🕋 🫀 Sənin bir günündə 1440 dəqiqə var. Sən necə dəqiqəsin Qurana ayırsan?
Peyğəmbərin ﷺ Əxlaqı
🖇 İmam İbn Covzi (rahiməhullah) demişdir:
Bil ki, İblisin insanlar üzərində olan birinci hiyləsi onları elmdən uzaqlaşdırmaqdır, çünki elm nurdur əgər onların nurunu söndürərsə, zülmətdə onlara istədiyi kimi xitab edər.
📚 Təlbisul İblis 1/389
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
Bismilləh. Allahın izni ilə Quranı öyrənmək üçün əlifba qrupu yığılır. (Qadınlar üçün)
Qrupun şərtləri;
🔸Həftədə 3 gün, 1-ci, 3-cü, 6-cı günlər, saat 21:00.
🔸Yaş həddi: 15 yaşdan yuxarı.
🔸Tələbə sayı: 15
🔸Dərslər Zoom proqramında keçiriləcək.
🔸Məsuliyyətli, dərslərə qarşı diqqətli olmaq.
Quran oxuya bilənlər qatılmasın ❗
Müraciət etmək istəyən qadınlar əlaqə saxlaya bilərlər
@Quranteaching01
🍃🌸🍃 İmam Muqbil (rahiməhullah) demişdir:
Saleh qadına nəsihət edirəm ki, saleh qadınlarla oturub-durmağa həris olsun. Bununla o, imanını artıracaq, elmini artıracaq və bəsirətini artıracaq.
📗Ğaratul Əşrita 2/474
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
🔖 Qeybin açarları Allahın yanındadır. Onları yalnız O bilir. Allah, quruda və dənizdə nələr olduğunu bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və ya quru (şey) yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.
🍃 Ənam 59 🍂
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
🥀 Aişə (Allah ondan razı olsun) demişdir:
"Bir dəfə ənsardan olan bir qadın mənim hücrəmə daxil oldu və Peyğəmbərin ﷺ döşəyinin sadəcə qalın bir parça olduğunu gördü. Sonra qadın evinə gedib, Peyğəmbərə ﷺ içi yunla doldurulmuş bir döşək göndərdi. Peyğəmbər ﷺ gəlib o döşəyi görəndə mənə dedi:
“Onu yiyəsinə qaytar!
Ey Aişə, Vallahi, əgər mən diləsəydim,
Allah dağları mənim üçün qızıla və gümüşə çevirərdi.
📜Səhih hədislər silsiləsi 2484
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
🍃ibn Qeyyim (rahiməhullah) belə demişdir:
Kim elmi İSLAMI yaşatmaq üçün tələb edərsə, o, siddiqlərdəndir və dərəcəsi peyğəmbərlik dərəcəsindən sonradır.
📚 Miftəhu Dəris-Səadə 1/121
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
🎀 Uşağa Ad Qoymaq
İbn Qayyim (rahiməhullah) demişdir:
"Ad qoymaq ata və ananın haqqıdır. Bu şeydə insanlar arasında heç bir mübahisə yoxdur. Əgər ata və ana aralarında ad qoymaq barəsində mübahisə edərlərsə, uşağa ad qoymaq atanın haqqıdır."
Tuhfətul Məvdudi bi Əhkəmil Məvlud, 1/135
🎙•| سورة الكهف |•
👤القارئ: وديع اليمني
▫️Peyğəmbərimiz ﷺ belə buyurdu:
“Kim cümə günü kəhf surəsini oxuyarsa, iki cümə arası onun üçün nur olar.”
📚{Sahihul Cəmi 6470`}
⇢ 𝓣𝓮𝓴 𝓓𝓲𝓷𝓲𝓶𝓲𝔃 𝓘𝓼𝓵𝓪𝓶
سورة المُلك ♡︎
Yatmazdan əvvəl Mulk surəsini oxu
🌴İbn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurdu:
“Təbərakə (əl-Mulk) surəsi qəbr əzabından maneədir."
📚 İbn Mərdəveyh, əl-Albani “Sahih Cəmi” 3643, “Silsilətul Əhədisis Sahiha” 1140.
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
Qari: Husein al Azzam
🌼🍃Peyğəmbər ﷺ belə buyurur:
Allah, mələkləri, göy və yer əhli, hətta qarışqa öz yuvasında və hətta balina insanlara xeyir öyrədənlərə xeyir-dua verirlər.
📒 Tirmizi rəvayət etmişdir. Albani səhihləşdirib. Səhihut- Tərğib vət-Tərhib 78
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
Dinimizə görə müalicəvi bitkilərdən biri; UD HİNDİ
Müsəlmanın öz sağlamlığını qoruması üçün Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) tövsiyə etdiyi şəfa qaynaqlarından biri də "Ud hindi" bitkisidir. Bu bitkinin əsasən kökü, zoğu və budaqlarından şəfa üçün istifadə olunur. Ən məşhur olan növü də Hindistanda yetişənidir. Hədislərdə də hind budağı adı ilə keçməkdədir.
