✔️İbnul Qayyim (rahiməhumullah) belə buyurur:
━━━━━━━━━━━━━━━━
"Mömin bir kəs, digər mömin qardaşının xətaya düşməsinə (ayağının sürüşməsinə) acımalıdır, sanki onun özü bu xətaya düşüb, onun düşdüyü xətaya (müsibətə) sevinməli deyil"
━━━━━━━━━━━━━━━━
📓 Mədəricus Səlikin 1/436
ᴛᴇʟᴇɢʀᴀᴍ t.me/tekdinimizislam
━━━━━━━━━━━━━━━━
Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!
━━━━━━━━━━━━━━━━
ᴛɢ t.me/tekdinimizislam
✔️İbn Useymin (rahiməhullah) buyurmuşdur:
Əgər insan bir günah edər və daha sonra səmimi tövbə edərsə lakin nəfsi ona qalib gələr və yenidən o günaha qayıdasa onda onun birinci tövbəsi səhih sayılır. İkinci dəfə tövbə edərsə bu tövbəsi də səhih sayılır. Çünki tövbənin şərtlərində biri də yenidən o günaha qayıtmamaq deyil, o günaha qayıtmamağa əzm etməkdir.
📚 شرح كتاب التوحيد ج2 ص50
ᴛᴇʟᴇɢʀᴀᴍ @tekdinimizislam
📌 Xatırlatma
• İbnul Qeyyim (rahiməhullah) demişdir:
━━━━━━━━━━━━━━━━
İmam Əhməd, Səhabələrin cümhuru və tabiinlər icabət saatının (cümə günü duaların qəbul olan vaxtın) əsr namazından sonra axırıncı saatda olduğunu demişlər.
━━━━━━━━━━━━━━━━
📚("Zədul Məad"1/377)
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
✔️ İbn Qeyyim (rahiməhullah) demişdir:
━━━━━━━━━━━━━━━━
Allahdan istəyəcəyin ehtiyaclarını qəlbində saxlayaraq dua etdikdə hər bir duanda Allahdan sənin günahlarını bağışlamasını istə. Çünki əgər O, səni bağışlayarsa, əfv edərsə, (ürəyində saxladığın) ehtiyaclarını, Ondan heç istəməsən belə, sənə verəcək.
━━━━━━━━━━━━━━━━
📓 Mədəricus-səlikin
ᴛᴇʟᴇɢʀᴀᴍ t.me/tekdinimizislam
NAMAZDAYKƏN SURƏLƏRİ, ZİKİRLƏRİ QƏLBƏN OXUMAQ
✔️ İbn Useymin (rahiməhullah) buyurub:
━━━━━━━━━━━━━━━━
Qiraət mütləq dil ilə olmalıdır. Əgər insan namazda ikən qəlbi ilə oxuyarsa bu keçərli sayılmır. Həmçinin başqa zikrlərin də qəlblə edilməsi keçərli sayılmır. İnsan mütləq dilini və dodaqlarını tərpədməlidir. Çünki sözlər yalnız dil və dodaqlar dərpəndikdə ortaya çıxır.
━━━━━━━━━━━━━━━━
📚 Məcmul Fətava 13/156
ᴛᴇʟᴇɢʀᴀᴍ t.me/tekdinimizislam
/channel/tekdinimizislam?boost
Premium olan istifadəçilər kanala dəstək ola bilərsiniz?)
🔖 İmam Muqbil (rahiməhullah) belə demişdir:
━━━━━━━━━━━━━━━━
Tamahkarlıq və dünya sevgisi, bu ikisi müsəlmanların çoxusunu zəlil etmişdir.
━━━━━━━━━━━━━━━━
📕 İməmul Əlməi səh/253
ᴛᴇʟᴇɢʀᴀᴍ t.me/tekdinimizislam
━━━━━━━━━━━━━━━━
Cəhənnəm sakinləri Cənnət əhlinə səslənib deyəcəklər:
“Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.
━━━━━━━━━━━━━━━━
▪️ A R A F - 50 ▪️
💎 Tabeinlərdən olan İbrahim ən-Nəxai رحمه الله demişdir:
━━━━━━━━━━━━━━━━
Bir şey barəsində danışmağı düşündüyümdə onu danışmağıma mane
olan şey yalnız həmin şeylə imtahan
oluna biləcəyim qorxusudur.
