1538
Adminlər: Mədinə İslam universitetinin tələbələri: Sahib Əsədov və Nail Paşayev.
✅ İslamda zarafatın əhkamları, Allah Rəsulunun (aleyhissaləti vasssələm) zarafatlarından nümunələr ✅
Zarafat barədə ətraflı, faydalı bir dərs...
Aşağıdakı keçiddən daxil olaraq dinləyə bilərsiniz:👇🏻
🚩 https://youtu.be/7He4f7sCzsg
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Mədinə şəhərindəki Osman quyusunun tarixi ✅
Məqaləni aşağıdakı keçiddən oxuya bilərsiniz:👇🏻
🔹http://senxatirlat.com/medine-seherindeki-osman-quyusu/
🚩Növbətli məqaləmiz inşəAllah Mədinənin fəziləti və ziyarət ədəbləri barəsində olacaqdır!
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Allahın «əl-Həmid» ismi ✅
Şeyx Abdur-Razzaq əl-Bədrin (Allah onu qorusun) «Fiqhul-Əsməil-Husnə» kitabından silsilə dərslər:
🔸Allahın «əl-Həmid» ismi.
Dərsi dinləmək üçün aşağıdakı linkdən daxil ola bilərsiniz: 👇🏻
🔹https://youtu.be/0YJjFzEAy88
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Fitnələrin pis aqibətindən ✅
Mutarrif ibn Abdullah əş-Şixxiyr (Allah ona rəhmət etsin) demişdir:
«Fitnələr gəldiyi zaman insanları dinə yönəltmək üçün gəlmir, lakin mömini dindən çıxartmaq üçün gəlir.»
📌 (İbn Səd, Tabaqat, 7/142; Əbu Nueym, əl-Hilyə, 2/204)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
İmam İbnul-Qeyyim əl-Covziyyə (Allah ona rəhmət etsin) demişdir:
«Batil və məzəmmət olunmuş "kəlam əhli" Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) hədislərindən öz batil qaydalarına və fasid əqidələrinə uyğun gəlməyənləri inkar etməyi öhdələrinə götürməkdə davam edirlər.»
📌 (İbnul-Qeyyim, Şifəul-Alil, 208)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅Üç şeyi geri çevirmə! Götür!...✅
İbn Ömərdən rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: "Üç şey geri çevirilməz. Yastıqlar, yağ və süd." (Tirmizi "əl-Cami", /2789)
Şeyx Abdur-Razzaq ibn Abdul-Muhsin əl-Bədr (Allah onu qorusun) bu hədisin şərhində demişdir:
"Üç şey geri çevrilməz": yəni, üç şey vardır ki, onu bir insana hədiyyə etdikdə onu geri çevirməz (götürər).
👉🏻 🔸Bu üç şey:🔸
1⃣ 🔸Yastıqlar;🔸 ona dirsəklənmək üçün bir mütəkkə yastıq versələr (bu təklifi) geri çevirməz.
2⃣ 🔸Yağ;🔸 bundan məqsəd ətirdir.Bu da geri çevrilməz (götürülər). Müəllif (imam Tirmizi "əl-Cami" əsərində bu hədisi varid etdikdən sonra dedi: "Yağ dedikdə burada ətir nəzərdə tutulur."
3⃣ 🔸Süd;🔸 Südün başqa qidalardan üstünlüyü barədə (bundan öncə) məlumat vermişik.
📌Şərhu Şəməilin-Nəbi li Əbi İsə ət-Tirmizi, səh, 240; şeyx Abdur-Razzaq ibn Abdul-Muhsin əl-Bədrin şərhilə.
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Cəfər ibn Əbu Talib ✅
Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) Cəfər ibn Əbi Talibə (Allah ondan razı olsun) demişdir:
«Yaradılış və əxlaq baxımından mənə oxşamısan.»
📌(Səhihul-Buxari, 2699)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Yalançı peyğəmbər və yalançı mehdilərə Qurandan cavab✅
«Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər?» (əl-Ənam, 93)
©SƏLƏFİN ƏXLAQI
https»//telegram.me/selefinexlaqi
İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
«Allahu Təala Quranda Öz qullarına Özünü tanıtmaq üçün iki yola dəvət edir:
1⃣ Onun etdiklərinə (yaratdıqları və s) nəzər yetirmək!
2⃣ Onun ayələri barədə düşünmək və tədəbbür etmək!
Birincisi, Onun görünən ayətləridir.
İkincisi isə Onun eşidilən, dərk olunan ayətləridir.»
📌 (Ibnul-Qeyyim, əl-Fəvaid, 18)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
https://youtu.be/zaXfXsDA4y4
Bu gözəl Quran qiraətini dinləyək!
