konfederativ dövlət quruluşuna keçid etməsi olub.

⚡️⚡️⚡️ Diplomatik mənbələr bildirir ki, Azərbaycan Gürcüstanın tam olaraq qərb və ya Rusiya yönümlü olmasına qarşıdır və daha balanslı siyasət yürütməsini istəyir.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

🗣 Bidzina İvanaşvili tərəfindən “qəhrəman” adlandırılan, özünü “gürcü torpaqlarının qaytarıcısı” kimi təqdim edən David Xidaşelinin Robert Köçəryanla və Ermənistanın “Taşir” qrupu ilə yaxın olduğu da bildirilir.

🔴O, elə bu gün də Rusiya-Gürcüstan-Ermənistan xəttinin aktiv şəkildə fəaliyyət göstərməsi üçün çalışmaqdadır. Gürcüstan parlamenti sədrinin birinci müavini ilə görüş də bu kontekstdədir.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

David Xidaşeli kimdir?

🔴 Gürcüstan əsilli rusiyalı biznesmen David Xidaşeli 2020-2024-cü illər aralığında Gürcüstan Müdafiə Nazirinin müşaviri kimi işləyib. O, “Keşikçidağ problemi” zamanı birbaşa Rusiya tərəfindən məsələyə müdaxilə etmək üçün vəzifələndirilib.

⚠️ “David Qarecinin taleyindən narahat olduğunu” bildirən Xidaşeli Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı xəritələri Moskvadan Tbilisiyə gətirmiş və delimitasiya-demarkasiya komissiyasının işinə müdaxiləyə nail olmuşdu.

Rusiya Baş Qərargahının arxivində olduğu güman edilən bu xəritələrin David Xidaşeliyə kim tərəfindən verildiyi, onların etibarlılıq dərəcəsi haqqında isə məlumat verilməmişdi. Digər maraqlı məqam isə, “Gürcüstan üçün çalışan” Xidaşelinin Ermənistan sərhədi ilə bağlı ümumiyyətlə heç bir iş görməməsidir.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

🇹🇷⚡️🇹🇷 Türkiyə SQ Şimali İraqda nəzarəti gücləndirir: Metina bölgəsində 4 yüksəklik götürülüb.

🔥 Türkiyə SQ Şimali İraqın Metina bölgəsində şərti adı “Şəhid Həsən”, “Şəhid Sorxvin”, “Şəhid Ezda” və “Şəhid Dilbir” olan yüksəklikləri nəzarətə götürərək əməliyyatlarını davam etdirir.

🔴Aprelin 16-dan etibarən başlayan əməliyyat zamanı Türkiyə SQ tərəfindən nəzarətə götürülən yüksəkliklər "PKK"-nın Metina düşərgəsində fəaliyyətini iflic vəziyyətə salıb. Son məlumatlara əsasən, əməliyyat "PKK"-nın "dirəniş nöqtəsi" kimi təqdim etdiyi Çarçel və Qolka nöqtələrində davam edir.

🔴Bundan başqa, Türkiyə ordusu Asi və Xankə kəndləri arasındakı ərazidə də fəaliyyət göstərməkdədir.

@ShahIntel1

Читать полностью…

resPUBLİKaçı

🔥 “İvanişvili hakimiyyətinin idarəetmə praktikasından göründüyü kimi, Tbilisi forpost, Qərbin geosiyasi xəttinin sərhədi rolunu oynamaq istəmir. Lakin Qərbin Gürcüstana qoyduğu rol məhz budur, çünki qonşu Ermənistan bu rola razılıq verib”.

⚫️”Qərbin Tbilisidən gözləntiləri və tələbləri artıq Bakıda müəyyən suallar yaradıb. Qərbin Ermənistan istiqamətində sonrakı fəaliyyəti və Gürcüstanın da bunda iştirakı Azərbaycan və Türkiyə ilə münasibətlərdə böhranlara, eləcə də Rusiyanın fəallaşmasına səbəb ola bilər”.

⚠️Proseslər elə ətalətlə gedir ki, Tbilisi seçim qarşısında qalacaq: praqmatizmi və proqnozlaşdırıla bilən qonşularla balansı davam etdirmək, ya da müvafiq təhlükəsizlik və iqtisadi “məsrəflə” bölücü xəttin bir hissəsi olmaq”.

- Fərhad Məmmədov | @CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

🗣 “Gürcüstanın “strateji səbrinin” həddi olacaqmı?”

⚫️Cənubi Qafqazda geosiyasi prosesin xarici və daxili iştirakçılarının diqqəti Gürcüstana yönəlib. Azərbaycan-Türkiyə tandeminin fəaliyyəti, Rusiyanın regionla bağlı planları, Şimal-Cənub (Ermənistandan keçən variant), Cənub-Qərb, Şərq-Qərb tranzit marşrutları, Fransanın və demək olar ki, bütün Qərbin layihəsi… hər yerdə Gürcüstan layihənin bir hissəsi kimi görünür və buna görə də güzəştlər və üstünlüklər əldə edir. Bu fayda özünü müxtəlif formalarda göstərir: enerji təhlükəsizliyinin təmin edilməsi, investisiya, infrastruktur, Aİ-yə namizəd statusu, tranzit funksiyası və daha çoxu…”

👨‍⚖️ “Tbilisi Azərbaycan-Türkiyə, Qərb, Rusiya və Çinlə münasibətlərdə müəyyən balans qurub. Lakin bu tarazlıq həm xarici tərəfdaşların, həm də regiondakı qonşuların fəal hərəkətləri ilə pozula bilər”.

- Fərhad Məmmədov | @CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

🟦 Antiterror əməliyyatının ildönümü

https://youtu.be/zbfj_ELMzHU?si=i_aCsz1B13F0yJD3

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

🇦🇿🗣️ “İqtisadiyyat Nazirliyi ləğv edilməlidir.

🔸 Neçənci dəfə təkrarlayım? Bu qiymət artımları - taksi, metro, benzin - hələ işin əvvəlidir. 5 ay əvvəl dediyim kimi olacaq”.

- İlqar Məmmədov REAL Partiyası sədri | @CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

⚡️ Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.

🍵 Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.

- Azərbaycan MN | @CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

🔥 Qazax istiqamətində demarkasiya olunmuş sərhəd xətti (⚪️)

🗣️ “Qarabağ Xronikası”nın təqdimatında.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

❗️ Главный переговорщик: Основная цель Азербайджана – действовать и двигаться вперед для достижения целей COP

Главный переговорщик COP29, заместитель министра иностранных дел Азербайджана Ялчин Рафиев на церемонии презентации COP29:

🔴 Мероприятие COP28, состоявшееся в прошлом году в Дубае, было благоприятным для всех стран. Сейчас Азербайджан уже начал превращать эти усилия в конкретные действия. Основная цель Азербайджана – действовать и двигаться вперед для достижения целей COP.

🔴 У нас были важные переговоры с Объединенными Арабскими Эмиратами и Бразилией, и мы добились большого прогресса в этой области. Председательство Италии в G7 также пригласило нас провести переговоры. Цели не могут измениться без конкретных действий.

🤒 @Caucasian_bureau

Читать полностью…

resPUBLİKaçı

⚠️ Dəyərli "Caucasian Live" izləyiciləri, 24 saatdan çoxdur ki, sizə ən son xəbərləri çatdırmağa çalışırıq. Kanalı bəyənirsinizsə, bizə dəstək ola bilərsiniz.

🔸 Kanalın linkini öz sosial media hesablarınızda paylaşaraq, bizə dəstək ola bilərsiniz.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

‼️‼️‼️"Caucasian Live"-dan eksklüziv! Xəbər verdiyimiz kimi, Rusiya tərəfi müəyyən şərtlərlə Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılmasını nəzərdən keçirir.

⚠️ Bundan əlavə, diplomatik mənbələrdən alınan məlumata görə, Rusiya “Ahıska türklərinin Gürcüstana qaytarılması və hüquqlarının müdafiəsi” təşəbbüsü çərçivəsində Türkiyə ilə əməkdaşlığa hazırdır.

🔴Qeyd edək ki, uzun illərdir AŞPA tərəfindən təklif edilən bu təşəbbüs hələ də həyata keçirilməyib. Bu addımlar Rusiyanın geosiyasi məqsədlərinə çatmaq üçün diplomatik və humanitar vasitələrdən istifadə etmək niyyətini əks etdirir.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

❗️❗️❗️❗️Rusiyanın Qafqazla bağlı yeni siyasətində əsas aspekt sərt gücdən yumşaq gücə keçiddir. Bu kontekstdə Rusiya üç Qafqaz ölkəsi ilə təhlükəsizlik sazişi imzalamağı planlaşdırır.

⚠️ Bu təhlükəsizlik sazişinə üç Qafqaz ölkəsi və Rusiya ilə yanaşı, Çin, Türkiyə və Almaniya da qarant ölkələr kimi daxil edilə bilər.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

‼️‼️‼️"Caucasian Live"-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya Federasiyası Qafqazdakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.

📶 Eyni zamanda, Moskva strateji əhəmiyyətli nöqtələr üzərində nəzarəti saxlamaq şərti ilə regional münaqişələri həll etməyi planlaşdırır. Bu addıma Rusiyanın regionu tərk etməsi kimi yox, daha çox Qafqaz ölkələrini Rusiya iqtisadiyyatı ətrafında birləşdirəcək yeni iqtisadi və kooperativ əməkdaşlıq formatına keçid kimi baxmaq lazımdır.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

❗️❗️❗️❗️Gürcüstanın müxalif Droa partiyasının yaydığı məlumata görə, görüşdə Abxaziya dəmir yolunun bərpası, Abxaziyadakı rejimi ilə birbaşa əlaqələrin qurulması, Gürcüstan hakimiyyətinin Abxaziyadakı rejimin nümayəndələri ilə görüşməsi və digər məsələlər müzakirə olunub.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

👨‍⚖️ Biznesmen Vladimir Yevtuşenkov da daxil olmaqla, Vladimir Putinin yaxın çevrəsi ilə yaxın əlaqələri olan gürcü biznesmen David Xidaşeli Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə xüsusi diqqət ayırıb.

🔴 O, bilinməyən yollarla əldə etdiyi xəritələri Bidzina İvanaşviliyə təqdim edərək komissiya üzvlərinə qarşı cinayət işinin açılmasına nail olub. Onun iddialarına əsasən, “1938-ci ilə aid xəritələr istifadə edilmədiyi üçün Gürcüstanın tarixi əraziləri Azərbaycanın nəzarətinə verilib”.

➡️ Gürcüstanda hələ də Xidaşelinin təqdim etdiyi xəritələr əsasında şərti adı “kartoqraflar işi” olan proses davam etməkdədir. Bu proses çərçivəsində 2006-cı ildən etibarən delimitasiya-demarkasiya komissiyasında, o cümlədən XİN-də təmsil olunan bir çox şəxs “Gürcüstanın ərazi bütövlüyünün pozulması; Gürcüstana qarşı fəaliyyət, Gürcüstanın bütün ərazisinin və ya onun bir hissəsinin xarici dövlətə verilməsinə və ya bir hissəsinin ayrılmasına yönəlmiş hərəkətlər” ittihamı ilə məsuliyyətə cəlb edilməkdədir.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

‼️ Gürcüstan parlamenti sədrinin birinci müavini Georgiy (Giya) Volski və Rusiyaya yaxınlığı ilə tanınan biznesmen David Xidaşeli arasında baş tutan görüş diqqət mərkəzində qalmaqdadır.

🔴Görüşdə bölgənin gələcəyi ilə bağlı kritik məsələlər müzakirə olunub.

💬 “Caucasian Live” olaraq növbəti paylaşımlarda detalları sizə təqdim edəcəyik.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

🟢 1828-2024 “Qarabağ oyunları” - Qarabağ Xronikasının təqdimatında.

@CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

⚡️ “İlk belə hərəkət Aİ-yə namizəd statusu aldıqdan sonra, Fransadan silahlar nümayişkaranə şəkildə Gürcüstan vasitəsilə Ermənistana çatdırılması oldu. Növbəti mərhələdə daha çoxu da ola bilər... Bu isə xarici aktorları hərəkətə gətirə biləcək dərəcədə balansı poza bilər...”

⛔️ “Məsələn, Ermənistanın Rusiyadan kəskin şəkildə ayrılması və Qərbin Cənubi Qafqazda geosiyasi xəttin formalaşdırılması layihəsinin reallaşdırılması Rusiyanı hərəkətə keçirə bilər və bu, Gürcüstana da təsir edə bilər...

- Fərhad Məmmədov | @CaucasianLive

Читать полностью…

resPUBLİKaçı

⚠️ Rusiyanın Cənubi Qafqaza hərbi intervensiyası, Gürcüstandan Ermənistana hərbi dəhliz açma ehtimalı müzakirə olunmaqdadır.

🔴Sizcə Rusiyanın bu cür müdaxiləsi region üçün hansı nəticələrə gətirib çıxara bilər?

@ShahIntel1

Читать полностью…
Subscribe to a channel