━━━━━━━━━━━━━━━━
📘Kitabus Samt Və Ədəbul Lisən
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
━━━━━━━━━━━━━━━━
Müsəlmanlara nə olub ki??
“O nə doğub, nədə doğulub¹” Dedikləri halda, “Allahın oğlu var” deyənlərin bayramın keçirirlər!?
━━━━━━━━━━━━━━━━
¹ixlas surəsi/3
🚩 t.me/muvatta
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər! Siz də ona salavat gətirib, layiqincə salamlayın!
Əhzab/56
⊱• ━━━━━━ ⸙ ━━━━━━ •⊰
ᴛɢ @tekdinimizislam
✔️İbn Qeyyim (rahiməhullah) belə demişdir:
━━━━━━━━━━━━━━━━
Əgər günahlarının buraxdığı izi həmin an görmədiyində aldanma, ola bilsin ki, onların izini qırx ildən sonra görəcəksən.
━━━━━━━━━━━━━━━━
📚Dərd və dəva 130
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
🔖 Rəsulullah ﷺ buyurmuşdur:
━━━━━━━━━━━━━━━━━━━━━━━
«Həqiqətən sizin ən fəzilətli gününüz cümə günüdür, bu gündə mənə salavat deməyi çoxaldın, həqiqətən sizin salavatınız mənə çatdırılar».
📚 (Əbu Davud).
🔖 Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on dəfə salavat deyər.
━━━━━━━━━━━━━━━━━━━━━━━
📚Şeyx Albani səhihləşdirmişdir. Silsilətus-Sahihəh, 1407
➤ Allahın bir qula salavat etməsi, onu tərifləməsi deməkdir.
「 الَّلهُمَ صَلِّ ۈسَلّمْ علَےَ ِٰنبيّنَآمُحَـَّـــــــــمَّدٍ 」
✔️ İbn Useymin (rahiməhullah) buyurmuşdur:
Əgər sən görsən ki, vaxtın keçir və ömrün gedir, lakin sən heç bir fayda əldə bilmirsə və vaxtının bərəkəti yoxdursa, o zaman qorx ki sənə Allahu təalanın bu ayəsindən pay var:
━━━━━━━━━━━━━━━━
"Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (Kəhf surəsi 28)
━━━━━━━━━━━━━━━━
📖 Kəhf surəsinin təfsiri 28
ᴛᴇʟᴇɢʀᴀᴍ t.me/tekdinimizislam
✔️Yəhya ibn Kəsir (Allah rəhmət etsin) demişdir:
━━━━━━━━━━━━━━━━
• Qardaşların ən xeyirlisi öz qardaşına
"gəl ölməmişdən qabaq oruc tutaq" deyəndir.
• Qardaşların ən pisi isə öz qardaşına
"gəl ölməmişdən qabaq yeyib-içək" deyəndir.
━━━━━━━━━━━━━━━━
📓 (Hilyə 3/71)
ᴛᴇʟᴇɢʀᴀᴍ t.me/tekdinimizislam
✔️İbn Qeyyim (rahiməhullah) buyurub:
• Namazda olan bu altı xüsusiyyət nifaq əlamətidir:
━━━━━━━━━━━━━━━━
1. Namaza durarkən tənbəlliklə qalxmaq.
2. Namaz qılarkən özünü insanlara göstərmək.
3.Namazı səbəbsiz yerə gecikdirmək.
4.Namazı tez-tez qılmaq.
5. Namazda ikən Allahı az zikr etmək.
6. Üzürsüz olaraq cammat namazından geri qalmaq.
━━━━━━━━━━━━━━━━
📚Namaz və onu tərk edənin hökmü 1/173
ᴛᴇʟᴇɢʀᴀᴍ t.me/tekdinimizislam
📍Abdurrahman əs-Sadi (Allah ona rəhmət etsin) buyurub:
━━━━━━━━━━━━━━━━
“Allahın mömin quluna olan ən əzəmətli nemətlərindən onu xeyirli insanlarla dostluğa müvəffəq etməsidir. Ona olan cəzasından isə o qulu şərli insanlarla dostluq bəlasına düçar etməsidir."
━━━━━━━━━━━━━━━━
📕Bəhcətu qulubu əl-Əbrar 140
ᴛᴇʟᴇɢʀᴀᴍ t.me/tekdinimizislam
✔️ İbn Qeyyim (rahiməhullah) demişdir:
• Bütün günahların əsası üç şeyə dayanır:
① Hərislik - Bu da Adəmi cənnətdən çıxardı.
② Həsəd - Bu isə Adəmin bir övladını öz qardaşını öldürməyə sövq etdi.
③ Təkəbbürlük - Bu İblisi məlum hala salmışdır.
➤ Kim bu üç şeyin şərindən qoruna bilərsə, şərdən qorunmuş sayılar. Küfr etmək təkəbbürlükdən, asiliklər hərislikdən, zülm və haqsızlıq isə həsəddən irəli gəlir.
📓 əl-Fəvaid səh/58
ᴛᴇʟᴇɢʀᴀᴍ t.me/tekdinimizislam
► NAMAZIN VƏ DİLİN ◄
📍Yunus ibn Ubeyd (rahimahullah) demişdir:
━━━━━━━━━━━━━━━━
İki xislət vardır ki, bir kişidə onlar doğru olarsa başqa əməllər də doğru olar,
o da kişinin namazı və dilidir.
━━━━━━━━━━━━━━━━
🔖 Siyər aləmul nubələ 6/293
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
(Kafirlər:) “Rəhman özünə övlad götürmüşdür!”– dedilər.
Siz olduqca pis bir iş tutdunuz.
Rəhmana övlad isnad etdiklərinə görə.
Halbuki Rəhmana övlad götürmək yaraşmaz.
Göylərdə və yerdə olanların hamısı Rəhmanın hüzuruna qul olaraq gələcəkdir.
Allah onları hesablamış və bir-bir saymışdır.
Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcəkdir.
İman gətirib saleh əməllər edənlərə gəlincə, Rəhman onlar üçün (qəlblərdə) bir sevgi yaradacaqdır.
━━━━━━━━━━━━━━━━
►Məryəm surəsi
◄
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
📌 Aişə (radıyallahu anhə) rəvayət edir ki,
━━━━━━━━━━━━━━━━
➯ Peyğəmbərimiz ﷺ ayaqqabılarını geyindikdə, saçını daradıqda, yuyunduqda və bütün işlərində sağdan başlamağı sevərdi.
━━━━━━━━━━━━━━━━
🔖 Buxari 168
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
📍Peyğəmbər ﷺ belə demişdir:
━━━━━━━━━━━━━━━━
“Verdiyi hədiyyəni geri götürən adam, qusduqdan sonra qayıdıb qusduğunu
yeyən itə bənzəyir.”
━━━━━━━━━━━━━━━━
🔖 Buxari 2589
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
📍Məlik İbn Dinar rahiməhullah belə demişdir :
━━━━━━━━━━━━━━━━
Günahlara görə ağlamaq, günahları küləyin quru yarpağı apardığı (sovurduğu) kimi aparır.
━━━━━━━━━━━━━━━━
🔖 Cəmiul Ulum vəl Hikəm səh/98
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam
Ömər ibn Xəttab (Allah ondan razı olsun) Hicri 23-cü il zilhiccə ayının 29-u (04 noyabr 644) şəhid olmuşdur. Onun cənazəsini oğlu Abdullah (Allah ondan razı olsun) yuyub kəfənləmiş, cənazə namazını Suheyb ər-Rumi (Allah ondan razı olsun) qıldırmışdı. Cənazəni məzara Abdullah ibn Ömər, Əli ibn Əbu Talib, Osman ibn Əffan və Əbdurrəhman ibn Əvf (Allah hər birindən razı olsun) qoymuş və Allah Rəsulu ﷺ ilə Əbu Bəkrin (Allah ondan razı olsun) yanında dəfn etmişdilər. Şura məclisi öz aralarında Osman ibn Əffanı (Allah ondanrazı olsun) xəlifə seçmiş və şura üzvlərinin hamısı ona bey'ət etmişdilər. Daha sonra bütün Mədinə əhalisi Osman ibn Əffana beyət etmişdi.
(Bir sonrakı paylaşım inşəAllah Osman ibn Affan haqqında olacaq, Allah ondan razı olsun)
©İslam tarixində