SubhənAllah
Əlhəmdulilləh
Lə iləhə illəllah
Allahu Əkbər
✅ Allahın əl-Ğaniyyu ismi ✅
Şeyx Abdur-Razzaqın (Allah onu qorusun) «Fiqhul-Əsməil-Husnə» kitabından silsilə dərslər:
Allahın «əl-Ğaniyyu» ismi barədə...
🔺Dərsi dinləmək üçün aşağıdakı linkdən daxil ola bilərsiniz:👇🏻
🔹https://youtu.be/EQizUMu0psQ
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
📜Sünnəyə isabət etmək çox əməl etməkdən daha üstündür.
Ona görə də Uca Allah:
«Hansınızın daha yaxşı əməl edən olduğunu sınamaq üçün»
- demişdir, «Daha çox əməl edən.» - deməmişdir.
(İbn Useymin, Sıfətus-Saləh, 170)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅Allaha ən sevimli olan əməllər hansılardır?✅
Aişədən (Allah ondan və atasından razı olsun) rəvayət olunur ki, Allah Elçisindən (Allahın Ona salavatı və salamı olsun) soruşuldu:
«Hansı əməllər Allaha daha sevimlidir?
- Dedi: Az da olsa davamlı olan.
- Həmçinin, dedi:
Əməllərdən gücünüz çatan qədərini (etməyi) üzərinizə götürün.»
📌 (Buxari, 6465)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Aşura gününü matəmə çevirmək barədə ✅
👉 Aşura gününü niyə matəmə çevirmək olmaz?
👉 Ölmüş müsəlman üçün hayşivən salıb üz cırmaq, saç-yolmaq, özünü döyməyin haram olmasına dəlillər.
👉 Məhərrəmlikdə edilən bəzi bidətlər və s.
Dərsi dinləmək üçün aşağıdakı keçiddən daxil olun:
🔹https://youtu.be/PHc_5UvWnxE
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Səfər ayı ağır ay deyil! ✅
👉🏻 Bəzi insanlar səfər ayı barədə bəzi etiqadlara inanırlar. Lakin, bilmirlər ki, bu ay da digər aylar kimi adi aylardandır. Xüsusən də bu ayı uğursuz hesab etmək "cahiliyyə dövründən qalma" bir adətdir. Bəzi insanlar bu ayda toy etmir, mühüm işləri təxirə salır və s. kimi işlər edir ki, bütün bunlar bidət və xurafatdır. Mövzunu daha ətraflı səsli şəkildə dinləmək üçün aşağıdakı linkdən daxil ola bilərsiniz:👇🏻
🚩https://youtu.be/EgRPWjGInSA
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Nəsihətə aid bəzi qaydalar ✅
(Dərs əsasən nəsihət edildikdə inciyən qardaşlar barədə və nəsihətin qaydası barədə suala cavabdır)
🔸Dinləmək üçün aşağıdakı linkdən daxil ola bilərsiniz:👇🏻
🔹https://youtu.be/IjVEFM4EnJk
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Allahın «əs-Sələm» ismi ✅
Şeyx Abdur-Razzaq əl-Bədrin (Allah onu qorusun) «Fiqhul-Əsməil-Husnə» kitabından silsilə dərslər:
🔸Allahın «əs-Sələm» ismi.
Dərsi dinləmək üçün aşağıdakı linkdən daxil ola bilərsiniz: 👇🏻
🔹https://youtu.be/cxlmoeQGDwc
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Allahın «əl-Quddus və əs-Subbuh» ismləri ✅
Şeyx Abdur-Razzaq əl-Bədr'in (Allah onu qorusun) «Fiqhul-Əsməil-Husnə» kitabından silsilə dərslər:
👉🏻 Allahın «əl-Quddus və əs-Subbuh» ismləri barədə dərs...dərsi dinləmək üçün aşağıdakı linkdən daxil olun👇🏻
🔹https://youtu.be/kpncYwBxAdw
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Mədinədəki Osman quyusu barədə tarixi məlumat ✅
Dəyərli müsəlmanlar! Mədinənin gözəl tarixi yerlərindən birində edilən çəkilişi sizinlə də paylaşmaq istədik:
(Aşağıdakı linkdən daxil ola bilərsiniz)
🚩https://youtu.be/_RtQx0j03Do
✅ Cümə günü məscidə tez gəlmək ✅
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurdu:
«Cümə günü olduqda məscidin hər bir qapısında mələklər olar; onlar daha əvvəl məscidə daxil olanları yazarlar. İmam oturduğu zaman isə səhifələri bağlayar və zikri dinləməyə gələrlər.»
📌 (Sahih əl-Buxari, Bəd'ul-Xalq, 3211)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
Səbit ibn Ərqam (Allah ona rəhmət etsin) demişdir:
«Bədənin rahatlığı az yeməkdədir.
Ruhun rahatlığı az günah etməkdədir.
Dilin rahatlığı isə az danışmaqdadır.»
📌 (İbnul-Qeyyim, Zəədul-Məad, 4/186)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Yaxın kimsənin etdiyi əziyyət daha ağrılı olur! ✅
Məşhur ərəb şairi Tarfə ibnil-Abd demişdir:
و ظلم ذوي القربى أشد مضاضة،
على المرءِ من وقع الحسام المهند
«Yaxın kimsələrin etdiyi zülmün ağrısı,
ən iti qılıncların yarasının ağrısından daha şiddətlidir.»
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
📚İnsanların əziyyətinə dözümlü olan kimsə📚
İbn Ömərdən (Allah ondan və atasından razı olsun) rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) dedi:
"İnsanlara qaynayıb-qarışan, onların əziyyətinə səbrli olan mömin, insanlara qaynayıb-qarışmayan, onların əziyyətinə səbrli olmayan mömindən xeyirlidir."
📌 (Ədəbul-Mufrad, 388, səhihdir; Tirmizi, 2507; İbn Macəh, 4032; əs-Sahiha, 939)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Allahın əl-Kərim və əl-Əkram ismləri ✅
Şeyx Abdur-Razzaq əl-Bədrin (Allah onu qorusun) «Fiqhul-Əsməil-Husnə» kitabından silsilə dərslər...
📖«əl-Kərim və əl-Əkram» ismləri barədə.
Dərsi dinləmək üçün aşağıdakı linkdən daxil ola bilərsiniz:👇🏻
🚩 https://youtu.be/qKxSolZHl2c
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Öz əliylə özünü döymək bir cəzadır! ✅
(Özünü döyənlər oxusun!)
Dəyərli oxucu! Bil ki, öz əliylə insanın özünü döyməsi haqdan üz döndərməyin, Peyğəmbərin əmrinə qarşı çıxmağın kiçik bir mənəvi cəzasıdır! Böyük cəzası isə yazının sonunda yazılıb.
Allah Elçisi (Səllallahu aleyhi və səlləm) buyurmuşdur:
«Üzünə döyən, sinəsini (paltarını) cıran və cahiliyyə çağırışı edən kimsə bizdən deyildir.» (Sahihul-Buxari, 1294)
Həmçinin, buyurmuşdur: «Mən (müsibət vaxtı) hay şüvən salan, saçını yolan və paltarını cıran kəsdən uzağam.» (Sahihul-Muslim, 2/110)
❓Hardasınız ey ağıl sahibləri? Peyğəmbərin sizdən, sizin də Peyğəmbərdən uzaq olmağınızımı istəyirsiniz? Axı o belə edənlərdən «uzaq olduğunu» buyurmuşdur! Axı o belə işlər görənə «bizdən deyil» demişdir! Məgər düşünməyin vaxtı deyilmi?! Görək indi kim haqqı seçib Peyğəmbərin əmrinə tabe olacaq, kim isə öz əlləriylə özünü döymək kimi bir zəlilliyi seçəcək?! Çünki, Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) əmrinə müxalif olanlar elə bu dünyada ikən zəlilliyə düşürlər. İndidən tövbə etməsən, Axirətdə artıq qurtuluş olmayacaq! Uca Allah buyurur:
«Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.» (əl-Furqan, 63)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
🌴ZARAFAT ETMƏK HAQQINDA🌴
👉🏻 Zarafat etmək çox diqqətli olmağımız gərəkdiyi mövzulardandır. Bu əməlin xoş tərəfi olsa da, bəzən qəlb qırmağa, incikliyə və s. arzuolunmaz şeylərə də səbəb ola bilir. Allahın Elçisi Muhəmməd ( sallahu aleyhi və səlləm) buyurmuşdur: "Mən də zarafat edirəm, (bu zaman) yalnız haqqı deyirəm." (Təbərani, 12/391; Şeyx Albani bu hədisə " səhih" demişdir)
Zarafatın faydaları və zərərləri var;
Faydasını götürüb zərərindən çəkinmək lazımdır.
🔸 Zarafatın➖ İKİ FAYDASINI➖ əl-Mərvərdi "Ədəbud-Din vəd-Dunyə" kitabında qeyd etmişdir:
1⃣ Dostlar arasında ünsiyyətin yaranması, bir-birinə qaynayıb-qarışan insanların arasında sevgi, mehribançılıq yaranması;
2⃣ Hər hansı bir nigarançılığı (kədəri və ya narahatlığı) və ya pis halı zarafatla dəf etmək.
🔹ZARAFATIN ZƏRƏRLƏRİNƏ GƏLDİKDƏ İSƏ:
Bu barədə Sələflərdən bəzilərinin və onlardan olan hikmət sahiblərinin sözləriylə kifayətlənəcəyik:
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
👉🏻 Ömər ibn Əbdül-Əziz (rahimahullah) demişdir: "Zarafat etməkdın çəkinin! Çünki, bu bir yüngüllükdür ki, özüylə kin-küdurət gətirir!"
👉🏻 Səid ibnul As öz oğluna nəsihət edərək demişdir:
"Zarafatda ortayollu ol! Çünki, zarafatda həddi aşmaq dostluğu (ünsiyyəti) aradan qaldırır, səfehləri sənə qarşı cürətləndirir. Bu məsələdə qüsura yol verməyin dostları səndən uzaqlaşdırar. Səni dostsuz, yalnız qoyar."
👉🏻 Bəzi hikmət sahibləri belə demişlər: "kimin zarafatı çoxalarsa, onun heybəti aradan qalxar, kimin müxalifliyi çoxalarsa, o adam (məclislərdə) olmadıqda (camaata) xoş olar."
👉🏻Bəziləri isə demişlər: "kimin ağlı azalarsa, çox zarafat edər."
👉🏻 İbrahim ən-Nəxai demişdir: "Zarafat ya zəif olmaqdan, ya da aktiv olmaqdan yaranır".
👉🏻 "Hikəmul-Mənsur" əsərində deyilmişdir: "Alovun taxtanı yandırıb yediyi kimi, zarafat da heybəti yeyir."
👉🏻 Bütün bunları bildikdən sonra kiminlə və necə zarafat edəcəyimizi bilməli, zarafat zamanı seçəcəyimiz sözlərdə diqqətli olmalı, həqiqətən özümüzə yaxın saydığımız insanlarla, bir qədər bizə uzaq olan insanları fərqləndirməliyik. Qəlb qıran, həddi aşan, inciklik yaradan ifadələrdən çəkinməliyik. Bununla da Allahın izniylə insanların kədərini dağıdacaq, arada mehribançılıq yaradacaq zarafata nail ola bilərik. Çünki, Allahın Elçisi (Sallallahu aleyhi və səlləm) ya xeyir danışmağımızı, ya da susmağımızı əmr etmişdir.
➖➖➖➖➖➖➖➖➖
📌Əsas MƏNBƏ:📌
Əl-Mərvərdinin "Ədəbud-Dunyə vəd-Din" əsəri.
➖➖➖➖➖➖➖➖➖
Hazırladı: Sahib Əsədov.
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ İNSANLARIN ƏN PAXILI BİLİRDİNİZ KİMDİR? ✅
Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu:
«İnsanların ən paxılı, salam verməyə paxıllıq edəndir.»
📌 (Albani, Sahihul Cəəmi, 977; )
/channel/selefinexlaqi
✅ Allahın əl-Mu'min və əs-Sa'diq ismləri ✅
Şeyx Abdur-Razzaq əl-Bədrin (Allah onu qorusun) «Fiqhul-Əsməil-Husnə» kitabından silsilə dərslər davam edir.
Dərsi dinləmək üçün aşağıdakı linkdən daxil ola bilərsiniz:👇🏻
🔹https://youtu.be/P23lv90Ib3g
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Hədis inkarçılarına hədis möcüzəsi! ✅
Aişə (radiyallahu anhə) rəvayət edir ki, həqiqətən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Həqiqətən, Adəm övladlarından olan hər bir insan ÜÇ YÜZ ALTMIŞ OYNAQ üzərinə yaradılmışdır. Kim üç yüz altmış oynaq sayı; Allahu Əkbər, Əlhəmdulilləh, Lə iləhə illəllah, Sübhənallah, Əstəğfirullah, deyərsə, insanların keçib-getdiyi yoldan daş, tikan və ya sümük parçasını kənarlaşdırar, yaxşılığı əmr edər yaxud pislikdən çəkindirərsə, həqiqətən, o gün nəfsini cəhənnəm atəşindən azad etmiş olaraq hərəkət edər.”
📌(Muslim, 1007; İbn Hibban, 3380)
🌹SubhənAllah! Bu gördüyünüz hədisdə Peyğəmbərimiz insan bədənindəki oynaqların (sümük birləşmələrinin) sayını dəqiqliklə ifadə etmişdir. On dörd əsr bundan öncə bir insanın müasir cihazlar olmadan bədəndəki irili-xırdalı bütün oynaqların sayını bilməsi, bu barədə xəbər verməsi bir möcüzədir. Halbuki, bu məlumatı yalnız son əsrlərdə tibb elminin inkişafdan sonra insanlar bilmiş oldular.🌹
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi