1538
Adminlər: Mədinə İslam universitetinin tələbələri: Sahib Əsədov və Nail Paşayev.
✅ İş yerində müsəlmanlara dili və əliylə əziyyət verənlərə nəsihət ✅
👉🏻 Müsəlman kollektivi, bir arada işləmək bir nemətdir;
👉🏻 Bu kollektivdə (iş yerində) yersiz zarafatlar etmək,
👉🏻 Fasiqlərdən gələn məlumatları dəqiqləşdirmədən yaymaq,
👉🏻 Özünü şübhələndirən və pis zənlərə qapı açan söhbətlər etmək,
👉🏻 Hərəkətlərindən dolayı başqa müsəlmanların əziyyətinə səbəb olmaq olmaz,
👉🏻 Elə insanlar var ki, İslama gəlsə də əxlaqı düzəlmir ki, düzəlmir....
🌹Bu və ya digər məsələləri daha ətraflı aşağıdakı keçiddən dinləyə bilərsiniz:
🚩 https://youtu.be/ZRpFKPCj2rc
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Məzhəblə getmək olarmı? Məzhəb təəssübkeşliyi...✅
👉🏻 Məzhəb nədir? Məzhəblə getmək, məzhəblə əməl etmək olarmı?
👉🏻 Məzhəbə təəssübkeşlik etmək olarmı?
👉🏻 Biz məzhəbə tabe olmaq barədə, yoxsa, Allaha və Elçisinə tabe olmaq barədə soruşulacağıq?
👉🏻 Sünnəni yayanlara qarşı düşmənçilik etmək qərəzli məzhəbçilik mövqeyi deyilmi?
🔸Bu və digər məsələləri bilmək üçün daha ətraflı dinlə 👇🏻
🚩https://youtu.be/3IV6vagJGOM
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ İslam dininin dünyəvi elmlərə münasibəti barədə ✅
«De ki, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?» (əz-Zumər, 9)
İslam dini şəriət elmlərinə, həmçinin müsəlmanların rifahına, məişətinə, gündəlik ehtiyaclarını qarşılamaqda faydalı olan dünyəvi elmlərə yiyələnməyə rəğbətləndirmişdir. Müsəlmanların dünyəvi elmdə geri qalmalarının səbəblərindən:
1⃣ Dində zəiflik,
2⃣ Səlib (xaçlı) yürüşləri, müstəmləkəçi ölkələrin müsəlmanları elmdən uzaqlaşdırma və işğalçı siyasəti,
3⃣ Bidətlərin, xurafatların baş alıb getməsiylə cəhalətin yayılması, beləcə, dünyəvi elmləri önəmsəməmək və s. sadalamaq olar:
👉🏻 Daha ətraflı şəkildə bu linkdən dinləyin:
🚩 https://youtu.be/bevVGkY906s
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Muaz ibn Cəbəl (Allah ondan razı olsun) demişdir:
«Bir qardaşı (Allah üçün) sevdinsə, onunla mübahisə etmə, onunla pis şəkildə danışma, ondan bir şey istəmə. Ola bilsin ki, onun (qardaşının) düşməni sənin yanına gələr, onda olmayan şeyi sənə deyər, beləcə səninlə onun arasını ayırar»
📌 (Ədəbul-Mufrad, Buxari, 545)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Ehtiyacları ödəmək ✅
Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) demişdir:
«Mənim üçün hansısa müsəlmanın ehtiyacını ödəmək min rükət namaz qılmaqdan daha sevimlidir.»
📌 (İbn Əbid-Dunyə, Qadaul-Həvaic, 37)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ BAŞ VERMİŞ ZƏLZƏLƏ İLƏ BAĞLI XATIRLATMA!...✅
Dərsi bu linkdən dinləyə bilərsiniz:👇
🚩 https://youtu.be/5nKfEDfc7xg
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Gözəl əxlaqın onda doqquzu ✅
Hafiz ibnul-Covzi (Allah ona rəhmət etsin) demişdir:
İnsanların (bilmədən edilən) xətalarını görməməzlikdən gəlmək şərəfli kimsələrin ən yüksək xüsusiyyətlərindəndir. Çünki, insanların (bilmədən edilən) zəllə və xətaları etmələri onların fitrətində vardır. Əgər insan hər zəllə və xətaya fikir versə, özü də yorular, başqalarını da yorar. Ağıllı, zəkalı insan isə ailəsinin, sevdiyi insanların, dostlarının və qonşularının hər kiçik-böyük söhbətinin xırdalığına getməz, buna görə də İmam Əhməd ibn Hənbəl (Allah ona rəhmət etsin) demişdir: *«Gözəl əxlaqın onda doqquzu görməməzlikdən gəlməkdədir.»*
📌 (Təhzibul-Kəməl, 19/370)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Mühüm xatırlatma ✅
Dəyərli müsəlmanlar! Sizə bir xatırlatma etməyi özümüzə borc bildik. Çox təəssüflər olsun ki, bəzi müsəlmanlar internetdə gördükləri xəbərləri paylaşmaqda çox tələsirlər, onların *"din qeyrəti"* damarından ustalıqla tuta bilən dırnaqarası "saytların" yeminə çevrilir və bu *"əsassız xəbərləri"* dərhal paylaşırlar.
Halbuki, Uca Allah buyurmuşdur: *«Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.»* (əl-Hucurat, 6)
Deməli, heç bir xəbəri dəqiqləşdirmədən paylaşmaq bir müsəlmana yaraşmaz.
Həmçinin, Uca Allah buyurmuşdur:
*«Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki, bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız.»* (ən-Nisə, 83)
Çox təəssüflər olsun ki, bu gün özünə - Əhli Sünnəyəm - deyən ibadət əhlindən namazın, dəsnamazın vacibat və sünnələrini bilməyən "bəzi" qardaşlarımız özlərini *«SİYASİ ŞƏRHÇİ»* kimi aparmağa başlayıblar. Kiçik məsələləri öyrənmədən böyük məsələlərə girən şəxslərə məsuliyyət hissini xatırladırıq.
Həmçinin, bütün günü internetdə ancaq bəd xəbərlər paylaşıb insanları *«MÜJDƏLƏMƏK, SEVİNDİRMƏK»* kimi sünnə olan əməldən xəbərsiz olan şəxslərə üz tutub deyirəm ki, bilin ki, bu halınız bir xəstəlikdir.
Bəzi insanlar isə ancaq ölüm xəbərləri paylaşır, dünyada baş verən bir xeyirli xəbəri paylaşmaz olmuşlar.
Bəzi insanlar isə bir hədis paylaşmaz olmuşlar, sünnələri vaxtilə sevərdilər. Amma, internetə *"korkoranə"* *"qaydasız"* daxil olmalar onların qəlbindən bu sevgini də çıxardı, onları sünnə, hədis düşməninə çevirdi. İtirdiklərindən xəbərsiz etdi.
Bəzi insanlar isə interneti *vaxt öldürmək cihazı* kimi seçdilər. Bir kitab oxuyanda bir həftə istirahət etməyə ehtiyac duydular. Bu yorğunluğun "cahillik bataqlığına" düşmələri səbəbiylə baş verdiyini unutdular.
*«Doğrudan da insan zalım və cahildir.»* (əl-Əhzab, 72)
*Bəzi insanlar isə hər kimin gəldi dərsini paylaşır. Dərsə qiymət verməyin meyarı isə*: dərsini dinlədiyi şəxsin onun hislərini nə qədər oxşadığı, nə qədər cazibədar, bəlağətli danışdığı, emosionallığı ilə nə qədər təsir etməsi olmuşdur. Halbuki, bu bir meyar deyil. Ona görə də ibn Sirin - rahimahullah - demişdir: *«Bu elm sizin dininizdir, baxın onu kimdən götürürsünüz.»* Belə etməyən adamlar isə canını ac canavarlara tapşıran adam kimidir ki, dinini kimdən gəldi öyrənir!
Bütün günü sosial şəbəkələrdə narazı yazılar yazmaq, insanların islahını tərk etmək də təhlükəli bir əməldir.
Həmçinin, öz cılız elmiylə dünyanın böyük problemlərini həll etməyə çalışmaq istəyib vaxtını hədər edənlər də əsasən alimlərin tövsiyələrinə qulaq asmayan insanlardır.
Xüsusən də, ancaq insanları təhqir edib, onlarda xeyir qalmadığını iddia edənlər bundan da təhlükəlidirlər. Bu səbəbdən də Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:
*«Kim desə ki, insanlar həlak olmuşdur, o insanları həlak etmişdir»*
(Muslim, 2623; Əbu Davud, 4983)
İmam Nəvəvi - rahimahullah - demişdir: Bu hədisdə «əhləkəhum» sözü, fəthə və dammə ləfzi ilə də gəlmişdir. Dammə ilə olan ləfzi isə daha məşhurdur. «Fəthə» ilə gələn ləfzdə məna belə olur: *«Kim desə ki, insanlar həlak oldu, o, insanları həlak etmişdir.»* Əgər o, bu sözü insanlara xor baxmaq, onları alçaltmaq, özünü onlardan üstün tutmaq və onların halını çirkin göstərmək üçün edərsə, bu məna ona aiddir. Çünki, o Allahın insanlar barəsində olan sünnəsini bilmir. Amma, hər kim bunu öz halına və ya insanların halına baxaraq dini məsələlərdəki naqisliklərə (yol verilən boşluqlara görə) kədərlənərək deyərsə, belə etmək bu mənaya daxil deyil.
Hədisdəki "əhləkəhum" sözünü «dammə» ilə oxuduqda isə məna belə olar: *«Kim desə ki, insanlar həlak oldu, o, insanların həlakı ən şiddətli olanıdır.»* (İmam Nəvəvi, Səhihi Muslimin şərhi, 16/175)
Bəzi insanlar isə müsəlman ölkələrin hakimlərinin eyiblərini yaymaql
Əbu Məsud əl-Bədridən (Allah ondan razı olsun) rəvayət ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurdu:
«Kişinin öz ailəsinə xərclədiyi sədəqədir.»
📌 (Buxari, 4006; Muslim, 2322)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Qəbul olunmağın əsli insanın gizli halının xeyirli olmasındadır ✅
İbnul-Covzi (Allah ona rəhmət etsin) demişdir:
«Qəbul olunmağın əsli insanın gizli halının xeyirli olmasındadır.»
📌 (Saydul-Xatir, ibnul-Covzi, səh 355)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Sual və cavab ✅
Alləmə şeyx Abdul-Muhsin əl-Abbadda (hafizahullah) sual verildi:
Namaza tələsmək bəhanəsiylə ağırbaşlılıq və sükunətə zidd şəkildə maşını sürətlə sürməyin hökmü nədir?
CAVAB: İstər piyada, istər də miniklə olsun sürətlə namaza getmək məzəmmət olunmuşdur.
2017.7 noyabr
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
🌹Cümə günü və gecəsi Allah Elçisinə - Sallallahu aleyhi və səlləm - salavatı və salamı çoxaldın! Allahummə salli va səllim alə nəbiyyinə Muhəmməd🌹
Читать полностью…
Növbətli məqalə barədə verdiyimiz vədin üzərindəyik. Bu son yazı isə hissə-hissə kanalda paylaşılmışdı. Sadəcə faydaların bir araya cəm edilərək oxuculara məqalə şəklində təqdim olunması məsləhətdən oldu. Diqqətinizə görə təşəkkürlər!
Читать полностью…
✅ Gözəl əxlaqın əlamətləri ✅
(Alimlərdən) bəziləri gözəl əxlaqın əlamətlərini cəm edərək demişlər:
«Gözəl əxlaq çox həyalı, az əziyyət verən, çox islah edən, doğru sözlü, az danışan, çox əməl edən, az xəta edən, dünyaya az yönələn, qohumluq əlaqəsini qoruyan, təmkinli, səbirli, şükür edən, razı qalan, həlim, mülaim, iffətli, şəfqətli, lənət etməyən, söyüş söyməyən, aravuranlıq və qeybət etməyən, tələsməyən, kin-küdurət bəsləməyən, paxıllıq və həsədkarlıq etməyən, təbəssüm edən, gülərüz, Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün razı qalan, Allah üçün qəzəblənən olmaqdır.»
📌 (İhyə'u Ulumid-Din, Ğazali, 17)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅Mübahisənin fəsadı✅
Allahu Sübhənəhu və Təala buyurmuşdur:
“Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa, ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir.” (Əl-Ənfəl, 46)
Bu ayənin təfsirində ibn Kəsir (Allah ona rəhmət etsin) demişdir:
“Ruhdan düşərsiniz” yəni, gücünüz, kəsərliliyiniz gedər və üzərində olduğunuz çalışqanlıq aradan qalxar.”
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Sələm puç edilir, sədəqə isə artırılır! ✅
Uca Allah buyurmuşdur: *«Allah sələmi puç edir, sədəqələri isə artırır.»* (əl-Bəqərə, 276)
Puç edilmə iki cürdür. Hər ikisi də sələmdə cəm olmuşdur. Bunlardan:
1⃣ Maddi (hissi) puç edilmə; Bu, Allahın onun malının əlindən getməsi, oğurlanması və tələf edilməsinə aparan şeylərə düçar etməsidir.
2⃣ Mənəvi puç edilmə; Bu da bir neçə cəhətdən olur:
👉🏻 Allah onun qəlbinə paxıllıq qoyur, beləcə kasıbçılığı qarşısında görür.
👉🏻 Malında xeyir və bərəkət olmur.
👉🏻 Bu malın sahibi öz malını xeyir yollarında xərcləmir.»
📌 (Şeyx Süleyman ər-Ruheyli, «Qavaidu fiqhil-Muamələt əl-Muasirah» - adlı elmi dövrədən alıntı)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Şeyx Rabi əl-Mədxəli (Allah onu qorusun) demişdir:
«İndi sahədə bu cür insanlarlar var ki, əgər insan bir xata edərsə və ya bir məsələdə cahil olarsa, deyirlər ki: Vallahi, bu cahildir!
Bu mənhəclər dağıdıcıdır. Alimlərə, elm tələbələrinə və müsəlmanların da bir-birinə ehtiram göstərməsi vacibdir. Ən kiçik fürsət tapan kimi müsəlman qardaşı təhqir etməklə irzlərə toxunmağı halal görməli deyilik.»
📌 (Mərhəbən yə talibəl-İlmi, 342)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Qurani-Kərim müqəddəsdirmi?✅
👉 Quranın müqəddəs olub-olmaması bu gün bir çoxlarımızı maraqlandıran sualdır. Feqih.com heyəti bu sualın cavabını tapmaq üçün kiçik bir araşdırma aparıb və istədik ki, sizi də bu araşdırma ilə tanış edək. Belə ki, xeyir bölüşdükcə artır. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: “Xeyirə yönəldən, xeyiri etmiş kimidir.”
👉 Daha ətraflı: http://www.feqih.com/qurani-kerim-muqeddesdirmi/
📬 Sual verin, cavabı emailinizə gəlsin.
© FEQIH.COM - Elm, əməl və dəvət
© http://www.sualcavab.feqih.com/
© /channel/feqih
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅Mövlud bidətini ilk dəfə kim icad etmişdir?✅
Ən xeyirli üstün əsrlərdən birinci, ikinci və üçüncü hicri əsrlər keçdiyi halda tarix kitablarından birində belə qeyd olunmamışdı ki, (və indi də) nə səhabələrdən, nə tabeinlərdən, nə də onlardan sonrakılardan biri Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) doğum gününü qeyd etsinlər. Baxmayaraq ki, onlar Peyğəmbərin sünnəsini ən yaxşı bilən, onun şəriətinə ən yaxşı tabe olan insanlar idilər.
Tarixdə bu bidəti ilk dəfə çıxaranlar fatimilərdən (rafizi tafyası) olan Ubeyd əl-Qaddəh oğulları olmuşlar.
Onlar özlərini Əli ibn Əbu Talibin övladlarından hesab edirdilər. Əslində isə onlar batinilik dəvətinin qurucuları idilər. Onların ulu babaları Əl-Qaddəh adıyla tanınmış ibn Deysan idi. O Cəfər ibn Məhəmməd əs-Sadiqin qulluqçusu olmuşdu, Əhvaz bölgəsindən idi. O, batiniliyin qurucularından biridir. O İraqda idi, sonra Məğribə köçmüşdü. Orada özünü Aqil ibn Əbi Talibə nisbət etmiş və iddia etmişdi ki, onun nəslindəndir. O vaxt ki, onun dəvətini radikal rafizilərdən olan bir qövm qəbul etdi, (bu zaman) özünün Məhəmməd ibn İsmayıl ibn Cəfər əs-Sadiqin övladlarından olduğunu iddia etdi. Onun bu iddiasını qəbul etdilər. Baxmayaraq ki, Məhəmməd ibn İsmayıl ibn Cəfər əs-Sadiq övladı olmadan vəfat etmişdi. Ona (ibn Deysana) tabe olanlardan: Həmdan ibn Qurmut idi. Qaramitilər hərəkatı ona nisbət olunur. (Qaramitilər isə: Kəbənin qara daşını oğurlayıb illərlə özlərində saxlayan və Kəbədə çoxlu insan qanı axıtmaqla yadlarda qalan tayfadırlar.) Amma onların şərəfli nəsəb iddiaları əsassızdır. Bunu bir çox qədim alimlər və tarixçilər kitablarında təsdiqləmişlər. İbn Xallikan demişdir: (Araşdırmaçı nəsəb alimləri onun (ibn Deysanın) belə bir nəsəb iddiasını inkar edirlər) (Vəfatət əl-Əayən kitabı, 3/117_118)
Həmçinin, İbn Əl-Cövzi, Əbu Şəmə və başqaları da bu barədə ətraflı danışmışlar. Əl-Məqrizi Fatimilərin bu bayramı qeyd etdiyini demişdir. 👉🏻Onların bu mövludu ilk dəfə qeyd edənlər olması barədə başqa mənbələr üçün bax: 👉🏻 Əhsənul-Kələm, səh, 44; Əl-İbdəa, səh 251; Tərixul ihtifəl bil movlidin-Nəbi, səh 62; Nəfhul-Əzhər, səh 185-186; Əl-Qovlul-Fasl, səh 64 və s)
📌 (Bidəul-Hovliyyə kitabından, ixtisarla. Müəllif: Abdullah ibn Abdul-Aziz ibn Əhməd ət-Tuveyciri, ətraflı bax, səh 137-151)
İndi özünüz düşünün! Bu mövlud keçirmək yaxşı əməl olsaydı, 3-cü əsrə qədər bir əhli sünnə alimi bunu edərdi. 4-cü əsrin sonlarında rafizilər tərəfindən icad olunmuş bir əməl, sonradan sufilərə keçir, sünnəyə sadiq kimsələr isə daim bu mövlud ayinlərini keçirməyi dində bidətdən hesab etmişlər. Əgər mövlud keçirmək yaxşı bir əməl olsaydı, bunu Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) səhabələri və ardıcılları olan tabeinlər edərdilər. Peyğəmbəri sevmək heç də ildə bir günü ona ad günü keçirib, 364 günü onun yolundan uzaq olmaqla olmur. Peyğəmbərə həqiqi sevgi, Qurana, hədislərə uyğun yaşamaqla olur. Hansı bəhanə gətirilsə də, mövlud qeyd etmək bidətdən başqa bir şey deyil. Allahdan istəyirik ki, haqqı axtaranların bəsirət gözünü açsın və inadkarların zəlalət yolu olan bidət yollarından uzaq etsin! Çünki, haqqı axtaranlar mümkün deyil ki, zəlalət üzərində israr etsinlər. Haqq onlara bəyan edildikdə onu qəbul etmək əsil möminlərin sifətlərindəndir!
➖➖➖➖➖➖➖➖➖➖➖➖
Hazırladı: Sahib Əsədov
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ İslam quldarlığı niyə halal görüb - deyənlərə (xüsusən də ateistlərə) cavab ✅
Qeyd edək ki, onlar "quldarlığın" niyə birdəfəlik ləğv edilmədiyini deyir və bununla İslamı tənqid etmək istəyirlər. Cavab:
1⃣ Bilmək lazımdır ki, qullar və quldarlıq İslamdan qabaq da olub, buna baxmayaraq, İslam dini quldarlığı tədricən aradan qaldırmışdır. Səhabələrdən belə neçə neçə qullar azad edilmiş, müsəlman olmuşdular. Bilal həbəşi Əbu Bəkr tərəfindən ağasına məbləğ ödənildikdən sonra qulluqdan azad edilmişdi. Qul olmaqdan azad edilənlər müsəlmanlar arasında az deyildi. Hətta, bəzi İslam alimləri demişlər ki, əgər miras sahibi vəfat edərsə, onun mirasçısı olmağa heç bir yaxın qohumu qalmazsa, onun qulu (köləsi) miras sahibi olmağa daha haqlıdır. Ona görə də İslam dini insanları qullara qulluqdan çıxarıb, Allaha qulluğa çağırmışdır.
2⃣ Quran və hədislərdə quldarlığa, özü ağa olub insanları qul etməyə rəğbətləndirmək kimi bircə əmr belə yoxdur. Qaldı ki, düşmən əsirlərin qul kimi işlədiləmsinə bu hal bu gün belə dünyada mövcud bir haldır. Lakin, məsələyə diqqətlə yanaşsaq, Quranda və hədislərdə qul azad etməkdən və qul azad etməyin fəzilətindən bəhs edildiyinin şahidi olarıq. Bir hədisdə Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurur: *«Kim bir müsəlman qulu azad edərsə, Allah onun hər bir (bədən) üzvünü cəhənnəmdən azad edər onu Öz xilası ilə xilas edər.»* (Buxari, Muslim)
3⃣ İslam dininə görə quldarlıq tədricən ləğv edilsə də qullarla da yaxşı davranmaq tövsiyə edilmişdir: Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: *«Sizdən heç biri "mənim qulum və köləm" deməsin, hər biriniz Allahın qulusunuz. Qadınlarınız da Allahın qullarıdır. (Qul olanlara) Oğlum, qızım, cariyəm (deyə) xitab edin.»* (Muslim)
4⃣ Yer üzündə hal hazırda həqiqi və yeganə ateist dövlət olan Şimali Koreyada insanlar rəsmi şəkildə "qullar və ağalar" sinfinə bölünüblər. Bu nizam "songbun" adlanır. Ateistlərin yarım əsrə yaxındır ki, işləyən bu qanunlarını ateistlərin özlərindən tənqid edən isə hələ görməmişik. Lakin, onların cəmiyyətlərdən quldarlığı tədricən çıxaran, qul azad etməyin savab əməl olduğunu bildirən İslam dininə qarşı bu yersiz və qərəzli ittihamı irəli sürdüklərini görürük. Müsəlman ölkəsi olan Tunisdə "qul almaq və satmaq" 1846-cı ildə qadağan olunduğu halda, bu tarix Amerikada 1865-ci ilə təsadüf edir. Dünyada isə 1926-cı ildə bir çox ölkələrdə qul alqı-satqısının qadağan edilməsi qeyd edilmişdir.
5⃣ Hətta, filosof-ateistlərdən belə quldarlığı ciddi şəkildə tənqid edənlər olmamışdır. Əksinə, bir çox filosof ateistlər quldarlığın cəmiyyətlərdə müəyyən sosial və iqtisadi tənzimləmələr baxımından lazımlı olduğunu bildirmişlər. Yəqin ki, onlar ən yaxşı halda Aristotelin, Əflatunun, Heycelin, Coon Lock'un və s. bir çox filosofların sözlərindən xəbərsizdirlər. Ateist Karl Marks isə Şimali Amerikanın "qullar olmadan" mövcud olmasının mümkünsüzlüyündən danışmışdır. Belə misallar çoxdur, uzatmaq istəmirik.
6⃣ Quldarlığı mütləq şəkildə tənqid edənlər, hazırkı həyatdakı iş və vəzifə fərqlərini də bir növ tənqid etmiş olurlar. Çünki, indiki zamanda da bir çox insanlar cəmiyyətdəki tutduqları vəzifə etibarilə qul olmaqdan heç nə ilə fərqlənmirlər. Belə hallara ateistlərin çox olduğu ölkələrdə də xeyli rast gəlinir.
➖➖➖➖➖➖➖➖➖➖➖
Yazdı: Sahib Əsədov
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Başqasına zərər olduğu təqdirdə öz məsləhətini önə çəkməmək ✅
«Gecə vaxtı nafilə namazı qılanın yanında əgər başqa bir gecə namazı qılan varsa və yaxud da onun (namaz qiraətində) səsini yüksəltməsindən zərər görəcək yatmış bir kimsə və ya başqa biri varsa və ya riyadan qorxarsa, onun namazı səssiz qılması daha əfzəldir. Bu məfsədəni (zərəri) aradan götürmək üçündür.»
📌 (Şeyx Süleyman ər-Ruheyli, Qavaidu təarudul-Məsalih vəl-Məfəsid, səh 172 )
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
a məşğuldurlar. Çox vaxt isə bu xəbərlər doğru olmur və dəqiqləşdirilmədən paylaşılır. Doğru olan bəzi azsaylı xəbərlər isə hakimlər barədə danışmağa əsas vermir. Bir müsəlman başqa müsəlman ölkələri üçün də dua etməli, onların hakimlərinin doğru və yalnışlarını danışmağı özünə adət etməməli, dilini xeyirə öyrətməlidir. Heç bir hakim məsum deyil. Yalnız Allah Rəsulu məsumdur. Məsum olmayanın xəta etməsi labüddür. Unutmayın ki, bəzi İslam ölkələri barədə gecə-gündüz yalan xəbər yayan böyük idarələr var. Biri də ölkəmizlə həmsərhəddir. Müsəlman ölkələrində baş verən hadisələrdə həddi aşıb nə onların vəkili kimi çıxış etməli, nə də yalan məlumat gördükdə laqeyd yanaşmamalıyıq. Çünki, Allah bizi orta ümmət etmişdir. Bizim dərdimiz dünya siyasəti deyil, din dərdi olmalıdır. Allah bizi eşidib faydalananlardan etsin!
➖➖➖➖➖➖➖➖➖➖
Yazdı: Sahib Əsədov
15 noyabr, 2017
Mədinənin fəziləti, orada qalmağın və oranı ziyarət etməyin ədəbləri
Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Həqiqətən də ilanın öz yuvasına sığındığı kimi iman da Mədinəyə sığınar.» (Buxari, 1876; Muslim, 374)
Daha ətraflı - http://senxatirlat.com/medinenin-fezileti-orada-qalmagin-ve-orani-ziyaret-etmeyin-edebleri/
✅ Necə salamat qalsın? ✅
İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
«Bir insanın rəhm etməyən zövcəsi, üzür görməyən övladı, etibar etmədiyi qonşusu, nəsihət etməyən dostu, adil olmayan şəriki, düşmənçiliyi səbəbilə yatmağa qoymayan düşməni, pisliyi əmr edən nəfsi, bərbəzəkli dünyası, həlak edən havası, özünə qalib gələn şəhvəti, özünü qəhr edən qəzəbi, bəzəyən şeytanı, üzərinə çökmüş zəifliyi varsa, o necə salamat qala bilər? Əgər Allah ona yaxın olar və onu (haqqa) çəkərsə, bütün bunlara qalib gələr. Əgər Allah onu başıboş buraxar və öz nəfsinə həvalə edərsə, bu şeylər onda cəm olar və onun həlakı olar.»
📌 (Ibnul-Qeyyim, əl-Fəvaid, səh 50)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅Müdriklərdən bəziləri demişlər:
Həyatda uğur qazanmaq üçün beş şeyə ehtiyacın var:
👉🏻 Allaha təvəkkül və sonra özünə inam.
👉🏻 Gördüyün işi etməkdə israrlı (davamlı) olmaq.
👉🏻 Hər gün xeyirə yozmaq (ümidsizliyə düşməmək)
👉🏻 Özünü heç kimlə müqayisə etməmək.
👉🏻 Həvəsdən salan, səylərini aşağılayan kimsələrə fikir verməmək.
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
Uca Allah buyurmuşdur:
«Gündüzü isə ruzi qazanmaq vaxtı etdik» (ən-Nəbə, 11)
Bu ayənin təfsir edərkən ibn Kəsir (Allah ona rəhmət etsin) demişdir:
«Yəni, biz sabahı işıqlı, nurlu etdik ki, insanlar öz gediş-gəlişlərini, gündəlik tələbatlarını, qazanclarını, ticarətlərini və s. rahat şəkildə yerinə yetirsinlər.»
📌 (Təfsirul-Quranil-Azim, ən-Nəbə, 11)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:
«İnsanlar bir-birinə (qarşılıqlı) həsəd etməyincə xeyir üzərində olacaqlar.»
📌 ( Albani, Sahihut-Tərhib, 2887 (hədis həsəndir))
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
✅ Üç alimin ateistlərlə söhbəti ✅
Məqaləni oxumaq üçün aşağıdakı keçiddən daxil olun:
🔸http://senxatirlat.com/uc-alimin-ateistlerle-sohbeti/
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) demişdir:
«Sənə hidayət yolunu tövsiyə edirəm. Doğru yolda olanların azlığı sənə zərər verməz. Səni zəlalət yollarından çəkindirirəm! Həlak olanların çoxluğuna aldanma!
📌 (Nəvəvi, «əl-Məcmu, 8/203»; Şatibi, «əl-İ'tisam, 1/135)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi
📚Qəlbin salamatlığı📚
Zeyd İbn Əsləm dedi: «Əbu Dücanə xəstə ikən onun yanına gəldilər. Onun üzü parıldayırdı (yəni, üzündə nur var idi). Ona deyildi: "Sənin üzün niyə belə parıldayır?" O dedi: "Bu iki əməldən daha güvənli əməlim olmadı: Özümə aid olmayan şeylərdən danışmırdım. Digəri isə: Qəlbim müsəlmanlara qarşı salamat idi.»
📌 (Siyəri Əaləmin-Nubələ, 1/243)
©SƏLƏFİN ƏXLAQI
/channel/selefinexlaqi