selefinexlaqi | Unsorted

Telegram-канал selefinexlaqi - SƏLƏFİN ƏXLAQI

1538

Adminlər: Mədinə İslam universitetinin tələbələri: Sahib Əsədov və Nail Paşayev.

Subscribe to a channel

SƏLƏFİN ƏXLAQI

✅ Sədəqə verməyə tələsmək barədə ✅

İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

«Həqiqətən də sədəqənin bəla növlərini dəf etməkdə qəribə bir təsiri vardır. Əgər bir günahkardan, zalımdan, hətta kafirdən olsa belə Uca Allah ondan (sədəqə verən kimsədən) bəla növlərini uzaqlaşdırar. Bu, insanların, avamların və savadlıların bildiyi bir məsələdir. Yer əhlinin hamısı bunu təsdiqləyirlər. Çünki, bunu təcrübədən keçirmişlər.
«Həqiqətən də sədəqə vermək Rəbbin qəzəbini söndürər və pis ölümdən uzaqlaşdırar.» Necə ki, o (sədəqə) Rəbbin qəzəbini söndürər, eləcə də o suyun odu söndürdüyü kimi günahları və xətaları söndürər.
Bəzi əsərlərdə gəldiyi kimi: Sədəqə verməyə tələsin. Çünki, bəla sədəqə ilə birgə yürüməz.
Ömər ibnil-Xəttab (Allah ondan razı olsun) demişdir: «Mənə xatırladıldı ki: əməllər bir-birinə qarşı öyünərlər. Sədəqəyə gəldikdə o deyər ki: Mən sizin (yəni, əməllərin içində) ən üstün olanınızam.»

📌 (əl-Vabilus-Sayyib, səh, 31. İbnul-Qeyyim)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

💥 YENİ MƏQALƏ 💥

✅ Ateizmdə əxlaq anlayışı ✅

(Paylaşın və xeyirə vəsilə olun)

Ateistlər əvvəlcədən bunu bilsələr ateist olmazlar. Onlar bilsələr ki, bu fikirlərə düşənlər gələcəkdə hansı əxlaqi tənəzzülə düşəcəklər bu gündən ateizmin qaranlıqlarını, zülmətlərini görərlər. Əxlaq insanlara ilahi bir nemətdir. Dünyanı tam bir maddi düşüncə ilə təsəvvür etmək əxlaqın inkarına aparıb çıxarır. Əxlaq anlayışı barədə daim ziddiyyətdə və çaşqınlıqda olan ateistlərə bu məqaləni oxumağı tövsiyə edirik. Məqalədə ateist alimlərin sözlərindən də kifayət qədər sitatlar gətirilmişdir. Daha ətraflı bu keçiddən oxuya bilərsiniz:

🔸 http://tovhid.info/eqide/512-ateizmde-exlaq.html

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Ateizm yayıldıqda din xadimlərinin rolu nə olmalıdır? ✅

Yəmənli alim Abdur-Rahmən əl-Muallimi (Allah ona rəhmət etsin) demişdir:

«Din alimlərinin bir-birilə əlaqə saxlamağa və yardımlaşmağa daha çox ehtiyacı var. Xüsusən də o əsrdə ki, ateizm vəbası yayılmış və dini elmlərə rəğbət azalmış, əksinə, insanların (dini elmlərdən) uzaqlaşması kütləviləşmişdir və hər kəs öz rəyilə kifayətlənmişdir.

Ona görə də din alimlərinin özlərilə müasir elmləri öyrənənlərin arasındakı məsafəni yaxınlaşdıracaq yolları tapmaqda və (bəzi insanlar tərəfindən) ortaya çıxarılmış mübahisə obyektinə çevrilən dini məsələlərdə müasir düşüncəyə uyğun şəkildə (yəni, insanların anlayacaqları şəkildə) izah edilməsində yardımlaşmağa ehtiyacları var. Bununla da bu ateizm vəbasının daha çox yayılmasının qarşısını almaq və (bu vəbaya düçar olan) xəstələrin müalicəsini bacarmaq mümkün olar. Bunu etmək çox səmərəli bir dəvət olar!»

📌 (Sıfatul-İrtibat beynəl-Uləməi fil-qadim, səh 16)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Şər Allaha nisbət olunmur! ✅

İbnul Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

«Allah iradə sahiblərini (insanları) yaratmışdır. Onlar isə Allahın onlar üçün razı qalmadığını (sevmədiyi əməli) seçmişlər. Bu yerdə şərin səbəbi insanın iradəsidir (seçimidir). Nöqsansız və Uca Allah şərin özünü deyil, şərin var olma münkünlüyünü yaratmışdır.» Həmçinin: «Qul isə bir qadağan olunmuş çirkin əməl edərsə, o artıq şər və pislik etmişdir. Allah onu bunun üçün fail etmişdir. Bunu etmək Allahdan olan adillik, hikmət və doğruluqdur. Eləcə də onu fail (əməli edən) etməsi xeyirdir. Görülmüş əməl isə şərdir və çirkin əməldir. Nöqsansız Allah bunu etməklə işi öz doğru yerinə qoymuşdur. Hansı ki, bunda Ona tərif ediləsi tam hikmət vardır. Bu, xeyir, hikmət və məsləhətdir. Baxmayaraq ki, quldan olan (bu əməl) eyib, naqislik və şərdir. Bu da müşahidə etdikdə anlaşılan məsələdir. Əgər hər şeydən Xəbərdar olan Yaradan əyri taxtanı, sınıq daşı və naqis kərpici götürüb istədiyi və münasib bir yerə qoyarsa, bu, Ona tərif ediləcək olan Adillik və Doğruluq olar. Əgər bir şeydə əyrilik, nöqsan və eyib varsa, buna görə (Allah deyil) həmin şeyin özü pislənilər. Hər kim də çirkin (xəbis) şeyləri öz layiqli yerinə qoyarsa, bunu etmək hikmət, adillik və doğruluq olar. (Bir şəxsin) Səfehliyi və zülmü yalnız bir şeyi öz doğru yerinə qoymadığı təqdirdə baş verər.»

📌 (İbnul-Qeyyim, «Şifəul-Alil, səh 362)

İbn Teymiyyə (Allah ona rəhmət etsin) də şərin, zülmün dünyada var olmasını bəhanə edib bunu şər və zülm törədənlərə deyil birbaşa Allaha nisbət edən ateistlərə və zındıqlara cavabında demişdir:

«Yalan, zülm və bunun kimi şeylər elə çirkinliklərdir ki, bunu edən kəs bu sifətlərlə vəsf olunar (Allah deyil). Necə ki, qul bunu edir. Allahın başqa biri üçün etdiyi, yaratdığı vəsf ilə Allah vəsf olunmaz. Necə ki, Uca Allahın başqa yaratdıqlarına verdiyi dadlar, rənglər, ruhlar, paylar, təqdirlər, hərəkətlər və s. heç biri ilə Allah vəsf olunmur. (Bunun kimi də şər əməl edənin şər əməli Allaha nisbət olunmaz). Allah insanın rəngini yaratsa da (haşa) həmin rəngə boyanmış deyildir. Əgər Allah xoşa gəlməyən, pis bir qoxu və ya acı dad və ya çirkin bir görünüş yaradarsa, Allah bu çirkin, sevilməyən məxluqlarla və çirkin əməllərlə vəsf olunmaz.»

📌 (İbn Teymiyyə, «Məcmuul-Fətəva, 5/123)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Gözəl əxlaqın əlamətləri ✅

(Alimlərdən) bəziləri gözəl əxlaqın əlamətlərini cəm edərək demişlər:

«Gözəl əxlaq çox həyalı, az əziyyət verən, çox islah edən, doğru sözlü, az danışan, çox əməl edən, az xəta edən, dünyaya az yönələn, qohumluq əlaqəsini qoruyan, təmkinli, səbirli, şükür edən, razı qalan, həlim, mülaim, iffətli, şəfqətli, lənət etməyən, söyüş söyməyən, aravuranlıq və qeybət etməyən, tələsməyən, kin-küdurət bəsləməyən, paxıllıq və həsədkarlıq etməyən, təbəssüm edən, gülərüz, Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün razı qalan, Allah üçün qəzəblənən olmaqdır.»

📌 (İhyə'u Ulumid-Din, Ğazali, 17)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✨ YENİ MƏQALƏ✨

✅ Yeni ili buna görə qeyd etmirik ✅

Bu məqalədə:

👉🏻 Yeni ilin tarixi barədə qısa söz,
👉🏻 Yeni ili qeyd etməyin hökmü,
👉🏻 Müsəlmanlardan bu bayramı qeyd edənlərin bir bəhanəsinə cavab,
👉🏻 Başqa dinlərin mahiyyəti olan bayramları qeyd etməyin icazəli olmaması,
👉🏻 Qeyri müsəlmanlara bənzəməyin icazəli olmaması.
👉🏻 Belə günlərdə müsəlman nə etməlidir? və digər mövzuları oxuya bilərsiniz.

📖 Məqaləni oxumaqçün aşağıdakı keçiddən daxil ola bilərsiniz:

🔸http://senxatirlat.com/yeni-ili-buna-gore-qeyd-etmirik/

©SƏLƏFİN ƏXLAQİ

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Ey yeni il bayramını qeyd edən müsəlman, xitab sənədir! ✅

👉🏻 Təəssüflər olsun ki, bəzi müsəlmanlar dinlərindən bixəbərdirlər və xaçpərəstlərin "yeni il" bayramını qeyd edirlər. Üstəlik bunda bir problem də görmürlər. Onlara Zübeyr qardaşımızın bu gözəl moizəsini dinləməyi məsləhət görürük:

Bu keçiddən dinləyə bilərsiniz:

🔸 https://youtu.be/-0Nhnfc9qEk

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

📌 Kiçik fayda: Dəyərli müsəlmanlar, ateistlərin şübhələrinə verilən cavablar cəmiyyətimizdə yayılan şübhələrdəndir. Yoxsa, olmayan şübhələrə cavab vermək sələfin metodundan olmamışdır. Olmayan şübhələrə cavab vermək insanları gərəksiz məsələlərlə məşğul etmək, hətta zəif imanlı kimsələri bəzən gərəksiz yerə şübhələrlə məşğul etməyə aparır. Cəmiyyətdə olmayan şübhələri diriltmək şəriətin məsləhətindən deyil. Yayılan şübhələrə cavab vermək isə şəriətin məsləhətindəndir. Cəmiyyətimizdə ateizm (Allahsızlıq) çağırışları çoxaldığı üçün zaman-zaman bu şübhələri dəf etməyə ehtiyac yaranır.

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅Uşaq və qadınları sevindiririk - deməyi bəhanə edib qeyri müsəlmanların bayramına rəğbət göstərənlərə✅

📜 Əvvəla onu deyək ki, "Yeni il" bayramını qeyd etmək bir müsəlman üçün haramdır. İbn Ömər (Allah ondan razı olsun) demişdir: Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: «Kim özünü hansı qövmə bənzədərsə, o da onlardandır.»

📌 ( Əbu Davud, libas: 3512; Səhihi Əbu Davud: 3411)

📜 Lakin, təəssüflər olsun ki, bəzi müsəlmanlar bunun haram olduğunu və Peyğəmbərimiz Məhəmmədin (Allahın Ona salavatı və salamı olsun) qeyri müsəlmanlara bənzəməyi qadağan etməsini bildikləri halda onların bayramlarından təsirlənərək ŞEYTANIN BİR VƏSVƏSƏSİNƏ VƏ HİYLƏSİNƏ ALDANIRLAR. Şeytan onlara təlbis edir və batili bəzəyərək belə demələrini istəyir:

🔸«BİZ BU BAYRAMI YALNIZ QADIN VƏ UŞAQLARIN SEVİNMƏSİ ÜÇÜN EDİRİK!»

👉🏻 CAVAB: «SübhənAllah! Birinci onu deyirik ki, məgər bu insanlar bilmirlərmi ki, qeyri müsəlmanların bayramlarını etmək onlara bənzəməkdir? Həmçinin, onlar qadın və kiçik uşaqları il ərzində sevindirməyə bir müsəlman bayramı və ya başqa gün tapa bilmədilərmi?

👉🏻 Dahi İslam alimi Hafiz əz-Zəhəbi (Allah ona rəhmət etsin) demişdir:

«Əgər bir kəs deyərsə ki, biz bunu (kafirlərin bayramını) kiçik uşaqlar və qadınlar (onların şənlənməsi) üçün edirik! - Onun cavabında deyilir: «İnsanların ən pis halda olanı o kəsdir ki, Allahın qəzəbinə gətirən bir şeylə ailəsini, uşaqlarını sevindirir. Sonra dedi: Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o (səhabə) dedi: "Kim onların novruz və mehrican bayramlarını qeyd edər, (bayramlarında və s.) onlara oxşayarsa, öldükdə də bu halda ölər və tövbə etməzsə, qiyamət günü onlarla birgə həşr olar.»

📌 («Təşəbbuhul-Xissis bi-Əhlil-Xamis» kitabından)

👉🏻 Elə isə ey övladını, ailəsini küfr şüarı olan bayramlar ilə sevindirməyə çalışan zavallı müsəlman! Sən necə də pis bir tərbiyəçisən!
👉🏻 Onları Allahı razı salan bir yolla sevindirə bilmirsənmi? Allahı qəzəbləndirərək şeytanı sevindirməklə ailənə sevinc gətirəcəyinimi düşünürsən? Allaha tövbə et və bil ki, insanların çoxluğunun bir əməli etməsi heç də o əməlin doğru olmasına dəlalət etmir.

🔸Allahu Təala buyurmuşdur: «Lakin insanların çoxusu bilmirlər.» (Nəhl: 38)
🔸«Lakin insanların çoxusu şükür etmirlər.» (El-Bəqərə: 243)

👉🏻 Elə isə insanların çoxluğunun əməliylə deyil, İslamın əmr etdiyi əməllərlə kifayətlənin.

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Qəlbi sərtləşən kimsə onu yumşaltmağa çalışsın! ✅

«Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?» (Əl-Hədid, 16)

İbn Məsud (Allah ondan razı olsun) demişdir:

«Bizim İslamı qəbul etməyimiz və Allahın bizi bu ayə ilə tənbeh etməsi arasında yalnız dörd il (müddət) var idi.»

📌 (Muslim, 3027; «Fəthul-Bəri, 8/628)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅Rəqs edən sufilər haqqında✅

Qadi İyad (Allah ona rəhmət etsin) demişdir:

«Museyyibi dedi: (İmam) Malikin yanında idik, dostları da onun ətrafında idi.

- (Bu əsnada) Nəsiblilərdən biri dedi:

- Ey Abdullahın atası: Bizdə bir tayfa var, onlara "sufilər" deyilir. Onlar çoxlu yeyirlər, sonra (musiqili) qəsidələr oxumağa başlayırlar, sonra da qalxıb rəqs edirlər.»

- İmam Malik (Allah ona rəhmət etsin) dedi: «Onlar uşaqdırlarmı?»

- Dedi: Xeyr.

- (İmam Malik) dedi: «Onlar dəlidirlərmi?»

- Dedi: Xeyr, şeyx (yaşlı və ya savadlı) adamlardır.

- (İmam) Malik dedi: «Mən İslam əhlindən kiminsə belə bir şey etdiyini eşitməmişəm.»

📌 (Tərtibul-Mədərik va təqribul-Məsəlik, (2/54); Əbul-Fadl Qadi İyad)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Qonşuya yaxşılıq etmək ✅

Əbu Şureyh əl-Xuzəi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu:

«Kim Allaha və axirət gününə inanırsa, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə inanırsa, qonağına ehtiram göstərsin. Kim Allaha və axirət gününə inanırsa, (ya) xeyir söyləsin, ya da sussun.»

📌 (İmam Buxarinin «Ədəbul-Mufrad» kitabı, 102; isnadı səhihdir)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Allahı daha yaxşı tanıyanların xoş halı! ✅

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir:

«Ədn Cənnətlərini qazanan elə qövmlər vardır ki, onlar insanların ən çox namaz qılanı, oruc tutanı, həcc və ümrə edəni deyildilər. Lakin, onlar Allahın öyüd nəsihətini anladılar, (bu öyüd nəsihətdən) qəlbləri titrədi, nəfsləri bununla hüzur tapdı və əzaları bununla (Allahdan) qorxdu. Beləcə, onlar dünyada ikən insanlar arasında gözəl mənzilə, yüksək dərəcəyə nail oldular, Allah qatında isə axirətdə buna nail olmaqla üstün olacaqlar.»

📌 (Ibnul-Qeyyim, Rovdatul-Muhibbin, səh 11)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Sələflər deyərdilər:

«Öz yerini bilən kimsəyə Allah rəhm etsin.»

📌 (Feydul-Qadir, 5/462)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ İslam dini elm və əxlaq dinidir! ✅

Əbu Zərr (Allah ondan razı olsun) demişdir: «Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) bizi tərk etdiyi zaman (vəfat etdiyi zaman) hətta havada qanadlarını tərpədən quşdan belə bir elm (məlumat) vermişdi.»

Sonra (Əbu Zərr) dedi: Allah Elçisi (Allahın Ona salavatı bə salamı olsun) buyurdu: «Cənnətə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran elə bir şey yoxdur ki, sizə bəyan edilməsin.»

📌 (Təbərani səhih isnadla rəvayət edib, Mucəmul-Kəbir 2/155, şeyx Albani səhihləşdirib. Bax "Silsilətus-Sahiha, 1803)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ İnsanların ehtiyacını ödəmək ✅

Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət olunur ki:

Bir kişi Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) yanına gəldi. Sonra öz ehtiyacını və kasıblığını bildirdi. Bu zaman iqamə verildi, o kişi Peyğəmbərə (ona yardım etməsi üçün) israr etdi. Peyğəmbər də onunla birgə qalxdı və onun ehtiyacını ödədi.»

📌 (Məkərimul-Əxləq, Xaraiti,111; Səhih demişdir. Buxari və Muslimin şərtlərinə uyğundur. İmam Zəhəbi də təsdiqləmişdir.)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Dünyanı elm ilə doldurun! ✅

Şeyx Rabi əl-Mədxəli (Allah ona qorusun) demişdir:

«Dünyanı elm ilə doldurun. Çünki, insanlar bu elmə möhtacdırlar.»

📌 (əz-Zəriah, 3/ 215)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Ateist fikrindən tövbə edən İraqlı (dünyəvi) alim necə hidayət olundu? ✅

(Paylaşın və xeyirin yayılmasına vəsilə olun)

Bir videoya baxdım. İraqlı (dünyəvi) alim ateizm girdabına düşmüş, həyatının mənasını itirmiş olmasından danışırdı. Sonra necə həqiqəti tapmasına və hidayət olunmasına səbəb olan üç misal çəkdi.

Keçmiş ateist alim dedi:

- Bir hörümçək növü barədə oxuyurdum.
Ana hörümçək nəsil artırmaq mövsümündə çoxalmaq istədikdə yumurtasını çayalara və su hövzələrinə qoyur. Bədənindən çıxan selikli maddəni hava ilə qurudur, sonra kiçik qayıqlar kimi bir şey düzəldir və yumurtalarını onun içinə qoyur. (Yumurtalar o "kiçik qayıqların" üzərində qalır və suda batmır) Sonra isə ana hörümçək ölür. Sonra o yumurtalardan kiçik hörümçəklər çıxır və böyüyürlər. Həmin hörümçəklər də eyni mərhələni keçir və nəsil artırmaq üçün eyni cür edirlər, sonra ölürlər. (Bu məqamda) Bu sual doğrudur ki, bu selikli maddəni hörümçəyin bədəninə kim qoyub ki, o maddə ilə kiçik qayıqlar düzəltməyi bacarır?

(Əsas sual isə budur) O hörümçəklərə qayıq düzəltməyi kim öyrədib və analarını görmədikləri halda analarının etdiyini olduğu kimi etməyi o hörümçəklərə kim öyrədib?

Əgər onlar bunu etməsəydilər nəsilləri kəsilməli idi.....Sonra deyir: Bu, məndə çox böyük təsir oyatdı.

Sonra (başqa bir misal çəkərək) deyir ki:

Dostlarımdan biri deyir ki, bir setkaya 29 toyuq yumurtası qoymuşdum. Ədədi tamamlamaq üçün bir də su quşunun yumurtasını qoydum, 30 ədəd yumurta oldu. Sonra yumurtadan çıxan vaxtı bildiyim üçün həmin vaxtı gəlib yumurtalardan cücələrin çıxmağını seyr etdim. Bütün cücələr yumurtadan çıxan kimi hini axtarırdılar, yalnız biri (su quşunun yumurtasından çıxan bala) suya tərəf getdi, suya baş vurdu və suda üzdü. Ona anasını görmədən bunu öyrədən kimdir?

Sonra daha bir misal çəkərək dedi:

Həmçinin, bal arısını pətəklərindəki altıbucaqlı yerə balı qoyması da bunun kimidir. Anasını görmədən bütün bal arıları məhz altıguşəli xana düzəldir və yalnız bu formalı xanalara öz ballarını qoyurlar.

Beləcə o bu üç misalı çəkərək ağılı ilə Allahın yaratdığı canlılardakı incə məqamlara və yaşayış hikmətlərinə diqqət yetirmiş və bu onun ateizmdən uzaqlaşıb Allaha iman gətirməsi üçün kifayət etmişdi. Həmd olsun Aləmlərin Rəbbi olan Allaha!

Yazdı: Sahib Əsədov

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

⚡YENİ MƏQALƏ⚡

✅ İslam dinində "quldarlıq" ləğv edilməyib? ✅

(Paylaşın və şərin yayılmasına mane olun)

ATEİSTLƏRƏ CAVAB

Dəyərli oxucu! Ateistlərin bu şübhəsinə şübhə də demək doğru çıxmır. Lakin, sosial şəbəkələrdə "İslamı buna görə qəbul etmirik" - başlıqlı yazıları yüzlərlə "ateist" paylaşır. Birinci şübhə kimi isə deyirlər: 1) İslam quldarlığı ləğv etməyib. - Yaxşı, ey ateistlər. Onda bu məqaləni oxuyun və iddianızın doğru olmadığının şahidi olun.

🔸Məqaləni bu keçiddən oxuya bilərsiniz:

http://senxatirlat.com/islam-dininde-quldarliq-legv-edilmeyib-ateistlere-cavab/

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

«Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.» (Tövbə, 109)

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

💥 YENİ MƏQALƏ 💥

✅ Humanizm nədir? Allahsızlıq çağırışı? Yoxsa, insanpərvərlik? ✅

Dəyərli oxucu! "Humanizm" sözü bəşəriyyətə gözəl mənalı bir söz kimi təqdim olunsa da, bu bir din və əqidədir. Allahı inkar edənlərin nəfsinə, havasına uyğun icad edilmiş onlarla əqidələrdən biridir. Allahı insanla əvəzləmək fikrini ortaya atmış "insanpərvər ateist" düşüncə sistemidir. Halbuki, Allahı inkar etmədən də bəşəriyyətə xeyirli və faydalı olmaq mümkündür. Reallıqda isə Allahı inkar edənlər "biz bu dünyamız üçün yaşayırıq" deyirlər və heç də insanlığı "düşünənlərə" oxşamırlar!

Məqalədə "humanizmin" həqiqi ateist siması ilə tanış olacaqsınız!

Daha ətraflı oxumaq üçün bu keçiddən daxil olun:👇

🚩 http://senxatirlat.com/humanizm-nedir-allahsizliq-cagirisi-yoxsa-insanperverlik/

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

💥YENİ MƏQALƏ💥

✅Ateist və ya şərqşünasların şübhəsinə cavab – Qadına şiddət?!✅

🔸«Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (əgər düzəlməsələr) yataqda onları tərk edin və (əgər yenə düzəlməsələr) onları yüngülcə kötəkləyin! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.» (ən-Nisa, 34)

👉🏻 Bu ayəni "qadına hörmətsizlik" kimi təqdim edənlərə (bəzi ateistlərə, şərqşünaslara və s.) deyirik ki:

🔸Cavabımız iki hissədən ibarətdir. Birinci hissə ümumi, ikinci hissə təfsilatlı cavabdır. Hər iki cavab arasında mühüm bir bağlılıq vardır.

Daha ətraflı bu keçiddən oxuyun:👇🏻

🚩 http://senxatirlat.com/ateist-ve-ya-serqsunaslarin-bir-subhesine-cavab-qadina-siddet/

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Allah günahkarın vasitəsilə belə dinə yardım etdirər! ✅

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu:

«Həqiqətən də (bəzən) Allah bu dinə fasiq (günahkar) biri vasitəsilə dəstək verər.»

📌 (Buxari, 4204)

Ləcnə alimləri bu hədisin şərhində deyiblər ki:

«Yəni: Allah, günahkar və ədalətli olmayan bir kimsənin vasitəsiylə belə İslam dininə yardım etdirər və dinin şənini uca edər.»

(Ləcnə heyəti: İbn Bəz, Abdur-Razzaq Afifi, Ğudeyyan; Fətva:13619)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Yeni ili qeyd etmə, ey müsəlman! (Şeir)✅

🔸Bu keçiddən oxuya bilərsiniz:👇🏻

🔸 http://www.feqih.com/yeni-il/

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Məscidin qapısı ağzında uca səslə salam vermək olarmı? ✅

👉🏻 Məscidə daxil olduqda səsi qaldırıb salam vermək doğrudurmu?
👉🏻 Bu əmələ sünnədən dəlil varmı?
👉🏻 Məscidin qapısından girdikdə salam verməyə adət etmək olarmı?
👉🏻 Birinci təhiyyət (salam) namazı qılınmalıdır, yoxsa salamla başlanılmalıdır?
👉🏻 Boş otağa və ya boş məscidə daxil olduqda salam verməklə insanlar olan məscidə daxil olduqda «salam verməkdə» fərq qoyulmalıdırmı?

🚩 Bu və digər məsələləri ətraflı dinləmək üçün bu keçiddən daxil ola bilərsiniz:👇🏻

🔸 https://youtu.be/QZASRhmMTTM

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

İmam İbnul-Qeyyim əl-Covziyyə (Allah ona rəhmət etsin) demişdir:

«Batil və məzəmmət olunmuş "kəlam əhli" Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) hədislərindən öz batil qaydalarına və fasid əqidələrinə uyğun gəlməyənləri inkar etməyi öhdələrinə götürməkdə davam edirlər.»

📌 (İbnul-Qeyyim, Şifəul-Alil, 208)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Rahatlıq və ləzzət nə ilə olur? ✅

İmam ibnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

«Hər ümmətin ağıllı insanları icma etmişlər ki, kim rahatlığın arxasınca düşərsə, o rahatlığı fövtə verər. Əslində isə rahatlıq və ləzzət nəfsə acı verən hallara və çətinliklərə tab gətirməyin nisbətində olur.»

📌 (Miftəhu Dəris-Səadəti, 2/895)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ Əsil nəcabətə tənə vurmaq ✅

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: «İki pis xislət vardır ki, ümmətim onları heç vaxt tərk etməyəcəkdir: (yas zamanı) vay şivən qoparmaq və əsil-nəcabətə tənə vurmaq.»

📌 (Buxari, «Ədəbul-Mufrad» kitabı, 395; səhihdir)

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

✅ İslama görə qadını döymək olarmı? ✅

👉🏻 Məqaləni oxumaq üçün aşağıdakı keçiddən daxil ola bilərsiniz:

🚩http://www.feqih.com/qadini-doym%C9%99k-haqqinda/

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…

SƏLƏFİN ƏXLAQI

🔸 YENİ MƏQALƏ 🔸

(Paylaşın və xeyirə vəsilə olun)

✅ Ateistlərin şübhəsinə cavab - Allahı kim yaradıb? ✅

👉🏻 Öz Yaradanını tanımayan insanlar, Allahın Əzəmətini bilməyən insanlar bəzən qəribə suallar verirlər, xüsusən də dindən heç bir anlayışı olmayan insanlar bu "Allahsız"ların toruna düşüb onların suallarını təkrarlayırlar. Onların bu məşhur sualına cavab verməyi bu yazıda uyğun gördük.

🚩 Yazını tam oxumaq üçün aşağıdakı keçiddən daxil ola bilərsiniz:

🔹 http://senxatirlat.com/ateistlerin-subhesine-cavab-allahi-kim-yardib-suali-barede/

©SƏLƏFİN ƏXLAQI

/channel/selefinexlaqi

Читать полностью…
Subscribe to a channel