🖇Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) demişdir:
"Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur".
📘 (Səhih əl-Buxari "Tibb" kitabı, Səhih Muslim).
🖇Digər bir hədisdə isə belə buyurulmuşdur:
"Çənə altı vəzilərdən xilas olmaq üçün basaraq uşaqlarınıza əziyyət verməyin. Ud hindidən istifadə edin".
📕 (Səhih əl-Buxari "Tibb" kitabı).
🖇Allah Elçisi buyurmuşdur:
"Ud hindi"-dən istifadə edin! Ondan şəfa ücün yeddi yoldan istifadə olunur. Çənə altı vəzilərdən xilas olmaq üçün buruna çəkilir və ağız vasitəsi ilə qədul olunur".
📗(Səhih əl-Buxari və Səhih Muslim).
Su ilə qarışdırılıb (dəmlənilib) içilir.
Ağızın sağ və sol nahiyələri istiqamətinə qoyularaq qəbul olunur.
Burun vastəsilə qəbul olunur, (müasir tibb elmi zeytun yağı ilə qarışdırılmış, yaxud da dəmlənmiş halda buruna damcılandırılması fərziyyəsini irəli sürür).
Dəri xəstəlikləri üçün: zeytun yağında 15 gün saxladılıb dəriyə sürtülür.
Balla qarışdırılıb dəriyə sürtülür.
Su ilə qarışdırılıb çimilir.
"Ud Hindi"-nin üyüdülmüş formasını bir cay qaşığı miqdarında bir stəkan suya qarışdırıb və ya dəmlənərək içilir. Bu, ən geniş və ən faydalı yayılmış istifadə üslubudur ki, bu yolla bir çox xəstəliklərin müalicəsinə faydalı olur
𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌: t.me/saglamyasha
Kömək nə zaman gələcək ?
Şeyx İbn Bəz (Allah ona rəhm etsin) belə demişdir:
Nə zaman ki, müsəlmanlar öz Rəbbinin dini üzərində doğru yolda olacaqlar, Allah onların hakiminə də, xalqına da kömək edəcək və onlara düşmənə qarşı cihad etməyə yardım edəcək. Sözsüz ki, kömək hüquqları yerinə yetirməyə bağlıdır. Kömək bizim Allahın əmrini yerinə yetirməyimizə bağlıdır.
📒 Fətəva Nurun alə Dərb, 18/258
💌 telegram.me/oxucal
🍂 T.me/z_zikr
İmam İbn Qeyyim (رحمه الله):
Adəm övladına verilən ən gözəl nemətlərdən biri də unutqanlıq lütfüdür. Əgər unutmasaydı, Qul heç bir şeylə təsəlli tapa bilməz, ağrıya dözə bilmədiyi kimi həsrətə də dözə bilməz və kədəri bitməz, nifrət heç vaxt sönməz, acı xatirələrdən dünyanın şirinliyini dadmaz.
📚“Miftəh Darus-Səəda”, (səh. 236).
Uqba ibn Amir (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu:
"Həqiqətən, günahlar etdikdən sonra yaxşı işlər görənin misalı, üzərində onu sıxan dar zirehi olan kişinin misalı kimidir. O, yaxşı iş gördükdə bir halqa qopur, sonra başqa bir yaxşı iş gördükdə digər halqa qopur, nəhayət onların hamısı yerə tökülür".
📚[Əs-Silsilətus-Sahihə, 2854
]
/channel/siratal_mustagim
💧 ZƏMZƏM SUYU İÇDİKDƏ DUA ETMƏK
🌴Muhəmməd ibn Cəfər demişdir:
Eşitdim ki, ibn Xuzeymədən soruşuldu :
Sənə bu elm hardan verilib ?
O, dedi : Zəmzəm suyu içdikdə Allahdan faydalı elm istədim.
📗"
Siyər Əaləmun-Nubələ", 14/370
────────────────────────────
🌴 Peyğəmbər ﷺ buyurur :
Yer üzündəki ən xeyirli su zəmzəm suyudur. Onda yeyən üçün doyurucu qida və xəstəliyə şəfa vardır.
📗 Səhih ət-Tərğib 1161
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
🔥 Zalımların etdikləri əməllərdən Allahın əsla xəbərsiz sanma. Allah onların cəzasını gözlərin bərələ qalacağı günə saxlamışdır.
▪️İbrahim 42▪️
@tekdinimizislam
Dualarınızda darda olan müsəlmanları unutmayın
Ey iman gətirənlər! Yəhudi və nəsraniləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, şübhəsiz ki, o da onlardan olar. Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz. [Maidə/51]
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
القارئ: عبدالرحمن مسعد .
