senxatirlat | Unsorted

Telegram-канал senxatirlat - Sən Xatırlat

2759

www.senxatirlat.com | «Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.» - əz-Zəriyət 55

Subscribe to a channel

Sən Xatırlat

O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.

O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.

(Quran, əl-Həşr surəsi, 22-24)

Читать полностью…

Sən Xatırlat

Rəcəb ayı barədə bidətlərə inanmayaq!

Читать полностью…

Sən Xatırlat

https://youtu.be/sWXVpZ-fiOU

Читать полностью…

Sən Xatırlat

Rəcəb ayı ilə bağlı qısa xatırlatma

https://senxatirlat.com/receb-ayi-ile-bagli-qisa-xatirlatma/

Читать полностью…

Sən Xatırlat

🏡 Ailədə problemlərin var?

Bəlkə də Allah sənə hətta ailəni belə qorumaqda Onun yardımına möhtac olduğunu öyrətmək istəyir.

Bəlkə də hər şeyin çözümü bundadır.

🪨"Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, Ona yalvarıb-yaxarmadılar." (23:76)

Bəlkə də buraxdığın xəta öz gücünə, ağlına, düzgün davranışına, əxlaqına, ailə tərbiyənə güvənməyindədir?

Çünki nə zaman ki, qul öz gücünə güvənməyə başlayır, Allah ondan Öz yardımını kəsir.

Kəsir ki, qul hər məsələdə, hətta sahibləndiyi məsələlərdə belə Ona necə möhtac olduğunu anlasın deyə...


🪷“Ey Rəbbim! Sənin mənə nazil edəcəyin hər bir xeyrə ehtiyacım var!” (28:24)

Qarşısında olan insanın hər hansısa bir mövzuda xəta olan davranışını yaxud fikrini belə Allahın yardımı olmadan dəyişə bilməyəcəyini və hətta bunda belə Onun müvəffəqiyyətinə necə möhtac olduğunu anlasın deyə Allah insanı bu cür çarəsizliklə imtahan edir...

🪴 "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir." (28:56)

Öz acizliyini tanıyıb, Rəbbinə olan ehtiyacını bilib və Onun gücünə yəqin şəkildə əmin olan elə birisi yoxdur ki, Allah ona Öz yardımını göndərməsin.

www.senxatirlat.com

Читать полностью…

Sən Xatırlat

Allahın Himayəsində olmaq istəyirsənmi?

Читать полностью…

Sən Xatırlat

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur:

"Eşitdiyinə qarşı Allahdan daha səbirli olan başqa birisi yoxdur. Onlar iddia edirlər ki, Onun oğlu var, O isə onlara afiyət verir və onları ruziləndirir."


(Buxari, 7378. Muslim, 2804)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
/channel/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Читать полностью…

Sən Xatırlat

https://tovhid.info/kafirlerin-bayramlarini-qeyd-etmeyin-hokmu/

Читать полностью…

Sən Xatırlat

❗️DAİMA SIXINTILARINDAN və ya XƏSTƏLİKLƏRİNDƏN İNSANLARA ŞİKAYƏT EDƏNLƏRƏ❗️

İbnul Qayyim (rahiməhullah) buyurur:

“Müsibətləri və ağrıları gizlətmək Peyğəmbərlərin xüsusiyyətlərindəndir.”

📚 (əl-Fəvaid, 32)

Əbu İshaq belə demişdir:

“Mən hiss etdiyim qızdırmadan nə anama, nə qardaşlarıma, nə yoldaşıma, nə də qızlarıma şikayət etmədim. Kişi o kəsdir ki, öz ailəsini kədərləndirməyib kədərini içinə boğsun. Mənim 45 il miqrenim (başın və üzün bir hissəsində şiddətli ağrı) oldu, amma onun barəsində əsla heç kəsə xəbər vermədim. Mən 10 il boyunca yalnız bir gözümlə gördüm, amma bunu heç kəsə bildirmədim.”

📚 (Tabəqatul Hənəbilə, 1/87)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
/channel/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Читать полностью…

Sən Xatırlat

Subhanallah, bir dəfə salavat deməyin fəzilətinə bir baxın...

Читать полностью…

Sən Xatırlat

https://youtu.be/IByPGtrUtQk

Читать полностью…

Sən Xatırlat

“Allah üçlüyün üçüncüsüdür!”– deyənlər artıq kafir oldular. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq ağrılı-acılı bir əzab toxunacaqdır.

(Quran, Maidə surəsi, 73)

Читать полностью…

Sən Xatırlat

KİÇİK XATIRLATMA

Uca Allah buyurur: "(Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin verdiyi ruzi daha xeyirli və daha sürəklidir." (Ta Hə, 131)

Öz həyatını heç kimin həyatı ilə müqayisə etmə.

Allah Subhənəhu və Təalə hər kəsə ona münasib olan neməti seçmişdir.

Allah daha yaxşı Bilir və daha Hikmətlidir ki, kimə nə faydalıdır və nə ona münasibdir.

İndi üzərində olduğun nemətləri də görməzdən gəlmə. Nəfsini razılığa öyrəşdir.

Xatırla ki, bütün bu nemətlər başqalarının arzularıdır...

Sən heç bir sakitləşdiricilərsiz və ağrılarsız yata bilirsən və heç bir cihaz olmadan nəfəs ala bilirsən, öz evində əmin-amanılqdasan, kimsə sənə yemək versin deyə, heç kəsin qapısını döymədən yemək yeyə bilirsən və bundan başqa da çoxlu əzəmətli nemətlər var sənin üzərində.

Qəlbini həmd və şükrlə doldur və dilin də bunun üzərində daimi olsun ki, sənə olan xeyirlər daha da artsın.

Çünki Allah buyurur ki:

"Şükr etsəniz sizə olan nemətimi daha da artıraram" (İbrahim, 7)
_

https://telegram.me/senxatirlat

Читать полностью…

Sən Xatırlat

💎Şeyx Abdur-Razzəq əl-Bədr (həfizahullah) buyurur:

- Qəlbdə Allah sevgisinin olması - insanı günahdan uzaqlaşdıran səbəblərdəndir. ƏN GÖZƏL İTAƏT DƏ SEVƏNLƏRİN İTAƏTİDİR...

İnsan (günah etmək istədikdə) öz nəfsinə bu cür xitab etsin:

"Məgər sən Allahı sevmirsənmi? Məgər sən bilmirsənmi ki, Allah bunu (bu əməli) sevmir? Sevən sevdiyinə itaət edər, bəs hardadır sənin Allaha sevgin?"

📡(Peyğəmbər məscidi, "Bəvaisul Xaləsı minəz Zunub" kitabının şərhi, tarix: 24.05.17)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
/channel/senxatirlat

🚩Facebook səhifəmiz:
www.fb.com/senxatirlat

Читать полностью…

Sən Xatırlat

İLK TÖVHİD BARƏSİNDƏ SORUŞULACAQSAN

Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) buyurur:

"Qiyamət günü hesaba çəkilməzdən öncə biz öz qəbirlərimizdə Tövhid barəsində soruşulacağıq. Sən qəbrində yalnız Tövhid haqqında soruşulacaqsan: Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir?

Allahla görüşdüyün zaman səni (onun əzabından) xilas edən ən əzəmətli şey Tövhid olacaqdır. Kim də Allahla şirk üzərində görüşərsə, o artıq həlak olmuş, xüsrana uğramış olacaq və heç vaxt qurtuluşa çatmayacaqdır."

(Kitəbut Təuhidin şərhi, dərs 18)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
/channel/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Читать полностью…

Sən Xatırlat

Əgər haqqı eşidirsənsə, bil ki, bunu Allah sənə eşitdirir. Ondan üz döndərmə. Əgər savab işləmək üçün sənə bir qapı açılırsa, əsla o qapını görməzdən gəlmə. Əgər Allah Onun razılığını qazanman üçün sənə bir fürsət verirsə, o fürsəti mütləq dəyərləndir. Əks halda ola bilsin ki, Uca Allah onun açdığı xeyir qapılarından keçmədiyin üçün səni cəzalandıraraq o qapıları bir daha üzünə açmaz....

Читать полностью…

Sən Xatırlat

"Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər."

(Quran, əl-Bəqara, surəsi 186)

Читать полностью…

Sən Xatırlat

Bu növ sədəqə axar sədəqələr qisminə daxildir. Yəni insan öldükdən sonra da onun savabı kəsilmir və o ağacın özündən, meyvəsindən hətta kölgəsindən belə bəhrələnən kəslərin savabı o kəsə yazılmağa davam edir.

Читать полностью…

Sən Xatırlat

⚠️ Şeyx Saleh əl-Fəuzən (həfizahullah) buyurur:

- Alimlər zikr edirlər ki, Rəcəb ayını ibadətlərdən hansı iləsə xüsusiləşdirmək icazəli deyildir.

🔊 ("İğasətul Ləhfən"in şərhi, 25.06.1437 h)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
/channel/senxatirlat

🚩Facebook səhifəmiz:
www.fb.com/senxatirlat

Читать полностью…

Sən Xatırlat

❄️🌨❄️🌨❄️🌨❄️🌨

QIŞ - MÖMİNİN BAHARIDIR!

Qiş gəldikdə Ubeyd ibn Amir belə deyərdi:

- Ey Quran əhli! Gecə, sizin namazlarınız üçün uzandı, gündüz isə oruclarınız üçün qısaldı, elə isə bundan istifadə edin!

📒(İbn Әbi Şeybəh "Musannəf", 9836)
_______

🚩Telegram kanalına daxil olmaq üçün: /channel/senxatirlat

🚩Facebook səhifəmiz: www.fb.com/senxatirlat

Читать полностью…

Sən Xatırlat

✒️ QƏLBİN sıxılır?

Şeyxul İslam ibnu Teymiyyə (rahiməhullah) buyurur:

- Allahı sevməkdən və Ona, Onun sevdiyi şeylərlə yaxınlaşmaqdan qəlb üçün daha boyuk bir sevinc və daha boyuk bir ləzzət yoxdur. Allahı sevmək isə Allahdan başqa bütün digər sevilənlərdən üz döndərməklə (Allah qədər və ya Ondan çox sevməməklə. Sevdikdə yalnız Allah üçün sevməklə) gerçəkləşir. Bu da "Lə iləhə illəllah" kəliməsinin həqiqətidir.

📚 (Məcmu' əl-Fətava, 28/32)
______

📍Telegram kanalına daxil olmaq üçün: /channel/senxatirlat

📍Facebook səhifəmiz: www.fb.com/senxatirlat

📍 Instagram:
https://www.instagram.com/senxatirlat/

Читать полностью…

Sən Xatırlat

ONLAR ƏMƏLLƏRİNƏ ALLAHDAN BAŞQA ŞAHİD İSTƏMİRDİLƏR

Abbas bin Dehqan belə deyir:

"Bişr bin əl-Hərisə belə dedim

- Səninlə tək qalmaq istəyirəm.

O da dedi ki:

- Əgər istəyirsənsə, olar.

Bir gün tezdən gəldim və onun qübbəyə girdiyini gördüm. O, orada elə 4 rükət namaz qıldı ki, mən onun qıldığı kimi gözəl qıla bilməzdim. Onun səcdədə belə dediyini eşitdim:

- Allahım, Sən Ərşin üzərindən bilirsən ki, Sənin əzəmətin qarşısında zəlillik mənim üçün şərəfdən daha sevimlidir.

- Allahım, Sən Ərşin üzərindən bilirsən ki, kasıblıq mənə zənginlikdən daha sevimlidir.

- Allahım, Sən Ərşin üzərindən bilirsən ki, mən heç bir sevgini Sənin sevgindən önə keçirmirəm.

Bunu eşitdikdə məni hönkürtü və ağlamaq tutdu.

O isə məni eşitdikdə belə dedi:

- Allahım, Sən bilirsən ki, əgər mən bilsəydim ki, bu insan burdadır, mən əsla danışmazdım."

("Sıfətus Safvə", 2/331, 332)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
/channel/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Читать полностью…

Sən Xatırlat

✅ YENİ İLİ QEYD ETMƏK İSTƏYƏNLƏRƏ!

🔹Əziz həmvətənlərimiz! Möhtərəm müsəlmanlar!

Bu məqalə "yeni ilin" mahiyyətinə varmadan onu qeyd edən, bu tarixi bayram edən şəxslərə həmin günün əsil mahiyyəti barədə xatırlatmadır. Təəssüflər olsun ki, bir çox insanlar "yeni il" adı altında qeyd edilən bu günün dini mahiyyət kəsb etdiyini bilmirlər.
🔹Məqaləni bu keçiddən daxil olaraq oxuya bilərsiniz:
🔸http://senxatirlat.com/yeni-ili-qeyd-etmek-isteyen-keslere/
➖➖➖➖➖➖➖➖➖
📝 Yeni il barədə bundan öncəki məqaləmizi isə bu keçiddən oxuya bilərsiniz:
🔹Yeni ili buna görə qeyd etmirik!
🔸http://senxatirlat.com/yeni-ili-buna-gore-qeyd-etmirik/

Читать полностью…

Sən Xatırlat

☘️☘️☘️

“Səid ibn Cubeyr, Cümə günü Əsr namazını qıldıqdan sonra günəş batanadək icabət saatını axtardığı üçün, heç kəslə danışmazdı.”

📚(“Zədul Mə’əd”, 1/394)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
/channel/senxatirlat

Читать полностью…

Sən Xatırlat

Allahdan gələn bir nuru kim istəməz ki? Allah kimə nur verərsə, o yolunu azmaz, hər qaranlıqda bir işığa sahib olar. Allahın ona verdiyi nur sayəsində o insan haqqı batildən ayırar. Sadəcə hər cümə günü bu surəni oxumaqla gələn böyük fəzilətdən özünüzü məhrum etməyin. Quran oxumağı öyrənin və məhrum qalmayın!

Читать полностью…

Sən Xatırlat

Qısa aradan sonra www.senxatirlat.com yenidən Allahın müvəffəqiyyəti ilə xidmətinizdədir.

Allah faydalı etsin

Читать полностью…

Sən Xatırlat

‼️ Səni Allahdan uzaqlaşdıran hər bir nemət əslində müsibətdir

"Allaha and olsun ki, axirət yolunu daraldan dünyanın heç bir genişliyində xeyir yoxdur."

(İbnul Cəuzi, "Saydul Xatır", səh. 629)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
/channel/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Читать полностью…

Sən Xatırlat

https://youtu.be/4XhlIcV0cjk

Читать полностью…

Sən Xatırlat

Kiminsə başına gələn müsibəti və ya bəlanı gördükdə "Filan filan şey elədi ona görə oldu", "Yaxşı oldu onun üçün", "Layiq idi" və s deməkdənsə, baxıb baş verənlərdən ibrət almaq lazımdır. İbrət alaraq həmin səhvləri buraxmamağa çalışmaq lazımdır. Məsələn Uca Allah Quranda bizə bəzi qövmlərə üz vermiş bəlalardan danışır. Başqa bir ayədə isə buyurur: "Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır..." (Yusuf, 111) Deməli insanların başına gələnlərdən ibrət alan kəslər ağıl sahibidirlər. Qınamaq isə möminin işi deyil. Çünki mömin özünü heç kəsdən üstün görmür. Bilir ki, o, həmin qınanılan insanın halında deyilsə, bu Allahın onu qoruması nəticəsindədir. Əgər Allah onu qorumasaydı, o özü-özünü qoruya bilməzdi. Uca Allah buyurur: "Sizə verilən nemətlərin hamısı Allahdandır..." (ən-Nəhl, 53)

Читать полностью…

Sən Xatırlat

🖇 İbn Bəz (rahiməhullah) buyurur:

"Buyurulan odur ki, müsəlman kişi bir fayda eşitdikdə onu başqasına da çatdırsın. Eləcə də müsəlman qadın elm barəsində bir fayda eşitdikdə onu başqasına çatdırsın. Peyğəmbər salləllahu aleyhi va səlləm'in bu sözünə görə: "Məndən bir ayə belə olsa, onu insanlara çatdırın." (Hədisi Buxari rəvayət edib)..."

📚("Məcmu'ul Fətəva", 4/54)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
/channel/senxatirlat

🚩Facebook səhifəmiz:
www.fb.com/senxatirlat

Читать полностью…
Subscribe to a channel