﴿وُجوهٌ يَومَئِذٍ ناعِمَةٌ لِسَعيِها راضِيَةٌ في جَنَّةٍ عالِيَةٍ لا تَسمَعُ فيها لاغِيَةً فيها عَينٌ جارِيَةٌ فيها سُرُرٌ مَرفوعَةٌ وَأَكوابٌ مَوضوعَةٌ وَنَمارِقُ مَصفوفَةٌ وَزَرابِيُّ مَبثوثَةٌ﴾
سُورة: الغاشية [ ٨-١٦ ]
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ وَنَعۡلَمُ مَا تُوَسۡوِسُ بِهِۦ نَفۡسُهُۥۖ وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنۡ حَبۡلِ ٱلۡوَرِيد
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq.
▫️Q A F SURƏSİ 1
6▫️
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
🔖 Rəsulullah ﷺ buyurmuşdur:
«Həqiqətən sizin ən fəzilətli gününüz cümə günüdür, bu gündə mənə salavat deməyi çoxaldın, həqiqətən sizin salavatınız mənə çatdırılar».
📚 (Əbu Davud).
🔖 Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on dəfə salavat deyər.
📚Şeyx Albani səhihləşdirmişdir. Silsilətus-Sahihəh, 1407
Allahın bir qula salavat etməsi, onu tərifləməsi deməkdir.
•┈┈••✦🍃🌸🍃✦••┈┈•
⇢ 𝓣𝓮𝓴 𝓓𝓲𝓷𝓲𝓶𝓲𝔃 𝓘𝓼𝓵𝓪𝓶
Paylaşın xeyirə vəsilə olun
«Kişiliyin zirvəsi - sənə üz tutan qadının zəifliyinə hörmət etməkdir..Və onu incidən göz yaşlarını silib onun çağrışına qulaq asmaqdır!.. Onun qorxularını təhlükəsizliyə çevirməkdir!.. Onun üçün (əsil) kişi ol və o, sənin üçün hər şey olacaq!»
قمة الرجولة ان تحترم ضعف انثى لجأت إليك .. وتمسح دمعة ألمها ، وتنصت لها ! وتحول خوفها لأمان ! كن لها رجلا تكن لك كل شيء !
𝙈𝘼𝙒𝘼𝘿𝘿𝘼𝙃
🌪Külək əsərkən edilən dua
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
Küləyin əsdiyini gördüyünüz zaman onu söyməyin. Allahdan onun xeyrini diləyin, şərrindən isə Allaha sığının.
~ Allahummə inni əs'əlukə xayrahə və əuzu bikə min şərrihə.
~ Allahım! Səndən onun (küləyin) xeyrini diləyirəm və onun şərindən Sənə sığınıram!
📚Əbu Davud 4/326; ibn Macə, 2/1228. Bax:«Səhih ibn Macə»,2/305.
~ Allahummə inni əs'əlukə xayrahə və xayra mə fihə və xayra mə ursilət bihi, və əuzu bikə min şərrihə və şərri mə fihə və şərri mə ursilət bihi.
~ Allahım! Səndən onun (küləyin) xeyrini, onda olanın xeyrini və onunla birlikdə göndərilənin xeyrini diləyirəm! Onun şərindən, onda olanın şərindən və onunla birlikdə göndərilənin şərindən Sənə sığınıram!
📚Muslim, 2/616; əl-Buxari, 4/76.
🌊 İbn Abbas (radiyallahu anhu) rəvayət edir ki, bir kişi küləyi lənətlədi. Müslim deyir ki:
“Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında külək bir kişinin Rıdasını (geyimini) qaldırdı. Adam da küləyi lənətlədi. Peyğəmbər: “Ona lənət etmə! Çünki o, əmrlə hərəkət edər. Kim lənət əhli olmayan bir şeyi lənətliyərsə o lənət özünə qayıdar”
📚Davud 4908,4910, əl-Albani“Səhih”.
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
▫️Həmin günün sıxıntısında Rəbbim bizlərə yardım etsin▫️
📌Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu:
“Üç an vardır ki, o zaman heç kim, heç kimi xatırlamaz: Əməl dəftərləri veriləndə, hətta sağ və ya sol əlinə çatana qədər; Əməllər tərəzidə çəkilməyə başlayandan qurtarana qədər və Sirata ayaq qoyandan, hətta keçib qurtarana qədər”
📗Əbu Davud, Albani hədisi səhihləşdirmişdir.
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
Fatihə surəsinin fəziləti
📍Ubeyy ibn Kəb (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “(Uca Allah buyurur):
“Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Quranın əsasına) bənzər surə yoxdur. O, Səbul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir”.
📖 İbn Hibban, 775. Şueyb əl-Arnavut hədisin isnadını Muslimin şərtlərinə görə səhih adlandırmışdır
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam